Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-5/2025 13.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə etmiş və üzərində saxlamaqla daşımış, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 18:00-dan xx.xx.2022-ci il tarixdə saat 08:30-dək olan müddətdə, yəni istintaqa dəqiq məlum olmayan vaxtda, Gədəbəy rayonu, Sarıhasanlı kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Quşqara kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində yerləşən Qafqaz Ticarət Mərkəzində “Sərxan Dağlar oğlu” adlı elektrik inşaat mağazasından ümumi məbləği 194 manat təşkil edən, hər birinin dəyəri 26 manat, ümumi dəyəri 52 manat olan 02 (iki) ədəd “NEW KARPAT” markalı daş feni, hər birinin dəyəri 25 manat, ümumi dəyəri 50 manat olan 02 (iki) ədəd “TERSKOL” markalı drel, hər birinin dəyəri 33 manat, ümumi dəyəri 66 manat olan 02 (iki) ədəd “MAKUTE” markalı mismar vuran və dəyəri 26 manat olan 01 (bir) ədəd “STEARNEL” markalı daş fenini gizli yolla talamaqla oğurluq cinayət əməlini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan “metamfetamin”i xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,485 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən Gəncə şəhər 20 nömrəli tam orta məktəbin yaxınlığında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və şəxsi axtarıs zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik ciblikdən sellofon kəsiyinə bükülmüş və təmiz çəkisi 0,485 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, həbs edilənə kimi Gəncə şəhərində yaşamaqla, günəmuzd fəhləlik edib ailəsini saxlamışdır. 22 noyabr 2022-ci il tarixdə oğurluq etmək məqsədi ilə axşam saat 20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində yerləşən Qafqaz Ticarət Mərkəzində “Sərxan Dağlar oğlu” adlı elektrik inşaat mağazasının yanına gəlmiş və qərara gəlmişdir ki, mağazada olan əşyalardan oğurlayıb aparıb satıb pul əldə etsin. Həmin vaxt mağazanın əsas giriş qapısından içəri daxil olmağın təhlükəli olduğunu düşünüb, arxa qapını əl və ayaq zərbələri endirərək açmış və mağazanın içərisinə daxil olub ordan 3 ədəd daş feni, 2 ədəd mismar vuran, 2 ədəd adını bilmədiyi aləti oğurlayaraq mağazadan çıxıb yaşadığı evə aparmışdır. Evə getdikdən sonra həmin gün saat 22 radələrində oğurladığı əşyalardan 1 ədəd feni və 2 ədəd adını bilmədiyi alətləri tanışı Həsən adlı şəxsin vasitəsi ilə tanımadığı şəxsə Gəncə şəhərində “dəmir yol vağzalı” adlanan yerdə ümumilikdə 40 manata satmış və əldə etdiyi pulla səhhətində olan problemə görə dərman almış, qalan oğurladığı əşyaları isə həbs edildikdən sonra istintaqa təqdim etmişdir. Oğurluq hadisəsi zamanı ona heç kəs köməklik etməmiş və onu görən olmamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən Gəncə şəhər 20 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə aparılmış və Polis Şöbəsində müdafiəçi dəvət edilərək, onun iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibliyində saxladığı sellofon kəsiyinə bükülmüş bir büküm “patı” kimi adını bildiyi metamfetamini çıxarıb təqdim etmişdir. Həmin kütlə baxış zamanı çəkilmiş və polis əməkdaşları tərəfindən zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş psixotrop maddəni o, tutulmamışdan bir gün əvvəl X4 yaxınlığında yerdən tapmış və şəxsi istifadə üçün üzərində saxlamışdır. Hazırda əməlindən peşman olmasını, oğurluq faktı ilə bağlı zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam ödəməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıqla məşğul olmaqla Gəncə şəhəri, Qafqaz Ticarət Mərkəzində “Sərxan Dağlar oğlu” adlı elektrik inşaat mağazası vardır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus mağazanın qapısını bağlayaraq yaşadığı ünvana getmiş və səhəri gün xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində işə gəlib mağazanın qapasını açmaq istəyən zaman mağazanın arxa qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, mağazaya oğru girməsindən şübhələnərək, dərhal mağazada olan əşyaların yerində olub-olmamasını yoxlamış və yoxlayan zaman mağazadan ümumi məbləği 194 manat təşkil edən, hər birinin dəyəri 26 manat, ümumi dəyəri 52 manat olan 02 ədəd “NEW KARPAT” markalı daş feni, hər birinin dəyəri 25 manat, ümumi dəyəri 50 manat olan 02 ədəd “TERSKOL” markalı drel, hər birinin dəyəri 33 manat, ümumi dəyəri 66 manat olan 02 ədəd “MAKUTE” markalı mismar vuran və dəyəri 26 manat olan 01 ədəd “STEARNEL” markalı daş fenininin olmamasını aşkar etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Aparılmış araşdırma ilə mağazasından oğurluğun Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam olaraq ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin Gəncə şəhəri, “MAXİM” şirkətində taksi sürücüsü işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı küçədə qonşu binada yaşayan Həsən tanımadığı şəxslə ona yaxınlaşaraq bildirmişdir ki, dostunun əlində olan 2 ədəd dreli və 1 ədəd feni satır və əgər istəyirsə alsın. O isə həmin 2 ədəd dreli və 1 ədəd feni götürərək yaşadığı evin yanında olan özlərinə məxsus qarajda yoxlayaraq həmin şəxslə razılaşmış və 40 manata almışdır. Bundan sonra sağollaşıb ayrılmışlar. Onun Təqsirləndirilən şəxs ilə əvvəlcədən tanışlığı olmamışdır. Şahid1 yaşadığı küçədə qonşu binada yaşayır. Onu qonşu kimi tanıyır. Şahid1 ona yaxınlaşanda onun yanında Təqsirləndirilən şəxs başqa kimsə olmamışdır. O, Təqsirləndirilən şəxs Şahid1 hər hansı məbləğdə pul verdiyini görməmişdir. Həmin 2 ədəd drelin və 1 ədəd fenin ümumi dəyəri 100 manatdan çox olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avadanlıqlar onun öz mağazasında satdığı avadanlıqlardır. Lakin mağazası bağlandığı üçün əlində bunlar qalmış, bunun üçün ucuz verir. O, həmin avadanlıqların oğurluq olub-olmamasını Təqsirləndirilən şəxs soruşduqda, ona bildirmişdir ki, narahat olmasın, öz mağazasında satdığı mallardır. Mağazası bağlandığı üçün maya dəyərindən aşağı verir. Məhkəmə istintaqında elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Şahid5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqında elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin Gəncə şəhər “Maşın bazarı” adlanan yerdə mühafizəçi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı küçədə əvvəllər tanıdığı Razi adlı şəxs onunla salamlaşdıqdan sonra aralarında olan söhbət əsnasında ona bildirmişdir ki, onda 2 ədəd drel və 1 ədəd fen var, bunları kimə sata bilər. O da demişdir ki, gecə vaxtı bunu heç kimə satmaq olmaz. Bu zaman onunla qonşuluqda yaşayan adını bilmədiyi usta Ruslanın oğlu onlara yaxınlaşaraq salam verdikdən sonra soruşmuşdur ki, burada nə gəzirlər. O da demişdir ki, tanışı Razi əlindəki avadanlıqları satmaq istəyir. Həmin şəxsdə həmin avadanlıqlara yaxınlıqda olan qarajda baxdıqdan sonra Razi ilə öz aralarında qiymət barəsində danışdıqdan sonra 40 manat məbləğində pula razılaşmışlar. Bundan sonra sağollaşıb ayrılmışlar, 2 gün sonra Razi ona zəng vurmuşdur ki, xəbəri varmı onun tanışına 40 manata satdığı avadanlıqlara görə onu tutmuşlar. O da Raziyə demişdir ki, “bəs and içmişdir ki, həmin avadanlıqları nisiyə götürüb?” Razi isə bildirmişdir ki, “ehtiyacı olduğu üçün həmin avadanlıqları oğurlamışdır”. Onu aldatdığına görə incimiş, həmin gündən onunla əlaqəni kəsmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəlcədən tanışlığı olmuşdur. O, Təqsirləndirilən şəxs ilə rastlaşanda onun yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs əlində olan avadanlıqların satılmasında hər hansısa bir məqsədi olmamış, sadəcə hər ikisinə yaxşılıq etmək niyyəti olmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin avadanlıqları Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində yerləşən Qafqaz Ticarət Mərkəzində mağazası olan qohumundan nisyə götürüb ehtiyacı olduğuna görə həmin 2 ədəd dreli və feni 40 manata satır. Təqsirləndirilən şəxs satdığı mallardan əldə etdiyi gəlirdən hər hansısa məbləğdə ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı “Whatsapp” proqramı vasitəsi ilə ifadəsi alınmış Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2023-cü ilin yanvar ayında Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhərində, 20 nömrəli tam orta məktəbin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində müdafiəçi ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ kiçik yan cibindən 1 ədəd sellofana bükülmüş büküm çıxarıb təqdim etmiş və sorğu zamanı üzərindən aşkar edilmiş bükümün içərisində psixotrop maddə olan metamletamin olduğunu, özünə məxsus olduğunu, Gəncə şəhəri X7 yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. “Üzləşdirmədə dindirmə” prptokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə qarşı demişdir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olan və Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsində yerləşən Qafqaz Ticarət Mərkəzində yerləşən “Sərxan Dağlar oğlu” adlı elektrik inşaat mağazasına baxış keçirilərək foto şəkillər çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. Bu barədə protokol tərtib edilmişdir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünün razılığı ilə onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilərək, baxış zamanı yaşadığı evin giriş qapısının sağ tərəfində yerləşən otaqda olan paltar dolabının üstündən oğurluq hadisəsi zamanı oğurlayaraq götürüb saxladığı maddi sübut olan 02 ədəd “Nev-Karpat” markalı texnika feni və 02 ədəd “Makute” markalı mismar vuran aparat maddi sübut kimi götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 26 yanvar 2023-cü il tarixli 16/135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə…” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,485 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 22 fevral 2023-cü il tarixli 319 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 69.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 600 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 07 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 859 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 757 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/443 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən və fotoşəkilləri təqdim edilmiş istifadə edilməmiş malların yəni 02 ədəd “Makute” markalı mismar vuranın hər birinin dəyəri 33 manat olmaqla cəmi 66 manat, 02 ədəd “New Karpat” markalı daş feni hər birinin dəyəri 26 manat olmaqla cəmi 52 manat, 01 ədəd “Staernel” markalı daş feninin dəyəri 26 manat, 02 ədəd “Terskol” markalı drelin hər birinin dəyəri 25 manat olmaqla cəmi 50 manat təşkil etməklə orta bazar qiyməti cəmi 194 manat müəyyən olunur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-410/2024 saylı 03 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Elektron məhkəmə informasiya sistemindən edilmiş sorğudan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Asif adlı azyaşlı uşağı var. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri və maddi sübutları sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,485 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmçinin o, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməklə ictimai təhlükəli əməllər törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,485 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:00-da Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən Gəncə şəhər 20 nömrəli tam orta məktəbin yaxınlığında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq, Gəncə şəhər BPl-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və şəxsi axtarıs zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik ciblikdən sellofon kəsiyinə bükülmüş və təmiz çəkisi 0,485 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin oğurluq cinayət hadisəsi də həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin təqsirləndirilən şəxs bu cinayətin törədilməsində də təqsirlidir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən (xx.xx.2022-ci il tarixdən) iki il keçmədiyindən onun məhkumluğu ödənilməmiş hesab olunur. Belə olan halda isə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən, yəni xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(001)-410/2024 saylı nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Təqsirləndirilən şəxs həmin hökmlə məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hazırki hökm qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə ona azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanı çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi yaranmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.2ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 1(001)-410/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanmaqla ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək 02 (iki) gün, hazırkı cinayət işi üzrə 24 dekabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək 02 (iki) gün və 25 yanvar 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək 02 (iki) gün olmaqla, ümumilikdə 06 (altı) gün müddətində şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı ümumilikdə 06 (altı) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 06 (altı) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzasının əvvəli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-410/2024 saylı 03 oktyabr 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 12 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-410/2024 saylı 03 oktyabr 2024-cü il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,435 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, iş üzrə iki ədəd “NEW KARPAT” markalı daş feni, iki ədəd “TERSKOL” markalı drel, iki ədəd “MAKUTE” markalı mismar vuran və bir ədəd “STEARNEL” markalı daş feninin sahibi – zərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 82,40 (səksən iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-410/2024 saylı 03 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi üzrə 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və hazırki cinayət işi üzrə 24 dekabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 25 yanvar 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla cəmi 06 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-410/2024 saylı 03 oktyabr 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-410/2024 saylı 03 oktyabr 2024-cü il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 0,435 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd “NEW KARPAT” markalı daş feni, iki ədəd “TERSKOL” markalı drel, iki ədəd “MAKUTE” markalı mismar vuran və bir ədəd “STEARNEL” markalı daş feninin sahibi – zərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 82,40 (səksən iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-5/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-5/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver