Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-47/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, X2 və Salmanzadə Ülkər Hikmət qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(076)-9/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni 01 ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,514 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən xx.xx.2024-cü il tarixdə saat 02-00 radələrində Gəncə şəhəri, R.Qasımov küçəsində Gəncə şəhər BPİ-nin NMB-in əməkdaşları tərəfindən saxlanılıb, ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış кеçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,514 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni 0,722 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri, ərazisində daşıyarkən, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə ümumi çəkisi 0,722 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hər iki hadisə üzrə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun üzərində narkotik vasitə və ya psixatrop maddə olmamışdır. Birinci hadisə baş verən gün o, Gəncə şəhərində “X11” deyilən yerdə taksidə oturduğu zaman işıqforun yaxınlığında İqbal və Kamranbəy adlı polis əməkdaşları ona yaxınlaşıb onu dizi üstə çökdürərək avtomobilə mindirmiş və Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. İdarədə onun qabağına narkotik vasitə və silah qoyaraq ikisindən birinin onun olmasını boynuna götürməsinə məcbur edilmiş və o, döymüşlər. Digər hadisə baş verən gün isə o, taksi ilə Gəncə şəhərində Sevinc qəsəbəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu saxladıqları zaman onun üzərində narkotik vasitə və yaxud psixatrop maddə olmamışdır. Polis bölməsində onu rəisin otağına aparıb gətirdikləri zaman onun üzəri polis əməkdaşları tərəfindən yoxlanılmış və hadisələrdən birində üzərindən narkotik vasitə, digərində isə psixotrop maddə çıxmışdır. Ona görə də təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, nəşə kimi tanıdığı, marixuanadan istifadə edir, lakin metamfetamin istifadə etmir. Onu polis bölməsində əməliyyatçıların otağında döymüşlər. O, polis bölməsində polislərin təzyiqi nəticəsində narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaq zamanı Şahid3 ifadəsində göstərmişdir ki, hadisədən uzun müddət keçdiyi üçün o, hadisəni tam xatırlamır, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin ifadəsində şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddə qəbul etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2024-cü il tarixdə, saat təxminən 02:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Ruzigar Qasımov küçəsində olmasını müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predment varsa, təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd polietilen torbaya bükülmüş qəhvəyi rəngli kütlə çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən narkotik vasitə olan “heroinə” oxşar kütlə olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş büküm çəksinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş sonra büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin zərfin üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanı Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını könüllü etiraf etmiş və idarədə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zorakılıq yaxud psixoloji təsir göstərilməmişdir. Rəşadı saxladıqları zaman o tək olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddə qəbul etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ruzigar Qasımov küçəsində olmasını müəyyən edib həmin yerə getmişlər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişdirlər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmişdirlər və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nə aparmışdır. O, İdarədə üzərində olan narkotik vasitəni könüllü şəkildə onlara təqdim etmişdir. Məhkəmə istintaq zamanı Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rəşad üzərində olan narkotik vasitənin özünə məxsus olmasını könüllü etiraf etmiş və idarədə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zorakılıq yaxud psixoloji təsir göstərilməmişdir. Rəşadı polis idarəsinə apardıqları zaman Rəşad onlara heç bir müqavimət göstərməmişdir. Rəşad saxlanılan zaman tək olmuş, onu gecə vaxtları saxlamışlar lakin Rəşadı saxladıqları saat dəqiq olaraq onun yadında deyildir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddə qəbul etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə idarənin kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə S.Vurğun prospektinin kəsişməsində olmasını müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni onlara təqdim etmişdir. Rəşad üzərində olan psixotrop maddənin özünə məxsus olmasını könüllü etiraf etmiş və idarədə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zorakılıq yaxud psixoloji təsir göstərilməmişdir. Məhkəmə iclası zamanı şahid Orucov X10 Orxan İlqar oğlu ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntüdən görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X9, Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Gəncə şəhər BPİ-nin İTİ-nin təhqiqatçısı, polis baş leytenantı Elçin Vəliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edildiyini və bir daha izah edilməsinə ehtiyac olubolmadığını aydınlaşdırmaq istədikdə, Təqsirləndirilən şəxs hüquq və vəzifələrin bir daha izah edilməsinə ehtiyac olmadığını bildirir. Daha sonra təhqiqatçı Elçin Vəliyev müvafiq istintaq hərəkətində iştirak edən şəxslərə özlərini təqdim etmələrini təklif edir. Həmin təklifdən sonra Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X13 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Daha sonra ona üzərində qanunsuz narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya ve predmetin olubolmaması, varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol ön yan cibindən 01 (bir) ədəd şəffaf rəngli polietilen torbaya bükülmüş bükümü çıxararaq təqdim edir. Həmin büküm açılır və içərisindən narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxsyə üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütləni haradan əldə etməsi soruşulur və Təqsirləndirilən şəxs cavab olaraq bildirir ki, həmin kütləni bir gün əvvəl yaşadığı ərazidə yerdən tapdığını söyləyir. Son olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni satmaq niyyətinin olmadığını və özü üçün istifadə etmək məqsədilə üzərində daşıdığını bildirir. 01 (bir) ədəd şəffaf rəngli polietilen torbaya bükülmüş kütlə elektron tərəzidə çəkilir və həmin bükümün çəkisinin 0,75 ( sıfır tam yüzdə yetmiş beş) qram olması müəyyən olunur. Bundan sonra sözügedən kütlə qablaşdırılır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 91 nömrəli möhürü ilə möhürlənir və imzalarla təsdiq edilir. -“Qətimkan tədbirin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntüdən görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Gəncə şəhər BPİ-nin İTİ-nin təhqiqatçısı, polis baş leytenantı X1 Rəşad Rauf oğluna Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edildiyini, bir daha izah edilməsinə ehtiyac olub-olmadığını aydınlaşdırmaq istədikdə, Təqsirləndirilən şəxs hüquq və vəzifələrin bir daha izah edilməsinə ehtiyac olmadığını bildirir. Daha sonra təhqiqatçı Hüseynalı Məhərrəmov müvafiq istintaq hərəkətində iştirak edən şəxslərə özlərini təqdim etmələrini təklif edir. Həmin təklifdən sonra Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Daha sonra ona üzərində qanunsuz narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya ve predmetin olub-olmaması, varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol ön yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq təqdim edir. Həmin büküm açılır və içərisindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin metamfetaminı oxşar kütləni haradan əldə etməsi soruşulur və Təqsirləndirilən şəxs cavab olaraq bildirir ki, həmin kütləni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri Atatürk prospektində yaşadığı binanın yaxınlığında yerdən tapmışdır. Həmin 01 (bir) ədəd elektron tərəzidə çəkilir və həmin bükümün çəkisinin 01 (bir) qram olması müəyyən olunur. Bundan sonra sözügedən kütlə qablaşdırılır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 91 nömrəli möhürü ilə möhürlənir və imzalarla təsdiq edilir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. -“Təqsirləndilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və törətdiyi əməli könüllü etiraf etmişdir. -“Qətimkan tədbirin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. -“Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilməsi və istintaqın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır. -Məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2024-cü il tarixli 16/252 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd iç-içə qoyulmuş gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,722 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi-0,722 qram, tədqiqata sərf edildi-0,05 qr qalıq-0,672 -Məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2024-cü il tarixli 16/197 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,514 qram olan maddə, kustar üsulla hazılanmış narkotik vasitə olan heroindir. Heroin çəkisi-0,514 qram, tədqiqata sərf edildi- 0,05 qr qalıq-0,464 - Məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli 1029 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə AR-nın CM-in 177.2.1, 177.2.2,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyi üçün barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdə həbsdə saxlama müddəti başa çatdığı üçün həbsdən azad olunmuşdur. -Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Şəmkir Rayon Məhkəməsinin Gəncə Şəhər Məhkəməsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 1(076)-9/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti cinayət işi ilə birlikdə baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırki vaxtadək qeyd olunan cinayət işi Şəmkir Rayon Məhkəməsinə qaytarılmamışdır. Əlavə olaraq bildirilir ki, Təqsirləndirilən şəxs münasibətdə Şəmkir Rayon Məhkəməsinin 1(076)-9/2025 sayli xx.xx.2025-ci il tarixli hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında AR Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış 255-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. - “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,464 qram olan narkotik vasitə heroin və çəkisi 0,672 qram olan psixotrop maddə metamfetamin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 02 (iki) ədəd DVD disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD disklərə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə olan metamfetaminə oxşar kütlələri çıxarıb təqdim etməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs hər iki epizod üzrə məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. O, arabir narkotik vasitə olan kakos kimi kimi adlandırdığı narkotik vasitə olan heroindən istifadə edir. O, saxlanılmamışdan bir gün əvvəl, yəni 10 fevral 2024-cü il tarixdə saat təxminən 16 radələrində yaşadığı Gəncə şəhəri, Atatürk prospekt 197 ünvanın yaxınlığında qoyulmuş zibil qutularının yanından keçən zaman yerdə ağ rəngli polietilen bükümü olduğunu görmüşdür və diqqətini cəlb etmişdir. Bükümü açıb içinə baxanda görmüşdür ki, içərisində narkotik vasitə olan kakos kimi tanıdığı heroindir. O, həmin bükümü üzərində saxlamışdır ki, sonra istifadə edər. 11 fevral 2024-cü il tarixdə saat 02-00 radələrində o, Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi ilə gedərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduğunu bildirmişlər. Sonra ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə üzərində daşımaqda, saxlamaqda istifadə etməkdə şübhəli olduğuna görə Gəncə şəhər BPİ-nə getməyini bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmişdir. Baş Polis İdarəsinin inzibati binasında xidməti otaqda ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil təyin olunmuş və Baş Polis İdarəsində həmin gün saat 02-20-də şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçisi X7 və digər iştirakçıların iştirakları ilə üzərinə şəxsi axtarış aparılmışdır. Ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və digər qanunsuz saxlanılan əşya varsa təqdim etsin. O da əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd polietilen kəsikdə bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Əlavə olaraq onun üzərinə şəxsi axtarış aparılmış, başqa heç nə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən büküm açılmış və sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilən bükümdəki “kakos” adlandırdığı narkotik vasitə olan heroindir, bir gün əvvəl yaşadığı evin yaxınlığında yerdən tapmış, bir hissəsini istifadə etmiş, heç kimə satmamış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Ondan aşkar olunan həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 0,75 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd bükülüdə olan kütlə çəkildikdən sonra qablaşdırılıb bir ədəd zərfə qoyularaq möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən və özü tərəfindən imzalanmışdır. Onu polis əməkdaşları yaxalayarkən və barəsində rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində olarkən mülki geyimdə 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onlar ona Gəncə şəhər BPİ-nə getməyi təklif etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birliklə Gənə şəhər BPİ-nə getmişdir. Daha sonra onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetamini, sağ yan cibindən 1 ədəd “Realmi” və 1 ədəd “Samsung Dous”markalı mobil telefonu çıxardaraq, təqdim etmişdir. Həmin bükülünün nə olması soruşulmuş, o, bükülmüş halda olan kütlənin “patı olduğunu, bükülünü həmin gün Gəncə şəhəri, Atatürk prospektində yaşadığı binanın yaxınlığında yerdən tapdığını, həmin kütlədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını özünün istifadə etdiyini bildirmişdir. Sonra iştirakçılar tərəfindən üzərinə axtarış keçirilmiş və üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş külə iştirakçıların yanında açılmış, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş kütlə tərəzidə çəkilmiş və ümumi çəkisi 01 qram müəyyən edilmişdir. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq üzəri möhür ilə möhürlənmişdir. Bundan sonra 1 ədəd “Realmi” və 1 ədəd “Samsung Dous”markalı mobil telefonlar sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. Onun narkotik vasitəni və psixotrop maddəni hər hansı bir şəxsə satmaq niyyəti olmamışdır. O, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yaşadığı binanın yaxınlığında yerdən tapmışdır. digər narkotik vasitə heroini isə 10 fevral 2024-cü il tarixdə saat təxminən 16 radələrində yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanın yaxınlığında qoyulmuş zibil qutularının yanından keçən zaman yerdən tapmış və hər iki maddəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ailə üzvlərindən və ya digər kiminsə saxladığı narkotik vasitədən, psixotrop maddədən xəbəri olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki, nədə ki, digər təzyiqlər olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disklər məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs müdafiəçisinin yanında ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin hər iki cinayət faktı üzrə polis əməkdaşları tərəfindən tutularkən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olmaması, ağırlaşdıran halın olmasını nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(076)-9/2025 nömrəli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 13 aprel 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət və hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət – cəmi 03 (üç) ay 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli Şəmkir Rayon Məhkəməsinin hökmü ilə barəsində həbs qətimkan tədbirinin seçildiyi 02 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və hazırda Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır . Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədiqaqatdan qalıq qalmış 0,672 qram psixotrop maddə metamfetamin və 0,464 qram narkotik vasitə olan heroin məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64,80 manat (altmış dörd manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir (CPM 198.1) Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün (55 iş saatı) 6 manat hesablanmaqla 330 (üç yüz otuz) manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün (10 iş saatı) 11 manat hesablanmaqla 110 (yüz on) manat, ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 440 (dörd yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(076)-9/2025 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə 13 aprel 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət və hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət – cəmi 03 (üç) ay 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədiqaqatdan qalıq qalmış 0,672 qram psixotrop maddə metamfetamin və 0,464 qram narkotik vasitə olan heroin məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64,80 manat (altmış dörd manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə münasibətdə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-47/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-47/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver