Məhkəmə qərarları › İş №1(125)-46/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-46/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-46/2024 09.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 28 aprel 2016-cı il tarixdən başlayaraq 11 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6405/2016 saylı, 27 may 2016-ci il tarixli qətnaməsini, habelə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq alimentin miqdarı artırılaraq 11 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-4816/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qətnaməsini və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq 11 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6561/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 3(043)-321/2020 saylı qərarı ilə 10 gün müddətinə və Gəncə Şəhər Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli, 3(125)-592/2022 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək cəmi 11150.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və 11 noyabr 2014-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. O, faktiki nikah münasibətlərində olduqları müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaq anası Zərərçəkmiş şəxs himayəsində, Günayın ata evində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşağı tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2016-ci il tarixli qətnaməsinə əsasən ondan 28 aprel 2016-ci il tarixdən hesablanmaqla 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs alimentin az olduğunu əsas gətirərək məhkəməyə yenidən müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq ondan qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Yenidən Zərərçəkmiş şəxs alimentin uşağın saxlanmasına yetərli olmadığını əsas gətirərək məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq ondan qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli qərarı ilə 10 gün müddətinə və Gəncə Şəhər Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Onun 11150 manat ödənməmiş aliment borcu yığılıb qalmışdır. Halhazırda zərər çəkmiş şəxs ilə barışmış, ona dəymiş zərəri tam şəkildə ödəmiş, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və 11 noyabr 2014-cü il təvəllüdlü X3 adında övladları anadan olmuşdur. Onlar evli olduğu müddətdə Təqsirləndirilən şəxs şirkətdə bölgə müdrü vəzifəsində işləmiş, qazancı 700-800 manat təşkil etmiş və həmin müddətdə Gəncədə birlikdə yaşamışlar. O, faktiki nikah münasibətlərində olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş və 2014-cü ildə ayrılmışlar. O, uşağı götürərək Bakı şəhərinə ata evinə getmiş və uşaq onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşağı tək başına saxlaya bilmədiyindən 2016-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2016-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2016-ci il tarixdən hesablanmaqla X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, alimentin miqdarı azlıq təşkil etdiyindən sonradan yenidən məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən təyin edilən aliment uşağın saxlanmasına yetmədiyindən yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə və Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş və 11150,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhəri üzrə İcra idarəsində icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016ci il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra vərəqəsi xx.xx.2019-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2019-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Eyni zamanda borclu Təqsirləndirilən şəxs tələbin künüllü icrası haqında bildiriş xx.xx.2019-ci ildə göndərilmişdir. Buna baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Həmin Məhkəmənin 2(001)-6405/16 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 117 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, borclu Təqsirləndirilən şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Eyni zamanda borclu Təqsirləndirilən şəxs bildiriş xx.xx.2018-cil ildə göndərilmişdir. Buna baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4816/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə ilə müəyyən edilmiş hər ay 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, borclu Təqsirləndirilən şəxs hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi xx.xx.2019-cı il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2019-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Eyni zamanda borclu Təqsirləndirilən şəxs bildiriş təqdim edilmişdir. Buna baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti araşdırılmış tələbin yönəldiləcək əmlak və gəlirlər aşkar edilməmişdir. Borclunun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığına görə, xx.xx.2019-cu il tarixdə borclunun axtarılması barədə qərar qəbul olunaraq icra edilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin məktubuna əsasən xx.xx.2019-cı il tarixdə 550226 saylı axtarışı işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularaq Gəncə şəhər üzrə İcra İdarəsinə təhvil verilmişdir. Həmin tarixdə borclu Təqsirləndirilən şəxs Gəncə şəhər üzrə İcra İdarəsinə izahat verərək borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə protokol tərtib olunaraq Gəncə şəhər Kəpəz rayon məhkəməsinə göndərilmişdir.Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 3(043)-321/2020 saylı xx.xx.2020-ci il tarixli qəradadı ilə 10 gün müddətində həbs edilmişdir. Borclunun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığına görə, yenidən onun barəsində xx.xx.2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul olunaraq icra edilməsi üçün Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə göndərilmiş və axtarış işi açılmışdır. xx.xx.2021-cı il tarixində borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması haqqında Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə təqdimat göndərilmiş və həmin məhkəmənin 8(043)-230/2021 saylı, xx.xx.2021-cı il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularaq Gəncə şəhər üzrə İcra İdarəsinə təhvil verilmişdir. Həmin tarixdə,borclu Təqsirləndirilən şəxs Gəncə şəhər üzrə İcra İdarəsinə izahat verərək borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə protokol tərtib olunaraq Gəncə şəhər məhkəməsinə göndərilmişdir. Gəncə şəhər məhkəməsinin 3(125)-592/2022 saylı xx.xx.2022-ci il tarixli qəradadı ilə 15 gün müddətində həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq ünvanlanmşdır. Borclunun hərəkətsizliyi nəticəsində aliment üzrə borcu icra olunmamışdır. İş materiallarından göründüyü kimi borclu Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin məlum qətnaməsinin icrası ilə bağlı ona inzibati həbsin tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq aliment üzrə borcunu tam ödəməmiş, həm də faktiki imkanlarından yararlanmamışdır. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs aliment üzrə 10.627 manat aliment borcunun olmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6405/2016 saylı, 27 may 2016-ci il tarixli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)- 4816/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli və Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6561/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qətnamələri üzrə 2023-cü ilin mart ayı daxil olmaqla 11150,00 manat aliment borcu qalmışdır. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 may 2023-cü il tarixdə AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6405/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs sabit pul məbləğində 117 manat aliment tutularaq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment Zərərçəkmiş şəxs verilməlidir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)- 4816/2018 saylı 26 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 11 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)- 6561/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 11 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli qərardan görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6405/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2018ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-4816/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli qərardan görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6561/2019-008 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2018-ci il tarixli, xx.xx.2019-ci il tarixli, xx.xx.2019-cu il tarixli bildirişlərdən görünür ki, həmin bildirişlər ayrı-ayrı vaxtlarda borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)- 6405/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 4816/2018 saylı 26 oktyabr 2018-ci il tarixli icra vərəsinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)- 6561/2019 saylı 19 sentyabr 2019-cu il tarixli icra vərəqəsinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 3(043)-321/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 8(043)-230/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Gəncə Şəhər Məhkəməsinin 3(125)-592/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6405/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-4816/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6561/2019-008 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 04 iyul 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü gəldiyi üçün iş üzrə icraat təzlənmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdır. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilir, zərərçəkmiş şəxs ilə barışdığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia,ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı– “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar