Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-451/2024 25.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qanuni qüvvəyə minmiş məhkəmə qərardad və qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130.0 manat olmaqla, cəmi 260.0 manat sabit pul məbləğində alimentin tutularaq Qələndərova (Cəfərova) Vüsalı Uğurlu qızına verilməsinə dair Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli qərardadına əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 150.0 manat olmaqla, cəmi 300.0 manat sabit pul məbləğində alimentin tutularaq Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızına verilməsinə dair Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-1057/2024 nömrəli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək cəmi 7496.0 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Qələndərova (Cəfərova) Vüsalı Uğurlu qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyəminmiş məhkəmə qərardad və qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızı ilə xx.xx.2005-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və bu nikah münasibətlərindən 02 iyun 2008-ci il təvəllüdlü X8 və 17 dekabr 2010-cu il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. Nikahda olduğu müddətdə Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızı ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da övladları anası Zərərçəkmiş şəxs (Cəfərovanın) himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs (Cəfərova) uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Qazax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadına əsasən məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək ondan 11 yanvar 2022-ci tarixdən hesablanmaqla 02 iyun 2008-ci il təvəllüdlü X3 və 17 dekabr 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızına verilməsi qət edilmişdir. Həmin qərardad üzrə onun 896,00 manat Zərərçəkmiş şəxs (Cəfərovaya) borcu qalmışdır. Daha sonra Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 29 iyun 2022-ci tarixdən hesablanmaqla 02 iyun 2008-ci il təvəllüdlü X3 və 17 dekabr 2010- cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızına verilməsi qət edilmişdir. Qərardad və qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmişdir, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-1057/2024 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 22 may 2024-cü il tarixədək 7496,00 manat aliment borcu yığılıb qalmışdır. O, övladlarına baxmalı olduğunu dərk etdiyini, sadəcə qərardad və qətnamədə qeyd edilən aliment məbləğinin çox olduğunu, buna görə də qərardad və qətnamə ilə razı olmadığını, lakin alimentin azaldılması və ya yaranmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciyyət etmədiyini, fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni mebel ustası işlədiyini və 600,00-650,00 manat aylıq qazancı olduğunu və məşğulluq mərkəzi tərəfindən təklif edilən işlərin əməkhaqqısının az olduğunu, ona görə məşğulluq mərkəzinə müraciyyət etmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hazırki cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra edərək aliment borcunu zərərçəkmiş şəxsə tam olaraq ödəmiş, onunla barışıq əldə etmişdir. Məhkəmədən barəsində cinayət işi üzrə icraata xitam verilərək cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qələndərova (Cəfərova) Vüsalı Uğurlu qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə xx.xx.2005-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və bu nikah münasibətindən 02 iyun 2008-ci il təvəllüdlü X8 və 17 dekabr 2010-cu il təvəllüdlü X9 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, yəni mebel sexində usta işləmiş və qazancı 900,00-1000,00 manat təşkil etmişdir. Həmin müddətdə onlar Gəncə şəhərində Təqsirləndirilən şəxs ata evində birlikdə yaşamışdırlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikah münasibətində olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də 2017-ci ildə ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O isə uşaqları tək başına saxlaya bilmədiyindən 2022-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə nikahın pozulması, aliment tələbinə dair iddia qaldırmış və Qazax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadına əsasən məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci tarixdən hesablanmaqla 02 iyun 2008-ci il təvəllüdlü X3 və 17 dekabr 2010- cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qərardad üzrə Təqsirləndirilən şəxs ona 896,00 manat mənə borcu .qalmışdır. Daha sonra Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2022-ci tarixdən hesablanmaqla 02 iyun 2008-ci il təvəllüdlü X3 və 17 dekabr 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə aktları qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən verilmiş 22 may 2024-cü tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadına və Qazax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən cəmi 7496,00 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, hazırki cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən tam icra edilərək aliment borcu ona tam olaraq ödəmiş, onunla barışıq əldə etmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərək cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən şahid Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Qazax Rayon Məhkəməsi tərəfindən /erilmiş 2(023)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Ələddin və xx.xx.2010-cu il təvəllüdlü Aysu adlı uşaqların saxlanılması üçün 11.01,2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 130,00 manat, cəmi 260,00 manat sabit pul məbləğində aliment tutularaq Cəfərova (Qələndərova) Vüsalə Uğurlu qızına ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Gəncə şəhəri üzrə İcra idarəsində xx.xx.2022- ci il tarixdə başlanılmış icraat zamanı icra sənədi üzrə müəyyən olunmuş tələb Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməmişdir. İcra sənədləri üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar etmək mümkün olmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Əlavə olaraq Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-394/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Ələddin və xx.xx.2010-cu il təvəllüdlü Aysu adlı uşaqların saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsində xx.xx.2022-ci il tarixdə başlanılmış icraat zamanı icra sənədi üzrə müəyyən olunmuş tələb Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməmişdir. xx.xx.2022-ci il tarixli qərarla Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)-394/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi və Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(023)- 394/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar etmək mümkün olmamışdır. Borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli verdiyi izahatında yaranmış aliment borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. İcra sənədləri üzrə aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixdə X11 protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsi icra sənədləri üzrə aliment pulunun ödənilməsi üçün borclu Təqsirləndirilən şəxs 09.01 2023-cü il tarixədək vaxt vermiş və məhkəmə baxışını həmin tarixədək təxirə salmış, lakin borclu xx.xx.2023cü il tarixdə məhkəmə prosesinə gəlməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Borclu Təqsirləndirilən şəxs poliş əməkdaşları tərədindən xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs izahat verərək aliment borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. İcra sənədi üzrə borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində X11 protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati qaydada həbsdə olma müddəti bitdikdən sonra Təqsirləndirilən şəxs icra sənədləri üzrə aliment borcunun ödənilməsi üçün yeni müddət verilmiş, lakin keçən müddət ərzində borclu tərəfindən aliment pulu tam ödənilməmişdir. Borclu etdiyi bu kimi hərəkətlərlə icra sənədlərinin icrasından yayınmış və aliment öhdəliyindən boyun qaçırmağa cəhd göstərmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, borclu aliment pulunu ödəmək iqtidarında olsa da, etdiyi bütün hərəkət və hərəkətsizliklərlə hər fürsətdə aliment öhdəliyindən boyun qaçırmışdır. Cinayət qanunvericiliyinə görə məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda cinayət tərkibi yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra öz hərəkətlərini davam etdirmiş olsun. Tərəfimdən dəfələrlə müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmiş və icra sənədləri üzrə müəyyən olunmuş tələbləri təmin etməmişdir. Təqsirləndirilən şəxs verdiyi bütün izahatları və etdiyi hərəkətləri belə bir nəticəyə gəlməyə əsas verir ki, o. məhkəmə qərarını qərəzli olaraq icra etməmiş və bu hallar yuxarıda göstərilənlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmə qərarlarının icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədləri üzrə tələbləri qanunla müəyyən olunmuş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətəbcəlb edilməsindən nəticə çıxarmamış və iş üzrə tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli icra sənədi üzrə Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızına cəmi 560.00 manat aliment borcu ödənilmişç və həmin icra sənədi üzrə 896.0 manat aliment borcu, Qazax Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli icra sənədi üzrə xx.xx.2024-cü il tarixədək 6600.00 manat aliment borcu qalmaqdadır. Ümumilikdə icra sənədləri üzrə cəmi 7496.00 manat məbləğində aliment borcu qalmaqdadır. Məhkəmə iclasında şahid Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir və əlavə olaraq bildirdi ki, o, Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid1 ilə bir otaqda oturduğundan Təqsirləndirilən şəxs aliment borcu olduğunu və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment borcunu tələbkara vaxtında ödəmədiyinin şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli qərardadından görünür ki, mülki işə baxılana və məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 130.0 manat olmaqla, cəmi 260.0 manat sabit pul məbləğində alimentin tutularaq Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızına verilməsi qərara alınmışdir. -Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli icra vərəqindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)- 394/2022 nömrəli qərardadına əsasən mülki işə baxılana və məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək xx.xx.2022-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130.0 manat olmaqla, cəmi 260.0 manat sabit pul məbləğində alimentin tutularaq Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızına verilməsi göstərilmişdir. -Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. -xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(044)-507/2022 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)-105/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilmə qərarı çıxarılmışdır. -Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130.0 manat olmaqla, cəmi 260.0 manat sabit pul məbləğində alimentin tutularaq Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızına verilməsi qət edilmişdir. -Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli icra vərəqindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130.0 manat olmaqla, cəmi 260.0 manat sabit pul məbləğində alimentin tutularaq Qələndərova (Cəfərova) Vüsalə Uğurlu qızına ödənilməsi göstərilmişdir. -Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. -xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-394/2022 nömrəli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. -X11 MN ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdən tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-19/2023 nömrəli qərarından görünür ki, xx.xx.1975-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. -X11 MN ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdən tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-1057/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinmiş və ona, 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tənbeh tətbiq edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının xx.xx.2024-cü il tarixli, 3-17-2/2-30903/2024 nömrəli məktubundan görünür ki, Cəfərov X5 mərkəzinə müraciət etməmişdir. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. - Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq oödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə iclaslarında istirak etmək istəmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tam olaraq onun tərəfindən ödəmişdir. Zərərçəkmiş şəxs isə ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Barəsində aparılan cinayət işi üzrə icraata xitam verilmələ onun cinayət məsuliyyətindən azad olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 306-cı maddəsinin Qeydində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə olan borcu ödəyərək icra sənədini tam icra edib barışması nəzərə alınmalı, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsi tətbiq olunmaqla, o, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin Qeydinə əsasən cinаyət məsuliyyətindən аzаd edilməli, onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 314.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-cı maddəsinin Qeyd hissəsinə əsasən cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-451/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-451/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver