Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-44/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1987-ci il tarixдя Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3cü dalan, ev 5-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, İİ döngə, ev 6-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımış, qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.442 qram təmiz çəkidə narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.736 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan siqaret qutusunda gizlədib üzərində daşımış, eləcə də təyinatı üzrə istifadəyə yararlı olmaqla soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirib yaşadığı Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, İİ döngədə yerləşən 6 nömrəli fərdi yaşayış evinin qonaq otağında saxlamış, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasında gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan idman şalvarının ön sağ cibindən siqaret qutusunun içərisində satış məqsədi olmadan əldə edib daşıyaraq saxladığı, ümumilikdə 06 ədəd polietilen kəsiyi bükümlərində qablaşdırılmış, müvafiq olaraq 0.576 qram, 0.432 qram, 0.434 qram, ümumilikdə isə 1.442 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 0.744 qram, 0.616 qram, 0.376 qram, ümumilikdə isə 1.736 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, eyni tarixdə yaşadığı yuxarıda göstərilən ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin qonaq otağındakı dolabdan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən 01 ədəd ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinə əsasən təqsirli bilmiş, lakin CM-in 234.2-ci maddəsinə əsasən isə təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 1-2 il əvvəl Bakı şəhərində yerdən bıçaq tapmışdır. O, həmin bıçağı məqsədsiz şəkildə idarə etdiyi VAZ 2108 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qoltuqaltı hissəsində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Gəncə şəhəri, İ.Qayıbov küçəsində olarkən mülki geyimli polis əməkdaşları onu yaxalamış, ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli olmasını bildirmişlər. Həmin vaxt polis əməkdaşları onu döymüşlər, sonra VAZ 2108 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmişlər. Orada ona təzyiq göstərərək narkotik maddələr üzərinə qoyub ona məxsus olmasını etiraf etməsini məcbur etmişlər. Daha sonra o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, bir qədər sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra xidməti iş otaqlarının birində polis əməkdaşlarının, onun və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt o, polislərdən çəkindiyi üçün müdafiəçiyə heç bir söz deməmiş, narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Ümumiyyətlə o, əvvəllər heroin və metamfetamindən bir yerdə istifadə etmiş, lakin onu polislər saxladıqları gündən bir neçə gün qabaq o, qızına söz verdiyi üçün heroin və metamfetaminin istifadəsini tərgitmişdir. Polislər onu saxlamamışdan 1-2 saat əvvəl o, ağrılarına görə, Bakı şəhərində tanımadığı şəxsdən aldığı metadon və fenezepan dərmanlarını içmiş, bu səbəbdən şəxsi axtarış zamanı yuxulu kimi olmuş, ancaq ona verilən sualları eşitmiş və dərk etmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə - heroin və psixotrop maddə - metamfetamin aşkar olunduqdan sonra ondan avtomobilində və evində narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, da gizlətməyin onsuz da faydası olmayacağını düşünüb avtomobilində və evində bıçaq oluğunu, onları təqdim edə biləcəyini bildirmiş, evinə və avtomobilinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə də vermişdir. Bundan sonra onun avtomobilinə polis əməkdaşlarının, müdafiəçisinin və özünün iştirakı ilə baxış keçirilmiş, baxış zamanı videoçəkiliş aparılırmışdır. O, avtomobilin qoltuqaltı hissəsində saxladığı bir ədəd bıçağı özü polis əməkdaşlarına təqdim etmiş, həmin bıçaq bükülüb zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalarla təsdiq edilərək ondan götürülmüşdür. Avtomobilinə baxış keçirildikdən sonra onun yaşadığı ünvan 3 ünvana yollanmışlar. Orada yenə polis əməkdaşlarının, müdafiçisinin və özünün iştirakı ilə videoçəkiliş altında evə baxış keçirilmişdir. O, özü evin yataq olağınla kiçik bir masanın alt hissəsində qara rəngli cib bıçağının sınıqlarını, bunlan sonra evin zal otağında dolabdan 01 ədəd qara rəngli sınmış cib baçağını, həmçinin həmin dolabdan taxta dəstəyi olan başqa bir bıçağı təqdim etmişdir. Həmin bıçaqlar eyni qaydada qablaşdırılmaqla ondan götürülmüşdür. O, həmin bıçaqlardan heç bir cinayətdə istidadə etməmiş, onları yerdən tapmış və məqsədsiz olaraq saxlamışdır. O, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində və avtomobilində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları onu döyərək üzərinə zorla narkotik vasitələr qoymuşdur. Sonda o, barəsində CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsini, CM-in 228.4-cü maddəsi ilə isə yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, İİ döngə, ev 6-da ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. “Kakos” və “Patı” adları ilə tanınan narkotik vasitədən və psixotrop maddədən təxminən bir ildir ki, istifadə edir. Belə ki, onları çəkmək yolu ilə qəbul edir. Həmin maddələri Gəncə şəhəri ərazisində bu işlə məşğul olan tanımadığı, təsadüfi kiminsə vasitəsi ilə əlaqə yaratdığı şəxslərdən almışdır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Gəncə şəhəri, İ.Qayıbov küçəsində olarkən yerdə 01 ədəd “winston” markalı siqaret qutusu görmüş və diqqətini çəkdiyinə görə onu yerdən götürüb açmışdır. O, açıb içərisinə baxdıqda içərisində 06 ədəd sellofan bükümlərdə olmaqla 03 ədəd “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin və 03 ədəd “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını müəyyən etmişdir. Həmin maddələrin istifadəçisi olduğundan onların nə olmasını asanlıqla başa düşmüş, həmin maddələri istifadə etmək niyyəti ilə özü ilə götürmüşdür. Bundan sonra dostu Aqilin mobil nömrəsinə zəng edib bu barədə xəbər vermiş, gəlməsini xahiş etmişdir ki, ətrafı birlikdə axtarsınlar, bəlkə yenə narkotik vasitə taparlar. Lakin bir qədər sonra mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli olmasını bildirmişlər. Həmin vaxt polis əməkdaşları onu VAZ 2108 markah, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmişlər. Gəncə şəhər BPİdə hüquq və vəzifələri izah edilmiş, həmçinin dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Bir qədər sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra xidməti iş otaqlarının birində polis əməkdaşlarının, onun və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarışın aparılması video qeydiyyata alınmışdır. Axtarışdan əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, da səmimi olaraq əynindəki şalvarının ön sağ cibindən içərisində 03 ədəd sellofan bükümdə “kakos” və 03 ədəd sellofan bükümdə “patı” olan siqaret qutusunu çıxardıb təqdim etmişdir. Təhqiqatçının sualına cavab olaraq həmin bükümlərin içərisində nə oluğunu səmimi bildirmişdir. O, həmçinin bildirmişdir ki, həmin maddələri bir qədər əvvəl yerdən tapmış, istifadəsi üçün özü ilə götürmüş, istifadə edə bilməmiş, satmaq niyyəti də olmamışdır. Axtarış zamanı “Nokia” markalı mobil telefonu ondan götürülmüşdür. Bundan sonra onun təqdim etdiyi kütlələr elektron tərəzi ilə bir-bir çəkilmişdir. Belə ki, patı kimi tanınan psixotrop maddənin ümumi çəkisi 1.91 aram, kakos kimi tanınan narkotik vasitənin ümumi çəkisi isə 1.69 qram təşkil etmişdir. Bundan sonra həmin kütlələr zərfin içərisinə qoyulub qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Həmin vaxt ondan avtomobilində və evində narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuş, o da gizlətməyin onsuz da faydası olmayacağını düşünüb avtomobilində və evində bıçaq olduğunu, onları təqdim edə biləcəyini bildirmiş, evinə və avtomobilinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə də vermişdir. Bundan sonra onun avtomobihnə polis əməkdaşlarının, müdafiəçisinin və özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı videoçəkiliş aparılırmışdır. O, avtomobilin qoltuqaltı hissəsində saxladığı bir ədəd bıçağı özü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bıçaq bükülərək zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlanmış, üzərində qeydlər aparılmış və imzalarla təsdiq edilərək ondan götürülmüşdür. O, həmin bıçağı təxminən tutulmamışdan iki il əvvəl Bakı şəhərində yerdən tapmış, məqsədsiz olaraq avtomobilinda saxlamışdır. Həmin bıçaqla heç bir cinayat törətməmiş, belə bir niyyəti də olmamışdır. Avtomobilinə baxış keçirildikdən sonra onun yaşadığı ünvan 3 ünvana yollanmışlar. Orada yenə polis əməkdaşlarının, müdafiəçisinin və özünün iştirakı ilə videoçəkiliş altında evə baxış keçirilmişdir. O, özü evin yataq olağında kiçik bir masanın sit hissəsində qara rəngli cıb bıçağının sınıqlarını, bunlan sonra evin zal otuğında dolabdan 01 ədəd qara rəngli sınmış cib bıçağını, həmçinin həmin dolabdan taxta dəstəyi olan başqa bir bıçağı təqdim etmişdir. Həmin bıçaqlar eyni qaydada qablaşdınlmaqla ondan götürülmüşdür. O, həmin bıçaqlardan heç bir cinayətdə istifadə etməmiş, onları yerdən tapmış və məqsədsiz olaraq saxlamışdır. O, verilən suallara cavab olaraq ifadəsində həmçinin bildirmişdir ki, saxlanılarkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmamış, sifət nahiyəsində olan xəsarət tutulduğu gündən bir gün əvvəl avtomobil təmir edərkən sifətinin avtomobilin “kopot” hissəsinə möhkəm toxunması nəticəsində yaranmışdır. Aqil adlı tanışının onun narkotik vasitə əldə etməsində hər hansı rolu olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-yə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli olması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Baş Polis İdarəsinin rəisinə məruzə olunduqdan sonra onun tərəfindən həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, özünün, əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahın Musayevin, eləcə də İdarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakından ibarət əməliyyat qrupu yaradılmışdır. Qəbul edilmiş həmin qərar əsasında, qeyd olunan tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Gəncə şəhəri, İ.Qayıbov küçəsində tərəflərindən saxlanılmışdır. Həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edərək saxlanılmasının səbəbini izah etmiş, eləcə də Asimi VAZ 2108 markalı,**-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə təxirəsalınmaz şəkildə Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmişlər. Saxlanılarkən Təqsirləndirilən şəxs göz nahiyəsində xəsarət olmuşdur. Yolda olarkən Asim həmin xəsarətin avtomobilin “kopot” hissəsinə dəyməsi nəticəsində yarandığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs gətirilməyi ilə bağlı rəhbərliyə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərar və protokol əsasında şübhəli şəxs qismində tutulmuş, həmçinin hüquqlarının müdafiəsi ilə bağlı Asimə müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların da iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış başlanılmışdır. Axtarışdan əvvəl Asimə hüquq və vəzifələri izah edilərək yazılı bildiriş təqdim olunmuşdur. Axtarış başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs gözündə olan xəsarətin necə yaranması barədə sual verilmiş, Təqsirləndirilən şəxs isə bir gün əvvəl avtomobili təmir edərkən avtomobilin “kopot” hissəsinin gözünə dəyməsi nəticəsində həmin xəsarətin yarandığını bildirmişdir. Təhqiqatçı həmçinin Gəncə şəhər BPİ-yə gətirilərkən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı zorakılıq, qeyriinsani rəftar olunub-olunmaması barədə sual verdikdə Asim belə bir hal olmadığını da bildirmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya, predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmişdir. Asim isə “var” deyərək əynindəki şalvarının ön sağ cibindən bir ədəd ağ rəngli, “wintston” markalı siqaret qutusu, ön sol cibindən isə bir ədəd qırmızı rəngli “nokia” markalı mobil telefon və topa halında açarları çıxarıb təqdim etmişdir. Bundan sonra Asimin üzərində şəxsi axtarış aparılmış, lakin özünün təqdim etdiklərindən başqa hər hansı predmet aşkar olunmamışdır. Sonra həmin siqaret qutusunun içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs “kakos” və “patı” deyə cavab vermişdir. Həmin siqaret qutusuna baxış zamanı içərisindən altı ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əli ilə qəhvəyi rəngli kütlələr olan bükümləri göstərib onların “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, eləcə də içərisində ağ rəngli kütlələr olan bükümləri göstərib onların “patı” kimi tanıdığı psixotrop maddə olmasını bildirmişdir. İçərisində ağ rəngli kütlə olan bükümlər açıldıqda içərilərində ağ rəngli, kristal halında və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1.90 qram təşkil etmişdir. Bundan sonra narkotik vasitə olan heroinə bənzər kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və onların ümumi çəkisi 1.69 qram təşkil etmişdir. Sorğu-sual zamanı Asim həmin kütlələri polis tərəfindən saxlanılmazdan bir qədər əvvəl “Bağman” adlanan ərazidə yerdən tapdığını, açıb istifadə etmədiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını, satmaq fikrinin olmadığını, həmin kütlələrdən dostu Aqilin xəbərinin olduğunu, dostuna zəng edib bəlkə yenə tapmaq ümidi ilə narkotik və psixotrop maddələri tapdığı ərazini axtarmağı təklif etdiyini bildirmişdir. Bundan sonra, müdafiəçi tərəfindən Asimə saxlanılarkən hər hansı zorakılığa məruz qalıbqalmadığını, aşkar edilmiş kütlələrin kimə məxsus olması barədə sual verilmiş və Asim heç bir zorakılığa məruz qalmadığını, göz nahiyəsindəki xəsarətin avtomobilə dəyməsi nəticəsində yarandığını, aşkar olunan kütlələrin isə özünə məxsus olduğunu bildirmişdir.Bundan sonra həmin kütlələr boş zərfin içərisinə qoyulmaqla götürülmüş, zərfin ağzı bağlanaraq möhürlənmiş, üzərində qeydlər aparıldıqdan sonra orada olan şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, Asimin mobil telefonu da maddi sübut qismində götürülmüş, açarlar isə özünə qaytarılmışdır. Axtarışın sonunda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs avtomobilində və yaşadığı evdə dövriyyəsi qanunla qadağan edilən hər hansı əşya olub-olmaması barədə sual verilmiş, Asim isə avtomobilində və yaşadığı evdə bıçaq olmasını, evində olan bıçağın xəncər tipli olmasını bildirmişdir. Bundan sonra axtarış başa çatdırılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında olan Təqsirləndirilən şəxs məxsus Vaz 2108 markalı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Belə ki, Asim ərizə ilə müraciət edərək evinə və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Avtomobilə baxışda da o və adlarını yuxarıda qeyd edilən polis əməkdaşları, eləcə də şübhəli şəxs və müdafiəçisi iştirak edirmiş. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sağ yan qapısını açaraq ön oturacaqların arasındakı saxlanc yerindən 01 ədəd taxta dəstəyi olan mətbəx bıçağına bənzər bıçaq təqdim etmişdir. Sorğu-sual zamanı Asim həmin bıçağı təsərrüfat məqsədləri üçün saxladığını bildirmişdir. Bundan sonra Asimin özünün iştirakı ilə avtomobilinə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunmamışdır. Sonra həmin bıçaq boş Zərfin içərisinə qoyulmuş, zərfin ağzı bağlanaraq möhürlənmiş, üzərində qeydlər aparıldıqdan sonra orada olan şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə yollanmışlar. Belə ki, baxış Gəncə şəhəri, Qaçaq Nəbi küçəsi, İİ döngədə yerləşən 6 nömrəli fərdi yaşayış evinə keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs cibindən çıxardığı açarla evin həyətyanı sahəsinə giriş qapısını açmış və birlikdə evin həyətyanı sahəsinə daxil olmuşlar. Sonra Təqsirləndirilən şəxs evə giriş qapısını yenə özündə olan açarla açmış və birlikdə evə daxil olmuşlar. Evin həyətyanı sahəsində və evin içərisində elektrik işığı yanmadığından mobil telefonların işığından istifadə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında pəncərənin qarşısından bir ədəd sınmış vəziyyətdə cib bıçağı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin zal otağındakı qabqacaq dolabının üst gözündəki şüşə qabın içərisindən də 01 ədəd sınmış vəziyyətdə cib bıçağı və cib bıçağının tiyə hissəsini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs həmin dolabın digər üst gözündən 01 ədəd qəhvəyi rəngli taxta dəstəyi olan, düyməsiz, kustar üsulla hazırlanana bənzəyən bıçağı təqdim etmişdir. Bundan sonra həmin bıçaqlar boş zərfin içərisinə qoyulmuş, zərfin ağzı bağlanaraq möhürləndmiş, üzərində qeydlər aparıldıqdan sonra orada olan şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsində sonuncuya heç bir təzyiq göstərilməmiş, ona qarşı fiziki zorakılıq işlədilməmiş, heç bir qanunsuzluqlar törədilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə ifadə verməkdən imtina etmiş, ibtidai istintaq zamanı ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Asim narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, narkomaniyadan əziyyət çəkir. Dəfələrlə oğluna belə əməllərdən uzaq durması barədə yalvarmasına baxmayaraq Asim, yenə də öz bildiyini etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə nəticəsində müəyyən mənada psixoloji sarsıntı keçirmiş, sanki özündə olmamışdır. Ona görə Gəncə şəhər prokurorluğuna müraciət etmişdir ki, bəlkə oğlu Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə müalicə olunmasına köməklik göstərilsin. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının şahidi olmamışdır. Oğlunun narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu bilir, lakin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə yaşadığı evə baxış zamanı aşkar olunmuş soyuq silah hesab edilən bıçağı Asimin nə vaxt evə gətirdiyini bilməmişdir. Belə ki, günün əksər saatlarında o, evdə olmur, işdə olur. Bundan başqa, oğlu Təqsirləndirilən şəxs tutulmazdan bir gün əvvəl sifətində xəsarət görmüş və Asim avtomobil təmir edərkən həmin xəsarətin yarandığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 01 iyul 2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmudur. - 01 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və DVD diskdəki video görüntüdən görünür ki, Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, həmin idarənin əməliyyat müvəkkili polis leytenantı Şahid3, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X3 Müdafiəçi1 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində içərisində 6 ədəd polietilin kəsiyinə bükülmüş kütlə olan “winston” adlı siqaret qutusunu təqdim etmişdir. Həmin “Winston” siqaret qutusunun içərisində olan 6 ədəd polietilin kəsiyinə bükülmüş kütlələrdən içərisində nə olması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs 6 ədəd polietilin kəsiyinin içərisində 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, digər 3 ədəd bükümdə olan maddələr heroin olmasını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd polietilin əsiyinə bükülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. 1-ci polietilin kəsiyinin içərisində olan metamfetaminə bənzər kütlə 0,81 qram, 2-ci polietilin kəsiyinə bükülmüş metamfetaminə bənzə kütlə 0,71 qram, 3-cü polietilin kəsiyinə bükülmüş mütamfetaminə bənzər kütlə 0,39 qram, 3 ədəd polietilin kəsiyində olan narkotik vasitə heroinə bənzər kütlələrdən, 1-ci bükümdə olan heroinəə bənzər kütlə 0,52 qram, 2-ci bükümdə olan heroinə bənzər kütlə 0,53 qram, 3-cü bükümdə olan heroinə bənzər kütlə 0,67 qram gəlmişdir.Metamfetaminə bənzər kütlələr 3 bükümdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,91 qram, heroinə bənzər kütlələr olan bükümlərin isə ümumi çəkisi 1,69 qram gəlmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 6 ədəd polietilin kəsiyində olan kütlələr iştirakçıların yanında əvvəlki vəziyyətə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nın 91 saylı möhürü ilə möhürlənmişdir. - 01 iyul 2022-ci il tarixli avtomobilə baxış və götürmə barədə protokoldan görünür ki, Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, həmin idarənin əməliyyat müvəkkili polis leytenantı Şahid3, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X3 Müdafiəçi1 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 2108 markalı ** NH *** dövlət qeydiyyat nömrəli avtomobilə baxış keçirməmişdən əvvəl hər hansı bir əşya olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2108 markalı ** NH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə bıçaq olmasını bildirmiş, avtomobilin ön oturacaqların ara hissəsində olan saxlanc yerində bir ədəd biçağı təqdim etmişdir. Həmin bıçağa baxış zamanı ağ dəstəkli təxminən 25 sm uzunluğu olan mətbəx bıçağıdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq iştirakçıların yanında boş zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. - 01 iyul 2022-ci il tarixli mənzilə baxış və götürmə barədə protokoldan görünür ki, Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1, Gəncə şəhər BPİnin CAİ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, həmin idarənin əməliyyat müvəkkili polis leytenantı Şahid3, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X3 Müdafiəçi1 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Qaçaq Nəbi küçəsi İİ döngə ev 6-nın giriş darvazasının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs həmin evin giriş darvazasını cibində olan açarla açmışdır. Yaşayış evi həyətin sol hissəsindədir bir mərtəbədən ibarət olmuş, evin giriş qapısını açarla açmış Təqsirləndirilən şəxs evin zal otağına, oradan da evin yataq otağına daxil olmuşdur. Yataq otağında kiçik masasının alt hissəsində bir ədəd qara rəngli cib bıçağı sınıqlarını sonradan evin zal hissəsində olan şkafın bir hissəsində olan 1 ədəd qara rəngli sınmış cib bıçağını, sonra isə həmin şkafın digər hissəsində olan ağ rəngli dəstəyi olan təxminən 25 sm uzunluğunda bıçağı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq iştirakçıların yanında boş zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirlilyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 02 iyul 2022-ci il tarixli 16/754 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə 0,81 qram çəkisi olan, İl bükümdə 0,71 qram çəkisi olan, İİİ bükümdə 0,39 qram çəkisi olan metamfetaminə və 1 ədəd bükümdə 0,52 qr çəkisi olan İl bükümdə 0,53 qr çəkisi olan İll bükümdə 0,67 qr olan kütlələr...” sözləri və imzalar olan kağız paketdəki, 3 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,576 qram, 0,432 qram, 0,434 qram, ümumi təmiz çəkisi 1,442 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,744qram, 0,616 qram, 0,376 qram ümumi təmiz çəkisi 1,736 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirlilyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 02 iyul 2022-ci il tarixli 16/755 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilən 1 ədd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçaq təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Bıçaq təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilən 1 ədəd bıçağın tiyə və dəstəyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağının hissələridir-tiyə və dəstəkdir, soyuq silah hesab edilmir. Bıçaq təyinatı üzrə istifadəyə yararsızdır. Tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir və təyinatı üzrə istifadəyə yararsızdır. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-7/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-93/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 01 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(104)-116/2022 nömrəli qərarından çıxarışdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-93/2022 nömrəli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin uzadılmasından imtina edilmiş, o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4467 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 3804 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsinə əsasən 02 il islah işləri cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.2, 69.3-cü maddəsinə əsasən təqsirli bilinib 01 il 02 ay 09 gün islah işləri cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qəarı ilə xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası CM-in 221.2.2. 66.5-ci maddəsinə əsasən 02 il müddətinə islah işləri təyin edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3, 62-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci Bakı şəhər Nizami Rayon Məhkəməsiin qərarı ilə cəzası 02 il 03 aya azaldılmış, xx.xx.2020-ci il tarixli Nizami Rayon Məhkəməsinin qərarı ilə 05 ay 17 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(088)-37/214 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 1(044)- 77/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 18 iyul 2022-ci il tarixli 450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli 4780 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz və acıqlı olması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, əvvəllər əsəbilik zamanı özünə xəsarət yetirməsi, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 30 avqust 2022-ci il tarixli 1280 nömrəli rəyindən görünür ki, psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Ədliyyə Nazirlilyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli 4/464 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 15-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 16-da olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza, i/v 23-də olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 24-də olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 25-26-da olan şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 27-də olan xx.xx.2022-ci il tarixli, HK-1/779 saylı təhqiqat materialı üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının izahına dair bildirişdə “Şübhəli şəxs” Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 28-də olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi, ona AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair yazılı bildirişin surətlərinin verilməsi haqqında protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 30-31-də olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 32- 33-də olan xx.xx.2022-ci il tarixli ərizələrdə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imzalar, i/v 34-35-də olan xx.xx.2022-ci il tarixli avtomobilə baxış və götürmə barədə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzalar, i/vV 36-37-də olan xx.xx.2022-ci il tarixli mənzilə baxış və götürmə barədə protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, i/v 44-də olan xx.xx.2022-ci il tarixli məhkəmə soyuq silah ekspertizası təyin etmə barədə qərarla şübhəli şəxsi tanış etmə haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, i/v 57-58-də olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsi ekspertizanın rəyi ilə tanış etmə və ona hüquqlarının izah edilməsi barədə protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələri və psixotrop maddələri polisdə üzərinə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün həqiqəti deyərək həmin narkotik vasitələrin və psixotrop maddələrin polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Təqsirləndirilən şəxs video çəkiliş zamanı yuxulamasının səbəbini izah edərək həmin vaxt metadon və fenezepan həbləri qəbul etdiyini etiraf etmiş, yuxulasa da, verilən sualları eşidərək başa düşdüyünü və cavab verdiyini bildirmişdir. O, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üstüstə düşür və təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin onun tərəfindən tapıldığını bildirir. Həmçinin məhkəmədə təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan bir çox imzanın ona məxsus olmadığını bildirərək ekspertiza keçirilməsi barədə vəsatət vermiş, həmin vəsatət əsasında keçirilmiş ekspertiza nəticəsində imzaların Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib gəzdirməsi və saxlaması tamamilə sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddənin və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirsələrdə, satdığı şəxslərin dairəsi müəyyənləşdirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, müxtəlif növdə olması, psixorop maddənin və narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə metamfetamini və narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram, İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroini və psixotrop maddə - metemfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü və 234.1-ci maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdacinayətin residivi təhlükəli sayılır. A.Ş.X8 Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli və Gəncə şşəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019 tarixli hökmləri ilə iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq məhkumluqları ödənilmədən yenidən qəsdən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi üçün onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinatə əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan məhkəmə onun həmin maddə ilə törətdiyi əməlini residiv kimi nəzərə almır. Çünki Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmayan müddətdə cəza, CM-in 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi ağır cinayət əməlinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2018-ci il tarixdə çəkib qurtarmış,törətdiyi az ağır cinayət əməlinə görə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxsqəsdən ağır cinayət törətməyə görə cəzanı çəkib qurtardığı gündən sonrakı məhkumluq dövründə - 06 il ərzində,qəsdən az ağır cinayət törətməyə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən sonrakı məhkumluq dövründə - 02 il ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. Çünki CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 ay 22 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan 02 ay 22 gün çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cinayətlərin residivinə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı,barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə narkoloji ekspertizanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd soyuq silah hesab edilən ov bıçağı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi 1.292 qram heroin və ümumi 1,586 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat 90 doxsan) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təyin olunmuş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən təyin olunmuş 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 ay 22 gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 02 ay 22 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi 1.292 qram heroin və ümumi 1,586 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın və iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd soyuq silah hesab edilən ov bıçağı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 63.90 (altmış üç manat doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 ödənilməsi üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-44/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-44/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver