Məhkəmə qərarları › İş №1(125)-475/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-475/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-475/2023 13.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Şahsevənlər küçəsi, dalan 3, ev 13-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs onu "xxxx" ASC-yə işə düzəldəcəyi barədə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun 10 iyul 2022-ci il tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə özünə məxsus 5213 6751 8462 9856 saylı “X9”a məxsus kart hesabı göndərdiyi 500 manat pulu, 2022-ci ilin iyul ayında istintaqa məlum olmayan tarixdə yaşadığı ünvan 1 ünvanında 2250 manat pulunu ələ keçirərək ümumilikdə ona vahid niyyətlə 2750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs Şəadət oğlu Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 1 ildiki tanımışdır. Zərərçəkmiş şəxs ilə Bakı şəhərinə gedən zaman avtobusda tanış olmuşdur. Sonradan onun və ailəsinin Elyarla etibarlı münasibəti yaranmışdır. Esmira və həyat yoldaşı ondan işə düzəlməkdə çətinlik çəkməsini demiş və onu hər-hansı bir yerə işə düzəltməyini xahiş etmişdir. Oda Zərərçəkmiş şəxs adam tapıb İşıq İdarəsində işə düzəlməyə köməklik edə biləcəyini bildirmişdir. Esmiraya İşıq İdarəsində işə düzəlməyə köməklik edə biləcəyi üçün Esmiradan 2750 manat pul istəmişdir. İlkin olaraq 500 manat pulu Esmiradan ona məxsus 5213 6751 8462 9856 saylı AzərTürk bank kartına göndərməsini istəmişdir. Təxminən iyul ayının əvvəllərində Esmira onlayn şəkildə 500 manatı onun kart hesabına göndərmişdir. Daha sonra qalan 2250 manat pulu isə Zərərçəkmiş şəxs yaşadığı evdə yəni Gəncə şəhəri Bağbanlar qəsəbəsində yerləşən fərdi yaşayış evində əlbəəl almışdır. Pulu alanda özünün bu sahədə tanışlarının əslində olmamasını, işi düzəldə bilməyəcəyini qabaqcadan bilmiş, niyyəti aldığı pul məbləğlərini digər xərclərinə yönəltmək olmuşdur. Sonradan Esmiranın onun barəsində müvafiq orqanlara şikayət etməsini öyrənmişdir. Ona görə də Esmiranın zərərini tez bir zamanda ödəmiş, onunla barışıq əldə etmişdir. Bu halın nəzərə alınmasını, onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, o, 07 iyun 2022-ci il tarixdə qızının imtahan verəcəyi üçün Gəncə şəhərindən Bakı şəhərinə gedən avtobusların biri ilə o həyat yoldaşı Seymur və qızı Ləmanla Bakı şəhərinə getmişdirlər. O, avtobusla gedən zaman avtobusda olan Elyar adlı şəxslə tanış olmuşdur. Avtobusda olan şəxslərlə iş barəsində söhbət düşən zaman Elyar onu işə düzəldə biləcəyini bildirmişdir. Elyar ona İşıq İdarəsində tanışı olduğunu, istəsə onu İşıq İdarəsinə operator vəzifəsinə 3500 (üç min beş yüz) manata düzəldə biləcəyini demişdir. O, həmin məbləğdə pulunun olmadığını, ən çoxu 2750 manat pul düzəldə biləcəyini demişdir. Elyar da danışıb həmin məbləğə həll etməyə çalışacağını demişdir. O, həmin günü Gəncə şəhərinə qayıtmışdır. Elyar onun telefonu ilə əlaqə saxlayaraq onun işini 2750 manata danışdığını, iş tam hazır olan zaman pulu ondan alacağını bildirmişdir. Bu müddətdə Elyar onun ilə daimi əlaqə saxlamış, işin tezliklə düzələcəyini, sentyabr ayında işə çıxacağını bildirmişdir. 10 iyul 2022-ci il tarixdə Elyar onun ilə əlaqə saxlayaraq ilkin beh olaraq 500 manat pul göndərməyini istəmişdir. 10 iyul 2022-ci il tarixdə saat 19:17-də o Elyarın ona göndərdiyi 5213 6751 8462 9856 nömrəli Təqsirləndirilən şəxs adına olan “X9” ASC-yə məxsus bank hesabına Gəncə şəhər Cavadxan küçəsində yerləşən MilliÖn elektron ödəmə sistemi vasitəsiylə 500 manat pul yükləmişdir. Daha sonra təxminən 2-3 gün sonra Elyar təkrar onun ilə əlaqə saxlayaraq ona qalan 2250 manat pulu verməyini istəmiş və avqust ayının 1-dən işə başlayacağını bildirmişdir. İyul ayının təxminən 12-si Elyar onun yaşadığı ünvan 2 ünvanına gəlmişdir. O, yaşadığı evdə ona 2250 manat pul vermişdir. O, həmin məbləğdə pulu Elyara verən zaman yanında həyat yoldaşı Seymur və anası Şövkət olmuş və hadisənin şahidi olmuşdurlar. Bundan sonra Elyar mütəmadi olaraq ona yalan vədlər verərək işini düzəldəcəyini bildirərək onu aldatmış və yalan vədlər vermişdir. O, iyul ayının sonlarında Elyarın onu aldatdığını və ona yalan vədlər verdiyini görmüş Elyardan ona verdiyi 2750 manat pulunu qaytarmasını tələb etmişdir. Elyar ona bir həftə ərzində aldığı pulu qaytaracağını bildirmişdir. Lakin bir həftə keçdikdən təkrar Elyar ilə əlaqə saxlamış və Gəncə şəhərində yerləşən “Univermaq” adlandırılan ticarət mərkəzinin yanında Elyar ilə görüşmüşdürlər. Elyar özünə məxsus avtomobili lombarda qoyaraq qısa müddət ərzində ondan aldığı 2750 manat pulu qaytaracağını bildirmişdir. Təxminən bir həfdə sonra Elyarla dəfələrlə istifadəsində olan nömrəyə zəng edərək əlaqə saxlamağa çalışsada, Elyar onun və həyat yoldaşının zənglərinə cavab verməmişdir. Bundan sonra o bu barədə ərizə ilə polisə müraciət etdmişdir. Elyar onu Azər İşıq ASC-yə işə düzəldəcəyini vəd edərək ondan həmin məbləğdə pulu almış, o Təqsirləndirilən şəxs həmin məbləğdə pulun 500 manatını Təqsirləndirilən şəxs adına olan 5213 6751 8462 9856 nömrəli "xxxx" ASC-yə məxsus bank hesabına Gəncə şəhər Cavadxan küçəsində yerləşən MilliÖn elektron ödəmə sistemi vasitəsiylə göndərmiş, qalan 2250 manat məbləğdə pulu isə yaşadığı ünvanda vermişdir. O, yaşadığı evdə Elyara 2250 manat pul verən zaman yanında həyat yoldaşı Seymur və anası Şövkət olmuş, MilliÖn ödəmə sistemi vasitəsiylə 500 manat Elyarın kart hesabına yükləyən zaman isə yanında həyat yoldaşı Seymur olmuşdur. Şahid2 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şəadət oğlunu əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə tarixdə həyatyoldaşı Zərərçəkmiş şəxs və qızı Ləman ilə birlikdə Bakı şəhərinə gedən zaman avtobusda Təqsirləndirilən şəxs Şəadət oğlunu tanımışdır. O, həyatyoldaşı Zərərçəkmiş şəxs ilə avtobusda iş barəsində söhbət edən zaman Elyar onların söhbətlərinə daxil olaraq bildirmiş ki, ”mən sizi Gəncə şəhərində yerləşən İşıq idarəsinə oprator düzəldə biləcəyini dosdunun orda işlədiyini 3500 (üç min beş yüz) manat dəyərində pula düzəldə biləcəyini” bildirmiş oda Elyara demiş ki, 3000 ( üç min) manat dəyərində pul verə bilərmiş Elyarda onun ilə razılaşmış. Onlar Bakıdan gəldikdə Elyar həyatyoldaşı ilə Zərərçəkmiş şəxs zəng edərək bildirmişdir ki, razılaşırmış yoldaşı Zərərçəkmiş şəxs bildirmişdir ki, xeyr onların maddi cəhətdən imkanları yoxdur son məbləğ kimi 2750 manat dəyərində pul verə biləcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o Cavadxan küçəsində yerləşən “Millön” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs Şəadət oğlunun adına olan “Azərtürk Bank”-a məxsus plastik karta 500 manat dəyərində pulu beh vermişdirlər. Sonra Elyar yaşadığı Bağbanlar küçəsi ev 141A ünvanına gəlmiş qalan 2250 manat dəyərində pulu evində vermişdir. Bundan sonra o Elyarla əlaqə saxlayamış Elyar ona bildirmiş ki işiniz Bakı şəhərindədi. Təxminən 2 həfdə sonra o Elyara zəng etmiş Elyar ona bildirmiş ki, işiniz alınmamışdır. O, sonra Elyara bir neçə dəfə zəng etsədə Elyar onun telefonunu götürməmişdir. Sonra yoldaşı ilə o Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə yaxınlaşaraq Təqsirləndirilən şəxs şikayət ərizəsi vermişdir. Şahid1 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, o rəsmi olaraq Gəncə şəhəri, 4 saylı müsiqi məktəbində müəllimə işləyir. Təqsirləndirilən şəxs Şəadət oğlunu əvvəllər tanımamışdır. X4 onun qızıdır. Qızı və ailəsi onunla birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Qızı heç bir yerdə işləmir, uzun müddətdirki özünə iş axtarsada tapa bilmir. Təxminən 2022-ci ilin iyun ayında nəvəsi imtahan vermək üçün Bakı şəhərinə getməli imiş. Nəvəsi qızı Esmira və atası Seymurla birlikdə Bakı şəhərinə getmiş və imtahan verərək qayıtmışdır. Bakı şəhərindən qayıdan zaman qızı Esmira ona avtobusda Elyar adlı şəxslə tanış olduğunu, Elyarın onu işıq idarəsinə operator vəzifəsinə işə düzəldəcəyinə vəd verdiyini bildirişdir. 10 iyul 2022-ci il tarixdə qızı Elyarın ondan 500 manat göndərəyini istədiyini bildirmişdir. Esmira həmin məbləği Elyarın ona göndərdiyi kart hesabına göndərəcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin iyul ayında gününü dəqiq xatırlamadığı tarixdə Esmira Elyarın yaşadıqları evə gələcəyini bildirmişdir. Elyar onların evinə Esmiranı işə düzəltmək üçün alacağı pulun qalan hissəsini almaq məqsədi ilə gəlirmiş. Elyar gəldikdən sonra Esmira ilə onun və kürəkəni Seymurun yanında danışmışlar və qızı Elyara onların yanında 2250 manat pul vermişdir. Bundan sonra o qızından iş barədə soruşan zaman qızı Elyarın işi düzəldə bilmədiyini, Elyardan verdiyi 2750 manatı qaytarmasını istədiyini bildirmişdir. Amma Elyar həmin məbləğə qızına qaytarmamış və onu aldatmışdır. Elyar qızını aldadaraq aldığı məbləği qaytarmadığı üçün qızı bu barədə polisə məlumat vermişdir. X8 yaşadıqları evdə onun və kürəkəni Seymurun yanında onu işıq idarəsində işə düzəltməyi üçün 2250 manat vermişdir. X8 bu məqsədlə ümumi 2750 manat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: xx.xx.2023-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o,törətdiyi əməli könüllü etiraf edərək əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. 03 dekabr 2023-cü il tarixli elektron natorial ərizədən görünür ki, Məmmədova X1 Elyar Şadət oğlu tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini və işin icraatına xitam verilməsi barədə xahişini, işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət işinin icraatınaxitam verilməsi məqsədə uyğundur. xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin 73-1.1ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189- 1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72-73-2-ci maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, barəsində olan cinayət işinin icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxshüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar