Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-425/2024 24.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı –Dövlət ittihamçısı, müdafiəçi – X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, Daşkəsən şəhəri, S.Vurğun küçəsində yerləşən 7 saylı yataqxanada yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,763 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 22 oktyabr 2023-cü il tarixdə saat 02:40-da Gəncə şəhəri BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Dədə Qorqud küçəsində 3 saylı notariat kontorunun yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əyinində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş 0,763 qram çəkidə kustar üsulla hazırlanmış olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Azərbaycan küçəsində “Metallurk” stadionun yaxınlığında olan zaman yerdən bir ədəd ağ kağıza bükülmüş halda olan kütlə görmüş, həmin kütlə diqqətini cəlb etdiyi üçün götürüb cibinə qoymuşdur. 22 oktyabr 2023-cü il tarixdə, saat təxminən 02:40 radələrində Gəncə şəhəri Dədə Qorqud küçəsində 3 saylı notariat kontorunun yaxınlığında olarkən 2 nəfər ona yaxınlaşmış özlərini ona polis əməkdaşı kimi təqdim etmişdirlər və narkotik vasitə üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu Gəncə şəhər BPİ-yə dəvət etmişdirlər. Oda etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-yə gəlmiş və orada inzibati otaqların birində onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişdirlər ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik varsa təqdim etsin. Oda polis əməkdaşlarına üzərində olan 1 ədəd ağ kağıza bükülmüş halda olan kütləni təqdim etmişdir. Sorğu zamanı o həmin kütlənin “narkotik” olduğunu və ona məxsus olduğunu, həmin bükülünü Gəncə şəhəri, Azərbaycan küçəsində “Metallurk” stadionun yaxınlığında yerdən tapdığını, həmin narkotik vasitədən, heç kimə satmadığını, həmin bükülüdən istifadə etmədiyini, başqa yerdə saxlamadığını bildirmişdir. O, üzərindən aşkar edilmiş kütləni heç kəsə satmaq niyyəti olmamışdır. İfadəsinin sonunda o, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını və Şəmkir rayonunda yerləşən istixanada fəhləçilik edərək ailəsinə baxmasını məhkəmə tərəfindən nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. 21oktyabr 2023-cü il tarixdə Daşkəsən şəhəri, S.Vurğun küçəsində yerləşən 7 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütamadi olaraq narkotik vasitə, psixotrop maddə qəbul etməsi, gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra bölmənin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 22 oktyabr 2023-cü il tarixdə, saat 02:40 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 3 saylı notariat kontorunun yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib Gəncə şəhəri BPİ-nə aparmışdırlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs təqdim etmiş və Samiletiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükülünü xx.xx.2023-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurk” stadionun yaxınlığından yerdən tapdığını bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümü elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0,763 qram olduğu müəyyən edilir. Həmin sellofan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq "DİN-nin 91 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatları yoxdur, hal-hazırda narkotik vasitələri satıb satmadığı haqda məlumat daxil olmamışdır. İş ürzə şahid Gəncə Şəhər BPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, Şahid2, həmin bölmənin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -23 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, Gəncə şəhəri BPİ-nin İTİ-nin müstəntiqi, polis leytenantı X10 HK-1/977 saylı toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır.(i.v.1); - 22 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulması, Gəncə şəhəri BPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. (i.v.15); - 22 oktyabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Dədə Qorqud küçəsində 3 saylı notariat kontorunun yaxınlığında xx.xx.2023-cü il tarixdə, saat 02:40 radələrində tutulmuşdur.(i.v.25); - 22 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki,Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, həmin bölmənin kiçik inspektoru polis baş serjantı Şahid2, Gəncə şəhər BPİ-nin KTB-nin baş inspektor kriminalisti, polis mayoru X6,şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi iştirakı ilə müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkiliMüdafiəçi iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir.İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirdi. Bundan sonraTəqsirləndirilən şəxs əynindəolan qara rəngli şalvarın sağ yancibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxararaq təqdim etdi.O, həmin kütlədən heç kimə satmadığını, istifadə etmədiyini və başqa yerdə saxlamadığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək 1.07 qram müəyyən edilmiş, zərfə qablaşdırılaraq DİN-nin 91 saylı möhürü ilə möhürlənmiş vəiştirakçılar tərəfindən imzalanmışdır.(i.v.33-34); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30.40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir.(i.v.41); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 22 oktyabr 2023-cü il tarixli 16/1078 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə”yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,763 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heriondir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir.Qeyd: Heroin təmiz çəkisi - 0,763 qr tədqiqata sərf edildi - 0,05 qr qalıq - 0,713 qr (i.v.37); - 23 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır.(i.v. 52); - 23 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v. 59-61); - 23 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MYS-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v. 72-73); - Gəncə şəhəri Psixonevroloji dispanserinin 18 noyabr 2023-cü il tarixli, № 3886 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.84); - İş materialına əlavə edilmiş şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrindən Təqsirləndirilən şəxs Səbuhi Abbasov və Tamilə Abbasova adlı övladlarının olduğunu məlum olur.Beləliklə Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan övladı olduğu üçün Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır.(i.v.85-88); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 20 noyabr 2023-cü il tarixli, 7338 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. ( i.v.89); - 21 noyabr 2023-cü il tarixli video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə baxışında maddi sübut olan DVD diskdə olan video görüntüyə baxış keçirtməklə müəyyən edilir ki, DİN-nin Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı polis baş leytenantı X2, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, həmin bölmənin kiçik inspektoru polis baş serjantı Şahid2 və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni təqdim edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Prima” markalı siqaret qutusunu təqdim edir siqaret qutusunu içərisinə baxış zamanı içərisində 16 ədəd siqaret dənəciyi və 1 ədəd alışqan aşkar edilir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükülünü xx.xx.2023-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Metallurk” stadionun yaxınlığından yerdən tapdığını bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümü elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0,763 qram olduğu müəyyən edilir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 91 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanır.( i.v.93); - 21 noyabr 2023-cü il tarixli 3-13-57-1/1-7684/23 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir.(i.v.95); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X3 Məcburi Narkoloji-Tibbi Yoxlamanın 22 noyabr 2023-cü il tarixli 1941saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v.96); - 23 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.98); - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə AR CM-nin 147M. 3HİS.; 85M. 2HİS.; 83M. 3.4 HİS.; 215; 38 maddələri ilə təqsirli bilinərək 07 il A.M.E əmlakı müsadirə olunmaqla cəzası, təyin edilmişdir. AR Milli Məclisinin xx.xx.1992-ci il tarixli amnistiya qərarının 8 maddəsinin В bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılıb, 04 il 08 ay 23 gün A.M.E cəzası saxlanılıb. xx.xx.1997-ci ildə cəzasının sonu ilə azad olunub.(i.v. 102-103); - 22 iyul 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnməsi qərara alınmışdır. (i.v. 105); - 22 iyul 2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır.(i.v. 110); - 23 iyul 2024-cü il tarixli Daşkəsən rayon İH Daşkəsən şəhər KMK tərəfindən verilmiş arayışdan məlum olur ki, Quliyev X8 şəhəri, O.Cəfərli, ev 7 yataqxanasında yaşayır.(i.v. 114); - 23 iyul 2024-cü il tarixli Daşkəsən rayon İH Daşkəsən şəhər KMK tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki,Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır.(i.v. 115); - Sübutların qiymətləndirilməsi haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, iş üzrə məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasınınrəyləri, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.156-163); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halınolmasını, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Şəmkir rayonunda işləməsini və Daşkəsən rayonunda yaşamasını, eyni zamanda Şəkmir rayonuna gedərkən Göygöl rayonun ərazisindən keçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, o, cəza çəkdiyi dövrdə Daşkəsən, Şəmkir və Göygöl rayonlarının ərazi hüdudlarını, eyni zamanda ünvan 3 ünvanında yerləşən daimi yaşayış yerinisaat 23:00-dan saat 07:00-dək tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə saat 03:10-daşübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin olunmuş cəzadan 4 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, qalıq qalan 0,713 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 1 saylı Vəkil Bürosunun vəkili X5 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə Daşkəsən, Şəmkir və Göygöl rayonlarının ərazi hüdudlarını və eyni zamanda ünvan 3 ünvanında yerləşən daimi yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,713 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-425/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-425/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver