Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-442/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, A.Ziyadxanov küçəsi ev 197, mənzil 81-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs talamaq məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədi ilə 03 iyul 2023-cü il tarixdə saat 19:50-də Gəncə şəhəri Sadıllı qəsəbəsi Altay Məmmədov küçəsi ev 67 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” minik markalı **-MP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sonuncunun yaşadığı evin qarşısında sahibinin iradəsinə zidd olaraq avtomobilin qapısının açıq və mühərrik açarının üzərində olmasından istifadə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun müddət olar ki, tanıyır, onunla münasibətləri yaxşıdır və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, arabir Orxanın yanında işləyərək ona müəyyən işlərdə köməklik etmiş, Orxan isə əvəzində hər işlədiyi gün üçün ona 20 manat pul vermişdir. 03 iyul 2023-cü il tarixdə Orxan zəng vuraraq “Avtobus-qarajı” adlanan yerə Mercedes markalı Sprinterinə yük doldurmaq üçün onu köməyə çağırmışdır. Bundan sonra o, tanışı Sübhanla birlikdə “Avtobus-qarajı” adlanan yerə gedərək Orxana avtomobilə yük yığmaqda kömək etmişlər. Onlar orada olan yükləri Orxanın idarə etdiyi Mercedes markalı Sprinterə yükləmiş və daha sonra onun yaşadığı fərdi yaşayış evinə getmişlər. O, Orxanın idarə etdiyi Sprinterə minmiş, Sübhan da öz avtomobili ilə Orxanın yaşadığı ünvana yəni ünvan 1man Orxan idarə etdiyi Mercedes markalı Sprinteri yaşadığı fərdi yaşayış evinin həyətinə salmışdır. Bundan sonra Orxanla Sübhan evin həyətində Sprinterdə olan yükləri boşaltmağa başlamış, o, isə siqaret çəkmək üçün həmin fərdi yaşayış evinin qarşısına çıxmışdır. Həmin vaxt Orxanın qırmızı rəngli Vaz-2106 minik markalı **-MP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili fərdi yaşayış evinin qarşısında olmuşdur. Həmin avtomobil onun diqqətini cəlb etmiş, avtomobilin qapılarının açıq olmasını və mühərrik açarının üzərində olmasını görüb sürmək məqsədilə Orxanın içəridə yük boşaltmasından istifadə edərək həmin Vaz-2106 minik markalı **-MP-*** dövlət qeydiyyat nömrə nişanlı avomobilə əyləşərək mühərriki işə salmış və oradan uzaqlaşmışdır. Həmin avtomobillə Gəncə şəhəri “Poçt qəsəbəsi” istiqamətində irəliləyərək Məhsəti qəsəbəsinə getmiş, daha sonra “Poçt qəsəbəsində yerləşən adını bilmədiyi balıq restoranı tərəfə gedərək biraz orada həmin avtomobillə gəzmiş, daha sonra yenə Məhsəti qəsəbəsinə qayıtmış və avtomobili Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən qayınanasının yaşadığı evin qarşısında saxlayıb avtomobildən düşərək, heçkimə heçnə demədən gedib yatmışdır. Həmin gün Orxangil onu gəlib qayınatası evində tapmış və o, avtomobili sahibinə qaytarıb icazəsiz avtomobilini götürüb apardığı üçün Orxandan üzr istəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Hazırda Orxanın ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən göstərdiklərini nəzərə almağı və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 03 iyul 2023-cü il tarixdə Gəncə şəhəri Sadıllı qəsəbəsi Altay Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində olarkən idarə etdiyi Mersedes sprinter markalı avtomobilini evi həyətinə salıb avtomobildə olan yükləri idarə etdiyi avtomobildən tanışları Fais və Sübhanla birlikdə boşaltmaqla məşğul olmuşdur. Həmin vaxt özünə məxsus olan Vaz-2106 minik markalı **- MP-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili isə fərdi yaşayış evinin qarşısında dayanmışdır. Həmin avtomobilin qapısı açıq, açarı isə üstündə olmuşdur. O, evin həyətində yük avtomobilindən yükləri fərdi yaşayış evinin içərisinə boşaldarkən başı qarışdığı üçün, diqqətsizliyindən istifadə edərək Fais çölə çıxmış və Vaz-2106 markalı **- MP-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin qapısının açıq olmasından və açarının üzərində olmasınıı görüb, özbaşına onun icazəsi olmadan həmin avtomobili qaçırdaraq oradan uzaqlaşıb harasa getmişdir. Bu hadisədən isə onun bir qədər sonra xəbəri olmuşdur. Çünki həyətdə başı işə qarışmışdır. O, orada olan digər şəxslərdən Faisin harada olmasını soruşanda, onlar bildirmişlər ki, Fais evdən çölə çıxmış, icazəsiz onun avtomobilinə minmiş və avtomobilini sürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, bu barədə polisə müraciət etmiş və araşdırma zamanı avtomobili tapılaraq onun özünə qaytarılmışdır. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir.Hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini etiraz etmir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, 03 iyul 2023-cü il tarixdə, o, Təqsirləndirilən şəxslə birlikdə Poçt qəsəbəsində karton-kağız tullantıları yığımışdır. Bu zaman dostu Orxan ona zəng vuraraq “Avtobusqarajı” adlanan yerə idarə etdiyi “Mercedes” markalı sprinterə orada olan yükləri doldurmaq üçün onu və Faisi köməyə çağırmışdır. Təqsirləndirilən şəxs Orxana ara-bir fəhlə kimi kömək edərək pul qazandığı üçün, Faislə birlikdə Orxanın yanına getmişlər. Bundan sonra onlar orada olan yükləri Orxanın idarə etdiyi “Mercedes” markalı sprinterə doldurmuşlar. Bundan sonra Faislə Orxan sprinterə əyləşib Orxanın yaşadığı ünvan 2 ünvanına getmişlər. O isə idarə etdiyi “Qazel” markalı avtomobillə həmin ünvana onların yanına getmişdir. Orxan “Mercedes” markalı sprinteri yaşadığı fərdi yaşayış evinin həyətinə salmışdır. Həmin vaxt Orxanın sahibi olduğu Vaz-2106 minik markalı **-MP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil fərdi yaşayış evinin qarşısında olmuşdur. Orxan sprinteri həyətə saldıqdan sonra sprinterdə olan yükləri boşaltmaq üçün onu içəri çağırmışdır. Bu zaman Təqsirləndirilən şəxs Orxanla birlikdə içəridə olmuşdur. Onlar Orxanla birlikdə sprinterdə olan yükləri boşaltmağa başlamışlar. Bu zaman Fais siqaret çəkmək üçün yaşayış evinin qarşısına çıxmışdır. O isə Orxanla sprinterdə olan yükləri boşaltmaqda davam etmişdir. Bundan sonra əllərini yuduqdan sonra, yaşayış evinin qarşısına çıxan zaman Vaz-2106 minik markalı **-MP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin və Faisin orada olmadığını görmüşlər. Orxanla birlikdə avtomobili axtarmış, sonra isə Orxanın avtomobilinin Fais tərəfindən qaçırıldığını görüb, DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət etmişlər. Məhkəmə iclasında cinayət prosesi iştirakçılarının razılığı ilə şahid X4 vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Baxış keçirilməsi haqqında” 03 iyul 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsə məxsus avtomobil VAZ-2106 minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobildir. VAZ-2106 minik markalı avtomobil Gəncə şəhəri, Məhsəti qəsəbəsində həyət evlərinin orta hissəsində daşlıq yolda dayanmışdır. VAZ-2106 minik markalı avtomobil saz vəziyyətdədir. Avtomobilin içi səliqəlidir və heç bir əşya oğurlanmamışdır. Baxış gecə vaxtı, süni işıqlandırma şəraitində keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 4244 saylı arayışdan məlum olur ki, təqsirləndirilən şəxs Tağıyev X3 dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 4350 saylı arayışdan məlum olur ki, təqsirləndirilən şəxs Tağıyev X9 dispanserdə qeydiyyatda durmur Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. “Sübutların qiymətləndirilməsi haqqında” 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Vaz-2106 minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşimandır, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189- 1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, sonuncu zərərçəkmişə dəymiş ziyanı tam ödəmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut olan Vaz-2106 minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X8 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 - 348, 356, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-442/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-442/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver