Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-446/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə vuraraq ona sağ almacıq-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol bazu, sol bud, sol kürək, sol çiyin, sağ diz nahiyələrinin qançırları, sol baldır nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 5-6 il olar ki, tanısada 1 il əvvəl yəni xx.xx.2022-ci il tarixdə onunla tanış olmuşdur. Həmin vaxtdan isə aralarında sevgi münasibəti yaranmışdır. Bir müddət sonra, yəni 2023-cü ilin mart ayında münasibətləri sonlanmışdır. xx.xx.2023-cü il tarixdə Aytən ona zəng edərək onun guya arxasınca söyüş söydüyünü deyərək gəlib kiminləsə üzləşməyini istəmiş və onu Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkına dəvət etmişdir. O, da razılaşmış və parka getmək qərarına gəlmişdir. Parka gəldikdə Aytənin parkda ona ad günü münasibəti ilə sürpriz hazırladığını görmüş, yəni onu aldadıb oraya dəvət etmişdir. Belə ki, həmin gündən etibarən yenə münasibətləri bərpa olunmuşdur. Münasibətləri bir müddət normal davam etmişdir. xx.xx.2023-cü il tarixdə Aytən ilə bir neçə dəfə görüşmüşdür. xx.xx.2023-cü il tarixdə axşam saatlarında təxminən saat 23:30 radələrində marketdən bazarlıq etdikdən sonra Aytənin yaşadığı evə getmişdir. Həmişəki qaydada normal şəkildə evə daxil olmuşdur. Evdə olan zaman Aytənin ondan gizlin işlətdiyi ikinci mobil telefonu olmasını aşkar etmişdir. O, Aytəndən nə telefon olduğunu soruşmuş və təhlükəsizlik kodunu açmasını tələb etmişdir. Aytən isə mobil telefonun özünün olduğunu danaraq işçisinin olduğunu, saxlaması üçün ona verdiyini və kodunu bilmədiyini demişdir. Bu vaxt Aytən ondan öz mobil telefonunu ona verməyini istəmiş və onun mobil telefonunu yoxladıqdan sonra həmin telefonunun kodunu açacağını demişdir. O, isə telefonun kodunu açaraq mobil telefonunu Aytənə vermiş və Aytən onun telefonuna baxmışdır. Aytən onun mobil telefonunda başqa qızın mobil nömrəsini görmüş, həmin vaxt o mobil telefonu Aytənin əlindən almağa çalışmış, lakin Aytən mobil telefonu buraxmaq istəməmiş və aralarında dartışma yaranmışdır. Mobil telefonu buraxmağı üçün Aytən sağ əlinin baş barmağını dişləmişdir. O, Aytənə qışqıraraq barmağını buraxmasını, incitdiyini demişdir. Aytən isə buraxmamışdır. Bu vaxt o Aytənin saçından tutub dartmışdır. Bu dəfə də Aytən sağ qolundan dişləmiş və sinə nahiyəsini əlləri ilə cırmaqlamışdır. Həmin vaxt Aytən onun anasının ünvanına nalayiq sözlər işlətmiş və o əsəbləşib Aytənin üzünün sağ yanaq nahiyəsindən qəsdlə bir dəfə yumruqla vurmuşdur. Aytən üzünü kənara çəkən zaman üzünün sol tərəfi də dolaba dəymiş və Aytən yerə uzanaraq huşunu itirmişdir. O, Aytənin özünü pis hiss etdiyini görüb mətbəxdən su gətirib ona su içirmiş, daha sonra özünə gəlməsi üçün üzünə su vurmuşdur. O, Aytənin anası Mehriyə zəng edərək Aytənin ünvanına gəlməsini xahiş etmişdir. Anası isə gəlib Aytəni götürməyini istəmişdir. O, əynini geyinib Aytənin anasının arxasınca getmək istəyən zaman Aytən DİN-in 102 xidmətinə müraciət etmiş və onun əynində olan köynəyindən tutub içəri dartmış və "sənin axırına çıxacam, heç yerə getmiyəcəksən " demişdir. O, Aytənin əlindən çıxaraq evdən getmiş və anası Mehrini götürüb geri qayıtmış və Mehrini evin qarşısında düşürüb getmiş, yəni Aytənin evinə daxil olmamışdır. Hadisə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında baş vermişdir. Mübahisəyə səbəb Zərərçəkmiş şəxs onu qısqanması olmuşdur. Hadisə zamanı həmin ünvanda Aytən və o olmuş, başqa heç kəs olmamışdır. Mübahisələri təxminən 5-10 dəqiqə davam etmişdir. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. İlk vaxtlar Həsən onu gördüyü andan münasibət yaratmaq istəsədə o əvvəl bir neçə dəfə Həsəni yaxına buraxmamış, lakin sonradan aralarında sevgi münasibəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Həsən yaşadığı evə gəlmişdir. Evdə olan zaman Həsən onda olmaqla işçisinə məxsus olan bir mobil telefonu görüb ondan gizlin ikinci mobil telefon işlətməsini bəhanə edib ona əli ilə bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməyə başlamışdır. O, zərbələrin təsirindən yerə yıxılmışdır. Yerdə olarkən Həsən təpik zərbəsi ilə onun üz nahiyəsindən vurmuş və o, huşunu itirmişdir. Huşunu itirdikdən sonra Həsən onun saçından tuturaq yataq otağına sürümüşdür. Bir qədər özünə gəldikdən sonra o telefonu götürüb DİN-in 102 zəng xidməti mərkəzinə zəng vurmuşdur. Bunu görən Həsən dərhal evi tərk etmişdir. Bir qədər sonra yaşadığı ünvana anası gəlmişdir. Sonradan bilmişdir ki, anasını yaşadığı ünvana Həsən gətirmişdir. Daha sonra isə polis əməkdaşları yaşadığı ünvana gələrək hadisə ilə bağlı müvafiq sənədləşmə aparmışdılar. Hadisə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında baş vermişdir. Hadisə qısqanclıq zəmnində baş vermişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə zamanı yaşadığı ünvanda o və Həsən olmuşdur. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə baxışında tədqiq edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 01 radələrində tanıdığı Həsən adlı şəxs ona zəng vuraraq qızı Aytənlə aralarında mübahisə olduğunu və qızının ondan polisə şikayət etdiyini söyləmişdir. Həmçinin Həsən ona söyləmişdir ki, əgər qızı şikayətini geri götürməsə Aytənlə aralarında olan qeyri-rəsmi münasibəti açıb onun oğlanlarına deyəcəkdir. O, isə Həsənə sakitləşməsini heç kəsə bu barədə heç nə deməməsini və gəlib onu yaşadığı ünvandan götürməsini istəmişdir. Bir qədər sonra o küçənin başına çıxmış və Həsənə məxsus Mersedes sprinter markalı maşına minmişdir. Maşında o, Həsənə nəvələrindən və qızı Aytəndən uzaq durmağı tələb etmişdir. Təxminən 15 dəqiqə sonra Həsənlə qızının yaşadığı Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, bina 40-ın qarşısına gəlmişdir. O, Həsəndən yuxarı qalxmamasını, maşında oturmasını tələb etmişdir. Yuxarı qalxıb mənzilə daxil olduqda qızı Aytənin qan içində olduğunu görmüşdür. Qonaq otağına keçdikdə isə döşəmədə qusaq və qızına məxsus topa saçlar olduğunu görmüşdür. O, dərhal Həsəni yığmış, qızını niyə bu hala saldığını və bu evdə nə işi olduğunu, qızından nə istədiyi soruşmuşdur. Daha sonra qızını söyüb təhqir etmiş və ona ayıb olsun belə şeylər onların ailəsinə yaraşmır demişdir. Bir qədər sonra qızının yaşadığı ünvana polis əməkdaşları gələrək müvafiq sənədləşmə aparmışlar. Hadisə xx.xx.2023-cü il saat 01 radələrində qızının yaşadığı ünvan 4 ünvanında baş vermişdir. Qızı Zərərçəkmiş şəxs qızının tanıdığı Təqsirləndirilən şəxs xəsarət yetirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 xx.xx.2023-cü il tarixli, 1190 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ almaçıq-yanaq nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, sol bazu, sol bud, sol kürək, sol çiyin, sağ diz nahiyələrinin qançırları, sol baldır nahiyəsinin sıyrığı – KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixdə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə: a) sağ almacıqyanaq nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir; b) sol bazu, sol bud, sol kürək, sol çiyin, sağ diz, nahiyələrinin qançırları, sol baldır nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 5793 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 2601 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasına baxmayaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeydində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə həmin Məcəllənin 128-ci maddəsi ilə bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyi şəxsin ikinci dəfə cinayət məsuliyyətindən azad edilməsini istisna etdiyi üçün şəxs təqsirli bilinərək, ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün digər əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar muəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ona görə də, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halların olmadığını, zərər çəkmiş şəxslə barışıq əldə olunduğunu, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 (on altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 96 (doxsan altı) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-446/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-446/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver