Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-51/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi – Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC X6 Filialının 3 saylı Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X6 Filialı üzrə 22 fevral 2016-cı il tarixli, İR-22 nömrəli əmrlə həmin tarixdən 16 may 2024-cü il tarixədək Filialın 3 saylı Poçt şöbəsinin rəisi vəzifəsində işləyərkən, onunla bağlanmış 22 fevral 2016-cı il tarixli əmək müqaviləsi və 01 iyul 2019-cu il tarixli vəzifə təlimatına əsasən şöbənin səmərəli idarə olunmasını təşkil etmək, o cümlədən planlaşdırma, təşkiletmə, motivasiya və nəzarət funksiyalarını həyata keçirmək, şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçt-maliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsini təşkil və təmin etmək, xidmətlərin göstərilməsinə və hesablaşma-kassa əməliyyatlarına nəzarət etmək, poçt və maliyyə xidmətləri göstərilməsinə, əməliyyatların və mövcud qanunvericiliyə və "xxxx" MMC-nin müvafiq normativ hüquqi aktlara uyğun olaraq aparılmasını təşkil, təmin və nəzarət etmək, daxil olan poçtun qəbulunda və qəbul olunan poçtun göndərilməsində şəxsən iştirak etmək, poçt göndərişlərinin və pul vəsaitlərinin, ciddi hesabat qəbzlərinin, poçt şöbəsinin əmlakının, avadanlıqlarının tam mühafizəsini təmin etmək, iş gününün sonunda pul köçürmələrinin vaxtında və düzgün ödənilməsini, mədaxilin düzgünlüyünü, teleqramların çatdırlmasını, qəzet və məktubların çatdırılmasını, qəbul edilmiş poçt və teleqraf göndərişlərinin vaxtında göndərilməsini təşkil etmək, gündəlik məxaric və mədaxil sənədləri əsasında pul məbləğlərinin F130 gündəliyinə işlənməsini təmin etmək, pul köçürmələrinin, teleqramların, beynəlxalq bağlamaların qiymətli məktub və banderolların, kiçik paketlərin və digər göndərişlərin evlərə çatdırlmasını təşkil etmək, şöbədə xəzinə intizamına riayət edilməsinə nəzarət etmək, "xxxx" MMC-nin verdiyi hüquqlar dairəsində və onun adından respublika daxili və beynəlxalq hesablaşmaları təşkil etmək, o cümlədən hüquqi və fiziki şəxslərə Milli və xarici valyutada bank hesablarının açılmasını, bağlanmasını bu hesablar üzrə əməliyyatların aparılmasını təmin və nəzarət etmək, qaydalara uyğun tərtib edilmiş sənədləri imzalamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talamaq məqsədilə, 2021-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayıda daxil olmaqla qeyd edilən müddət ərzində "xxxx" MMC-nin X6 filialının Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 81A ünvanında fəaliyyət göstərən 3 saylı Poçt Şöbəsində ayrı-ayrı şəxslərdən məktub, xəbərnamə, banderol, bağlama, kiçik paket, qiymətli paket poçt xidmətləri müqabilində nağd qaydada aldığı pul vəsaitlərini, o cümlədən 2021-ci ilin yanvar ayında 40,20 manat, fevral ayında 102,30 manat, mart ayında 130,70 manat, aprel ayında 137,60 manat, may ayında 128 manat, iyun ayında 229,70 manat, iyul ayında 357,05 manat, avqust ayında 531,15 manat, sentyabr ayında 664,90 manat, oktyabr ayında 815,60 manat, noyabr ayında 926,10 manat, dekabr ayında 568,90 manat 2022-ci ilin yanvar ayında 481 manat, fevral ayında 649,3 manat, mart ayında 768,1 manat, aprel ayında 949 manat, may ayında 1021,3 manat, iyun ayında 910,5 manat, iyul ayında 750,4 manat, avqust ayında 669 manat, sentyabr ayında 839,5 manat, oktyabr ayında 883,9 manat, noyabr ayında 1462,6 manat, dekabr ayında 883,1 manat ümumilikdə 14.899,90 manat pul vəsaitini 3 saylı Poçt Şöbəsinin kassasına mədaxil etməyərək, qeyd edilən Poçt Şöbəsinin inzibati binasında "xxxx" MMC-nin əməliyyatların və iş rejiminin həyata keçirilməsi üçün yaradılmış, informasiya resursu hesab edilən “Colvir” proqram sistemi vasitəsi ilə özünün, eyni zamanda cinayətdən xəbərsiz X6 Filialının 3 saylı Poçt Şöbəsində poçt əməliyyatçısı vəzifəsində işləyən Şahid2 kod və parolundan istifadə etməklə, sistemə bilə-bilə yalan məlumatlar daxil edərək, yəni qeyd edilən dövr ərzində ayrı-ayrı şəxslərdən poçt xidmətləri müqabilində nağd qaydada aldığı pul vəsaitini guya Gəncə Apellyasiya Məhkəməsinin qeyri-nağd (avans) ödənişləri kimi göstərib, əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 14.899,90 (on dörd min səkkiz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildən "xxxx" MMC-də müxtəlif vəzifələrdə, 2016-cı ilin 23 fevral tarixindən isə X6 Filialının 3 saylı Poçt Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Müdir kimi poçt şöbəsində aparılan poçt əməliyyatlarını özü də həyata keçirmiş, eyni zamanda əməkdaşların da işlərinə nəzarət etmişdir. Poçt rəisi kimi o özü, həm də poçt əməliyyatçıları onların ümumi sistemi olan “Colvir” proqramı vasitəsi ilə bütün xidmətlərdən istifadə edə bilmişlər. Yəni həm o, həm də əməkdaşlar özləri birbaşa olaraq verilən kod və parollar vasitəsi ilə əməliyyatları apara bilmiş və vətəndaşları qəbul etmişlər. Poçt əməliyyatları həm nağd formada, həm də qeyri-nağd formada aparılmışdır. Nağd formada vətəndaşlara, fiziki şəxslərə xidmət göstərilmiş, qeyri-nağd formada isə hesabları olan müxtəlif qurumlarla bağlanmış müqavilələr əsasında xidmət göstərilmişdir. 3 saylı poçt şöbəsi təxminən 25 müəssisəyə qeyri-nağd poçt xidmətləri göstərmişdir. Həmin bu xidmət üzrə əməliyyatlar “Colvir” adlı proqram təminatında (sistemə) işlənmişdir. Maddi imkanı yaxşı olmadığından və ailə vəziyyəti ilə bağlı pula ehtiyacı olduğundan poçt xidməti ilə əlaqədar daxil olan pul vəsaitinin bir qismini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Belə ki, “Colvir” proqramı vasitəsi ilə öz kod (RNACAFOV_62003) və parolundan istifadə etməklə, eyni zamanda poçt əməliyyatçısı işləyən Şahid2 kod (VMEMMEDOVA_62003) və parolundan istifadə etməklə 2021-2022-ci illər ərzində müxtəlif aylarda bağlama, banderol, məktubları və müxtəlif poçt xidmətlərinə görə vətəndaşlardan alınmış nağd ödənişləri müqavilə üzrə poçt xidməti göstərdikləri hüquqi şəxsin - Gəncə Apellyasiya Məhkəməsinin hesabından nağdsız ödəniş kimi işləmiş, vətəndaşlardan xidmət üçün aldığı müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsəyərək poçtun kassasından yayındırmışdır. 2021-ci ilin əvvəlindən başlayaraq təxminən 2022-ci ilin dekabr ayının sonunadək bu formada davam etmişdir. Bu əməliyyatları o, şəxsən özü icra etmişdir. Şahid2 adından da özü icra etmiş, Şahid2 bundan xəbəri olmamışdır. Digər poçt əməliyyatçılarının isə bu göstərilən apardığı əməliyyatlardan xəbəri olmamışdır. “Colvir” proqram sisteminin tələbinə əsasən hər ay parol dəyişdirilmiş, həm o, həm də əməkdaşlar öz istədikləri parolu təyin etmişlər. Poçt şöbəsində günün sonunda aparılmış əməliyyatlarla bağlı “Colvir” proqram sitemi özü hazır formada “forma 130” gündəliyi tərtib etmiş və onlar həmin sənədi sistemdən hazır vəziyyətdə çıxardaraq imzaladıqdan sonra özlərində saxlamışlar. Həmin gündəlikdə gün ərzində həm nağd, həm də qeyri-nağd görülən işlər barədə məlumat verilmişdir. Şöbənin rəisi olaraq o, ayın sonunda X6 filialına mühasibatlığına aylıq hesabat sənədlərini kağız formasında təqdim etmişdir. Həmin hesabat sənədlərinə qeyri-nağd (kontragent) aparılan xidmətlərin siyahısı əks olunmuş sənəd də daxildir. Şöbə olaraq təqdim etdikləri bu sənədlər əsasında X6 filialının mühasibatlığı aylıq olaraq (qeyri-nağd aparılmış əməliyyatlar üzrə) üzləşmə aktları və elektron qaimələr tərtib etmişlər. Üzləşmə aktlarında 1 ay ərzində filialın müqavilə əsasında xidmət göstərdiyi hüquqi şəxsə, quruma nə qədər marka, zərf satışı və nə qədər məktub göndərilməsi barədə məlumatlar öz əksini tapmışdır. Eyni zamanda həmin quruma aylıq olaraq hesablarından nə qədər vəsait məxaric olunduğu göstərilir. Mühasibatlıq tərəfindən üzləşmə aktı və elektron qaimə tərtib edildikdən sonra müvafiq quruma göndərilmiş, üzləşmə aktını və elektron qaiməni alan qurum bağladığı müqaviləyə əsasən X3 açılmış özlərinin hesabına pulu köçürmüşlər. 2023-cü ilin təxminən mart ayında Azərpoçt MMC-nin əməkdaşları tərəfindən 3 saylı Poçt şöbəsinə “Colvir” proqram sistemində baxış keçirilən zaman aylıq olaraq qeyri-nağd formada aparılmış xidmətlərin siyahısında onun tərəfindən çoxsaylı vətəndaşlara qeyrinağd formada xidmət göstərildiyi aşkar olunmuşdur. Halbuki, vətəndaşlara, fiziki şəxslərə xidmət ancaq nağd formada aparılmışdır. 2021-2022-ci illər ərzində müxtəlif aylarda bağlama, banderol, məktubları və müxtəlif poçt xidmətlərinə görə vətəndaşlardan alınmış nağd ödənişləri müqavilə üzrə poçt xidməti göstərdikləri hüquqi şəxsin - Gəncə Apellyasiya Məhkəməsinin hesabından nağdsız ödəniş kimi işləmiş, qeyri-nağd mədaxil qəbzi yaradaraq vətəndaşlara vermiş, vətəndaşa maraqlı olmadığı üçün mədaxil qəbzinin nağd və ya qeyri-nağd olmasına fikir verməmişdir. Beləcə, vətəndaşlardan xidmət üçün aldığı müxtəlif məbləğlərdə pul vəsaitlərini götürərək poçtun kassasından yayındırmışdır. Vətəndaşa xidmət göstərilən zaman “Colvir” proqram sistemində qeyd olunmuş məktub, bağlama, banderol və sair. bölməsinə daxil olaraq izləmə kodu olan ştrix kod, məhsulun çəkisi, göndərilmə üsulu, vətəndaşın ad, soyadı, vətəndaş barədə məlumatlar daxil edilmişdir. Bundan sonra sistem avtomatik olaraq hansı tarixdə qəbul edilməni, göndərilən poçt şöbəsinin indeksini, sistemdə seçildikdən sonra xidmət haqqını müəyyən etmişdir. Eyni zamanda mədaxil qəbzini açdıqdan sonra ödənişin növü-nağd və ya qeyri-nağd şəkildə qəbul olunduğu yazılmış və bundan sonra avtomatik mədaxil qəbzinin nömrəsi və əməliyyat qeyri-nağdısa, qurumun kodunu yazanda qurumun adı düşmüşdür. O da beləcə, sistem üzərindən vətəndaşlara xidmət göstərən zaman qeyri-nağd ödəniş üsulunu seçərək avans, yəni qeyri-nağd mədaxil qəbzi yaradıb Gəncə Apellyasiya Məhkəməsinin kodunu seçmiş, beləcə aldığı pul vəsaitini həmin quruma borc olaraq yazmışdır. Aylıq olaraq göndərdiyi kontragentlərdə guya məhkəməyə xidmət göstərildiyini siyahılarla göstərmişdir. Bütün bunlardan X6 filialının Mühasibatlığının xəbəri olmamışdır. Çünki göndərdiyi sənədlərdə yalnız göstərilən xidmətin sayı və məbləği göstərilmişdir. Yəni mühasibatlıq həmin siyahılara baxan zaman bunu görə bilməzdi. Təqsirləndirilən şəxs, o cümlədən ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, eyni zamanda 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında fiziki şəxslərə məktub poçt göndərişləri xidməti göstərilmiş, vətəndaşlardan xidmət haqqı alınaraq, tərtib edilmiş mədaxil qəbzləri Gəncə Apellyasiya Məhkəməsinin qeyri-nağd hesabına yazılaraq həmin hesabdan silinmələr edilmişdir. Vətəndaşlardan aldığı xidmət haqqı məbləğlərini poçtun kassasından yayındıraraq mənimsəmişdir. O cümlədən, 2021-ci ilin fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, noyabr, dekabr aylarında, eyni zamanda 2022-ci ilin mart, iyun, iyul, sentyabr, oktyabr və dekabr aylarında fiziki şəxslərə banderol poçt göndərişləri xidməti göstərmiş, vətəndaşlardan xidmət haqqı alaraq, tərtib edilmiş mədaxil qəbzlərini Gəncə Apellyasiya Məhkəməsinin qeyri-nağd hesabına yazaraq həmin hesabdan silinmələr etmişdir. Vətəndaşlardan aldığı xidmət haqqı məbləğlərini isə poçtun kassasından yayındıraraq mənimsəmişdir. Bundan başqa, 2021-ci ilin sentyabr, oktyabr, noyabr ayları, 2022-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında qeyri-nağd formada kiçik paket (çəkisi az olan əşya) poçt göndərişləri xidməti göstərilmiş, vətəndaşlardan xidmət haqqı alaraq, tərtib etdiyi mədaxil qəbzlərini Gəncə Apellyasiya Məhkəməsinin qeyri-nağd hesabına yazaraq həmin hesabdan silinmələr etmişdir. Vətəndaşlardan aldığı xidmət haqqı məbləğlərini isə poçtun kassasından yayındıraraq mənimsəmişdir. 2021-ci ilin aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında, eyni zamanda 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında vətəndaşlara bağlama (çəkisi çox olan əşya, qiymətli əşya) poçt göndərişləri xidməti göstərilmiş, tərtib etdiyi mədaxil qəbzlərini Gəncə Apellyasiya Məhkəməsinin qeyri-nağd hesabına yazaraq həmin hesabdan silinmələr etmişdir. Vətəndaşlardan aldığı xidmət haqqı məbləğlərini kassadan yayındıraraq mənimsəmişdir. Ümumilikdə, 14.899,90 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Silinmələri o, öz hesabından öz kodu ilə yanaşı, bəzilərini isə Şahid2 kodundan, bəzən isə komputerindən özü istifadə etməklə etmişdir. Şahid2 bundan xəbəri olmamışdır. Həmin əməkdaş onun nəyə görə adından belə etdiyindən şübhələnməmişdir. O kirayədə qalır, mənimsədiyi pulun bəzi hissəsini kirayə ödəmiş, qalan hissəsini digər ehtiyaclarına xərcləmişdir. O, yalnız Gəncə Apellyasiya Məhkəməsinin hesabı kimi göstərməklə silinmə etmişdir. Başqa bir hesabdan silinmə etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin də bundan xəbəri olmamışdır. Sonda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, dövlətə vurulmuş ziyanın tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan hər hansı şikayət və tələbinin olmamasını və himayəsində azyaşlı uşağı olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs "xxxx" MMC ümumilikdə 14.899,90 (on dörd min səkkiz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində maddi ziyan dəymiş və həmin ziyan məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, MMC-nin Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayından Azərpoçt MMC X6 filialında Poçt Əməliyyatları mütəxəssisi vəzifəsində işləyir. Poçt əməliyyatları həm nağd formada, həm də qeyri-nağd formada aparılır. Nağd formada vətəndaşlara xidmət göstərilir, qeyri-nağd formada isə hesabları olan müxtəlif qurumlarla bağlanmış müqavilələr əsasında xidmət göstərilir. 2023-cü ilin mart ayında X6 filialının rəisi vəzifəsini müvəqqqəti icra edən Azər Səmədov ona tapşırıq vermişdir ki, qeyri-nağd işlənən poçt şöbələrinin hesablarına baxış keçirtsin. O da bundan sonra X6 filialının şöbələrinə 2021-2022-ci illər üzrə apardıqları qeyri-nağd əməliyyatlara baxış keçirtmişdir. Baxış zamanı 3 saylı Poçt şöbəsində qanunsuzluqlar aşkarlanmışdır. Digər şöbələrdə isə elə də əhəmiyyət kəsb edən qanun pozuntusu aşkarlanmamışdır. X6 filialının 3 saylı Poçt şöbəsinin rəisi Təqsirləndirilən şəxs olmuş, 4 nəfər poçt əməliyyatçısı vəzifəsində işləyən əməkdaşı, 2 nəfər isə poçtalyon əməkdaşı olmuşdur. Poçt rəisi kimi Təqsirləndirilən şəxs həm özü, həm də poçt əməliyyatçıları onların ümumi sistemləri olan “Colvir” proqramı vasitəsi ilə bütün xidmətlədən istifadə edə bilmişlər. Yəni həm rəis, həm də əməkdaşlar özləri birbaşa olaraq verilən kod və parollar vasitəsi ilə əməliyyatları apara bilir və vətəndaşları qəbul edirlər. Baxış zamanı müəyyən olunmuşdur ki, X6 filialının 3 saylı Poçt şöbəsinin rəisi “Colvir” proqramı vasitəsi ilə öz kod və parolundan istifadə etməklə 2021 və 2022-ci illər üzrə vətəndaşlardan (fiziki şəxslərdən) nağd şəkildə qəbul edilmiş bağlama, banderol və məktubları (poçt göndərişləri) Gəncə şəhər Apellyasiya məhkəməsinin qeyrinağd hesabına işləmiş, vətəndaşlardan xidmət üçün aldığı müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsəyərək poçtun kassasından yayındırmışdır. Bu əməliyyatları Təqsirləndirilən şəxs və poçt əməliyyatçısı Şahid2 icra etmişdir. Bu aparılmış əməliyyatlar “Colvir” proqram sistemində həmin şəxslərin kod parolları ilə işlənilmişdir. Qeyd edir ki, həm onun tərəfindən, həm də Azərpoçt MMC-nin əməkdaşları tərəfindən 3 saylı Poçt şöbəsinə “Colvir” proqram sistemində baxış keçirilən zaman aylıq olaraq qeyri-nağd formada aparılmış xidmətlərin siyahısında çoxsaylı vətəndaşlara qeyri-nağd formada xidmət göstərildiyi aşkar olunmuşdur. Halbuki, vətəndaşlara, fiziki şəxslərə xidmət ancaq nağd formada aparılır. Onların tərəfindən aşkar olunmuş məlumatlarla bağlı sənədlər təqdim edilmişdir. Həmin sənədlərdə hansı poçt şöbəsinin, xidməti göstərən əməkdaşın adı qeyd olunmuşdur. Belə ki, 2021-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına, eyni zamanda 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına olan qeyri-nağd formada məktub poçt göndərişlərinin ümumi siyahısından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin qeyri-nağd hesabından silinmələr olmuşdur. Vətəndaşlardan alınan xidmət haqqı məbləğləri kassadan yayındırılaraq mənimsənilmişdir. 2021-ci ilin fevral, mart, noyabr, dekabr aylarına, eyni zamanda 2022-ci ilin mart, iyun, iyul, sentyabr, oktyabr, noyabr və dekabr aylarına olan qeyri-nağd formada banderol poçt göndərişlərinin ümumi siyahısından görünür ki, vətəndaşlara banderol xidməti göstərilmiş, tərtib edilmiş mədaxil qəbzi Gəncə Apellyasiya Məhkəməsinin qeyri-nağd hesabına yazılaraq həmin hesabdan silinmələr edilmişdir. Vətəndaşlardan alınan xidmət haqqı məbləğləri kassadan yayındırılaraq mənimsənilmişdir. 2022-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına olan qeyri-nağd formada kiçik paket (çəkisi az olan əşya) poçt göndərişlərinin ümumi siyahısından görünür ki, vətəndaşlara qeyd olunan xidmət göstərilmiş, tərtib edilmiş mədaxil qəbzləri Gəncə Apellyasiya Məhkəməsinin qeyri-nağd hesabına yazılaraq həmin hesabdan silinmələr edilmişdir. Vətəndaşlardan alınan xidmət haqqı məbləğləri isə poçtun kassasından yayındırılaraq mənimsənilmişdir. 2021-ci ilin may, iyun, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına olan, eyni zamanda 2022ci ilin mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına olan qeyrinağd formada bağlama (çəkisi çox olan əşya, qiymətli əşya) poçt göndərişlərinin ümumi siyahısından görünür ki, vətəndaşlara bağlama xidməti göstərilmiş, tərtib edilmiş mədaxil qəbzləri Gəncə Apellyasiya Məhkəməsinin qeyri-nağd hesabına yazılaraq həmin hesabdan silinmələr edilmişdir. Vətəndaşlardan alınan xidmət haqqı məbləğləri kassadan yayındırılaraq mənimsənilmişdir. Qeyd olunan bu məlumatlar, sənədlər “Colvir” proqram sistemi vasitəsi ilə çıxarılmış, ümumilikdə 14.899 manat məbləğində pul vəsaitinin mənimsənildiyi, həmin pul vəsaitinin Gəncə Apellyasiya Məhkəməsinə borc olaraq yazıldığı müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən bu əməliyyatlarla bağlı günlük və aylıq olaraq tərtib edilmiş və X6 filialının Mühasibatlığına təqdim edilmiş sənədlərdə hər hansı bir pozuntu etməmiş, həmin sənədlərdə göstərilən qeyri-nağd xidmətlər hansı quruma göstərildiyi yazılmadığı üçün, yalnız siyahı, say və məbləğ yazıldığı üçün mühasibatlıq da heç bir şübhə çəkməmiş və olduğu kimi hər hansı bir dəyişiklik etmədən üzləşmə aktları və elektron qaimələri hazırlamış və göndərmişdir. Məhkəmə baxışı zamanı Şahid4 ifadəsində göstərdi ki, 2001-ci ilin mart ayından hazırki dövrədək X6 filialının baş mühasibi vəzifəsində işləyir. Vəzifə səlahiyyətləri statistik hesabatlar, balans tərtib etmə, balans hesablarına nəzarət, poçtun qeyri-nağd və nağd hesablarına nəzarət etməkdən ibarətdir. X6 filialının 18 şöbəsi vardır, həmin şöbələrdə aparılan poçt əməliyyatlarına günün sonu olaraq baş mühasib kimi nəzarət edir. Poçt əməliyyatları həm nağd formada, həm də qeyri-nağd formada aparılır. Nağd formada vətəndaşlara, fiziki şəxslərə xidmət göstərilir, qeyri-nağd formada isə hesabları olan müxtəlif qurumlarla bağlanmış müqavilələr əsasında xidmət göstərilir. Gəncə RPF hazırda təxminən 100 müəssisəyə qeyri-nağd poçt xidmətləri göstərir. Həmin bu xidmət üzrə əməliyyatlar “Colvir” adlı proqram təminatında (sistemə) işlənir. “Colvir” adlı proqramı Gəncə RPF-nın şöbə rəisləri və əməliyyatçıları satışları (poçt xidmətlərini) sistemə daxil edirlər. 2023-cü ilin mart ayında X6 filialının rəisi vəzifəsini müvəqqqəti icra edən Azər Səmədovun tapşırığı əsasında qeyri-nağd işlənən poçt şöbələrinin hesablarına baxış keçirilmişdir. Poçt Əməliyyatları şöbəsinin əməkdaşı Şahid1 X6 filialının şöbələrinə 2021- 2022-ci illər üzrə apardıqları qeyri-nağd əməliyyatlara baxış keçirmişdir. Baxış zamanı 3 saylı Poçt şöbəsində qanunsuzluqlar aşkarlanmışdır. Belə ki, 3 saylı poçt xidmətinin rəisi Təqsirləndirilən şəxs vətəndaşlardan aldığı nağd poçt xidmətlərinin ödənişlərini “Colvir” adlı proqram təminatında Gəncə Apellyasiya Məhkəməsinin hesabına qeyri-nağd qaydada işləyərək vətəndaşlardan aldığı pulları mənimsəmiş, poçtun kassasından yayındırmışdır. Təqsirləndirilən şəxs tərəfindən təxminən 15.000 manata yaxın pul vəsaiti mənimsənilmişdir. Poçt rəisi kimi Təqsirləndirilən şəxs həm özü, həm də poçt əməliyyatçıları onların ümumi sistemi olan “Colvir” proqramı vasitəsi ilə bütün xidmətlərdən istifadə edə bilmişdir. Yəni həm rəis, həm də əməkdaşlar özləri birbaşa olaraq özlərinə verilən kod və parollar vasitəsi ilə əməliyyatları apara bilir, vətəndaşları qəbul edirlər. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X6 filialının 3 saylı Poçt şöbəsinin rəisi “Colvir” proqramı vasitəsi ilə öz kod və parolundan istifadə etməklə 2021 və 2022-ci illər üzrə vətəndaşlardan (fiziki şəxslərdən) nağd şəkildə qəbul edilmiş bağlama, banderol və məktubları (poçt göndərişləri) Gəncə şəhər Apellyasiya məhkəməsinin qeyri-nağd hesabına işləmiş, vətəndaşlardan xidmət üçün aldığı müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsəyərək poçtun kassasından yayındırmışdır. Bu əməliyyatları Təqsirləndirilən şəxs və poçt əməliyyatçısı Şahid2 icra etmişdir. Bu aparılmış əməliyyatlar “Colvir” proqram sistemində həmin şəxslərin kod parolları ilə işlənilmişdir. 3 saylı Poçt şöbəsinə “Colvir” proqram sistemində baxış keçirilən zaman aylıq olaraq qeyri-nağd formada aparılmış xidmətlərin siyahısında çoxsaylı vətəndaşlara qeyri-nağd formada xidmət göstərildiyi aşkar olunmuşdur. Halbuki, vətəndaşlara, fiziki şəxslərə xidmət ancaq nağd formada aparılır. Aşkar olunmuş məlumatlarla bağlı sənədlər istintaqa təqdim edilmişdir. Şahid4 bundan başqa ifadəsində göstərmişdir ki, 14.899,90 manat məbləğində pul vəsaitinin mənimsənildiyi, həmin pul vəsaitinin Gəncə Apellyasiya Məhkəməsinə borc olaraq yazıldığı müəyyən edilmişdir. Bütün bunlar “Colvir” proqram sistemi vasitəsi ilə 2021-2022ci illər üzrə qeyri-nağd hesablara baxış keçirilən zaman müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bu əməllərindən baş mühasib kimi xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərdi ki, 2017-ci il tarixdən "xxxx" MMC-nin X6 filialının 3 saylı Poçt şöbəsində poçt əməliyyatçısı vəzifəsində işləyir, vəzifə səlahiyyətlərinə 3 saylı Poçt şöbəsinə daxil olan məktubların, teleqramların və banderolların qəbulu və aidiyyəti üzrə göndərilməsi və sair ibarətdir. Əvvəllər 3 saylı Poçt şöbəsinin müdiri Təqsirləndirilən şəxs olmuşdur. Müdür kimi poçt şöbəsində aparılan poçt əməliyyatlarını Ramin özü də həyata keçirmiş, eyni zamanda əməkdaşların da, yəni onların da işlərinə nəzarət etmişdir. Poçt rəisi kimi Təqsirləndirilən şəxs, həm də poçt əməliyyatçıları olaraq onlar ümumi sistemləri olan “Colvir” proqramı vasitəsi ilə bütün xidmətlərdən istifadə edə bilmişlər. Yəni həm rəis, həm də əməkdaşlar özləri birbaşa olaraq verilən kod və parollar vasitəsi ilə əməliyyatları apara bilmişlər, vətəndaşları qəbul etmişlər. Poçt əməliyyatları həm nağd formada, həm də qeyri-nağd formada aparılır. Nağd formada vətəndaşlara, fiziki şəxslərə xidmət göstərilir, qeyri-nağd formada isə hesabları olan müxtəlif qurumlarla bağlanmış müqavilələr əsasında xidmət göstərilir. 3 saylı poçt şöbəsi təxminən 25 müəssisəyə qeyri-nağd poçt xidmətləri göstərir. Həmin bu xidmət üzrə əməliyyatlar “Colvir” adlı proqram təminatında (sistemə) işlənir. 2023-cü ilin təxminən mart ayında Azərpoçt MMC-nin əməkdaşları tərəfindən 3 saylı Poçt şöbəsinə “Colvir” proqram sistemində baxış keçirilən zaman aylıq olaraq qeyri-nağd formada aparılmış xidmətlərin siyahısında Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı vətəndaşlara qeyri-nağd formada xidmət göstərildiyi aşkar olunmuşdur. Halbuki, vətəndaşlara, fiziki şəxslərə xidmət ancaq nağd formada aparılır. 2021-2022-ci illər ərzində müxtəlif aylarda bağlama, banderol, məktubları və müxtəlif poçt xidmətlərinə görə vətəndaşlardan alınmış nağd ödənişləri müqavilə üzrə poçt xidməti göstərdikləri hüquqi şəxsin - Gəncə Apellyasiya Məhkəməsinin hesabından nağdsız ödəniş kimi işlənmiş, Təqsirləndirilən şəxs qeyri-nağd mədaxil qəbzi yaradaraq vətəndaşlara vermiş, vətəndaşa maraqlı olmadığı üçün mədaxil qəbzinin nağd və ya qeyri-nağd olmasına fikir verməmişdir. Beləcə, vətəndaşlardan xidmət üçün aldığı müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsəyərək poçtun kassasından yayındırmışdır. O, bu barədə yalnız araşdırma aparıldıqdan sonra bilmişdir. Bu əməliyyatları Təqsirləndirilən şəxs şəxsən özü icra etmişdir. Onun adından da özü icra etmiş, onun bundan xəbəri olmamışdır. Belə ki, qeyd etdiyi tarixi əhatə edən dövrdə 3 saylı Poçt şöbəsinin müdiri işləyən Təqsirləndirilən şəxs dəfələrlə ona müraciət edərək ona məxsus hesabından işləyəcəyini demiş, onun əyləşdiyi stolda komputerlə yanaşı skaner aparatı da olduğu üçün işləmək daha rahat olduğundan Ramin onun hesabından dəfələrlə vətəndaşlara xidmət göstərmişdir. Skaner məktubların üzərində olan izləmə kodlarını oxutmaq üçün lazım olduğundan onun komputeri ilə “Colvir” proqram sistemində işləmək daha rahat olmuşdur. Ona görə də o, müdür kimi Raminin onun komputerində onun hesabı ilə işləməyinə bir etiraz etməmişdir. Ramin həm öz kod, parolu, həm də onun kod, parolundan istifadə edərək işləmişdir. Məhkəmə baxışı zamanı Şahid5 ifadəsində göstərdi ki, 2015-ci il tarixdən 2023-cü il tarixə kimi "xxxx" MMC-nin X6 filialının 3 saylı Poçt şöbəsində poçt əməliyyatçısı vəzifəsində işləmiş, hazırda isə X6 filialında poçt əməliyyatçısı işləyir. 3 saylı Poçt şöbəsinin müdiri Təqsirləndirilən şəxs olmuş, müdür kimi poçt şöbəsində aparılan poçt əməliyyatlarını Ramin özü də həyata keçirtmiş, eyni zamanda əməkdaşların da, yəni onların da işlərinə nəzarət etmişdir. Poçt rəisi kimi Təqsirləndirilən şəxs, həm də poçt əməliyyatçıları olaraq onlar ümumi sistemləri olan “Colvir” proqramı vasitəsi ilə bütün xidmətlərdən istifadə edə bilmişlər. Yəni həm rəis, həm də əməkdaşlar özləri birbaşa olaraq onlara verilən kod və parollar vasitəsi ilə əməliyyatları apara bilmiş, vətəndaşları qəbul etmişlər. Poçt əməliyyatları həm nağd formada, həm də qeyri-nağd formada aparılır. Nağd formada vətəndaşlara, fiziki şəxslərə xidmət göstərilir, qeyri-nağd formada isə hesabları olan müxtəlif qurumlarla bağlanmış müqavilələr əsasında xidmət göstərilir. 3 saylı poçt şöbəsi təxminən 25 müəssisəyə qeyri-nağd poçt xidmətləri göstərmişdir. Həmin bu xidmət üzrə əməliyyatlar “Colvir” adlı proqram təminatında (sistemə) işlənir. 2023-cü ilin təxminən mart ayında Azərpoçt MMC-nin əməkdaşları tərəfindən 3 saylı Poçt şöbəsinə “Colvir” proqram sistemində baxış keçirilən zaman aylıq olaraq qeyri-nağd formada aparılmış xidmətlərin siyahısında Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı vətəndaşlara qeyri-nağd formada xidmət göstərildiyi aşkar olunmuşdur. Halbuki, vətəndaşlara, fiziki şəxslərə xidmət ancaq nağd formada aparılır. 2021-2022-ci illər ərzində müxtəlif aylarda bağlama, banderol, məktubları və müxtəlif poçt xidmətlərinə görə vətəndaşlardan alınmış nağd ödənişləri müqavilə üzrə poçt xidməti göstərdikləri hüquqi şəxsin-Gəncə Apellyasiya Məhkəməsinin hesabından nağdsız ödəniş kimi işlənmiş, Təqsirləndirilən şəxs qeyri-nağd mədaxil qəbzi yaradaraq vətəndaşlara vermiş, vətəndaşa maraqlı olmadığı üçün mədaxil qəbzinin nağd və ya qeyri-nağd olmasına fikir verməmişdir. Beləcə, Təqsirləndirilən şəxs vətəndaşlardan xidmət üçün aldığı müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsəyərək poçtun kassasından yayındırmışdır. O, bu barədə yalnız araşdırma aparıldıqdan sonra bilmişdir. Həmin vaxta qədər onun nədənsə məlumatı olmamışdır. Şahid – 3 saylı Poçt şöbəsində poçt əməliyyatçısı vəzifəsində işləyən Şahid3 məhkəməyə Şahid5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübut, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-27-109/2-52/2024 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin X6 Filialının Poçt əməliyyatları şöbəsinin iş planına əsasən filialın tabeli poçt şöbələrində nağdsız ödəmə ilə 2021-2022-ci illər ərzində qəbul edilən poçt göndərişlərinin sistem üzərindən təhlili aparılmışdır. Təhlil nəticəsində müəyyən edilmişdir ki, Gəncə RPF-nın Poçt əməliyyatları mühəndislərinə onların iş planına uyğun olaraq sistem üzərindən tabeli poçt şöbələrində qəbul olunan poçt göndərişlərinin “Colvir” sisteminə işlənilməsi prosesinin təhlil olunması tapşırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, poçt şöbəsinin əməkdaşı fiziki şəxslərdən nağd pul şəkildə qəbul etdiyi poçt göndərişlərini sistem üzərindən Hüquqi şəxsin (Gəncə Apellyasiya Məhkəməsinin) adına ödəniş qəbzi yaradaraq işləmişdir. Nəticədə şöbənin əməkdaşı fiziki şəxsdən alınmış nağd pul vəsaitini mənimsəyərək, sistem üzərindən qeyri-qanuni yolla Gəncə Apellyasiya Məhkəməsinin hesabında borc yaratmışdır. Ümumilikdə aparılan araşdırma zamanı 14.899,90 manat məbləğində pul vəsaitinin təyinatından yayındırılaraq mənimsənilməsi və əsası olmadan Gəncə Apellyasiya Məhkəməsinin hesabına borc yaradılması aşkar olunmuşdur. Bu səbəbdən 3 saylı Poçt Şöbəsinin müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid2 filiala dəvət edilərək izahatları alınmışdır. Təqsirləndirilən şəxs faktı təsdiq edərək sözügedən məbləğdən xx.xx.2023-cü il tarixdə 4.900,00 manat məbləği filialın baş xəzinəsinə məxadil etmişdir. Ümumilikdə, 9999,90 manat mənimsənilmiş pul vəsaiti ödənilməmiş qalmışdır. Şahid2 isə həmin əməliyyatların qeyri-qanuni olduğunu bilmədiyini, vaxtında şöbə müdirinə öz iradını bildirdiyini və şöbə müdiri tərəfindən ona “Bu əməliyyatların üstü açılsa, özüm cavabını verəcəm” ifadəsini işlətdiyini bildirmişdir. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 5(001)-2647/2023 saylı qərarının icrası ilə əlaqədar X6 Filialının Müştəri Xidmətləri Şöbəsi və 3 saylı Poçt Şöbəsində qanunsuz pul vəsaitlərinin mənimsənilməsi faktları ilə bağlı "xxxx" MMC-nin X4 baxış keçirilmişdir. Baxış zamanı X6 Filialının 3 saylı Poçt Şöbəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə poçt xidmətləri göstərilməsinə dair müvafiq üzləşmə aktları və elektron qaimələr iş üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq müvafiq qaydada qablaşdırılmaqla maddi sübut kimi götürülərək protokola əlavə edilmişdir. Qeyd olunan baxış protokoluna əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsi ilə aparılmış elektron qaimələr, aylıq olaraq tərtib edilmiş qeyri-nağd (kontragent) aparılan xidmətlərə dair hesabat siyahıları, “Colvir” proqram sistemi vasitəsi ilə vətəndaşlara nağd xidmət adı altında Gəncə Apellyasiya Məhkəməsinin hesabına aparılan qeyri-nağd əməliyyatlar üzrə tərtib edilmiş siyahı-cədvəllərdən, eləcə də digər poçt xidməti sənədlərindən görünür ki, 3 saylı Poçt şöbəsində Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, eyni zamanda 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında fiziki şəxslərə məktub poçt göndərişləri xidməti göstərilmişdir. 2021-ci ilin fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, noyabr, dekabr aylarında, eyni zamanda 2022-ci ilin mart, iyun, iyul, sentyabr, oktyabr və dekabr aylarında fiziki şəxslərə banderol poçt göndərişləri xidməti göstərilmişdir. 2021-ci ilin sentyabr, oktyabr, noyabr ayları, 2022-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında qeyri-nağd formada kiçik paket (çəkisi az olan əşya) poçt göndərişləri xidməti göstərilmişdir. 2021-ci ilin aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında, eyni zamanda 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında vətəndaşlara bağlama (çəkisi çox olan əşya, qiymətli əşya) poçt göndərişləri xidməti göstərilmişdir. Tərtib edilmiş mədaxil qəbzləri Gəncə Apellyasiya Məhkəməsinin qeyrinağd hesabına yazılmış, 2021-2022-ci illər ərzində X6 Filialının 3 saylı Poçt Şöbəsinin müdiri Təqsirləndirilən şəxs tərəfindən fiziki şəxslərə göstərilmiş poçt xidmətlərinə görə 14.899,90 manat məbləğində daxil olan nağd ödənişlər şöbənin xəzinəsindən yayındırılaraq mənimsənilmişdir. “Baxış keçirilməsi haqqında” protokola və “Samsung” markalı rəqəmsal tipli video kamera vasitəsi ilə çəkiliş 1 ədəd “CD” diskə baxış keçirələrkən müəyyən edilmişdir ki, 27 may 2024-cü il tarixdə "xxxx" MMC-nin 124 saylı Şəbəkəsində MMC-nin istifadə etdiyi “COLVİR” proqram sisteminə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, baxış yeri ünvan 4 ünvanında yerləşən Azərpoçt MMC-nin 124 saylı Şəbəkəsidir. Baxış zamanı X6 Filialının 3 saylı Poçt şöbəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs “COLVİR” proqram sisteminə öz kod və parolu vasitəsi ilə daxil olaraq vətəndaşlara və hüquqi şəxslərə icra etdiyi əməliyyatları əyani olaraq göstərməsi təklif edilmişdir və Təqsirləndirilən şəxs heç bir etiraz etmədən təklifi qəbul edərək xidməti otaqda yerləşdirilmiş “hp” komputerinin arxasına keçərək “COLVİR” proqram sisteminə daxil olmuşdur. Daxil olan zaman Təqsirləndirilən şəxs “RNACAFOV_62003” kodunu və “mmmaaa555” parolunu yazmış və şəxsi kabinetinə daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs “Colver” proqramı vasitəsi ilə 2021-2022-ci illər ərzində müxtəlif aylarda bağlama, banderol, məktubları və müxtəlif poçt xidmətlərinə görə vətəndaşlardan alınmış nağd ödənişləri müqavilə üzrə poçt xidməti göstərdiyi hüquqi şəxsin - Gəncə Apellyasiya Məhkəməsinin hesabından nağdsız ödəniş kimi işlədiyini bildirərək əyani olaraq bunu göstərəcəyini bildirmişdir. Bundan sonra açılan səhifədə göstərilən xidmətlərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs xəzinə əməliyyatlarının qeydiyyatı xanasını seçərək yeni qəbz yaratmağa başlamışdır. Məlumat vermişdir ki, qəbz yaradılan zaman qeyri-nağd və ya nağd xanası seçilir. Təqsirləndirilən şəxs qəbz üçün qeyri-nağd xanasını seçərək Gəncə Apellyasiya məhkəməsinin kodunu, yəni “000667” kodunu yazaraq Gəncə Apellyasiya Məhkəməsinin hesabına daxil olmuşdur. Daha sonra poçt xidmətləri xanası seçilərək orada məktub qəbulu bölməsinə daxil olunmuşdur. Açılan pəncərədə izləmə kodu olan ştrix kod yazılmış, məktubun çəkisi, həcmi, göndərilən təyinat nöqtəsinin indeksi, ünvanı, alıcının ad, soyadı qeyd olunaraq mavafiq xanalar doldurulmuşdur. Daha sonra göndərici olaraq Gəncə Apellyasiya məhkəməsinin adı silinərək vətəndaşın ad, soyadı və ünvanı qeyd olunmuşdur. Ok düyməsi basıldıqdan sonra qeyri-nağd, avans qəbz yaranmışdır. Həmin qəbzin Gəncə Apellyasiya məhkəməsinin hesabına yaradıldığı görünmüşdür. Eyni zamanda xidmət haqqının məbləği də qəbzdə əks olunmuşdur. Məlumat üçün bildirmişdir ki, son olaraq qəbz bağlanır və çap edilərək müştəriyə təqdim edilir. Bundan başqa, Təqsirləndirilən şəxs nümunə olaraq 05 yanvar 2022-ci il tarixdə Əsgərova Marusanın sifarişli məktub üçün müraciətindən sonra onun adına işləyərək yaratdığı qeyri-nağd qəbzi göstərmişdir. Bağlanmış qəbz açılmış, orada Gəncə Apellyasiya məhkəməsinin hesabı görsənmişdir, xidmət haqqı kimi tutulan məbləğin həmin qurumun hesabına yazıldığı müəyyən edilmişdir. Qəbz açılmış və orada Gəncə Apellyasiya məhkəməsinin adının qeyd olunduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs “Colvir” proqramından çıxaraq bildirmişdir ki, bu qaydada 2021-2022ci illər ərzində müxtəlif aylarda bağlama, banderol, məktubları və müxtəlif poçt xidmətlərinə görə vətəndaşlardan aldığı nağd ödənişləri müqavilə üzrə poçt xidməti göstərdiyi hüquqi şəxsin - Gəncə Apellyasiya Məhkəməsinin hesabından nağdsız ödəniş kimi işləmiş, vətəndaşlardan xidmət üçün aldığı müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsəyərək poçtun kassasından yayındırmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu əməliyyatları o, özü şəxsən icra etmiş, eyni zamanda poçt əməliyyatçısı işləyən Şahid2 kod (VMEMMEDOVA_62003) və parolundan da istifadə etməklə icra etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, vətəndaşların ad, soyadını qeyd etsə də, həmin şəxslərə dair digər məlumatları, yəni yaşayış ünvanlarını, telefon nömrəsi və sair yazmamışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X6 Filialı üzrə 22 fevral 2016-cı il tarixli, İR-22 nömrəli əmrlə həmin tarixdən 16 may 2024-cü il tarixədək Filialın 3 saylı Poçt şöbəsinin rəisi vəzifəsində işləmişdir. 16 may 2024-cü il tarixdən isə X6 Filialının Hacıməlikli poçt şöbəsinin müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsi və vəzifə təlimatına əsasən onlar şöbənin səmərəli idarə olunmasını təşkil etmək, o cümlədən planlaşdırma, təşkiletmə, motivasiya və nəzarət funksiyaların həyata keçirmək, şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçt-maliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsini təşkil və təmin etmək, xidmətlərin göstərilməsinə və hesablaşma-kassa əməliyyatlarına nəzarət etmək, poçt və maliyyə xidmətləri göstərilməsinə, əməliyyatların və mövcud qanunvericiliyə və "xxxx" MMC-nin müvafiq normativ hüquqi aktlara uyğun olaraq aparılmasını təşkil, təmin və nəzarət etmək, daxil olan poçtun qəbulunda və qəbul olunan poçtun göndərilməsində şəxsən iştirak etmək, poçt göndərişlərinin və pul vəsaitlərinin, ciddi hesabat qəbzlərinin, poçt şöbəsinin əmlakının, avadanlıqlarının tam mühafizəsini təmin etmək, iş gününün sonunda pul köçürmələrinin vaxtında və düzgün ödənilməsini, mədaxilin düzgünlüyünü, teleqramların çatdırlmasını, qəzet və məktubların çatdırılmasını, qəbul edilmiş poçt və teleqraf göndərişlərinin vaxtında göndərilməsini təşkil etmək, gündəlik məxaric və mədaxil sənədləri əsasında pul məbləğlərinin F130 gündəliyinə işlənməsini təmin etmək, pul köçürmələrinin, teleqramların, beynəlxalq bağlamaların qiymətli məktub və banderolların, kiçik paketlərin və digər göndərişlərin evlərə çatdırlmasını təşkil etmək, şöbədə xəzinə intizamına riayət edilməsinə nəzarət etmək, "xxxx" MMC-nin verdiyi hüquqlar dairəsində və onun adından respublika daxili və beynəlxalq hesablaşmaları təşkil etmək, o cümlədən hüquqi və fiziki şəxslərə Milli və xarici valyutada bank hesablarının açılmasını, bağlanmasını bu hesablar üzrə əməliyyatların aparılmasını təmin və nəzarət etmək, qaydalara uyğun tərtib edilmiş sənədləri imzalamaq və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs olmuşlar. 20 iyun 2024-cü il tarixli, 2019-2023-cü illərdə "xxxx" MMC-nin X6 Filialının 3 saylı Poçt şöbəsinin əməkdaşları tərəfindən "xxxx" MMC-yə vətəndaşlara xidmət müqabilində alınmış nəğd vəsaitlər və digər istiqamətlərdə nəğd ödənişlərinin hüquqi şəxslərin hesablarından nağdsız silinməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair mütəxəssis rəyindən görünür ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş ifadələrə, hesabdan çıxarışlara, kontragentlər üzrə göstərilmiş xidmətlər üzrə hesabatlara, elektron qaimələrə və üzləşmə aktlarına əsasən, 2021-2022-ci illər ərzində X6 Filialının 3 saylı Poçt Şöbəsinin müdiri Təqsirləndirilən şəxs tərəfindən fiziki şəxslərə göstərilmiş poçt xidmətlərinə görə 14.899,90 manat məbləğində daxil olan nağd ödənişlərini şöbənin xəzinəsindən yayındıraraq mənimsənilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X6 Filialının 3 saylı poçt şöbəsi tərəfindən 2021-2022-ci illər ərzində fiziki şəxslərdən qəbul olunmuş poçt göndərişlərinin qeyri-nağd aparılmasına dair hesabat cədvəli tərtib edilmiş, X6 Filialının 3 saylı Poçt şöbəsinin müdiri işləmiş Təqsirləndirilən şəxs tərəfindən 2021-2022-ci illər üzrə “Colvir” proqram sistemi vasitəsi ilə vətəndaşlara nağd xidmət adı altında Gəncə Apellyasiya Məhkəməsinin hesabına apardığı qeyri-nağd əməliyyatlar üzrə tərtib edilmiş mədaxil qəbzləri elektron formada diskə köçürülmüşdür. Həmin hesabat cədvəlindən, eləcə də mədaxil qəbzlərindən görünür ki, "xxxx" MMC-nin X6 filialının Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 81A ünvanında fəaliyyət göstərən 3 saylı Poçt Şöbəsində 2021-2022-ci illər ərzində fiziki şəxslərə, vətəndaşlara məktub, xəbərnamə, banderol, bağlama, kiçik paket, qiymətli paket poçt xidmətləri göstərilmiş, fiziki şəxslərdən nağd qaydada pul vəsaitləri, 2021-ci ilin yanvar ayında 40,20 manat, fevral ayında 102,30 manat, mart ayında 130,70 manat, aprel ayında 137,60 manat, may ayında 128 manat, iyun ayında 229,70 manat, iyul ayında 357,05 manat, avqust ayında 531,15 manat, sentyabr ayında 664,90 manat, oktyabr ayında 815,60 manat, noyabr ayında 926,10 manat, dekabr ayında 568,90 manat 2022-ci ilin yanvar ayında 481 manat, fevral ayında 649,3 manat, mart ayında 768,1 manat, aprel ayında 949 manat, may ayında 1021,3 manat, iyun ayında 910,5 manat, iyul ayında 750,4 manat, avqust ayında 669 manat, sentyabr ayında 839,5 manat, oktyabr ayında 883,9 manat, noyabr ayında 1462,6 manat, dekabr ayında 883,1 manat ümumilikdə 14.899,90 manat pul vəsaiti alınmış, vətəndaşlara nağd xidmət adı altında Gəncə Apellyasiya Məhkəməsinin hesabına qeyri-nağd əməliyyatlar aparılmışdır. 2020-2022-ci illəri əhatə edən müqavilələrin sürətlərindən görünür ki, Gəncə Apellyasiya arasında qeyd edilən dövrdə məktub, zərf, marka, teleqram, banderol, bağlama, kiçik paket, qiymətli paket və sair poçt xidmətlərinin göstərilməsi barədə müqavilələr bağlanmış və hər il müqavilənin müddəti uzadılmışdır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “485384” nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 08 noyabr 2023-cü il tarixdə 4.900 manat pul vəsaiti "xxxx" MMC-nin xəzinəsinə geri qaytarılmışdır. "xxxx" MMC-nin 06 mart 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan onun tərəfindən tam ödənilmişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 18063 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın 25 %-i həcmində, yəni 3.725 (üç min yeddi yüz iyirmi beş) manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilir və həmin maddə üzrə barəsində olan cinayət işinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilməsini məhkəmədən xahiş edir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 142.1 və 142.2-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onun ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrilə elan olunmuş ittihamdan tərəflərin barışıq əldə etməsi və dəymiş ziyanın tamamilə ödənildiyindən o, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə, habelə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə iclasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, az ağır cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tamamilə ödəmiş, eləcə də Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Başqa sözlə, işdə olan "xxxx" ASC-nin 05.03..2025-ci il tarixli, 18063 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş 14.899,90 (on dörd min səkkiz yüz doxsan doqquz manat doxsan qəpik) manat ziyanın 25 %-i həcmində, yəni 3.725 (üç min yeddi yüz iyirmi beş) manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini əsas tutaraq qeyd edilən maddə üzrə icraata xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildiyinə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayəti 2021-ci il tarixindən 2022-ci ilin dekabr ayınadək olan müddət ərzində törətmişdir və həmin vaxtdan iki ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddələrinə və Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd “CD” disk və 2021-2022-ci illər ərzində fiziki şəxslərdən qəbul olunmuş poçt göndərişlərinin qeyri-nağd aparılmasına dair hesabat cədvəli cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) – "xxxx" MMC məhkəməyə mülki iddia vermişdir. Mülki iddiaçı məhkəməyə verdiyi mülki iddiadan imtina etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs iddiadan imtina etdiyi üçün mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət işi üzrə mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.3, 234.4, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) – "xxxx" MMC tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd “CD” disk və 2021-2022-ci illər ərzində fiziki şəxslərdən qəbul olunmuş poçt göndərişlərinin qeyri-nağd aparılmasına dair hesabat cədvəli cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-51/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-51/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver