Məhkəmə qərarları › İş №1(125)-49/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-49/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-49/2023 04.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 263-1.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədilə X1 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyətilə tanışı X18 ilə bu barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşdıqdan sonra, X18 tanışı X6 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək Nuranə Rüstəmovanı pul müqabilində Gəncə şəhəri ərazisində yerləşən universitetlərdən birinə işə düzəldəcəyini bildirərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2020-ci ilin oktyabr ayının əvvəlində istintaqa dəqiq məlum olmayan gündə Nuranə Rüstəmovanın yaşadığı ünvan 2 ünvanda Nuranə Rüstəmovanın atası Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncudan 8000 manat, Nuranə Rüstəmovadan isə 2020-ci ilin oktyabr ayının ortasında istintaqa dəqiq məlum olmayan gündə ünvan 2 ünvanda 1000 manat, 2020-ci ilin dekabr ayının ortasında istintaqa dəqiq məlum olmayan gündə ünvan 2 ünvanda 300 manat pulu ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 9300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli, 60-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında dayandırmalı, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən 1.3 üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran bütöv üfüqi nişanlanma xətti) kəsib keçməməli olduğu halda həmin tələblərə əməl etməyərək xx.xx.2021-ci il tarixdə saat 19 radələrində sürücülük hüququ əsasında alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi “Land Rover minik” markalı “**-CP-***” dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə üzü Mərkəzi Univermaq istiqamətində hərəktdə olarkən Gəncə şəhəri, H.Əliyev prospektində X7 bərabərliyində 1.3 üfüqi nişanlanma xəttini kəsərək qarşı əks hərəkət zolağına çıxıb işıqforun qırımızı işığında Gəncə şəhəri, H.Əliyev prospekti ilə A.Ziyadxanov küçələrinin kəsişməsindəki yolayırıcına daxil olub hərəkət üçün təhlükə yaradaraq svetoforun yaşıl işığında A.Ziyadxanov küçəsindən Gəncə şəhəri, H.Əliyev prospekti ilə A.Ziyadxanov küçələrinin kəsişməsindəki yolayırıcına daxil olan Şahid1 sürücülük hüququ əsasında ayıq vəziyyətdə idarə etdiyi “VAZ 2106 minik” markalı “**-DH-***” dövlət dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 2106 minik” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan sağ bazu sümüyünün qapalı qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 263-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X13 əvvəllər birlikdə Nəqliyyat Departamentində işlədiklərinə görə tanımışdır. X4 ümumiyyətlə tanımır. Nuranəni tanışı Orxan Məmmədovun vasitəsi ilə qiyabi tanımış üzbəüz görməmişdir. 2020-ci ilin oktyabr ayında Orxan zəng edərək tanışı Nuranənin işsiz olmasını, Azərbaycan Dövlət Aqrar Universitetinə laborant kimi işə qəbul etdirmək lazım olmasını demişdir. O, Orxana bu işə baxan tanışları olmasını, həmin tanışının vasitəsi ilə Nuranəni işə qəbul etdirə biləcəyini demişdir. Bu danışıqlarından 1 gün sonra Orxan zəng edərək Gəncə şəhəri Dəmir yolu Vağzalının qarşısında görüşmək istədiyini bildirmiş, o, Orxanla Gəncə şəhəri, Dəmiryol Vağzalının yaxınlığında görüşmüş, görüş vaxtı Orxan ona 5500 (beş min beş yüz) manat pul vermiş və Nuranə Rüstəmovadan 6000 (altı min) manat pul almasını bildirmiş, həmin puldanda 500 (beş yüz) manatını özünə götürdüyünü demişdir. Həmin vaxt Orxan ona Nuranənin ali təhsili haqqında diplomunu, şəxsiyyət vəsiqəsinin surətini də vermiş, o, həmin pulu və sənədləri keçmiş hərbiçi olan tanışı Aydın adlı şəxsə Gəncə şəhəri İ.Qayıbov küçəsində əvvəllər tanıdığı Samirin işlətdiyi çayxanada Aydın ilə 5500 (beş mın beş yüz) manat pul və sənədləri vermiş, orada olan zaman Aydınla iş barəsində söhbət etmişlər. Həmin vaxtdan bir müddət sonra Aydın Nuranənin diplomunun təstiqlənmədiyini bildirmiş, Nuranənin işinin Azərbaycan Dövlət Aqrar Univeristetinə düzəlmədiyini demişdir. Bundan başqa Aydınla arada heçnə olmamışdır. Bundan sonra, Aydın aldığı pulu Pərvizə, o da öz növbəsində Nuranənin atası Cavanşirə qaytarmışdır. Bundan başqa onun “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Land Rover” minik markalı **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X14 adına olsa da faktiki olaraq ona məxsudur və o, öz hesabına həmin avtomobili almışdır. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “Land Rover” minik markalı 20-CP599 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Mərkəzi Univermaq istiqamətinə doğru getmiş, həmin gündən bir gün əvvəl isə spirtli içki olan araq qəbul etmişdir. X5rşısında işıqforun qırmızı işığında dayanmış, işıqforda dayanan zaman orada işarələnən xətləri tapdalayaraq biraz irəliyə doğru dayanmış, bu zaman Adilxan Ziyadxanov küçəsindən çıxan VAZ 2106 minik markalı avtomobil dönmə hərəkətini yerinə yetirərkən onun avtomobilinin ön tərəfdən sağ yan hissəsi həmin avtomobilin ön tərəfdən sol yan hissəsinə dəymişdir. Bu zaman məsələni aydınlaşdırmaq üçün idarə etdiyi avtomobildən dərhal enmiş və nə baş verdiyini öyrənmək istəmiş, daha sonra VAZ 2106 markalı avtomobilin sürücüsü avtomobilini birbaşa “Gəncə şəhər Beynəlxalq xəstəxanasının qarşısına sürmüş və ona yoldaşı evdə yıxılıb qolu sınıb onu xəstəxanaya çatdırmalı olduğunu demişdir. Həmin vaxt avtomobildən düşərkən sürücünün yoldaşının sağ qolu qara rəngə bənzər ev şərfiylə sarılmış vəziyyətdə olmuşdur. Sonra sürücü yoldaşını xəstəxanaya aparmış, hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmiş, bundan sonra onu və VAZ-2106 minik markalı avtomobilin sürücüsünü narkolojı dispanserə aparmışlar, orada sərxoşluq müayinəsindən, sərxoş olması müəyyən olunmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 qolu əvvəldən sınıq olmuşdur. Həmin gün İlhamə yıxılıb qolunu sındırdığından həyat yoldaşı onu xəstəxanaya aparmış, həmin anda da avtoqəza baş vermişdir. Zərərçəkmiş şəxs2 ona hadisə nəticəsində zərər çəkməsini bildiridib mülki idda ərizəsi versə də, bu həqiqətə uyğun deyildir. Ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür, Əvvəllər dövlət orqanlarında işləmişdir. 2013-cü ildən isə təqaüdə çıxmışdır. Gündəlik Olaraq yaşadığı evdə olur, digər heç bir işlə məşğul olmur. Onun üç övladı vardır. Onlardan biri oğlan, ikisi qız övladıdır. Onun qızının biri Şəmkir şəhərində, biri isə Gəncə şəhərində yaşayır. Gəncə şəhərində yaşayan qızı Nuranə Rüstəmova ona 2020-ci ilin oktyabr ayında zəng vuraraq bir nəfər tanışının olduğunu, müxtəlif dövlət orqanlarında işə düzəldə biləcəyini, həmin işlərin müqabilində müəyyən məbləğdə pul tələb olunduğunu bildirmişdir, elə olan halda o, qızı Nuranəyə indiki dövrdə dələduzluq halları artdığını, elə insanlardan uzaq durmasını məsləhət görmüşdür, lakin Nuranə onun məsləhətinə qulaq asmamış və o, Nuranəyə pul vermək istəmədiyimi düşünmüşdür. Ona görə də o, qızı Nuranənin xətrinə dəyməyərək pul verəcəyini bildirmiş, lakin əvvəlcə qızına onu həmin adamla görüşdürməsini istəmişdir. Lakin qızı Nuranə əvvəlcədən ona işin düzəlməyi üçün 8000 manat pul lazım olacağını demiş, o, 8000 manat pulu hazır etmiş və qızının Gəncə Şəhərində yaşadığı evə gəlmiş, qızının evində olan zaman əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Orxan adlı şəxs oraya gəlmiş, o, qızı və Orxan oturub qızının evində söhbət edən zaman Orxan qızını işə düzəldəcəyini, Gəncə şəhəri ərazisində olan Universitetlərdən birində laborant kimi işləyəcəyini, bu işlərin həlli üçün pul lazım olduğunu, onlardan alacağı pulu dövlət orqanlarına verəcəyini, özünə isə müəyyən qədər xərclik və əziyyət haqqı götürəcəyini bildirmişdir. O, Orxan adlı şəxsi dinləmiş, lakin danışdıqları ona inandırıcı gəlmədiyi üçün qızına həmin adama pul verməməyi məsləhət görmüş, o, oradaca Orxana pul verməkdən imtina etmiş, lakin qızının üzüldüyünü görüb işin sonunu düşünmədən Orxana qızının pul verməsinə razı olmuşdur. Həmin gün oğlu ilə telefonda danışmış və oda qızı Nuranənin işə düzəlmək üçün pul verməsinə etirazını bildirməmişdir. O, həmin şəxsdən bu işin nə vaxta yekunlaşacağını soruşduqda, Orxan adlı şəxs işin ümumilikdə 2021-ci ilin yanvar ayının 20-də yekunlaşacağını bildirmiş və qızı Nuranənin həmin vaxt işə çığacağını qeyd etmişdir. O, Orxandan qızının harada işə çıxacağını soruşmamış, çünki qızı özü bu barədə əvvəldən danışmışdır. O, sadəcə qızının ondan inciməməsi üçün razılığını vermişdir. O, özü Orxan adlı şəxslə iş barəsində maraqlanmış, iş barəsində qızı özü maraqlandığına görə rahat olmuşdur. Lakin 2021-ci ilin yanvar ayının 20-dən sonra qızı işə düzəlməmiş, həmin vaxtdan sonra Orxan bir neçə dəfə ona və qızına yalan vədlər verərək işin düzələcəyini bildirmişdir. O, Orxana 2021-ci ilin mart ayında zəng vuraraq şikayət edəcəyini bildirmişdir. Belə olan halda Orxan onunla Şəmkir şəhərində görüşmək istədiyini bildirmiş, o, Orxanla Şəmkir şəhərində Ceyhun şadlıq sarayının yaxınlığında görüşmüş, Orxan özü ilə birlikdə Pərviz adlı şəxs gətirmiş və həmin şəxsi də polis işçisi kimi təqdim etmişdir. Belə olan halda o, Pərviz adlı şəxsin polis olduğunu düşünüb işin düzələcəyi barədə verdiyi vədlərin doğru olduğunu düşünərək ondan bir ay istədiyi vaxta o, əlavə 10 gündə artırmış və nəticədə işin düzəlməsini, qızını işə girməsini xahiş etmişdir. Lakin onun Pərviz və Orxan adlı şəxslərə verdiyi bir ay on gün müddət də keçdikdən sonra Orxan müxtəlif bəhanələr gətirərək işin alınmadığını, bir günə alınacağını, artıq alındığını deyərək qızını aldatmışdır. Belə olan halda o, qızına həmin şəxslər barəsində hüquq mühafizə orqanlarına şikayət etməsini məsləhət görmüş, qızı isə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək Orxan adlı şəxsin qızını aldadaraq pulunu ələ keçirdiyini və vədinə əməl etməyərək dələduzluq etdiyini bildirmişdir. O, sonradan qızı Nuranə Orxan adlı şəxsə ilk dəfə verdiyi 8000 manat puldan əlavə 1000 manat və 300 manat pul vermiş, həmin şəxsi o, ilk dəfə qızının evində görmüş, əvvəllər aralarında heç bir ədavətləri, düşmənçilikləri və borcları olmamışdır. Onun qızı Nuranə işləmədiyi üçün pulu o, vermiş, işə düzəlməsi üçün ümumilikdə 9300 manat dəyərində pul vermiş, həmin pul ona aid olduğuna görə maddi ziyan ona dəymişdir. Onun qızı Nuranə Rüstəmova 8000 manat pulu onun yanında Orxan adlı şəxsə vermiş, yerdə qalan 1300 manat pulu isə müxtəlif vaxtlarda Orxan adlı şəxsə vermişdir. Ona dəymiş ziyan hazırda ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı Şahid1 idarə etdiyi VAZ-2106 minik markalı ** DH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə Gəncə şəhəri, Adilxan Ziyadxanov küçəsi ilə hərəkətdə olarkən avtomobildə qabaq oturacaqda oturmuş, Şahid1 idarə etdiyi avtomobilə Adil Ziyadxanov küçəsi ilə hərəkətdə olarkən H.Əliyev prospektinin kəsişməsinə çatanda işıqforun yaşıl işığı olduğuna görə hərəkətini davam etdirib H.Əliyev prospektinə daxil olmuşdur. Həmin vaxt adı sonradan ona məlum olan Pərviz adlı şəxs idarə etdiyi Land Rover markalı avtomobilə H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətdə hərəkətdə olub A.Ziyadxanov küçəsinin kəsişməsində olan sveteforun qırmızı qadağanedici işığında kəsişməyə daxil olub öz hərəkətini davam etdirmişdir. Bundan sonra həyat yoldaşının idarə etdiyi avtomobilin sol yan hissəsi Pərvizin idarə etdiyi Land Rover markalı avtomobilin sağ yan hissəsinə dəyib dayanmışdır. Hadisə nəticəsində o, sağ qolundan xəsarət almış və həyat yoldaşına özünü pis hiss etdiyini təcili xəstəxanaya aparmasını bildirmişdir. Bundan sonra həyat yoldaşı avtomobili geriyə doğru hərəkət etdirmiş və yolun əks istiqamətinə çıxaraq Beynəlxalq xəstəxananın qarşısında avtomobili saxlamışdır. Daha sonra həyat yoldaşı Eldəniz avtomobildən düşərək xəstəxanadan kömək çağırmağa getmiş, xəstəxananın işçiləri köməyə gəlmişlər. Onu avtomobildən düşürüb xəstəxanaya aparmışlar. Xəstəxanda onun sağ qolunu rengen edıb müayinə etmişlər. Hadisə zamanı sağ qolundan qırıq xəsarəti aldığını demişlər. Təqsirləndirilən şəxs təqsiri üzündən ona zərər dəysə də, Pərviz bunu inkar edir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində ona 4000 manat civarında ziyan dəymişdir. Bu barədə mülki iddianı məhkəməyə təqdim edərək, zərərin dəyməsini əsaslandıran sənədləri mülki iddiaya əlavə etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ədalətl cəza verilməsini və verilmiş mülki iddianı təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “VAZ 2106” minik markalı ** DH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil rəsmi olaraq öz adınadır. xx.xx.2021-ci il tarixdə o, idarə etdiyi “VAZ 2106” minik markalı ** DH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobililə təxminən saat 19 radələrində 29 nömrəli məktəbin yaxınlığında olan məhlələrdən çıxaraq yaşadıqları ünvana doğru gedən zaman həyat yoldaşı Zərərçəkmiş şəxs2 avtomobildə qabaq oturacaqda oturmuşdur. İdarə etdiyi avtomobilə Adilxan Ziyadxanov küçəsi ilə təxminən 40 km/saat surəti ilə hərəkətdə olub H.Əliyev prospektinin kəsişməsində nizamlayıcının yaşıl işığında sola dönmə əməliyyatını yerinə yetirərkən işıqforun qırmızı işığında H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkət edən “Land Rover” minik markalı avtomobil onun hərəkət yoluna çıxmış, avtomobillər toqquşmuşdur. Toqquşma zamanı idarə etdiyi avtomobilin sol yan hissəsi həmin avtomobilin sağ yan hissəsinə dəyib dayanmışdır. Toqquşmadan sonra avtomobili geriyə doğru hərəkət etdirmiş və “Beynəlxalq xəstəxana”nın qarşısında yolun əks istiqamətində saxlamış və dərhal içəri doğru gedərək yoldaşına köməklik etmələrini bildirmişdir. Daha sonra xəstəxana işçiləri gələrək yoldaşına köməklik göstərmişlər. Bundan sonra o, çölə çıxmış və yaxınlarına hadisənin baş verməsni zəng edərək bildirmişdir. Daha sonra digər maşının sürücüsü onu çağırmış və “gəl maşınıma bax gör nə vəziyyətdədir” demiş, o isə hadisə nəticəsində həyat yoldaşının xəsarət aldığını və başının qarışıq olduğunu bildirmişdir. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerini müayinə etmişlər və hər 2 avtomobili DYPŞ-nin müvəqqəti duracağa yerləşdirmişlər. Sonra o və Land Rover markalı avtomobilin sürücüsü polis əməkdaşları ilə narkoloji dispanserə getmişlər. Orada həkim sərxoşluq müayinəsindən keçirmiş və ayıq olmağı müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb Land Rover markalı avtomobilin işıqforun qırmızı işığına məhəl qoymadan hərəkətini davam etdirməsi olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobili təxminən 40 km/saat olardı, o, həmin vaxt avtomobildə həyat yoldaşı ilə birlikdə olmuşdur. Hadisə baş verərkən həmin yerdə tanıdığı heç kim hadisəni görməmişdir. işıqforun yaşıl işığı olduğuna görə hərəkətini davam etdirib kəsişməyə daxil olmuşdur, Land Rover minik markalı avtomobilin gəlməsini təxminən 12 metr məsafədən görmüş həmin avtomobil işıforun qırmızı işığ olduğuna görə dayanacağını güman etmiş, dayanmadığını görmüş, onun üçün təhlükə 10 metr məsafədən yaranmış, qəzadan yayımaq üçün tormoz vermiş, siqnal vermiş, ancaq yer sürüşkən yağışlı olduğu üçün qarşıdan gələn Land Rover markalı avtomobil dayanmadığı üçün hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı həyat yoldaşının sağ qolu qırılmış və Gəncə şəhər Beynəlxalq xəstəxasına çatdırmışdır. Hadisə baş verdikdən sonra həyat yoldaşı avtomobildən düşərkən əynində qara rəngli kofta olmuşdur və qolu heç bir əşya ilə sarılmamışdır. Təqsirləndirilən şəxs yalan dediyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər Gəncə Şəhəri ərazisində Mühafizə rəisi və digər sahələrdə çalışmışdır. O, Təqsirləndirilən şəxs demək olar ki orta məktəbdə oxuduğu vaxtlardan tanıyır. Təqsirləndirilən şəxs atası ilə onun atasının da münasibətləri yaxın olmuşdur. Ona görə də o, Pərvizi yaxından tanıyır. 2020-ci ilin təxminən noyabr-dekabr aylarında o, Pərvizlə hər ikisi ortaq tanışı olan Samirin işlətdiyi kafedə görüşmüş, həmin kafedə olan zaman Samirin yanında Pərviz bir nəfər Nuranə adlı şəxsin işə düzəlmək istədiyini, diplomunun olduğunu, Gəncə şəhəri ərazisində olan universitetlərdən hər hansına onu düzəldib-düzəldə biliməyəcəyini soruşmuşdur. O isə diplomu varsa düzəldə biləcəyini demiş, bu vaxt Pərviz 5500 manat pulu ona vermiş və həmin Nuranə adlı şəxsə məxsus sənədləri də ona vermişdir. Belə olan halda o, Nuranə adlı şəxsin sənədlərini götürmüş və bir neçə gündən sonra həmin diplomla heç bir yerdə işə düzəlmək mümkün olmadığını Pərvizə bildirmişdir. Təxminən 3-4 gün sonra verdiyi 5500 manat pulu sənədlərlə birlikdə Pərvizə qaytarmış, Pərviz isə həmin pul və sənədləri ondan götürmüş və sonra bu barədə Pərvizlə əlaqə saxlamamışdır. O, Pərviz adlı şəxsə əvvəlcədən hər hansı məbləğdə pul lazım olduğunu deməmiş, Pərviz onunla tanışı Samir adlı şəxsin kafesində oturub görüşən zaman Pərviz Nuranə adlı şəxsə məxsus sənədləri və 5500 manat pulu verərək olan pulunun bu qədər olduğunu demişdir. O isə pulu Pərvizdən götürmüş və təxminən 3-4 gün sonra həmin pulu sənədlərlə birlikdə geri qaytarmışdır. O, Pərvizə Nuranə adlı şəxsi Gəncə şəhəri ərazisində olan Universitetlərdən hər hansı birində köməkçi və ya laborant kimi işə düzəldəcəyini bildirmişdir. Lakin sonradan diplomu ilə Nuranənin işə düzəlməsinin mümkün olmadığını öyrəndikdən sonra pulu Pərviz adlı şəxsə geri qaytarmışdır. Nuranə adlı şəxsi o, təsadüfən hər hansı universitet rəhbərindən soruşaraq işə düzəldəcəyini demişdir. Tanıdığı hər hansı konkret şəxs olmamış, Pərviz pulu ona verərək işin düzələcəyi təqdirdə lazımi yerlərə verməyini bildirmiş, o, bu barədə Pərvizlə əvvəlcədən hər hansı razılığa gəlməmiş, o, Orxanı əvvəllər tanımamış, Orxan ona pul verməmişdir. Orxan pulu kimdən aldığını da bilmir. O, Pərvizi tanıyır. Pulu ona Pərviz vermişdir, pulun miqdarı isə 5500 manat olmuşdur. Pərviz həmin pulu kimdən aldığını ona bildirməmişdir. O, Pərvizi tanıdığı üçün həmin pulu kimdən aldığını heç soruşmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş şahid X6 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda övladları ilə birlikdə yaşayır. O, 2009-cu il tarixdə Gəncə şəhərində həmin vaxtlar fəaliyyət göstərən Azərbaycan Müəllimlər İnstitutunu bitirmişdir. O, həmin institutun pedaqogika fakultəsini bitirmişdir. Həmin vaxtdan o, institutu bitirdikdən sonra heç bir yerdə işləməmişdir. Lakin fərdi qaydada dırnaq qaynağı işi ilə məşğul olur. O, yalnız öz evində dırnaq qaynağı işi ilə məşğul olur. Təxminən bir il bundan əvvəl instagram sosial şəbəkəsində qaş qaynağı işi ilə məşğul olan Qiymət adlı qadınla tanış olmuşdur. O, Qiymətlə müştəri qismində tanış olmuş, həmin vaxtdan sonra onların tanışlığı daha da artmış və aralarında hal-hazırda dostluq münasibətləri vardır. Qiymət ona həmçinin Gəncə şəhər İcra İdarəsində dəftəranada işlədiyini bildirmişdir. Onların arasında olan söhbətlər zamanı Qiymət ona bir neçə dəfə bir nəfər tanışının olduğunu, Qiymətidə işə həmin şəxsin düzəltdiyini bildirmişdir. O da Qiymət işə düzəlməyi üçün bir neçə dəfə təkliflər etmiş, Qiymətin dediyi sözlər onu cəlb etmiş və ali təhsili olduğuna görə işləmək qərarına gəlmişdir. Belə olan halda Qiymətə onu da həmin şəxsin vasitəsilə işə düzəltməsini xahiş etmişdir. Qiymət Orxan adlı tanışı ilə onu da tanış etmiş, 2020-ci ilin oktyabr ayının təxminən 5-6 ərəfələrində Qiymət Orxan adlı şəxslə birlikdə Gəncə şəhərində onun yaşadığı evə gəlmişlər. O, Orxan adlı şəxsi ilk dəfə həmin evdə görmüş, Orxan onun yaşadığı evdə olan zaman əlaqələrinin geniş olduğunu, hər sahədə işə adam düzəltdiyini, ondan əvvəldə bir neçə nəfəri işə düzəltdiyini bildirmişdir. Orxan adlı şəxs onu işə düzəldə biləcəyi barədə onda tam inam yaratmış, söhbət əsnasında Orxan ona məktəblərdə və universitetlərdə laborant kimi də işə düzəldə bildiyini demişdir. Orxan həmçinin Gəncə şəhərində yerləşən Texnologiya Universitetinə 4000 min manata, Gəncə Dövlət Universitetinə 5000 manata, məktəblərdə isə 3000 manata laborant kimi işə düzəldə biləcəyini bildirmişdir. O, universitetin daha yaxşı olduğunu Orxana bildirən zaman onu Gəncə şəhərində yerləşən AQRAR universitetinə laborant kimi işə düzəldə biləcəyini bildirmişdir. Həmin AQRAR universitetə onu dözəltmək üçün 8000 manat lazım olduğunu, düzəltmək üçün isə 1000 verəcəklərini bildirmişdir. O, Orxanın sözlərinə tam inanmış və bu barədə valideynlərinə və ailə üzvlərinə məsləhət eləmiş, valideynləri ona maddi cəhətdən kömək etmiş və o, ilkin olaraq 8000 manat pul düzəltmişdir. Pulu düzlətdikdən sonra o, atası da yaşadığı evə dəvət etmiş, Orxan onun yaşadığı evə gəlmiş və onlar oturub iş barəsində söhbət etmişlər. Orxan həmin vaxt onun atasına işin düzələcəyini, işləyə-işləyə oxudacaqlarını bildirmişdir. Orxan adlı şəxs atasını da inandırmağı bacarmışdır. Atası da Orxana təkrar-təkrar olaraq bu işdə diqqətli olmasını va işin alınması üçün ciddi çalışmasını tapşırmışdır. Həmin gün Orxan 8000 manat pulu aldıqdan sonra Orxangilə çatmalı olan 1000 manatı da təkidlə tələb etməyə başlamışdır. Buna görə də təxminən 4-5 gün keçdikdən sonra qardaşının Rusiya Federasiyasından ona göndərdiyi 1000 manat pulu Orxana vermişdir. O 1000 manat pulu Orxana verdikdən 3 ay sonra 2020-ci ilin dekabr ayında Orxan yaşadığı evə gəlmiş və ona məxsus diplomun təsdiq olunması üçün 1600 manat əlavə pul lazım olduğunu bildirmişdir. O isə Orxana pulunun qalmadığını, valideynlərindən pul istəməyə utandığını bildirmiş və evində cəmisi 300 manat pul olduğunu Orxana demişdir. Orxan həmin pul ilə razılaşmış və ondan 300 manatı götürərək getmişdir. O, təxminən 10-15 gündən bir Orxan adlı şəxsə zəng edərək lazım olan qədər pulu verildiyini, işlərinin nə üçün düzəlmədiyini bildirmişdir. Orxan isə hər dəfə ona az müddət qaldığını, işlərinin demək olarki hazır olduğunu, zəng gözlədiklərini hər dəfə təkrar etmişdir. Orxan ilə danışdıqlarından və ümumi gedən söhbətlərdən onun işinin düzəlməsi üçün Pərviz adlı şəxsdə çalışdığını başa düşmüşdür. 2021-ci ilin fevral ayının 6-da Orxan ona zəng edərək artıq onun işlərinin hazır olduğunu, əmrinin götürülməsi üçün görüşməli olduqlarını bildirmişdir. O, Orxan adlı şəxslə görüşmüş, Orxan ona AQRAR universitetə laborant kimi əmrinin verildiyini, İlqar adlı şəxsin qəbulunda olmalı olduqlarını bildirmişlər. O, həmin şəxslərin dediyi sözlərə inanmış və birlikdə Gəncə şəhər Humanitar kollecinin binasına getmiş, O, AQRAR universitetlə bağlı əmrin nə üçün Humanitar kollecdə olduğunu soruşan zaman Orxan ona hər yerin bağlı olduğunu, yalnız orada qəbul olduğunu deyib onu yenə inandırmışlar. İlqar adlı şəxsin qəbulunda olan zaman İlqar ona əmrinin verilmədiyini, onu işə götürmədiklərini, Orxan adlı şəxsin yalan məlumat verdiklərini bildirmişdir. O, həmin İlqar adlı şəxsin qəbulundan çıxdıqdan sonra Orxandan pulunu geri qaytarmaqlarını təkid etmiş, yenə də ona and verərək Gəncə Dövlət Universitetinə qəbul etdirəcəkləri barədə söz vermiş, o, yenə də inanmışdır. X28 Universitetinə dair verdikləri sozləri də yalan çıxmışdır. O, pulunu təkidlə geri istəyən zaman Orxan Pərviz adlı şəxslə birlikdə atasının Şəmkir rayonunda yaşadığı evə getmiş və atasından xaiş edərək 1 ay da müddət verməsini istəmişlər. O da atasının sözünə görə 1 ay daha müddət vermişdir. Sonra Orxan yenə də Qiymət vasitəsilə ona zəng edərək Gəncə şəhər Humanitar kollecində Elşad adlı şəxsin qəbuluna getməsini, Gəncə Dövlət Universitetinə işə düzəldiyini, onun əmrini Elşad adlı şəxsin Humanitar kollecdə verəcəyini bildirmişdir. O isə Elşad adlı şəxsin qəbulunda olmuş, Elşad adlı şəxs ona Pərviz adlı şəxslə birlikdə böyüdüyünü, Pərviz Elşadın onu çağırmasını, onun guya gələcəkdə işə düzələcəyi barəsində yalan vədlər verməsini xahiş etdiyini bildirmişdir. Elşad adlı şəxs isə ona hər şeyi danışmış və Pərviz adlı şəxslə birlikdə bu işin içində olan adamların onu aldatdıqlarını, ona işə düzələcəyi barəsində yalan vədlər verdiklərini, onun diplomu təsdiq olunmadığı üçün heç bir yerdə işləyə bilməyəcəyini bildirmiş və onu işə qəbul edə bilməyəcəyini əlavə etmişdir. O, oradan çıxan kimi Orxana zəng vurmuş və həmin şəxslər barəsində Orxana məlumat vermiş, həmin vaxt Orxan Elşad adlı şəxsin pulunun çatmadığı üçün elə danışdığını, Elşada pul verldikdən sonra işin düzələcəyini demiş və onu yenə də aldatmağa çalışmışdır. O, Orxanla telefonla mübahisə etmiş, bundan sonra Orxan yenə də atasını aldatmağa çalışmış və 11 aprel 2021-ci il tarixdə onların İlqar adlı şəxslə görüşməklərini və əmrimin həmin gün hazır olacağını yenə də bildirmişlər. 11 aprel 2021-ci il tarixdə atası ilə birlikdə İlqar adlı şəxslə görüşmək istəyən zaman tapa bilməmiş və yenidən Orxana zəng vuran zaman Orxan artıq onların bezdirdiklərini demiş, hara istəyirlərsə şikayət etmələrini bildirmiş və onlarla mübahisə etmişdir. O isə qardaşı ilə bu barədə söhbət etmiş və bu həmin şəxslərin barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. O, Orxan adlı şəxsi əvvəllər tanımamış, Orxanla onu əvvəllər tanıdığı Qiymət adlı şəxs tanış etmiş, o, Orxanı tanımamışdır. Orxanla aralarında hər hansı borc, düşmənçilik və ədavət olmamışdır. O, 8000 manatı yaşadığı evdə Orxan adlı şəxsə vermiş, həmin vaxt onun atası da orada olmuşdur. Orxana çatmalı olan 1000 manatı qardaşı Rusiya Federasiyasından Orxanın adına bank vasitəsilə göndərmişdir. 300 manatı isə o, yaşadığı evdə Orxana vermişdir. Orxan ona əvvəldən özünün əlaqələrinin geniş olduğunu bu işləri əmin əlaqələri vasitəsilə görəcəyini bildirmiş, lakin sonradan bu işlərin düzəlməsində Pərviz adında şəxsin də iştirak etdiyi məlum olmuşdur. O, Pərviz adlı şəxsi Orxana görə tanımış, o, işləmədiyi üçün pulu atasından almışdır. Orxan Məmmədova verdiyi pulu atasından Zərərçəkmiş şəxs1 almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, X4 tanıyır. Nuranə yaşadığı evdə dırnaq qaynağı edirdi. O, Nuranənin yanına müştəri kimi gedərək tanımışdır. Eyni zamanda o da kiprik qaynağı ilə məşğul olur. Kiprik qaynağını hal-hazırda işlədiyi işdən əvvəl etdiyinə görə indi də işdən çıxdıqdan sonra tanıdığı şəxslərə kipriki qaynağı edir. X13 isə 2017-ci ildən tanıyır. Orxan nənəsi ilə qonşuluqda yaşayan dostu ilə qohum olduğuna görə Orxanı tanımışdır. Orxan ona əvvəllər vakant dövlət işlərinin olması barədə məlumat vermiş və ona kömək etmişdir. O, təxminən 2020-ci ilin oktyabr ayında Nuranənin yanına dırnaq qaynağı üçün gedən zaman Orxan ona zəng vurmuş, o, telefonu açmış və Nuranə dırnağını düzəltdiyi üçün telefonu qulağında tuta bilməmiş, səsini ucaldana qoymuş, Orxan ona telefonda qardaşı İlkinin işə düzəlibdüzəlmədiyini soruşmuşdur. O isə Orxanın diplomunun bu il təsdiq olunmadığını, gələn il üçün təsdiqlənəcəyini demiş, bu vaxt Orxan onla sağollaşmışdır. Nuranə telefonda Orxanla danışıqları eşitmiş və ondan Orxanın kim olmasını, Nuranəni işə düzəldə biləcəyini soruşmuş, o isə Orxanın tanışlarının olmasını işə düzəldə biləcəyini, lakin Orxanla özünün danışmasının məsləhət olduğunu bildirmişdir. Bu vaxt Nuranə Orxana zəng vurmağını və Orxandan Nuranəni işə düzəldə bilib-bilməyəcəyimi soruşmağını istəmişdir. O da Orxana zəng vuraraq Nuranənin diplomu barədə və yaşı və digər xüsusiyyətləri barədə məlumat vermişdir. Orxan isə telefonda dəqiq cavab verə bilməyəcəyini, Nuranənin özü ilə danışaraq başa sala biləcəyini bildirmişdir. Belə olan halda o, Orxanın nömrəsini Nuranəyə vermiş, sonra isə maraqlanmamışdır. Təxminən həmin hadisədən 20-25 gün sonra Nuranənin yanına korreksiya proseduru etdirmək üçün gedən zaman Nuranə Orxanla danışdığını, diplomunun təsdiqə ehtiyacı olduğunu, işinin hələki alınmadığını bildirmişdir. O isə Nuranəyə işlərinin alınacağı təqdirdə ona da məlumat verməsini bildirmişdir. Həmin hadisədən sonra o, Nuranə ilə yenə də əlaqə saxlaya bilməmişdir. Nuranə həmin vaxtdan təxminən 1 aya yaxın müddət keçmiş onun iş yerinə Orxanla birlikdə gələrək pulu Orxana verdiyini, X8 düzəldəcəyini demişdir. O isə Nuranəyə bir daha dəqiq fikirləşməsini bildirmişdir. Həmin vaxtdan sonra o, Nuranənin yanına getməmiş, bir müddət keçdikdən sonra Nuranəni yığmış, Nuranə ona Orxana pul verdiyini, hələki gözlədiklərini bildirmiş, Orxanla danışdıqda isə Orxan Nuranənin işinin hazır olduğunu, Nuranənin səbr etmədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra isə Nuranə ona zəng edərək telefonda onunla sözlü mübahisə etmiş və Orxanın işini düzəltmədiyini, verdiyi pulları qaytarmadığını bildirmiş, həmin vaxtdan sonra Nuranə ilə əlaqələri kəsilmiş və sonra nə olduğundan xəbəri olmamışdır. O, Orxan adlı şəxsi təxminən 4 ildir tanıyır, dostuna görə tanış olmuş, Orxan Əvvəllər departamentdə işləmiş, lakin sonradan işsiz qalmış, onun Nuranə ilə Orxan arasında hansı söhbətlər olduğundan Nuranənin nə qədər pul verdiyindən heç bir məlumatı olmamışdır. Lakin sonradan bunlar barəsində məlumatım olmuşdur. Nuranə ona dəfələrlə işsiz olduğunu, qazancının olmadığını bildirdiyinə görə o, kömək etmək və işə düzəltmək məqsədilə tanış etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Lakin əvvəllər Gəncə şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən kafeləri icarəyə götürərək işlətmişdir. Oradan əldə etdiyi gəlirlə ailəsini dolandırmışdır. O, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır. Adını Aydın kimi bildiyi şəxsi isə təxminən 2-3 üç ildir ki təsadüfən tanımışdır. Həmin şəxsin əvvəllər hərbi xidmət qulluqçusu olduğunu bilmişdir. 2020-ci ilin oktyabr ayında o, Gəncə şəhəri, Bağman adlanan ərazidə Arzular adlı çay evini işlətmiş, həmin vaxt Pərviz onun işlətdiyi çay evinə gəlmiş və Pərviz ona məxsus çay evində Aydın adlı şəxslə görüşmüşlər. Həmin görüş zamanı o, hər ikisini tanıdığı üçün yanında oturmuş, o, birlikdə çay içən zaman təsadüfən aralarında danışdığı söhbəti eşitmiş, söhbət zamanı Pərviz adını dəqiq xatırlamadığı lakin yaddaşında Nuranə kimi qalmış şəxsin dövlət müəssisələrində yəni Azərbaycan Dövlət Aqrar Universitetində işə düzəlmək istədiyini və bu işin düzəlməsində Aydının kömək etməsini istəmişdir. Həmin vaxt Pərviz üzərində gətirdiyi, lakin miqdarını dəqiq bilmədiyi pulu Nuranəni işə düzəltməsi üçün Aydın adlı şəxsə vermiş, həmin vaxt bundan başqa orada nə söhbətlər olduğunu o, xatırlamamışdır. Lakin bir neçə aydan sonra Pərvizlə təsadüfən görüşən zaman həmin işin alınmadığını Nuranə adlı şəxsdən aldıqları pulun qaytarıldığını eşitmişdir. Pərvizlə Aydın onun işlətdiyi çay evində görüşən zaman o, hər ikisini tanıdığına görə yanında oturmuşdur. Onu tanıdıqlarına görə söhbətlərini dayandırmamışlar. Umumi gedən söhbətlərdən Pərvizin Nuranə adlı şəxsi universitetdə işə düzəltmək istədiyini, bu işdə Aydından Nuranəyə kömək etməsini istədiyini, Aydın adlı şəxsə bu işlərin həlli üçün pul verdiyini başa düşmüşdür. Lakin həmin pulun miqdarı və işə düzəlmək istəyən şəxsin kim olması barədə heç bir məlumatı olmamışdır. O, Aydın adlı şəxsi təsadüfən tanımış, soyad və ata adı, yaşadığı ünvan barəsində heç bir məlumatı olmamışdır. O nə Pərvizlə birlikdə, nə də ki, Aydınla birlikdə heç kimdən işə düzəltmək adı ilə pul almamışdır. O, sadəcə Aydın və Pərvizin yanında oturmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir tanıyır. Onu tanımağına səbəb isə Pərvizin həmin kollecdə təhsil alması olmuşdur. Eyni zamanda hal-hazırda Pərvizin oğlu həmin kollecdə təhsil alır. Bundan başqa Pərvizlə hər hansı bir dostluğu yoxdur. Sonuncu dəfə Pərviz 2021-ci ilin əvvəllərində onunla əlaqə saxlayaraq bir nəfər qadının onların kollecində işə düzəlmək istədiyini bildirmiş və ona kömək etməyini xahiş etmişdir. O isə adını sonradan bildiyi Nuranə adlı şəxsi qəbul etmiş, Nuranə ilə aralarında olan söhbət zamanı onun diplomunda göstərilən ixtisasa uyğun işlədiyi kollecdə hər hansı fəaliyyət sahəsinin mövcud olmadığını və həmin diplomla nəinki həmin kollecdə, eyni zamanda digər təhsil müəssisələrindədə işə düzəlməyin mümkün olmadığını bildirmişdir. Bundan sonra həmin qadın onun yanından getmiş və bir daha onunla aralarında bu barədə hər hansı söhbət olmamışdır. Təqsirləndirilən şəxs ondan sadəcə həmin şəxsi qəbul etməyini və onun kollecdə işə düzəlməyinin mümkün olub-olmaması barədə hər hansı cavab verməyini ondan xahiş etmiş, o isə həmin şəxsin özünə bu barədə bildirmişdir. Bundan sonra nə Pərvizi, nədə ki, Nuranə adlı şəxsi görməmişdir. O Təqsirləndirilən şəxsylə əvvəllər hər hansı şəxsi dövlət müəssisələrində işə düzəltməmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqdakı ifadəsində Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə Gəncə şəhəri, H.Əliyev prospektilə A.Ziyadxanov küçələrinin kəsişməsində baş vermişdir. xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, dələduzluq hadisəsi ünvan 5 ünvanında baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsünü əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Land Rover minik” markalı “**-CP-***” dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə üzü Mərkəzi Univermaq istiqamətində hərəktdə olarkən Gəncə şəhəri, H.Əliyev prospektində X7 bərabərliyində 1.3 üfüqi nişanlanma xəttini kəsərək qarşı əks hərəkət zolağına çıxıb işıqforun qırımızı işığında Gəncə şəhəri, H.Əliyev prospekti ilə A.Ziyadxanov küçələrinin kəsişməsindəki yolayırıcına daxil olub hərəkət üçün təhlükə yaradaraq svetoforun yaşıl işığında A.Ziyadxanov küçəsindən Gəncə şəhəri, H.Əliyev prospekti ilə A Ziyadxanov küçələrinin kəsişməsindəki yolayırıcına daxil olan Şahid1 idarə etdiyi “VAZ 2106 minik” markalı “**-DH-***” dövlət dövlət qeydiyyat nişanlı avtomobillə toqquşur. X2 əldə edilmiş sözgüdən yol nəqliyyat hadisəsi baş verdikdən sonra Zərərçəkmiş şəxs2 yaralı halda X11 daxil olmasını görüntüsünü əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tibbi işçisi tərəfindən təkərli xərəkdə xəstəxananın acil şöbəsindən içəri daxil olur. Həmin vaxt Zərərçəkmiş şəxs2 əynində qısaqol köynək vardır və qolları hər hansı bir şərflə sarınmamışdır. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs də xəstəxanının içərisinə daxil olur və söhbət edirlər. Görüntüdə iş üçün əhəmiyyət kəsb edəcək digər bir hal aşkar edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 860 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edimiş xəsarət-sağ bazu sümüyünün qapalı qəlpəli yerdəyişmiş sınığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə bozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 883 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, hematoması bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 61 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edimiş xəsarət-sağ bazu sümüyünün qapalı qəlpəli yerdəyişmiş sınığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş sağ bazu sümüyünün qapalı qəlpəli yerdəyişmiş sınığı xəsarətinin hansı şəraitdə əmələ gəlməsini dəqiqləşdirmək üçün iş materialları təqdim edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-yə müraciət etmək məqsədə müvafiqdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 62 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, hematoması bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və qeyd olunan xəsarət ərarin təsviri hissəsində göstərilən şəraitdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 467/2022 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın əşyaların təsirindən əmələ gəlmişdir, avtoqəza zamanı yaranması inkar edilmir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci ilə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vətəndaş İ.Y.Ağaxanovnın bədəni üzərində olan xəsarətin xarakteri və lokalizasiyası onun öz boyu hündürlüyündən yıxılmasına deyil, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması zamanı yaranmasına uyğun gəlir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 871315 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən Land Rover markalı **-CP-*** dövlət qeydiyyat avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respubliaksı Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliaksı Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən VAZ 2106 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısın alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/2949 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Land Rover markalı **-CP-*** dövlət qeydiyyat avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliaksı Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən VAZ 2106 markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısın alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin 05 iyun 2022-ci il tarixli 808/2021 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoş olmuşdur. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserin 05 iyun 2022-ci il tarixli 809/2021 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, hadisə baş verən zaman Şahid1 Vaiqf oğlu ayıq olmuşdur. BDYPİ-nin Gəncə RQİ və TBŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək BC 108009 saylı BCD kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Həmçinin DİN-in VMAS-dan əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək BC kateqoriyalı, xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci İİ tarixdək BCD kateqoriyalı, xx.xx.2011ci il tarixdən xx.xx.2021-ci il tarixdək BCD kateqoriyalı sürücülük vəsiqələri verilmişdir. X1 yaşadığı Gəncə şəhəri, 1-ci mikrorayon, bina 2, mənzil 9 ünvanında atası Zərərçəkmiş şəxs1 iştirakı ilə X18 ilə görüşərək özünü Azərbaycan Dövlət Aqrar Universitetinə laborant kimi işə düzəltmək üçün Orxana lazım olan 8000 (səkkiz min) manat pulu verdiyi vaxt baş verənləri, bundan başqa tanışı Qiymətlə aralarında olan telefon danışığının görüntülərini əks etdirən bir ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd DVD diskin içərisində 3 ədəd ayrı-ayrı fayllarda videogörüntülər vardır. İlk öncə həmin görüntülərdən birincisinə baxış keçirildi. 1-ci faylda olan videogörüntüyə baxan zaman Nuranə Rüstəmovanın yaşadığı evdə X22 Rüstəmova və atası Zərərçəkmiş şəxs1 ilə evin qonaq otağında masa arxasında əyləşərək söhbət etdikləri müəyyən olunur. Videogörüntünün ümumi müddəti 2 dəqiqə 16 saniyə olduğu müəyyən edilir. Görüntünün əvvəlində X23 Rüstəmov ilə danışaraq işlərin həlli üçün pul lazım olduğunu, həmin bulu verdikdən sonra lazımi sənədlərin siyahısını verəcəklərini bildirir. Zərərçəkmiş şəxs1 işlərin həllinin kimdən asılı olduğunu soruşan zaman Orxan Məmmədov həmin işlərin Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyindən yox, bir başa qeyri-müəyyən nazirlikdən asılı olduğunu bildirir. Orxan Məmmədov sənədləri lazımi yerlərə göndərdikdən və pulları verdikdən sonra işin düzələcəyini, universitet rəhbərliyinin Nuranə Rüstəmovanı qəbul edəcəyini bildirir. İşlərin həllinin düzəlməmə ehtimalının az olduğunu bildirir. Bundan sonra görüntü bitir. Bundan sonra həmin 1 ədəd DVD diskdə olan 2-ci görüntüyə baxış keçirilir. İkinci görüntüdə Nuranə Rüstəmovanın onu Orxan Məmmədovla tanış edən Qiymət adlı şəxslə telefon danışığının kənardan çəkilmiş görüntüləri əks olunmuşdur. Görüntünün başlanğıcında Qiymət adlı şəxs X21 Humanitar Kolleci ilə Gəncə Dövlət Universitetində birləşdirmə olduğunu, Gəncə Dövlət Universitetinə düzəlmək üçün sənədləri X25 kollecində qəbul etdiklərini bildirir, bundan sonra Qiymət adlı şəxs Kəpəz RPİ-nə Nuranə Rüstəmovanın yazdığı ərizəsində rüşvət verdiyi üçün problem yaşayacağını, həmin ərizəni yazmamalı olduğunu bildirir. Həmin görüntü bununlada bitir. Bundan sonra DVD diskdə olan 3-cü görüntüyə baxış keçirilir. Görüntüdə məlum olur ki, Gəncə Humanitar kollecində Nuranə Rüstəmovanın sənədlərinin hazır olması ilə bağlı Qiymət adlı şəxs məlumat verir. Əgər işə çıxmaq istəmirsə etiraz edib-etməyə biləcəyini bildirir. Bundan sonra X24 adlı şəxsdən Pərviz adlı şəxsin kim olduğunu soruşur. Qiymət adlı şəxs X16 dostu olduğunu, əvvəllər bir neçə şəxsi işə düzəltdiklərini bildirir. Nuranə Rüstəmova isə onu nə üçün işə düzəldə bilməyəcəklərini soruşur və həmin yerdə videogörüntü başa çatır. X17 08 iyun 2021-ci il tarixli məktubundan görünür ki, X6 2020-ci ilin oktyabr ayından 2021-cı ilin may ayınadək həmin kolleçin işçiləri sırasında olmamış, ümumiyyətlə həmin kollecdə işçi kımi qeydiyyata alınmamışdır. 16 avqust 2021-ci il tarixli “Üzləşdirmə haqqında” Protokoldan görünür ki, Cəfəri X19 Rüstəmovaya məxsus diplomu və 5500 manat pulu Şahid5 verməsini, Şahid5 isə həmin diplom və 5500 pulu 2-3 gün sonra geri qaytararaq Nuranə Rüstəmovanın həmin diplomla işə düzəlməsinin mümkün olmadığını bir-birinin üzünə demişlər. Zərərçəkmiş şəxs1 31 iyul 2021-ci il tarixli notarial ərizəsindən görünür ki, X18 və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışmışdır. Buna görə də, onun X9 və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin və Gəncə Şəhər Rayonlararası Narkololi Dispanserinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. 23 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, iş üzrə maddi sübut qismində tanınmış “Land Rover” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106 minik” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin öz sahiblərinə olması nəzərə alınmış, baş vermiş yol-nəqliyyat hadisəsinin, yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs2 yaralı halda xəstəxanaya daxil olmasının, həmçinin Orxan Məmmədovun zərərçəkmiş Zərərçəkmiş şəxs1 pul almasının görüntülərini əks etdirən 3 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 263-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsini özünün ifadəsində etiraf etməsə də, zərərçəkmiş və şahidlərin ifadələri, işin digər materialları ilə onun əməli tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş dələduzluq cinayətinə münasibətdə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin cinayət əməli üzrə məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi üzrə cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi üzrə cəzanın təyin edilməsi məsələsinə baxaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması və cərimə cəzaları tam toplamaqla ona qəti cəza təyin olunmalı və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmçinin Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması və cərimə cəzaları üzrə cəzasının əvvəli yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınmış “Land Rover” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106 minik” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin öz sahiblərinə olması nəzərə alınmalı, baş vermiş yol-nəqliyyat hadisəsinin, yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs2 yaralı halda xəstəxanaya daxil olmasının, həmçinin Orxan Məmmədovun zərərçəkmiş Zərərçəkmiş şəxs1 pul almasının görüntülərini əks etdirən 3 ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi verərək mülki cavabdeh Təqsirləndirilən şəxs 4010 manat 79 qəpik pulun və 60 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 mülki iddianı qəbul etməyərək, Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində təqsirinin olmamasını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməl nəticəsində Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsində göstərilən məbləğdə ziyan dəyməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından iddia təmin edilməlidir. Belə ki, mülki iddiaya ərizəsinə əlavə edilmiş: Kapital Bankın ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs2 60 manat məbləğində iddia ərizəsinin təqdim edilməsi üçün dövlət rüsumu ödəmişdir. "xxxx" MMC-nin mədaxil qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs2 əməliyyat və digər prosedurlar üçün ayrı-ayrılıqda 3168 manat, 400 manat, 40 manat, 25 manat, 100 manat, 25 manat olmaqla, cəmi 3362 manat pul məbləğini "xxxx" MMC-ə ödəmişdir. 11 iyun 2021-ci il tarixli iki ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs2 tibbi preparat və ortopedik məhsulların əldə edilməsi üçün ayrı-ayrılıqda aptekə 88 manat 40 qəpik və 52 manat məbləğində ödəniş etmişdir. “X12”nın ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda 5 manat və 107.39 manat olmaqla – cəmi 112.39 manat müayinə ödənişi etmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən məhkəmə istintaqı zamanı 25 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması və cərimə cəzaları tam toplamaqla ona qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması və 8000 (səkkiz min) manat məbləğində cərimə cəzaları təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması və cərimə cəzalar müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması və cərimə cəzalarının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış “Land Rover” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106 minik” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin öz sahiblərində olması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış, törədilmiş yol-nəqliyyat hadisəsinin, yolnəqliyyat hadisəsindən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs2 yaralı halda xəstəxanaya daxil olmasının, həmçinin X18 zərərçəkmiş Zərərçəkmiş şəxs1 pul almasının görüntülərini əks etdirən 3 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 4010 manat 79 qəpik pul və 60 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar