Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-53/2023 28.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən təzə məhlələrdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə qanunsuz olaraq yaşayış evinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarında artıq miqdarda əldə edib üzərində daşımışdır. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 2021-ci ilin fevral ayının sonlarında Daşkəsən rayonu Bayan kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus Gəncə şəhər Gülüstan qəsəbəsində təzə məhlələrdə yerləşən yarımtikili evinə daxil olaraq orada olan 20 ədəd hər birinin dəyəri 30 manat olan taxtaları, 22 ədəd hər birinin dəyəri 22 manat olan taxtaları, 25 ədəd hər birinin dəyəri 10 manat olan taxtaları, 22 ədəd hər birinin dəyəri 12 manat olan taxtaları, 1 ədəd 50 manat dəyərində olan taxta çarpayını və 1 ədəd 30 manat dəyərində olan taxta stolu oğurlayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 1678 manat məbləğində maddi ziyan vurmaqla, zərərçəkmiş şəxsə məxsus özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 0,370 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşıyarkən 20 iyul 2022-ci il tarixdə saat 15:00-da ünvan 1 ünvanında yerləşən X3 peronunda saxlanılaraq Gəncə şəhər, Zülfü Hacıyev küçəsi, 39 ünvanında yerləşən X8 Şöbəsinə gətirilərək üzərinə baxış keçirilən zaman əynində göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq yəni, 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş göy rəngli kağız bükümdə təmiz çəkisi 0,370 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin fevral ayında yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən təzə məhlələrdə gəzən zaman orada olan yarımtikili, divarları olan, lakin qapısı olmayan evi görmüş, həmin vaxt maddi durumu yaxşı olmadığından, pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, o həmin evin həyətinə qapısının olmamasından istifadə edərək daxil olmuş, orada hər hansı qiymətli satıla biləcək əşyaların olub-olmamasına baxmış, bu zaman heç bir qiymətli əşya olmadığını, sata biləcəyi sadəcə olaraq taxtalar olduğunu görmüş, o bundan sonra həmin taxtaları bir-bir yığaraq evin çıxış tərəfinə qoymuş, təxminən 14-15 ədəd taxta olduqdan sonra o həmin taxtaları bir dəfəyə götürərək yaşadığı evin qarşısına yığmış, o həmin taxtaları səhərisi gün satmaq üçün oraya yığmış, həmin günün səhərisi yaşadığı evin yaxınlığında taxta alqı-satqısı ilə məşğul olan adını bilmədiyi şəxsin yanına getmiş, həmin şəxsə yaşadığı evdə taxtalar olduğunu, satmaq istədiyini, həmin taxtaların özünə məxsus olduğunu, evində xəstənin olduğunu demiş, həmin şəxs onunla birlikdə yaşadığı evin qarşısına gəlmiş, orada olan taxtaların vəziyyətindən asılı olaraq orada olan təxminən 14-15 ədəd taxtanın hərəsinin öz vəziyyətindən asılı olaraq qiymətləndirmiş, ümumilikdə 130 manat pul vermiş, o isə həmin pulu yaşadığı evdə olan maddi ehtiyacları üçün xərcləmişdir. Oğurluğu tək törətmişdir. Ona görə də əməldə özünü qismən təqsirli bilir. Bundan başqa o bildirmişdir ki, psixotrop maddə aludəçisidir. xx.xx.2022-ci il saat 12 radələrində ADY QSC-nın Gəncə şəhərində yerləşən vaqon deposunun yaxınlığında dəmir yolunun kənarı ilə gedən zaman relslərin kənarında sellofona bükülmüş vəziyyə bağlama olduğunu görmüşdür. O, həmin bağlamanı götürüb baxan zaman içərisində “şüşə” kimi tanıdığı metamfetamin olduğunu görmüşdür. O narkotik vasitə istifadəçisi olduğu üçün həmin büküm içərisindən olan metamfetamini tanımış və şəxsi istifadəsi üçün götürmüş və əynində olan şalvarın cibinə qoymuşdur. Daha sonra Gəncə Dəmir yolu Vağzalana tərəf gəlmişdir. O Gəncə Dəmir yolu Vağzalında peronda olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələri göstərərək polis əməkdaşı olduqlarını və onun qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlamağında və daşımağında şübhəli olduğunu bildirərərk Gəncə st. XPŞ-nə dəvət etmişdirlər. O etiraz etməyərək polis əməkdaşları birlikdə Gəncə st. XPŞ-nə getmişdir. Gəncə st. XPŞ-də olan zaman xidməti iş otağında müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışdırlar. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı narkotik və psixotrop maddə və ya hər hansı qanunla qadağan edilmiş əşya, predmet varsa təqdim etməsi təklif edilmişdir. Bunda sonra o əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd siqaret falqasının içərisində olan kütləni çıxardaraq təqdim etmişdir. Daha sonra həmin kütləyə baxış keçirilmiş və elektron tərəzidə çəkilərək rəsmiləşdirilmişdir. Sağlamlıq vəziyyətinin pis olmasını nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu Bayan kəndində yaşasa da Gəncə şəhər Gülüstan qəsəbəsi AKTA-6 ətrafında yerləşən təzə məhlələrdə özünə məxsus hələ tam olaraq tikintisi yekunlaşmayan, yəni damı vurulmuş, qapı-pəncərələri qoyulmuş evi olmuş, o həmin evə təxminən ayda 2-3 dəfə gəlib baş çəkir, sonuncu dəfə həmin evə xx.xx.2021ci il tarixdə gedib baş çəkmiş, həmin evə baş çəkən zaman evdə olan bütün inşaat materiallarının yerində olduğunu görmüş, o sonradan bəzi səbəblərdən həmin evə bir müddət baş çəkə bilməmiş, xx.xx.2021-ci il tarixdə həmin evə gedib baş çəkən zaman naməlum şəxsin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddətdə ona məxsus olan Gəncə şəhər Gülüstan qəsəbəsi AKTA-6 ətrafında yerləşən yarımtikili evə daxil olaraq evin içərisinə yığmış olduğu 20 ədəd hər birinin dəyəri 30 manat olan 7 sm qalınlığında, 20 sm enində, 600 sm uzunluğunda olan taxtaları, 22 ədəd hər birinin dəyəri 22 manat olan 7 sm qalınlığında, 15 sm enində və 600 sm uzunluğunda olan taxtaları, 25 ədəd hər birinin dəyəri 10 manat olan, 2.5 sm qalınlığında, 10 sm enində və 600 sm uzunluğunda olan taxtaları, 22 ədəd hər birinin dəyəri 12 manat olan 7 sm qalınlığında, 15 sm enində, 400 sm uzunluğunda olan taxtaları, 1 ədəd 50 manat dəyərində olan taxta çarpayını və 1 ədəd 30 manat dəyərində olan taxta qabaq stolunu oğurladığını, ümumilikdə 1678 manat maddi ziyan vurduğunu görmüş, bu zaman o dərhal bu barədə DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Məhkəmənin ona verdiyi suala cavab olaraq bildirmişdir ki, ona məxsus tikinti materiallarını həmin evə gətirib yığmaq üçün bir neçə nəfərin köməyindən istifadə etmişdir. Xəstəlikdən əziyyət çəkən bir insanın təkbaşına həmin ağırlıqda olan tikinti materiallarının təkbaşına ona məxsus evdən oğurlaması ona inandıcı görünmür. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tikinti materiallarının alqı-satqısı ilə məşqul olur, hadisədən təxminən 1 ay əvvəl yaşadığı evdə olan zaman onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxs onun yanına gələrək yaşadığı evdə taxta olduğunu, həmin taxtaları satmaq istədiyini, uşağı xəstə olduğu üçün pula ehtiyacının olduğunu demiş, o isə Astana oğurluq olmadığı halda həmin taxtaları gətirib sata biləcəyini demiş, Astan isə ona avtomobilinin olmadığını, uşağının xəstə olduğunu, təcili pul lazım olduğunu yenə də demiş, o isə Astanın uşağının xəstə olmasını nəzərə alıb özünə məxsus olan avtomobillə Astanla birlikdə evlərinə getmiş, o xatırladığı qədəri ilə 4 metr 30 santimetr uzunluğunda, 6 santimetr qalınlığında olan 9 ədəd taxtanı ondan almış, həmin vaxt Astan ona evlərinin dam örtüyü olan hissəsində daha 10 ədəd həmin taxtadan olduğunu, həmin taxtaları damdan saldıqdan sonra gətirib ona verəcəyini demiş, o Astana 1 ədəd taxta üçün 9 manat pul vermiş, bundan bir neçə gün sonra isə həmin taxtaları 12 manat pulun qarşılığında tanımadığı şəxsə satmış, bu hadisədən bir neçə gün sonra yenə Astan xatırlamadığı nömrə ilə ona zəng edərək həmin evin damında olan taxtaları satmaq istədiyini demiş, həmin taxtaları yaşadığı evdən götürməyini istəmiş, o da Astanla razılaşıb Astanın yaşadığı evə getmiş, Astanın evində olan 10 ədəd taxtanın hər birini 10 manat pulun qarşılığında Astandan alaraq, xatırlamadığı şəxsə hər birini 12 manat pulun qarşılığında satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Gülüstan massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotop maddə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Daha sonra həmin məlumat əsasında Gəncə st. XPŞ-in, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə saat 15 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhər Dəmiyolu Vağzalının peronunda olduğunu müəyyən edib həmin əraziyə getmişdirlər və Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Gəncə st. XPŞ-nə dəvət etmişdirlər. Gəncə st. XPŞ-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Astan Əlievin üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisin bank kartları, şəxsiyyət vəsiqəsi, həmin şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd siqaret falqasının içərisində ilk baxışdan psixatrop maddə olan "xxxx"-ə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra içərisində ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 1 ədəd bükülü aptek tərəzisində çəkilmiş, siqaret falqası ilə birlikdə 0,42 qram çəkidə olmuşdur. Aşkar olunan 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bank kartları və şəxsiyyət vəsiqəsi özünə qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olduğunu və ADY QSC-nin Vaqon Deposunun yaxınlığında dəmir yolu reyslərinin kənarından tapdığını, öz istifadə etdiyi üçün üzərində saxladığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, onun Təqsirləndirilən şəxs psixotrop maddələri satması ilə bağlı hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan edilmiş şahid Gəncə st. XPŞ-in, CAB-nin əməliyyat müvəkkili Şahid2 həmin idarənin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Gəncə BPİ-nin İTİ-nin sabiq müstəntiqi Elşən Məmmədov tərəfindən hadisə baş verdiyi yerə, yəni Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 ətrafında yerləşən Zərərçəkmiş şəxs məxsus yayaşış evinə baxış keçirilmiş, baxış zamanı heç bir əşya və ya sənəd götürülməmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4375 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən tikinti materialları bazarında, yerli internet saytlarında və eləcə də məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında göstərilən malların 2021-ci ilin yanvar-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1350.0 manat müəyyən olunur. Məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2022-ci il tarixli 16/859 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə” sözlər olan və imzalar olan kağız paketdəki, 1 ədəd şəffaf sellefon kəsiyinə büküklmüş göy rəngli kağız bükümdə təmiz çəkisi 0,370 qram maddə, kustar üsulla hazılanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunana prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələr”-in 1-ci siyahısının İİ bəndinə daxildir. Metamfetaminin təmiz çəkisi - 0,370 qram, tədqiqata cəmi sərf edildi 0,05 qram, qalıq-0,320 qram. Məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2022-ci il tarixli 1095 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserin və Gəncə şəhər Psixonevroloji Dispanserin arayşlarından görünür ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən Gəncə st. XPŞ-də Gəncə XPŞ-nin İTQ-nun baş təhqiqatçısı polis mayoru X4, Gəncə st. XPŞ-in, CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid3, həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və oun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur və üzərində hər hansı psixotrop maddə və qanunsuz əşyanın olub-olmadığı soruşulur, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisin bank kartları, şəxsiyyət vəsiqəsi, həmin şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd siqaret falqasının içərisində olan kütləni çıxardaraq təqdim edir. Həmin kütlənin nə olması soruşuldu, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin "xxxx" olduğunu və ADY QSC-nin Vaqon Deposunun yaxınlığında dəmir yolu reyslərinin kənarında tapdığını, özünün istifadə etdiyi üçün üzərində saxladığını bildirir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış keçirildi, onun üzərindən qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilmədi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd rəngli siqaret falqasına bükülmüş sellofon kəsiyinin içərisində olan ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aptek tərəzisində çəkildi, siqaret falqasına bükülmüş sellefon ilə birlikdə ümumi çəkisi 0,42 qram oldu. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bank kartları və özünə məxsus şəxsiyyət vəsiqəsi özünə qaytarılır. 23 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, 0.320 qram metamfetamin Gəncə st. XPŞ-də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan şəxsin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. Beləliklə, cinayət işinin istintaq sənədləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməci iş üzrə toplanmış sübutlarla, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs oğurluq əməlini tək törətməsi ilə bağlı bildirdikləri özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, oğurlanmış əmlakı sayı, miqdarı, ehtimal olunan çəkisi həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən tək törədilməsinə dair məhkəmədə inam yaratmamışdır. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən "xxxx" psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və qanunsuz olaraq yaşayış evinə daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi qismən etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin mövcudluğunu onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlər Məhkməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilib. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər cəzalarını çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Beləliklə hazırki halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivi hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməlində cinayətlərin residivinin mövcudluğunu və cəzanın məqsədini nəzərə alaraq ona qarşı irəli sürülmüş maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Gəncə stansiyası X6 X2 azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09 aprel 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİnin X2 azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi olaraq 4 (dörd) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanlmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 (dörd) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əməlində cinayətlərin residivinin olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cinayətlərin residivi zamanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. İş materiallarına əlavə edilmiş 10 avqust 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə barəsində elan edilmiş axtarış çərçivəsində tutularaq MSY-ə təhvil verilmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, onun cəzasının əvvəli həmin tarixdən – 10 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə XPŞ-də saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.320 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı zamanı 30 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 82,40 (səksən iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs mülki idddia ərizəsi verərək mülki cavabdeh Təqsirləndirilən şəxs 1678 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi mülki iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməl nəticəsində Zərərçəkmiş şəxs mülki iddia ərizəsində göstərilən məbləğdə ziyan dəyməsi cinayət işi materiallarında öz təsdiqini qismən tapdığından iddia qismən təmin edilməlidir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4375 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən tikinti materialları bazarında, yerli internet saytlarında və eləcə də məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında göstərilən malların 2021-ci ilin yanvar-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1350.0 manat müəyyən olunur. Həm ibtidai istintaq dövründəki ifadəsində, həm də məhkəmə istintaqındakı ifadəsində Zərərçəkmiş şəxs ekspertiza tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razılaşmadığını bildirsə də, məhkəmə nə cinayət işi materiallarında, nə də məhkəmə istintaqı zamanı onun göstərdiyi halı təsdiq edən mötəbər dəlillərə rast gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, ekspertiza rəyi ilə müəyyən edilmiş 1350.0 manat məbləğ Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdən 09 aprel 2021-ci il tarixədək 02 (iki) gün tutulduğu müddət və 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixdək 02 (iki) gün tutulduğu müddət – cəmi 04 (dörd) gün müddət barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə günə gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD disk iş materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə stansiyası X7 saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.320 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə 82.40 (səksən iki manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul keçirilsin. (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) İş üzrə mülki iddia qismən təmin edilsin. Ekspertiza rəyi ilə müəyyən edilmiş 1350.0 manat məbləğ mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-53/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-53/2023
28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver