Məhkəmə qərarları › İş №1(125)-450/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-450/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-450/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və soyuq silah hesab edilən ov bıçağı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayət edilən xuliqanlıq cinayətini törətmişdir. Belə ki o, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində ictimai yer olan Gəncə şəhəri, Heydər Əliyev və Nizami prospektlərinin kəsişməsində, özünə məxsus “Opel Astra” minik markalı **-ES-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, pəncərələri açıq vəziyyətdə avtomobildə yüksək səslə musiqi dinləməklə şəxsi mənafeyini üstün tutmaqla cəmiyyətin maraqlarına əhəmiyyətli zərər vuraraq, cəmiyyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqydlik və etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, Zərərçəkmiş şəxs haqlı olaraq, ona musiqinin səsini aşağı salmasını bildirməsi nəticəsində həmin əməllərə davam etməsi və mübahisənin gedişində sonuncunu özünə məxsus minik avtomobilinə dəvət edərək, başqa yerdə söhbət etməyə davam etməsini təklif edən zaman sonuncunun buna etiraz etməyərək, sözügedən minik avtomobilinin qabaq sərnişin oturacağına minməsi və hər iki şəxsin minik avtomobili ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətə davam edərkən, Heydər Əliyev prospekti 696 ünvanında yerləşən "xxxx" ASC Gəncə filialının qarşısında hərəkətdə olarkən, qabaq sərnişin oturacağında oturan Zərərçəkmiş şəxs iradlarına baxmayaraq, yüksək səsli musiqiyə qulaq asmağa davam edərək, Zərərçəkmiş şəxs sonuncu dəfə musiqinin səsini azaltmaq təklifinə cavab olaraq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə avtomobildə olan soyuq silah hesab edilən ov bıçağından istifadə edərək, sonuncuya sol əlinin 2-ci barmağının açıq yarası yüngül xəsarəti və daha sonra yumruqla dərəcəsi təyin edilməyən sol göz ətrafı nahiyə və sol qulaq seyvanının sıyrığı xəsarətləri yetirib qəsdən sağlamlığına zərər vurmaqla, silahdan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozmuş, həmçinin Zərərçəkmiş şəxs onun hərəkətlərindən yayınmaq üçün Əli Məmmədov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki dairənin yanında avtomobildən düşərək qaçan zaman o, qərəzli hərəkətlər edərək, xuliqanlığını davam etdirərək əlindəki soyuq silah hesab edilən ov bıçağını cəmiyyətə açıqca nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını qərəzli surətdə pozaraq Zərərçəkmiş şəxs arxasınca qaçmış və nəticədə vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olaraq xuliqanlıq etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə 27 noyabr 2024-cü il tarixli 1(125)-450/2024-cü il tarixli qərar ilə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif etmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilmiş və o həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, Vətən müharibəsi iştrakçısı olmaqla, “Vətən müharibəsi iştirakçısı” medalı, “Kəlbəcərin azad olunmasına görə və Hərbi xidmətə görə” medalları ilə təltif edilmişdir. Müharibə zaman almış olduğu travma ilə əlaqədar “davamlı şəxsiyyət dəyişikliyi” xəstəliyindən əziyyət çəkir, ona görə də hazırda baş vermiş hadsəni tam xatırlamır. O, 2023-cü ildə bir neçə dəfə tanışına məxsus “Opel Astra” minik markalı **-ES-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili şəxsi istifadə üçün götürüb istifadə etmiş və həmin ərəfədə Zərərçəkmiş şəxs ilə arasında xatırlamadığı səbəbdən mübahisə-dava baş vermiş və xatırlamadığı yerdən əldə etdiyi bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. Lakin hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Odur ki, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini və xəstəliyini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 05 radələrində Gəncə şəhəri, Heydər Əliyev və Nizami prospektlərinin kəsişməsində yerləşən köşkdən siqaret almaq istəyərkən yaxınlıqda olan ağ rəngli “Opel” minik markalı furqon tipli bir avtomobilin sürücüsünün yüksək səslə musiqi dinlədiyini görmüş və sürücüyə nəzakətlə musiqinin səsini azaltmasını, səhər olduğunu, camaatın yatdığını və evinin yaxınlıqda olduğunu xahiş etmiş, lakin avtomobilin sürücüsü hazırki Təqsirləndirilən şəxs ona kobud cavab vermiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisənin qızışdığını gördükdə, Vüsal onu öz avtomobilinə dəvət etmiş və o, da onun avtomobilinə, qabaq sərnişin oturacağına minmişdir. Vüsal avtomobili idarə etmiş və Heydər Əliyev prospektinə dönərək, Gəncə şəhəri 3 saylı Xəstəxana istiqamətində hərəkət etməyə başlamış, eyn zamanda avtomobildə yüksək səslə musiqiyə qulaq asmaqda davam etmişdir. O, Vüsala “Musiqinin səsini azalt. Ağız deyəni qulaq eşitmir” demişdir. Vüsal isə ona fikir verməmişdir. Bundan sonra o, əlini uzadaraq, musiqinin səsini azaldanda Vüsal yenidən musiqinin səsini qaldırmışdır. O, yenidən musiqinin səsini azaltmış, Vüsal yenidən qaldırmışdır. Bunu 2-3 dəfə etdikdən sonra, hövsələsi çatmamış və əlini yenidən səsi azaltmaq üçün düyməyə uzadan zaman, Vüsal avtomobili dayandırmış və əlini içərisində olduqları nəqliyyat vasitəsinin sol qabaq qapısının əşyaların qoyulması üçün müəyyən edilmiş yerinə ataraq oradan bıçaq çıxarıb bıçağı sol əliylə ona tərəf hərəkət etdirmiş və onu vurmağa çalışmışdır. İlk əvvəl heçnə hiss etməmiş, lakin sonradan görmüşdür ki, sol əlinin 2-ci barmağı kəsilmiş və eyni zamanda dartışan zaman bıçaq onun sol qulağına dəyərək onu sıyırdığı üçün qulağından qan gəlir. Onlar avtomobilin içərsində bir qədər dartışmış, sonra isə Vüsalın əlindəki bıçaqdan ehtiyatlanıb Gəncə şəhər 3 saylı Xəstəxananın yanındakı dairənin yanında avtomobildən yerə düşərək qaçıb hadis yerindən uzaqlaşaraq bu barədə DİN-inin 102 xidmətinə zəng edib Vüsaldan şikayət etmişdir. Bir qədər sonra isə polis əməkdaşları oraya gəlib araşdırma aparmağa başlamışlar. Araşdırma zamanı Vüsalın İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla psixoloji xəstəlikdən əziyyət çəkdiyi və qazi olduğu məlum olmuşdur. Ona görə də Vüsaldan şikayət etməsindən peşiman olmuş, onunla barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini nəzərə almağı məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 iyul 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müstəntiq X5 hadisənin baş verdiyi “Opel astra” minik markalı **-ES-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunda sürət qutusunun alt hissəsində, sürücü oturacağının qarşısında, əylənc pedalının altında, sürət qutusunun sağ tərəfində, sol qabaq qapının üzərində qan ləkələri aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən bir ədəd taxta və metal saplı bıçaq, sürücü oturacağının yanındakı sol qabaq qapının əşyaları qoyulması üçün təyin edilmiş yerindən aşkar edilərək götürülmüş və avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Video diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, videogörüntülər 3 hissədən ibarətdir. İlk videogörüntü Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində “Təhlükəsiz şəhər” xidmətinin videokameraları vasitəsilə qeydə alınmışdır. Videogörüntülərdən havanın aydın olduğu və “Mərkəzi Univermaq” adlanan ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs dayandığı görünür. Daha sonra Zərərçəkmiş şəxs sözügedən yerə gəldiyi və hər iki şəxs arasında qısamüddətli mübahisənin başladığı müşahidə edilir. Həmin mübahisə sonrası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ağ rəngli, “Opel Astra” minik markalı avtomobilə minərək oradan uzaqlaşdığı məlum olur. İkinci videogörüntüdən aydın olur ki, həmin videgörüntü “Təhlükəsiz şəhər” xidmətinin videokameraları vasitəsilə Heydər Əliyev prospekti ilə M.A.Abbaszadə prospektinin kəsişməsində qeydə alınmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, üzərində çap hərfləri ilə “Uber” yazılı olan “Opel Astra” minik markalı avtomobil Gəncə şəhər 3 nömrəli xəstəxanası istiqamətində, işıqforda qırmızı işıq yanmasına baxmayaraq, qanun pozuntusu törədərək həmin yoldan keçib gedir. Üçüncü videogörüntüdən aydın olur ki, “Təhlükəsiz şəhər” xidmətinin videokameraları vasitəsilə qeydə alınmış görüntüdən görünür ki, Gəncə şəhər 3 nömrəli xəstəxananın qarşısındakı dairəyə Heydər Əliyev prospektindən gələn ağ rəngli, üzərində çap hərfləri ilə “Uber” yazılı olan “Opel Astra” minik markalı avtomobil, dairəyə daxil olmadan sağa, yəni “Köhnə Səbzikar” qəbiristanlığına doğru dönmə əməliyyatı edir və dayanır. Zərərçəkmiş şəxs həmin avtomobildən düşərək geriyə doğru gedir və avtomobil yolun ortasında təhlükəli manevr edərək sola dönmə əməliyyatı ilə geriyə, Zərərçəkmiş şəxs tərəf dönür qayıdıb gəlir avtomobil Zərərçəkmiş şəxs yanında dayandıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşür və Həmzəyə tərəf getməyə başlayan zaman, Həmzə yuxarıya doğru, yəni “Köhnə Səbzikar” qəbiristanlığı istiqamətində qaçmağa başlayır. Həmzəni təqib etməkdən imtina edən Təqsirləndirilən şəxs idarə etdiyi sözügedən avtomobilə qayıdaraq “Köhnə Səbzikar” qəbiristanlığı istiqamətində hərəkət edərək, işıqforun yaşıl işığı yanmasına baxmayaraq dayanır və bir müddət orada gözləyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2023-cü il tarixli, 1133 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət – sol əlin İİ barmağının yarası-kəsici alətin, sol göz ətrafı nahiyə və sol qulaq seyvanın sıyrığı- bərk Küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol əlin İİ barmağının yarası ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir, sol göz ətrafı nahiyə və sol qulaq seyvanının sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə -Tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 523/2023-MTBŞ görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta/H/(İİ) dır. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq üzərində insanı qanı ləkələr aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenilər alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən zərəçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2023-cü il tarixli, 1126 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilən xəsarətlər - hər iki əlin ovuc səthlərinin səthi kəsilmiş yaralarıkəsici alətin(alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilə tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 25 iyul 2023-cü il tarixli, 440 nömrəli rəyindən görünür ki, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından diaqnozun və psixi-psixoloji vəziyyətin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab alınması məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs stasionar məhkəmə psixatriya ekspertizası keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertizası Mərkəzinin tibbi stasionarına yerləşdirilməsi üçün qərar qəbul edilmişdir. Stasionar məhkəmə psixatriya ekspertizasının xx.xx.2024-cü il tarixli 145 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikli” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs ona ittiham cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi üzvü şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan o, öz hərtəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlinin törətməsi nəzərə alınmalıdır. V.R. Qurbanovun anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək etmək və onları idarə etmək iqtidarındadır. xx.xx.2023-cü il tarixli 16/916 nömrəli məhkəmə-soyoq silah ekspertizasının rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2023-cü il tarixli 1884/2023 nömrəli sərxoşluq aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 06 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında“ 31 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd bıçaq və Gəncə ŞBPİ-nin Təhlükəsizlik kamerasından götürülmüş, hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD maddi sübut kimi tanınmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 yanvar 2017-ci il təvəllüdlü X4 və 25 iyun 2022-cil təvəlüdlü X3 adlı iki azyaşlı övladı var. İ-2763 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 2374 nömrəli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. İ-3998 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2372 nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-64509 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə ilk öncə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 523/2023-MTBŞ rəyi, zərərçəkmiş şəxsin ifadəsi və videogörüntü ilə hadisənin məhz təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün cinayət işi üzrə verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, toplanmış digər sənədlərlə - şəxsi axtarış və götürmə aparılmasına dair protokollar, məhkəmə-ballistik ekspertizamın rəyi, maddi sübut həmçinin cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, vətən müharibəsi iştirakçısı olmasını və medallarla təltif olunmasını, “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikli” xəstəliyindən əziyyət çəkməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 24 dekabr 2021-ci il tarixli məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenum qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, təqsirləndirilən şəxsə istnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi və daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları və şəxsiyyətini mənfi xarakterizə edən hal kimi məhkumluğunun olmasını nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan bir ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Gəncə şəhəri üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan bir ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin, həmçinin 1(bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelylasiya qaydasında protest və şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar