Məhkəmə qərarları › İş №1(125)-434/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-434/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-434/2023 19.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və 07 avqust 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup təşkil edərək təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməllərini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup halında təxminən 2023-cü ilin mart ayının ortalarında gecə saat 00:00 radələrində, Zərərçəkmiş şəxs1 Xamoy qızına məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan aşma yolu ilə qanunsuz daxil olaraq, evin həyətindən 01 ədəd dəmir qapını (darvaza) qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 Xamoy qızına ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talamaqla, oğurluq etmişlər. Bundan başqa, o, təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup halında 09 iyun 2023-cü il tarixdən 10 iyun 2023-cü il tarixə keçən gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Gəncə şəhəri, Ozan küçəsində yerləşən idman zalına, zalın damından qanunsuz daxil olmaqla, oradan 01 ədəd “LG” markalı televizor, 01 ədəd boks kisəsi, 02 ədəd 16 kq-lıq ağırlıq daşları, 02 ədəd asma turnik, 2 ədəd tərəzi, 01 ədəd ştanq, 5 cüt kantel, 1 ədəd kubok, 7 cüt əlcək, 1 cüt lapa, 1 ədəd boks üçün bədən qoruyucu, 5 ədəd medal, 10 ədəd fəxri fərman və diplomlar, 10 ədəd hoppanma ipi və 1 ədəd uzadıcı kabeli, qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talamaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təxminən 2023-cü ilin mart ayının əvvəllərində Gəncə şəhəri, Qaranamazlı küçəsi 34 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 Xamoy qızına məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan 2 ədəd su qızdırıcısı, həyətin giriş qapısının ağzından 2 ədəd gidrofon, 2 topa məftil, su şlanqı və elektrik naqilini oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Xamoy qızına ümumilikdə 400 manat dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talamaqla, oğruluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır və fərdi əməklə məşğuldur. Təxminən 2023-cü ilin mart ayının ortalarında qonşusu Təqsirləndirilən şəxs2lə Gəncə şəhərində Ozan küçəsində görüşmüşlər. Söhbət əsnasında Sənan ona bildirmişdir ki, şəhərin Qaranamazlı küçəsində sahibsiz bir ev var, orada dəmir qapı var və onu götürmək lazımdır. Elə həmin gün qərar vermişlər ki, həmin evə oğurluğa getsinlər. Həmin gecə saat 00:00-01:00 radələrində Qaranamazlı küçəsi 34 ünvanında yerləşən ünvana gedərək hasardan tullanmaq yolu ilə evin həyətinə düşmüşlər. Həyətə düşdükdən sonra, hiss etmişlər ki, evdə yaşayış yoxdur. O, Sənandan darvazanın harada olduğunu soruşmuş, Sənan bir qədər irəli getdikdən sonra darvazanın qoyulduğu yeri ona göstərmişdir. Darvaza iki hissədən ibarət olmaqla evin giriş qapısı olmuşdur. Onlar oraya taxtadan qurulmuş pilləkənlə çıxmışlar. Darvaza orada olan divara söykənəkli vəziyyətdə qoyulmuşdur. Əvvəlcə darvazanın bir tayının hərəsi bir tərəfindən tutaraq pilləkəndən aşağı düşürmüş və onu yerə qoymuşdur. Daha sonra təkrar yuxarı qalxaraq, darvazanın digər tayını köməkli şəkildə aşağı düşürmüşlər. Daha sonra həyətin qapısını açaraq götürdükləri darvazanın hissələrini ayrı-ayrılıqda küçəyə qoymuşlar. Bundan sonra həyətə qayıdıb qapını bağlayaraq hasardan tullanmaq yolu ilə oranı tərk etmiş, küçədə darvazanın hissələrini ayrı-ayrılıqda əvvəlcədən evdən gətirdiyi arabanın üzərinə qoymuş və kəndirlə bağlamışlar. Küçədə söhbət əsnasında o, Sənana darvazadan xoşu gəldiyini və onu satmayaraq, ona verməsini və qardaşının yeni tikdirdiyi evinin qapısının olmadığını, həmin darvaza qapınıda o evə qoymaq istədiyini bildirmişdir. O, bunun müqabilində Sənana 50 manat pul verəcəyini vəd etmişdir. Sənan təkliflə razılaşmışdır. Bundan sonra həmin darvazanı özünün yaşadığı ünvan 5 ünvanında yerləşən evinə gətirmişlər. Daha sonra darvazanı həyətə düşürdükdən sonra o, Sənanla xüdafızləşmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2lə birlikdə Gəncə şəhəri, Ozan küçəsində yerləşən idman zalından da oğurluq etmişdir. Belə ki, 09 iyun 2023-cü il tarixdən 10 iyun 2023-cü il tarixinə keçən gecə Gəncə şəhəri, Ozan küçəsində yerləşən Aqrar Universitetinin Qızlar yataqxanasının arxasında yerləşən idman zalından zalın dam örtüyündən düşmək yolu ilə 1 cüt qantel, 3 cüt boks əlcəyi, “LG” markalı televizor, 2 ədəd boks kisəsi, 2 ədəd 16 kq-lıq ağırlıq daşları, 2 ədəd asma turnik, 2 ədəd tərəzi, 1 ədəd ştanq, 5 cüt qantel, 1 ədəd kubok, 7 cüt əlcək, 1 cüt lapa, 1 ədəd boks üçün bədən qoruyucusu, 5 ədəd medal, 10 ədəd fəxri fərman və diplomlar, 10 ədəd hoppanma ipi və 1 ədəd uzadıcı kabeli oğurlayıb əvvəlcədən Sənanla gətirdiyi əl arabası və 3 ədəd 50 kq-lıq un kisəsinə yığaraq arabaya qoyub oradan çıxaraq bir qədər irəlidə Ozan küçəsində yerləşən qəbristanlığın dəmir hasarından kisələri və televizoru qəbristanlığın içərisinə atmış, əl arabasını isə Sənangilə aparıb qoymuşlar. Təzədən hər ikisi qəbristanlığa qayıtmış, qəbristanlığın açıq olan arxa qapısından oğurladıqları əşyaları qoyduqları yerdən çıxarmaq üçün o, oraya daxil olmuşdur. O, Sənana qapıda izləməsini və gələn olarsa xəbər etməsini bildirmişdir. O, 3 dəfə gedib-gəlib həmin əşyaları və televizoru qəbristanlıqdan çıxartmışdır. Həmin kisələri və televizoru Sənanla birlikdə çiyinlərinə alaraq daşımaqla iki dəfəyə Sənanın yaşadığı evə daşıyıb gətirmişlər. Həmin vaxt hava artıq işıqlaşmaq üzrə olmuşdur. Kubok və televizor Sənanın yaşadığı evdə qalmış, digər idman ləvazimatlarını, diplomları və medalları təxminən saat 06:00 radələrində yoldan keçən ağ rəngli “VAZ-2106” markalı nömrəsini xatırlamadığı avtomobilə qoyaraq, o, ünvan 1 ünvanında yerləşən özünə məxsus yaşayış evinə apararaq, həyətdəki damın içərisinə yığmışdır. Bir neçə gün sonra isə törətdikləri cinayətin üstü açıldığından polis onu saxlamış və o, oğurladıqları əşyaları sahiblərinə qaytarmışdır. Sonda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını və ikinci Qarabağ müharibəsində iştirak etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşamış və fərdi əməklə məşğul olmuşdur. Təxminən 2023-cü ilin mart ayının ortalarında tanışı Əlibəy adlı şəxs onunla Ozan küçəsində görüşən zaman söhbət əsnasında o bildirmişdir ki, Gəncə şəhərində Qaranamazlı küçəsində sahibsiz bir ev var, orada dəmir qapı var və onu götürmək lazımdır. Elə həmin gün qərar vermişlər ki, həmin evə oğurluğa getsinlər. Həmin gecə saat 24 yaxud 01 radələrində Gəncə şəhəri, Qaranamazlı küçəsi 34 ünvanına gedərək hasardan tullanmaq yolu ilə evin həyətinə düşmüşlər. Həyətə düşdükdən sonra Əlibəy ondan darvazanın yerini soruşmuş, o, da oğurlayacaqları darvazanı ona göstərmişdir. Darvaza iki hissədən ibarət olmuş və evin ön giriş qapısı olmuşdur. Onlar oraya taxtadan qurulmuş pilləkənlə çıxmışdır. Darvaza orada olan divara söykənmiş vəziyyətdə qoyulmuşdur. Əvvəlcə hərəsi darvazanın bir tayının bir ucundan tutaraq pilləkəndən aşağı düşürmüş və onu yerə qoymuşlar. Daha sonra təkrar yuxarı qalxaraq darvazanın digər tayını köməkli şəkildə aşağı düşürmüşlər. Daha sonra həyətin qapısını açaraq götürdükləri darvazanın hissələrini ayrı-ayrılıqda küçəyə qoymuşlar. Bundan sonra həyətə qayıdıb qapını bağlayaraq hasardan tullanmaq yolu ilə oranı tərk etmişlər. Küçədə darvazanın hissələrini ayrı-ayrılıqda əvvəlcədən evdən Əlibəyin gətirdiyi arabanın üzərinə qoymuş və kəndirlə bağlamışlar. Küçədə söhbət əsnasında Əlibəy ona bildirmişdir ki, “qapı xoşuma gəldi, gəl satmayaq onu mənə ver, qardaşımın mənimlə eyni həyətdə tikdirdiyi evin qapısı yoxdu bu qapı da məhz ora uyğundur.” Bunun müqabilində Əlibəy ona 50 manat pul verəcəyini vəd etmişdir. O, da razılaşmışdır. Oğurladıqları qapını əvvəlcə onun ünvan 6 ünvanında yerləşən evinə aparmışlar. Daha sonra Əlibəy “VAZ- 2107” markalı ağ rəngli tanımadığı şəxsin idarə etdiyi avtomobillə darvazanı özünün yaşadığı ünvan 5 ünvanında yerləşən evinə aparmışdır. Bundan başqa iyun ayının 10-u gecə saat 03:00 radələrində o, Əlibəy adlı tanışı ilə Gəncə şəhəri, Ozan küçəsində yerləşən idman zalına oğurluq etmək məqsədilə daxil olmuşlar. Belə ki, həmin gecə onlar Gəncə şəhəri, Ozan küçəsində yerləşən Aqrar Universitetinin Qızlar yataqxanasının arxasında tikilmiş idman zalından zalın dam örtüyündən düşərək, oradan 1 cüt qantel, 3 cüt boks əlcəyi, “LG” markalı televizor, 2 ədəd boks kisəsi, 2 ədəd 16 kq-lıq ağırlıq daşları, 2 ədəd asma turnik, 2 ədəd tərəzi, 1 ədəd ştanq, 5 cüt qantel, 1 ədəd kubok, 7 cüt əlcək, 1 cüt lapa, 1 ədəd boks üçün bədən qoruyucusu, 5 ədəd medal, 10 ədəd fəxri fərman və diplomlar, 10 ədəd hoppanma ipi və 1 ədəd uzadıcı kabeli oğurlayıb əvvəlcədən onun gətirdiyi əl arabası və 3 ədəd 50 kq-lıq un kisəsinə yığaraq arabaya qoyub oradan çıxaraq bir qədər irəlidə Ozan küçəsində yerləşən qəbristanlığın dəmir hasarından kisələri və televizoru qəbristanlığın içərisinə atmış, əl arabasını isə aparıb onların evinə qoymuşlar. Təzədən hər ikisi qəbristanlığa qayıtmış, qəbristanlığın açıq olan arxa qapısından oğurladıqları əşyaları qoyduqları yerdən çıxarmaq üçün Əlibəy oraya daxil olmuşdur. Əlibəy ona qapıda izləməsini və gələn olarsa xəbər etməsini bildirmişdir. Əlibəy 3 dəfə gedib-gəlib həmin ləvazimatları və televizoru qəbristanlıqdan çıxartmışdır. Həmin kisələri və televizoru Əlibəylə birlikdə çiyinlərinə alaraq daşımaqla iki dəfəyə onun yaşadığı evə daşıyıb gətirmişlər. Kubok və televizor onun yaşadığı evdə qalmış, digər idman ləvazimatlarını, diplomları və medalları isə təxminən saat 06:00 radələrində yoldan keçən ağ rəngli “VAZ-2106” markalı avtomobilə qoyaraq Əlibəy ünvan 1 ünvanında yerləşən özünə məxsus yaşayış evinə aparmışdır. Həmçinin, o Əlibəylə oğurluq etməzdən əvvəl 2023-cü ilin mart ayında Gəncə şəhəri, Qaranamazlı küçəsi 34 ünvanından bir dəfə də tək oğurluq etmişdir. Belə ki, o, həmin fərdi yaşayış evinin həyətindən pilləkənin altında yerləşən 2 ədəd su qızdırıcısı, həyətin giriş qapısının ağzından 2 ədəd gidrofon, 2 topa məftil, su şlanqı və elektrik naqili götürmüşdür. Elə bundan sonra o həmin evdə olan darvaza ağır olduğu üçün Əlibəyə həmin evə oğurluğa getməyi təklif edib bir həftə sonra birlikdə gedib həmin darvazanı oğurlamışlar. O, oğurladığı 2 ədəd gidrofonu, 2 ədəd su qızdırıcısını dəqiq yadında olmayan vaxtda *2244 taksi xidmətindən taksi sifariş verib aparıb, Gəncə şəhərində “Qızlar yataqxanasının” yanında tanımadığı şəxsə xatırlamadığı məbləğə, su şlanqını isə 40 manata tanımadığı başqa bir şəxsə satmışdır. Oğurladığı məftili isə kimə satdığını xatırlamır. Həmin əşyaları gəlir əldə etmək məqsədilə oğurlamışdır. Sonda əməlindən peşman olmasını, dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyini və azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında müdafiə tərəfinin razılığı ilə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 Xamoy qızının ifadəsindən görünür ki, o, Gəncə şəhəri, Qaranamazlı küçəsi 34 ünvanında qeydiyyatda olmaqla, İsrafil Məmmədov küçəsi ev 8 ünvanında yaşayır və təqaüdçüdür. Onun ünvan 7yış evi vardır. Həmin evdə heç vaxt yaşayış olmamışdır. O hal-hazırda İsrafil Məmmədov küçəsi, ev 8 ünvanında yaşayır. Qaranamazlı küçəsində yerləşən evində heç kim yaşamasada, lakin həmin evdə çoxsaylı ev əşyaları vardır. xx.xx.2023-cü il tarixədək işləri olduğu üçün Qaranamazlı küçəsi 34 ünvanında yerləşən evinə baş çəkə bilməmişdir. xx.xx.2023-cü il tarixdə Qaranamazlı küçəsi 34 ünvanında yerləşən evinə baş çəkən zaman evin içərisində olan 01 ədəd 600 manat dəyərində dəmir qapı, hər biri 100 manat olmaqla 02 ədəd 30 litrlik su qızdırıcısı, hər biri 50 manat dəyərində 02 ədəd hidrofon, 100 manat dəyərində 2 top məftil və elektrik naqillərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş, ona görə də əvvəlcə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə, daha sonra isə Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət etmişdir. Belə ki, onun evindən 01 ədəd 1.8 metr uzunluğunda və 1.2 metr enində dəmir qapı, 02 ədəd 30 litrlik Türkiyə istehsalı olan ağ rəngli su qızdırıcısı, 02 ədəd Çin istehsalı tünd göy rəngli gidrofon, 2 topa ağ rəngli Türkiyə istehsalı olan məftil və eyni ölkə istehsalı olan 16 metr uzunluğunda elektrik naqili naməlum şəxslər tərəfindən oğurlanmışdır. ünvan 8 ünvanında yerləşən evindən edilən oğurluq nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 Xamoy qızı məhkəməyə ərizə göndərərək, ərizəsində ona dəymiş zərərin tam ödənildiyini və heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə baxışında müdafiə tərəfinin razılığı ilə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, o, ünvan 9 ünvanında qeydiyyatda olmaqla, Gülüstan qəsəbəsi, Təzə məhlələrdə yaşayır. Uzun illərdir ki, Gəncə şəhəri, Ozan küçəsində yerləşən idman zalında boks müəllimi kimi fəaliyyət göstərir. İdmançı kimi həm ölkə xaricində, həm də ölkə daxilində bir çox nəaliyyətlərin sahibdir. Müəllimlik etdiyi dönəmdə bir çox tələbələri dünya və ölkə daxilində bir çox medallar və təltiflər qazanmışlar. xx.xx.2023-cü il tarixdə səhər saat 08:00 radələrində fəaliyyət göstərdiyi Gəncə şəhər, Ozan küçəsində yerləşən idman zalına gəlib zalın qapısını açdıqda zalın tavanının sallandığını görmüşdür. Bir qədər qarşıya keçib altdan yuxarıya doğru baxdıqda görmüşdür ki, zalın dam örtüyünü (şiferini) qırıb ardından taxta örtüyünü sındıraraq naməlum şəxs və ya şəxslərin zala daxil olmasını anlamışdır. Ətrafa diqqətlə göz gəzdirdikdə isə zalda olan müxtəlif əşyaların çatışmadığını görmüşdür. Belə ki, 850 manat pul verdiyi “LG” markalı televizor, 2 ədəd boks kisəsi, 2 ədəd 16 kq-lıq ağırlıq daşları, asma tumik, 2 ədəd tərəzi, 1 ədəd ştanq, 8 cüt kantel, 1 ədəd kubok, 10 cüt əlcək, 1 cüt lapa, 1 ədəd boks üçün bədən qoruyucusu, 5 ədəd medal, təxminən 10 ədəd fəxri fərman və diplomlar, 10 ədəd hoppanma ipi və 1 ədəd uzadıcı kabelin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir. Zalın içəri otağına keçərkən oğurluq edən şəxslərin oğurladıqları əşyaları zalın digər giriş qapısını içəridən açaraq məhz oradan çıxardıqlarını görmüşdür. Oğurluq nəticəsində ona 2500 (iki min beş yüz) manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, ərizəsində hazırda ona dəymiş zərərin tam ödənildiyini və heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətməsi özlərinin etiraf ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxslərin ifadəsi, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə ifadə vermiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 27 iyul 2023-cü il tarixli 9/5563 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 11 iyun 2023- cü ilə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1050,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, 01 ədəd Cənubi Koreya istehsalı olan “LG” markalı “LCD” televizorun qiyməti aydın deyil, 02 ədəd Türkiyə istehsalı olan boks kisəsi 80 manat, 02 ədəd Rusiya istehsalı olan 16 kq-lıq ağırlıq daşları 30 manat, 01 ədəd Rusiya istehsalı asma tumik 20 manat, 01 ədəd Rusiya istehsalı tərəzi 20 manat, 01 ədəd Ştanq 70 manat, 8 cüt Türkiyə istehsalı kantel 20 manat, 01 ədəd Çin istehsalı kubok qiyməti aydın deyil, 10 cüt Rusiya istehsalı boks əlcəyi 20 manat, 01 cüt Türkiyə istehsalı lapa 10 manat, 01 ədəd Rusiya istehsalı olan boks üçün bədən qoruyucu 20 manat, 05 ədəd Çin istehsalı medal qiyməti aydın deyil, 10 ədəd Rusiya istehsalı hoppanma ipi 20 manat, 01 ədəd Rusiya istehsalı uzadıcı kabel 20 manat, 10 ədəd Gənclər və İdman nazirliyi tərəfindən verilmiş fəxri fərman və diplomlar qiyməti aydın deyil, 01 ədəd Rusiya istehsalı dəmir qapı qiyməti aydın deyil, 1 ədəd Çin istehsalı olan su qızdırıcısı qiyməti aydın deyil, 2 ədəd Rusiya istehsalı olan gidrofon (Su motoru) 30 manat, 02 topa Rusiya istehsalı olan məftil qiyməti aydın deyil, 50 metr Çin istehsalı olan evin işıqlandırılmasında istifadə olunan uzunluğunda elektrik naqili 20 manat olmaqla, ümumilikdə 1050,00 manat müəyyən edilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərib bir daha təsdiq etmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 4916 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 4915 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 iyun 2023-cü il tarixində tutulmuş, 18 iyun 2023-cü il tarixli qərar əsasında MYS-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 iyun 2023-cü il tarixində tutulmuş və Gəncə Şəhər Məhkəməsinin 18 iyun 2023-cü il tarixli 1(125)-316/2023 nömrəli qərar ilə barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə, Cm-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 1500 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixli MM Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 181.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2013-cü il təvəllüdlü Xəqani adlı bir az yaşlı uşağı var. AZ-İİ seriyalı, 216496 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 X2 ilə xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. AZ-İV seriyalı, 253476 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində doğulmuş, valideynləri atası - Təqsirləndirilən şəxs1 və anası - X2 qeyd edilmişdir. Azərbaycan Respublikası Medalının İ-3716 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının İ-84577 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və cinayət hadisələri məhz onlar tərəfindən törədilmişdir, həmçinin hər iki təqsirləndirilən şəxs bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, onlar həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını və ikinci Qarabağ müharibəsində iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. “Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 münasibətdə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyətini (cinayətə meyilli şəxs olmasını), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-316/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar 02 ədəd 8 kq-lıq qantel, 01 ədəd ştanq, 01 ədəd boks kisəsi, 01 ədəd bədən qoruyucu, 02 cüt ayaq qoruyucusu, 01 cüt lapa, 01 cüt 1 kq-lıq qantel, 01 cüt 2 kq-lıq qantel, 02 cüt idman ayaqqabısı, 01 ədəd asma turnik, 03 cüt əlcək, 02 ədəd baş üçün qoruyucu, 01 bir ədəd idman şortu, 01 cüt qruz (yük üçün), 01 ədəd idman rezini, 07 ədəd diplom və fərman, 01 ədəd idman binti, 03 ədəd medal - Zərərçəkmiş şəxs2 saxlanması nəzərə alınmalıdır. Həmçinin, iş üzrə digər maddi sübut 01 ədəd dəmir qapının (darvaza) - Zərərçəkmiş şəxs1 Xamoy qızında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 iyun 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar 02 ədəd 8 kq-lıq qantel, 01 ədəd ştanq, 01 ədəd boks kisəsi, 01 ədəd bədən qoruyucu, 02 cüt ayaq qoruyucusu, 01 cüt lapa, 01 cüt 1 kq-lıq qantel, 01 cüt 2 kq-lıq qantel, 02 cüt idman ayaqqabısı, 01 ədəd asma turnik, 03 cüt əlcək, 02 ədəd baş üçün qoruyucu, 01 bir ədəd idman şortu, 01 cüt qruz (yük üçün), 01 ədəd idman rezini, 07 ədəd diplom və fərman, 01 ədəd idman binti, 03 ədəd medal - Zərərçəkmiş şəxs2, həmçinin iş üzrə digər maddi sübut 01 ədəd dəmir qapının (darvaza) - Zərərçəkmiş şəxs1 Xamoy qızında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar