Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-50/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 3 qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) kifayət qədər toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamin və narkotik vasitə tiryəki şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 40.744 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə xx.xx.2023-cü il tarixdə, saat 20:00-da Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “İstiqlal” parkının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev pr.475 ünvanında yerləşən 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli yapışqan lentə bükülmüş 40.744 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,714 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə xx.xx.2023-cü il tarixdə, saat 16:00-da Gəncə şəhəri, F.Əmirov parkında yaşadığı evin yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev pr.265 ünvanında yerləşən 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 1,714 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə məhkum olmuşdur. O, uzun müddətdir ki, narkotik istifadəçisidir. xx.xx.2023-cü il tarixdə 17-18 radələrində Gəncə şəhəri, F.Əmirov adına istirahət parkında olarkən yerdə bir ədəd şəffaf rəngli yapışqana sarılmış bağlama görmüş, həmin bağlamanın içərisində tünd rəngli kütlə olduğunu qeyd etmişdir. O, yapışqanın kənarından açıb azca həmin maddədən dilinə sürtməklə istifadə etdikdə görmüşdür ki, həmin maddə tiryək kimi tanıdığı narkotik vasitədir. Öz istifadəsi üçün həmin kütləni götürüb əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuş və işləri ilə bağlı Gülüstan qəsəbəsində yerləşən “İstiqlal“ parkının yaxınlığına getmişdir. Həmin gün saat 20 radələrində qeyd edilən yerdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim edərək ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə şübhəli olduğunu bildirmişlər. Onlar onu özləri ilə xidməti polis avtomobilinə əyləşdirib əvvəlki Gəncə şəhər Nizami rayon Polis İdarəsinə aparmışlar. Orada ona hüquq və vəzifələri izah edilmiş,eləcə də dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur.Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl müdafiəçi ilə təklikdə danışmışdır. Belə ki, müdafiəçi ondan üzərində narkotik vasitə olub-olmaması, polis əməkdaşları tərəfindən zorakılıq olunub-olmaması barədə suallar vermişdir. O, da ona bildirmişdir ki, üzərində yerdən tapdığı narkotik vasitə var və ona heç bir zorakılıq olunmayıb. Bundan sonra onun üzərində xidməti otaqlardan birində videoçəkiliş altında,eləcə də vəkilinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya başqa qanunsuz əşya varsa təqdim etsin. O da səmimi olaraq əynindəki gödəkçənin sağ yan cibində saxladığı bir ədəd yapışqan lentlə sarılmış kütləni yəni tiryəki çıxardıb təqdim etmişdir. Həmin kütlə boş zərfin içərisinə qoyulub qablaşdırılmış, üzərində qeydlər aparılmış və möhürlənmişdir. Bundan sonra isə protokol tərtib edilmiş,onun izahatı alınmışdır. Daha sonra isə o bildirmişdir ki, ittihamın 1,714 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıma hissəsinə münasibətdə özünü təqsirli bilmir. O tiryək aludəçisidir, metamfetamin istifadə etmir. Həmin metamfetamin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, saxlaması və daşıması barədə aldıqları əməliyyat məlumatına əsasən tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun üçün ilk öncə onun tərəfindən "əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair" qərar qəbul edildiyini bildirmişdir. Qəbul edilmiş həmin qərar əsasında, o və kiçik əməliyyat müvəkkili Şahid2 tərəfindən həmin tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən "İstiqlal" parkının yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Həmin vaxt onlar ona özlərini təqdim edərək şübhənin mahiyyətini izah etmiş və onu özləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirib raportla təhqiqatçıya təhvil vermişdirlər. Orada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildiyini və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparıldığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası CM-in 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildiyini və bu barədə yazılı bildiriş təqdim edildiyini qeyd etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş, müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan büküm çıxarıb təqdim etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır, lakin təqdim edilənlərdən başqa heç bir predmet aşkar edilməmişdir. Təqdim edilmiş sellofan bükümün içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs tiryək olmasını bildirmişdir. Həmin bükümün içərisində ilk baxışdan qara rəngli, elastik və tiryəkə bənzər kütlə olması məlum olduğunu bildirmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı evin yaxınlığında yerdən tapdığını, açıb içərisindəki kütlədən dilinə vurduqda içərisindəki kütlənin özünün də istifadə etdiyi tiryək olduğunu öyrəndiyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, qeyd edilən kütləni öz istifadəsi üçün üzərində saxlayır, satmaq niyyəti olmamışdır. Bundan sonra müdafiəçi tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq olmamış, üzərindən aşkar edilmiş kütlə onun özünə məxsusdur, yerdən tapmışdır. Həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 42.08 qram təşkil etdiyini bildirmişdir. Bundan sonra həmin büküm 01 ədəd zərfin içərisində qablaşdırmış, möhürlənmiş və imzalarla təsdiq edilmiş, təhqiqatçı tərəfindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulların özünə məxsus olduğunu, narkotik vasitə satışı ilə məşğul olmadığını, həmin pulların da belə bir mənbədən əldə edilmədiyini, mobil telefon istifadə etmədiyini bildirdiyini qeyd etmişdir. Onun Təqsirləndirilən şəxs ilə arasında hər hansı bir ədavət və ya düşmənçilik münasibəti olmamış, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla aralarında heç bir ədavət və düşmənçilik olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin kiçik əməliyyat müvəkkili Şahid2 Tarıyel oğlu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, saxlaması və daşıması barədə aldıqları əməliyyat məlumatına əsasən,tərəflərindən bir sıra əməliyyataxtarış tədbirləri keçirilmişdir. Bunun üçün ilk öncə şöbənin əməliyyat müvəkkili, polis leytenantı Muraz Papirli tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, qəbul edilmiş həmin qərar əsasında, o, və əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən "İstiqlal" parkının yaxınlığında müəyyən edilərək saxlamışlar. Həmin vaxt onlar ona özlərini təqdim edərək şübhənin mahiyyətini izah etmiş və onu özləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirib raportla təhqiqatçıya təhvil vermişlər. Orada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və bu barədə yazılı bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş, müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan büküm çıxarıb könüllü təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin təqdim edilənlərdən başqa heç bir predmet aşkar edilməmişdir. Təqdim edilmiş sellofan bükümün içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs tiryək olmasını bildirmişdir. Həmin bükümün içərisində ilk baxışdan qara rəngli, elastik və tiryəkə bənzər kütlə olması məlum olmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı evin yaxınlığında yerdən tapdığını, açıb içərisindəki kütlədən dilinə vurduqda içərisindəki kütlənin özünün də istifadə etdiyi tiryək olduğunu öyrəndiyini öz istifadəsi üçün üzərində saxladığını satmaq niyyəti olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan edilmiş, şahid Gəncə şəhər BPİnin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldıqları əməliyyat məlumatına əsasən, tərəflərindən bir sıra aməliyyataxtarış tədbirləri keçirildiyini bildirmişdir. Bunun üçün ilk öncə tərəflərindən rəhbərliyə raportla məruzə olunmuş və "əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair" qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar asasında, o və CAB-nin digər əmliyyat müvəkkili Şahid4 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Gəncə şəhər, F.Əmirov parkında yaşadığı evin yaxınlığında saxlanılaraq, 2-ci Polis Şöbəsinə gətirilmişdir. Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparıldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı, onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən, şəffaf sellofana bükülmüş bir ədəd büküm aşkar olunduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldüyünü, bükümün içərisində şəffaf rəngli və ilk baxışdan psixotrop maddə olan "metamfetaminə" oxşar kütlə elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi, 1,82 (bir tam yüzdə səksən iki) qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Az.Rep. DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Gəncə şəhəri D.Qorqud küçəsində yaşadıği evin yaxınlığında dəmir yığarkən siqaret qutusunun içərisindən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində daşıdığını, heç kəsə satmaq niyyətinin olmadığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs ilə arasında hər hansı bir ədavət və ya düşmənçilik münasibəti olmadığını Təqsirləndirilən şəxs əvvəllər tanımadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan edilmiş, şahid Gəncə şəhər BPİnin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə X6 azad edilmişdir. xx.xx.2023-cü tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X7, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CAB-nin kiçik inspektoru, Şahid2, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X3, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf yapışqan lentlə bükümü könüllü şəkildə təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə tiryəkə bənzər tünd qəhvəyi rəngli spesifik qoxuya malik kütlə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi falqa ilə birlikdə 42.08 qram gəlmiş, həmin kütlə zərfdə qablaşdırılmış və zərfin ağzı Azərbayacan Respublikası DİNnin 110 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/93 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş tiryəkə bənzər maddə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd yapışqan lentlə bağlanmış təmiz çəkisi 40,744 qram maddə, xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. (tiryək təmiz çəkisi – 40,744 qr. tədqiqata cəmi sərf edildi – 0.1 qr. qalıq – 40.644qr.). DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu vardır. xx.xx.2023-cü il tarixli 2149 nömrəli Gəncə şəhər Psixoloji Dispanserin arayışından görünür ki, Cabbarov X5 Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli 2229 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 940-ci nömrəli rəyindən məlum olur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji Dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə X6 azad edilmişdir. xx.xx.2023-cü tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı X8, 2-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, həmin şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü cibindən çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən psixotrop maddə olan “metamfetamin”-ə oxşar kütlə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. Kağız bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 1,82 qram, olması müəyyən edildi. Həmin kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 120 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/606 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,714 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1235 nömrəli rəyindən məlum olur ki, psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(044)-23/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Həmin hökm üzrə 05 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-413/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,614 qram təşkil edən psixotrop maddə metamfetamin, 40,644 qram narkotik vasitə tiryək Gəncə şəhər Baş Polis İdarəsinə saxlanca verilmiş, içərisində Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntü olan iki ədəd '‘DVD” disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində psixotrop maddə olan metamfetamini polisdə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyərək həmin narkotik vasitəni polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs psixotrop maddə isdifadəçisi olduğunu bildirir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən özünü 234.1-ci maddə ilə təqsirli bildiyini göstərir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2023-cü ilin oktyabr ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözügedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(044)-23/2019 saylı hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsinə əsasən Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təkrarlığı və residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 4 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,614 qram qram təşkil edən psixotrop maddə metamfetamin və 40,644 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 42 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 252 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1,614 qram qram təşkil edən psixotrop maddə metamfetamin və 40,644 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60.80 (altmış manat səksən qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 252 (iki yüz əlli iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-50/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-50/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver