Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-46/2025 23.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 13 avqust 2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, etirbarnamə əsasında idarə etdiyi “TOYOTA Camry” minik markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Talıblı küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən “hadisənin qarşısını almağa texniki imkanı olduğu halda” həmin tələblərə riayət etməyərək yolu keçmək istəyən Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs çoxsaylı beyin kontuziyası, intraventrikulyar beyin qanaxması ilə müşahidə olunan qapalı kəllə-beyin travması, qarının qapalı küt travması, qaraciyərin, köndələn çənbər bağırsağının cırılması, daxili qanaxma, sağ baldır və sağ əng sümüklərinin sınıqları, alın, təpə, almacıq, gözətrafı nahiyələrin hematoması, üz və bədənin coxsaylı yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan zərərçəkmiş şəxsin sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 il olarki “TOYOTA Camry” markalı **- CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində o qardaşı Şahid1 ilə evdən çıxaraq etibarnamə əsasında idarə etdiyi dayısı Elşən Hüseynəliyevə məxsus “TOYOTA Camry” markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 6 saylı notariusun yanında olan bərbərxanaya getmək istəmiş, buna görə Gəncə şəhəri, Əziz Əliyev prospekti ilə hərəkətdə olan zaman yolun sağında yerləşən «İdeal» şadlıq sarayının bərabərliyində adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs və Elvinurun yanında olan tanımadığı şəxs yolun mərkəzinə doğru qaçmışdır. Bu zaman onun idarə etdiyi “TOYOTA Camry” markalı avtomobilin ön hissəsinə dəymişdir. Həmin vaxt avtomiobili təxminən saatda 50-55 km/saat sürətlə hərəkət etdirmişdir. Piyada Zərərçəkmiş şəxs onun qarşına qəflətən çıxdığı üçün qəza şəraitindən yayına bilməmiş və onu vurmuşdur. Bundan sonra avtomobili saxlamış və qardaşı Kənan ilə tez maşından yerə düşmüş və baxan zaman Zərərçəkmiş şəxs başının avtomobilin ön şüşəsinə dəydiyi üçün qanadığını görmüşdür. Kənardakı insanlarında köməyi ilə Elvinuru öz avtomobilinə əyləşdirmiş, lakin avtomobilin ön şüşəsi qırıldığı üçün o avtomobili hərəkət etdirə bilməmiş və həmin vaxt yoldan keçən tanımadığı bir şəxs onlara kömək məqsədi ilə xəsarət alan Zərərçəkmiş şəxs özünə məxsus avtomobillə onların köməyi ilə əyləşdirib Gəncə şəhəri TTY xəstəxanasına, orada ilkin tibbi yardım göstərildikdən sonra isə X13 avtomobili ilə X8 xəstəxanasına aparmışlar. Həmin vaxtda xəstəxanada olarkən polis əməkdaşları ona yaxınlaşmış və o, özünü təqdim edib polis əməkdaşları ilə birlikdə Gəncə şəhər rayonlararası Narkoloji dispanserdən sərxoşluq vəziyyətinin yoxlanışından keçdikdən sonra birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Onun avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi var. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Odur ki, məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixində saat 18:30 radələrində Gəncə şəhərində «İdeal» şadlıq sarayında yaxın qohumlarının toyunda olan zaman qardaşı Qəlbinur və İzzət adlı qohumu ilə birlikdə şadlıq sarayının qarşısına çıxaraq siqaret almaq üçün üçü birlikdə yolu keçmək üçün yolun kənarındakı səkidə dayanmış və həmin vaxt o və İzzət adlı qohumu qaçaraq yolu keçmək istəyəndə İzzət ondan öndə olduğu üçün İzzət asanlıqla yolu keçə bilsədə, lakin özü yolu keçə bilmədiyi üçün Əziz Əliyev prospekti ilə hərəkətdə olan avtomobil onu vurmuşdur. Bundan sonra onun heç bir şey yadında deyildir. O, həmin avtomobili görməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur və onun cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, təqsirləndirilən şəxs onun qardaşı olmaqla təxminən 3 il olar ki, “TOYOTA Camry” markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edir. xx.xx.2023-cü il tarixində saat 18:30 radələrində o, qardaşı Təqsirləndirilən şəxs ilə evdən çıxaraq etibarnamə əsasında idarə etdiyi dayısı Elşən Hüseynəliyevə məxsus “TOYOTA Camry” markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 6 saylı notariusun yanında olan bərbərxanaya gedən zaman Gəncə şəhəri, Əziz Əliyev prospekti ilə hərəkətdə olarkən yolun sağında yerləşən «İdeal» şadlıq sarayının bərabərliyində adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs və Elvinurun yanında olan tanımadığı şəxs yolun mərkəzinə doğru qaçmışdır. Bu zaman həmin şəxslərdən biri qardaşı Məhəmmədəlinin idarə etdiyi “TOYOTA Camry” markalı avtomobilin ön hissəsinə dəymişdir. Həmin vaxt qardaşı Məhəmmədəli avtomobili təxminən saatda 50-55 km/saat sürətlə hərəkət etdirmişdir. Piyada Zərərçəkmiş şəxs qardaşı Məhəmmədəlinin qarşısına qəflətən çıxdığı üçün qəza şəraitindən yayına bilməmişdir. Qardaşı Məhəmmədəli avtomobili saxlamış və onlar tez maşından düşmüş, baxanda Zərərçəkmiş şəxs başının maşının ön şüşəsinə dəydiyi üçün qanadığını görmüşdür. Kənardakı insanlarında köməyi ilə Elvinuru öz avtomobillərinə əyləşdirmiş, lakin avtomobilin ön şüşəsi qırıldığı üçün qardaşı Məhəmmədəli avtomobili hərəkət etdirə bilməmişdir. Həmin zaman yoldan keçən tanımadıqları bir şəxs onlara kömək məqsədi ilə xəsarət alan Zərərçəkmiş şəxs özünə məxsus avtomobillə onların köməyi ilə əyləşdirib Gəncə şəhəri TTY xəstəxanasına aparmışdır. Orada piyadaya ilkin tibbi yardım göstərildikdən sonra onu X13 avtomobili ilə X8 xəstəxanasına aparmışlar. Bu zaman polis əməkdaşları qardaşı Məhəmmədəliyə yaxınlaşmış və qardaşı Məhəmmədəli həmin şəxslər ilə birlikdə Gəncə şəhər rayonlararası narkoloji dispanserdən sərxoşluq vəziyyətinin yoxlanışından keçdikdən sonra isə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Hadisə zamanı piyada avtomobilin önünə qəflətən çıxdığı üçün qardaşı Məhəmmədəli hadisənin baş verməsinin qarşısını almaq üçün hər hansısa bir tədbir görə bilməmişdir. Qardaşı Məhəmmədəlinin avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi vardır. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixində saat 18:30 radələrində İdeal şadlıq sarayında yaxın qohumlarının toyunda olan zaman qardaşı Elvinur və İzzət adlı qohumu ilə birlikdə şadlıq sarayının qarşısına çıxaraq siqaret almaq üçün üçüdə birlikdə yolu keçmək üçün yolun kənarındakı səkidə dayanmışlar. Bu zaman qardaşı Elvinur və İzzət adlı qohumu qaçaraq yolu keçmək istəyəndə İzzət qardaşından öndə olduğu üçün İzzət yolu keçə bilmiş, lakin qardaşı yolu keçə bilmədiyi üçün Əziz Əliyev prospekti ilə hərəkətdə olan avtomobil Elvinuru vurmuşdur. O, bağıraraq ətrafdakı insanları köməyə çağırmışdır. Həmin zaman yoldan keçən tanımadıqları iki nəfər şəxs onlara kömək məqsədi ilə xəsarət alan qardaşı Zərərçəkmiş şəxs özlərinə məxsus avtomobilə onların köməyi ilə əyləşdirib Gəncə şəhəri TTY xəstəxanasına oradan isə ilkin tibbi yardım göstərildikdən sonra X13 avtomobili ilə X8 xəstəxanasına aparmışlar. Hadisənin baş verməsinə səbəb qardaşının və onu vuran sürcünün ehtiyatsızlığı olmuşdur. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, hazırda Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPB-nin YPX inspektoru vəzifəsində işləyir. ƏYPB-nin YPX inspektoru kimi vəzifə borcu olaraq baş vermiş yolnəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. 29 oktyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Əziz Əliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmək istəyir ki, həmin gün xidmətdə olan zamanı saat 18 radələrində Növbətçi Hissədən məlumat verilmişdir ki, Gəncə şəhəri, Əziz Əliyev prospektində yol qəzası baş vermişdir. O, dərhal hadisə yerinə getmiş, həmin yerə çatanda hadisə yerində tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşdür. O və ekipaj yoldaşı Şahid4 yol-nəqliyyat hadisəsi baş verdiyi yerə çatanda artıq xəsarət alan şəxs xəstəxanaya aparılmışdır. Belə ki hadisə yerində ona məlum olmuşdur ki, Gəncə şəhəri, Əziz Əliyev prospekti ilə hərəkətdə olan “TOYOTA Camry” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolda qarşısına çıxan 1 nəfər azyaşlı uşağı vurmuşdur. Hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən öyrənmişdir ki, “TOYOTA Camry” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücdən başqa bir kişi olmuşdur. Məhkəmə istintaqı zamanı elan edilmiş şahid - Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru Şahid4 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, onun ifadəsi şahid - Şahid3 ifadəsi ilə eyni məzmunludur. Məhkəmə istintaqında ifadəsi elan olunmuş şahid X4 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Gəncə şəhərində İdeal şadlıq sarayında yaxın qohumlarının toyunda olan zaman qohumları olan Elvinur və Qəlbinur qardaşları ilə birlikdə şadlıq sarayının qarşısına çıxaraq siqaret almaq üçün üçüdə birlikdə yolu keçmək üçün yolun kənarındakı səkidə dayanmışlar. Əziz Əliyev prospekti ilə hərəkətdə olan avtomobillər çox olduğu üçün onlar yolun boşalmasını gözləmişlər. Onlar yolun boş olduğunu görəndən sonra o və Elvinur qaçaraq yolu keçmək istəyəndə o Elvinurdan öndə olduğu üçün o asanlıqla yolu keçə bilmiş, lakin Elvinur yolu keçə bilmədiyi üçün Əziz Əliyev prospekti ilə hərəkətdə olan avtomobil Elvinuru vurmuşdur. Hadisənin baş verməsinə səbəb Elvinurun və sürcünün ehtiyatsızlığı olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri) ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-ci il tarixli 3392/2023 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. “Hadisə yerinə baxış” protokolundan görünür ki, 29 oktyabr 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 18 dekabr 2023-cü il tarixli 1944 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – çoxsaylı beyin kontuziyası, intraventrikulyar beyin qanaxması ilə müşahidə olunan qapalı kəllə-beyin trvaması, qarının qapalı küt travması, qaraciyərin köndələn çənbər bağırsağın cırılması, daxili qanaxma, sağ baldır və sağ əng sümüklərinin sınıqları, alın, təpə, almacıq, gözətrafı nahiyyələrin hematoması, üz və bədənin çoxsaylı yaraları küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 22 dekabr 2023-cü il tarixli, 8/3670 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Toyota Camry markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-dən 21 dekabr 2023-cü il tarixli, 3-13-16-3/2- 65/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək sürücülük vəsiqəsi verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 1586 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 4003 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, bununla bağlı iddia və tələbi olmayacaq və onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin məhkəmə cinayət işinin materillarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Məhkəmə istintaqında sübuta yetirildi ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, ağır və az ağır xəsarət almış zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsində iştirak etmiş “Toyota Camry” minik markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 344-347, 356, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsində iştirak etmiş “Toyota Camry” minik markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim:Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-46/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-46/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver