Məhkəmə qərarları › İş №1(125)-5/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-5/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-5/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, G.Şıxlinski ev 26-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Depo qəsəbəsində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi Opel Vectra minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində “X20” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla, yolu sağdan sola keçən piyada 1976-cı il təvəllüdlü X7 vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sol alın-təpə-gicgah nahiyəsində qansızma, alın, sol gicgah sümüklərinin xətti sınıqları, sol almaçıq, əng və burun sümüklərinin sınıqları, sol qalça, sağ baldır nahiyələrinin qançırları, sağ dirsək, sol diz nahiyələrinin sıyrıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində baş beyinin ağır dərəcədə əzilməsi və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Vüsal Hacıyevin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Gəncə şəhəri Depo qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təxminən 3-4 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. Opel Vectra markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil xalası oğlu X4 məxsusdur. O həmin minik avtomobilini etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat 16:40 radələrində sifariş ilə Gəncə şəhəri “Əlillərin kruqu” deyilən sifariş qəbul etmişdir. Həmin yerdən onun avtomobilinə 2 nəfər müştəri əyləşmişdir. O avtomobilində olan tanımadığı müştəriləri Gəncə şəhəri H.Əliyev parkının yanına aparıb düşürməliymiş. O Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə H.Əliyev parkına tərəf gedən zaman Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində olan işıqfora çatdıqda sağ tərəfində hərəkətdə olan avtomobilin qarşısında bir nəfər piyada qaçaraq yola çıxmışdır. Piyada qəflətən qarşısına çıxdığı üçün əyləcə basıb avtomobili dayandırmaq imkanı olmamışdır. Yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada avtomobilinin sağ tərəfinə dəyib yıxılmışdır. Bundan sonra o avtomobili saxlayıb piyadanın yanına yaxınlaşmışdır. Bu zaman avtomobilində olan müştərilər avtomobildən düşərək getmişdirlər. O vurduğu piyadanı əvvəlcə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanya aparmışdır. Abbas Səhhət adına xəstəxanada xəsarət almış piyadanı qəbul etməmişlər və bildirmişdirlər ki, Gəncə şəhər 3 nömrəli xəstəxanaya gedin. Bundan sonra o piyadanı 3 nömrəli xəstəxanaya aparmışdır. 3 nömrəli xəstəxanadan ona göndəriş verərərək bildirdilər ki, piyadanı Gəncə şəhər Beynəlxalaq xəstəxanasında yaxudda İstanbul klinikasında müayinə etdirmək lazımdı. O piyadanı əvvəlcə İstanbul klinikasına aparmışdır. İstanbul klinikasında həmin şəxs müayinə olunmaq istəməmişdir. Daha sonra piayadanı Beynəlxalq xəstəxanasına aparmış orada müayinədən sonra ona bildirmişdirlər ki, piyadada beyin qanaxması xəsarəti var buna görədə əməliyyat olunmalıdır lakin beyin cərrahı sabah gələcək. Bundan sonra o piyadanı Beynəlxalq xəstəxananın təcili tibbi yardım maşını ilə 3 nömrəli xəstəxanaya aparmışdır. 3 nömrəli xəstəxanada həmin piyadanı təciili tibbi yardım maşını ilə Bakı şəhərinə aparmağı üçün göndəriş verməklərini istəmiş lakin göndəriş verməmiş və xəstəni reanimasiya şöbəsinə yerləşdirmişdirlər. Bundan bir müddət sonra xəsarət almış piyada 3 nömrəli xəstəxanda vəfat etmişdir. Hadisənin baş vermə səbəbi piyadanın işıqforun yaşıl işığının yanmasına baxmayaraq yola qaçaraq çıxması və bundan başqa sağ zolaqda hərəkətdə olan avtomobilin qarşısından qəflətən və yolun əks istiqamətinə baxaraq çıxması olub. Piyada qəflətən qarşısına çıxdığı üçün piyadanı görməmişdir. Hadisə zamanı ətrafda şəxslər olmuşdur. O ətrafda olan şəxslərdən heç kəsi tanımır. Hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etmişdir. O Ş.İ.Xətai prospekti ilə hərəkətdə olan zaman avtomobilini təxminən 55-60 km/saat sürətlə idarə etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. X10 onun oğludur. 04 yanvar 2022-ci il tarixdə səhər saatlarında Samux rayon Polis əməkdaşları yaşadığı evə gələrək bildirmişlər ki, oğlu X7 avtomobil vurmuşdur. O, dərhal taksi sifariş verərək Gəncə şəhər 3 nömrəli xəstəxanaya getmiş və orda oğlu X5 baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə görə həmin tarixdə Gəncə şəhər 3 nömrəli xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nun manqa komandiri Şahid1 ifadəsində göstərmişdir ki, O, 2009-cu il tarixdən DİO-da xidmət edir. Hal-hazırda Gəncə şəhər BPİ-nin PPXT-da manqa komandiri vəzifəsində xidmət edir. O, bildirir ki, 03 yanvar 2022-ci il tarixdə ekipajı Şahid4 ilə birlikdə xidmətdə olan zaman “Pribor” deyilən əraziyə tərəf xidməti avtomobilləri ilə hərəkətdə olan zaman X24 prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində işıqforda piyada yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən zaman X24 prospekti ilə üzü “Dəyirman dairəsi” tərəfə hərəkətdə olan avtomobil piyadanı vurmasının qarşısını almaq üçün 15-20 metr əvvəlcədən əyləcə basaraq hadisənin qarşısını almağa çalışmış lakin avtomobilin hərəkətini tam dayandıra bilməyib piyadanı yol ayrıcında vurmuş və həmin piyada xəsarət alaraq yerə yıxılmışdır. Bundan sonra həmin “Opel Vectra” markalı avtomobildən düşən şəxslərin, ərtafda olan şəxlərin və onların köməyi ilə Opel markalı avtomobilin sürücüsü xəsarət alan piyadanı onların köməyi ilə avtomobilin arxa oturacağına əyləşdirmiş və ekipajı Şahid4 həmin avtomobilə əyləşərək xəsarət alan piyadanı xəstəxanaya aparmışdır. Həmin vaxt xəstəxanaya oda getmişdir və onlar xəsarət alan piyadanı xəstəxanaya yerləşdirəndən sonra xidmətlərini davam etdirmişlər. Həmin hadisə zamanı ətrafa toplaşan şəxslərdən heç birini tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYP-da inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Avtozavod yolu sahə 6 məhlə A- 4-7-də ailəsilə birlikdə yaşayır. Gəncə şəhər Baş Polis İdarəsinin X25 Şöbəsində işləyir. 03 yanvar 2022-ci il tarixdə DYPŞ-nin inspektoru Xəyyam Bayramovla birlikdə xidmət aparan zamanı saat 17:10 radələrində Növbətçi Hissədən məlumat vermişlər ki, Gəncə şəhəri Ş.İ.Xətai küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş veribdir. Odur ki, ekipaj yoldaşı Xəyyam Bayramovla birlikdə dərhal hadisə yerinə getmilər. Onlar həmin yerə çatanda hadisə yerinə tanımadığları çoxlu adamların toplaşdıqlarını görmüşlər. Həmin vaxt tanımadığları bir şəxs onlara yaxınlaşaraq Opel Vectra markalı avtomobilin yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyadanı vurduğunu bildirmişdir. Bundan əlavə olaraq Opel Vectra markalı avtomobilin sahibi Murad adlı şəxs də hadisə barədə məlumat verərkən həmin yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyadanı vurduğunu bildirmişdir. Onlar həmin yerə çatdıqda artıq xəsarət alan şəxsi xəstəxanaya aparmışdılar. Bundan sonra hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin şəkilləri çəkilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmiş Gəncə şəhər DYPŞ-nin inspektoru X2 Nural Vüqar oğlunun ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş eskpert İntiqam Babayev bildirmişdir ki, tormoz izinin uzunluğunu hesablayarkən müstəntiqin eskpertiza təyin edilməsi haqqında qərarında piyadanın vurulma yerinə qədər məsafənin 15 metr qeyd edilməsini nəzərə alıb əlavə olaraq videoyazıdakı piyadanın vurulduğu andan sonrakı tormoz izinin uzunluğunu, yəni, 8,6 metr məsafəni üzərinə gələrək ümumi tormoz izinin uzunluğunu 23.6 metr olduğunu qeyd etmişdir. Bundan sonra o, həmin tormoz izinə uyğun olaraq sürücünün hərəkət surətinin 68 km saat olduğunu, piyada vurulana qədər qət etdiyi yolun keçməyə başladığı anda nəqliyyat vasitəsinin həmin surətə uyğun vurulma yerindən 36.6 metr aralı olduğu məsafəni hesablamışdır. O hadisə yerinə baxış protokolunda ümumi tormoz izinin 15 metr olduğunu nəzərə almamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş eskpert Elşən Həsənov bildirmişdir ki, hərəkət surətini hadisə yerinə baxış protokolunda göstərilən göstəricilərə görə yəi tormoz izinin uzunluğunun 15 metr olmasını, vurulma yerinə qədər piyadanın qət etdiyi məsafənin 8,6 olmasını, Piyadanın qaçmağa başladığı andan piyadanın avtomobil ilə vurulduğu ana qədər keçən vaxtın 2.2 olmasını nəzərə alaraq hərkət surətinin 55 km olmasını qeyd etmişdir. Hadisə yerində qalan tormoz izinin 15 metr olmasını nəzərə aldığına görə 60 kmə uyğun hesablama aparmamışdır.O rəy verərkən iş materiallarında olan məlumatlara yəni 03 yanvar 2021-ci il tarixli “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolda göstərilən tormoz izinə və digər verilən məlumatlara istinad etmişdir. Hadisə zamanı maşında olan sərnişinlərin sayı və sürücü nəzərə alınıb. Maşında olan sərnişinlərin və sürücünün çəkisini müəyyən etməmişdir. Ekspertiza metodikaya uyğun olaraq yetkinlik yaşına çatmış sərnişinlərin sayına uyğun hesablanıb. Sərnişinlərin çəkisində fərq olduqda dayanma məsafəsinə təsir göstərməsi ilə bağlı tədqiqat aparmadığından çəkinin dayanma məsafəsinə təsir etməsi barədə suala cavab verə bilməz. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Şahid5 bildirmişdi ki, Yol-nəqliyyat hadisəsi yerinə baxış protokoluna əlavə edilmiş hadisə yerinin sxemində iştirak edən hal şahidlərinin şəxsiyyət vəsiqələrini almamış, yalnız onların özlərinin qeyd etdiyi anket məlumatlarını qeyd etmişdir. Həmin şəxslərin hadisə yerinə baxış protokulunda qeyd olunan adlarda olan şəxslər olmasını deyə bilməz. Onlar nə ad demişdirlərsə protokolda həmin adı da qeyd etmişdir. Sonradan da həmin şəxslərin anket məlumatlarını almamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 04 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, AR CM-nin 263.2-ci maddəsinin təkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilməmişdir. xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 03 yanvar 2021-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəəyyən edilmişdir ki, hadisə Gəncə şəhər Ş.İ.Xətai prospekti ilə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsinin kəsişməsində baş vermişdir. Yol örtüyünün eni 20,50 metr olmuşdur. 5 hərəkət zolağı olmuşdur. Hərəkət hissəsinin eni isə 9 metr olmuşdur. Yolda hərəkət işıqfor ilə nizamlanır. Sürücünün gün işığında görüş məsafəsi 50 metr olmuşdur. Hadisə yerində 15 metr tormoz izi aşkar olunmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Şəkillər çap olunaraq bu barədə tərtib olunmuş protokola əlavə olunmuşdur. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2022-ci il tarixli 11/2022 nömrəli sərxoşluq aktından məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təhlükəsizlik kamerasından götürülmüş DVD diskə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, diskdə olan çəkiliş xx.xx.2022-ci il tarixdə çəkilmiş və görüntü Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində aparılmışdır. Baxış zamanı məlum olmuşdur ki, görüntüdə əks olunan yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulan avtomobil yolu - yolayrıcıdır. Yolayrıcında dörd fərqli istiqamət üzrə avtomobillərin hərəkəti nəzərdə tutulub. Hava aydınlıqdır. Sürücülərin qarşısına çıxacaq təhlükəni əvvəlcədən görməsi üçün heç bir maneə yoxdur. Görüntünün 01 saniyəsində piyada Azpetrol yanacaq doldurma məntəqəsi tərəfdən yolun əks istiqamətinə tərəf qaçır, daha sonra isə yolun sağ tərəfinə baxaraq Azərbaycan Bayrağı küçəsinə tərəf qaçır, bu zaman piyadanın sol tərəfindən gələn Opel markalı avtomobil piyadanı vurur. “Opel” markalı avtomobildən 3 nəfər şəxs düşür. Ətrafda olan hadisəni görən şəxslərdə hadisə yerinə yaxınlaşır. Hadisə yerinə toplaşmış şəxslərin köməyi ilə piyada “Opel” markalı avtomobilin sağ arxa qapısından avtomobilə yerləşdirilir və bundan sonra videogörüntü bitir. Cinayət işi üzrə X1 barəsində məhkəmə- tibb ekspertizası təyin edilərək 04 yanvar 2022-ci il tarixli, 01 saylı rəy alınmış, ekspert rəyindən məlum olmuşdur ki, 1 .X1 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi - baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma; başın yumşaq toxumalarına sol alm-təpə-gicgah nahiyəsində qansızma, alın, sol gicgah sümüklərinin xətti sınıqları,sol almaçıq, əng və burun sümüklərinin sınıqları, sol qalça, sağ baldır nahiyələrinin qançırları, sağ dirsək,sol diz nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir.

2. X1 ölümünə səbəb qapalı küt kəllə- beyin travması nəticəsində əmələ gələn baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması olmuşdur.

3. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Cinayət işi üzrə 15 yanvar 2022-ci il tarixdə məhkəmə-avtotexniki ekspertizası təyin edilmiş və 09 fevral 2022-ci il tarixli, 8/164 nömrəli rəy alınmışdır. Ekspert rəyindən məlum olur ki, 1.2 Opel Vectra markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X20” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsinin şahidi olmuş şəxslərin müəyyən edilərək dindirilməsi üçün, hadisə baş verən ərazidə videogörüntülərin olub-olmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş, cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində baş vermiş yol- nəqliyyat hadisəsini görən şəxsləri müəyyən etmək mümkün olmamışdır. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2022-ci il tarixli, 313-3781-1222 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs AE 116916 saylı BC dərəcəli sürücülük vəsiqəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək verilmiş, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamış və Təqsirləndirilən şəxs tərəfindən “Opel Vectra” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 44736 reyestr nömrəli etibarnamə qeydiyyata alınmışdır. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vectra” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil və həcmi kiçik olduğundan cinayət işinə əlavə edilmiş baş vermiş yol- nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-57-4/2-1522/2023 nömrəli sorğuya cavabdan görünür ki, hal şahidi X9 qeyd olunduğu ünvanda olmadığı müəyyən olunmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-57-4/2-5029/2023 nömrəli sorğuya cavabdan görünür ki, hal şahidi X6 qeyd olunduğu ünvanda olmadığı müəyyən olunmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-57-1/2-7821/2023 nömrəli sorğuya cavabdan görünür ki, hal şahidi X3 Məlumat Axtarış sistemi üzrə yoxlanılmış və X12 barəsində heç bir məlumat müəyyən edilməmişdir. Məhkəmənin elektron sistemindən əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikasında X12 adlı şəxs müəyyən edilməmişdir. Cinayət işi üzrə 21 iyul 2023-cü il tarixli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 21 iyul 2023-cü il tarixli, 18/2023 nömrəli rəy alınmışdır. Ekspert rəyindən məlum olur ki: Aparılmış tədqiqatlar avtomobilin videoyazının ilk kadrına düşdüyü andan tam davanma anına qədər 8.6 m məsafə qət etdiyini göstərmişdir. Qeyd olunan məsafənin müəyyən junmasında avtomobilin baza olçulərı nəzərə alınmaqla (etalon ölçü) Amped FİVE proaram jrninatının birölçülü ölçmə funksiyasından istifadə olunmuşdur Videogörüntü ekspertizası yolu ilə müəyyən olunmuşdur ki, piyada anidən hərəkət istiqamətini öz sağına dəyişərək dayanmadan avtomobilin hərəkət trayektoriyası ilə kəsişmə istiqamətində qaçmağa başladığı andan sürücünün avtomobili ilə piyadanı vurması anına imi 2,2 saniyə vaxt keçmiş və piyada vurulduqdan sonra Opel Vectra markalı avtomobil tam dayanma anına qədər tormozda 8,6 metr məsafə qət etmişdir. X16 tərəfindən hadisə yerinə baxış protokolunda göstərilən 15 met tormoz izinin uzunluğuna əlavə olaraq videodakı 8.6 m tormoz izidə gəlinməklə avtombilin surəti hesablanan zaman 23.6 m tormoz izi götürlməklə hesablanmışdır. Bu məlumatlara əsasən maşının hərəkət surəti 68 km olduğu müəyyən olunmuş və ekspert tərfindən həmin surətə uğun rəy verilmişdir. 1.ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskə yazılmış “GTŞ-087 2-2022-01-03_16h40min10s000ms” adlı videoyazıdakı görüntülərə görə piyadanın anidən hərəkət istiqamətini öz sağına dəyişərək dayanmadan avtomobilin hərəkət trayektoriyası ilə kəsişmə istiqamətində qaçmağa başladığı andan sürücünün avtomobili ilə piyadanı vurması anına kimi 2,2 saniyə vaxt keçmişdir.

2. Opel Vectra markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində “X20” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə 08 dekabr 2023-cü il tarixli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 8/3554 nömrəli rəy alınmışdır. Ekspert rəyindən məlum olur ki: Ekspertiza tormoz izinin uzunluğunun 15 metr olmasını, vurulma yerinə qədər piyadanın qət etdiyi məsafənin 8,6 olmasını, Piyadanın qaçmağa başladığı andan piyadanın avtomobil ilə vurulduğu ana qədər keçən vaxtın 2.2 olmasını nəzərə alaraq hərkət surətinin 55 km olması qeyd olunmuş və həmin göstəricilər əsasında rəy verilmişdir. 1.məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Vectra maraklı, 10XC049 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X20” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi üzrə 01 aprel 2024-cü il tarixli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 01 aprel 2024-cü il tarixli, 8/694 nömrəli rəy alınmışdır. Ekspert rəyindən məlum olur ki, Ekspertiza tormoz izinin uzunluğunun 15 metr olmasını, vurulma yerinə qədər piyadanın qət etdiyi məsafənin 8,6 olmasını, Piyadanın qaçmağa başladığı andan piyadanın avtomobil ilə vurulduğu ana qədər keçən vaxtın 2.2 olmasını nəzərə alaraq hərkət surətinin 60 km olması qeyd olunmuş və həmin göstəricilər əsasında aşağıdakı rəy verilmişdir. Məhkəmə tərəfindən verilmiş məlumata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi (Sa) onun mövcud şəraitdə uyğun tam dayanma yolundan (Sd) kiçikdir. (Sa<Sd). Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X20” Azərbaycan Respublikasının tələblərinə uyğunsuzluq olmamışdır. Lakin yenidən 03 yanvar 2021-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokola istinad edərək tədqiqatın nəticəsi olaraq Opel Vectra maraklı, 10XC049 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X20” Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur kimi rəy verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə sübut növü kimi qəbul edilmiş digər sənədləri , həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün həmin əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə əsas olan və zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi və həmin hadisəyə dair verilmiş ekspert rəyləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının predmetini nəqliyyat vasitəsinin texniki vəziyyəti, yol-nəqliyyat hadisəsinin mexanizmi, hadisə yerində yol şəraiti və hadisə iştirakçılarının hərəkətləri, həmçinin ekspertin öz xüsusi biliyinə uyğun tədqiq edə biləcəyi hadisənin baş verməsinə zəmin yaradan şərait haqqında faktiki məlumatlar təşkil edir. Yol-nəqliyyat hadisəsi ekspertizasının təyini zamanı müəyyənləşdirilməli olan məlumatlar yol-nəqliyyat hadisəsinin növündən və ekspert qarşısında qoyulmuş sualların məzmunundan asılıdır və hadisənin növləri üzrə istintaq tərəfindən verilməli olan məlumatlar göstərilir. Piyadanın vurulma faktı üzrə keçirilən yolnəqliyyat hadisəsi ekspertizası zamanı rəy verilməsi məqsədi ilə hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyada hərəkətdə olduğu halda onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar), təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti və piyadanın necə (düzünə, çəpinə, yola paralel) hərəkətdə olması, piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, iti yeriş, sakit qaçış, iti qaçış), təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə kimi məlumatlar, o cümlədən piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini dəyişmişdirsə (qaçışdan yerişə, yerişdən qaçışa və s.), onda piyadanın hər bir tempə uyğun vurulduğu yerə qədər qət etdiyi məsafə, piyadanın hərəkət sürəti və yaxud təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt kimi məlumatlar mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarında olan və ibtidai istintaq zamanı əldə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/164 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ibtidai istintaq orqanı tərəfindən hadisənin mexanizmi aşağıdakı şəkildə təsvir edilmişdir: " Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi Opel Vectra minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 55 km/saat sürətlə hərəkət edən zaman Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində olan işiqfora çatana zaman, hərəkət hissəsinin sağ yan tərəfdə olan piyada sağa doğru adi qaçışla yolu keçməyə başlamış, piyada vurulma yerinə qədər 9,5 metr məsafə qət etdikdən sonra bu zaman piyada avtomobilin sağ yan tərəfi ilə vurulmuşdur . Hadisə zamanı tormoz izinin uzunluğu 15 metr olmuşdur. Lakin məhkəmə istintaqı zamanı hadisə yerinin görüntülərini əks etdirən CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, CD diskdə olan faylın məzmunundakı video görüntüdən. aydın olur ki: Görüntüdə əks olunan yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulan avtomobil yolu-yolayrıcıdır. Yolayrıcında dörd fərqli istiqamət üzrə avtomobillərin hərəkəti nəzərdə tutulub. Hava aydınlıqdır. Dövlət qeydiyyat nömrəsi və markası aydın olmayan, yolun sağ kənar zolağı ilə hərəkət edən ağ rəngli SUV tipli nəqliyyat vasitəsi onun solundakı zolaqla hərəkət edən Təqsirləndirilən şəxs sağ çarpaz görmə istiqamətini bağlayaraq həmin istiqamətdən yolayrıcına daxil olan zərərçəkmiş şəxsi əvvəlcədən görməsinə maneə yaratmışdır. Görüntünün 01 saniyəsində piyada Azpetrol yanacaq doldurma məntəqəsi tərəfdən yolun əks istiqamətinə tərəf qaçır, daha sonra isə yolun sağ tərəfinə baxaraq Azərbaycan Bayrağı küçəsinə tərəf qaçır bu zaman piyadanın sol tərəfindən gələn Opel markalı avtomobil piyadanı vurur. “Opel” markalı avtomobildən 3 nəfər şəxs düşür. Ətrafda olan hadisəni görən şəxslər də hadisə yerinə yaxınlaşır. Hadisə yerinə toplaşmış şəxslərin köməyi ilə piyada “Opel” markalı avtomobilin sağ arxa qapısından avtomobilə yerləşdirilir və bundan sonra videogörüntü bitir. Videogörüntüdə ümumiyyətlə asfalt örtüyündə hər hansı uzunluqda tormoz izinin qalması görünmür. Məhkəmə dövründə məhkəmə audio-video yazıların məhkəmə ekspertizası təyin edilsə də 21 iyul 2023-cü il tarixli eskpert rəyində dövlət qeydiyyat nömrəsi və markası aydın olmayan ağ rəngli nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs qarşısına çıxacaq təhlükəni əvvəlcədən görməsinə maneə yaratması nəzərə alınmamışdır. Eyni zamanda keçirilmiş bütün eskpertizalarda 03 yanvar 2021-ci il tarixli “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokola istinad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məclləsinin 236.3-cü maddəsinə əsasən baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. Həmin Məcəllənin 236.4-cü maddəsinə əsasən müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində pozuntuları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Məhkəmə istintaqı zamanı 03 yanvar 2021-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolda iştirak etmiş hal şahidi kimi göstərilən şəxslərdən X12 ilə bağlı verilmiş sorğuya cavabdan müəyyən olunur ki,hal şahidi X3 Məlumat Axtarış sistemi üzrə yoxlanılmış və X12 barəsində heç bir məlumat müəyyən edilməmişdir. Eyni zamanda məhkəmənin elektron sistemindən əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikasında X12 adlı şəxs müəyyən edilməmişdir. Məhkəmə istintaq zamanı əlavə şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Şahid5 bildirmişdir ki, Yolnəqliyyat hadisəsi yerinə baxış protokoluna əlavə edilmiş hadisə yerinin sxemində iştirak edən hal şahidlərinin şəxsiyytə vəsiqəsini almamış, yalnız onların özlərinin qeyd etdiyi anket məlumatlarını qeyd etmişdir. Həmin şəxslərin hadisə yerinə baxış protokulunda qeyd olunan adlarda olan şəxslər olmasını deyə bilməz. Onlar nə ad demişdirlərsə protokolda həmin adı da qeyd etmişdir. Sonradan da həmin şəxslərin anket məlumatlarını almamışdır. Eyni zamanda cinayət hadisəi xx.xx.2022-ci il tarixdə baş versə də hadisə yerinə baxış protokolunun vaxtı xx.xx.2021-ci il kimi qeyd edilmişdir. 03 yanvar 2021-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol CPM-in tələblərinə uyğun tərtib edilmədiyindən məhkəmə tərəfindən sübular siyahısından çıxarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ilkin ifadədən son ifadəyə kimi hadisə zamanı avtomobilin sürətinin 55-60 km/s olduğu qeyd edilmişdir. 03 yanvar 2021-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol məhkəmə tərəfindən sübutlar siyahısından çıxarıldığından, tormoz izinin mövcudluğunu videogörüntüdə müəyyən etmək mümkün olmadığından təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin yol-nəqliyyat hadisəsi baş verən andakı faktiki sürətini hər hansı mötəbər sübut əsasında təyin etmək mümkün deyildir. Eyni zamanda ekspert də öz rəyində mötəbər olmayan və işin faktiki halları ilə uzlaşmayan hadisə yerinə baxış protokoluna və videogörüntüdə görülməsi mümkün olmayan "tormoz izi"nə əsaslanaraq sürəti 55 km/saat olaraq hesablamış və bu hesablamasının hansı metodikaya söykəndiyini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin nəqliyyat vasitəsini hansı sürətlə idarə etməsi barədə aradan qaldırılması mümkün olmayan şübhələr olduğundan həmin məsələ CPM-in 21.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Göstərilən müddəaya əsasən məhkəmə təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi zamanı 60 km/saat sürətlə hərəkətdə olmasını qəbul edir. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 01 aprel 2024-cü il tarixli, 8/694 nömrəli rəyinə əsasən sürücü Təqsirləndirilən şəxs avtomobili 60 km/saat sürətlə idarə etdiyi halda piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi (Sa) onun mövcud şəraitdə uyğun tam dayanma yolundan (Sd) kiçikdir. (Sa<Sd). Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X20” Azərbaycan Respublikasının tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə həmin rəyin qanunvericiliyin tələblərinə, eləcə də yuxarıda qeyd edildiyi kimi CPM-in 21.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla işin faktiki hallarına uyğunluğunu nəzərə alaraq 01 aprel 2024-cü il tarixli 8/694 saylı rəyi sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs yönəlmiş ittihamın mahiyyəti isə yalnız ondan ibarətdir ki, o, hadisənin qarşısını almağa texniki imkanları olduğu halda nəqliyyat vasitəsini dayandırmaq üçün bütün imkanlardan istifadə etməmişdir. "X20” Azərbaycan Respublikası Qanununun 5-ci fəsli yol hərəkəti qaydalarına həsr olunmuşdur. Bu fəslin normaları yol hərəkəti iştirakçılarının hərəkətdə iştirakla bağlı vəzifələrini və yollarda hərəkətin müxtəlif qaydalarını müəyyən edir. Hə-min qaydalar "yol” termini ilə əhatə olunan müxtəlif təyinatlı və kateqoriyalı yollarda, küçə, prospekt və meydanlarda hərəkətlə bağlı ictimai münasibətləri tənzimləyir və hərəkətin digər növlərinə (məsələn, dəmiryolu ilə, su yolu ilə hərəkət və s.) şamil olunmur. "X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). CPM-in 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. "Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inan-dı-rı-cılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. CPM-in sübutlara dair normalarından aydın olur ki, məhkəmənin və cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər, yəni məlumatlar, sənədlər, əşyalar, ekspert rəyi cinayət təqibi üzrə sübut hesab olunur. Bu sübutlar isə cinayət- prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə olunmalı, həmçinin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını müəyyən etməlidir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik sübutların mötəbərliyini əsas şərt kimi göstərmiş, bu şərtin pozulmasının nəticələrini müəyyən etmişdir ki, bu da öz növbəsində CPM-in 9.2-ci maddəsində göstərilən nəticələrə səbəb olur (yəni, cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılması, onun gedişində qəbul edilmiş qərarların ləğvi, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə). Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı baş vermiş yol-nəqliyyat hadisəsinin mexanizmini piyadının hərəkət sürəti və təhlükənin yaranma anı ilə piyadanın vurulması anına qədər keçən vaxt baxımından düzgün təsvir etməmişdir. Məhz bu səbəbdən həmin mexanizm əsasında verilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmənin müəyyən etdiyi mexanizm üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 aprel 2024-cü il tarixli, 8/694 nömrəli rəyinin əsasən sürücü Təqsirləndirilən şəxs avtomobili 60 km saat surətlə idarə etdiyi halda piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi (Sa) onun mövcud şəraitdə uyğun tam dayanma yolundan (Sd) kiçikdir. (Sa<Sd). Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X20” Azərbaycan Respublikasının tələblərinə uyğunsuzluq olmamışdır hissəsini sübut kimi qəbul edir. Məhkəmə, ekspert rəylərini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə belə bir qənaətə gəlir ki, hazırkıcinayət işi üzrə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı təhlükə yarandığı anda sürücünün "X20” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsində göstərildiyi kimi, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək imkanı olmamışdır. Məhkəmə bu nəticəyə gələrkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyadanın yolun hərəkət hissəsinə qaçışla hərəkətə başlayan anda avtomobil tərəfindən vurulma yerinə qədər kiçik məsafənin olmasını, avtomobilin həmin məsafəni çox kiçik zaman aralığında, qət etməsini, hərəkətdə olan avtomobilin sürətini nəzərə alır. Beləliklə, ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair topladığı sübutlarla, yəni yol nəqliyyat hadisələri ekspertizasının rəyləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 124.1 ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in "Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi”prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübutayetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bir daha vurğulayır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs verilən ittihamın əsasını təşkil edən 03 yanvar 2021-ci il tarixli “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və onun əsasında verilmiş yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə araşdırması zamanı isə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi Opel Vectra minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində yolu sağdan sola keçən piyada 1976-cı il təvəllüdlü X7 vuraraq sonuncunun baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sol alın-təpə-gicgah nahiyəsində qansızma, alın, sol gicgah sümüklərinin xətti sınıqları, sol almaçıq, əng və burun sümüklərinin sınıqları, sol qalça, sağ baldır nahiyələrinin qançırları, sağ dirsək, sol diz nahiyələrinin sıyrıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almasıqapalı küt kəllə beyin travması nəticəsində baş beyinin ağır dərəcədə əzilməsi və kəllə sümüklərinin sınması nəticəsində Vüsal Hacıyevin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinin ictimai təhlükəli nəticələri ilə Təqsirləndirilən şəxs hərəkətləri arasında səbəbli əlaqə müəyyən olunmur. Buna görə də Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 500 (beş yüz) manat məhkəmə xərci dövlət büdcəsinin hesabına aid edilməlidir. Gəncə şəhər DYPŞ-nin cərimə meydançasında saxlanca verilmiş “Opel Vectra” minik markalı, 10XC049 nömrə nişanlı avtomobil qanuni sahibinə qaytarılmalı və həmçinin baş vermiş yol nəqliyyat hadisəinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.2, 42.1.2, 42.2.2, 61, 62, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Gəncə şəhər DYPŞ-nin cərimə meydançasında saxlanca verilmiş “Opel Vectra” minik markalı, 10XC049 nömrə nişanlı avtomobil qanuni sahibinə qaytarılsın və həmçinin baş vermiş yol nəqliyyat hadisəinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 500 (beş yüz) manat məhkəmə xərci dövlət büdcəsinə hesabına aid edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar