Məhkəmə qərarları › İş №1(125)-44/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-44/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-44/2024 04.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 2000-ci tarixdə Tovuz rayonu, A.Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, mənzil təsərrüfat istehsalat birliyində dalandar işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.1-ci, 221.2.2-ci və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 784 ünvanında yerləşən 2 saylı X14 Xidmət Mərkəzinin daxilində şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edən zaman ona Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə “Asan xidmət” mərkəzi üzrə regional qrupunun kiçik inspektoru polis baş serjantı Zərərçəkmiş şəxs Əlil oğlu tərəfindən gözləməsi təklif edildikdə İİ Qarabağ müharibəsi iştirakçısı olduğuna görə bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib bəhanə etməklə, həmin hörmətsizliyi hər kəsin görməsi səbəbindən, ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü tanışı Şahid6 ilə bir qrup şəxs kimi uzun müddət ərzində ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirən zaman bunun qarşısını almaq istəyən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs qanuni tələbinə tabe olmayaraq hər iki əli ilə sonuncunun sinə nahiyyəsindən itələyərək zor tətbiq etməklə müqavimət göstərmiş, Şahid6 isə üzərində olan kəsici deşici xassəyə malik turist bıçağını çıxardıb, nümayiş etdirməklə başını kəsəciyini deməklə hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs zor tətbiq edilməsi hədəsi ilə hədələyərək sonuncunun qanuni tələbinə tabe olmayaraq hər iki əli ilə sonuncunun sinə nahiyyəsindən itələməklə zor tətbiq edərək müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində göstərilən cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 784 ünvanında yerləşən 2 saylı X14 Xidmət Mərkəzinin daxilində şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edən zaman ona Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə “Asan xidmət” mərkəzi üzrə regional qrupunun kiçik inspektoru polis baş serjantı Zərərçəkmiş şəxs Əlil oğlu tərəfindən gözləməsi təklif edildikdə İİ Qarabağ müharibəsi iştirakçısı olduğuna görə bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib bəhanə etməklə, həmin hörmətsizliyi hər kəsin görməsi səbəbindən, ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü tanışı Şahid6 ilə bir qrup şəxs kimi uzun müddət ərzində ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirən zaman bunun qarşısını almaq istəyən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs qanuni tələbinə tabe olmayaraq hər iki əli ilə sonuncunun sinə nahiyyəsindən itələyərək zor tətbiq etməklə müqavimət göstərmiş, Şahid6 isə üzərində olan kəsici deşici xassəyə malik turist bıçağını çıxardıb, nümayiş etdirməklə başını kəsəciyini deməkləhakimiyyətnümayəndəsiolan Zərərçəkmiş şəxs zor tətbiq edilməsi hədəsi ilə hədələyərək sonuncunun qanuni tələbinə tabe olmayaraq hər iki əli ilə sonuncunun sinə nahiyyəsindən itələməklə zor tətbiq edərək müqavimət göstərməklə qərəzli xuliqanlıq etmiş, bundan sonra onları intizama dəvət edib sakitləşdirən polis əməkdaşı olmaqla öz xidməti vəzifəsini icra edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində dövlət sərhədinin keçilməsinə Gəncə şəhər BPİ-nin, İstintraq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı Etibar Abbasov tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə başlanılmış cinayət işi ilə əlaqədar “Saxla”statusu ilə məhdudiyyət qoyulması bildirilərək Gəncə şəhər BPİ-nin 1 saylı polis şöbəsinin əməliyyat qrupuna aidiyyəti üzrə təhvil verilməsi üçün gözləməsi təklif edildikdə sonuncu həmin yerdən qaçmaq istəyən zaman "Polis haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinin 1 bəndinin, həmin qanunun 13-ci madddəsinin 2-ci bəndinin tələblərinə əsasən ictimai qaydanı qorumaq ictimai təhlükəsizliyi təmin etmək, cinayət və ya digər hüquq pozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək kimi vəzifə borcunu yerinə yetirən Zərərçəkmiş şəxs qanuni tələbinə tabe olmayıb, onun qaçmasına mane olan sonuncunun sağqolunu dişləyib said nahiyyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirib, hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci və 315-ci maddələrində göstərilən cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İkinci Vətən müharibəsi qazisidir. Dostu Şahid6 ilə X9 Birliyi Cəmiyyətinin ofisində olarkən X15 xidməti mərkəzindən oğlu ilə özünə aid şəxsiyyət vəsiqəsini götürməli olduğunu demiş və getmişdir. O, həmin gün Elnur ilə Bakı şəhərində yerləşən “Papanin Hospitalına” getməli olduğundan tələsirmiş. Asan Xidmətdə olan zaman ona onun barəsində saxla statusu verildiyi və gözləməli olduğu deyilib. O, saxla statusunu sürücülük vəsiqəsi olmadan avto qəza törətdiyini və cərimələndiyini, cəriməni ödəmədiyi üçün olduğunu düşünmüşdür. O, Asan Xidmətinin yeməkxanasında yemək yemiş, çay içmiş təxminən qırx dəqiqə keçmiş, lakin onlar onu hələ də gözlətmişdir. Elnur ona zəng etmiş, nə vaxt gələcəyini soruşmuş, oda onu orada ləngitdiklərini demişdir. O, dəfələrlə Asan Xidmətin işçilərinə oranın müdiri ilə görüşmək istədiyini, bir nümayəndə təşkil etməsini onu polis şöbəsinə aparmasını tələb etsə də, lakin onlar post patrul xidmətinin işçiləri gələcək onları gözləməlidir. Həmin vaxt Elnur oraya gəlmiş və onlara iradını bildirmişdir. Orada mübahisə yaranmış, səs-küy salmışlar. Həmin vaxt polis əməkdaşları gəlmiş, o, Asan Xidməti tərk etmək istədikdə onu zorla sıxıb saxlamışlar. Elnur əsəblərək cibindən bıçaq çıxartmışdır ki, onu buraxsınlar, o isə polislərin onu sıxmasından narahat olduğu üçün onlardan birini dişləmişdir. Sonda o, əməlindən peşman olduğunu, hadisə zamanı psixoloji vəziyyətinin yerində olmadığını, himayəsində azyaşlı uşağının olmasını və qazi olduğunu bildirib onun barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Asan Xidmət mərkəzinə qırılmış şəxsiyyət vəsiqəsinin bərpası üçün müraciət etmiş, Asan Xidmətin əməkdaşları ona yeni vəsiqə almaq üçün əlavə ödəniş etməli olduğunu demiş, o da qazi olduğunu və maddi imkanı olmadığını demişdir. Əməkdaşlar ona kömək məqsədi ilə vəsiqəni qırılmış kimi qeydiyyata almamış, yeni vəsiqə almaq kimi cəmi 5 manat 40 qəpik dövlət rüsumu ödəyərək probleminin həll edilməsini şərait yaratmışlar. Onun müraciətindən bir gün sonra vətəndaşın sənədinin yoxlanışı zamanı sənədin verilməsi sistemdə imtinaya düşmüş, o, aidiyyatı üzrə axtarışda olan şəxsin barəsində məlumatı Gəncə şəhər Baş Polis İdarəsinə, raportla Gəncə şəhəri 1-ci Polis Şöbəsinə və Bakı şəhərində yerlən Baş Pasport qeydiyyat və Miqrasiya İdarəsinə şifahi formada məruzə etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsini götürməli olduğu halda o, xx.xx.2022-ci il tarixdə Asan Xidmətə şəxsiyyət vəsiqəsini götürmək üçün gəlmiş, o, dərhal aidiyyatı qurumlara məlumat vermiş və daha sonra vətəndaşa yaxınlaşaraq özünü təqdim etmiş, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən gələcəklərini və onları gözləməli olduğunu demişdir. Vətəndaş heç bir problem etmədən razılaşmış, onlar birlikdə Asan Xidmət mərkəzinin yeməkxanasında oturmuşlar, Təqsirləndirilən şəxs yemək yemiş, biraz söhbət etmişlər. O, Polis əməkdaşları ilə əlaqə saxlamış onlar hadisə olduğunu, qısa zamanda gələcəklərini demişlər. Onlar sakit oturduqları yerdə içəri adı ona sonradan məlum olan Şahid6 daxil olmuş, o, həmin şəxsin kim olduğunu soruşanda Murad yaxın dostu olduğunu demişdir. Şahid6 hədə-qorxu ilə səs-küy ilə danışmış, Murada dur gedək demiş, o, Elnuru sakitləşdirməyə çalışmış, məlumat vermişdir ki, Muradın barəsində saxla əmri vardır. O da tələb etmişdir ki, Gəncə şəhər 1-ci Polis şöbəsinə zəng edib onlara yalnış məlumat verdiyini desin. Lakin o, həmin tələblə razılaşmamışdır. Belə olan halda Elnur daha da əsəbləşmiş, qazi olduğunu erməni başı kəsdiyini demişdir. O da ona qarşısındakı insanın Azərbaycan vətəndaşı olduğunu, polis əmədaşı olduğunu nəzərə alıb sakitləşməyini tələb etmişdir. Daha sonra Elnur ona 10 dəqiqə vaxt verdiyini polis əməkdaşlarının həmin müddətdə gəlmədikləri təqdirdə Muradı da götürüb gedəcəyini, öz mobil nömrəsini verib polis əməkdaşlarına Muradın onun yanında olduğunu, onunla əlaqə saxlamalarını deməsini istəmişdir. O isə Elnurun təklifi ilə razı olmamışdır. Elnur orada tanışı olan Asan Xidmətin əməkdaşı Vüsal ilə biraz söhbət etmiş, bu söz-söhbət vaxtı Murad gərgin görünsə də sakit oturmuşdur. Daha sonra Elnur yenə onlara yaxınlaşmış Murada taksi çağırdığını durub onunla birgə getməyini demişdir. Həmin vaxt o, Muradın qolundan tutmuş, getməməli olduğunu demiş, Elnur onun yaxasından tutaraq ona sən burda rahat oturanda mən sənin üçün döyüşmüşəm demişdir. O da Elnuru sən vətən uğrunda döyüşübsən sağ ol biz də sənə hörmətlə yanaşırıq xahiş edirik işimizi pozma demişdir. Mühafizəçilər müdaxilə etməyə çalışsalar da onun qazi olduğunu eşidib biraz ehtiyatlı davranmağa çalışmışlar. Hətta o, Elnuru sakitləşməsi üçün su vermişdir. Murad DİN 102 xidmətinə zəng edərək onları şikayət etmiş, daha sonra oradan qaçmağa çalışmışdır. Həmin vaxt Şahid6 onun üzərinə bışaqla hücüm etmiş, lakin o, Elnurun əlində bıçağın olduğunu görməmiş, ona başqa cür zərbə yetirəcəyindən ehtiyat edib mühafizəçilərdən sonuncunu saxlamasını tələb etmişdir. Onlar da Elnuru saxlamış, daha sonra o, görmüşdür ki, Elnurun əlində bıçaq var. O, Muradı saxlayanda Murad ona müqavimət göstərmiş, onun qolunu dişləyərək ona xəsarət yetirmişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, onu bağışladını bildirmiş bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2 saylı X14 Xidmət Mərkəzində şəxsiyyət vəsiqəsi üzrə kiçik inspektor vəzifəsində işləyir, tarixini xatırlamadığı gün işdə vətədaş qəbul etdiyi vaxt aşağıdan səs-küy eşidib, düşüb aşağı görmüşdür ki, Şaiq müəllim Murad adlı vətəndaşı saxlayır ki, qaçmasın. Həmin vaxt o da Şaiq müəllimə kömək etmişdir ki, həmin vətəndaşı saxlasın polis əməkdaşları gəlsin təhvil verilsin. Sonradan eşitmişdir ki, Murad onu saxlayan Şaiq müəllimi həmin vaxt dişləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, işdə olduğu vaxt şəxsiyyət vəsiqəsinin verilməsi şöbəsindən deyilmişdir ki, axtarışda olan vətəndaş gəlmişdir. Həmin vətəndaşın kafedə Şaiq müəllimin yanında olduğunu demişlər. O da həmin yerə yaxınlaşmış orada Muradın və yanında tanımadığı bir şəxsin olduğunu görmüşdür. Daha sonra həmin yerə Elnur gəlmiş, Murad sakit gözlədiyi zaman Elnur polislərin 5 dəqiqəyə gəlməyəcəyi təqdirdə gedəcəklərini demiş, daha sonra Murada durub getməklərini demişdir. Elnur cibindən bıçaq çıxartmış, orada Hüquq sektorunun rəhbəri olan Taryel müəllim onun əlindən bıçağı almışdır. X16 mərkəzinin direktoru yaxınlaşmış oraya Muradla, Elnuru sakitləşdirməyə çalışmışdır. Mübahisə zamanı ətrafda vətəndaşlar olmuşdur. Beş dəqiqə sonra isə polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Asan Xidmət mərkəzində ümumvətəndaş pasportu üzrə kiçik inspektor vəzifəsində işləyir. Tarixi xatırlamadığı bir iş günündə tanımadığı bir vətəndaşın səs-küy saldığını görmüş, onlar səsə gedəndə Muradın Şaiq tərəfindən saxlanıldığını, digər vətəndaş Muradın tanışı olan Elnurun isə Əlində bışaq Şaiqə doğru getmək istədyini görmüşdür. O, Elnuru elindən tutub onu saxlamış, digər əməkdaş isə Elnurun əlindən bıçağı almışdır. Həmin vaxt O, Şaiqin Murada qışqıraraq dişləməməsini dediyini eşitmişdir. Daha sonra ara sakitləşəndə Şaiqin Murad tərəfindən dişlənilib xəsarət aldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatdadır. Onun hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığını və heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı ifadə vermiş Şahid5 ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən 2 saylı X14 Xidmət Mərkəzinin Vətəndaşların Hüquqlarının Təminatı Sektorunun müdiri vəzifəsində işləyir. Vəzifəsi mərkəzdə xidmətin təşkili qaydalarına nəzarət etmək, vətəndaşların hüquqlarının pozulmasının qarşısını almaqdan, pozulmuş hüquqların bərpasından ibarətdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində vətəndaşların qəbulu işinin təşkili sektorunun əməkdaşları ona zəng edərək vətəndaş narazılığının olduğunu bildirmiş, bundan sonra o, 1-ci mərtəbəyə kafe tərəfə düşmüş və vətəndaş Təqsirləndirilən şəxs sənəd qəbulu üçün şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət etdiyini, lakin barəsində sistemdə axtarış olduğuna görə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətinin kiçik inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs onu saxlayaraq bu barədə 1-ci Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verdiyini müəyyən etmişdir. Tayrel bu barədə Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah etdikdə Təqsirləndirilən şəxs qazi olduğunu, Bakı şəhərinə getməli olduğunu demiş, bu zaman Təqsirləndirilən şəxs yanındakı adı Taryelə sonradan məlum olan Şahid6 onunla danışmalı olduğunu demişdir. Taryel ilkin olaraq onun kənar şəxs olduğunu düşünüb kimliyin soruşduqda həmin şəxs Təqsirləndirilən şəxs xəstə olduğunu, özünü idarə edə bilmədiyini, Bakıya getməli olduğunu, xalası oğlu olduğunu demişdir. Taryel söhbətlərinin iş rejimini pozmaması üçün onları polis əməkdaşları gələnədək orada söhbət etmək üçün vətəndaşların qəbulu otağına dəvət etmiş, onlar vətəndaşların qəbulu otağına çatan zaman Murad oradan çıxış istiqamətinə qaçmağa başlamış, bu zaman Zərərçəkmiş şəxs da Muradın arxası ilə qaçaraq onun qarşısında dayanmışdır. Həmin vaxt Şahid6 da onların yanına çatmış və Muradla Elnur əlləri ilə Şaiqin sinəsindən itələmişlər. Həmin vaxt Taryel və xidmətin digər əməkdaşları onları yaxınlaşıb aralayaraq Muradı könüllər masasına Elnuru isə mühafizəçilərin otağı istiqamətinə aparmışdır. Taryel Elnurla yenə də profilaktiki söhbət apararaq onu sakitləşdirməyə çalışmış, bir neçə dəqiqə sonra Murad yenidən könüllər masasından qalxıb çıxış tərəfə getməyə çalışdıqda Zərərçəkmiş şəxs çıxış tərəfdə onu yaxalayıb tutmuş və onlar tutaşmağa başlamışdır. Bu zaman Şahid6 də onların istiqamətinə gedərək üzərində olan bıçağı çıxarıb sağ əlinə alaraq Zərərçəkmiş şəxs işarə edib “buraxın onu vuracam” deyərək nalayiq ifadələr işlətmişdir. Bu zaman Taryel və digər əməkdaşlar onu yaxalayıb getməsinə imkan verməmiş və Taryel Elnurun əlində olan bıçağı alaraq mühafizəyə təqdim etmişlər. Bundan sonra mühafizənin əməkdaşları hər iki şəxsi saxlayaraq onların qanuna zidd əməllərinin davam etməsinin-qarşısını almış və bir qədər sonra 2-ci Polis Şöbəsinin əməkdaşları onları gəlib təhvil götürmüşlər. Bundan sonra Taryel Zərərçəkmiş şəxsla söhbəti zamanı sonuncu Təqsirləndirilən şəxs onun qolunu dişlədiyini bildirmiş həmin şəxslər getdikdən sonra pozulmuş iş rejimi bərpa olunaraq yenidən xidmət öz fəaliyyətin davam etdirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı ifadə vermiş Şahid6 ifadəsindən görünür ki, 2-ci Qarabağ Mühribəsində iştirak etmişdir, qazidir, “Şuşanın azad olunmasına" görə, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. X3 2022-ci ilin əvvəlindən tanıyır. Elnur “X4 Kömək” İctimai Birliyinin sədr müavini vəzifəsində işləyir. İşdə olan zaman təxminən 2022-ci ilin aprel ayında Ədalət həmin yerə gələrək müharibə iştirakçısı və banka borcu olduğunu bildirərək ona veteranlıq düzəltmək üçün köməklik etməyi xahiş etmiş, Elnur ona 1300 manat qarşılığında köməklik edəcəyini demiş. Ədalət onunla razılaşdıqdan sonra ilkin olaraq "Xan Bağının yanında 850 manat pul vermiş, həmin vaxt onun yanında qayınatası da olmuşdur. Həmin günün səhərisi Ədalət Elnurun öz adına olan “Azərbaycan Beynəlxalq Bank” kartına 150 manat pul göndərmiş, bundan sonra Elnur Ədalətin sənədlərini düzəltmiş və sonuncu X2 müalicə almışdır. Ədalət 21 gün orada müalicə aldıqdan sonra xətəxanadan çıxmış və Elnur Ədalətlə görüşərək ona Bakı şəhərinə getməli olduğunu demişdir. Bundan sonra o, Ədalətlə Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında görüşmüş və Ədalət ona 300 manat vermişdir. Daha sonra isə Ədalət Bakı şəhərində yerləşən Hərbi Hospitala "Papanin" deyilən yerə getməli olmuş, lakin o deyilən vaxtda həmin yerdə olmadığına görə həmin iş alınmamışdır. Bundan sonra Ədalət pulunu tələb etmiş, Elnur isə 300 manat dəmiş, qalan pulu isə qısa vaxtda ödəyəcəyəyini bildirimişdir. Təqsirləndirilən şəxs onun uzaq qohumudur. xx.xx.2022-ci il tarixdə Murad ona zəng edərək, 2 saylı Gəncə "ASAN" xidmətində polis əməkdaşlarının onu saxladığını bildirir iş, o, Murada niyə saxladığını soruşduqda Murad banka borcu olduğu üçün saxla statusu verildiyini söyləmişdir. Elnur yaxınlıqda olmuş və dərhal 2 saylı Gəncə şəhər “ASAN” xidmətinə getmiş və Murad "Asan" xidmətin iki nəfər əməkdaşları ilə xidmətin inzibati binasının yeməkxanasında oturduqlarını görmüşdür. O, “Asan” xidmətin əməkdaşlarına Muradın təcili Bakı şəhərində getməli olduğunu bildirmiş, ona görə də Muradı buraxmaqlarını xahiş etmişdir. Ancaq “Asan” xidmətin əməkdaşları ona Muradı ərazi aidiyyəti üzrə 1-ci Polis Şöbəsinə təhvil verməli olduqlarını dedikdən sonra Elnur bir daha xahiş edərək Muradın onunla və “Asan” xidmət əməkdaşları ilə 1-ci PŞ-yə getməklərini bildirmişdir. “Asan” xidmət əməkdaşları onunla yenə razılaşmamış, buna görə onların “Asan” xidmət əməkdaşları ilə sözlü mübahisələri yaranmışdır. Elnur Muradla birlikdə durub oradan çıxmaq istəmiş, ancaq “Asan” xidmət əməkdaşları Muradı tutub saxlayaraq getməklərinə icazə verməmişdir. Onlar yenidən “Asan” xidməti tərk etmək üçün oradan çıxmış, Murad Elnurdan əvvəl “Asan” xidmətin çıxış qapısına tərəf gedərkən adı sonradan məlum olan Zərərçəkmiş şəxs Muradı tutub saxlamışdır. Murad yenə getmək istəmiş, Elnur buna əsəbləşib Muradı Şaiqin əlindən almaq istəmişdir. Adını bilmədiyi xidmətin digər əməkdaşları Muradı saxlamalarına mane olmamağı üçün Elnuru tutub saxlamış, sonuncunun həmin əməkdaşlarla da sözlü mübahisəsi yaranmışdır. Elnur Muradı saxlamaq üçün çox adam yığışdığını görərək əynində olan şalvarın sağ arxa hissəsində olan qara rəngli qatlanıb açılan cib bıçağını çıxarıb Muradı tutan şəxslər və Murad istiqamətində qaçmışdır. Bıçağı çıxartmaqda məqsədi kimi isə vurmaq olmamış, bıçağı çıxarmağı özündən ixtiyarsız şəkildə olmuşdur. "Asan” xidmətin əməkdaşları onu tutub bıçağı əlindən almış və sonra sakitləşdirmişdir. 1-ci PŞ-nin əməkdaşları oraya gəlib Muradı Gəncə şəhər BPİ-nin 1-ci PŞ-yə aparmış Muradın bankla bağlı yaranmış problemlərini aydınlaşdırıb onu sərbəst buraxmışdır. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Ədalət Məmmədova müharibə veteranlığı ilə bağlı sənədləri tək düzəltməli olmuş, həmin proseduru o bilmiş, sadəcə Ədalət qeyd olunan vaxtda orada olmadığına görə iş alınmamışdır. Bu barədə heç kimlə razılaşma olmamışdır. xx.xx.2023cü il tarixdə uzaq qohumu Murad ona zəng edərək 2 saylı “Asan” xidmətdə saxlanıldığını bildirmiş, Elnur da 2 saylı “Asan” xidmətə gedərək Muradın buraxılmasını xahiş etmiş, “Asan” xidmətin əməkdaşları isə ona qanunvericiliyin tələblərinə əsasən Muradın 1-ci PŞ-yə təhvil verilməli olduğunu bildirmiş, ancaq Murad Bakı şəhərinə getməli olduğu üçün Elnur Muradın buraxılması istəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Baş vermiş cinayət hadisəsinin görüntülərini əks etdirən bir ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, iki nəfər şəxs Asan Xidmətin əməkdaşları ilə mübahisə edir. Onlardan biri qaçmağa da cəhd edir lakin Asan xidmətin əməkdaşları tərəfindən saxlanılır. İkinci videoda bir nəfər şəxs xidmət edən əməkdaşa yaxınlaşır və daha sonra həmin şəxsin axtarışda olması müəyyən olduğu üçün digər əməkdaşlar da həmin şəxsə yaxınlaşır. Daha sonra Asan xidmətin əməkdaşları ilə 2 nəfər şəxsin söhbət etdikləri və arada mübahisə etdikləri əks olunmuş, Asan xidmətə çağırılmış polis əməkdaşlarının Asan xidmətin binasına daxil olmaları əks olunmuşdur. Daha sonra Asan xidmətinin kafesində 2 nəfər şəxslə Asan xidmətin əməkdaşları arasında mübahisələri əks olunmuşur. Mübahisələr zamanı həmin şəxslər qaçmağa çalışsalar da əməkdaşlar tərəfindən yaxalanaraq qaçmaqlarına imkan verilmir. Baxış zamanı heç bir video görüntüdə kimsənin xəsarət alması qeydə alınmamışdır. Sadəcə itələşmə və tutub saxlama faktları qeyd olunmuşdur. Gəncə şəhər MTE və PA şöbəsinin 01 iyul 2022-ci il tarixli 1115 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ said nahiyyəsilnin qançırı-bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-c il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1412 nömrəli rəyindən görünür ki, təqdqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əalvə və dəyişikliklər edilməmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(043)-583/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 332.4-cü maddəsi ilə 400 manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. Gəncə şəhər Nakoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 350 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs partlayış travması nəticəsində qapalı kəllə-beyin travmasının qalıq əlamətlə özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs partlayış travmı nəticəsində qapalı kəlləbeyin travmasının qalıq əlamətləri, özünükəsmələrlə XBT 10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərini dərk etmək, ölçü biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlama təsvir etmək. eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarında olmuşdur. Təqsirlərdirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətləri ölçüb-biçmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun əməli AR CM-in 21.1- maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət verir subyektiv əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqavilə (anlaşmaya çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlləri törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən zərərçəkmiş şəxslə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji affekt halında olmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu müddətdə onun barəsində qonşular və sakinlər tərəfindən Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağdakı kimi ailə tərkibi vardır. Arvadı 2003-cü il təvəllüdlü X5, oğlu 2022-ci il təvəllüdlü X8. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X8 adlı uşağı vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Zərərçəkmiş şəxs 25 oktyabr 2023-cü il tarixli Ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 315-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş materiallarını nəzərdə keçirərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinin dispozitiv şərtlərindən biri hakimiyyət nümayəndəsinə zor tətbiq edilən zaman onun xidməti vəzifələrinin icrası prosesində olmasıdır. Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi anda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə “Asan Xidmət” mərkəzi üzrə regional qrupun kiçik inspektoru vəzifəsində çalışmışdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda Zərərçəkmiş şəxs faəliyyət göstərdiyi qurumun əsasnaməsindən irəli gələn və vəzifə təlimatları ilə üzərinə qoyulmuş məhz hansı vəzifənin icrası ilə bağlı ona zor tətbiq edilməsi öz əksini tapmamışdır. Verilmiş ittihamda Zərərçəkmiş şəxs "Polis haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinin 1 bəndinin, həmin qanunun 13-ci madddəsinin 2-ci bəndinin tələblərinə əsasən ictimai qaydanı qorumaq ictimai təhlükəsizliyi təmin etmək, cinayət və ya digər hüquq pozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək - vəzifə borcunu yetirməsi qeyd edilmişdir. Zərərçəkmiş şəxs öz ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində “saxla” statusunun olmasını müəyyən etdikdən sonra operativ olaraq, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat vermişdir. Belə olan halda, həmin şəxsin saxlanması 1-ci Polis Şöbəsi əməkdaşlarının xidməti vəzifəsi hesab edilməli, Zərərçəkmiş şəxs aldığı xəsarət isə həmin an ona vəzifə təlimatı ilə həvalə edilmiş xidməti vəzifələrinin icrası zamanı deyil, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan zaman vurulmuş hesab edilməli idi ki, Təqsirləndirilən şəxs həmin əməli ona qarşı ittiham tərəfindən irəli sürülmüş 221.2.2-ci maddənin dispozisiyası ilə tam əhatə edilir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə ilə razılaşmır və hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır; 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 315-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci və 221.2.2-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, həmin Məcəllənin 221.2.1-ci və 221.2.2-ci maddələrində eyni əməllər: bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək kimi təsvir edilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Göründüyü kimi xuliqanlıq cinayəti təqsirkarın özünü hamıdan üstün hesab etməsi, hamının fövqündə dayanmağa cəhd etməsi, özünün təsdiq etməyə yönəlməsi, ciddi səbəblər olmadan hadisələr törətməsi və cəmiyyətin diqqətini cəlb etməsi ilə müşaiyət olunan cinayətdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və ətrafda olan insanlara qarşı qarşı öz üstünlüyünü göstərmək, gücünü nümayiş etdirmək, onun, habelə başqa şəxslərin şüurunda özünü müstəsna şəxsiyyət olduğunuı, qarşı tərəfdən və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə hərəkət edərək xüliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan mötəbər sübutların məcmusu ilə təsdiq edilir ki, təqsirləndirilən şəxs belə hərəkətləri ictimai qaydanı qərəzli olaraq kobud surətdə pozmuş, ətrafdakılar üçün qorxu, vahimə yaratmış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində qeyd edilən xüsusatlar CM-in 221.2.1-ci və 221.2.2-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan əlamətlərlə üst-ütsə düşür və əhatə olunur. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab edilir ki, əməl iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmiş şəxsin özünə xəsarət yetirmiş və ya onun əmlakını zədələmiş olsun. Nəzərə almaq lazımdır ki, xuliqanlıq cinayətində bilavasitə iştirak edən şəxslər, cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edirlər, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görür və bunu arzu edirlər. Ona görə də Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxsin özünün ifadələri ilə yanaşı, həm də zərərçəkmiş və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, maddi sübut və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. İttihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növü və həddi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 221.2.1-ci və 221.2.2-ci maddələrinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üçlədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 221.2.1-ci və 221.2.2-ci maddələri ilə törədilən əməllər cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Qanununun sadalanan normalarının təhlilindən də görünür ki, cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə törətdiyi cinayətin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət davranışı ilə özünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanığıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın tam islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, müharibə veteranı olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, yaşayış yerindən müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onların cəzasını yüngülləşdirən hallarla yanaşı, ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətlərini, xüsusilə təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara CM-nin 221.2.1-ci və 221.2.2-ci maddəsinin sanksiyasında olan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X1 Təqsirləndirilən şəxs məhkəmədə 42 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 252 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə bəraət verilsin və o, həmin maddələr üzrə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən müdafiəçi üçün 252 (iki yüz əlli iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar