Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-47/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci il tarixdə Ermənsitan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 55-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 mart 2022-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvansız fərdi yaşayış evinin qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs onun qeyri-rəsmi yaşadığı Şahid3 əl çəkməməsini bəhanə edib çoxsaylı insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əli ilə onu döyüb, ona sol göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və şişkinliyi, sağ əlin İİ barmağının dırnaq sədəfinin travmatik düşməsi yarası, hər iki bazu nahiyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Həqiqətin qeyri rəsmi ər-arvad münasibətində olduğu Şahid3 ilə əvvəllər münasibəti olmuş və Əzizdən uşağı olması ilə bağlı əri Əziz hazırda uşağa görə ona aliment ödəyir. xx.xx.2022ci il tarixdə saat 16 radələrində rəfiqəsi Təhminə ilə telefonda danışıb ondan aldığı 20 manat pulu vermək üçün onlara getmək üçün evdən çıxıb Təhminənin evinə gedən zaman Həqiqəti Təhminənin evinin həyətində görmüş, orada isə Həqiqət onu görən kimi heç nə demədən onun üstünə gəlmiş və saçından tutan kimi o dizi üstə yerə oturmuş, bu zaman onun sol ayağı yerdə olan dəmirə dəymişdir. Həmin an o, qışqırmış və küçədə yaşayanlar ora toplaşmışdır. Həqiqətlə onun arasında dava olduğunu görən Təhminə ilə onun bacısı Anna isə araya girib onları ayırmışlar. Həqiqət ondan ayrıldıqdan sonra onu gözləyən taksiyə minib çıxıb getmişdir. Həqiqət onu döyən zaman o, yalnız özünü müdafiə etmək məqsədi ilə əlini yuxarı qaldırmış, həmin vaxt isə Həqiqət heç bir xəsarət almamışdır. Onunla Zərərçəkmiş şəxs arasında dava təxminən 25-30 dəqiqə davam etmiş, həmin vaxtı tanışları Təhminə və onun bacısı Anna səs-küyə gəlmiş, çünki Həqiqətlə mübahisələri onların yaşadığı evin qarşısında baş vermişdir. Mübahisənin gedişində bir neçə nəfər adını bilmədiyi və tanımadığı şəxslər küçədə dayanıb davanı izləmiş, o həmin şəxsləri tanımamış və həmin şəxslər yaxına gəlməmişlər. Həmin vaxt Həqiqət onun ünvanına nəlayiq söyüşlər söyüb onu döydüyü üçün o da Həqiqətin ona dediyi söyüşləri onun özünə demiş və özünü müdafiə etmək üçün Həqiqəti özündən itələyib aralamışdır. Sonra Təhminənin evinə girib Əzizə zəng vurmuşdur. Sonda himayəsində 3 övladının olmasını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2013-cü ildən Şahid3 adlı şəxslə aralarında sevgi münasibəti yaranmış və həmin münasibətdən onların Tunar adlı bir oğlan övladı dünyaya gəlmişdir. Əzizlə aralarında münasibət həmişə yaxşı olmuşdur. Lakin 2020-ci ildə Əzizin Təqsirləndirilən şəxs adlı şəxslə də arasında sevgi münasibətləri olduğunu öyrənmiş, buna görə də Əzizdən ayrılmış, elə o vaxtdan isə oğlu Tunara görə Əzizdən aliment alır. xx.xx.2022-ci il tarixində saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçədən 2 küçə uzaqlıqda olan küçədə yol ilə gedərkən təsadüfən Gülgün onun qarşısına çıxmış və bu zaman Gülgün ona orada nə gəzdiyini sual edərək, onu təhqir etməyə başlamışdır. Gülgünə istədiyi yerdə gəzə biləcəyini deyəndə Gülgün onun ünvanına söyüşlər söyərək, üzərinə gəlmiş və əl atıb onun saçından tutanda o, da əl atıb onun saçından tutmuşdur. Bundan sonra Gülgün əl və ayağı ilə onun bədəninə, sifətinə və qollarına zərbələr vurmağa başlamış, eyni zamanda isə qışqırıb yaxınlıqda yaşayan rəfiqələri olan adını sonradan bildiyi Təhminə və Anna adlı qadınlarıda oraya çağırmışdır. Həmin qadınlar da oraya gəldikdən sonra onları ayırmaq əvəzinə Gülgünə kömək çıxıb onun yumruq və təpik zərbələri ilə bədəninin bütün nahiyələrinə zərbələr vurmuşlar. Özü nə qədər qışqırıb kömək çağırsada ətrafda səs-küyə oraya yığışmış şəxslərin, o cümlədən qonşuların heç biri yaxınlaşıb onu Gülgünün əlindən almamışdır. Dava zamanı sifət nahiyyəsindən, qolundan və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almış, sağ əlinin şəhadət barmağının dırnağı isə qopmuşdur. Bundan sonra birtəhər Gülgünün və tanımadığı qadınların əlindən çıxıb qaçaraq taksiyə minmiş və Gəncə şəhər Nizami rayon polis idarəsinə gedib Gülgünlə yanında olan şəxslərin onu döymələri barədə şikayət etmişdir. Gülgünlə aralarında baş vermiş dava təxminən 30-35 dəqiqə davam etmişdir. Dava zamanı Gülgünün üstünə hücum etməmiş və onu döyüb xəsarət yetirməmişdir. Gülgün onu səbəbsiz olaraq döyüb xəsarət yetrimişdir. Hadisə zamanı ətrafa tanımadığı çoxsaylı qonşular yığışıb davaya tamaşa etsələr də onun yalvarışlarına baxmayaraq heç biri gəlib onu Gülgüngilin əlindən almamışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışmamış və təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla həm qonşuluqda yaşayır, həm də rəfiqəsidir. Zərərçəkmiş şəxs isə hadisəyə qədər tanımamış və onunla heç bir ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində evdə olan zaman bir nəfər tanımadığı qadın onun evinin qapısını döymüş və qapını bacısı Anna açmışdır. Evdə olan zaman bacısının az yaşlı uşağı qaça-qaça gəlib ona çöldə dava olduğunu və anasının onu çağırdığını söyləmişdir. Həmin vaxt o, çölə çıxanda qapının qarşısında rəfiqəsi Gülgünlə adı sonradan ona məlum olan Həqiqətin dalaşdıqlarını və qarşılıqlı söyüşdüklərini, bacısı Annanın isə onları aralaşdırmağa çalışdığını görmüşdür. Hadisəni görüb onlara yaxınlaşaraq hər ikisi, yəni bacısı ilə birlikdə köməkli Gülgünlə Həqiqəti aralaşdırdıqdan sonra o, Gülgünü çəkib kənara aparmışdır. Bundan sonra Həqiqət isə orada dayanıb onu gözləyən taksiyə minib çıxıb getmişdir. Sonradan maraqlananda Gülgünün əri Əzizlə Həqiqətin əvvəllər sevgi münasibətində olduğunu və davanın da məhz bu səbəbdən onlar arasında yarandığını öyrənmişdir. Dava zamanı nə o, nə də bacısı Zərərçəkmiş şəxs vurmamış, döyməmiş, yalnız hər iki şəxsi aralaşdırmışdır. Həmin vaxt isə yaxınlıqda yaşayan qonşulardan Knyaz, Amalya, Nahidə və sair xatırlamadığı bir neçə şəxs küçəyə çıxıb davanı görmüş, lakin onların heç biri yaxınlaşmayıb, yalnız davanı seyr etmişlər. Həqiqətlə Gülgün bir-biri ilə mübahisə edib dalaşan zaman bir-birlərinin ünvanına nəlayiq, küçə söyüşləri işlətmiş və onlar arasında dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, həm də onun rəfiqəsidir. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış və onunla heç bir ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində evdə olan zaman bir nəfər tanımadığı qadın onların evinin qapısını döymüş və o, qapını açmışdır. Həmin vaxt qapıda tanımadığı, lakin sonradan adı ona məlum olan Həqiqəti görmüşdür. Elə həmin vaxt Gülgün oraya gəlmiş və o, küçədə söyüşmə səsləri eşitmiş və bayıra çıxanda evin qarşısında küçədə Gülgünlə Həqiqətin qarşılıqlı olaraq birbirlərini tutub dartışdıqlarını görmüş və onları aralamağa çalışmış, lakin aralaya bilməmiş və az sonra bacısı Təhminə gəlmişdir. Bundan sonra bacısı Təhminə ilə köməkli Gülgünlə Həqiqəti ayırmış və bacısı Gülgünü bir qədər kənara aparmış, Həqiqət isə orada dayanıb onu gözləyən taksiyə minib çıxıb getmişdir. Sonradan Gülgünün qeyri-rəsmi ər-arvad münasibətində olduğu Əziz adlı şəxslə Həqiqətin də qeyri-rəsmi münasibəti olduğunu, davanında həmin məsələdən qaynaqlandığını Gülgündən öyrənmişdir. Dava zamanı nə özü, nə də bacısı Zərərçəkmiş şəxs vurmamış, döyməmiş, yalnız hər iki şəxsi ayırmışdır. Həmin vaxt yaxınlıqda yaşayan qonşular, Knyaz, Amalya, Nahidə və sair xatırlamadığı bir neçə şəxs küçəyə çıxıb davanı kənardan izləyib yaxına gəlməmişlər. Dava zamanı Həqiqətlə Gülgün bir-birlərinin ünvanına söyüşlər işlətmiş, qarşılıqlı olaraq bir-birlərinə əlqol atmış və onlar arasında dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2014-cü ildən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs ilə bir neçə il əvvəl təxminən iki dəfə sevgi münasibəti yaşamış və həmin vaxt Həqiqət ondan hamilə qalmış, nəticədə 2015-ci ildə ondan bir oğlan övladı olmuşdur. Hazırda oğluna görə Həqiqətə aliment ödəyir. Təqsirləndirilən şəxs X3 isə qeyri-rəsmi ər-arvad münasibətində olan şəxsdir və həmin evlilikdən də 1 övladı vardır. O, Həqiqətdən bir neçə il əvvəl ayrılsa da Həqiqət ondan əl çəkmir və ötən müddət ərzində bir neçə dəfə yaşadığı evə gəlib münaqişə yaratmışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Həqiqət qeyri-rəsmi yaşadığı Gülgünün qonşuluğunda yaşayan Təhminə adlı qadının evinə gedib orada Gülgünlə mübahisə etmiş və onlar arasında dava baş vermişdir. Lakin o, həmin mübahisə və dava-dalaşı görməmişdir. Sonradan bilmişdir ki, Həqiqət gedib polisə şikayət etmişdir ki, guya onu qeyri-rəsmi yaşadığı Gülgün və tanımadığı bir neçə qadın döyərək xəsarət yetirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 25 mart 2022-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Gəncə şəhəri, Gülüstan qəsəbəsi Qəmərli küçəsinin yuxarı hissəsində yerləşən yeni tikilmiş, Şahid2 evinin yanıdır. Baxış zamanı protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 4457 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikasının AA3993888 nömrəli və AA3645855 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Mələkxanım və xx.xx.2006-cı il təvəllüdlü Zaur adlı iki uşağı var. Gəncə şəhəri 21 saylı küçə üçlüyü tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 30 mart 2022-ci il tarixli 453 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və şişkinliyi, sağ əlin İİ barmağının dırnaq sədəfinin travmatik düşməsi, yarası, hər iki bazu nahiyələrinin qançırları - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. 22 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü material ayrılaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə göndərilməsi, həmçinin Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmələri xüsusatı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, eyni zamanda Şahid2 və Şahid1 barələrində yalan ifadə vermə faktına görə material ayrılaraq əməllərinə hüquqi qiymət verilməsi üçün Gəncə şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxsnun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə istintaqı zamanı X2 ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib, zərərçəkmiş şəxsi vurmadığını, ona qarşı xuliqanlıq hərəkəti etmədiyini göstərsə də məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusu, o cümlədən zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və cinayət işində olan və tədqiq edilən sübutlarla onun törətmiş olduğu cinayət əməli tam sübuta yetdiyindən məhkəmə həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verdiyi ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 21 mart 2022-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvansız fərdi yaşayış evinin qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs onun qeyri-rəsmi yaşadığı Şahid3 əl çəkməməsini bəhanə edib çoxsaylı insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əli ilə onu döyüb ona sol göz ətrafı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və şişkinliyi sağ əlin, İİ barmağının dırnaq sədəfinin travmatik düşməsi, yarası, hər iki bazu nahiyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib qərəzli xuliqanlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, ictimai təhlükəsizlik, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarından islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356,358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-47/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-47/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver