Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-47/2024 07.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1970-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Rusiya Fedrasiyasının CM-nin 228M 2H maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 9.14 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 15 mart 2023-cü il tarixdə, saat 14:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Vaqif küçəsi döngə 1, ev 3 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin QBRŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik təmiz çəkisi 9.14 qram olan narkotik vasitə, qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 9.14 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 15 mart 2023-cü il tarixdə, saat 14:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Vaqif küçəsi döngə 1, ev 3 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin QBRŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik təmiz çəkisi 9.14 qram olan narkotik vasitə, qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, O, 15 mart 2023-cü il tarixdə yaşadığı evin qabağında küçədə maşınını təmir etdiyi zaman qara rəng “BMW” markalı avtomobil gəlib küçədən keçmişdir. 10 dəqiqə sonra həmin maşını onun maşınının yanında saxlamışlar. Maşının içində 4 nəfər olmuş, onlardan 2 nəfər maşından düşmüş, digərləri isə maşında gözləmişlər. Maşından düşən iki nəfər ona yaxınlaşaraq bildirmişlər ki, “usta işin avand olsun, maşının problemi nədir?”. O, həmin şəxsləri tanımadığını bildirmişdir. O, düşünmüşdür ki, onların qonşuluğunda hüzr yeri olduğu üçün həmin şəxslər ora gəlmişlər. Ona yaxınlaşaraq qonaq olduqlarını bildirmişlər və onlara 5 dəqiqə vaxt ayırmasını istəmişlər. O, onları evinin həyətinə dəvət etmiş, lakin onlar həyətə keçməmişlər. Onu maşına mindirmişlər, təxmini 15 metr getdikdən sonra ondan telefonunun olub-olmamasını soruşmuşlar və o, cavab olaraq telefonunun olduğunu bildirmişdir. Maşını saxlamışlar və o, evindən telefonunu götürərək təkrar maşına qayıtmışdır. Telefonu maşında ondan almışlar. Onu Göyçay rayonu Su Kanalı İdarəsinə aparmışlar, orada onu qara Vita markalı maşına mindirmişlər, həmin maşında 3 nəfər olmuşdur. Onun qoluna qandal vurmuşlar. Onu yarım saat Göyçayda gözlətmişlər, sonra isə onu Gəncə şəhərinə aparmışlar. Onu sual-cavab etmişlər. Ona bildirmişlər ki, o, Pərviz adlı şəxsə narkotik daşıyır. Ona 500(beş) yüz manat pul təklif etmişlər ki, Pərviz adlı şəxslə iş birliyində olmağı üzərinə götürsün. Onu döymüşlər, ona qarşı nalayiq ifadələr işlətmişlər. Ona bildirmişlər ki, narkotik vasitənin onun olduğunu üzərinə götürsə, o yaşlı olduğu üçün tutulmayacaq. Sonra polislər ona 20 manat pul verərək onu Göyçaya yola salmışlar. Sabahsı gün o, Pərviz adlı şəxsin atasının mağazasına getmiş Pərvizin qardaşının nömrəsini götürmüş, onunla əlaqə saxlayaraq Pərvizlə görüşmüşdür. Göyçay polisi ona təzyiq göstərmiş, o, bununla bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayətlər ünvanlamış və nəticədə ona heç bir köməklik edilməmişdir. Polis əməkdaşları tərəfindən tutulan zaman üzərində və avtomobilində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları onu döyərək üzərinə zorla narkotik vasitələr qoymuşdur. Sonda o, barəsində bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Göyçay rayonu çox böyük bir yer olmadığı üçün orda insanlar rahatlıqla bir-birlərini tanıyırlar. O, Pərvizi tanıyır. Ona bildirmişlər ki, güya o, harasa gedib Pərvizə narkotik vasitə gətirmişdir. O, tutulmamışdan 10 gün qabaq toyda nəşə çəkmiş, nəşəni toya kimin gətirdiyini bilməmiş, ona nəşə verən şəxsi tanımamışdır. Eyni zamanda o, 6 il bundan qabaq nəşə istifadə etdiyini bildirmişdir. O, tutulmamışdan qabaq Pərvizlə cəmi birdəfə əlaqə saxlayaraq ona bildirmişdir ki, onun qonşusu Zülfiyyə adlı şəxs və onun oğlu Elvin adlı şəxs narkotik satışı ilə məşğul olurlar. O, şöbədə onu döyən polisləri tanımadığını bildirmişdir. Onlar bir-birinə müraciət edəndə onların adlarının Elvin və İkram olduğunu öyrənmişdir. O, Gəncə şəhərində bilmişdir ki, həmin onu döyən şəxslər Bakı şəhərindən gəlmişlər. Gəncə şəhər Polis Şöbəsinin işçiləri onu döyməmişdir. Onu döyən polis işçiləri ona pul təklif edərək onun Pərvizlə iş birliyində olmağı üzərinə götürməyini istəmişlər. X5 İdarəsində döymüşlər.Videoçəkiliş zamanı qabaqcadan onun cibinə kağız bükümü qoyaraq şəkiliş etmişlər. O, cibinə qoyulan bükümün içində nə olduğunu qabaqcadan bilməmişdir. Onu döyüb narkotik vasitəni cibinə qoymağa məcbur etmişlər, o, vəkilə bununla bağlı heçnə bildirməmişdir. Çəkiliş zamanı narkotik vasitəni yaşadığı evin küçəsində tapdığını bildirmişdir.O, ittiham aktına məcbur qol çəkmişdir. Müstəntiqdən dindirilməsini tələb etmiş və cavab olaraq ona bildirilmişdir ki, məhkəmə iclasında dindiriləcəkdir. O, bildirmişdir ki, heç kim onun ifadəsini almamış, o dindirilməmişdir. Onun vəkili sadəcə çəkiliş zamanı orda olmuşdur. O, azadlığa buraxıldıqdan sonra bununla bağlı bir neçə yerə şikayətlər ünvanlamış, lakin heç bir nəticə əldə etməmişdir, onun şikayətləri təmin edilməmişdir. Rəhman onun İdarəyə aparılmasında iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisəni tam xatırlamır. Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Göyçay rayon sakini Fizuli adlı şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi ilə məşğuldur. O, bildirmişdir ki, təqsirləndirilən şəxsin tutulmasında və şəxsi axtarış istintaq hərəkətinin aparılmasında iştirak etmişdir. Vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış və o, üzərindəki narkotik vasitəni könüllü olaraq təhvil vermişdir. O, bildirmişdir ki, təxmini olaraq hadisənin mart ayında olması onun yadında qalmışdır. Şahid qismində dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Füzuli yalan deyir, o, Füzulinin tutulmasında və şəxsi axtarışda iştirak etmişdir.O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etmiş və ifadəsini oxuyub imzaladığını bildirmişdir. Əməliyyat məlumatı ona deyil Şahid1 daxil olmuş və Şahid1 raportla Baş İdarəyə məlumat vermişdir. Onlar Göyçay rayonuna birlikdə getmişlər, Füzulini tam olaraq harda tutduqlarını xatırlamır. Hadisənin olmasında uzun müddət keçdiyi üçün hadisəni tam olaraq xatırlamır. O, Füzulinin tutulmasında köməkçi kimi iştirak etmişdir. Şəxs ona verilən siyahıdan özünə vəkil seçmişdir. İdarədən vəkilə kimin zəng etdiyini xatırlamadığını bildirmişdir. Göyçay rayonundan Gəncə şəhərinə neçə saat ərzində çatdıqlarını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Göygöl şəhəri, Vaqif küçəsi D1, ev 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 15 mart 2023-cü il tarixdə saat 13 radələrində BNMİ-nin QBRŞdə gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Göygöl rayon sakini Füzuli adlı şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi ilə məşğuldur. Bundan sonra o, şöbənin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində 15 mart 2023-cü il tarixdə, saat 14 radələrində adı və soyadı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs Göygöl şəhəri, Vaqif küçəsi D1, ev 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlayaraq özlərini təqdim edib xidməti vəsiqələrini təqdim etmişlər və onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda əsaslı şübhələr olduğunu bildirib onu BNMİ-nin QBRŞ-ya gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi1 dəvət edib Fizuli Babayevə təqdim etmişlər və o, ona təqdim olunmuş Müdafiəçi1 tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq X9 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan oluranmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərmə şəxsi axtarış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən l ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik büküm, aşkar edilmişdir. Həmin 1 ədəd sellofanın içərisindəki kütlə elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş kütlənin narkotik vasitə marixuana olduğunu, tutulmamışdan bir gün əvvəl yaşadığı Göyçay rayonundakı evinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin bükümdən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılıb üzəri DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatları vardır. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirak edən, Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təstiq etdiyini və əlavəsinin olmadığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hal-hazırda başqa işlə bağlı İstintaq Təcridxanasındadır. O, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olmuşdur. Ona əməliyyat məlumatı daxil olduğu zaman o, bütün bölgələrə gedə bilirdi. O, hadisə olduğu gün Göyçay rayonundan Gəncə şəhərinə nə qədər vaxt ərzində və hansı maşınla gəldiyini xatırlamadığını bildirmişdir. Təhqiqatçının adı onun yadında qalmamışdır. Füzuli adlı şəxsin üzərindən nə çıxdığını xatırlamır. Narkotiklərlə Mübarizə İdarəsinin X8 öz təhqiqatçısı olur, əgər ehtiyac olarsa kənardan təhqiqatçı dəvət oluna bilər. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, rəsmi olaraq BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. ünvan 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 15 mart 2023-cü il tarixdə saat 13 radələrində BNMİ-nin QBRŞdə gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Göyçay rayon sakini Füzuli adlı şəxs qanunsuz olaraq narkotik vasitə və pisxotrop maddə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi ilə məşğuldur. Bundan sonra o, şöbənin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2023-cü il tarixdə, saat 14 radələrində adı və soyadı sonradan onlara məlum olan X6 ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlayaraq özlərini təqdim edib xidməti vəsiqələrini təqdim etmişlər və onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda əsaslı şübhələr olduğunu bildirib onu BNMİ-nin QBRŞ-ya gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi1 dəvət edib Fizuli Babayevə təqdim etmişlər və o, ona təqdim olunmuş Müdafiəçi1 tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq X9 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud pvedment varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Fizuli Babayevin üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən l ədəd sellofanda açıq yaşıl rəngli spesiftk iyə malik büküm, aşkar edilmişdir. Həmin 1 ədəd sellofanın içərisindəki kütlə elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş kütlənin narkotik vasitə marixuana olduğunu, tutulmamışdan bir gün əvvəl yaşadığı Göyçay rayonundakı evinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin bükümdən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılıb üzəri DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. X4 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatları vardır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş təhqiqatçı, polis kapitanı X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə saxlanılaraq Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional İdarəsinə aparılmışdır. İdarədə onun hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş və üzərinə şəxsi axtarış keçirilmiş üzərində olan narkotik vasitə götürülərək qablaşdırılmışdır. Əlavə şahid qismində dindirilmiş təhqiqatçı, polis kapitanı X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən qurudulmuş marixuana aşkar edilmişdir. Marixuananın çəkisinin nə qədər olduğunu xatırlamır. Füzuli Göyçay rayonunda saxlanılaraq Narkotiklərlə Mübarizə İdarəsinin X12 gətirilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Vəkilin nə vaxt, saat neçədə gəldiyi onun yadında qalmamışdır. Füzuliyə onlar tərəfindən hər hansı bir fiziki güc tətbiq edilməmişdir. Füzulinin bildirdikləri özünü müdafiə xarakteri daşıyır. O, X13 deyil, Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşıdır. Əməliyyat qrupunun yaradılması ilə bağlı əmir verilmiş və o, rəhbərliyin göstərişi ilə orda olmuşdur. Hadisə olan vaxt Füzuli ilə bərabər başqa adamında sənədləşməsi olmuş, həmin şəxs də Göyçay rayonundan gətirilmiş, amma həmin şəxsin adını xatırlamadığını bildirmişdir. Füzuli gətirilməmişdən qabaq o, rəhbərliyin əmrinə əsasən Şöbədə olmuşdur. Füzuli Göyçay rayonunda tutulan zaman o, orda olmamışdır. Sənədləşdirmə qurtardığı zaman o, həmin günün axşamı Baş Narkotiklə Mübarizə İdarəsinə, Bakı şəhərinə qayıtmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş: - 15 mart 2023-cü il tarixli “şübhəli şəxsi tutma” protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmudur. -Məhkəmə-bioloji ekspertizasının 16 mart 2023-cü il tarixli 16/322 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "X4 üzərində aşkar edilmiş kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 9,14 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Məhkəmə-narkoloji ekspertizasının 24 iyi 2023-cü il tarixli 1304 nömrəli rəyində göstərilmişdir ki, X9 narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - 15 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və DVD diskdəki video görüntüdən görünür ki, təhqiqatçı tərəfindən X4 şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, şübhəli şəxs Fizuli Babayevin üzərində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir, təklifdən sonra X4 üzərin əşəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Fizuli Babayev əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik büküm aşkar edildi. Sorğu zamanı Fizuli Babayev üzərindən aşkar olunub götürülmüş kütlənin narkotik vasitə marixuana olduğunu, tutulmamışdan bir gün əvvəl yaşadığı Göyçay rayonundakı evinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin bükümdən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirdi. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılıb üzəri DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilir, imzalarla təsdiq olunur. Fizuli Babayev verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan halhazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X1 Fedrasiyası, Yaroslavl vilayətinin Yaroslavl şəhəri Krasnopresnensk rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə RF.CM-nin 228M 2H bəndi ilə təqsirli bilinib 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzasının sonu ilə azad edilmişdir. -Göyçay rayon icra hakimiyyəti başçısının Göyçay şəhəri üzrə nümayəndəsindən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, X9 cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. -Gəncə şəhər Narkoloji Dispanserindən alınmış, 08.07,2023-cü il tarixli arayışda göstərilmişdir ki, X2 şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 4299 nömrəli arayışda göstərilmişdir ki, X9 oğlu Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələri və psixotrop maddələri polisdə üzərinə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün həqiqəti deyərək həmin narkotik vasitələrin və psixotrop maddələrin polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. O, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin onun tərəfindən tapıldığını bildirir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Bundan əlavə, müdafiə tərifinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsinin müəyyən edilməsi, eyni zamanda həmin nömrəyə daxil olan və çıxan zənglərin dairəsinin müəyyən edilməsi ilə bağlı Qərar qəbul edilmiş, məhkəmədə qeyd edilən məlumatları əks etdirən CD diskə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən əməliyyatçıların istifadəsində olan mobil nömrələrin anten dairəsinin müəyyən edilməsi haqqında Qərar qəbul edilmiş, lakin Azərcell MMC tərəfindən verilmiş cavab məktubunda vəsatətdə vaxt intervalının düzgün qeyd edilməməsi səbəbindən məlumatların verilməsinin qeyri-mümkün olması qeyd edilmişdir. Bu barədə yeni məzmunda vəsatət məhkəməyə daxil olmamışdır. Müdafiə tərəfinin digər vəsatəti Təqsirləndirilən şəxs saxlanılması zamanı həmin gün saxlanılan digər şəxs Ruslan Qasımovun cinayət işinə baxış keçirilməsi ilə bağlı olmuşdur. Vəsatət təmin edilərək qeyd edilən cinayət işinə baxış keçirilməsi təmin edilsə də, cinayət işində hazırki cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib gəzdirməsi və saxlaması tamamilə sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 də həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddənin və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirsələrdə, satdığı şəxslərin dairəsi müəyyənləşdirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, müxtəlif növdə olması, psixorop maddənin və narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə marixuananı satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2023-cü ilin mart ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözügedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar Cinayət Məcəlləsinin 58-ci maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxaraq, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətini (onların əvvəllər məhkum olunmamalarını, yaşını), təyin olunan cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, Gəncə Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli Qərarı əsasında onun barəsində həb qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla həmin müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yerlərini saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 9.09 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD və CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04(dörd) gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 9.09 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-47/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-47/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver