Məhkəmə qərarları › İş №1(125)-437/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-437/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-437/2023 01.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbdə texniki işçi vəzifəsində işləyən, Gəncə şəhəri, Bağbanlar küçəsi, 1-ci dalan, ev 7-də qeydiyyatda olmaqla ünvan 1 ünvansız fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialına Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:50 radələrində yaşadığı Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin həyətində dostu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başından və sol ayaq nahiyyəsindən əl-ayaq zərbələri ilə qəsdən vurmaqla ona sol gözün ağlı qişasının qansızması, burun üstü, sol bazu nahiyyələrinin qançırları, sol bazu nahiyyəsinin səthi yaraları, sol baldır nahiyyəsinin sıyrıqları kimi sağalmlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlər, həmçinin burun sümüyünün qapalı yerdəyişməmiş sınığı, hər iki göz ətrafı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirməklə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbdə texniki işçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun dostu olmaqla onu təxminən 10 ildir ki, tanıyır. Onlar mütamadi olaraq bir-biri ilə əlaqə saxlayıb görüşürlər. 04 sentyabr 2023-cü il tarixdə axşam saat 22:50 radələrində işdən evə yorğun gəldiyi üçün yatmış və həmin vaxt evdə heç kim olmamışdır. Anidən qapının bərkdən döyüldüyünü və ucadan çağrıldığını eşitmişdir. Çağıran şəxsin Məhəmmədəli olduğunu bilmiş və gecə vaxtı olduğu üçün ilkin olaraq Məhəmmədəlinin çıxıb getməsi ehtimalına görə ona cavab vermək istəməmişdir. Lakin Məhəmmədli onu səsləməyə davam etdiyi üçün həyətə çıxıb qapını açıb acıqlı formada ondan nə istədiyini soruşmuş, Məhəmmədəli isə ona evə getmək üçün taksi pulu verməyini istəmişdir. Üzərində pulunun olmadığını bildirib Məhəmmədəliyə çıxıb evlərinə getməyini təklif edəndə Məhəmmədəli sərxoş olduğu üçün təkid ilə pul istəyib onunla kobud danışmağa başlamış və həmin vaxt yuxudan ayıldığı üçün o, əsəblərini cilovlaya bilməyib, Məhəmmədlinin üzünə iki dəfə yumruqla zərbə vurmuş və Məhəmmədəli zərbənin təsirindən yerə yıxılmışdır. Yerə yıxılan zaman onun təpiklə ayağına vurmuşdur. Məhəmmədəli yerdən durub həyətdən çıxmış, o, isə qapını arxadan kilidləyib evə getmişdir. Daha sonra Məhəmmədəlinin onun barəsində şikayət etdiyini bilmişdir. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermiş və orada başqa şəxs olmamışdır. Hadisədən sonra Məhəmmədəli ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun dostudur. Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 04 sentyabr 2023-cü il tarixdə yaşadığı ünvanda olan zaman spirtli içki qəbul etmiş sonra axşam yaşadığı ünvandan çıxıb ünvan 3 Həmin vaxt bir qədər pivə qəbul etdikdən sonra üzərində olan pulun hamısını kafedə hesaba vermişdir. Gecə radələri olduğu üçün yaşadığı ünvana taksi ilə getmək istəmiş, lakin üzərində pulu olmamışdır. Yaxınlıqda, yəni İsmət Qayıbov küçəsində yaşayan dostu Təqsirləndirilən şəxs evinə gedib pul istəmək qərarına gəlmiş və bu məqsədlə saat 22:50 radələrində Amilin yaşadığı ünvana getmiş, qapını döyərək həyətə daxil olub Amili çağırmışdır. Bir qədər sonra Amil acıqlı şəkildə evdən çıxaraq onun üzərinə qışqırmış və nə istədiyini soruşmuşdur. Amildən yaşadığı ünvana getmək üçün taksi pulu istəmişdir. Amil ona kobud şəkildə pulunun olmadığını və çıxıb getməsini söyləmişdir. Lakin o, təkrar xahiş edib pul istəyən zaman Amillə aralarında mübahisə yaranmış və Amil yumruq zərbəsi ilə iki dəfə onun üz nahiyyəsindən vurmuş, zərbənin təsirindən yerə yıxılmış və yerə yıxılan zaman Amil onun sol ayağından təpiklədə zərbə vurmuşdur. Hadisənin baş verməsinə səbəb onun içkili olması olmuşdur. Bundan sonra Amilin yaşadığı ünvanadan çıxıb döyülməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş sonra isə Gəncə şəhər 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisədən sonra Amillə barışmış və ona dəymiş ziyan tam ödənmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb Amil barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” X4 şəxsin Gəncə şəhər şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 1396 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burun sümüyünün qapalı yerdəyişməmiş sınığı, hər iki göz ətrafı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması, sol gözün ağlı qişasının qansızması, burun üstü, sol bazu nahiyyələrinin qançırları, sol bazu nahiyyəsinin səthi yaraları, sol baldır nahiyyəsinin sıyrıqları -bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilə tarixdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcələrinə görə burun sümüyünün qapalı yerdəyişməmiş sınığı, hər iki göz ətrafı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; sol gözün ağlı qişasının qansızması, burun üstü, sol bazu nahiyyələrinin qamçırları, sol bazu nahiyyəsinin səthi yaraları, sol baldır nahiyyəsinin sıyrıqları isə sağalmlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-in BƏSİİ- tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Gəncə şəhər narkoloji dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər ruhi-əsəb dispanserlərdən verilmiş arayışdan görünür ki, Həsənov X1 dispanserdə qeydiyyatda durmur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağın olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs adına tərtib edilmiş və materiala əlavə olunmuş xasiyyətnamədən görünür ki, o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq.. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar