Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-45/2023 27.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, və onun nümayəndəsi və vəkili X1, Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 və onların nümayəndəsi və vəkili X8, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkantəqdbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 onu Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə sürücü, qaynanası Şahid6 isə xadiməçi olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin dekabr ayının əvvəllərində Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə Zərərçəkmiş şəxs2 4800 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Zərərçəkmiş şəxs10 sonuncunun övladları X23 və Şahid15 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə sürücü olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan suiistifadə etmə və aldatma yolu ilə 06 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə Zərərçəkmiş şəxs10 7150 manat məbləğində xeyli miqdarda pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Zərərçəkmiş şəxs12 sonuncunun övladı Şahid16 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə sürücü olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021- ci ilin dekabr ayının ortalarında Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə Zərərçəkmiş şəxs12 2900 manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs4 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə mühafizəçi olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin dekabr ayının ortalarında Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə 2000 manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Zərərçəkmiş şəxs5 sonuncunun övladları Şahid11 və Şahid12 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə aşpaz, Şahid10 isə mühafizəçi olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2021-ci ilin dekabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən “İki kalp” şirniyyat evində 6000 manat pulunu, bir neçə gün sonra Zərərçəkmiş şəxs1 vasitəsi ilə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə ”“adlı kafedə 500 manat pulunu, 2021-ci ilin dekabr ayının ortalarında “İki kalp” şirniyyat evində 1000 manat pulunu alıb ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs5 vahid niyyətlə 7500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs7 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə gecə növbəsində mühafizəçi olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 22 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə 1500 manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs6 Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunaraq cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu X18 cəza müddətinin 3 il müddətinin azaldılaraq vaxtından əvvəl azadlığa buraxılmasını təmin edəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 23 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə 7500 manat məbləğində xeyli miqdarda pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar Zərərçəkmiş şəxs11 sonuncunun övladı X9 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə anbardar olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 15 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2000 manat pulunu, 29 dekabr 2021-ci il tarixdə “Köhnə Məhəllə” adlı kafedə tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2000 manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs11 vahid niyyətlə 4000 manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs1 sonuncunun oğlu Şahid1, qohumları Şahid4, Şahid5 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə sürücü, Şahid3 isə mühafizəçi olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2021-ci ilin oktyabr ayının əvvəllərində Gəncə şəhəri, Nizami prospektində yerləşən Əlillərin dairəsinin yaxınlığında 2150 manat pulunu, 2021-ci ilin oktyabr ayının ortalarında Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə 2650 manat pulunu, 2021-ci ilin noyabr ayının əvvəllərində “Köhnə Məhəllə” adlı kafedə 2650 manat pulunu, 2022-ci ilin yanvar ayının ortalarında “Köhnə Məhəllə” adlı kafedə 2650 manat pulunu alıb ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs1 vahid niyyətlə 10100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa,o, təkrar Zərərçəkmiş şəxs8 sonuncunun oğlu Şahid13 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə mühafizəçi olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatmayolu ilə 22 yanvar 2022-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında Zərərçəkmiş şəxs8 3100 manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs3 sonuncunun qızı X10 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə operator, qohumu X5 isə tərcüməçi olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2021-ci ilin dekabr ayının ortalarında Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə 3300 manat pulunu, 31 yanvar 2022-ci il tarixdə “Köhnə Məhəllə” adlı kafedə 3500 manat pulunu, 05 fevral 2022-ci il tarixdə “Köhnə Məhəllə” adlı kafedə 1500 manat pulunu alıb ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs3 vahid niyyətlə 8300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs9 Gəncə şəhərində açılacaq 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinə sürücü olaraq işə düzəldəcəyi barədə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 13 fevral 2022-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə 2700 manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 qısa zaman ərzində tanımışdır. Zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmək fikrini Zərərçəkmiş şəxs1 irəli sürmüşdür. İlqar isə yalnız vəzifəli şəxs görüntüsü yaratmış, onun icra etdiyi bu hərəkətə görə Zərərçəkmiş şəxs1 ona qəpik-quruş vermişdir. Etibardan sui-istifadə yolu ilə alınmış pulun çox hissəsini Vaqif özünə götürmüş, bu pulla özünə ev tikdirmiş, kreditə aldığı avtomobilin kreditini tam ödəmişdir. Hətta özünü zərərçəkmiş şəxs kimi yalandan istintaqa da təqdim etmişdir. Vaqifin istintaqa təqdim etdiyi videoyazıda guya Vaqif ona oğlu Gündüzün işə düzəlməsi müqabilində pul da vermişdir. Amma o videoda səsi gələn şəxsin məhz özü - İlqar olmasını inkar edir. Bundan başqa, Vaqif aldığı pulların müqabilində işi də düzəltməyə çalışırdı. Tez-tez yeni açılacaq Asan Xidmətə gedirdi. Zərərçəkmiş şəxslər isə pulları onun yanında Vaqifə veriblər. Vaqif hər dəfə pulu aldıqdan sonra 200-300 AZN arası ona pul vermişdir. Bu minvalla Vaqif ona cəmi 5600 manat pul vermişdir ki, onu da Vaqifə qaytarmışdır. Vaqif ona demişdir ki, sən özünü vəzifəli şəxs kimi təqdim edərək mənim yanımda ol, camaat mənə daha çox etibar etsin. Hətta Vaqif bir nəfər Hüsü adlı qohumunun çoxlu pulu olmasını, ondan yüksək məbləğdə pul alacağını bildirmişdir. Hazırki cinayət işi üzrə onun heçbir təqsiri yoxdur. Barəsində bəraət hökmünü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Narkoloji Dispanserdə feldşer vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ilə xalası oğlu Ələddin vasitəsi ilə tanış olmuş,o, xalası oğlu Ələddinə oğlu Gündüzün işsiz olduğunu, tanışı varsa həmin tanışı vasitəsi ilə işə düzəltmək istədiyini demişdir. Xalası oğlu Ələddin mobil telefon vasitəsi ilə ona zəng edərək tanışı olduğunu deyib, həmin şəxsin adının İlqar olduğunu,onun mobil nömrəsini vermişdir. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** nömrəsidən zəng edərək xalası oğlu Ələddinin dediyi İlqar adlı şəxs olduğunu deyib, oğlu Gündüzün Asan xidmətə sürücü kimi işə düzəlməsinə köməklik edəcəyini demişdir. Həmin vaxt mobil telefon vasitəsi ilə danışan zaman İlqar ona oğlu Gündüzün Gəncə şəhərində yerləşən Asan 2-yə sürücü kimi işə düzəlməsində 5000 manat pul qarşılığında köməklik edəcəyini demişdir. Həmin vaxt, mobil telefon vasitəsi ilə ona 5000 manat pulunun olmadığını, 2000 manat pul verə biləcəyəni demişdir. Həmin vaxt onlar oğlunun Asan xidmətə işə düzəlməsi üçün 2000 manat pul qarşılığında razlığa gəlmiş, Gəncə şəhəri Əlillərin dairəsi deyilən yerin yaxınlığında İlqarla görüşmüş, həmin vaxt o, özünə məxsus Chevrolet Niva markalı avtomobilinin içərisində 2000 manat pulu və həmçinin geyim forması üçün 150 manat pulu, ümumilikdə 2150 manat pulu İlqara vermiş, həmin vaxt onların yanında onun oğlu Gündüz də olmuşdur. İlqar 2150 manat pulu götürdükdən sonra oğlunun 2022-ci ilin yanvar ayı ərzində işə düzələcəyinə söz vermişdir. Daha sonra O, İlqarla Gəncə şəhər mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə məhəllə adlanan kafedə görüşüb çay içmiş, İlqardan oğlunu işə nə vaxt girə biləcəyini soruşan zaman İlqar ona narahat olmamağı, yaxın vaxtlarda oğlunun işinin həll olacağına söz vermişdir. Daha sonra İlqar ona Asan ximətdə boş yerlərin olduğunu, ora işə düzəlmək üçün tanışlarının olub olmadığını soruşmuş, o da ora qohumlarının işə düzəlməsinə köməklik etməsini ondan xahiş etmişdir. Həmin vaxt İlqar qohumlarının Asan xidmətə sürücü və mühafizəçi kimi işə düzəlməsində köməklik etməsi üçün 2500 və həmçinin əlavə olaraq forma pulu üçün 150 manat pul qarşılığında razılığa gəlmişdir. Belə ki, o, 2021-ci ilin oktyabr-dekabr aylarında ilkin olaraq qaynı Şahid4 Asan xidmətə sürücü kimi işə düzəlməsi və geyim forması üçün Köhnə Məhəllə kafesində 2650 manat, ondan sonra bibisi nəvəsi Şahid5 Asan xidmətə sürücü kimi işə düzəlməsində köməklik etməsi üçün Köhnə Məhəllə kafesində 2650 manat pulu, ondan sonra Gəncə şəhəri mərkəzi univermağın yaxınlığında yerləşən “köhnə məhəllə” kafesinin içərisində olaraq bacısı oğlu Şahid3 Asan xidmətə mühafizəçi kimi işə düzəlməsi üçün 2650 manat pulu Təqsirləndirilən şəxs vermişdir. İlqar ayrı ayrı vaxtlarda ondan 7950 manat pulu götürən zaman qohumlarının işə düzəlməsində köməklik edəcəyinə söz vermişdir. Belə ki, o, oğlu Şahid1 və digər qohumlarının işə Asan xidmətdə işə düzəlməsində köməklik etməsi üçün ümumilikdə 10100 manat pul verməyinə baxmayaraq İlqar oğlu və digər qohumlarının işə düzəlməsinə köməklik etməmişdir, onun inam və etibarından sui-istifadə etmiş, ona qarşı dələduzluq etmişdir. Sonda o, İlqar tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək, İlqara ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır, onlar Vaqiflə Goranboy rayonu, Veyisli qəsəbəsində qonşuluqda yaşayırlar, həmçinin Vaqifin oğlu Gündüzü də tanıyır. 2021-ci il dekabr ayının əvvəllərində yaşadığı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs1la söhbət edən zaman oğlu Gündüzün işsiz olduğunu bildiyi üçün, ondan Gündüzün harasa işə düzəlib-düzəlmədiyini soruşmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 ona Gündüzü Gəncə şəhərində açılacaq Asan xidmətə sürücü kimi işə düzəltdiyini və tez bir zamanda işə başlayacağını demişdir. O, Zərərçəkmiş şəxs1 Gündüzün işə necə qəbul olunduğunu soruşmuş, həmçinin onada orada işləyə bilibbilməyəcəyini soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona tanışı Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və Gündüzü Asan Xidmətə onun vasitəsilə işə qoyduğunu demişdir. O, isə həm özünün, həm də qaynanası Şahid6 Asan Xidmətə işə düzəlməsində kömək etməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 həmin işləri t anışı Təqsirləndirilən şəxs gördüyünü və onunla danışıb cavab verə biləcəyini demişdir. Vaqiflə həmin gün yenidən görüşdükdə Vaqif ona Təqsirləndirilən şəxsla danışdığını, Təqsirləndirilən şəxs onun sürücü, qaynanası Tərlanın isə xadiməçi olaraq Gəncədə açılacaq Asan Xidmət 2-yə işə düzəlməsi üçün 5000 manat pul lazım oldğunu bildirmiş, həmçinin Vaqif ona özü və qaynanası Təqsirləndirilən şəxsla görüşdürəcəyini və özləri razılaşmalı olduqları bildirmiş, həmçinin ona İlqarın nömrəsini vermiş, o, İlqarla danışdıqdan sonra onu və qaynanasını 5000 manat müqabilində işə düzəldəcəyinə vəd vermiş, o, isə qaynanası ilə bu barədə danışıb razılığını almış, qaynanası da həmçinin Asan Xidmətə işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra 2021-ci ilin dekabr ayının əvvəllərində O, qaynanası Şahid6 və qaynatası Şahid7 ilə birlikdə Gəncə şəhərinə getmiş, həmin vaxt onlar Mərkəzi Univermağın yaxınlığında yerləşənKöhnə Məhəllə” adlı kafedə Təqsirləndirilən şəxsla görüşmüş, həmçinin Vaqif Həsənov da onların yanlarında olmuşdur. Onlar Təqsirləndirilən şəxsla üzbəüz tam olmuş, sonra oturub çay içib söhbət etmiş, onlar İlqarla söhbət edən zaman Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Asan xidmətin açılışının olacağını və 5000 manat müqabilində onun həmin Asan Xidmət 2-yə sürücü, qaynanası Şahid6 isə xadiməçi olaraq işə qəbul etdirəcəyinə söz vermiş, bu zaman o, 5000 manat pulu orada çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra onun qaynanasının maddi imkanının aşağı olmasını deyib həmin puldan 200 manat pulu geri qaytarmış, daha sonra Gəncə Asan Xidmət 2-də açılış olandan sonra işə başlayacaqlarına vəd vermişdir. Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşər Asan xidmət açıldıqdan sonra onlar Təqsirləndirilən şəxsla nə vaxt işə çıxacaqlarını bildirdikdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onları işə düzəltməmişdir. Təqsirləndirilən şəxs ondan 4800 manat pul almasına baxmayaraq onu və qaynanası Tərlanı işə düzəltməmiş, onun inam və etibarından sui-istifadə etmiş, ona qarşı dələduzluq etmişdir. Bir müddət sonra o, Zərərçəkmiş şəxs1la söhbət edən zaman Vaqif ona İlqarın onu və bir çox şəxsləri də aldadaraq pulunu ələ keçirdiyini və heç kimi işə düzəltmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 4800 manat pulu onun Gəncə Asan Xidmət 2-yə sürücü, qaynanası Şahid6 isə xadiməçi olaraq düzəlməsini təmin edəcəyi barədə söz verib almışdır. O, 4800 manat pulu Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının əvvəllərində Gəncə şəhəri, Mərkəz Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə adlı kafedə vermiş, həmin vaxt orada qaynanası Şahid6, qaynatası Şahid7, qonşusu Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs özü olmuşdur. Təqsirləndirilən şəxs ona həmin iş kimin vasitəsi ilə həll edəcəyini deməmişdir, sadəcə olaraq yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini, ətrafında elə şəxslərin çox olduğunu bildirərək ona inandırıb pulunu ələ keçirmiş, lakin konkret olaraq hər hansı şəxsin vasitəsi ilə onu və qaynanasını işə düzəldəcəyini, bunun üçün hər hansı şəxsə pul verəcəyini deməmişdir. Həmin pulun qaynanası Şahid6 kredit götürüb ona vermiş və həmin krediti o, ödəyir və həmin maddi zərər ona dəymişdir. O həmin pulu Təqsirləndirilən şəxs özünə vermiş, Zərərçəkmiş şəxs1 onu Təqsirləndirilən şəxsla tanış etdikdən sonra bütün məsələləri İlqarla özünün danışmağını bildirmişdir, O isə Təqsirləndirilən şəxsla özü danışıb razılaşmış, həmin puldan Zərərçəkmiş şəxs1 hər hansı qazanc götürməmişdir. İlqar Vaqifin özünü də oğlunu və qohumlarının işə düzəldəcəyi barədə inandırıb pulunu ələ keçirmdişdir. Sonda o, ona dəymiş ziyanı tələb etdiyini, İlqara ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, X12 həkim-narkoloq işləyir. Zərərçəkmiş şəxs1 onun iş yoldaşıdır, münasibətləri normaldır, heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, 2021ci ilin dekabr ayında iş yerində Vaqiflə söhbət edən zaman Vaqif ona oğlu Gündüzü Gəncə şəhərində yeni açılacaq Gəncə Asan Xidmət 2-yə işə düzəltdiyini bildirmiş, ondan Gündüzün necə işə qəbul olunduğunu soruşduqda o, Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, İlqarın vasitəsi ilə oğlu Gündüzü işə düzəltdiyini bildirmişdir. O, isə həmin vaxt Vaqifə qızı Türanə Əliyevanın və bacısı nəvəsi X3 işə düzəltməsində kömək edə bilibbilməyəcəyini soruşmuş, həmin vaxt Vaqif ona İlqarın özü ilə danışmaq lazım olduğunu bildirmiş, bundan sonra o, Vaqiflə birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında Köhnə Məhəllə adlı kafedə İlqarla görüşüb söhbət etmiş, o, İlqardan qızı Türanə Əliyevanın və bacısı nəvəsi X22 Asan 2-yə işə düzəlməsində kömək etməsini istəmiş, həmin vaxt İlqar həmin işdə ona kömək edə biləcəyini bildirmiş, İlqar onların təhsilini soruşduqda Türanə Əliyevanın və Sona Ramazanovanın ali təhsilli olduğunu bildirmişdir. Bu zaman onlar İlqarla qızı X37 2-yə operator kimi işə qəbul olunması üçün 3300 manat və Sonanın isə tərcüməçi kimi işə qəbul olunması üçün 5000 manat pul verilməsi razılaşmışlar. Bundan sonra o, Sonanın anası Günay ilə danışmış və ona Təqsirləndirilən şəxs adlı şəxsin Gəncə Asan 2-yə işə düzətməkdə kömək edə biləcəyini və 5000 manat müqabilində tərcüməçi kimi işə qəbul olunacağını bildirmişdir. Həmin vaxt Sonanın anası onunla razılaşmış və qızının işə düzəlməsini istəmişdir. O, isə maddi imkanı olmadığı üçün qızı Türanə və Sona üçün 8300 manat pulu İlqara özünün verəcəyini, Sona işə başladıqdan sonra isə 5000 manat pulu hissə hissə ona qaytara biləcəyini demişdir. Bundan sonra 2021-ci ilin dekabr ayının ortalarında qızı Türanə ilə birlikdə Köhnə Məhəllə adlı kafedə İlqarla görüşmüş və qızı Türanənin və Sonanın 3x4 şəkillərini və şəxsiyyət vəsiqələrinin surətlərini, həmçinin 3300 manat pulu İlqara vermiş, həmin vaxt Vaqif də onların yanında olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə o, Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında Köhnə Məhəllə kafesində İlqarla görüşüb 3500 manat pulu, daha sonra isə xx.xx.2022-ci il tarixdə həmin kafedə 1500 manat pulu Təqsirləndirilən şəxs vermiş, İlqardan işin nə vaxt başlıyacağını soruşduqda isə tez bir zamanda Gəncə Asan 2-də Türanə və Sonanın işə başlıyacığını bildirmişdir. Daha sonra o, İlqarla əlaqə saxladıqda o, müxtəlif bəhanələr gətirərək işi həll etməkdən boyun qaçırmış, bir müddət sonra o, Zərərçəkmiş şəxs1la söhbət edən zaman Vaqif ona İlqarın onu və bir çox şəxsləri də aldadaraq pulunu ələ keçirdiyini və heç kimi işə düzəltmədiyini bildirmişdir. xx.xx.2022ci il tarixdə isə o, İlqarla görüşən zaman İlqar ona şikayət etməməyi üçün 600 manat pul qaytarmış, Təqsirləndirilən şəxs 8300 manat pulu qızı X27 Asan 2-yə operator, bacısı nəvəsi X3 isə tərcüməçi olaraq işə düzəlməsini təmin edəcəyi barədə söz verib almışdır. O, ilkin olaraq 2021-ci ilin dekabr ayının ortalarında 3300 manat pulu qızı Türanə və Vaqifin yanında İlqara vermiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə 3500 manat pulu və xx.xx.2022-ci il tarixdə isə 1500 manat pulu verən zaman İlqarla tək olmuşlar. Təqsirləndirilən şəxs ona həmin işi kimin vasitəsi ilə həll edəcəyini deməmişdir, sadəcə olaraq yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini, ətrafında elə şəxslərin çox olduğunu bildirərək onu inandırıb pulunu ələ keçirmişdir, lakin konkret olaraq hər hansı şəxsin vasitəsi ilə qızını və qohumunu işə düzəldəcəyini, bunun üçün hər hansı şəxsə pul verəcəyini deməmişdir. Həmin pulu o vermiş, həmin maddi zərər ona dəymişdir. O, həmin pulu Təqsirləndirilən şəxs özünə vermişdir. Sonda o, İlqardan şikayətçi olduğunu, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur, belə ki, Vaqif onun anasının əmisi oğludur. 2021-ci ilin dekabr ayının əvvəllərində onlar Vaqiflə söhbət edən zaman Vaqif oğlu Gündüzü Gəncə şəhərində yeni açılacaq Asan Xidmətə işə düzəltdiyini bildirmiş, həmin vaxt o da Zərərçəkmiş şəxs1 orada işləmək istədiyini bildirmişdir. Həmin vaxt Vaqif ona oğlu Gündüzü tanışı olan Təqsirləndirilən şəxs vasitəsilə işə düzəltdiyini və onları tanış edə biləcəyini, həmçinin ona özünün Təqsirləndirilən şəxsla danışmalı olduğunu bildirmişdir. Həmin vaxt onun yanında Təqsirləndirilən şəxs zəng edib onunla danışmış və Təqsirləndirilən şəxs onun işə düzəlməyində kömək edə biləcəyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1la birlikdə 2021-ci ilin dekabr ayının ortalarında Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə adlı kafedə Təqsirləndirilən şəxsla görüşüb söhbət etmiş İlqar Gəncə şəhərində açılacaq Asan Xidmət 2-yə onun mühafizəçi olaraq işə düzəldə biləcəyini və bunun müqabilində 2000 manat pul verməli olduğunu bildirmiş, o, həmin gün pulu tapıb düzəltdikdən sonra yenidən həmin kafedə Təqsirləndirilən şəxsla görüşmüş və Zərərçəkmiş şəxs1 yanında onun Gəncə Asan 2-yə mühafizəçi olaraq işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin 2000 manat pulu götürüb tez bir zamanda işə başlayacağı barədə ona xəbər edəcəyini bildirmişdir. Lakin bir müddət sonra Gəncə Asan 2 açıldığını eşitdikdə o, İlqara zəng edib işinin nə vaxt düzələcəyini soruşmuş, həmin vaxt İlqar ona tez bir zamanda işinin düzələcəyini, daha sonra isə bir həftə ərzində işə çıxacağını bildirmişdir. Lakin o, işin düzəlmədiyini gördükdə Zərərçəkmiş şəxs1la əlaqə saxlamış, həmin vaxt Vaqif İlqarın onu da aldatdığını, heç kimi işə düzəltmədiyini və onun barəsində şikayət etmək lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs 2000 manat pulu onun Gəncə Asan 2-yə mühafizəçi olaraq düzəlməyini təmin edəcəyi barədə söz verib almışdır. O, 2000 manat pulu Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının ortalarında Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə adlı kafedə vermiş, həmin vaxt orada Təqsirləndirilən şəxs onun həmin işi kimin vasitəsi ilə həll edəcəyini deməmişdir, sadəcə olaraq yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini, ətrafında elə şəxslərin çox olduğunu bildirərək onu inandırıb pulunu ələ keçirmişdir, lakin konkret olaraq hər hansı şəxsin vasitəsi ilə onu işə düzəldəcəyini, bunun üçün hər hansı şəxsə pul verəcəyini deməmişdir. Sonda o, İlqardan şikayətçi olmadığını, ona dəymiş zərərin tam ödənildiyini bildirərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, X12 aşpaz işləyir. Zərərçəkmiş şəxs1 onun iş yoldaşıdır, münasibətləri normaldır, heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, 2021-ci ilin dekabr ayında iş yerində Vaqiflə söhbət edən zaman Vaqif ona oğlu Gündüzü Gəncə şəhərində yeni açılacaq Gəncə Asan Xidmət 2-yə işə düzəltdiyini bildirmiş, o, Vaqifdən Gündüzün necə işə qəbul olunduğunu soruşduqda Vaqif Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, İlqarın vasitəsi ilə oğlu Gündüzü işə düzəltdiyini bildirmiş, o da həmçinin övladları X13, Şahid11 və Şahid12 Asan Xidmətə işə düzəltmək istəmişdir. Həmin vaxt o, Vaqifə İlqar adlı şəxslə danışmağını, həmçinin onun övladlarını da Gəncədə yeni açılacaq Gəncə Asan 2-ə düzəltməyə kömək etməsini bildirmişdir. Bir neçə gün sonra Vaqif İlqarla danışmış və İlqarın oğlu X50 2-yə mühafizəçi, qızları Aynur və Gülnarı isə aşpaz olaraq düzəldə biləcəyini, oğlu üçün 2000 manat, qızlarının hər biri üçün 3000 manat və geyim formaları üçün isə 500 manat, ümumilikdə 8500 manat vermək lazım olduğunu demiş və bu barədə İlqarla onu danışdırmış, o, isə İlqarla razılaşmışdır. Həmin vaxt onun maddi imkanı yaxşı olmadığından qızı Aynur Bankdan 4500 manat pul kredit götürmüş, qızı Gülnar isə 200 manat lombarddan pul götürmüşdür. Bir neçə gün sonra 2021-ci ilin dekabr ayının əvvəllərində qızı Aynurun işlədiyi, ünvan 3 ünvanında yerləşən “İki kalp” şirniyyat evində İlqarla görüşmüş, həmin vaxt həmçinin Vaqif və oğlu Şakir də orada olmuşdur. Həmin vaxt onlar İlqarla söhbət etdikdə İlqar tez bir zamanda Gəncə Asan 2-nin açılışı olacağını və hər üç övladını işlə təmin etdirəcəyini vəd verib onu inandırmışdır. Həmin vaxt o, orada 6000 manat pulu İlqara vermiş, qalan 2500 manat pulu isə İlqara qısa zaman ərzində verəcəyini bildirmiş, İlqar isə onunla razılaşmışdır. Bir neçə gün sonra yenidən İlqarla danışmış və 500 manat pulu verəcəyini İlqara demiş, bundan sonra isə “İki Kalp” şirniyyat evində Vaqiflə görüşüb 500 manat pulu İlqara verməsi üçün Vaqifə vermiş, bundan bir neçə gün sonra 2021-ci ilin dekabr ayının ortalarında yenidən qızının işlədiyi şirniyyat evində 1000 manat pulu Vaqifin yanında İlqara vermiş, 8500 manat puldan qalan 1000 manatı verməyə isə maddi imkanının çatmadığını bildirmiş, İlqar isə onunla razılaşaraq 7500 manat müqabilində övladlarının hər üçünü işlə təmin edəcəyi, 2021-ci ilin dekabr ayının sonlarında Gəncə Asan-2 açılan kimi övladlarının işə başlıyacağını demişdir. O, 2021-ci ilin dekabr ayının sonlarını gözləmiş, övladları işə başlamadığı üçün İlqarla əlaqə saxlamış, İlqar isə bəhanələr gətirərək gözləməyini bildirmiş, həmin vaxt o, başa düşmüşdür ki, İlqar dələduzluq yolu ilə onu aldadaraq pulunu ələ keçirmişdir. O, Vaqifdən İlqar barədə maraqlandıqda Vaqif İlqarın hər kəsi aldatdığını, heç kimi işə düzəltmədiyini və İlqarın barəsində polisə şikayət etdiyini bildirmiş, Təqsirləndirilən şəxs 7500 manat pulu oğlu Şahid10 Gəncə Asan 2-yə mühafizəçi, qızlarının Şahid11 və Gülnar Məmmədovu isə aşpaz olaraq işə düzəlməsini təmin edəcəyi barədə söz verib almışdır. Sonda o, İlqardan şikayətçi olduğunu, ona ən ağır cəza veilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, X29 onun oğludur. Azər 2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəsdən adam öldürmə cinayətinə görə Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və hal hazırda Pentensiar Xidmətin 15 saylı cəzacəkmə müəssisəsində cəza çəkir. Zərərçəkmiş şəxs1 onun qohumudur, belə ki, Vaqif onun arvadının dayısı oğludur. Vaqiflə aralarında yaxşı münasibətləri və ailəvi olaraq gedişgəlişləri vardır. 2021-ci ilin dekabr ayının ortalarında onlar Vaqiflə söhbət edən zaman Vaqif ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və oğlu Gündüzü onun vasitəsi ilə Gəncə şəhərində açılacaq Asan Xidmətə işə düzəltdiyini bildirmiş, o, ondan İlqarın kim olmasını soruşduqda İlqarın yaxın qohumlarının vəzifəli şəxslər olduğunu və onun belə işlərə əlinin girdiyini bildirmişdir. O, həmin vaxt Vaqifdən ona oğlunun cəzasının azaldılmasında İlqarın kömək edə bilib-bilməyəcəyini soruşmuş, Vaqif isə İlqarla onun yanında danışmış və İlqar həmin vaxt onun oğlunun cəzasının azaldılmasında kömək edə biləcəyini və cəzasının 1 ilinin azaldılması üçün 2500 manat pul vermək lazım olduğunu demişdir. Bundan sonra o, 7500 manat pul düzəltmiş və İlqarla telefonla danışıb oğlu Azər Nağıyevin cəzasının 3 il müddətinin azaldılmasında kömək etməsini ondan istəmiş, o, isə İlqarla razılaşmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə onlar Vaqiflə birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə adlı kafedə İlqarla görüşmüş, həmin vaxt yenidən Təqsirləndirilən şəxsla oğlunun cəzasının azaldılmasında kömək edə biləcəyini dəqiqləşdirmiş, həmin vaxt İlqar ona vəd verib yaxın qohumları vəzifəli şəxslər olduğunu, həmin şəxslərin vasitəsi ilə 7500 manat pul müqabilində cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Azər Nağıyevin cəzasının 3 il müddətini azaldacağını demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs vədinə inanmış və 7500 manat pulu İlqara vermişdir. İlqar həmin pulu sayıb götürərək qısa bir zamanda oğlunun cəzasının 3 ilinin azaldılacağını bildirmişdir. Bir müddət keçdikdən sonra İlqarla əlaqə saxladıqda İlqar tez bir zamanda oğlunun cəzasının azaldılacağını bildirib onu yubatmış, lakin o, zaman keçdikdə İlqarın onu işini yubatdığını, onu aldadıb pulunu ələ keçirdiyini, daha sonra isə digər şəxsləri də aldadıb Gəncə Asan Xidmətə işə düzətmək adı ilə pullarını ələ keçirdiyini, lakin verdiyi əməl etmədiyini bilmiş və onun barəsində polis idarəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs 7500 manat pulu onun cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkən oğlunun cəzasının 3 il müddətinin azaldılmasını təmin edəcəyi barədə vəd veril aldatmaqla almışdır. Sonda o, İlqardan şikayətçi olduğunu, ona ən ağır cəza veilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Goranboy rayonu, Dəliməmmədli şəhərində avtomobil təmiri sexində işləyir. Zərərçəkmiş şəxs1 işlədiyi sexə avtomobilini təmir etdirmək üçün gəlibgedən zaman tanımış və münasibətləri yaranmışdır. Təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində Vaqif işlədiyi sexdə olarkən oğlunu Gəncə şəhərində yeni açılacaq Asan Xidmətə işə düzəltdiyini bildirmiş, o, Vaqifdən həmin yerdə gecə növbəsinə iş olubolmadığını, hansı formada işə qəbul olunmaq lazım olduğunu maraqlanmış, həmin vaxt Vaqif ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, oğlunu həmin şəxsin vasitəsi ilə Asan Xidmətə işə düzəltdiyini və tez bir zamanda oğlunun işə başlıyacağım bildirmiş, o, isə ondan İlqarın onun da işdə düzəlməyində kömək etməsini xahiş etmişdir. Vaqif isə İlqarla danışıb ona xəbər edəcəyini bildirmiş, bir neçə gün sonra Vaqiflə görüşmüş o, İlqarla danışdığını və yeni açılacaq Gəncə Asan 2-də gecə növbəsində mühafizəçi işinin olacağını və bunun üçün İlqarın özü ilə danışmaq lazım olduğunu bildirmiş, bundan sonra onlar Vaqiflə birlikdə İlqarla telefonla danışmış və İlqar onun Gəncə Asan 2-yə gecə növbəsinə mühafizəçi kimi işə girməyi üçün 1500 manat verməli olduğunu və hər ay 850 manat maaş alacağını bildirmiş, o, isə İlqarla razılaşmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixində o, şəxsiyyət vəsiqəsinin surətini, 2 ədəd 3x4 ölçüdə fotoşəkil və 1500 manat pul götürüb Gəncə şəhərinə getmiş, onlar Gəncə şəhərində Vaqiflə görüşdükdən sonra Mərkəzi Univermağın yaxınlığına gedib orada olan Köhnə Məhəllə adlı kafedə Təqsirləndirilən şəxsla görüşmüş, onlar İlqarla görüşdükdən sonra İlqar yenidən onu Gəncə Asan 2 açıldıqdan sonra orada gecə növbəsində mühafizəçi olaraq işə başlıyacağım bildirib onu inandırmışdır. Həmin vaxt o, İlqara inanıb 1500 manat pulu, şəxsiyyət vəsiqəsinin surətini və 2 ədəd fotoşəklini İlqara vermiş, o, İlqara nə vaxt işə çıxacağını dedikdə, İlqar tez bir zamanda Gəncə Asan 2 açılışı olacağını və açılış olduqdan dərhal sonra işə çıxacağını demişdir. Bir müddət keçdikdən sonra Gəncə Asan 2-nin açılışı olmuş, o, İlqarla əlaqə saxlayıb nə üçün işə başlamadığını bildirmiş, İlqar isə ona müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirmiş, o, Vaqifdən bu barədə maraqlandıqda Vaqif ona İlqarın hər kəs aldatdığını, heç kimi işə qəbul etdirmədiyini və barəsində şikayət etdiyin bildirmişdir. Sonda o, İlqardan şikayətçi olduğunu, ona ən ağır cəza veilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, X12 aşpaz işləyir, Zərərçəkmiş şəxs1 onun iş yoldaşıdır, münasibətləri normaldır, heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, 2021-ci ilin dekabr ayında iş yerində Vaqiflə söhbət edən zaman Vaqif ona oğlu Gündüzü Gəncə şəhərində yeni açılacaq Gəncə Asan Xidmət 2-yə işə düzəltdiyini bildirmiş, Vaqifdən Gündüzün necə işə qəbul olunduğunu soruşduqda Vaqif Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, İlqarın vasitəsi ilə oğlu Gündüzü işə düzəltdiyini bildirmişdir. Həmin vaxt o, Vaqifə oğlu Şahid13 da işə düzəlməsində kömək etməsini bildirmiş, həmin vaxt Vaqif İlqarla danışıb cavab verə biləcəyini demişdir. Bir neçə gün sonra Vaqif İlqarla danışdığını və Təqsirləndirilən şəxs yeni açılacaq Gəncə Asan 2-də mühafizəçi kimi işə düzəlməsinə kömək edə biləcəyini demişdir. Bundan sonra onlar Vaqiflə birlikdə İlqarla danışıb oğlu X39 2-yə mühafizəçi kimi işə qəbul olunmasını 3100 manata razılaşmış, bundan sonra o, bankdan kredit götürüb 3100 manat pul düzəltmiş və xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Mərkəzi Univermağı yaxınlığında oğlu Şahid13la Vaqiflə birlikdə Təqsirləndirilən şəxsla üzbəzüz görüşüb söhbət etmiş, həmin vaxt Təqsirləndirilən şəxs 3100 manat müqabilində oğlu X45 2-yə mühafizəçi kimi işə qəbul etdirməyi öhdəsinə götürmüş və onu Gəncə Asan 2 açılan kimi oğlunun işə başlıyacağını bildirmişdir. Bir neçə gün sonra Gəncə Asan 2-nin açılışı olmuş və o, İlqara zəng edib oğlunun nə vaxt işə çıxacağını soruşduqda sonuncu müxtəlif bəhanələr gətirib işi yubatmağa başlamışdır. Həmin vaxt o, başa düşmüşdür ki, İlqar dələduzluq yolu ilə onu aldadaraq pulunu ələ keçirmişdir. O, Vaqifdən İlqar barədə maraqlandıqda Vaqif İlqarın hər kəsi aldatdığını, heç kimi işə düzəltmədiyini bildirmişdir. Sonda o, İlqardan şikayətçi olduğunu, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Şahid14 onun əmisidir. Rasim Gəncə şəhəri, kolxoz bazarı kimi tanınan yerdə su qızıdırıcları təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs1 əmisi Rasimin tanışıdır. xx.xx.2022-ci il tarixdə Vaqif əmisi Rasimlə danışan zaman oğlunu İlqar adlı tanışının vasitəsilə yeni açılacaq Gəncə Asan 2-yə işə düzəltdiyini bildirmişdir. Həmin vaxt Rasim onu da həmin İlqar adlı şəxsin vasitəsi ilə işə düzəltmək istədiyini bildirmiş və Vaqifdən İlqar adlı şəxslə danışmaq istəməsini bildirmişdir. Həmin vaxt Vaqif İlqarla danışdıqdan sonra İlqar onu Gəncə şəhərində açılacaq Gəncə Asan 2-yə 3000 manat müqabilində işə düzəldəcəyini demiş, o isə İlqarla telefonla danışıb 2700 manat pula gücünün çatdığını demiş, xx.xx.2022-ci il tarixdə onlar Zərərçəkmiş şəxs1la birlikdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə adlı kafedə İlqar adlı şəxslə görüşmüş, həmin vaxt onlar İlqarla tanış olmuş, sonra Vaqif İlqar adlı şəxsi göstərərərək 2700 manat pul müqabilində onu Gəncə Asan 2-yə İlqarın sürücü olaraq düzəldəcəyini demişdir.Həmin vaxt İlqar onu qısa zaman ərzində Gəncə Asan 2-yə sürücü olaraq işə düzəldəcəyini demişdir.Bundan sonra o, 2700 manat pulu çıxaran zaman İlqar həmin pulu Vaqifə verməyini və onun tez bir zamanda Gəncə Asan 2 açılan kimi orada sürücü olaraq işə başlıyacağım demişdir. O, bundan sonra 2700 manat pulu Vaqifə vermişdir, Vaqif isə həmin pulu qəbul edərək öz papağını pulun üzərinə qoymuşdur. Bir müddət sonra o Vaqiflə əlaqə saxlamış Vaqif ona işin alınmadığını İlqarın yoxa çıxdığını, onu və hər kəsi aldatdığını bildirmişdir. O, əvvəllər İlqar adlı şəxsi tanımamış, onu İlqarla Vaqif tanış etmiş, Vaqif İlqarın tanışlarının vəzifəli şəxslər olduğunu, öz oğlunu da İlqarın vasitəsi ilə işə düzəltdiyini bildirmişdir. Buna görə də o, İlqarla görüşümüş və İlqar onu Gəncə Asan 2-yə işə düzəldəcəyini bildirmişdir. O, İlqarı tanımadığı üçün Vaqifdən bu işin necə olacağını soruşduqda, Vaqif İlqarın etibarlı adam olduğunu, özünün də oğlu və qohumları üçün ona pul verdiyini bildirmişdir. Buna görə də o Vaqifin bu sözlərindən sonra İlqara inanıb ona pul vermişdir.Hesab edir ki, ona qarşı dələduzluq əməli İlqar deyil, Zərərçəkmiş şəxs1 tərəfindən törədilmişdir. Dəymiş zərəri Zərərçəkmiş şəxs1 tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə həmkəndlidir.Həmçinin uzaqdan qohumluq münasibətləri vardır. Zərərçəkmiş şəxs1 ilə münasibətləri normaldır, heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, 2021-ci ilin dekabr ayının əvvələrində Vaqiflə söhbət edən zaman Vaqif ona oğlu Gündüzü Gəncə şəhərində yeni açılacaq Gəncə Asan Xidmət 2-yə işə düzəltdiyini bildirmişdir. O, Vaqifdən Gündüzün necə işə qəbul olunduğunu soruşduqda Vaqif Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, İlqarın vasitəsi ilə oğlu Gündüzü işə düzəltdiyini bildirmişdir. O, isə həmin vaxt Vaqifə oğulları X30 və Şahid15 işə düzəltməsində kömək edə bilib-bilməyəcəyini soruşmuş, həmin vaxt Vaqif ona İlqarın özü ilə danışmaq lazım olduğunu bildirmişdir.Bundan sonra o, Vaqiflə birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında Köhnə Məhəllə adlı kafedə İlqarla görüşüb söhbət etmiş, həmin vaxt O, İlqardan oğulları Seymur və X52 2-yə işə düzəlməsində kömək etməsini istəmişdir. Həmin vaxt İlqar həmin işdə ona kömək edə biləcəyini bildirmiş və oğullarının hər ikisinin sürücü olaraq işə düzəlməsi üçün 7000 manat pul vermək lazım olduğunu demiş, o, isə İlqarla razılaşmışdır. Bundan sonra o, 7000 manat pul tapıb düzəltmiş və xx.xx.2022-ci il tarixdə Vaqiflə birlikdə Köhnə Məhəllə adlı kafedə İlqarla görüşmüşdür.Həmin vaxt o, İlqarla yenidən söhbət edən zaman oğullarının nə vaxt işə başlayacağını soruşduqda İlqar təxminən 3 ay ərzində Gəncə Asan 2-də işə başlıyacağını bildirmiş, o, Vaqifin yanında 7000 manat pulu sayıb İlqara vermişdir. Həmin vaxt İlqar ona oğulları Seymur və Əlinin işə başlayan zaman geyinəcəyi forma üçün isə əlavə olaraq 150 manat verməli olduğunu bildirmiş, o, isə get-gəl olmasın deyə əlavə olaraq 150 manat puu da İlqara vermişdir. Daha sonra Gəncə Asan 2 açıldıqdan və 3 aydan artıq müddət keçdikdən sonra oğulları Seymur və Hüsünün işə başlamadığını və İlqardan bir xəbər çıxmadığını gördükdə İlqarla əlaqə saxlamış, İlqar isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək işi həll etməkdən boyun qaçırırmışdır. Bir müddət sonra o, Zərərçəkmiş şəxs1la söhbət edən zaman Vaqif ona İlqarın onu və bir çox şəxsləri də aldadaraq pulunu ələ keçirdiyini və heç kimi işə düzəltmədiyini bildirmişdir. Sonda o, İlqardan şikayətçi olduğunu, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanışı Şahid17 Hüseyn oğlunun vasitəsi ilə tanımışdır. Belə ki, İlyasla 2021-ci dekabr ayının əvvəllərində söhbət edən zaman İlyas ondan oğlunun hər hansı bir yerə işə düzəldib düzəldə bilmədiyini soruşmuş, həmin vaxt o, oğlunun işsiz olduğunu, heç bir yerə işə düzəldə bilmədiyini demiş, bu zaman İlyas ona qohumu Vaqifin bir nəfər tanışı olduğunu, oğlu X6 işə düzəlməsində kömək edə biləcəyini demişdir. Həmin vaxt O, oğlu Rəşadı işə düzəltmək istədiyini bildirmiş, o, Vaqiflə telefonla danışıqda Vaqif ona köməklik edəcəyini bildirmiş, bundan sonra onlar xx.xx.2021-ci il tarixdə İlyasla birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə kafeisndə Vaqiflə birlikdə Vaqifin İlqar adlı tanışı ilə görüşmüş, həmin vaxt onlar söhbət edən zaman Təqsirləndirilən şəxs qohumlarının vəzifəli şəxslər dolduğunu, onların vasitəsi ilə oğlu Rəşadı qısa zaman ərzində açılacaq Gəncə Asan 2-yə işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt O, İlqardan oğlunun orada hansı işdə işləyəcəyini soruşduqda İlqar bir neçə iş yeri olduğunu dedikdən sonra o, anbardar olaraq işləməsini istəmişdir. Həmin vaxt o, İlqardan maaşın nə qədər olacağını soruşduqda İlqar 1480 manat maaş alacağını demiş, o, isə İlqarla razılaşmışdır. O, isə nə qədər pul verməli olduğunu soruşduqda İlqar həmin məsələni Vaqifə danışmağını bildirmiş, həmin məsələni Vaqifə həvalə etdiyini bildirmişdir. Həmin vaxt orada Vaqif bu işin 6000 manata alındığını, onun isə maddi imkanın yaxşı olmadığı üçün 4000 manat müqabilində oğlunun işə düzələcəyini demişdir. O, isə həmin pulun 2000 manatı həmin gün verə biləcəyini, qalan 2000 manatı isə iş düzəldikdə verə biləcəyini demiş və onlar razılaşmışlar. Həmin vaxt Vaqif Gülüstan qəsəbəsində onu yaşadığı yerin yaxınlığına yas yerinə gedəcəyi üçün onu da aparmasını bildirmiş, həmçinin 2000 manat pulun yaşadığı evdə olduğunu və evdən götürüb verə biləcəyini demişdir. Həmin vaxt Vaqif onu özünə məxsus avtomobillə Gəncə şəhəri, Gülüstan qəsəbəsinə yaşadığı evə düşürmüş, həmin vaxt onlar yolda getdiyi müddətdə Vaqif İlqarın etibarlı adam olduğunu, qohumlarının vəzifəli şəxslər olduğunu, İlqarın bu işi alındıracağını, iş alınmiyacağı təqdirdə pulu ona qaytaracağını demiş, o, isə Vaqifin bu sözlərinə inanmışdır. Bundan sonra Vaqif onu yaşadığı evə düşürdükdən sonra özü yas yerinə gedib təxminən 1 saat sonra onunla zəngləşmiş, onlar Gəncə şəhəri, Gülüstan qəsəbəsi Akta-6 ərazisində görüşmüş, həmin vaxt O, Vaqifə məxsus avtomobildə 2000 manat pulu İlqara çatdırması üçün Vaqifə vermiş, həmin vaxt Vaqifdən yenidən bu işdə problem olmayacağını soruşmuş, Vaqif öz oğlunu və digər yaxınlarını da İlqarın vasitəsi ilə işə düzəltdiyini, İlqarın etibarlı adam olduğunu demiş, təxminən 1 həftə müddətdən sonra İlqar və həmçinin Vaqif ona zəng edərək qalan 2000 manatı verməli olduğunu bildirmiş, o, isə xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində bankdan 2000 manat pul kredit götürüb Vaqiflə telefonla əlaqə saxlamış, həmin vaxt Vaqif X12 iş yerində olduğu üçün o, həmin yerə gedib dispanserin qarşısında 2000 manat pulu İlqara çatdırması üçün Vaqifə vermişdir. Bir neçə gün sonra İlqarla əlaqəsaxladıqda İlqar narahat olmamağını, Gəncə Asan 2 açılan kimi oğlu Rəşadın işə çıxacağını bildirmiş, həmçinin o, Vaqiflə əlaqə saxladıqda Vaqif İlqarın qohumlarının vəzifəli şəxslər olduğunu, heç bir problem olmayacağını, həmçinin o, oğlu və qohumlarım da İlqarın vasitəsilə işə düzəltdiyini bildirmişdr. Bir müddət sonra Gəncə Asan 2 açılsa da oğlu işlə təmin olunmamış, O, İlqarla əlaqə saxladıqda İlqar onu müxtəlif bəhaələr gətirərək imtina etməyə başlamış, bundan bir müddət sonra O, Vaqiflə əlaqə saxladıqda Vaqif İlqarın onu da aldatdığını, heç kimi işə düzəltmədiyini və onun barəsində şikayət etmək lazım olduğunu demişdir. Sonda o, Vaqifdən şikayətçi olduğunu bildirmiş, pulu ondan Vaqifin götürdüyünü əsas gətirərək Vaqif tərəfindən zərərin ona ödənilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə qohumluq münasibətləri vardır, həmçinin Vaqif onun bacısı uşağının kirvəsidir. O, 2021-ci ilin dekabr ayında Vaqiflə söhbət edən zaman Vaqifə oğlu Şahid16 Göygöl rayonunda yol istismar idarəsində işlədiyini, həmçinin maaşının aşağı olmasını bildirmiş, həmin vaxt Vaqif ona oğlu Gündüzü Gəncə şəhərində yeni açılacaq Gəncə Asan Xidmət 2-yə işə düzəltdiyini bildirmiş, Vaqifdən Gündüzün necə işə qəbul olunduğunu soruşduqda Vaqif İlqar adlı tanışının olduğunu, İlqarın vasitəsi ilə oğlu Gündüzü işə düzəltdiyini bildirmişdir. O, isə həmin vaxt Vaqifə oğlu Zahirin də işə düzəltməsində kömək edə bilib-bilməyəcəyini soruşmuş, Vaqif ona İlqarın özü ilə danışmaq lazım olduğunu bildirmişdir.O, X28 özünün danışmasını və nə qədər pul lazım olduğunu soruşmasını istəmişdir. Bir neçə gün sonra Vaqiflə görüşüb söhbət etmiş, həmin vaxt Vaqif İlqar adlı şəxslə danışdığım və İlqarın oğlu Zahiri yeni açılacaq Gəncə Asan 2-yə sürücü olaraq işə düzəldə biləcəyini, bunun müqabilində İlqarın ondan 3000 manat pul alacağını bildirmişdir.O, İlqarla razılaşmışdır və Vaqif ona pulu düzəltdikdən sonra İlqarla görüşməyi və pulu İlqarın özünə verməyini demişdir. O, 3000 manat pulu düzəltdikdən sonra 2021-ci ilin dekabr ayının ortalarında Vaqiflə birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında Köhnə Məhəllə adlı kafedə İlqarla görüşüb söhbət etmiş, həmin vaxt İlqarla söhbət edən zaman İlqar yaxın qohumlarının vəzifəli şəxslər olduğunu, onların vaitəsi ilə oğlu Zahiri Gəncə şəhərində yeni açılacaq Gəncə Asan 2-yə sürcü olaraq işə düzəldəcəyini, oğlu Zahirinin təxminən 900- 1000 manat maaş alacağını demişdir. Həmin vaxt o,bununla razılaşaraq 3000 manat pulu çıxarmış və Vaqif vasitəsi ilə İlqarla tanış olduğu üçün pulu sayıb İlqara verməsi üçün Vaqifə vermiş, həmin vaxt İlqar onun maddi vəziyyəti yaxşı olmadığı üçün həmin 3000 manat puldan 100 manatı özünə qaytarmış, İlqardan işin nə vaxt başlıyacağmı soruşduqda isə tez bir zamanda Gəncə Asan 2 açılan kimi oğlu Zahirin işə çıxacağını demişdir.Bir müddət sonra Zahir işə başlamadığı üçün o, Zərərçəkmiş şəxs1la əlaqə saxlamış, həmin vaxt Vaqif ona İlqarın onu və bir çox şəxsləri də aldadaraq pulunu ələ keçirdiyini və heç kimi işə düzəltmədiyini bildirmişdir.Sonda o, Vaqifi tanıdığını, ona dəymiş zərərə görə Vaqifin məsuliyyət daşımalı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Vaqif X12 işləyir. O, işsiz olduğu üçün atası onu işə düzəltmək istəmiş, buna görə də 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, Təqsirləndirilən şəxs atasına Gəncə şəhərində yeni Asan Xidmət açılacağını, qohumlarının vəzifəli şəxslər olduğunu, həmin şəxslər vasitəsi ilə onu həmin Gəncə Asan 2-yə işə düzəldə biləcəyini demişdir. Həmin vaxt atası İlqarla onun Asan xidmətə 2000 manat pul qarşılığnda işə düzəlməyi üçün razılığa gəlmişlər. 2021-ci ilin oktyabr ayında atası Zərərçəkmiş şəxs1la birlikdə Gəncə şəhəri əllərin dairəsi deyilən yerin yaxınlığında İlqarla görüşmüş, həmin vaxt atası Vaqif özünə məxsus Şevrolet Niva markalı avtomobilinin içərisində 2000 manat pulu və həmçinin geyim forması üçün 150 manat pulu, ümumilikdə 2150 manat pulu İlqara vermiş, İlqar 2150 manat pulu götürdükdən sonra onun 2022-ci ilin yanvar ayı ərzində işə düzələcəyinə söz vermiş, daha sonra atası İlqarla danışan zaman atası İlqardan işə nə vaxt girə biləcəyini soruşan zaman İlqar Vaqifə narahat olmamağını deyib, yaxın vaxtlarda onun işinin həll olacağına söz vermişdir. İlqar verdiyi vədlərə əməl etməmiş, dələduzluq yolu ilə atasının pulunu ələ keçirmişdir. Həmçinin İlqar atası Asan ximətdə boş yerlərin olduğunu, ora işə düzəlmək üçün tanışlarının olub olmadığını maraqlanmış, 2021-ci ilin oktyabr-dekabr aylarında ilkin olaraq qohumları Şahid4 Asan xidmətə sürücü kimi işə düzəlməsi və geyim forması üçün 2650 manat, ondan sonra Şahid5 Asan xidmətə sürücü kimi işə düzəlməsində köməklik etməsi üçün 2650 manat pulu, ondan sonra Şahid3 Asan xidmətə mühafizəçi kimi işə düzəlməsi üçün 2650 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş, atasının etibarından istifadə edərək onu aldadıb pulunu ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun xalası oğludur, münasibətləri normaldır və aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin oktyabr ayında o, Vaqifin oğlu Gündüzün işsiz olduğunu, Vaqifin onu harasa işə düzətmək istədiyini bilmişdir. Vaqif həmçinin özü ondan hardasa vakant iş yeri bilərsə ona deməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə Gəncə şəhərində bazarda mağazada olarkən təsadüfən tanış olub söhbət etmişdir, həmin vaxt İlqar ona bir tərəfinin onlarla yerli olduğunu bildirmiş və eləcə İlqarla söhbətləri yaranmışdır. Həmin vaxt X56 2-yə işçi düzəldə biləcəyini, rəftarının xoşuna gəldiyi üçün onun qohumlarını və digər hər hansı şəxsi ora işə düzəldə biləcəyini demişdir. Onlar bir-birləri ilə telefon nömrələrini götürdükdən sonra İlqar barədə Vaqifə danışmış və İlqarın nömrəsini Vaqifə vermişdir. Bundan sonra isə Vaqif özü İlqarla tanış olmuş, oğlunun və digər qohumlarının işə düzəlməsi üçün İlqara pul vermişdir. O, Vaqifə İlqarın nömrəsini verdikdən sonra nə İlqarı görməmiş, nə də onun kimisə işə düzətməsi üçün İlqarla hər hansı danışıq aparmamışdır. X7 işə düzəlmək məsələsini öz aralarında danışıb razılaşmışlar. Onun bu barədə hər hansı marağı olmamış və qazanc götürməmiş, bu barədə fikridə olmamışdır. Vaqiflə İlqar danışdıqdan sonra o, nə İlqarı görməmiş, nə də İlqarla əlaqə saxlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısıdır. O, 2020-ci ilin iyul ayından 2022-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2022-ci il tarixdə isə hərbi xidmətini başa vurub yaşadığı evə qayıtmışdır. Həmin vaxt o, işsiz olduğu üçün özünə iş yeri axtarırmış və həmin ərəfələrdə dayısı Zərərçəkmiş şəxs1 oğlu Gündüzü tanışı olan İlqar adlı vəzifəli şəxsin vasitəsi ilə Gəncə şəhərində açılacaq Gəncə Asan 2-yə sürücü olaraq işə düzəltdiyini eşitmiş, o, Zərərçəkmiş şəxs1la əlaqə saxlamış, Vaqifə o, da Asan Xidmətə işə düzəlmək istədiyini bildirmiş, X46 adlı şəxslə danışıb ona xəbər edəcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayıb İlqar adlı şəxslə danışdığını, İlqarın onu işə düzəltməyinə kömək edə biləcəyini demişdir. Həmçinin bildirmişdir ki, gəlib İlqarla özü danışmalıdır. O, isə dayısına özünün danışıb xəbər etməsini bildirmiş, Vaqif İlqarla danışdıqdan sonra 2500 manat pul müqabilində İlqar adlı şəxsin onu Gəncə Asan 2-yə mühafizəçi olaraq işə düzəldə biləcəyini demişdir. O, isə hərbi xidmətdən yeni qayıtdığını, maddi imkanının zəif olduğunu, işə çıxdıqdan bir neçə ay sonra həmin pulu düzəldə biləcəyini, əgər vardırsa Vaqif dayıdan onun yerinə İlqar adlı şəxsə pul verməyini, iş alındıqdan sonra isə onun həmin pulu Vaqifə qaytara biləcəyini demişdir. Vaqif isə əgər pul düzəldə bilərsə xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Vaqif onunla əlaqə saxlayıb pulu düzəltdiyini və onun Gəncə şəhərində yeni açılacaq Gəncə Asan 2-yə mühafizəçi olaraq işə qəbul olunmağı üçün Təqsirləndirilən şəxs 2500 manat və əlavə olaraq iş zamanı geyinəcəyi forma üçün 150 manat olmaqla ümumilikdə 2650 manat pul verəcəyini, onun razı olub-olmadığını soruşmuş, o, isə Vaqifə razı olduğunu deyib minnətdarlığını bildirmiş və işə çıxan kimi həmin pulu qaytaracağımı bildirmişdir. Təxminən 2022-ci ilin yanvar ayının ortalarında Vaqif onunla əlaqə saxlayıb İlqar adlı şəxslə görüşmək lazım olduğunu bildirmiş, bundan sonra onlar Vaqif ilə birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə adlı kafedə İlqarla görüşmüş, həmin vaxt o, üzərində apardığı şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin surətini, idman dərəcələrini təsdiq edən sənədlərin surətini İlqara vermiş, həmin vaxt Vaqif dayı onun Gəncə Asan 2-yə mühafizəçi olaraq işə qəbul olunmağı üçün 2650 manat pulu onu yanında İlqara vermiş, həmin vaxt İlqar onun qısa zaman ərzində işə çıxacağını demiş, lakin bir müddət sonra bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və digər şəxsləri aldadaraq pulunu ələ keçirmiş və heç kimi işə düzəltməmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 İlqarıb barəsində polisə şikayət etmişdir. Həmin pulu Zərərçəkmiş şəxs1 onun yerinə İlqar adlı şəxsə vermiş, həmin pul Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. O, işə başlıyacağı zaman həmin pulu Zərərçəkmiş şəxs1 qaytaracaqmış, X54 Zamanovu aldadaraq onu heç bir işə düzəltmədiyindən o, Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul qaytarmamış, həmin maddi zərər Zərərçəkmiş şəxs1 dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə qohumdur, Zərərçəkmiş şəxs1 onun yeznəsidir. 2021-ci ilin noyabr ayının əvvəllərində onlar Vaqiflə söhbət edən zaman Vaqif tanışı olan İlqar adlı şəxsin vasitəsi ilə oğlu Gündüzü Gəncə şəhərində açılacaq Asan Xidmətə sürücü olaraq işə düzəltdiyini və Gəncə Asan 2 açılan kimi oğlunun işə başlıyacağını demişdir. O, isə Vaqifə onun da orada işləmək istədiyini dedikdə Vaqif ona İlqarın özü ilə görüşüb danışmaq lazım olduğunu demişdir. Onlar həmin vaxt Vaqiflə birlikdə İlqarla telefonla danışmış və İlqar 2500 manat müqabilində onu Gəncə Asan 2- yə sürücü olaraq işə düzəldə biləcəyini və əlavə olaraq isə geyim forması üçün 150 manat verməli olacağını bildirmiş, həmin vaxt o, Vaqifə işləmək istədiyini, lakin hal hazırda pulunun olmadığını demiş, Vaqifə onun yerinə İlqara pul verməyini, onun işə başladıqdan sonra həmin pulu ona qaytaracağını demişdir. Vaqif ilə münasibətləri yaxşı olduğu və həmin vaxt Vaqifin əlində pulu olduğu üçün onunla razılaşmışdır. Həmin gün yəni, 2021-ci ilin noyabr ayının əvvəllərində onlar Vaqiflə birlikdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə adlı kafedə İlqarla görüşüb tanış olmuş, həmin vaxt İlqar adlı şəxs 2650 manat müqabilində Gəncə Asan 2-yə sürücü olaraq işə düzəldəcəyini bildirmiş, bu zaman Zərərçəkmiş şəxs1 2650 manat pulu onun yerinə İlqar adlı şəxsə vermişdir. Onlar oradan çıxdıqdan sonra Vaqifə minnətdarlığını bildirmiş, iş düzələn kimi pulu Vaqifə qaytaracağını demişdir. Lakin bir müddət sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və digər şəxsləri aldadaraq pulunu ələ keçirmiş və heç kimi işə düzəltməmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 İlqarın barəsində polisə şikayət etmişdir. Həmin pulu Zərərçəkmiş şəxs1 onun yerinə İlqar adlı şəxsə vermiş, həmin pul Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. O, işə başlıyacağı zaman həmin pulu Zərərçəkmiş şəxs1 qaytaracaqmış. X54 Zamanovu aldadaraq onu heç bir işə düzəltmədiyindən o, Vaqil Zamanova heç bir məbləğdə pul qaytarmamış, həmin maddi zərər Vaqil Zamanova dəymişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə qohumdur, belə ki, Zərərçəkmiş şəxs1 atasının dayısı oğludur, münasibətləri normaldır, heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 oğlu Gündüzü tanışı olan İlqar adlı vəzifəli şəxsin vasitəsi ilə Gəncə şəhərində açılacaq Gəncə Asan 2-yə sürücü olaraq işə düzəltdiyini eşitmiş, həmin vaxt O, Zərərçəkmiş şəxs1la əlaqə saxlamış, Vaqifə o, da Asan Xidmətə işə düzəlmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 İlqar adlı şəxslə danışıb ona xəbər edəcəyini demiş, bundan sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayıb İlqar adlı şəxslə danışdığını, İlqarın onu işə düzəltməyinə kömək edə biləcəyini demişdir. Həmçinin İlqarla özünün danışmalı olduğunu bildirmişdir. O, isə Oğuz rayonunda olduğunu, gələ bilmədiyini, özünün İlqarla danışıb ona xəbər etməsini istəmiş, Vaqif dayı İlqarla danışdıqdan sonra 2500 manat pul müqabilində İlqar adlı şəxsin onu Gəncə Asan 2-yə sürücü olaraq işə düzəldə biləcəyini demiş, o, isə imkanının zəif olduğunu, bir neçə ay sonra işə çıxdıqda həmin pulu düzəldə biləcəyini demiş, əgər vardırsa Vaqifdən onun yerinə İlqar adlı şəxsə pul verməyini, iş alındıqdan sonra isə onun həmin pulu ona qaytara biləcəyini demişdir. Vaqif əgər pul düzəldə biləsə xəbər edəcəyini demişdir. Bir neçə gün sonra Vaqif onunla əlaqə saxlayıb pulu düzəltdiyini və onun Gəncə şəhərində yeni açılacaq Gəncə Asan 2-yə sürücü olaraq işə qəbul olunmağı üçün Təqsirləndirilən şəxs 2500 manat və əlavə olaraq iş zamanı geyinəcəyi forma üçün 150 manat olmaqla ümumilikdə 2650 manat pul verəcəyini, onun razı olub-olmadığını soruşmuş, o, isə Vaqifə razı olduğunu deyib minnətdarlığını bildirmiş və işə çıxan kimi həmin pulı qaytaracağını bildirmişdir. Həmin gün Vaqif onunla əlaqə saxlayıb işə qəbul olunmağı üçün 2650 manat pulu İlqara verdiyini demişdir. Lakin bi müddət sonra bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və digər şəxslər aldadaraq pulunu ələ keçirmiş və heç kimi işə düzəltməmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 İlqarın barəsində polisə şikayət etmişdir. Həmin pulu Zərərçəkmiş şəxs1 onun yerinə İlqar adlı şəxsə vermiş, həmin pul Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. O, işə başlıyacağı zaman həmin pulu Zərərçəkmiş şəxs1 qaytaracaqmış, X54 Zamanovu aldadaraq onu heç bir işə düzəltmədiyindən o, Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul qaytarmamış, həmin maddi zərər Zərərçəkmiş şəxs1 dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun kürəkənidir. Xasay və o işə düzəlib rəsmi olaraq əmək haqqı olan işdə işləmək istəyirmiş, 2021-ci ilin dekabr ayının əvvəllərində Xasayla danışmış, Xasay ona qonşusu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və İlqarın onları Gəncə şəhərində açılacaq Asan Xidmət 2-yə işə düzəldə biləcəyini bildirmişdir. O, bildirmişdir ki İlqar 5000 manat pul müqabilində onu Asan Xidmətə xadiməçi, Xasayın özün isə sürücü olaraq işə düzəldəcəkdir. O, Xasayla danışıb razı olduğunu bildirmiş həmçinin Xasay ona pulu kredit götürüb verməyini, aylıq olaraq kredit pulunu isə sonuncu özü ödəyəcəyini demişdir. O, Xasayla razılaşmış, bundan sonra 2021-ci ilin dekabr ayının əvvəllərində o, əri Şahid7 və kürəkəni Zərərçəkmiş şəxs2lə birlikdə Gəncə şəhərinə getmiş, həmin vaxt onlar Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə Təqsirləndirilən şəxsla görüşmüş, həmçinin Vaqif Həsənov da onların yanında olmuşdur. Onlar Təqsirləndirilən şəxsla üzbəüz tanış olduqdan sonra oturub çay içib söhbət etmiş, onlar İlqarla söhbət edən zaman Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Asan xidmətin açılışının olacağını və 5000 manat müqabilində kürəkəni Xasayın həmin Asan Xidmət 2-yə sürücü, onun isə xadiməçi olaraq işə qəbul etdirəcəyinə söz vermiş, həmin vaxt Xasay kredit götürüb saonuncuya verdiyi 5000 manat pulu orada çıxarıb Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs pulu götürdükdən sonra onun maddi imkanının aşağı olmasını deyib həmin puldan 200 manat pulu geri qaytarmışdır. Daha sonra Gəncə Asan Xidmət 2-də açılış olandan sonra işə başlayacağı vəd vermişdir. Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Asan xidmət açıldıqdan sonra onlar Təqsirləndirilən şəxsla nə vaxt işə çıxacağını soruşduqda Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onları işə düzəltməmişdir. Təqsirləndirilən şəxs onlardan 4800 manat pul almasına baxmayaraq onu və kürəkəni Xasayı işə düzəltməmiş, inam və etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etmişdir. Bir müddət sonra onlar Zərərçəkmiş şəxs1la söhbət edən zaman X24 və bir çox şəxsləri də aldadaraq pulunu ələ keçirdiyini və heç kimi işə düzəltmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 4800 manat pulu X47 Xidmət 2-yə sürücü, onun isə xadiməçi olaraq düzəlməyini təmin edəcəyi barədə söz verib almışdır. Xasay 4800 manat pulu Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının əvvəllərində Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə adlı kafedə vermiş, həmin vaxt orada Şöhrəddin, Xasay, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs özü olmuşdur. Təqsirləndirilən şəxs onlara həmin işi kimin vasitəsi ilə həll edəcəyini deməmişdir, sadəcə olaraq yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini, ətrafında elə şəxslərin çox olduğunu bildirərək onlara inandırmış pullarını ələ keçirmişdir.Həmin puldan dövlət fondunada keçirəcəyini bildirmiş, lakin konkret olaraq hər hansı şəxsin vasitəsi ilə onları işə düzəldəcəyini, bunun üçün hər hansı şəxsə pu verəcəyini deməmişdir. Həmin pulu o, kredit götürüb Zərərçəkmiş şəxs2 vermiş, lakin həmin krediti Xasayın özü ödəməyə razılaşmışvə ödəyir, həmin maddi zərər Zərərçəkmiş şəxs2 dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid6onun arvadıdır, Zərərçəkmiş şəxs2 isə onun kürəkənidir. 2021-ci ilin dekabr ayının əvvəllərində Xasay yoldaşı Tərlanla danışdıqda ona qonşusu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və onu Xasay və Tərlanı Gəncə şəhərində açılacaq Asan Xidmət 2-yə işə düzəldə biləcəyini bildirmişdir. Xasay bildirmişdir ki, İlqar 5000 manat pul müqabilində Tərlanı Asan Xidmətə xadiməçi, Xasayın özünü isə sürücü olaraq iş düzəldəcəkdir. Onlar həmin vaxt Xasayla razılaşmış, bundan sonra 2021-ci ili dekabr ayının əvvəllərində o, arvadı Şahid6 və kürəkəni Zərərçəkmiş şəxs2lə birlikdə Gəncə şəhərinə getmiş, həmin vaxt onlar Mərkəzi Univermağın yaxınlığında yerləşən “Köhnə Məhəllə” adlı kafedə Təqsirləndirilən şəxsla görüşmüş, həmçinin Vaqif Həsənov da onların yanında olmuşdur. Onlar Təqsirləndirilən şəxsla üzbəüz tanış olduqdan sonra oturub çay içib söhbət etmiş, onlar İlqarla söhbət edən zaman Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Asan xidmətin açılışının olacağını və 5000 manat müqabilində kürəkəni Xasayın həmin Asan Xidmət 2-yə sürücü, Tərlanın isə xadiməçi olaraq işə qəbul etdirəcəyinə söz vermiş, həmin vaxt Xasay 5000 manat pulu orada çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra onların maddi imkanın aşağı olmasını deyib həmin puldan 200 manat pulu Tərlana geri qaytarmışdır. Daha sonra Gəncə Asan Xidmət 2-də açılış olandan sonra işə başlayacaqlarına vəd vermişdir. Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Asan xidmət açıldıqdan sonra Təqsirləndirilən şəxsla işin nə vaxt başlıyacağını soruşmuş Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək Tərlan və Xasayı həmin işə düzəltməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, X12 kadrlar üzrə mütəxəssis işləyir. Zərərçəkmiş şəxs1 onun və atası Zərərçəkmiş şəxs3 iş yoldaşıdır. 2021-ci ilin dekabr ayında iş yerində atası Vaqiflə söhbət etmiş və Vaqifin tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə onu Gəncə Asan 2-yə işə düzəltmiş barədə razılaşmışdır. Bundan sonra atası Təqsirləndirilən şəxs özü ilə görüşmüş və onun Gəncə Asan 2-yə operator kimi, qohumları X3 isə tərcüməçi kimi işə düzəlməsi və bunun müqabilində 8300 manat verməyə razılaşmışdır. Həmin pulun 3300 manatı onun işə qəbul olunmağı, 5000 manatı isə Sonanın işə qəbul olunması üçün olmuşdur. Bundan sonra 2021-ci ilin dekabr ayının ortalarında o, atası ilə birlikdə Gəncə şəhəri Mərkəzi Umvermağın yaxınlığında Köhnə Məhəllə adlı kafedə İlqarla görüşmüş, həmin vaxt Vaqif də onlara yanında olmuşdur. Həmin vaxt atası Hüseyn onların yanında 3300 manat pulu İlqara vermiş və İlqar tez bir zamanda onun Gəncə Asan 2-yə işə çıxacağını bildirmişdir. Daha sonra isə atası özü xx.xx.2022-ci il tartixdə İlqara 3500 manat, xx.xx.2022-ci il tarixdə isə 1500 manat pul vermişdir. Lakin İlqar nə onu, nədə ki qohumu X55 2- yə işə düzəltməmiş, atası Hüseyni dələduzluq yolu ilə aldadaraq 8300 manat pulunu ələ keçirmişdir. Həmin pulu Atası Zərərçəkmiş şəxs3 vermişdir, həmin maddi zərər atasına dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs3 onun dayısıdır. X19 Ramazanovanın ali təhsilli olduğu üçün hər hansı dövlət müəssisəsinə işə düzəltmək istədiyi barədə danışmış, 2021-ci ilin dekabr ayında Hüseyn ona zəng edərək İlqar adlı şəxslə tanış olduğunu, həmin şəxsin Gəncə şəhərində yeni açılacaq Asan Xidmətə işçi düzəldə bildiyini demişdir. X17 danışdığını və qızı Türanəni İlqarın vasitəsi ilə işə düzəldəcəyini, həmçinin İlqar adlı şəxsin Sonanı da Asan Xidmətə düzəldə biləcəyi demişdir. O, isə qızının orada işləmək istəyəcəyini, İlqarla danışıb ona məlumat verməsini istəmişdir. Hüseyn İlqarla danışdıqdan sonra İlqarın 5000 manat pul müqabilində qızı Sonanın Asan xidmətə tərcüməçi olaraq işə düzəldə biləcəyini demiş, o, isə qızının işə düzəlməsini istəmiş, lakin onun hal hazırda həmin pula gücü çatmayacağını, əgər vardırsa Hüseyndən onun yerinə İlqar adlı şəxsə pul verməyini, iş alındıqdan sonra isə onun həmin pulu qaytara biləcəyini demişdir. Hüseyn isə həmin pulu özünün verəcəyini, iş alındıqdan sonra isə onların həmin pulu qaytara biləcəyini demişdir. Onlar Hüseyn ilə razılaşmış və minnətdarlığını bildirmişdir. Bundan sonra Hüseyn onunla əlaqə saxlayıb İlqar adlı şəxslə danışdığını, 2022-ci ilin yanvar ayının sonları-fevral ayının əvvəllərində qızı Türanənin Asan xidmətə operator olaraq işə düzəlməsi üçün 3300 manat pulu, qızı Sonanın isə tərcüməçi olaraq işə düzəlməsi üçün 5000 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. O, isə Hüseyn dayıya minnətdarlığını bildirirək iş alındıqdan sonra qızı işə başladıqda həmin 5000 manat pulu Hüseynə qaytaracağını bildirmiş, lakin bir müddət sonra bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və digər şəxsləri aldadaraq pulunu ələ keçirmiş və heç kimi işə düzəltməmişdir. Buna görə də İlqar Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir.Həmin pulu Zərərçəkmiş şəxs3 onun yerinə İlqar adlı şəxsə vermiş, həmin pul Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Qızı Sona işə başlıyacağı zaman həmin pulu Zərərçəkmiş şəxs3 qaytaracaqmış, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 aldadaraq qızı və Zərərçəkmiş şəxs3 qızı Türanəni heç bir işə düzəltmədiyindən o, Zərərçəkmiş şəxs3 heç bir məbləğdə pul qaytarmamışdır. Həmin maddi zərər Zərərçəkmiş şəxs3 dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs5 X12 aşpaz işləyir, Zərərçəkmiş şəxs1 isə anasının iş yoldaşıdır. 2021-ci ilin sonlarında o, bacıları Şahid12 və Şahid11 rəsmi iş yerləri olmadığından rəsmi əmək haqqı olan iş axtarırmış, həmin vaxtlarda, yəni 2021-ci ilin dekabr ayının əvvəllərində anası Səfayət iş yoldaşı Vaqifin tanışı olan İlqar adlı şəxsin Gəncə Asan 2-yə işə adam düzəltdiyini öyrənmiş, bu barədə Vaqif və İlqarla danışmış, həmin vaxt İlqarla 2000 manat müqabilində onu Gəncə Asan 2-yə sürücü, bacıları Gülnar və Aynurun hər birini isə 3000 manat pul müqabilində aşpaz düzələcəyi barədə razılaşmış, həmçinin İlqar geyim forması üçün isə 500 manat pul verməli olduğunu bildirmiş və anası Səfayət isə razılaşmışdır. Həmin vaxtlarda anasının maddi imkanı yaxşı olmadığı üçün bacısı Aynur bankdan 4500 manat pul, bacısı Gülnar isə lombarddan 2000 manat pul götürmüş və həmin pulları anası Səfayətə vermişdirlər. Bir neçə gün sonra 2021-ci ilin dekabr ayının əvvəllərində Aynurun işlədiyi ünvan 3 ünvanında yerləşən “İki kalp” şirniyyat evində anası Səfayət və bacısı Aynurla birlikdə İlqarla görüşmüş, həmin vaxt həmçinin Vaqif də orada olmuşdur. Həmin vaxt onlar İlqarla söhbət etmiş İlqar tez bir zamanda Gəncə Asan 2-nin açılışı olacağını, onu və bacılarını işlə təmin etdirəcəyini vəd verib onları inandırmışdır. Həmin vaxt anası Səfayət onların yanında 6000 manat pulu İlqara vermiş, qalan 2500 manat pulu isə İlqara qısa zaman ərzində verəcəyini bildirmişdir, İlqar isə anası ilə razılaşmışdır. Bir neçə gün sonra yenidən “İki Kalp” şirniyyat evində anası Vaqiflə görüşüb 500 manat pulu İlqara verməsi üçün Vaqifə vermiş, bundan bir neçə gün sonra 2021-ci ilin dekabr ayının ortalarında həmin şirniyyat evində anası Səfayət 1000 manat pulu Vaqifin yanında İlqara vermişdir. İlqar isə 2021-ci ilin dekabr ayının sonlarında Gəncə Asan-2 açılan kimi onların işə başlıyacağınını demişdir. Onlar isə 2021-ci ilin dekabr ayının sonlarını gözləmiş, lakin işə başlamadıqları üçün İlqarla əlaqə saxlamış, İlqar isə bəhanələr gətirərək gözləmələrini bildirmiş, həmin vaxt onlar İlqar dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs5 X12 aşpaz işləyir, Zərərçəkmiş şəxs1 isə anasının iş yoldaşıdır. 2021-ci ilin sonlarında o, bacısı Şahid12 və qardaşı Şahid10 rəsmi iş yerləri olmadığından rəsmi əmək haqqı olan iş axtarırmış, həmin vaxtlarda, yəni 2021-ci ilin dekabr ayının əvvəllərində anası Səfayət iş yoldaşı Vaqifin tanışı olan İlqar adlı şəxsin Gəncə Asan 2-yə işə adam düzəltdiyini öyrənmiş, bu barədə Vaqif və İlqarla danışmış, həmin vaxt İlqarla 2000 manat müqabilində qardaşı X50 2-yə sürücü, onu və bacısı Gülnarı isə hər birilərini 3000 manat pul müqabilində aşpaz düzələcəyi barədə razılaşmış, həmçinin İlqar geyim forması üçün isə 500 manat pul verməli olduğunu bildirmiş və anası Səfayət isə razılaşmışdır. Həmin vaxtlarda anasının maddi imkanı yaxşı olmadığı üçün o, bankdan 4500 manat pul, bacısı Gülnar isə lombarddan 2000 manat pul götürmüş və onların həmin pulları anası Səfayətə vermişdirlər. Bir neçə gün sonra 2021-ci ilin dekabr ayının əvvəllərində onun işlədiyi ünvan 3 ünvanında yerləşən “İki kalp” şirniyyat evində anası Səfayət və qardaşı Şakirlə birlikdə İlqarla görüşmüş, həmin vaxt həmçinin Vaqif də orada olmuşdur. Həmin vaxt onlar İlqarla söhbət etmiş İlqar tez bir zamanda Gəncə Asan 2-nin açılışı olacağını və onları, yəni onu, bacısı Gülnarı və qardaşı Şakiri işlə təmin etdirəcəyini vəd verib onları inandırmışdır. Həmin vaxt anası Səfayət onların yanında 6000 manat pulu İlqara vermiş, qalan 2500 manat pulu isə İlqara qısa zaman ərzində verəcəyini bildirmişdir, İlqar isə razılaşmışdır. Bir neçə gün sonra yenidən “İki Kalp” şirniyyat evində anası Vaqiflə görüşmüş 500 manat pulu İlqara verməsi üçün Vaqifə vermişdir. Bundan bir neçə gün sonra 2021-ci ilin dekabr ayının ortalarında işlədiyi şirniyyat evində anası Səfayət 1000 manat pulu Vaqifin yanında İlqara vermiş və 8500 manatdan qalan 1000 manata isə maddi imkanı çatmadığını bildirmiş, həmin vaxt İlqar anası ila razılaşmış və 7500 manat müqabilində onların üçünü də işlə təmin edəcəyini, 2021-ci ilin dekabr ayının sonlarında Gəncə Asan-2 açılan kimi onların işə başlıyacağını demişdir. Onların 2021-ci ilin dekabr ayının sonlarını gözləmiş, lakin işə başlamadığı üçün İlqarla əlaqə saxlamış, İlqar isə bəhanələr gətirərək gözləməklərini bildirmişdir. Həmin vaxt onlar başa düşmüşdür ki, İlqar dələduzluq yolu ilə aldadaraq pulu ələ keçirmişdir. Həmin pulun 4500 manatını O, 2000 manatını isə bacısı Gülnar kredit götürüb anasına vemiş, həmin pul anasına məxsus olmuş, həmin kreitləri isə anası ödəyir, həmin maddi zərər ona dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs5 X12 aşpaz işləyir, Zərərçəkmiş şəxs1 isə anasının iş yoldaşıdır. 2021-ci ilin sonlarında o, bacısı Şahid11 və qardaşı Şahid10 rəsmi iş yeri olmadığından rəsmi əmək haqqı olan iş axtarırmış, həmin vaxtlarda, yəni 2021-ci ilin dekabr ayının əvvəllərində anası Səfayət iş yoldaşı Vaqifin tanışı olan İlqar adlı şəxsin Gəncə Asan 2-yə işə adam düzəltdiyini öyrənmiş, bu barədə Vaqif və İlqarla danışmış, həmin vaxt İlqarla 2000 manat müqabilində qardaşı X50 2-yə sürücü, o, və bacısı Aynuru isə hər birilərini 3000 manat pul müqabilində aşpaz düzələcəyi barədə razılaşmış, həmçinin İlqar geyim forması üçün isə 500 manat pul verməli olduğunu bildirmiş və anası Səfayət isə razılaşmışdır. Həmin vaxtlarda anasının maddi imkanı yaxşı olmadığı üçün bacısı Aynur bankdan 4500 manat pul, o, isə lombarddan 2000 manat pul götürmüş və onlar həmin pulları anası Səfayətə vermiş, bir neçə gün sonra 2021-ci ilin dekabr ayının əvvəllərində bacısı Aynurun işlədiyi ünvan 3 ünvanında yerləşən “İki kalp” şirniyyat evində anası Səfayət və qardaşı Şakir İlqarla görüşmüş, həmin vaxt İlqarla söhbət etdikdə İlqar tez bir zamanda Gəncə Asan 2-nin açılışı olacağını və onları, yəni onu, bacısı Aynuru və qardaşı Şakiri işlə təmin etdirəcəyini vəd vermiş, həmin vaxt anası Səfayət 6000 manat pulu İlqara vermiş, bir neçə gün sonra yenidən “İki Kalp” şirniyyat evində anası Vaqiflə görüşüb 500 manat pulu İlqara verməsi üçün Vaqifə vermiş, bundan bir neçə gün sonra 2021-ci ilin dekabr ayının ortalarında həmin şirniyyat evində anası Səfayət 1000 manat pulu Vaqifin yanında İlqara vermiş, İlqar 7500 manat müqabilində onların üçünü də işlə təmin edəcəyini, 2021-ci ilin dekabr ayının sonlarında Gəncə Asan-2 açılan kimi onların işə başlıyacağını demişdir. Onlar 2021-ci ilin dekabr ayının sonlarını gözləmiş, lakin işə başlamadıqları üçün İlqarla əlaqə saxlamış, İlqar isə bəhanələr gətirərək gözləmələrini bildirmişdir. Həmin vaxt onlar İlqarın dələduzluq yolu ilə aldadaraq pulu ələ keçirdiyini, həmin pulun 4500 manatını bacısı Aynur, 2000 manatını isə O, kredit götürüb anasına vemiş, həmin pul anasına məxsus olmuş, həmin kreditləri isə anası ödəyir, həmin maddi zərər anasına dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs8 X12 aşpaz işləyir. Zərərçəkmiş şəxs1 anasının iş yoldaşıdır. 2021-ci ilin dekabr ayında anası iş yerində Vaqiflə söhbət etmiş və Vaqifin tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə 3100 manat müqabilində onu Gəncə Asan 2-yə mühafizəçi olaraq işə düzəltmək barədə razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci tarixdə o, anası Zərərçəkmiş şəxs8 ilə birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında Köhnə Məhəllə adlı kafedə İlqarla görüşmüş, həmin vaxt Vaqif də onların yanında olmuşdur. Həmin vaxt anası onların yanında 3100 manat pulu İlqara vermiş və İlqar tez bir zamanda Gəncə Asan 2 açılan kimi onun mühafizəçi kimi işə başlıyacağını bildirmiş, bundan bir müddət sonra Gəncə Asan 2 açılsa da İlqar onu işə düzəltməmiş, onlar İlqarla maraqlandıqda İlqar müxtəlif bəhanələr gətirmiş, İlqar onları aldatmış, etibarlarından sui istifadə etmiş 3100 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin pulu anası Zərərçəkmiş şəxs8 vermişdir, həmin maddi zərər anasına dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, kolxoz bazarı kimi tanınan yerdə su qızıdırıcları təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs1 müəyyən müddətdir ki, tanıyır, yoldaşlıq münasibətləri vardır. xx.xx.2022-ci il tarixdə Vaqif onun iş yerində onunla söhbət edən zaman İlqar adlı tanışının yeni açılacaq Gəncə Asan 2-yə işə adam düzəltdiyini, həmçinin öz oğlu Gündüzü də onun vasitəsi ilə işə düzəltdiyini bildirmişdir. Həmin vaxt o bacısı oğlu Zərərçəkmiş şəxs9 da iş axtardığını bildiyi üçün Vaqifdən İlqar adlı şəxslə danışıb kömək etməsini istədiyini bildirmiş, bundan sonra Elşən Vaqifin vasitəsi ilə İlqar adlı şəxslə telefonla danışmışdır. Həmin vaxt İlqar qardaşı oğlu Elşəni 2700 manat müqabilində Gəncə şəhərində yeni açılacaq Asan Xidmətə sürücü olaraq işə düzəltdirməyi öz öhdəsinə götürmüşdür və Elşənlə razılaşmışdırlar. Bundan sonra isə xx.xx.2022-ci il il tarixdə Elşən Vaqifə birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında İlqarla görüşmüş və Elşən 2700 manat pulu Gəncə Asan Xidmətə işə düzəltməsi üçün İlqar adlı şəxsə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə həmkəndlidir, həmçinin uzaqdan qohumluq münasibətləri vardır. Zərərçəkmiş şəxs10 onun atasıdır, atası 2021-ci ilin dekabr ayının əvvələrində Vaqiflə söhbət edən zaman Vaqif atasına oğlu Gündüzü Gəncə şəhərində yeni açılacaq Gəncə Asan Xidmət 2-yə işə düzəltdiyini bildirmiş, atası Vaqifdən Gündüzün necə işə qəbul olunduğunu soruşduqda Vaqif Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, İlqarın vasitəsi ilə oğlu Gündüzü işə düzəltdiyini bildirmiş, həmin vaxt atası Vaqifdən onu və qardaşı X41 işə düzəltməsində kömək edə bilib-bilməyəcəyini soruşmuş, həmin vaxt Vaqif atası İlqarın özü ilə danışmış lazım olduğunu bildirmiş, bundan sonra o, Vaqiflə birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında Köhnə Məhəllə adlı kafedə İlqarla görüşüb söhbət etmiş, həmin vaxt İlqardan onun və qardaşının Gəncə Asan 2-yə işə düzəlməsində kömək etməsini istəmiş, həmin vaxt İlqar onun və qardaşının Gəncə Asan 2-yə sürücü olaraq işə düzəlməyi üçün 7000 manat pul vermək lazım olduğunu demiş və atası İlqarla razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə atası Hüsü Vaqiflə birlikdə Köhnə Məhəllə adlı kafedə İlqarla görüşmüş, həmin vaxt o, İlqarla yenidən söhbət edən zaman onların işə nə vaxt başlıyacağını soruşduqda İlqar təxminən 3 ay ərzində Gəncə Asan 2-də işə başlıyacağı bildirmişdir. Həmin vaxt atası Hüsü Vaqifin yanında 7000 manat pulu sayıb İlqara vermiş, həmin vaxt İlqar onların işə başlayan zaman geyinəcəyi forma üçün isə əlavə olaraq 150 manat verməli olduğunu bildirmiş, həmin vaxt atası Hüsü 150 manat pulu da İlqara vermişdir. Daha sonra Gəncə Asan 2 açıldıqdan və 3 aydan artıq müddət keçidikdən sonra İlqardan bir xəbər çıxmadığını gördükdə atası İlqarla əlaqə saxlamış, İlqar isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək işi həl etməkdən boyun qaçırmış və atasını aldadılaraq pulunun ələ keçirildiyinə başa düşdüyü üçün atası İlqarın barəsində şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə qohumluq münasibətləri vardır. Zərərçəkmiş şəxs12 onun atasıdır, atası 2021-ci ilin dekabr ayında Vaqiflə söhbət edən zaman Vaqifə onun Göygöl rayonunda yol istismar idarəsində işlədiyini, həmçinin maaşının aşağı olmasını bildirmiş, Vaqif isə tanışı İlqar adlı şəxsin olduğunu, İlqarın qohumlarının vəzifəli şəxslər olduğunu, İlqarın Gəncə şəhərində yeni açılacaq Asan Xidmətə işçi götürməyə əlinin girdiyini bildirmişdir. Bundan sonra Gəncə şəhərində açılacaq Asan Xidmətə sürücü olaraq işə qəbul olunmağı üçün 2021-ci ilin dekabr ayının ortalarında Vaqiflə birlikdə Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında Köhnə Məhəllə adlı kafedə İlqarla görüşüb söhbət etmiş, həmin vaxt İlqarla söhbət edən zaman İlqar yaxın qohumlarının vəzifəli şəxslər olduğunu, onların vasitəsi ilə 3000 manat pul müqabilində onu Gəncə şəhərində yeni açılacaq Gəncə Asan 2-yə sürücü olaraq işə düzəldəcəyi barədə atası ilə razılaşmış, təxminən ***-**** manat maaş alacağını atasına bildirmiş, həmin vaxt atası Zərərçəkmiş şəxs12 3000 manat pulu İlqara vermiş, İlqar isə maddi vəziyyəti yaxşı olmadığı üçün 100 manat pulu atası Gəncəlinin özünə qaytarmışdır. İlqardan işin nə vaxt başlıyacağını soruşduqda isə tez bir zamanda Gəncə Asan 2 açılan kimi onun işə çıxacağını demişdir. Bir müddət sonra Zahir işə başlamadığı üçün atası Zərərçəkmiş şəxs1la əlaqə saxlamış, həmin vaxt Vaqif atasına İlqarın bir çox şəxsləri də aldadaraq pulunu ələ keçirdiyini və heç kimi işə düzəltmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 Hüseyn oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs11 onun tanışıdır, yoldaşlıq münasibətləri vardır. Zərərçəkmiş şəxs1 isə onun bibisi oğludur. O, 2021-ci ilin sonlarında qohumu Vaqifin oğlu Gündüzü tanışı olan İlqar adlı şəxsin vasitəsi ilə Gəncə şəhərində yeni açılacaq Asan Xidmətə işə düzəltdiyini bilmiş, həmçinin tanışı Ziyad da bu barədə eşitmişdir. Buna görə də 2021-ci ilin dekabr ayının ortalarında Ziyad onunla birlikdə Vaqifin tanışı olan İlqar adlı şəxslə görüşmək üçün Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığına getmiş, həmçinin onun da sonuncu ilə birlikdə İlqar adlı şəxslə görüşməyini ondan istəmişdir. Həmin vaxt onlar Ziyadla birlikdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında yerləşən Köhnə Məhəllə adlı kafedə Vaqiflə görüşmüş, həmin vaxt İlqar adlı şəxs də Vaqifin yanında olmuşdur. Həmin vaxt X42 tanış edərək, oğlu Gündüzü həmin İlqar adlı şəxsin vasitəsi işə düzəltdiyini və Gəncə Asan 2 açılan kimi oğlunun işə başlamalı olduğunu demiş, bu zaman İlqar qohumlarının vəzifəli şəxslər olduğunu, həmin şəxslrin vasitəsi ilə Gəncə şəhərində açılacaq Asan Xidmətə işçi düzəldə bildiyini Ziyada demiş, Ziyad da öz oğlunu Gəncə Asan 2-yə işə düzəltmək istədiyini İlqara bildirmişdir. Həmin vaxt İlqar bunun qarşılığında 5000 manat pul vermək lazım olduğunu demiş, Ziyad isə maddi imkanının zəif olduğunu, 4000 manat düzəldə biləcəyini İlqara demiş, bundan sonra İlqarla Ziyad sonuncunun oğlu Rəşadın 4000 manat müqabilində Gəncə şəhərində açılacaq ikinci Asan Xidmətə anbardar olaraq işə düzəltmək barədə razılaşmış, bundan sonra isə onlar oradan çıxıb getmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: 14 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 aprel 2022-ci il tarixli 4(044)-56/2022 nömrəli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində 02 ay 09 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin19 iyun 2022-ci il tarixli 4(044)-108/2022 nömrəli Qərarından görünür ki,Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 avqust 2022-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin 20avqust 2022-ci il tarixli 4(125)-81/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 23 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın olub-olmaması barədə arayışın verilməsinə dair məktubuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X43 3 saylı Gəncə ərazi İdarəsində baxılmış, cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tərbiq edilərək əməli AR CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 08 ildən 04 il 06 aya endirilmiş, xx.xx.2019-cu il taıixdə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 03 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2017-ci il tarixli 1(088)-22/2017 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 2558 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin Dispanserdə qeydiyyatda durmur. xx.xx.2022-ci il tarixli 3659 nömrəli Gəncə şəhər Psixoloji Dispanserin arayışından görünür ki, Həsənov X16 Dispanser qeydiyyatda durmur. Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 4(125)-130/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 01 ay, yəni 23 sentyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-130/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 20 gün müddətinə, yəni 23 oktyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək pulunu ələ keçridiyi hadisə anının görüntülərini əks etdirən bir ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin içərisində iki nəfər şəxs arasında danışıq gedir və arxa oturacaqda oturan üçüncü şəxs isə görüntünü qeydə alır. Birinci şəxs digərinə “bir kəlmə sənin sözünə onu qaytarmıyanın anasına lənət” deyir və “Gündüzün, Gülnarın canına and olsun” deyir. İkinci şəxs isə “mən heç kəsi yox, səni tanıyıram” deyir. Bundan sonra ikinci şəxs iyirmiyə kimi pul sayıb verir. Birinci şəxs isə “mən 3 günə, 4 günə səni çağıranda 3X4 şəkil çəkdirərsən və 145 manatı da gətirərsən” deyir. Digər ikinci şəxs “Allah xeyir versin” deyir və birinci şəxs “amin” deyir. Həmçinin ikinci şəxs “Gündüz kimliyini götür” deyir. Birinci şəxs isə “bizdən sənə hədiyyə o olar ki, çalışdığın qədər atanla mən bir ilə vuraq təzə maşın alaq verək axşamda apar qapına qoy” deyir. Həmin vaxt ikinci şəxs “bunun maşının məsələsi necə olacaq pravasi BC-di” deyir. Həmin vaxt birinci şəxs “heç bir problem yoxdu onlar fövqəladə hallar kimi buraxılış verirlər, toxunulmazlıq verilir” deyir. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş bir ədəd CD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, CD diskə yazılmış səs yazısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zahirin, Ziyadın və Hüseynin pulunun İlqar tərəfindən ödənildiyi halda bunun işə baxılması zamanı demək lazım olduğunu, əks halda İlqara bunun ziyanı olduğunu, onların yalandan bunu inkar etdiklərini deyir. Əgər İlqar bunları məhkəmədə deyərsə, Vaqif də İlqarın qalan zərərçəkmişlərin ziyanının hissə-hissə ödəyəcəyinə dair məhkəmədən xahiş edə biləcəyini deyir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun tutulmasına razı olmadığını bildirir. Bundan sonra Zərərçəkmiş şəxs1 özünün və zərərçəkmişlərdən oğlu azadlıqdan məhrum etmə cəzası çəkən Akifin pulunun verilməsinin vacib olmasını bildirir. İlqar isə Vaqifdən pulu Vaqifin verməsini özü azadlığa çıxdıqdan sonra isə Vaqifin pulunu qaytaracağını bildirir. Vaqif isə onun pulunu qaytaracağı təqdirdə Akifin pulunu özünün verəcəyini İlqara deyir. Vaqif İlqara qohumlarında borc almasını pulu qaytarmasını tövsiyyə edir. İlqar isə bunun mümkün olmamasını bildirir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş bir ədəd CD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, CD diskə yazılmış səs yazısında Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs telefon danışığı öz əksini tapmışdır. Telefon danışında İlqar sırf ona verdiyi vədlə bağlı Bakıya gəldiyini, onun işini həll edəcəyini, sadəcə Akifin səbrli olmalı olduğunu bildirir. Akif isə cavabında artıq 3 ay gözlədiyini bildirir və nə vaxta kimi gözləməli olduğunu soruşur. İlqar isə cavabında 6-8 nəfər nəfər məhkumun cəzasının azaldılması üçün toplandığı halda onların cəzasının azaldılması üçün birgə müraciət ediləcəyini bildirir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, CD diskə yazılmış səs yazısında Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs9 telefon danışığı öz əksini tapmışdır. Telefon danışığı boyu Zərərçəkmiş şəxs9 pulu Zərərçəkmiş şəxs1 verməsini bildirir və ondan pulu təkidlə tələb edir, Zərərçəkmiş şəxs1 isə bunu inkar edərək pulu İlqarın almasını bildirir, yalnız İlqarın pulu qaytarmasından sonra ona pulu geri verə biləcəyini deyir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs və mülki iddiaçı Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərər çəkmiş şəxslərin mallarını və pullarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə verərək, təqsirli olmamasını bildirmiş, dələduzluq cinayətinin bilavasitə Zərərçəkmiş şəxs1 tərəfindən törədilməsini ona isə əldə edilmiş pul vəsaitindən az bir hissənin verilməsini bildirmişdir. Lakin məhkəmə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara – zərərçəkmiş və şahid ifadələrinə, CD disklərdəki video və audio yazılara hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs bildirdikləri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla tam təkzib olunur və onun bildirdikləri tam özünümüdafiə xarakteri daşıyır. Belə ki, audio və videoyazıların bir qismində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pulu verməsi, İlqarın isə işin onun tərəfindən həll edəcəyinə Vaqifi və digər Zərərçəkmiş şəxs6 əmin etməsi, Təqsirləndirilən şəxs pulu almasını etiraf etməsi və Vaqifdən pulu zərərçəkmiş şəxslərə onun yerinə qaytarmasını xahiş etməsi aydın olaraq görünür. İşin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin bir qismi (Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs9) iş üzrə təkcə Təqsirləndirilən şəxs deyil, Zərərçəkmiş şəxs1 da hazırki iş üzrə onlara qarşı dələduzluq cinayətini törətməsini bildirmişlər. Bununla bağlı məhkəmə istintaqı müddətində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs9 tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin sabiq baş müstəntiqi, polis kapitanı X11 16 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərarı Zərərçəkmiş şəxs1 münasibətdə cinayət işinin başlanmasının rədd edilməsi hissəsində məhkəmə nəzarəti qaydasında mübahisələndirmişdir. Gəncə Şəhər Məhkəməsinin 6(125)-43/2023 nömrəli 13 oktyabr 2023-cü il tarixli Qərarı ilə şikayət təmin edilməmiş, Gəncə şəhər Baş Polis İdarəsinin sabiq baş müstəntiqi, polis kapitanı X11 16 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərarı qanuni hesab edilmişdir. Məhkəmə hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məsuliyyəti məsələsinə münasibətdə Gəncə Şəhər Məhkəməsinin 6(125)-43/2023 nömrəli 13 oktyabr 2023-cü il tarixli Qərarını preyudisial hesab edərək bu məsələni Zərərçəkmiş şəxs1 xeyrinə həll edir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və mülki iddiaçı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hokum çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəyən ziyanın bir qismini ödəməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. İş materiallarında görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tərbiq edilərək əməli AR CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 08 ildən 04 il 06 aya endirilmiş, xx.xx.2019-cu il taıixdə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 03 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxs və mülki iddiaçı Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs və mülki iddiaçıTəqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(044)-56/2022 nömrəli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu 14 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 66 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 396 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxscinayət əməli nəticəsində ona vurmuş olduğu ziyan kimi 7500 manat pulun tutulub ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş ziyan kimi 10000 manat pulun tutulub ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs12 mülki cavabdehlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,mülki cavabdehlər Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməklə ondan aldıqları 2900 manat pulun onlardan alınıb ona verilməsi barədə hökmdə qeyd edilməklə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs12mülki cavabdehlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki cavabdehlər Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs etibarından sui-istifadə etməklə və aldatma yolu ilə ondan aldıqları 4000 manat pulun onlardan alınıb hökmdə qeyd edilməklə ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia mülki iddiaçılar Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 iddiası tamtəmin edilməli, digər mülki iddiaçılar Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 İbış oğlunun iddiası isə qismən təmin olunmalıdır. Çünki mülki cavabdeh Təqsirləndirilən şəxs öz təqsiri nəticəsində mülki iddiaçılar Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 maddi ziyan vurması hazırkı cinayət işinin materialları ilə təsdiq olunur. Göründüyü kimi mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində mülki iddiaçılara maddi zərər dəymişdir. Buna görə də mülki iddiaçıların mülki cavabdehdən onlara dəymiş maddi zərərin ödənilməsini tələb etmək hüquqları vardır. Mülki iddiaçılar Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 mülki cavabdeh Zərərçəkmiş şəxs1 onlara münasibətdə dələduzluq cinayəti törətməsi vəmaddi zərər vurması məsələsiGəncə Şəhər Məhkəməsinin 6(125)-43/2023 nömrəli 13 oktyabr 2023-cü il tarixli Qərarı ilə artıq həll edilmişdir.Qərara əsasən Zərərçəkmiş şəxs1 münasibətdə hazırki iş üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qanuni hesab edilmişdir. Bu baxımdan mülki iddiaçılar Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 mülki iddiaları qismən – yalnız Təqsirləndirilən şəxs münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, mülki iddialar mülki cavabdeh Təqsirləndirilən şəxs münasibətdə təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 7500 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs6, 10000 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1,2900 manat məbləğində pul və 49 manat dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs12, 4000 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs11 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs12 iddiası qismən təmin edildiyindən ödənilmiş 49 manat dövlət rüsumu mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 396 (üç yüz doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs6 mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 7500 (yeddi min beş yüz) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs6 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 10000 (on min) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs12 mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş zərərə görə 2900 (iki min doqquz yüz) manat və 49 manat dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs12 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs11 mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 4000 (dörd min) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs11 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-45/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-45/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver