Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-50/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Xəqani küçəsi, ev 13 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, eləcə də vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə üçüncü şəxsin vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təhrik etmişdir. Belə ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin X5 mühafizəsi üzrə polis nəfəri vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə işə düzəltməklə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin may ayının ortalarında onun yaşadığı ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi **-HZ-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobildə cəmi 2650 (iki min altı yüz əlli) manat olan pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək ələ keçirməklə dələduzluq etmiş, eləcə də məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təhrik etmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs oxuduğu 17 nömrəli tam orta məktəbdən tanıyır və onunla münasibəti məktəb illərindən başlamışdır. 2022-ci ilin may ayının əvvəllərində işlədiyi Gəncə şəhər BPİ-nin MSY-nə getmək üçün taksi axtaran zaman dostu Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan” markalı avtomobili ilə onun qarşısında dayanaraq hara getdiyini soruşmuş, o, isə işə getdiyini bildirən zaman Zərərçəkmiş şəxs ona həmin yolu getdiyini, onu düşürə biləcəyini söyləmiş, bundan sonra o, Zərərçəkmiş şəxs avtomobilinə əyləşib Gəncə şəhər BPİ-nin MSY-nə yollanmış, yolda olan zaman Zərərçəkmiş şəxs onunla biraz danışdıqdan sonra ondan telefon nömrəsini istəmiş, daha sonra onu Gəncə şəhər BPİ-nin MSY-nə düşürmüşdür. Təxminən 10 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini bildirib ondan harada olduğunu soruşmuş, o, isə evdə olduğunu bildirib nə isə problemin olub-olmadığını söyləmiş, Zərərçəkmiş şəxs ona görüşmək istədiyini bildirib yanına gəlmək istədiyini söyləmiş, daha sonra Zərərçəkmiş şəxs onun yaşadığı Gəncə şəhəri, Xəqani küçəsi, ev 13 ünvanına gələrək onu yanına çağırmış, söhbət zamanı Zərərçəkmiş şəxs ona işə düzəlmək istədiyini, bunun üçün köməklik etməyini bildirmiş, o, isə Zərərçəkmiş şəxs nə iş istədiyini soruşub bununla bağlı lazımı adamlarla danışacağını söyləmiş, daha sonra o, ehtiyaclarını qarşılamaq üçün Zərərçəkmiş şəxs keçmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə işə düzəltmək adı ilə aldadıb Zərərçəkmiş şəxs işə düzəlməsi ilə bağlı 2650 manat pulun lazım olduğunu bildirmiş, o həmin vaxt Zərərçəkmiş şəxs Bakı şəhərindəki tanışı vasitəsilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə onu işə düzəldəcəyini, aylıq 490 manat əməkhaqqı alacağını bildirib ümumilikdə 2650 manat pul lazım olduğunu söyləmiş, bundan sonra Zərərçəkmiş şəxs onunla razılaşaraq həmin işə düzəltməsini bildirib ona həmin pulu verəcəyini söyləmiş, daha sonra Zərərçəkmiş şəxs müvafiq sənədləri toplamağı və dediyi pulu düzəldib ona gətirməsini bildirmiş, 2022-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs ona zəng edərək pulu və sənədləri düzəltdiyini söyləyib harada olduğunu ondan soruşmuş, o, isə Zərərçəkmiş şəxs həmin vaxt evdə olduğunu söyləmiş, bundan sonra Zərərçəkmiş şəxs onun yaşadığı ünvanın qarşısına gələrək ona zəng edib çölə çıxmağını bildirmiş, həmin vaxt o evdən çölə çıxaraq Zərərçəkmiş şəxs ilə görüşüb Zərərçəkmiş şəxs sənədləri və 2650 manat pulu götürmüş, pulu götürən zaman Zərərçəkmiş şəxs ona 2650 manat pulu qayınatası Ağa adlı şəxsdən götürdüyünü, iş alınmadığı təqdirdə 1 ay müddətinə qaytarmalı olduğunu söyləmiş, bundan sonra o, Zərərçəkmiş şəxsla sağollaşıb evə daxil olmuş, həmin vaxt onun və Zərərçəkmiş şəxs yanında heç kəs olmamış, bu söhbətdən təxminən 20 gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək qayınatasından aldığı 2650 manat pulu geri qaytarmalı olduğunu söyləyib dostu Miri adlı şəxsin vasitəsilə faizə pul götürüb qayınatasından aldığı pulu geri qaytaracağını bildirmiş, həmin vaxt Miri adlı şəxs telefonu götürüb onunla danışan zaman qonşuluğunda yaşayan bir nəfər şəxsdən faizə pul götürəcəyini ona bildirib Zərərçəkmiş şəxs qayınatasından aldığı pulu geri qaytaracağını söyləmiş, o isə Zərərçəkmiş şəxs ailə daxili mübahisəsinin yaranmaması üçün Miri adlı şəxsə faizə pul götürüb Zərərçəkmiş şəxs qayınatasının pulunu qaytarmasını bildirmiş, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək dostu Miri ilə birlikdə çayxanada əyləşib çay içdiklərini söyləyərək onu çay içməyə dəvət etmişlər, daha sonra o həmin çayxanaya gedərək Zərərçəkmiş şəxs və Miri ilə söhbət etməyə başlamış, həmin vaxt çayxanaya Zərərçəkmiş şəxs tanışı Sərxan adlı şəxs də gələrək Etibar və Miri ilə birlikdə bütün danışığın şahidi olmuş, söhbət zamanı o Zərərçəkmiş şəxs dostlarına Zərərçəkmiş şəxs iyun ayının 24-dən işə çıxacağını söyləmiş, Zərərçəkmiş şəxs isə ona 24 iyun tarixindən işə çıxmadığı təqdirdə ondan pulunu 3000 manat məbləğində qaytarmağını tələb etmiş, həmçinin söhbətinə davam edərək ona həmin pulu faizə götürdüyünü söyləmiş, həmin vaxt o, Zərərçəkmiş şəxs işin alınmayacağı təqdirdə 3000 manat pul qaytaracağını bildirmiş, daha sonra iyun ayının 24də Zərərçəkmiş şəxs ona zəng edərək 3000 manat pulunu geri qaytarmağını tələb etmiş, o Zərərçəkmiş şəxs həmin pulun faizini ödəyəcəyini söyləmiş, bundan sonra Zərərçəkmiş şəxs dostu Miri ilə Gəncə şəhər 2-ci Polis Şöbəsinin qarşısına gələrək ondan 100 manat pul alıb oradan uzaqlaşmış, təxminən 2-3 gün sonra Miri adlı şəxs ona zəng edərək faizə pul götürdüyü adama pulu vermək lazım olduğunu bildirmiş, o isə Miri adlı şəxsə əlaqə saxlayacağını söyləmiş, 2 gün sonra Zərərçəkmiş şəxs dostu Sərxan adlı şəxs ona zəng edərək Etibar və Mirinin Gəncə şəhər BPİ-nə yollandıqlarını və orada ondan şikayət edəcəkləri barədə məlumat vermiş, o Gəncə şəhər BPİ-nə gedən zaman Etibar, Miri və Sərxanın Gəncə şəhər BPİ-nin qarşısında olduqlarını görmüş, Etibar, Miri və Sərxanla biraz mübahisə etdikdən sonra yenidən Miri adlı şəxsə 100 manat pul verərək gözləmələrini söyləmiş, Miri adlı şəxs həmin vaxt ona 5-ci günədək 3300 manat pul verməli olduğunu bildirib, vermədiyi təqdirdə ondan şikayət edəcəyini söyləmiş, bundan sonra o, Zərərçəkmiş şəxs aldatma yolu ilə ələ keçirdiyi 2650 manat pulu 5-ci günədək düzəldə bilmədiyindən Zərərçəkmiş şəxs onun barəsində müvafiq orqanlara müraciət etmişdir. Sonda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, dəymiş ziyanı tam ödədiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bitirdiyi orta məktəbdən tanımış, həmçinin Təqsirləndirilən şəxs onun yaşadığı ünvana yaxın ərazidə yaşadığından Təqsirləndirilən şəxs ilə münasibətləri olmuşdur. 2022-ci ilin may ayının əvvəllərində taksi fəaliyyəti ilə məşğul olan zaman sifariş əsasında Gəncə şəhəri, Xəqani küçəsi, ev 13 ünvanına yollanmış, həmin zaman taksi sifariş edənin tanışı Təqsirləndirilən şəxs olduğunu görmüş, Təqsirləndirilən şəxs onun idarə etdiyi "Nissan” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Gəncə şəhər BPİ-nin MSY-nə getmələrini bildirmiş, o isə avtomobili Təqsirləndirilən şəxs sifariş verdiyi istiqamətə doğru sürmüş, yolda olan zaman Təqsirləndirilən şəxs ona nə vaxta kimi taksilik fəaliyyətilə məşğul olacağını, özünün geniş əlaqələrinin olduğunu, onu dövlət işinə düzəldə biləcəyini söyləmiş, həmin vaxt o bunun mümkün olub-olmadığını Təqsirləndirilən şəxs soruşan zaman Təqsirləndirilən şəxs ona polis əməkdaşı olduğunu, özünü heç kəsin aldada bilməyəcəyini, onu Gəncə şəhər "xxxx" İdarəsinə işə düzəldə biləcəyini, bunun müqabilində 2000 manat pulun lazım olduğunu bildirmiş, o isə Təqsirləndirilən şəxs polis əməkdaşı olduğunu görüb Təqsirləndirilən şəxs inanaraq onu işə düzəltməsinə köməklik etməsini söyləmiş, daha sonra Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-nə aparıb Elşənlə sağollaşan zaman Təqsirləndirilən şəxs ona əlaqə saxlayacağını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs ona telefonla zəng edib görüşmələrinin lazım olduğunu söyləmiş, o, Elşəni Gəncə səhər BPİ-nin MSY-dən avtomobili ilə götürmüş, Təqsirləndirilən şəxslə söhbət edən zaman ilk öncə Elşən ona "xxxx" ASC-də çalışan yaxınının vasitəsiylə onu həmin idarəyə düzəldəcəyini bildirsə də, daha sonra Elşən onun orta-ixtisaslı olduğunu, bunun üçün həmin idarədən daha yaxşı onu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə düzəltməyinin məsləhət olduğunu bildirib Bakı şəhərində yüksək vəzifəli şəxsin tanışı olduğunu bildirmiş, o Elşənə razılıq verdikdən sonra Təqsirləndirilən şəxs ona müvafiq psixatriya, narkoloji və digər xəstəxanalardan müvafiq arayışları götürməyini və bundan başqa onun işinin tez alınması üçün 2650 manat pul lazım olduğunu söyləmiş, bundan sonra o bir neçə gün ərzində müvafiq sənədləri toplamış, sonra dostu Mirhəbib ilə görüşüb işə düzəlməyi üçün ondan 2000 manat borc pul istəmiş, dostu Mirhəbib isə ona etiraz etməyərək onunla Gəncə şəhəri, X12 prospektində yerləşən çayxanada görüşüb 2000 manat pulu ona vermiş, bundan sonra o, 2022-ci ilin may ayının ortalarında topladığı sənədləri, özündə olan 650 manat və 2000 manat, ümumilikdə 2650 manat pulu Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının qarşısında özünün idarə etdiyi **-HZ-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobildə Elşənə vermiş, həmin vaxt Elşən ona sənədləri və pulu Bakı şəhərində işi həll edən şəxsə göndərəcəyini bildirmiş, sənədləri və 2650 manat pulu Təqsirləndirilən şəxs verən zaman onların yanında heç kəs olmamış, Elşən sənədləri və 2650 manat pulu götürüb avtomobildən düşərək evinə daxil olmuş, bundan sonra özü Elşənlə tez-tez əlaqə saxlamış, Elşən isə ona heç bir problemin olmadığını Bakı şəhərində əlaqələrinin geniş olduğunu, polis əməkdaşı olduğu üçün heç kəsin yalan danışmayacağını söyləyib onu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə işə düzəldəcəyini bildirmiş, həmin müddətdə Elşən onunla əlaqə saxlayaraq görüşməli olduqlarını bildirmiş, o Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Xəqani 13 ünvanına yollanıb Elşənlə görüşmüş, həmin vaxt Elşən onun Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə işə düzəlməyinin mümkün olduğunu, həmçinin 490 manat aylıq əmək haqqı alacağını söyləyib onun Elşənə verdiyi 2650 manat puldan tibbi komissiya və əlavə xərclərə veriləcəyini, həmin pulları Bakı şəhərində işi həll edən şəxsə göndərdiyini söyləmiş, o Elşənə pulu verdikdən bir neçə gün sonra dostu Mirhəbib və Sərxanla birlikdə Elşənlə əlaqə saxlayıb Gəncə şəhəri, X12 prospektində yerləşən çayxanada görüşüb Elşənlə söhbət etmiş, Elşən söhbət zamanı ona 2022-ci ilin iyun ayının 24-nə kimi Gəncə şəhəri Nizami Rayon Məhkəməsində işə çıxacağını söyləmiş, işə çıxmadığı təqdirdə iyun ayının 25-də pulunu geri qaytaracağını, ümumilikdə ona 3000 manat pul geri qaytaracağını söyləmişdir. 2022-ci ilin iyun ayının 23-də Elşən onunla əlaqə saxlayıb görüşmələrini bildirmiş, o Gəncə şəhəri 18 saylı tam orta məktəbin qarşısında Elşənlə görüşmüş, Elşən görüş zamanı onu təbrik edərək əmrinin gəldiyini bildirərək sabahdan işə çıxmağını söyləmiş, bundan sonra özü 24 iyun 2022-ci il tarixdə günorta radələrində səliqəli formada geyinərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə yollanmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin dəftəxanasına daxil olub şəxsiyyət vəsiqəsini təqdim edərək əmrinin gəlib-gəlməməsini yoxlamalarını söyləmiş, həmin vaxt dəftərxanada yoxlanış etdikdən sonra ona əmrinin gəlmədiyini, sistemdə onun adının çıxmadığı bildirilmiş, daha sonra onu başqa bir şəxs qəbul edərək özünü ona Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri kimi təqdim edərək işə düzəlməyi ilə bağlı onun aldadıldığını söyləmiş, bundan sonra Təqsirləndirilən şəxs ona dəfələrlə zəng edərək görüşmələrini bildirib, sənədləri və pulunu üç gün ərzində qaytaracağını bildirmiş, lakin Elşən onun pulunu qaytarmadığından 08 iyul 2022-ci il tarixdə Gəncə şəhər BPİ-nə müraciət etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış və Elşən ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, taksi fəaliyyətilə məşğul olur. 2022-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs onunla görüşüb ailəsini dolandırmaqda çətinlik çəkdiyini, tanışları olan, Gəncə şəhər BPİ-nin MSY-də polis nəfəri işləyən Elşən adlı polis əməkdaşının geniş əlaqələrinin olduğunu söyləyib Elşənlə işi ilə bağlı danışdığını, Elşənin ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə işə düzəlməsi ilə bağlı 2650 manat pul istədiyini söyləmiş, o həmin vaxt Zərərçəkmiş şəxs özünün 2000 manat pul yığdığını, həmin pulu Zərərçəkmiş şəxs verə biləcəyini, lakin həmin pulu tezliklə qaytarmasını söyləmiş, Zərərçəkmiş şəxs onunla razılaşıb işinin alınmasını istədiyini, həmin pulu tez bir zamanda qaytaracağını söyləmiş, təxminən 2022-ci ilin may ayının 10-12-si tarixlərində o, Etibarla Gəncə şəhəri, Azərittifaq adlanan ərazidə görüşərək Zərərçəkmiş şəxs 2000 manat borc pul vermiş, 2022-ci ilin may ayının sonlarına yaxın o Zərərçəkmiş şəxs ilə yenidən görüşən zaman Zərərçəkmiş şəxs ondan aldığı 2000 manat pulun üzərinə 650 manat pul qoyaraq Elşən adlı polis əməkdaşına verdiyini söyləyib Elşən adlı polis əməkdaşına zəng edərək onu Gəncə şəhəri, X12 prospektində yerləşən çayxanaya çağırmış, həmin vaxt dostları Sərxan da həmin çayxanaya gələrək onlarla birlikdə əyləşmiş, daha sonra Elşən adlı polis əməkdaşı onların əyləşdikləri çayxanaya gələrək onlarla söhbət etməyə başlamış, Elşən söhbət zamanı Zərərçəkmiş şəxs 2650 manat pul aldığını, həmin pulu Bakı şəhərində olan vəzifəli şəxsə göndərdiyini, pulun müqabilində Etibarı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə işə düzəldəcəyini və işin alınmadığı təqdirdə 3000 manat pul qaytaracağını onlara bildirmiş, bundan sonra onlar da orada bir qədər əyləşib çay içdikdən sonra oradan uzaqlaşmışlar. 24 iyun 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs zəng edərək pulun qaytarılmasının vaxtının çatdığını, 2000 manat pulu bu gün verməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs isə ona Elşənlə əlaqə saxlayıb ona xəbər verəcəyini söyləmiş, daha sonra Etibar ona zəng edərək Gəncə şəhər 2-ci polis şöbəsinin qarşısına gəlməyini söyləmiş, o evdən çıxaraq Gəncə şəhər 2-ci Polis şöbəsinin qarşısına gedib Etibarla birlikdə Elşən adlı polis əməkdaşı ilə görüşmüş, həmin vaxt Elşən adlı polis əməkdaşı onlara 100 manat pul verərək möhlət vermələrini, həmin 3000 manat pulu 2-3 gün ərzində geri qaytaracağını söyləmiş, bu söhbətdən təxminən 4-5 gün sonra dostu Zərərçəkmiş şəxs onunla görüşüb 2000 manat pulu ona geri qaytarmış və söhbət zamanı ona məlum olmuşdur ki, dostu Etibar həmin pulu evdə olan qızılları sataraq geri qaytarmış, daha sonra Etibar ona Gəncə şəhər BPİ-nin MSY-də işləyən polis nəfəri Təqsirləndirilən şəxs işə düzəlmək məqsədilə onu aldadaraq ələ keçirdiyi pulu geri qaytarmadığını və Təqsirləndirilən şəxs şikayət edəcəyini bildirmişdir. Şahid2 da məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1244-4/1249 saylı rəyində göstərilmişdir ki: Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda əsas mövzu üzrə 2 nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Danışığın mətni aşağıdakı kimi verilmişdir: “WhatsApp Audio 2022-07-18 at 18.20.26 (1).mp3” K1- “eyhanə alındırmasam” K2- “aha” K1- “24-ü alındırmasam, sözümü deyəmməsəm, 25-i günü demir 3000, 3000-i də ver” K2- “hə. fso yəni, yüzdə yüzdü?” K1- “milyard faiz” K2- “hə, vəssalam” K1- “o gördüm telefonda çox belə şeynən danışdı ki, yəni mənniydi” K2- “hə, maaşı da dedin də?” K1- “dedim, (kənara: salam qadanalım nətərsən?) o da dedi ki, mənə problem döyül, yəni o dediyini də alajax maaşını” K2- “dediyi sözün ağasıdı” K1- “dedi qardaşı, mən demişəm” K2- “səndə ona tam cavabdehsən” K1- “mən də ona tam cavabdehəm” K2- “Allah balavı” K1- “özünə də arxeyinəm onun, hər iki tərəfi də demişəm, demişəm görsəm ki, əgər 23- dü nam-nüm var, mən dedim 1 gün icazə alıb gəlib 24-ü sənə dağ eliyəjəm sözümü”. WhatsApp Audio 2022-07-18 at 18.20.26 (2).mp3 K1- “mən də indi, indi mən də saa bir söz deyim, o tam ora işin düzəldirlər heç, onun dabrosunu almışam, işə çıxajaxsan ayın mənə dedi, 20, 21 -i olar, mən 24-nə kimi özüm vaxt almışam, çünki bilsən niyə, insanıq, mən 21 -i, 20, 21 -i olmazdı, deyəjəydi ki, bə noldu, indi dimişdir? dedin ey birdən 24-ü olmaz, 25-i mənim pulumu versin, o elə 2 gün, 3 gün ... yəni 24-ü sən nağdı işdəsəm” K2- “bə burda əmr zad gəlmir?” K1- “gələjəy, ayın ortalarında sənə indi zəng eliyəjəy özdəri, mənə dedi ki, özümüz yığajıyıx, dedi bircə dənə deyərsən o telə kod gəlir, nə gəlir bilmirəm” K2- “mən bilmirəm” K1- “məndə bilmirəm, dedi özümüz şey eliyəciyik, əlaqə saxlıyajıyıx” K2- “bu ayın ortaları, yoxsa o birisi ayın” K1- “... ayın 10-da, nə bilim 8-i, 10-u” K2- “hə bildim” K1- “qoy nə bilirlər eləsin də qardaş” K2- “bir də mən sa bir şey deyim, mən sa bir şey deyim” K1- “de” K2- “bu məhkəmələr var e, dağılmır, nətər olur birinci şöbə, ikinci şöbə” K1- “toplanır, toplanır” K2-“ancaq ixtisar falan olası döyül, həmənki işçilər yerində qalır” K1- “işçilər yerində qalır, toplanmadı, adı yığışır, toplanma gedir, adı yığışır, toplanma gedir” K2- “başa düşdüm” K1- “bir də mən sənə bir şey deyim” K2- “yəni yüz faizdi da deyirəm” K1- “fso, yəni rahat ol” K2- “mən onu sənə deyrəm e, heç ... nədi, nə bilim Əli, Vəli, bildim dana, hə” K1- “mən onun məsuliyyətinin altına girmişəmsə, məsuliyyət məndədi, elə bil mənə deyirsən sözünü” K2- “hə da, mən sənnən iş görmüşəm, hə” K1- “mən də səə deyrəm ki, qaqa, rahat get otur”. “WhatsApp Audio 2022-07-18 at 18.20.26.mp3” K1-“milyard faiz” K2- “hə” K1-“yüz faiz” K2- “aha” K1- “ ayın 24-ü işdəsən, 20-21 -i ...” K2- “aha” K1- “24-ü işdəsən” K2- “elə?” K1- “mən”. “WhatsApp Audio 2022-07-18 at 18.20.27 (1).mp3” K2- “bildim ey qadanalım, mən o 3000 manatı verməliyəm e, bildin nədi?” K1- “mən səə yenə deyirəm, ola bilər işdiyərsən 4 gün, 5 gün deyərsən ki, birdən kimsə səni qərəzdiyər də, indi mən bilmirəm də, sən olassan, gələr deyərsən ay qaqa, orda belə bir şey var, yəni sənin işdədiyin yer 300 manat verəjəylər ha, onu dərhal mənə denən” K2- “hə başa düşdüm” K1- “... nolsun beş gün işdiyibsən, dərhal xitam” K2- “dərhal xitam, pulu da qaytarırıq fso, düzdümü?” K1- “hə, naxadı, hə” K2- “yəni ayrı problem olmur orda” K1- “yo, yo” K2- “sa deyə bilməz ki, həmin adamlar ki, ə yox ey, bilməmişik ki, bu qədər maaş olajax, hay?” K1- “yo,yo” K2- “yəni elə bir şey ola bilməz də?” K1- “yox ey narahat olma, mən saa söz deyrəm” K2- “indi sabahlarım onda saat 10-da zadda gedim mən ora, 9-da?” K1- “mən bircə kəlmə yenə gedirəm, bu gün çox yorğun olmuşam, bircə kəlmə danışım, deyim onda, o məni bilmir da, deyir özdəri zəng eliyəjəy, indi bilmirəm Əli zəng eliyər, Vəli zəng eliyər, Pirvəli zəng eliyər, kimsə zəng eliyəjəy sa, zəng eliyən kimi də” K2- “mənim nömrəmi veribsən ki” K1- “ay qadanalım, deyirəm üstündə nömrən var dana hamsı” K2- “yox ey, yazmamışdıx axı ora” K1- “mən yazmışam, yazmışam, mən sənin nömrəni, narını vermişəm 070-i” K2- “bildim, indi maa zəng eləməmiş getmiyim, yoxsa nətər? başa düşmədim, mən səhər saat 9-da gedim ora?” K1- “səni yığajax ki, gəl, filankəs yığajax” K2- “formanı geyindim” K1- “qəribə gələjəy, mən də saa deyirəm ki, biraz işdə açıl” K2- “yox e, adminstrator falan işləmişəm” K1- “niyə belə şeysən” K2- “yox, dövlət işində işləməmişəm, özüm adminstrator işləmişəm, işçilər olubdu, rəhbərliy eliyə bilirəm e, mən” K1- “indi Allah qoysa işində görəjəm şeyi” K2- “nəyi” K1- “ordan ora keç, ordan ora keç, özünü bərkit, yaxşımı?” K2- “hə, yəni ora inşAllah alınannan sonra şey Eliş, ta bir aydan sonra ... daldan dəymək kimi” K1- “mənə Bakıdı, sənə ... 24-ü, 23-dən.... o öz misyasını göstərir” K2- “bəs niyə 20-dən şeyləmədi” K1- “vallah onu bilmirəm, məə dedi ki, misyam ... mən istədim ki, bilsən nə, bu 4-5-ci günlər gödək günlər olur, mən istədim ki, səni 1-ci gündən götürsünlər, sən 2-ci gündən, 3cü gündən başda işdə ki, həftə içənə kimi yenə deyrəm 3 günə, 4 günə baxa bilim...” K2- “24-dən sözümüz söz olsun da Eliş, biz nətər danışmışıq qadanalım?” K1- “mən sən nətər deyisən mən sənə” K2- “kişi kimi nətər sözümüz olubdu, 24-də dedin ki, 24-ü axırıncı gündü, 24-ü günü də işə çıxmadım” K1- “bax, bu gün yenə deyrəm, mən ona sözümü danışmışam, yenə deyrəm, əgər stəmədiyim an olsa belə mən ona zəng eliyəsiyəm, o sənin pulunu göndərəsidi, sən o cəhətindən gileylənməyinə dəyməz” K2- “bildim, qadanalım sənin, Eliş, biz sənnən nətər danışmışdıq? demişdiy 24-ü günü şə çıxmasam mən, 3000 manatı, sənədləri də qaytarırıq fso, iş alındı, düzdü qardaş?” K1- “sənin uje işin alınır, ona görə mən heşnə demirəm” K2- “vəssalam, indi sabahları da mən çıxajam stajor kimi” K1- “yox, sabah saa baxıb yəqin yolluyajaxlar evə” K2- “hələ bir baxsınlar sıfatıma” K1- “deyəjəylər get birinci gün gəl, məsələn, indi altı-bazar olmuyajax” K2- “altıncı gün məhkəmə olmur? onda gətirirsiz axı siz” K1- “... ümumi otax rejimidi, o gətiririy hakim baxır... altı, bazar məhkəmələr işləmir” K2- “mən başa düş ... əsas odu sabahlarım məni çağırsınlar, tanışdıq”. “WhatsApp Audio 2022-07-18 at 18.20.27.mp3” K1- “alo” K2- “salam Elşən” K1- “salam qadanalım” K2- “nətərsən, nə var nə yox” K1- “salığın qardaşım sən nagarsan?” K2- “sağlıq-salamatçılıqdı, vəziyyət zad, yaxşılıqdımı?” K1- “sağol əziz qardaşım, sağ ol, var ol, sən nətərsən?” K2- “şükür, belə də, taksiliynən başımızı biraz qatırıq” K1- “qadanalaram, yaxşı olsun, yaxşı, bala nətərdi?” K2- “yavaş-yavaş, yavaş-yavaş, düzəlir yavaş-yavaş” K1- “çox şükür” K2- “sizdəkilər nətərdi qadanalım?” K1- “sağol əziz qardaşım, hər şey yaxşıdı, hər şey qaydasındadı” K2- “təki yaxşı” K1- “gedib-gəlirəm işə gücə” K2- “hə yaxşı eliyisiz, işdərdən nətərdi vəziyyət? hərdən-birdən şeydən keçəndə, türmənin yanından səni görürəm e, prosta içərdə klent olur deyə dayanmıram” K1- “qadanalaram” K2- “o kafe yoxdumu, üzbəüz türməynən?” K1-“həə” K2- “görürəm ki, ordan başın çıxır, ora-bura baxırsan belə” K1- “qadanalaram” K2- “görürəm ordan keçəndə, nə bilim Xəqani küçəsindən zaddan gəlib ordan klent zad götürəndə qapınız zadınız açıx olur dana, indi bilmirəm” K1- “həə, papam açır, papam açır oranı, oturur məhlədə dana” K2- “həə, görürəm, prosta şeyləmirəm deyirəm birdən evdə zadda olmarsan” K1- “ə işdə oluram, büyün də smena yazıblar məni, dilxor, altıncı gününə düşəndə bütün dilxor oluram, altı, bazar camaat dincələndə, mən altı, bazar işdiyirəm” K2- “hə, işiniz elədi dana qadanalım, nağarasan” K1- “hər yer elədi ay qaqa, hər yer elədi, özün nətərsən, yaxşısanmı? K2- “həə, özüm yaxşı, salamatcılıqdı, heçnə, elə gözdürəm” K1- “bir vaxt eliyib sənnən oturammıram e ə, Allaha and olsun işim o qədərdi ki” K2- “başa düşürəm, başa düşürəm Eliş, elə dünənlərim Miriynən görüşdük, Miriynən, Miri zəng eləmişdi, Miri şeylədi ki, qadanalım, yəni bax sonra aramıza narazıçılıq, inciyliy olmasın dana yəni, Miri də söz” K1- “ə yox qadanalım, mən ona kəlməni demişəm, demişən 24-ü günü bu işə çıxdıçıxdı, çıxmadı 3000-i alajam” K2- “bildim” K1- “demişəm sən ondan, söz bir dəfə deyilir, demişəm ona” K2- “başa düşdüm qadanalım, Miri ma dedi ki, qardaş aramıza söz, Miri də bilisən da nətər adamdı? yanı sözünə söz adamdı dana, özün bilirsən, hər yerdə də əlaqəsi var” K1- “demişəm ey narahat olma, ondan gileylənmə, ürəy” K2- “bildim, yəni ay Eliş, qadasınalım, Miriynən, Miri, Miri elə bir adamdı ki, düzdü dostdu, qardaşdı da” K1- “nə mən Miriynən, nə mən sənnən, nə mən səni Miriynən, nə də mən sənnən pis olmaram axı, heç vaxt, həyatı boyu, o nə deməydi ki? ona sözümü demişəm” K2- “bildim, aha” K1- “demişəm qadanalım, demişəm 24-ü günü bu adam çıxdı-çıxdı, çıxmadı 25-i günü günorta mənim pulumu, 3000-mi hazırla, mən camaatın pulunu verim, gedib ayrı işə düzələcək, bizim gözdəməyə vaxtımız yoxdu” K2- “başa düşdüm, prostu bilsən nətər? ba bu şey, dedin sms kod, nə bilim nəsə gəlməliydi, o da gəlmədi” K1- “deyirəm Allaha and olsun, inan ki, Allaha and olsun, bax balamın canı, vaxt eliyəmmirəm ki, gecə 10-da, 11-də çıxıram, gedirəm elə yorulub, istiyirəm elə bir az televizora baxam, leş düşürəm Allahaqqı, işim bu yay ərəfəsidə çox bir az ağırlaşıb e ...” K2- “yox, başa düşdüm” K1- “qoy indi bu altı, bazar keçsin, 1-ci, ya 2-ci gün danışacam, onda da ayın 20-i, 21 -i olacaq” K2- “hə, sən prostu demişdin ki, belə-belə dana, yəni 20-dən 20-nən çıxmalısan, ona görə deyirəm, ordan çıxmamışdın qabaq əmr gəlir, əmr gəlir, bilirsən də sən?” K1- “bilirəm, bilirəm, indi mən ona sözümü demişəm də, qadanalım, indi gördüm ki, məsələn, indi sabah ayın 19-u, 20-di da, indi o 24-ü deyib, mən nə şeyliyirəm, mən ona sözümü demişəm, sözümü də dağ eləmişəm” K2- “başa düşdüm” K1- “24-ü mən ona bir zəng açajam, 23-ü hələ axşam” K2- “yox, Miri deyir ki qardaş, Miriynən söhbət olub dana belə, 23-nə kimi, 23-nə kimi işə çıxmasa, iş zad alınmasa da, onsuz da 23-nə kimi bilinəjəydi hər şey, düzdümü?” K1- saa zəng eliyər ki, məsələn, o qaqaşa denən, ya özünə zəng eliyillər ki, gəlsin getsin” K2- “başa düşdüm, yəni 24-ü iş deyəndə ki, işə məhkəmə hamı 9-da gedir işləməyə, bilsən də sən onu, 9-da işdə olmalısan” K1- “bildim ey, bunun səhər xəbər çıxmadı, mən ona zəng eliyəjəm, yəni qaqa noldu? desə ki, belə, hazırla, bir gün ... 24-ü pulu hazırla, mən 25-i sənnən ... götürəcəm, caamatın pulunu” K2- “hə, elə 24-ü, maa Miri dedi ki, 24-ü pul çatmalıdı, ona görə deyrəm ey qadanalım, Miri də elə adamdı ki” K1- “təki işin olsun ey, mən bu dəqiqə pulu şeyləmək, onu alındırmaq asandı” K2- “başa düşdüm, yəni arada şey olmasın da qadanalım, bax, saa daverya eləmişik sənədləridi” K2- “bildim, yəni sənədi də, biz o adamı tanımırıq, bir şey eləmirik, da düzdümü, qadanalım? mən səni tanıyıram” K2- “hə, yəni sənəddi, puldu hamsı saa verilibdi, sən də deyirsən yüzdə yüz faiz hər şey alınası dı” K1- “gileylənmə də, telefonda indi çox şey danışmıyaq, gileylənmə, narahat olma” K2- “yəni ki, Allah qoysa, gəl belə eliyək Eliş, qadanalım, bu 23-nə kimi, 23-nə kimi sən onnan dəqiq şeylə, indi iş barəsində, əgər alınmasa, desə ki, yox belə elə, çünki bu bir gün söhbəti boş söhbətdi də yəni, bir gün orda nə söhbətdi ki? onda 24-ü günü, 24-ü günü o pulu versin” K1- “hə, gördüm şeydi ürəy, gör nə olajax, gördüm 23-ü günü mən ona axşam zəng çalajam, eşit, desə ki, sabah saat... işə çıxır, heç zad, səhərisi günü də onnan keçdi, mən ona zəng eliyəjəm ki, qaqa bu etiraz elədi, istəmir, sənə verdiyim məbləği ver” K2- “çünki” K1- “yəni 24-ü günü gün ərzində mən deyəjəm ki....” K2- “yəni sən əsas odu ki, 20-də də zəng elə ki, noldu bu gün işə çıxır yoxsa yox, uje onda işi biləjəydi o, bildin nətər?” K1- “biləcəy, bə nədi” K2- “hə, sən 20-i zəng elə qadanalım, 20-dən zəng eliyəndə danışandan sonra 23-nə kimi şeylə, 23-ü də şey eləməsə, 24-də alınmasa pulu zadı gətirsin versin, mən aparım Mirinin pulunu verim, yaxşı qadanalım, sözümüz söz olsun, mən istəmirəm ey aramızda söz-söhbət olsun, aramızda narazılıq olsun, problem olsun, Miri də elə bir adamdı ki, sözünün ağasıdı, özündə bilirsən ki, yəni əlaqəsi var, hər yemən var, mən istəmirəm bu işə Allah eləməsin 102, prakratura, məhkəmə hamsı qarışsın, başa düşdün nətər? alo”. “WhatsApp Audio 2022-07-18 at 18.20.27_001 ,mp3” K2- “demişdin, dayan qadanalım, ayın 24-ü demişdin ki, işə inşAllah çıxassan, işə çıxmasan pulunu geri qaytarırıq” K1- “bəli, bəli, nətər deyisən, qulaq as indi, deyildi qutardı, indi gör nə deyirəm, əmrin verildi, Nizami rayon məhkəməsinə, məhkəmə var, Nizami rayon məhkəməsi, Bakı öz sözünü tutub əmrini verdi, indi üzün başın təmiz olsun, səhər ola bilər tezdəndən səni çağırdıq getdik Nizamiyə, tanınmaq üçün, səni tanımaq üçün, ordan da bilmirəm İlqar çağırar, Elçin çağırar, Zaur çağırar, kim çağırar, bilmirəm zəng eliyəjəylər saa, sabah saat 10-da” K2- “yəni sabah 100 faiz məni çağırajaxlarmı, Eliş? çünki mən bax 45 gündü gözdüyürəm, 20-dən gözdüyürəm, dedin ki, belə-belə” K1- “mən saa bir söz deyim, belə bir şey deyim da, Bakı üzərinə düşəni eliyibdi, əmrini odi Nizami rayonuna” K2- “onu nətər yoxlada bilərik?” K1- “onu sabah Allah qoysa, sabah 5-ci gündü mən gedə bilməyəjəm, smendə olajam, indi evə gedəjəm, mən zəng eliyəjəm bidə ona, həmin adama, sən ağ saruşqanı zadı, hər hazırla, tanınmaq üçün də...” K2- “ağ saruşqa?” K1- “ağ saruşqa olsun, hə, üzünü qırx, sabah saat 10 tamamda mənə desə ki, gəlsin ma, sən get bir səni görsün, bir gün tanıdı, bir gündən sonra işə çıxassan, bir gün səni te'imaq üçün, yəni bel bir adam var” K2- “hə, yox sabahlarım saat 10-da mən olum orda?” K1- “indi mən axşam danışım, sənə mən deyəjəm, sabah saat neçədə ol, neçədə olma, s. :ah çünki beşinci gündü, gödək gündü, ola bilər ki, deyər ki, gəlsin bir bir saat görüm getsin, nətər olajax deyəjəy” K2- “aha” K1- “əsas odu mən bir qardaşın kimi sənə sözümü tutmuşam, dedim də ağası oldum, səni elədim” K2- “yəni sən dediyin kimi, mən gedəjəm ora, əmrim gəlib, işə qəbul girdim, aybaya da" K1- “indi deyrəm, sabah özdəri, indi mən bilmirəm də orda kimdədi, sənə uje səhər zəng - /əndə nömrəni biləjəksən, açajaxsan, sənə deyəjəy ki, Etibardı filankəsov, deyəjəysən hə mənəm, deyəjəy ki, gəl Nizami rayon məhkəməsinə, girdiy, getdin girdin” K2- “məhkəməyə?” K1- “mənli, mənsiz, girdin məhkəmənin özünə, indi katib olar, köməkçi olar, orda indi bəzi –adamla rvar, səni göstərəcəy ki, budu, budu, budu, ... bir dənə sadəcə mən sənə dediyim odu « saruşqan olsun, ağ saruşqa, üzünü də bir dənə qırx” K2- “ağ saruşqa”. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim" markalı CD-R diskdə olan mübahisəli fonoqramlar həmin fonoqramların yazıldığı iddia olunan “Samsung Galaxy A02s” markalı mobil telefon vasitəsi ilə yazılmamışdır və ya həmin yazı qurğusu vasitəsi ilə yazılaraq yazılışdan sonra ilkin fonoqram emal olunaraq əvvəli və ya sonu kəsilərək) təkrar kodlaşdırılmışdır. “WhatsApp Audio 2022-07-18 at 18.20.26 (2)” adlı mübahisələi fonoqramın 01:10 dəqiqəsində məntiqi rabitənin itməsi, keçid proses üçün xarakterik siqnalın varlığı kimi montaj əlaməti müəyyən olundu. “WhatsApp Audio 2022-07-18 at 18.20.26 (1)”, “WhatsApp Audio 2022-07-18 at 18.20.26”, “WhatsApp Audio 2022-07-18 at 18.20.27 (1)”, “WhatsApp Audio 2022-07-18 at 18.20.27”, “WhatsApp Audio 2022-07-18 at 18.20.27_001” adlı mübahisəli fonoqramlar daxilində montaj üçün xarakterik olan - danışıqlarda situasiya ilə əlaqəli olmayan cümlələrarası və ifadələrarası məntiqi rabitənin pozulması, akustik şəraitin kəskin dəyişməsi, emosional vəziyyətin kəskin dəyişməsi kimi əlamətlər müəyyən olunmadı. Mübahisəli fonoqramlar ilkin olmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Tədqiqat üçün səs nümunələrinin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tədqiqat üçün səs nümunələri götürülmüşdür. Tədqiqat üçün səs nümunələrinin götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tədqiqat üçün səs nümunələri götürülmüşdür. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4443 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 205 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda və müalicədə olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Xəqani küçəsi, ev 13 ünvanında qeydiyyatdadır. Gəncə şəhər Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İV seriyalı, 012110 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə X7 doğulmuşdur. Valideynləri – atası Təqsirləndirilən şəxs və anası X4 qeyd edilmişdir. AZ-İV seriyalı, 434867 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə X6 doğulmuşdur. Valideynləri – atası Təqsirləndirilən şəxs və anası X4 qeyd edilmişdir. “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 30 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ə272-120-22 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin xx.xx.2021-ci il tarixli, Ə183-120-21 nömrəli əmri ilə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixli, Ə129-120-22 nömrəli əmri ilə “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehləri verilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün onunla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, eləcə də vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə üçüncü şəxsin vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təhrik etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X5 mühafizəsi üzrə polis nəfəri vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə işə düzəltməklə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin may ayının ortalarında onun yaşadığı ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi **-HZ-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobildə cəmi 2650 (iki min altı yüz əlli) manat olan pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək ələ keçirməklə dələduzluq etmiş, eləcə də məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təhrik etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.3-cü və 32.4,312.1-ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli 7 nömrəli qərarına əsasən bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən, ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Azərbaycan Respublikası CM-in 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsində dəftərxana işçisi kimi işə qəbul olunması məqsədi ilə səlahiyyətli vəzifəli şəxsə pul verilməsi müqabilində xidmətə qəbul etdirəcəyini vəd edərək rüşvət verməyə təhrik etməsi və etibarından sui-istifadə edərək aldadıb 2650 (iki min altı yüz əlli) manat pulunu ələ keçirməsini tam təsdiq edir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, mülkiyyət əleyhinə qəsdən törədilən və həmin Məcəllənin 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər əleyhinə qəsdən törədilən cinayətdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 312.1-ci maddəsinə əsasən, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X3 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə edərək zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birinə, yəni zərərçəkmiş şəxslə barışmasına və dəymiş ziyanı tamamilə ödəməsinə baxmayaraq, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənilməli olan ödənişi ödəmək üçün onun ərizəsi əsasında məhkəmə tərəfindən ona möhlət verilməsinə baxmayaraq həmin ödənişi maddi imkansızlıq səbəbindən ödəmək iqtidarında olmadığına görə ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi məqsədə müvafiq hesab etmir və iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cinayət əməlini polis əməkdaşı olaraq öz qulluq mövqeyindən istifadə etməklə törətdiyi, eləcə də məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə zərər çəkmiş şəxsi ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təhrik etdiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.3-cü və 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda əlavə cəza kimi təyin ediləcək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Odur ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 6 ünvanında yerləşən yaşayış evini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış səs yazısının qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsini tutmaq hüququndan məhrum edilməklə CM-nin 32.4,312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və həmin Məcəllənin 178.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsini tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Eyni zamanda əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 6 ünvanında yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış səs yazısının qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-50/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-50/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver