Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-53/2024 15.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, ünvan 2q təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsqanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edibdaşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 71694 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli. TOZ-63 modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivsiz odlu silah hesab edilən ov tüfəngi kəsiyi və 02 ədəd Türkiyə Respublikasında istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı ov döyüş sursatı sayılan patronları qanunsuz olaraq əldə etmiş, həmin ov tüfəngi kəsiyini Gəncə şəhəri Natavan-2 qəsəbəsi nömrəsiz fərdi yaşayış evinin yaxınlığındakı beton kəsiyinin altında qanunsuz olaraq saxlamış, həmin 02 ədəd patronları qanunsuz olaraq üzərində saxlayaraq gəzdirmiş, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 19 avqust 2023-ci il tarixdə saat 18:10da Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri Sədi küçəsində saxlanılaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd həmin ov döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüş, istintaq hərəkətinin davamı olaraq həmin gün saat 19:20-də Gəncə şəhəri Natavan-2 qəsəbəsi nömrəsiz fərdi yaşayış evinin yaxınlığındakı beton kəsiyinin altına baxış keçirilən zaman göy rəngli sellofan bükümünün içərsindən 01 ədəd həmin odlu silah hesab edilən ov tüfəngi kəsiyi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istintaq zamanı onu polislər üzərinə narkotik vasitə qoyacaqları və fiziki işkəncə edəcəkləri ilə hədələmiş, odur ki, o, ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Belə ki, əvvəlki məhkumluğu il bağlı dövlət tərəfindən ona verilməli pulu almaq üçün həbsdən çıxdıqdan on yeddi gün sonra sənədləşmə və qeydiyyat işlərinin aparılması ilə bağlı Gəncə şəhər Baş Polis idarəsinə getmişdir. Orada olan polis rəisinin müavini Şahin onun dəfələrlə məhkumluq həyatı yaşadığı bildiyi üçün ona yazığı gəlmiş, sonuncuya Gəncə şəhər Kəpəz Polis idarəsinə getməməyi məsləhət bilmiş, ona demişdir ki, “ora getsən orada olan polis əməkdaşı Elşən səni görüb yükləyəcək”. O da Şahin müəllimin sözü ilə Gəncə şəhər Kəpəz polis İdarəsinə getməmiş, bir müddət sonra təsadüfən yolda onu polis əməkdaşı Elşən görmüş və ona idarəyə gəlib qeydiyyata düşməli olduğunu demişdir. O, hazırki işlə bağlı tutulmamışdan iki gün əvvəl Gəncə şəhər Kəpəz Rayon Polis İdraəsinə qeydiyyata düşmək üçün getmişdir. Orada Elşən ona səni çağıranda gəl idarəyə demişdir. Daha sonra Elşən onlara evə zəng etmiş, o, Elşəndən ehtiyat elədiyi üçün telefona anası cavab verib, onun oğlundan nə istədiyini soruşmuşdur. Elşən onun anasına oğlu ilə işi olduğunu demişdir. Həmin gün axşam tərəfi evdə yemək olmadığı üçün o, onların evinə yaxın yaşayan dayısıgilə yemək yemək üçün getmiş, dayısıgildən qayıdanda küçənin başında olan zaman onun yanında ağ rəng 07 markalı avtomobil saxlamış və onu avtomobilə əyləşdirmişlər. Həmin vaxt onu avtomobilin arxa oturacağında otuzdurmuşlar, avtomobili Elşən müəllim idarə etmişdir. Həmin vaxt Elşən müəllim arxaya çevrilib, onun başına yumruqla vuraraq telefona niyə özünün deyil anasının cavab verməsini soruşmuşdur. O da yalandan həmin vaxt hamamda olduğunu demişdir. Polis İdarəsində ona demişdirlər ki, yuxarıdan göstəriş var. “Sənə silah veriləcək sən də həmin silahın sənə aid olduğunu qəbul edəcəksən”, əks təqdirdə bir torba narkotik maddə çıxarıb onu üzərinə qoyacaqları ilə hədələmişlər. Daha sonra polis əməkdaşı öz cibindən 500 manat pul çıxarmış, verəcəkləri silahı onun olduğunu etiraf etməsini tələb etmişdir. O da pulu qəbul etməmişdir. Daha sonra polis əməkdaşı ona fiziki şiddət göstərəcəyi ilə təhdid etmiş, ona qarşı ləyaqəti alçaldan hərəkətlər edəcəyini demişdir. O da məcbur onların dedikləri ilə razılaşmışdır. Daha sonra onu təhqiqatçının otağına gətirmişlər, əvvəldən onun cibinə qoyduqları iki ədəd patronu çıxarmışlar. Guya ki, həmin patronu Gəncə şəhərində tanımadığı mağazadan almışdır. Daha sonra onu aparmışlar ki, onlar dediyi yerdə əli ilə göstərsin ki, guya orada silah gizlətmiş, o da məcbur olduğu üçün onların dediklərini etmişdir. Həmin günün səhəri o, müvəqqəti saxlama yerində olduqda onun yanına müstəntiq gəlmiş və o, müstəntiqə bu silahı ona yüklədiklərini demiş, lakin müstəntiq onun dediklərinə məhəl qoymamışdır. Daha sonra polis idarəsinin rəisi onun vəkili ilə telefonla əlaqə saxlamış, həmin telefon danışığından sonra vəkil ona demişdir ki, rəislə danışmış, onu prokurorluqda azadlığa buraxacaqlar istintaq müddətində azadlıqda olacaqsan. Əgər buraxmasalar onlar barəsində şikayət yazacağını demişdir. O da vətən müharibəsi iştirakçısı olan oğlunu görmək istədiyi üçün vəkili ilə razılaşmış, onun göstərdiyi sənədlərə əvvəl vəkil, daha sonra o, imza etmişdir. Prokurorluğa getdikdə orada vəkili yanında olmamış, prokuror köməkçisi ona polisdə özünü təqsirli bildiyi üçün, prokurorluqda onu azadlığa buraxmaqlarının mümkünsüz olduğunu demişdir. Prokurorluqdan onun barəsində məhkəməyə təqdimat vermişlər və təqdimat da təmin edilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, polisdən qorxduğu və hüquqi savadı olmadığı üçün tutulduğu vaxt polisin ona şiddət göstərməsi barədə heç bir yerə şikayət etməmişdir. O, silahın tapıldığı yerdə Natavan-2 qəsəbəsində heç bir vaxt olmamış, belə ki, həmin qəsəbə o, həbsə girməmişdən əvvəl mövcud olmamış, həmin qəsəbə yeni salınmışdır. Sonda o, bütün bunları nəzərə almaqla ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Z.Hacıyev küçəsi döngə 2, ev 8-də yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Təxminən 2 gün əvvəl Gəncə şəhəri Natavan 2 qəsəbəsi ilə piyada hərəkət edən zaman, Gəncə şəhəri Natavan 2 qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evlərinin yaxınlığında bükülü selofan tapmış, həmin sellofan paketi açan zaman içərisində üzərində nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş 1 ədəd ov silahı olduğunu görmüş, həmin vaxt tapdığı 1 ədəd ov silahını oradan götürüb və təxminən 4- 5 metr uzaqlıqda beton plitələrin altında gizlətmişdir. Daha sonra isə ünvanını xatırlamadığı ov dükanından 2 ədəd ov tüfəngi üçün təyin olunmuş güllə almışdır. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində üzərində saxladığı öncədən əldə etdiyi ov tüfəngi üçün təyin olunmuş 2 ədəd güllə ilə həmin aşkar etdiyi ov silahını saxladığı yerə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu 2-ci PŞ-nə gətirmişlər. 2-ci PŞ-də olan zaman müdafiəçi ilə təmin olunmuş, həmin vaxt ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən 2 ədəd istifadə olunmamış ov silahı üçün təyin edilmiş güllə aşkar olunmuş və qablaşdırılmışdır. Daha sonra həmin güllələrin nə üçün əldə etdiyini soruşduqda, Gəncə şəhəri Natavan 2 qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evlərinin yaxınlığında tapdığı silah barəsində danışmış və həmin silahı təqdim edə biləciyini bildirmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə həmin silahı saxladığı yerə baxış keçirilmiş və 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahı qablaşdırılaraq götürülmüşdür. Həmin 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahını xx.xx.2023-cü il trarixdə Gəncə şəhəri Natavan 2 qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evlərinin yaxınlığında bükülü selofanın içərisində tapmış, ona məxsusdur və həmin silahdan heç vaxt istifadə etməmiş və atəş açmamışdır. Həmin 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahını və 2 ədəd gülləni ov etmək üçün saxlamışdır. O, heç vaxt silah satışı ilə məşğul olmamış və üzərindən aşkar olunan 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahını və 2 ədəd gülləni satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin 2-ci Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı X1 ifadəsində bildirmişdir ki, yay ayları idi axşam vaxtı vətəndaş Təqsirləndirilən şəxs odlu silah gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə dindirilən zaman üzərində saxladığı iki ədəd patronu təqdim etmiş, ona əlavə sual verilmişdir ki, başqa silah-sursat saxladığı yer varmı? O, Natavan 2 qəsəbəsində tüfəng gizlətdiyini demiş, onlar sonuncunun bildirdiyi ünvana getmiş və orada daşların arasında gizlətdiyi tüfəngi aşkar etmişlər. Aşkar edilmiş silah zərfə qoyulmuş və möhürlənmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin 2-ci Polis Şöbəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, avqust ayında onlara əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs odlu silah saxlamaqda gəzdirməkdə şübhəlidir. Daxil olan əməliyyat məlumatından sonra polis rəisinə məruzə edib, əməliyyat qruppası yaradılıb Şahid2la birlikdə ərazidə olan zaman demişdirlər ki, Samir Sədi küçəsi yaxınlığındadır. Onlar həmin küçədə Samirin yerini müəyyən edib, ona yaxınlaşıb özlərini təqdim edib onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərinə axtarış keçirilmiş, o, əynində olan cins şalvarın sağ cibindən 02 ədəd patron çıxarıb könüllü olaraq təqdim etmişdir. Daha sonra o, demişdir ki, lüləyi kəsilmiş silahı vardır onu Dubay bazarının yaxınlığında gizlətmişdir. Onlar müdafiəçinin iştirakı ilə onun bildirdiyi yerə getmiş və həmin silahı orada aşkar etmişlər. O, həmin silahı iki gün əvvəl məişət tullantıları olan yerdən tapdığını və aparıb həmin yerə gizlətdiyini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan və 1 ədəd DVD diskdən görünür ki, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd ilkin baxışdan 16 kalibrli istifadə olunmamış öv tüfəngi üçün təyin olunmuş güllə aşkar olunaraq götürülür. Bundan sonra diskdə Təqsirləndirilən şəxs hər hansı bir yerdə odlu silah saxlayıb-saxlamadığı soruşulan zaman, o Gəncə şəhər Natavan 2 qəsəbəsində yeni salınmış məhlələrdə yerləşən fərdi yaşayış evlərinin yaxınlığında odlu silah saxladığını bildirərək göstərə biləcəyini deyir. Daha sonra onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri, Natəvan 2 qəsəbəsində yeni salınmış məhlələrdə, fərdi yaşayış evlərinin yaxınlığında odlu silah saxladığı əraziyə gedir. Gəncə şəhəri, Natəvan 2 qəsəbəsində yeni salınmış məhlələrdə, fərdi yaşayış evlərinin yaxınlığında yerləşən beton daşların altına baxış keçirilən zaman sellofan torbanın içərisində bir ədəd nömrəsi olmayan, ilk baxışdan 1 (bir) ədəd “TOZ-63” tipli lüləsi və qundağı kəsilmiş ov silahına oxşar silah aşkar edilərək götürülür. Daha sonra müvafiq qaydada qablaşdırılır, 120 nömrəli möhrlə möhürlənir və imzalarla təsdiq edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/666R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 71694 nömrəli silah ilkin variantda keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1970-ci ildə istehsal olunmuş 16 kalibrli TOZ- 63 modelli çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi olub, lakin sonradan həmin silahın lülələri və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lülələmin uzunluğu 290 mm, ümumi uzunluğu 512 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli TOZ-63 modelli çaxmağı, hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuşdur, ov döyüş sursatıdır və atəş üçün yararlıdır. DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsində yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarın 1-ci sualında qeyd olunan “digər cinayətlərdə istifadə olub-olunmaması, təqdim edilmiş lüləsi və qundağı kəsilmiş ov silahının hər hansı bir cinayətdə istifadə edilib-edilməməsi müəyyən edilsin” sualına cavab verilməmişdir. DİN-nin KTİ-də “məhkəmə fıziki-kimyəvi” ekspertiza keçirilmədiyindən qərarın 1-ci sualında qeyd olunan “sonuncu dəfə həmin silahdan nə vaxt atəş açılmışdır” sualına cavab verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserin xx.xx.2023-cü il tarixli 5264 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispnaserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispnaserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-434/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4cü. 55-ci, 38-ci hissəsi ilə təqsdirli bilinərək 06 il müddətinə azadlqdan məhrum edilmiş, xx.xx.1992-ci il tarixli Amnistiya qərarının 8M “V” bəndinə əsasən çəkilməmiş cəzası 1/3 qədr azaldılmış, 03 il 01 ay cəza saxlanılmış, xx.xx.1994-cü ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 01 il 04 ay 21 gün şərti azad edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143 M 4 his, 213 m 2 his, 38, 39-cu maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdam məhrumetmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.4, 228.4, 62, 66.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 01 il 20 gün vaxtından əvvəl şərti azad edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində CM-nin 181.3.4-cü maddəsi ilə çıxarılmış hökm həmin Məcəllənin 181.2.2, 181.2.5-ci maddələrinə tövsif edilməklə cəzası 02 il 01 ay müddətinə azaldılmış, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 04 il 08 ayadək azaldılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər MTE və PA şöbəsinin 1310 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində silahı boynuna polisdə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyərək həmin silahı polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs silahın onun tərəfindən tapıldığını və Xan sarayının yaxınlığından tapdığını bildirir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən özünü 228.1-ci maddə ilə təqsirli bildiyini göstərir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəçisinin vermiş olduğu vəsatət əsasında, təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı tarixdən hazırki cinayət əməlinin törədilməsi tarixinədək təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsinin müəyyən edilməsi haqqında qərar qəbul etmişdir. Qərar "xxxx" MMC tərəfindən icra edilərək məlumatlar məhkəməyə təqdim edilmiş, 1 ədəd CD diskdə saxlanılan məlumatlara baxış keçirərkən Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə saat 00:02-dən 01:17-dək olan müddət ərzində silahın gizlədildiyi əraziyə yaxın məsafədə yerləşən “Dubay Bazarı” kimi tanınan yerdə, yəni yeni salınmış Natavan-2 qəsəbəsinin yaxınlığında olması müəyyən edilmişdir. (digər tarixdə gecənin qalması tarixləri) Bu faktla bağlı Təqsirləndirilən şəxs sual ünvanlanmış, o, həmin ərazidə Hosteldə qaldığını bildirmişdir. Buna səbəb kimi anası ilə münasibətlərinin pozulmasını göstərmişdir. Lakin məhkəmənin nə üçün həmin Hosteldə səhərə kimi qalmaması ilə bağlı sualına məntiqli cavab verə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib gəzdirməsi və saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ibtidai istintaqdakı ifadəsi, şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 228.1-ci maddəsinin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması cəzası və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, işdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 65-ci maddəsi (65.1-ci maddədə nəzərə alınası ümumi hallar, 65.2-ci maddədə isə hər bir residivə görə müəyyən edilmiş aşağı həddlər) residivə görə cəzanın aşağı həddini birbaşa müəyyən etmişdir. Belə olduğu təqdirdə CM-nin 58.1 və 18.5-ci maddələri nəzərə alınmaqla yuxarı hədd 65-ci maddəsinin məzmununa və ədalətlilik prinsipinə əsasən CM-nin Ümumi hissənin müddəaları nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin yüngülləşdirən hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı 19 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, 1 ədəd 71694 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-63 modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəşüçün yararlı, yivsiz odlu silah hesab edilən ov tüfəngi kəsiyi və 02 ədəd Türkiyə Respublikasında istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı döyüş sursatı sayılan patronlar müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk və təqsirləndirilən şəxsə məxsus mobil nömrənin anten dairəsi məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə 36 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 216 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 19 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan, 1 ədəd 71694 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-63 modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz və atəşüçün yararlı, yivsiz odlu silah hesab edilən ov tüfəngi kəsiyi və 02 ədəd Türkiyə Respublikasında istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı döyüş sursatı sayılan patronlar müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 (bir) ədəd DVD disk və təqsirləndirilən şəxsə məxsus mobil nömrənin anten dairəsi məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 216 (iki yüz on altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərov
Məhkəmə qərarları › İş №1(125)-53/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-53/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver