Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-436/2023 15.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X7, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, fərdi əmək ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, tamah məqsədilə X5 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncunun övladı Şahid 3000 manat müqabilində 2-ci dərəcəli əlillik təyin etdirməklə pensiya düzəldəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 2022ci ilin iyul ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda sonuncun yaşadığı Gəncə şəhəri, 3-cü Mikrorayonunun şimal-şərqində yerləşən yeni məhlələrdəki fərdi yaşayış evində 2500 manatı, Şahid istifadəsində olan "xxxx" ASC-nin **********773914 nömrəli plastik kartdan öz istifadəsindəki “X12” ASC-nin **********225210 nömrəli plastik kartına Gəncə şəhərindən xx.xx.2022-ci il tarixdə göndərdiyi 200 manatı, xx.xx.2022-ci il tarixdə göndərdiyi 215 manatı, xx.xx.2022-ci il tarixdə göndərdiyi 25 manatı, xx.xx.2022-ci il tarixdə göndərdiyi 60 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X3 və onun övladları Raul və Emili uzun illərdir ki, tanıyır. Belə ki, onlarla əvvəl qonşuluqda yaşamış, onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Emil və Raulla alveri də olmuşdur. Belə ki, Emillə zərgərlik əşyaları, Raulla isə telefon alqı-satıqısı etmişdir. Gözü zəif gördüyü üçün 18 yaşınadək pensiya almış, lakin daha sonra müvafiq tibbi yoxlamalardan kemədiyinə görə pensiyası kəsilmişdir. 2022-ci ilin iyul ayında həmin pensiyasını bərpa etdirmək istəmişdir. Həmin vaxt bu istəyi barədə Raulla söhbət edərkən ondan qardaşı Emilə də təqaüd düzəltməsini xahiş etmişdir. Həmin vaxt maddi sıxıntıları olduğundan qərar vermişdir ki, Emilgildən təqaüd düzəltmək adı ilə pul alıb maddi sıxıntılarını həll etsin. Bu məqsədlə Raula həmin işi düzəldə biləcəyini demişdir. Raul isə bu barədə anası ilə danışmalı olduğunu demişdir. Bundan sonra o, Kifayət xanımla da əlaqə saxlayaraq Emilə təqaüd düzəltmək üçün ümumi olaraq 3000 manat pul lazım olacağını ilkin olaraq 2500 manat verilməli olduğunu demiş, Kifayət xanım onunla razılaşdıqdan sonra o, Kifayət xanımgilin yaşadığı evdə Kifayət xanımdan 2500 manatı götürərək işlərini qısa zamanda həll edəcəyini demişdir. Bundan sonra oradan gedərək pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bu müddət ərzində isə ondan pensiyanın düzəlib- düzəlməməsini soruşarkən onlara qısa zamanda düzələcəyini demişdir. 2022-ci ilin noyabr ayında Emil ondan işin nəticəsini soruşduqda o qalan 500 manatın da veriləcəyi təqdirdə işlərinin həll olunacağını demiş, bundan sonra Emil onun istifadəsində olan plastik kartına 500 manat pul göndərmişdir. Bundan sonra isə o həmin pulu da şəxsi ehtiyaclarına xərcləmiş və həmin pulu qaytara bilməmiş, buna gorə də barəsində polisə şikayət edilmişdir. Hal-hazırda zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs X1 ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır. Fərrux əvvəllər qonşuluğunda yaşamışdır. Fərrux onun övladları Raulla telefon, Emillə isə zərgərlik əşyaları alıb satmışdır. 2022-ci ilin iyul ayında övladı Şahid pensiya düzəltdirmək istəmiş, həmin ərəfələrdə Raul ona Fərruxla bu barədə söhbət etdiyini onlara köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o Fərruxla danışdıqda Fərrux ona əlaqələrinin geniş olduğunu, özünə də pensiya düzəltdirəcəyini, rahat şəkildə Emilə də 2-ci dərəcəli əlilik təyin etdirib pensiya düzəldə biləcəyini, başqasına 4000 manata ona isə tanış olduğuna görə 3000 manata başa gələcəyini, ilkin olaraq 2500 manat lazım olacağını bildirmişdir. O, Fərruxla razılaşaraq öz yaşadığı Gəncə şəhəri, 3-cü Mikrorayonunun şimal-şərqində yerləşən yeni məhlələrdə yerləşən evində Fərruxa 2500 manat pul vermişdir. Həmin vaxt oğlu Emil də yanlarında olmuşdur. Fərrux Emilin şəxsiyyət vəsiqəsini, hərbi biletini götürərək, 3 ay ərzində məsələnin həll olunacağını bildirmiş, 3 ay sonra isə, yəni oktyabr ayında Fərruxdan pensiyanın düzəlib, düzəlmədiyini soruşduqda Fərrux qısa zamanda məsələnin həll olunacağını demişdir. Həmin ilin noyabr ayında onlar yenə də Fərruxdan pensiyanın düzəlib-düzəlməməsini soruşduqda Fərrux sənədləşmə üçün 500 manat da veriləcəyi təqdirdə pensiyanın düzələcəyini bildirmişdir. Bundan sonra övladı Emil istifadəsində olan plastik kartdan öz istifadəsindəki plastik kartına hissə-hissə 500 manat göndərmişdir. Bundan sonra onlar yenə də Fərruxdan işin nəticəsini soruşduqda Fərrux Emili həkim müayinəsindən keçmək üçün Bakı şəhərinə dəvət etmişdir. Bundan sonra Emil Bakı şəhərinə gedib orada Fərruxla görüşmüş, Fərrux isə ona bilmədiyi kağıza imza etdirərək Emilə həkim komissiyasını özü həll edəcəyini demiş, buna görə də Emil Gəncə şəhərinə qayıtmışdır. Bundan sonra onlar dəfələrlə Fərruxdan pensiyanın düzəlib- düzəlməməsini soruşduqda Fərrux hər dəfə müxtəlif bəhanələr gətirmiş və sonra nə Emilin də özünün pensiyasının alınmadığını, pulu xərclədiyini, qısa zamada pulu qaytaracağını deyərək Emilin şəxsiyyət vəsiqəsini və hərbi biletini geri vermişdir. Lakin Fərrux yenə də vədinə əməl etməyərək pulu da geri qaytarmadığı üçün o məcbur olub bu barədə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır. Fərrux əvvəllər qonşuluğunda yaşamışdır. Fərruxla zərgərlik əşyaları alıb satmışlar. 2022-ci ilin iyul ayında pensiya düzəltdirmək istəmişdir. Həmin ərərflərdə qardaşı Raul Fərruxla bu barədə söhbət etmiş, Fərrux da Raula kömək edəcəyini bildirmişdir. Bundan sonra anası Kifayət Fərruxla danışdıqda Fərrux əlaqəlarinin geniş olduğunu, özünə də pensiya düzəltdirəcəyini rahat şəkildə ona da pensiya düzəldə biləcəyini, başqasına 4000 manata, ona isə tanış olduqlarına görə 3000 manata başa gələcəyini, ilkin olaraq 2500 manat lazım olacağını bildirmişdir. Onlar Fərruxla razılaşmış və anası Kifayət öz yaşadıqları Gəncə şəhəri, A.Səhhət xəsətxanasının yaxınlığındakı yeni məhlələrdə yerləşən evlərində Fərruxa 2500 manat pul vermişdir. Fərrux onun şəxsiyyət vəsiqəsini, hərbi biletini götürərək, 3 ay ərzində məsələnin həll olunacağını bildirmişdir. 3 ay sonra isə, yəni oktyabr ayında Fərruxdan pensiyanın düzəlib, düzəlmədiyini soruşduqda Fərrux qısa zamanda məsələnin həll olunacağını demişdir. Həmin ilin noyabr ayında onlar yenə də Fərruxdan pensiyanın düzəlib-düzəlməməsini soruşduqda Fərrux sənədləşmə üçün 500 manat da veriləcəyi təqdirdə pensiyanın düzələcəyini bildirmişdir. Bundan sonra öz istifadəsindəki “Kapital Bank ASC-nin **********773914 nömrəli plastik kartından Fərruxun istifadəsindəki “X12” ASC-nin **********225210 nömrəli plastik kartına pul düzəltdikcə hissə-hissə, yəni xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 215 manat, xx.xx.2022-ci il tarixdə 25 manatı, xx.xx.2022-ci il tarixdə isə 60 manat göndərmişdir. Bundan sonra onlar yenə də Fərruxdan işin nəticəsini soruşduqda Fərrux onu həkim müayinəsindən keçmək üçün Bakı şəhərinə dəvət etmişdir. Bundan sonra o Bakı şəhərinə gedib orada Fərruxla görüşərək harada həkim müayinəsindən keçəcəyini soruşduqda Fərrux ona bilmədiyi kağıza imza etdirərək həkim komissiyasını özü həll edəcəyini, narahatçılıq olmayacağını demiş, o isə artıq işi yekunlaşdığına görə Gəncə şəhərinə qayıtmışdır. Bundan sonra onlar dəfələrlə Fərruxdan pensiyanın düzəlib- düzəlməməsini soruşduqda Fərrux hər dəfə müxtəlif bəhanələr gətirmiş və sonra nə onun də özünün pensiyasının alınmadığını, pulu xərclədiyini, qısa zamada pulu qaytaracağını deyərək şəxsiyyət vəsiqəsini və hərbi biletini geri vermişdir. Lakin Fərrux yenə də vədinə əməl etməyərək pulu da geri qaytarmadığı üçün onlar məcbur olub bu barədə şikayət etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdır. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o etdiyi cinayət əməlini etiraf edir, lakin zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189- 1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, sonuncu zərərçəkmişə dəymiş ziyanı ödəmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-436/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-436/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver