Məhkəmə qərarları › İş №1(125)-445/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-445/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-445/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1963-cü il tarixdə Gəncə şəhərindəanadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X2 X1 müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X4 üzrə verilmiş 08 iyul2021-ci il tarixli, 785-K nömrəli əmrlə həmin X2 X1 müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 13 noyabr 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixədək olan dövrdə “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X4 tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunması üzrə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan audit ərəfəsində PHŞ-nin tabeliyində olan Abbaszadə adına Ailə Sağlamlıq Mərkəzinin Şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 2023-cü ilin noyabr ayının əvvəllərində xidməti otağına dəvət edərək Hesablama Palatasının əməkdaşlarının gəlməsi ilə əlaqədar sonuncunun rəhbəri olduğu ASM-də yoxlama həyata keçiriləcəyi barədə məlumat verərək rəhbəri olduğu qurumda nöqsanların aşkar edilməməsi müqabilində həmin palatanın əməkdaşlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitininrüşvət qismində verilməsinin zəruri olduğunu sonuncuya aldatmaqla bildirib Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə pul verməsinə dair razılığını almaqla sövdələşərək, həmin niyyətlə 2023-cü ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini PHŞ-nin tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın ünvan 2 ünvanında yerləşən inzibati binasında alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X3 aparılan audit yoxlaması dövründə PHŞ-nin tabeliyində Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 2023-cü ilin dekabr ayının əvvəllərində xidməti otağına dəvət erək Hesablama Palatasının əməkdaşlarının gəlməsi ilə əlaqədar rəhbəri olduğu ASM-də yoxlama həyata keçiriləcəyi barədə məlumat verərək sonuncunun rəhbəri olduğu qurumda nöqsanların aşkar edilməməsi müqabilində həmin Palatanın əməkdaşlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu sonuncuyaaldatmaqla bildirib, Zərərçəkmiş şəxs2 həmin məbləğdə pul vəsaitinin verməsinə razılığını alaraq sövdələşib, həmin niyyətlə 2023-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs2 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Gəncə şəhəri, Heydər Əliyev prospekti ünvanında Gəncə Dövlət Universitetinin yaxınlığında alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X3 aparılan audit yoxlaması dövründə PHŞ-nin tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın Doğum şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 2023-cü ilin dekabr ayının əvvəllərində xidməti otağına dəvət ecərək Hesablama Palatasının əməkdaşlarının gəlməsi ilə əlaqədar sonuncunun rəhbəri olduğu Şöbədə yoxlama həyata keçiriləcəyi barədə məlumat verərək rəhbəri olduğu qurumda nöqsanların aşkar edilməməsi müqabilində həmin Palatanın əməkdaşlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsilə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu sonuncuya aldatmaqla bildirib, Zərərçəkmiş şəxs3 həmin məbləğdə pul vəsaitinin verməsinə dair razılığını alaraq sövdələşib, həmin niyyətlə 2023-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs3 800 (səkkiz yüz) manatməbləğində pul vəsaitini Gəncə şəhəri, Nizami prospekti 412 ünvanında yerləşən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X2 inzibati binasında alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərə zərəri ödəyərək onlarlabarışmışdır. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Özü tərəfindən cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş zərərin ümumi məbləğinin iyirmi beş faizini dövlət büdcəsinə ödəmişdir. Zərəçəkmiş şəxslərin notarial qaydada tərtib edilmiş barışıq ərizələrini və vurulmuş zərərin ümumi məbləğinin iyirmi beş faizinin dövlət büdcəsinə ödənilməsi barədə bank qəbzini məhkəməyə təqdim edərəkbarəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Bu səbəbdən notariat qaydasında təsdiq edilmiş ərizə verərək, təqsirləndirilən şəxsin barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini bildirərək, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini bildirərək, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 iyun 2024-cü il tarixli tələbnaməsinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir,məhkumluğu yoxdur, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə göstərilən əsasla cinayət məsuliyyətində azad edilməmişdir. -Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. -Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. -Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. -xx.xx.2024-cü il tarixli 30608 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında (10200 manat) pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178.2.2,178.2.3və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.2ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş ziyаnı ödəmişdir. Eyni zamanda, işdə olan qəbzdən görünür ki, təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 qızı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində əsas qətimkan tədbiri qismində seçilmiş “polisin nəzrəti altına vermə” və əlavə qətimkan tədbiri qismində isə seçilmiş“vəzifədən kənarlaşdırma” qətimkan tədbirləri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü mаddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş əsas qətimkan tədbiri qismində “polisin nəzarəti altına vermə” və əlavə qətimkan tədbiri qismində “vəzifədən kənarlaşdırma”qətimkan tədbirləri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış üç ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar