Məhkəmə qərarları › İş №1(125)-438/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-438/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-438/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zahid qızının, Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiiştirakları ilə, xx.xx.1986-cı il Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, 20 yanvar küçəsi,ev 65-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs Zahid qızına aralarında baş vermiş ailə münaqişəsi zəminində birgə yaşadıqları ünvan 3 ünvanında qəsdən əl zərbələri vurmaqla sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 20-21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında vət. Zərərçəkmiş şəxs aralarında yaranmış ailə daxili münasibətlər zəminində mübahisə zamanı qəsdən əl zərbələri ilə vurmaqla, sol baldır niyəsinin qançırı, sol bud, qaşarası nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilməyən, sağ gözün üst və alt qapaqlarının və sol bud nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olmayan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Bununla da vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs bildirdi ki, 2018-ci ildə Yusubova (Alməmmədova) Qəmər Natiq qızı ilə ailə həyatı qurmuşdur və həmin rəsmi nigahdan iki övladları dünyaya gəlmişdir. Münasibətləri ailəlik dövrünün ilk 2- 3 ili ərzində çox yaxşı olmuşdur. Lakin, sonradan Zərərçəkmiş şəxs ailə üzvləri ailə daxili məsələlərə müdaxilə etməyə başlamışlar. Bununla bağlı dəfələrlə Zərərçəkmiş şəxs özü ilə və ailə üzvləri ilə söhbətləri olmasına baxmayaraq heç bir nəticə olmamışdır. Qəmər ailə üzvlərinin təsiri altına düşərək ona(Təqsirləndirilən şəxs) münasibətini dəyişmişdir və bu səbəbdən soyuqluq, mübahisələr yaranmışdır, 12.09.223-cü il tarixində saat 20-21 radələrində evə sərxoş vəziyyətdə gəlmişdir, şəhərdəki kafelərdən birində şam yeməyi ilə araq içmişdir. Evə gəldikdən sonra eyni mövzuda yaşadıqları evdə Qəmər ilə arasında mübahisə yaranmışdır. Mübahisə anı Qəmər tutulan iradlara sərt cavablar qaytardığı üçün əsəbləşərək əl zərbələri ilə Qəməri sifətindən və başından 2-3 dəfə vurmuşdur. Qəmərin müraciəti ilə tanış olmuşdur. Mübahisə yaşadıqları evin içində baş vermişdir və təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı evdə kənar şəxslər olmayıb. Azyaşlı övladları digər otaqda idilər mübahisənin şahidi olmayıblar. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində aparılan sadələşdirilmiş icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2018-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar, həmin nigahdan X1 və X2 dünyaya gəlmişlər. Ailə qurduqdan sonra ilk 2-3 il münasibətləri çox yaxşı olmuşdur. Lakin sonradan Seymur spirtli içkilər qəbul etməyə başladığı üçün tez-tez evdə mübahisələr yaradırdı. Tez-tez Seymur spirtli içkilər qəbul edib evdə mübahisə və münaqişlər yaradaraq kobud sözlər söyləyib ailə üzvlərini narahat etmişdir. xx.xx.2023-cü il tarixində saat 20 radələrində Seymur sərxoş vəziyyətdə evə gələrək kobud sözlər söylədikdə Seymurdan spirtli içkini tərgitməsini istədiyi üçün mübahisə edərək yaşadıqları evin koridorunda onu (Zərərçəkmiş şəxs) əl və yumruq şəmbələri ilə vurub döyərək xəsarət yetirmişdir. Seymur əl və yumruq zərbələri ilə onu (Zərərçəkmiş şəxs) başından, alın nahiyəsindən, sifətindən və sol budundarı qəsdən vuraraq döyüb xəsarət yetirmişdir. Mübahisə yaşadıqları evdə baş vermişdir. Təxminən 5- 10 dəqiqə davam etmişdir. Baş verənlər barədə qardaşı Şahid telefonla məlumat verdikdən sonra döyülməsi barədə AR DİN 102 xidmətinədə məlumat vermişdir. Mübahisə zamanı azyaşlı övladları evin digər otağında yatmışdılar bu səbəbdən mübahisənin şahidi olmayıblar. Əri Təqsirləndirilən şəxs tərəfindən qəsdən döyülüb xəsarət aldığı üçün məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmişdir. Hazırda Seymurla barışmışdır. Ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Azərbaycan Respublikası Daxili Qoşunlarında, 2023-cü ilin iyun ayından isə tutduğu vəzifədə xidmət aparır. X3 əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası DİN 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs 2018-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nigahdan 2 azyaşlı övladları vardır. Buna baxmayaraq Təqsirləndirilən şəxs tez-tez spirtli içki qəbul edib evdə mübahisələr yaratdığı üçün Zərərçəkmiş şəxs ilə münasibətləri pisdir. xx.xx.2023-cü il tarixində saat 20-21 radələ rində bacısı Qəmər zəng edərək əri Seymurun yaşadıqları evdə onu döydüyünü söylədikdə baş verənlər barədə Azərbaycan Respublikası DİN 102 xidmətinə məlumat verib Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs ilə yaşadığı ünvan 5 ünvanına polis əməkdaşları yaxınlaşmasını istəmişdir. Məlumatı verdikdən sonra özüdə həmin ünvana yollanmışdır. Bir qədər sonra ünvana polis əməkdaşları gəlmişlər. Gəldikdə bacısı Qəmərin alın nahiyəsində cızıq və üzündə şişkinlik görmüşdür. Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs əl zərbələri ilə döyərək qəsdən həmin xəsarətləri yetirmişdir. Həmin mübahisənin şahidi olmasada Zərərçəkmiş şəxs özündən əri Seymur tərəfindən döyülərək xəsarət aldığını öyrənmişdir. Seymur sərxoş vəziyyətdə idi və çox aqressiv hərəkətlər edirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 sentyabr 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən imtina etmişdir. 14 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli “MTE və PA” X6 şəxsin canlı şəxsin ekspertizası rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sağ gözün üst və alt qapaqlarının və sol bud nahiyəsinin yumşaq toxumalarının qançırışişkinlik halında əzilməsi, gözün ağlı qişasına qansızma, sol baldır nahiyəsinin qançırı, sol bud, qaşarası nahiyələrin sıyrıqları-bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol baldır nahiyəsinin qançırı, sol bud, qaşarası nahiyələrinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Sağ gözün üst və alt qapaqlarının və sol bud nahiyəsinin yumşaq toxumalarının qançırı şişkinlik halında əzilməsi, gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsitərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və məlumat daxil olmamışdır. Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı X4 Şöbəsinin 18 sentyabr 2023-cü il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı var. Zərərçəkmiş şəxs notarial ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan hər hansı şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində aparılan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı zamanı 12 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin40.3, 43.2.1, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar