Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-457/2024 18.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçiləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X5 (dövlət hesabına) və X3 (müqavilə üzrə) iştirakları ilə, xx.xx.1977-cı ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu, Tatlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Gəncə şəhəri Zülfü Hacıyev küçəsi 66 ünvada yerləşən X10 inzibati binasının yan tərəfində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs övladı X2 “Det-Al Aliminium” zavoduna mühafizə işinə düzəltmək adı ilə yalandan vədlər verib aldadaraq Zərərçəkmiş şəxs məxsus 1500 manat məbləğində pulunu ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam olaraq ödəmişdir. O, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək barışdığını, ona qarşı heç bir şikayət tələbin olmadığını nəzərə alıb onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə çayxanada tanış olmuşdur. Zərərçəkmiş şəxs ondan işə düzəltməsini isdəmiş və o, Zərərçəkmiş şəxs 1500 manat pul alaraq onun oğlunu işə düzəldəcəyi ilə bağlı söz vermişdir. Ona oğlunun bir ay ərzində işə düzələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs 10 gün sonra ona pulunun geri qaytarılması və oğlunun işə düzəlmək isdəmədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs pulu xərclədiyini bildirmişdir. Onlar hazırda barışmışlar. O, vurduğu zərəri tam şəkildə ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs, şahidlər X4 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Zərərçəkmiş şəxs tərəfindən 09 iyul 2024-cü il tarixdə yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyini, hal-hazırda barışdıqlarını, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiasının, şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə şahid X4 tərəfindən məhkəməyə ünvanlanmış teleqramda, səhhəti ilə əlaqəqədar olaraq məhkəmə prosesinə gələ bilməyəcəyini, növbəti məhkəmələrdə də iştirak etmək istəmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və heç bir əlavəsi olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Goranboy rayonu, Nizami kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. xx.xx.2024-cü il tarixdə tanışı Eşqin +**********65 nömrə ilə onunla əlaqə saxlayaraq oğlu Miribişağanı işə düzəldibdüzəltmədiyi soruşduqda o, Eşqinə hal-hazırda oğlu Miribişağanın işsiz olduğunu demişdir. Eşqin ona dostu Ramin adlı şəxsin müxtəlif şəxsləri pul qarşılığında işə düzəltdiyini, hal-hazırda 2000 manat qarşılığında oğlu Miribişağanı "Det-Aİ Aliminium’ zavoduna mühafizəçi düzəldə biləcəyini demişdir. Bundan sonra o, Eşqindən maddi imkanının zəif olduğunu və daha aşağı məbləğə işin həll edə biləcəyini dedikdə, Eşqin dəstəyi Ramin adlı şəxsə vermiş və o, Ramin ilə telefon vasitəsilə söhbət edən zaman Ramin ona 1800 manat qarşılığında oğlu Miribişağanı “Det-Aİ Aliminium” zavoduna mühafizəçi işinə düzəldəcəyini bildimişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində oğlu Miribişağa ilə birlikdə X14 Vağzalının yaxınlığında Ramin ilə görüşərək oğluna məxsus sənədləri, yəni hərbi biletin, şəxsiyyət vəsiqəsinin, hərbi xidmət dövründə verilmiş təşəkkürnamənin surətini, həmçinin yaşayış yerindən alınmış xasiyyətnaməni Raminə vermişlər. Həmin gün Ramin dəflərlə onunla əlaqə saxlayaraq 1800 manatı təcili Gəncə şəhəri X13 gətirməyini demişdir. Bundan sonra o 1500 manat məbləğində pulu götürərək oğlu Miribişağa ilə birlikdə Gəncə şəhəri X13 gəlmişlər və gözləmə zalının sağ tərəfində Ramin ilə görüşərək oğlu Miribişağanı “Det-Aİ Aliminium” zavoduna mühafizəçi işinə düzəltməsi üçün 1500 manat məbləğində pulu vermiş qalan 300 manatı isə iş həll olunduqdan sonra verəcəyini demişdir. Ramin əvvəlcə narazılıq edərək pulun hamısını, yəni 1800 manat məbləğində pulu istəsə də, onun maddi imkanının zəif olduğunu, 1500 manatı çox çətinliklə düzəltdiyini, iş həll olunduqdan sonra 300 manatı verəcəyini demişdir. Bundan sonra Ramin ona və oğlu Miribişağaya ən geci 20 gün ərzində işin həll olunacağını, 420 manat məbləğində maaş veriləcəyini, əgər yaxşı göstərici olarsa vəzifənin yüksələcəyini demişdir. Bir müddət sonra onlar Ramin ilə əlaqə saxlayaraq işin nə vaxt həll olunacağını soruşduqda Ramin qısa müddətə həll olunacağını demişdir. xx.xx.2024-cü il tarixdə oğlu Miribişağa Gəncə şəhərinə gələrək Raminlə görüşüb işin nə vaxt həll olunacağını soruşduqda Ramin yenədə qısa müddətə həll olunacağını demişdir. Bundan sonra o və oğlu Miribişağa dəfələrlə Raminlə əlaqə saxlayaraq işin nə vaxt həll olunacağını soruşduqda Ramin onlara səbrli olmaqlarını, oğlu Miribişağanın qısa zamanda işə düzələcəyini demişdir. xx.xx.2024-cü il tarixdə o, Raminlə əlaqə saxlayaraq işin həll olunmasını və ya pulu qaytarmasını dedikdə Ramin ona pulu qaytarmacağı, hara istəyirsə şikayət etməyini demişdir. Bundan sonra o, DİN-in 102 zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, həmin pulu təqüdünü yığıraq saxlamış, Təqsirləndirilən şəxs oğlu Miribişağanı “Det-Aİ Aliminium” zavoduna mühafizəçi işinə düzəltməsi üçün 1500 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində X14 Vağzalının gözləmə zalının sağ tərəfində əlbəəl olaraq oğlu Miribişağanın yanında vermiş, o, Təqsirləndirilən şəxs ilə dostu Eşqinin vasitəsilə tanış olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı Şahid2 ifadəsində bildirmişdir ki, o, Samux rayonu, Tatlı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs təxminən 5-6 ildir, Təqsirləndirilən şəxs isə təqxminən 30 ildən çoxdur tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. O, Goranboy rayon ərazisində kənd təsərrüfatı ilə məşğul olan zaman Namiq ilə tanış olmuşdur. Ramin ilə bir kənddə böyümüşlər. 2024-cü ilin may ayının ortalarında Namiq ona oğlu Miribişağaya iş tapa bilmədiyini demiş, kəndçisi Raminin ətrafının çox olduğunu və köməklik edə biləcəyini demişdir. Bundan sonra Ramin ilə Namiq bir-biri ilə tanış olaraq söhbət etmişlər. Bir müddət sonra isə yəni, 2024-cü ilin iyun ayında Namiq onunla əlaqə saxlayaraq oğlu Miribişağanı işə düzəltməsi üçün tanışı Raminə pul verdiyini, lakin Ramin oğlu Miribişağanı işə düzəltmədiyini və pulunu isə qaytarmadığını deyərək narazılığını bildirmişdir. Bu zaman o, Namiqə baş verən hadisələrdən xəbərsiz olduğunu demişdir. Daha sonra olanlardan onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ibtidai istintaq verdiyi ifadə elan edilmiş, ibtidai istintaq zamanı şahid X4 ifadəsində bildirmişdir ki, o, Goranboy rayonu, Nizami kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmələ məşğul olaraq ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə atası Namiq onun üçün iş tapdığını demişdir. O, atasından nə işi olduğunu soruşduqda atası ona tanışı Eşqin telefon vasitəsilə əlaqə saxlayaraq onun işə düzəldib-düzəltməyini soruşduqda atası Namiq Eşqinə hal-hazırda onun işsiz olduğunu demişdir. Bu zaman Eşqin atasına Ramin adlı şəxsin onu “Det-Aİ Aliminium” zavoduna mühafizəçi düzəldə biləcəyini demiş və telefonu Raminə verərək özlərinin söhbət etməsini bildirmişdir. Bundan sonra atası telefon vasitəsilə Ramin ilə danışaraq 1800 manat qarşılığında onu “Det-Aİ Aliminium” zavoduna mühafizəçi düzəltməyə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində atası Namiq ilə birlikdə X14 Vağzalının yaxınlığında Ramin ilə görüşərək ona məxsus sənədləri, yəni hərbi biletin, şəxsiyyət vəsiqəsinin, hərbi xidmət dövründə verilmiş təşəkkürnamənin sürətini, həmçinin yaşayış yerindən alınmış xasiyyətnaməni Raminə vermişdirlər. Həmin gün Ramin dəfələrlə onunla və atası ilə əlaqə saxlayaraq 1800 manatı təcili Gəncə şəhəri X13 gətirməyini demişdir. Bundan sonra atası özünə məxsus 1500 manat məbləğində pulu götürərək onunla birlikdə Gəncə şəhəri X13 gəlmiş və gözləmə zalının sağ tərəfində Ramin ilə görüşərək onu “Det-Aİ Aliminium” zavoduna mühafizəçi işinə düzəltməsi üçün 1500 manat məbləğində pulu atası Raminə verərək qalan 300 manatı isə iş həll olunduqdan sonra verəcəyini demişdir. Ramin əvvəlcə narazılıq edərək pulun hamısını, yəni 1800 manat məbləğində pulu istəsə də, onlar maddi imkanlarının zəif olduğunu 1500 manatı çox çətinliklə düzəltdiklərini, iş həll olunduqdan sonra 300 manatı verəcəklərini demişdirlər. Bundan sonra Ramin ona və atasına ən geci 20 gün ərzində işin həll olunacağını, 420 manat məbləğində maaş veriləcəyini, əgər yaxşı göstərici olarsa vəzifənin yüksələcəyini demişdir. Bir müddət sonra onlar Ramin ilə əlaqə saxlayaraq işin nə vaxt həll olunacağını soruşduqda qısa müddətə həll olunacağını demişdir. xx.xx.2024cü il tarixdə o, Gəncə şəhərinə gələrək Raminlə görüşüb işin nə vaxt həll olunacağını soruşduqda Ramin yenədə qısa müddətə həll olunacağını demişdir. Bundan sonra o və atası dəfələrlə Raminlə əlaqə saxlayaraq işin nə vaxt həll olunacağını soruşduqda Ramin onlara səbrli olmaqlarını, onun qısa zamanda işə düzələcəyini demişdir. xx.xx.2024-cü il tarixdə atası Namiq Raminlə əlaqə saxlayaraq işin həll olunmasını və ya pulu qaytarmasını dedikdə Ramin atasına pulu qaytarmacağını, hara istəyirlərsə şikayət edə biləcəklərini demişdir. Bundan sonra atası Namiq DİN-in 102 zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X14u vağzalının inzibatı binasının yan tərəfində Zərərçəkmiş şəxs övladı X1 ”Detal Aliminium” zavoduna mühafizəçi vəzifəsinə işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs 1500 manat məbləğində pulu verdiyi yeri göstərir. Baxış zamanı maddi sübut əhəmiyyət kəsb edəcək hər hansı bir əşya götürülməmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -xx.xx.2024-cü il tarixli üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış istintaq hərəkəti zamanı onlar öz ifadələrində göstərdiklərini bir-birlərinin üzünə qarşı demişlər. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və həmin məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-129/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin məcəllənin 73.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edillərək, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. -Samux rayon İcra Hakimiyyəti başçısının Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Totanlı kəndində yaşayır, aləlidir, iki uşağı var və yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 66 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-457/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-457/2024
18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver