Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-474/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binаsındа açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Gəncə şəhəri M.Hacıyev küçəsi ev 13 mənzil 54-də şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı anası Zərərçəkmiş şəxs baş nahiyəsindən mobil telefon ilə bir dəfə və sağ qolundan əliylə qəsdən vurmaqla təpə nahiyəsinin əzilmiş yarası, sağ said nahiyəsinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmədə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edir. O, ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. O və anası bir ünvanda yaşamalarına baxmayaraq aralarındakı münasibətləri normal deyil. O, əvvəlcə Ukraynaya getmiş, orada müharibə olduğu üçün Almaniyaya göndərilmiş, 1 il əvvəl isə Azərbaycana qayıtmışdır. Qayıtdıqdan sonra bir-iki yerdə işləmək istəsə də, işləyə bilməmiş, indiyədək işsiz qalmışdır. Anası ilə münasibətlərinin pis olmasına səbəb kimi anası Sevilin onun şəxsi işlərinə qarışmasını göstərdi. Bundan başqa o, anası Sevilin hərəkətlərindən təngə gəldiyini və bu səbəbdən dəfələrlə aralarında sözlü mübahisələrin olduğunu bildirdi. xx.xx.2024-cü il tarixində saat 22 radələrində o, bacısı Sevinc ilə telefonla danışan zaman anası Zərərçəkmiş şəxs da evdə olduğunu və anasının bacısı Sevinclə görüntülü zənglə danışmaq istədiyini, lakin anası Sevilə mobil telefonunda meqabaytının az olduğunu, bu səbəbdən görüntülü danışa bilməyəcəyini demişdir. Bundan sonra anası Sevil israrla ona Sevinc ilə görüntülü danışmağını tələb etdiyini, dəfələrlə anası Sevilə izah etsə də, anası Sevil təkid edərək, çox danışmaqla onu təngə gətirdiyini, bu səbəbdən də əsəbləşərək əlində olan mobil telefonu Sevilin baş nahiyəsinə qəsdən atıb vurduğunu, bundan sonra isə anasının sağ qolundun bir dəfə də əliylə vurduğunu, əsəbi halda anasının ünvanına nalayiq ifadələr işlədərək təhqir etdiyini bildirdi. Bundan sonra anası Sevilin evi tərk edərək getdiyini, bir müddət sonra yaşadığı evə polis əməkdaşlarının gəldiyini və onu Gəncə şəhər 1-ci Polis şöbəsinə dəvət etdiklərini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Hazırda o, zərər çəkmiş şəxslə barışıq əldə etmiş, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, yazılı ərizə verərək, onun barəsində başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. xx.xx.2024-cü il tarixində Bakı şəhərində yaşayan qızı ilə oğlu Vüsal telefonla danışan zaman o, qızı ilə görüntülü danışmaq istədiyini bildirmiş lakin, Vüsal telefonunda internet olmadığı üçün bunun mümkün olmadığını demişdir. O, Vüsalın internetinin olmamasını eşitməmiş və israrla danışmaq istədiyini bildirmişdir. Bu zaman Vüsal anidən əlində olan mobil telefonu onun baş nahiyəsinə atmış, üzərinə uca səslə qışqıraraq onunla mübahisə etməyə başlamışdır. Ancaq bu hadisələrin baş verməsinə özü səbəb olmuş, oğlu Vüsal hirsləndirdiyi üçün aralarında belə bir mübahisə yaranmışdır. O, da həmin vaxt əsəbi olduğundan polis şöbəsinə ərizə ilə özü müraciət etmişdir. Lakin, hazırda oğlu Vüsalı polisə verdiyi üçün peşman olmuş, onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən yazılı ərizə verərək, təqsirləndirilən şəxsin barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 1453 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpə nahiyəsinin əzilmiş yarası, sağ said nahiyəsinin hematoması - küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilmişdir. xx.xx.2024-cü il tarixli, 5460 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2024-cü il tarixli, 5359 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2024-cü il tarixdə Gəncə şəhər MKTİB-nin 1 nömrəlixidmət sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi zərər ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs, CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış, cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1, 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 06 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat pul köçürülməlidir. Əməli törətmiş şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-474/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-474/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver