Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-48/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq əldə edib daşıyaraq saxlamış və qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşıyaraq saxlamış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq çəkidə, yəni təmiz çəkisi 0,202 qram olan narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:25-də Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yol kənarında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, N.Nərimanov prospekti, 179 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin içərisində olan balaca ciblikdən siqaret falqasına bükülü halda olan bir ədəd bükümdə təmiz çəkisi 0.202 qram olan narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli, istifadəyə yaralı, Kalaşnikov konstruksiyalı silahların döyüş sursatı hesab edilən 09 ədəd ştat patronlarını, zavod üsulu il istehsal olunmuş, 13 ədəd 7,62x39 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan gövdəsinin aşağı hissəsi sonradan kustar üsulla kəsilərək ümumi uzunluğu 131 mm olan 01 ədəd darağı və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, 7,62 mm kalibrli yivli odlu silah hesab edilən Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və gəzdirmiş, barəsində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 04 iyun 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, saat 19:20-də Gəncə şəhəri, N.Nərimanov prospektində N.Nərimanov adına olan parkın yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əlində olan ağ rəngli torbanın içərisində sollofana bükülü vəziyyətdə olan SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli, istifadəyə yaralı, Kalaşnikov konstruksiyalı silahların döyüş sursatı hesab edilən 09 ədəd ştat patronları, zavod üsulu il istehsal olunmuş, 13 ədəd 7,62x39 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan gövdəsinin aşağı hissəsi sonradan kustar üsulla kəsilərək ümumi uzunluğu 131 mm olan 01 ədəd darağ və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, 7,62 mm kalibrli yivli odlu silah hesab edilən Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqının ilkin mərhələsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir dəfə qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyi üçün Rusiya Federasiyasında məhkum olunmuşdur. Təxminən 10 ildən çoxdur ki, narkotik vasitə olan “kakos” olaraq bilinən heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə gedən zaman, yolun kənarında küçədə bükülü halda olan büküm tapmış və həmin bükümü açıb içərisinə baxdıqda, “kakos” kimi tanıdığı heroin adlanan narkotik vasitə olduğunu görərək, gələcəkdə istifadə etmək məqsədilə cibinə qoymuşdur. Həmin bükümü tapdıqdan sonra yol ilə gedən zaman bir neçə dəqiqədən sonra, Nizami Gəncəvi prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində 1 nəfər mülki geyimli və 1 nəfər polis xüsusi geyim formasında ona yaxınlaşmış və özlərini Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları kimi təqdim edib ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib ona Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gedəcəyini bildirmişlər. Polis Bölməsinə getdikdən sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan və küçədən tapmış olduğu kütləni təqdim etmişdir. Sonra kütləyə baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Təqdim etdiyi kütlənin çəkisi 0.36 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin zərfin içərisinə qoyulmuş və üzəri möhürlənərək götürülmüşdür. Bundan başqa tutulmamışdan 2-3 ay əvvəl Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə yolun kənarı ilə gedən zaman çayın kənarında 1 ədəd Kalaşnikov markalı avtomat görmüş, həmin silahı götürən zaman silahın, üzərində 1 ədəd sandıqca və sandıqcanın içərisində 9 ədəd güllə olmasını görmüşdür. Avtomat silahı onda maraq yaratdığı üçün onu götürərək götürdüyü yerin yaxınlığında otun altında gizlətmiş, daha sonra həmin silahın yanına bir daha getməmişdir. Sonradan düşünmüşdür ki, həmin silah kimlərinsə əlinə keçib hadisə törədilə bilər. Bu səbəbdən həmin silahı gətirib Gəncə şəhərində Metallurq stadionunda gizlətmək istəmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 19:20 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində N.Nərimanov adına parkın yan tərəfində yolun kənarı ilə keçib gedən zaman 2 nəfər mülki geyim şəxs ona yaxınlaşmış və onlar xidməti vəsiqələrini nümayiş etdirib, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları olduqlarını və birlikdə polis bölməsinə getməyi təklif etmişlər. Bundan sonra o, polislərlə birlikdə polis bölməsinə getmiş və orada müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qadağan olunmuş hər hansı odlu silah, onun döyüş sursatının olması barədə sual verilən zaman o əlində olan ağ rəngli torbanın içərisində olan 1 ədəd Kalaşnikov markalı avtomatı, 1 ədəd sandıqçanı və 9 ədəd gülləni təqdim etmişdir. Sonra çantada olan avtomata, sandıqçasına və gülləyə baxış keçirilmiş,sonra isə həmin silah-sursat qablaşdrırılaraq götürülmüşdür. Lakin məhkəmə istintaqının sonrakı mərhələsində Təqsirləndirilən şəxs işə yeni qoşulmuş müdafiəçisinin iştirakı ilə məhkəməyə verdiyi təkrar ifadəsində ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, ayrı-ayrı tarixlərdə üzərindən aşkar edilmiş narkotik vasitə və odlu silahın ona məxsus olmadığını, həmin narkotik vasitə və odlu silahı polis əmkdaşlarının Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində ona göstərdiyi təsir və təziq nəticəsində özünə məxsus olmalarına dair etiraf ifadələri verdiyini göstərmişdir. O, ümumiyyətlə narkotik vasitə qəbul etmir və onun narkomaniya xəstəliyindən əziyyət çəkməsinə dair narkoloq tərəfindən verilmiş rəydə yalandan verilmişdir. Odur ki, elan olunmuş ittihamlar üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs odlu silahı qanunsuz olaraq əldə edib üzərində saxlamaqda və gəzdirməkdə şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və bölmənin sahə rəisi Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 19:20 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində N.Nərimanov adına olan parkın yaxınlığında yol kənarında saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis Bolməsində "Panasonic" markalı video kamera vasitəsi ilə müdafiəçinin iştirakı ilə hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan ağ rəngli torbanın içərisindən sellofana bükülü vəziyyətdə 09 ədəd ştat patronları, 01 ədəd daraq və 01 ədəd avtomat aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin odlu silahı, onun komplekt hissəsi olan darağı, həmçinin patronları Gəncə şəhərində yerləşən “İmperial” şadlıq sarayının yaxınlığından tapdığını bildirmişdir. Sonra həmin aşkar edilmiş avtomat onun komplekt hissəsi olan daraq və patronlar müdafiəçinin və onların iştirakı ilə zərfə qoyularaq möhür ilə möhürlənib götürülmüş və bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Saxlanılan zaman və daha sonrakı müddətdə polis əməkdaşları o, cümlədən onun tərəfindən təqsirləndirilən şəxsə hər hansı təziq yaxud təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs onun və polis sahə rəisi Şahid2 tərəfindən Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində saxlanılaraq, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə dəvət edilmiş, Gəncə şəhər BPİnin 4-cü Polis Bölməsində ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək, o, müdafiəçi ilə təmin edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının kiçik sağ yan cibindən 1 ədəd siqaret falqasından ibarət olan bükümdə narkotik vasitə hesab olunan heroinə oxşar kütlə aşkarlanmışdır. Həmin bükümün içərisinə baxış zamanı oradan narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olduğunu və Nizami Gəncəvi prospekti ilə gedən zaman yerdən tapdığını bildirərək, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.36 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan heroin müvafiq qaydada zərfdə qablaşdırılaraq möhürlənmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqında dindirilmiş digər Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi və odlu silahın aşkar edilib götürülməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı disklərə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməllərinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 23/420R nömrəli məhkəmə-ballistik ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd nömrəsi silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM moelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 09 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar, atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, lakin gövəsinin aşağı hissəsi sonradan kəsilərək hal-hazıra ümumi uzunluğu 131 mm olan darağ 13 və 7,62x39 mm kalibrli patronlar yerləşdirilməsi üçün uyğunlaşdırılmışdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13-11/2- 7211/2023 nömrəli məktubundan görünür ki, nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 17 mart 2023-cü il tarixli 16/326 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər 0,36 qram çəkidə kütlə...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,202 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 01 may 2023-cü il tarixli 752 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmənin sorğusuna dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 65 nömrəli məktubundan görünür ki, Narkoloji Dispanserdə qan “QİÇS” analizi üçün götürülür. Əgər müayinə olunan şəxsin səthi venaları uzunmüddətli narkotik qəbulundan sonra döyənəkləşirsə qan analizi götürmək mümkün olmur. Narkoloji xəstələrin diaqnozu üçün instrumental müayinə üsulu yoxdur. Narkoloji xəstələrin diaqnozu ancaq xəstə ilə danışıq əsasında (öz dediyinə görə nə qədər vaxtdır narkotik vasitə qəbul edir və hansı növündən) və orqanizimdə yaratdığı somatik əlamətlər (qollarında döyənkləşmiş iynə yerlərinin olması) nevroloji əlamətlər (göz bəbəklərinin işığa reaksiyası,əl barmaqlarının titrəmə,tərləmə və s…) əsasında təyin edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, İsayev X4 Federasiyası Moskva Vilayətinin Ximkinsk şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-1 M. 1 His. ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına, Rusiya Federasiyası Moskva şəhərinin Pimiryazevsk rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-1 M. 1 His, 69 M. 3 H. ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə Şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı Gəncə şəhər 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən olunmadığından, toplanmış material üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqının son mərhələsində ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməsədə toplanmış sübutları məcmusu ilə o, cümlədən təqsirləndirilən şəxsin özünün müdafəçisinin iştirakı ilə ibtidai istintaqa və məhkəməyə verdiyi ilkin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar həmçinin məhkəmənin sorğusu əsasında aparılmış araşdırmalarla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri öz təsdiqini tapdığından, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə araşdırmasının sonrakı mərhələsində verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir və həmin hissədə onun ifadəsini sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, saxlama, daşıma və gəzdirmə, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq, daşıma cinayətlərində təqsirli olması özünün ilkin etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və оnа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə narkotiki vasitə olan heroinin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli, istifadəyə yaralı, Kalaşnikov konstruksiyalı silahların döyüş sursatı hesab edilən 06 ədəd ştat patronları, zavod üsulu ilə istehsal olunmuş, 13 ədəd 7,62x39 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan gövdəsinin aşağı hissəsi sonradan kustar üsulla kəsilərək ümumi uzunluğu 131 mm olan 01 ədəd daraq və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibrli yivli odlu silah hesab edilən Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, həmçinin iş üzrə maddi sübut olan Gəncə şəhər BPİnin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,152 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT- BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli, istifadəyə yaralı, Kalaşnikov konstruksiyalı silahların döyüş sursatı hesab edilən 06 ədəd ştat patronları, zavod üsulu ilə istehsal olunmuş, 13 ədəd 7,62x39 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan gövdəsinin aşağı hissəsi sonradan kustar üsulla kəsilərək ümumi uzunluğu 131 mm olan 01 ədəd daraq və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 7,62 mm kalibrli yivli odlu silah hesab edilən Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin; Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,152 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-48/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-48/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver