Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-459/2023 19.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, qanunu nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2kinlik yaşına çatmayanı nəzarət altına vermə” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını tamah məqsədilə ələ keçirmək üçün qabaqcadan əlbir olduğu şəxslə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən əntiq əşyalar satılan mağazaya fiziki güc tətbiq edib qanunsuz daxil olaraq 20 ədəd əntiq saat, 10 ədəd təsbeh və 6 ədəd xəncər oğurlayıb, ümumilikdə 500 manat maddi ziyan vuraraq, tamah məqsədilə, hüquqazidd, qanunsuz və əvəzsiz olaraq götürməklə, özgənin 500 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində içkili halda ünvan 3 ünvanında yerləşən əntiq əşyalar mağazasına qanunsuz daxil olaraq oğurluq cinayət əməlini törətmək fikrinə düşmüşdür. Hadisə baş verən gün o, Gəncə şəhəri, “Manqal” kafesində tək oturub 2 litr araq içmişdir. İçkili olduğu üçün çox şeyi xatırlamasa da, yadındadır ki, təxminən 25 yaşında bir nəfər ona yaxınlaşmış və onun oturduğu masaya əyləşmişdir. Daha sonra onunla həmsöhbət olmuşlar. Lakin içkili olduğundan üçün çox şeyi yada sala bilmədiyini, ümüumiyyətlə həmin şəxsin adını və xarici görünüşünü xatırlamadığını qeyd etmişdir. Söhbətin məzmunu yadında qalmasa da, məhz söhbət sonrası oğurluq etdikərini və həmin şəxsin onu oğurluğa sövq etdiyini düşündüyünü bildirmişdir. Hətta səhər açılanda içkinin təsiri ilə qusmuş və özünü narahat hiss etmişdir. Saat 04 radələrində həmin şəxslə ünvan 3 ünvanında yerləşən mağazanın qarşısına gəlmiş, adını xatırlamadığı həmin şəxs qapının qarşısına yaxınlaşdıqda, o, üzərində olan qolsuz gödəkçəni başına çəkərək üzünü gizlətmək istəsə də, gödəkçə başına gəlməmiş və gödəkçəni aşağı salmışdır. Daha sonra Qabil əminin əntiq əşyalar mağazasının giriş qapısı olan plastik qapını təpik zərbəsi ilə açaraq içəri daxil olmuşlar. İçəridə olan masanın üzərində əntiq saatlar, qol saatları, xəncərlər və təsbehlər olmuş, sayını dəqiq xatırlamadığı, lakin 3 ədəd olduğunu təxmin etdiyi əntiq saatları, 7 ədəd qol saatını, 4 ədəd təsbehi və 6 ədəd xəncəri götürərək masadan uzaqlaşmışdır. Yanında olan həmin adam da təsbeh, əntiq saatlar və xəncərləri götürmüş və cibinə qoymuşdur. O, da götürdüklərini gödəkçəsinin cibləri olmadığı və şalvarının cibləri kiçik olduğu üçün əlinə yığmış və onunla birlikdə həmin mağazaya daxil olan şəxsin işini bitirməsini gözləmişdir. Həmin şəxs əntiq saatlar, qol saatları, təsbehlər və xəncərləri götürdükdən sonra mağazadan çıxmışlar. Mağazadan çıxdıqdan sonra həmin şəxs “Gəncə Qalası” istiqamətində, o isə Xan Bağı istiqamətində hərəkət edərək ayrılmışlar. Həmin şəxs barəsində xatırladığı bir şey də, naməlum şəxsin ona “Posyolka” ərazisində qaldığını deməsi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs indiyə kimi heç bir zaman oğurluq etməmiş və kiminsə əmlakını talamadığını söyləmişdir. Həmçinin bildirmişdir ki, Qabil əmi ilə səmimi münasibətləri olmuş və Zərərçəkmiş şəxs, mərhum atasının dostu olmuşdur. Taladığı əşyaları satmaq niyyəti olmamış və onları evə aparmışdır. Səhər oyandıqda isə, həmin əşyaları gördükdən sonra peşman olmuş və tutulmaqdan qorxduğu üçün xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Qabil əmiyə zəng edərək evlərinə gəlməsini və əşyaları götürməsini xahiş etmişdir. Qabil də saat 18 radələrində onların evinin qarşısına gəlmiş və əşyaların hamısını ona qaytarmışdır. Sonda əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 07:00-da ünvan 3 ünvanında yerləşən icarə hüququ əsasında işlətdiyi əntiq əşyalar mağazasına gəldiyində, giriş qapısının aralı olduğunu görmüşdür. Qapını açdıqda içəriyə kiminsə girdiyini anlamışdır. Rəflər olduğu kimi qalmış və onlara toxunulmamışdı. Lakin mağazanın açıq olduğu saat 07:00-18:00 aralığında hər zaman mağazanın önündə saxladığı, ancaq mağazanı bağladığı vaxt içəri qoyduğu masanın üstü və ətrafı dağınıq halda olmuş, o başa düşmüşdür ki, onun mağazasından oğurluq edilmişdir. Satdığı əşyalara baxdıqda görmüşdür ki, masanın üzərində sellofana yığılmış şəkildə qoyaraq satdığı əntiq saatlar yoxdur. Həmçinin həmin əntiq saatların giriş qapısınadək yerdə səpələnmiş, eyni zamanda yerdə qayçılar, iynələr, təsbehlər və sairə bu kimi əşyalar da görmüşdür. Əntiq saatlarla yanaşı təsbehlər və xəncərlər də oğurlanmışdır. Təxminən 20 və ya 25 əntiq saat, 10 və ya 15 təsbeh və 6 xəncər oğurlanmışdır. Bununla da, ona ümumilikdə 500 manat maddi ziyan vurulmuşdur. O, sonda oğurlanmış əşyaların Muraz tərəfindən qaytarılmasını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanında yerləşən əntiq əşyalar mağazasından oğurluq edilmişdir. (iş vər 09-17) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. (iş vər 65-69) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6068 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 04 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 55,00 manat müəyyən edilir. Digər 06 ədəd saatların istifadəyə hansı dərəcədə yararlı, işlək və orjinal olub-olmaması müəyyən edilə bilmədiyindən tədqiqat aparmaq mümkün olmamışdır. (iş vər 111-112) - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (iş vər 76) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 4439 nömrəli və Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 4578 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. (iş vər 78-79) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 Hüquqi şəxsi X3 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Hadisə zamanı və hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə qiymət vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır, yəni “ANLAQLİ” hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birgə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən əntiq əşyalar dükanına qanunsuz daxil olmasını və özgə əmlakını gizli olaraq talamasını əks etdirən videogörüntü olan 01 ədəd DVD disk saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birgə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən əntiq əşyalar dükanına qanunsuz daxil olmasını və özgə əmlakını gizli olaraq talamasını əks etdirən videogörüntü olan 01 ədəd DVD disk maddi sübut kimi tanınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********,AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-459/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-459/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver