Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-447/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus, “KAMAZ-55111” yük markalı **- BD-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, N.Nərimanov prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni yol-hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və elə yerinə yetirməli olduğu halda, avtomobili dayandığı yerdən hərəkətə gətirməzdən əvvəl hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olmalı idi, yəni sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkətə gətirməzdən əvvəl piyadanın yolu sağdan sola doğru keçməkdə olmasını nəzərə alaraq piyadanın yolun hərəkət hisəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı idi, lakin o, dayanmış vəziyyətdə olarkən piyada yolu sağdan sola doğru keçməkdə olması və “KAMAZ-55111” yük markalı avtomobilin dayandığı yerdən hərəkətə başlayaraq həmin piyadanı vurması, piyada X3 baş beyin, beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə, beyin toxumasına qansızma, sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, burun almacıq və alt çənə sümüklərinin sınığı, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin sol tərəfində İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və İX qabırğalarının ön qoltuqaltı xətt üzrə sınması, sol döş boşluğunda 600 ml mayenin olması, sol ağciyərin və plevranın cırılması, sol kürək və hər iki bazu sümüklərinin yerdəyişmiş sınıqları, sol qoltuqaltı nahiyyənin tikilmiş yarası, sağ əlin üst səthinin əzilmiş yarası, sağ gözətrafı, sağ dirsək, sol qabırğaüstü, sol bud və qarın nahiyyələrinin hematomaları, sağ yanaq nahiyyəsinin sıyrığı xəsarətlərinə görə ağır dərəcəli bədən xəsarətləri alaraq həmin günü saat 20:00-da müalicə aldığı Abbas Səhət adına xəstəxanada almış olduğu xəsarətlərdən ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, özünə məxsus “KAMAZ-55111” yük markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobili var və həmin avtomobili sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə onun yük maşını xarab olmuş, bu səbəbdən də Gəncə şəhəri “Əlillərin dairəsi” adlanan ərazidə yerləşən avto qaraja maşınını düzəltdirmək üçün aparmışdır. Onun maşınını düzəltdirməyi təxminən 3-4 saat çəkmiş və təxminən saat 15:00 radələrində “Əlillərin dairəsi” adlanan ərazidən evinə getmək üçün yola çıxmışdır. O, Gəncə şəhəri, N.Nərimanov prospekti ilə hərəkət edən zaman, yolda maşınlar sıx olduğundan demək olar ki, avtomobilini addım-addım hərəkət etdirmişdir. Ona görə də növbəti dəfə avtomobilini yerindən tərpədib hərəkətə başlayan zaman yolu piyada keçidi olmayan yerdən sağdan sola doğru keçmək istəyən bir qadını o, idarə etdiyi “Kamaz” markalı avtomobilinin qabaq hissəsi ilə vurmuşdur. Lakin o, vurduğu piyadanı əvvəlcədən görə bilməmiş, çünki idarə etdiyi avtomobil hündür olduğundan, qadın isə avtomobilinin sağ tərəfindən yola daxil olduğundan onu görə bilməmiş yalnız piyadanı vuran zaman kənardan dayanan bir qadının qışqırtısı və əl işarəsindən avtomobili ilə adam vurduğunu başa düşüb avtomobilini saxlayıb dərhal yerə düşmüş və aşağı düşərkən avtomobilin sol hissəsində yerdə üzü üstə olmaqla bir qadının uzandığını görmüş və şok vəziyyətinə düşmüşdür. Ətrafdakı insanlar hadisəni görüb oraya cəmləşməyə başlamış və o, ətrafdakıların köməyi ilə vurduğu qadını götürüb yolun kənarına uzatmış və X16 zəng edərək həkim çağırmışdır. Təxminən 20-25 dəqiqədən sonra X19 avtomobili oraya gəlmiş və onlar piyadanı götürüb həmin avtomobilə mindirərək, xəstəxanaya yola salmış, özü isə polis əməkdaşları gələnə kimi hadisə yerində qalmışdır. Bundan sonra polis əməkdaşları oraya gəlmiş və hadisə yerinə baxış keçirdikdən sonra onun avtomobilini cərimə meydançasına, özünü isə sərxoşluq müayinəsindən keçirmək üçün xəstəxanaya aparmışlar. Daha sonra isə o, izahatının alınması üçün Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Sonradan bilmişdir ki, yük avtomobili ilə vurduğu piyada Gəncə şəhər sakini X4r. Həmin gün zərərçəkmiş şəxs göstərilən tibbi yardımlara baxmayaraq o, xəstəxanada vəfat etmişdir. Sonda baş vermiş hadisəyə görə peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını, Vətən müharibəsi iştirakçısı olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X8 onun doğma anasıdır. 29 fevral 2024-cü il tarixdə saat 16 radələrində onun mobil telefonuna xalası oğlu Rasim adlı şəxs zəng etmiş və anası Gülümzəri Gəncə şəhəri, N.Nərimanov prospektində avtomobil vurduğunu və onun Abbas Səhət adına xəstəxanaya aparıldığını söyləmişdir. O, xəbəri eşidən kimi dərhal həmin xəstəxanaya getmiş və xəstəxanada ona məlum olmuşdur ki, anası Gülümzər Nəcəfovanı xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində Təqsirləndirilən şəxs idarə etdiyi Kamaz markalı yük avtomobili ilə yolu keçmək istəyən zaman vurmuşdur. Həkimlərin bütün cəhdlərinə baxmayaraq anası Gülümzər Nəcəfova həmin gün saat 22 radələrində xəstəxanada vəfat etmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs və onun ailə üzvləri onların evinə gəlmiş onlara lazımı köməklikləri göstərib bütün dəfn, yas xərclərini çəkmiş və onlarla barışıq əldə etmişdir. Ona görə də hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, hadisə ehtiyatsızlıqdan baş verdiyindən məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hadisə zamanı o, Gəncə şəhər Baş Polis İdarəsinin X20 Şöbəsinin inspektoru vəzifəsində işləmişdir. 29 fevral 2024cü il tarixdə o, iş yoldaşı, X20 Şöbəsinin inspektoru, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən saat 15:50 radələrində polis idarəsinin növbətçi hissəsindən onlara məlumat verilmişdir ki, Gəncə şəhəri, N.Nərimanov prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra onlar dərhal hadisə yerinə getmiş və orada olan zaman məlum olmuşdur ki, adı sonradan ona məlum olan Göygöl rayon sakini, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “KAMAZ-55111” yük markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobili ilə yolu keçmək istəyən piyada Gəncə şəhər sakini X5 vurmuş və piyada Gülümzər Nəcəfova oraya çağrılmış X19 avtomaşını ilə xəstəxanaya aparılmışdır. Həmin vaxt sürücü hadisə yerində olmuş və onlar sürücü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxışda iştirak edib, sonra “Kamaz” markalı avtomobili cərimə meydançasına, sürücü Təqsirləndirilən şəxs isə sərxoşluq müayinəsindən keçirmək üçün Gəncə şəhər narkoloji dispanserinə aparıb, sonra isə sürücünü gətirib işi araşdıran müstəntiqə təhvil vermişlər. Məhkəmə baxışında cinayət prosesi tərəflərinin razılığı ilə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Hadisənin baş vermə anının qeydə alındığı DVD diskə məhkəmədə baxış keçirilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi təsdiq edilir. “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Gəncə şəhəri, N.Nərimanov prospektində baş vermişdir. Bu barədə protokol tərtib edilmiş, yol-nəqliyyat hadisəsinin sxemi və fotoşəkilləri çəkilmişdir. xx.xx.2024-cü il tarixli, 812/2024 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X17 01 mart 2024-cü il tarixli, 24 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyinin, beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə, beyin toxumasına qansızma, sağ alıntəpə-gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, burun almacıq və alt çənə sümüklərinin sınığı, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin sol tərəfində İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və İX qabırğalarının ön qoltuqaltı xətt üzrə sınması, sol döş boşluğunda 600 ml mayenin olması, sol ağciyərin və plevranın cırılması, sol kürək və hər iki bazu sümüklərinin yerdəyişmiş sınıqları, sol qoltuqaltı nahiyyənin tikilmiş yarası, sağ əlin üst səthinin əzilmiş yarası, sağ gözətrafı, sağ dirsək, sol qabırğaüstü, sol bud və qarın nahiyyələrinin hematomaları, sağ yanaq nahiyəsinin sıyrığı. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində, baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması olmuşdur. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 12 iyun 2024-cü il tarixli, 8/1378 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Kamaz 111” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Sübutların qiymətləndiriləməsi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinə məxsus videonəzarət kamerasının qeydə aldığı hadisənin görüntülərini özündə əks etdirən 1ədəd DVD disk və “Kamaz 111” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış 08 avqust 2024-cü il tarixli, 3-13-16-3/2-5667/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BD 101 828 saylı “BC CE” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 20 iyul 2024-cü il tarixli, 4771 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 20 iyul 2024-cü il tarixli, 4992 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış 19 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”-nin 15 mart 2024-cü il tarixli, 919/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, AZ İİ seriyalı 387361 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, zərərçəkmiş şəxs X8 xx.xx.2024-cü il tarixdə ölmüşdür. AZ İİİ seriyalı, 452562 nömrəli və AZ İV seriyalı 922673 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 oktyabr 2015-ci il təvəllüdlü Banu və 08 oktyabr 2023-cü il təvəllüdlü Ayla adlı iki azyaşlı uşağı var. İ-6568 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-771 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə təqdim etdiyi, notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınıb Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus, “KAMAZ-55111” yük markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, N.Nərimanov prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni yol-hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və elə yerinə yetirməli olduğu halda, avtomobili dayandığı yerdən hərəkətə gətirməzdən əvvəl hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olmalı idi, yəni sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkətə gətirməzdən əvvəl piyadanın yolu sağdan sola doğru keçməkdə olmasını nəzərə alaraq piyadanın yolun hərəkət hisəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyininin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı idi, lakin o, dayanmış vəziyyətdə olarkən piyada yolu sağdan sola doğru keçməkdə olması və “KAMAZ-55111” yük markalı avtomobilin dayandığı yerdən hərəkətə başlayaraq həmin piyadanı vurması, piyada X3 baş beyin, beyinciyin yumuşaq qişalarına, beyin mədəciklərinə, beyin toxumasına qansızma, sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, burun almacıq və alt çənə sümüklərinin sınığı, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin sol tərəfində İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və İX qabırğalarının ön qoltuqaltı xətt üzrə sınması, sol döş boşluğunda 600 ml mayenin olması, sol ağciyərin və plevranın cırılması, sol kürək və hər iki bazu sümüklərinin yerdəyişmiş sınıqları, sol qoltuqaltı nahiyyənin tikilmiş yarası, sağ əlin üst səthinin əzilmiş yarası, sağ gözətrafı, sağ dirsək, sol qabırğaüstü, sol bud və qarın nahiyyələrinin hematomaları, sağ yanaq nahiyəsinin sıyrığı xəsarətlərinə görə ağır dərəcəli bədən xəsarətləri alaraq həmin günü saat 20:00-da müalicə aldığı Abbas Səhət adına xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, Vətən müharibəsi iştirakçısı olmaqla “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, Vətən müharibəsi iştirakçısı olmaqla “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin nəticəsinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini daha məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət isə yaşadığı yer üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini də lazım bilir və təqsirləndirilən şəxsə təyin olunan əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan “KAMAZ-55111” yük markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və hadisənin götürüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.4, 198.1 və 198.3cü maddələrinə əsasən məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “KAMAZ-55111” yük markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və hadisənin baş vermə anının qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-447/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-447/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver