Məhkəmə qərarları › İş №1(125)-53/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-53/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-53/2025 02.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Qəhrəman oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə xx.xx.1952-ci ildə Şəmkir rayonunun Dəllərçəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik hüquqi şəxsin tabeliyində olan Abbas Səhhət adına xəstəxananın 1-ci terapiya şöbəsinin həkim terapevti vəzifəsinə işləyən, Gəncə şəhəri, Əliağa Şıxlinski küçəsi, ev 41 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrisi üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, qeyrisinin təhriki ilə vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik hüquqi şəxsin direktorunun xx.xx.2021-ci il tarixli, 1 nömrəli əmri ilə həmin Publik hüquqi şəxsin tabeliyində olan Abbas Səhhət adına xəstəxananın 1-ci terapiya şöbəsinin həkim terapevti vəzifəsinə təyin olunaraq həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardımın göstərilməsi, müvafiq qaydalara və standartlara uyğun olaraq müalicənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozun müəyyən edilməsi, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicənin təyin edilməsi və nəzarət edilməsi, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması, ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edilməsi, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edilməsi, tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlərin görülməsi, klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnozun müəyyənləşdirməsi, zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimlərin cəlb edilməsi, öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət edilməsi, sərəncamlar verilməsi və onların həvəsləndirmək və tənbeh etmək üzrə rəhbərliyə təkliflərin verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 təhriki ilə sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (bundan sonra “YAŞAT” Fondu) vəsaiti hesabına şəhid ailələrinin və müharibə əlillərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə qeyd olunan şəxslərin ödənişsiz dərman vasitələri ilə təmin olunması ilə əlaqədar Fondun subyekti hesab edilən hər bir şəxsə, yəni şəhid ailələri və müharibə əlillərinə il ərzində təyin olunan dərman vasitələrinin Şahid2 tərəfindən ələ keçirilərək satılması ilə bağlı sonuncunun təhriki ilə, Şahid2 qarısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 2022-ci ilin avqust ayından 2023-cü ilin sentyabr ayına kimi olan müddətdə Abbas Səhhət adına xəstəxananın ünvan 1 ünvanında yerləşən inzibati binasında xidməti otağında Şahid5, Şahid19, Şahid4, X6, Şahid6, Şahid21, Şahid20, Şahid22, Şahid23 özü tərəfindən şəxsən müayinə edilmədiyi, tibb müəssisəsinə gəlmədiyi halda həmin dövrdə işlədiyi tibb müəssisəsində xidməti otağında qeyd olunan şəxslərin adlarına, dərman vasitələrinin adlarını və tarixləri diyircəkli qələmlə resept blankı, tövsiyə vərəqəsi, bununla yanaşı diyircəkli qələmlə və kompüter qurğusu vasitəsi ilə dəqiq olmayan diaqnozlara dair məlumatları arayışlara qeyd edərək şəxsən imzalayıb, şəxsi istifadəsində olan möhürlə təsdiq etməklə, qeyd olunan saxta tibbi, yəni hüquq verən rəsmi sənədləri Şahid2 təhriki ilə sonuncunun xeyrinə şəxsi niyyətlə qanunsuz olaraq istifadə etməsi məqsədilə o cümlədən, Şahid5 adına xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və “Qastrit” xəstəliyindən əziyyət çəkməsi barədə arayış, Şahid19 adına xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və “Ağciyər” xəstəliyindən əziyyət çəkməsi barədə arayış, Şahid6 adına xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, müharibə əlili olan Şahid23 adına xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Qastrit” xəstəlikdən əziyyət çəkməsi barədə arayış, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Hepatit C” xəstəlikdən əziyyət çəkməsi barədə arayış, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Hepatit C” xəstəlikdən əziyyət çəkməsi barədə arayış, xx.xx.2023cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Hepatit C” xəstəlikdən əziyyət çəkməsi barədə arayış, şəhid ailə üzvü olan Şahid22 adına xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Qastrit, xora” xəstəliklərindən əziyyət çəkməsi barədə arayış, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Xora” xəstəliklərindən əziyyət çəkməsi barədə arayış, X2 adına xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, həmin tarixli xəstəlik arayışı, xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli xəstəlik arayışı, Şahid20 adına xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Qastroduodenit” xəstəliyindən əziyyət çəkməsi barədə arayış, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Qastroduodenit” xəstəliyindən əziyyət çəkməsi barədə arayış, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Onkolojı” xəstəlikdən əziyyət çəkməsi barədə arayış, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Onkolojı” xəstəlikdən əziyyət çəkməsi barədə arayış və Şahid4 adına xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyə vərəqəsi və xx.xx.2023-cü il tarixli “Hepatit B” xəstəliyindən əziyyət çəkməsi barədə arayış, Şahid21 adına xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankını həmin tarixlərdə qeyd edilən ünvanda yerləşən xidməti otağında saxtalaşdırmaqla hazırladıqdan sonra, Şahid2 tərəfindən sonucunun istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsi vasitəsi ilə, eləcə də şəhid ailələrinin üzvləri və müharibə əlilləri tərəfindən onlara məxsus mobil telefon nömrələri vasitəsi ilə həmin saxta tibbi sənədlər əsasında qeyd edilən müddətdə “YAŞAT” Fondunun “8110” nömrəli “Çağrı” mərkəzinə müraciət edilərək, saxta tibbi sənədləri həmin mərkəzin müvafiq mobil nömrələrinə Şahid2, şəhid ailələrinin üzvləri və müharibə əlilləri tərəfindən istifadələrində olan mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərilib, Şahid2 tərəfindən dərman preparatlarının ayrılması üzrə müraciətlərin qəbul edilməsi təmin edilməklə, həmin Fond tərəfindən dərman vasitələrinin müraciət etmiş şəhid ailələri və müharibə əlillərinə Gəncə şəhərinin ərazisində yerləşən apteklər vasitəsi ilə satışının həyata keçirlməsinə dair razılıq verilməsinə nail olunduqdan sonra, Şahid2 təhriki ilə saxtalaşdırmaqla hazırladığı resept blankı, tövsiyə vərəqəsi və tibbi arayışlar əsasında müharibə əlili olan Şahid23 adından “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 474,25 manat, “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 460,06 manat, “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 647,33 manat, “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 709,16 manat, “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 201,16 manat olmaqla 2.491,96 manat, şəhid ailəsi üzvü olan Şahid5 adından “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 999,04 manat, “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 390,76 manat olmaqla 1.389,8 manat, Şahid19 adından “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 774,35 manat, Şahid6 adından “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 939,63 manat, “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 2.999,59 manat olmaqla 3.939,22 manat, Şahid22 adından “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 406,35 manat, “Buta 307” aptekindən xx.xx.2023-cü il tarixdə 263,36 manat, “Dokta 673” aptekindən xx.xx.2023-cü il tarixdə 328,90 manat olmaqla 998,61 manat, X2 adından “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1991,11 manat, “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1812,62 manat, “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 481,99 manat olmaqla 4.285,72 manat, Şahid20 adından “Dokta 421” aptekindən xx.xx.2023-cü il tarixdə 498,94 manat, “Buta 339” xx.xx.2023-cü il tarixdə 317,64 manat, “Dokta 608” xx.xx.2023-cü il tarixdə 588,18 manat, “Dokta 611” xx.xx.2023-cü il tarixdə 471,53 manat olmaqla 1.876,29 manat, Şahid4 adından “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1544,08 manat, “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1443,27 manat, “Buta 339” aptekindən xx.xx.2023-ci il tarixdə 907,56 manat olmaqla 3.894,91 manat, Şahid21 adından “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 822,48 manat, cəmi 20.473,34 manat dəyərində dərman vasitələrinin Şahid2 tərəfindən satılıb, şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, sonuncunun təhriki ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək könüllü ianə formasında maliyyələşən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “YAŞAT” Fondunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların, şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin, eləcə də işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşların və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması və pul vəsaitlərinin düzgün xərclənməsi istiqamətində qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində Şahid2 təhriki ilə vahid şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, müayinələrə görə reseptləri yazmışdır. Adları çəkilən şəxslərə müayinə olunmadan diaqnoz qoymamışdır. O, xəstəyə müayinə, analiz, rentgen və uzi (USM) etmədən diaqnoz qoymamışdır. Analizlər olmadan müalicə yazmamışdır. Xəstə analiz və uzi (USM) nəticəsini göstərdikdən sonra resept yazmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, yüngül serroz xəstəsi birinci dəfə müalicə alanda sağalma ehtimalı vardır. Qaraciyər serrozu bəzi hallarda sağala bilər. Şahid20 qaraciyər serrozu vardır. Novruz Allahverdiyevi bir dəfə görmüş, müayinə etmiş və müalicə yazmışdır. Sonradan şəhid ailəsi olduğu üçün Novruz Allahverdiyevin şikayətlərinə görə özü olmadığı halda resepti yoldaşına yazıb vermişdir. Şahid19 müalicə ilə bağlı 2025-ci ildə yanına gəlməmişdir. Ola bilsin ki, başqa həkimə getmiş, amma onun yanında olmamışdır. Günel Məmmədovanı qazi övladı kimi tanıyır. Şahid23 astma ilə bağlı resept yazmışdır. İradə həkim yoluxucu xəstəliklər şöbəsində işləyir. İradə həkimin yanına gələn xəstələrdə əlavə xəstəlikər olanda onun yanına göndərmişdir. Sonda o, qeyd etdiklərinin nəzərə alınaraq, heç bir təqsiri olmadığı üçün onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxsin nümayəndəsi X7 ifadəsində bildirdi ki, o, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hüquq və təminat şöbəsinin əməkdaşıdır. “Yaşat” fondunun hüquqi şəxs kimi qeydiyyatı yoxdur. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. İş üzrə də zərərçəkmiş şəxs kimi Dövlət Agentliyi tanınmışdır. Şəhid ailələri və yardıma ehtiyacı olanlar üçün vəsaitlər ianələr və digər vəsaitlər hesabına fondun hesabında toplanır. “Yaşat” fondunda yığılan vəsaitlərin dörd istiqamət üzrə xərclənməsi müəyyən edilmişdir. Bunlardan birincisi maddiməişət xərclərinin yaxşılaşdırılması, ikincisi bank və digər mülki öhdəliklərin qarşılanması, üçüncüsü təhsil xərcləri, dördüncüsü tibb xərcləri ilə bağlıdır. “Yaşat” fondu ilə bağlı mütaciətlərə baxan şöbə vardır və hər bir müraciət orada qeydə alındıqdan sonra baxılır. Dərmanların əldə edilməsi ilə bağlı müraciətlər üçün ilk öncə fondun çağrı mərkəzinə zəng olunur və çağrı mərkəzində olan fondun əməkdaşı müraciət etmiş həmin şəxslə əlaqəyə keçir və həkim tərəfindən verilmiş sənədləri aldıqdan sonra həmin sənədlər yoxlanılır. Müraciət etmiş şəxsin sənədləri yoxlanıldıqdan sonra həmin şəxs fərmanla müəyyən edilmiş şəxslər qrupuna düşürsə, bu zaman müraciət etmiş şəxsin dərmanları müəyyən edilir və həmin şəxs yaşayış yeri üzrə yaxın aptekə yönləndirilir. Müraciət etmiş şəxs reseptin əsli və şəxsiyyət vəsiqəsi ilə həmin aptekə yaxınlaşır. Aptek isə sənədləri yoxladıqdan sonra təhvil-təslim aktına uyğun olaraq qarşılıqlı imza etdikdən sonra dərmanı həmin şəxsə verir. Apteklər ilə fondun arasında təhvil-təslim aktı vardır və ona əsasən dərmanlar satılır. Bütün apteklərə də həmin akt göndərilmişdir. Lakin həmin aktın içinin necə doldurulması barədə heç nə deyilməmişdir, çünki aptek işçiləri də savadlı insanlardır və həmin aktı özləri doldura bilərlər. Əvvəllər müraciət edən şəxs özü gəlməli idi. Lakin sonralar müraciət edən şəxsin müəyyən çətinliklər səbəbi ilə gələ bilmədiyi üçün yaxınlarına da dərmanları verilmişdir. Ancaq tapşırıq verilmişdir ki, götürən şəxs kimin qohumu olduğunu yazsın. Bu barədə apteklərə yazılı “mail” vasitəsi ilə məlumat verilmişdir. Həmin təhvil-təslim aktının əsasında ayın sonunda apteklərə ödənişlər olunur. Fonda məlum olan fakt odur ki, Şahid2 saxta reseptlər əsasında apteklərdən təxminən 56000 manat dəyərində dərman almışdır. Fond Şahid2 qarşı onun cinayət işində mülki iddia təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı mülki iddiaları və ya maddi tələbləri yoxdur. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, o, Abbas Səhhət adına xəstəxanada yoluxucu xəstəliklər şöbəsində həkim işləyir. Təqsirləndirilən şəxs çoxdan tanıyır. O, 40 ildir ki, işləyir, 50 ildir ki, Rahilə xanım işləyir. Onların vəzifəsi həkim kimi gələn xəstəni qəbul etmək, müayinə etmək, diaqnozunu müəyyən etdikdən sonra reseptini hazırlamaqdır. Onlar da xəstələri qəbul etmiş, müayyinədən keçirtmiş, analizini, klinik və laboratoriya müayinələrini, insturmental müayinələrinin nəticələri əsasında resept hazırlamışlar. Diaqnoz qoyduğu xəstələrin xəstəlikləri vardır. Onun öz sübutları vardır və onları komputerdən çıxartmışdır. Həmin sübutları öz məhkəmə iclasında təqdim edəcəkdir. 3 nəfər xəstə vardır ki, onblardan ikisində “Hepatit B” xəstəliyi, birində isə “Hepatit C” xəstəliyi vardır. O xəstələr Ramiz Hüseynov, Şahid23 və Şahid4dır. Şahid23 “Hepatit C” xəstəliyi vardır. Üçü də BC analizi vermiş və analizləri təsdiq olunmuşdur. Üçü də yanında olmuş və müayinədən keçirtmişdir. Əvvəllər uzi (USM) aparatı olmadığı üçün xəstələri özü əli ilə müayinə etmişdir. Sonra da diaqnozunu yazıb vermişdir. Əvvəllər onlarda hepatit üçün analiz götürmək üçün şərait yox idi, başqa yerdə analiz verib nəticələrini gətirirdilər. 2023-cü ildən hepatitə görə analiz götürmək üçün şərait dövlət tərəfindən təmin olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 tanıyır və onun atası 3 dəfə onların işlədiyi xəstəxanada “Hepatit C” və xroniki qaraciyər serrozu diaqnozları ilə yatmış, o, müacilə etmişdir. Ondan əvvəl heç bir münasibəti olmamışdır. Şahid2 1 dəfə onun yanında olmuşdur. Şahid6 yoldaşı Novruz Allahverdiyevi müayinə etmiş, lakin resepti həmin gün yazmamış, əlavə müayyinədən, yəni uzi aparatından keçdikdən sonra yoldaşı ilə birlikdə gəlmiş və resepti yazmışdır. Kömək məqsədilə deyil, sadəcə olaraq şəhid ailələri və qazilər səs-küy saldıqları, əsəbi və qıcıq olduqları üçün sakitcə tez yola salmışlar. Məhkəmədə Şahid3 ifadəsində bildirdi ki, Şahid2 onun keçmiş gəlinidir. O, Şahid1 və gəlinindən şikayətçi olmuşdur. Onlar saxta sənədlər düzəltmişlər. Belə ki, başqasına pensiya düzəltmək lazım olanda hamısı xəstəxanada bir-birini tanıdığından saxta sənədlər düzəltmişlər. Günay adam tapır, İradə həkim də sənədləri düzəldirdi. İradə xanım reseptləri, həkim kağızları, bəzi xəstələrə düzələn saxta sənədləri hazırlayırdı. Günay atasının qanını analizə vermiş, amma həmin analizi başqasının adına yazdırmışdır. Günay və İradə həkimin saxta sənədlər düzəltməsini ona oğlu Ayxan demişdir. İradə həkim şəxsən onun özünə saxta resept yazmamışdır. Oğluna dərman almaq üçün İradə xanımdan 300 manat və 30 manat almışdır. Onlar oğlunu pis günə saldığından pulları vermişdir. Günayın təkcə atası qazidir amma şəhid qohumları yoxdur. Məhkəmədə Şahid17 ifadəsində göstərdi ki, o, aptek müdiri yox, bölgə rəhbəri işləmişdir. O, menecerdir, yəni apteklərlə “Yaşat” fondu arasında vasitəçidir. Ona görə də heç bir şəhid və qazi ailəsi ilə birbaşa ünsiyyəti olmamışdır. Onun vəzifəsi nəzdində olan apteklər tərəfindən ona göndərilən şəhid ailə üzvlərinə və qazilərə məxsus olan resepti, dərman alınması ilə bağlı aktları və şəxsiyyət vəsiqəsini hazırlayıb hamısını ”Yaşat” fonduna göndərməkdir. Sonra ”Yaşat” fondu hər hansı bir uyğunsuzluq və ya rəqəm səhvi olduğu halda yanlışlığı düzəldir və ödəniş üçün təsdiq edir. ”Yaşat” fondu onlara “mail” vasitəsi ilə hansı məbləğdə satış etməli olduqlarını göndərmiş və o, da bu məbləğləri apteklərə yönləndirmişdir. 2021-ci ildə ”Yaşat” fondu ilə onların şirkətləri (apteklər şəbəkəsi) arasında olan müqavilədə reseptlərin verilməsi barədə akt forması göstərilmişdir. ”Yaşat” fondu tərəfindən verilən akt formasında reseptin verilmə qaydası necə göstərilmişdirsə dərmanlar da həmin qayda üzrə verilmişdir. “Yaşat” fondu tərəfindən ilk öncə akt forması onlara göndərilən zaman aktda qeyd edilmişdir ki, reseptdə olan dərmanlar alınarkən şəhid ailə üzvlərinin və qazilərin adları qeyd edilməli, onlar dərmanları aldıqdan sonra özləri imzalamalıdır. Şəhid ailələrinə və qazilərə verilən dərmanları yaxın qohumları götürməyə gəldiyi halda bu zaman aptek müdiri tərəfindən “Yaşat” fonduna məlumat verilirdi. Hər bir aptek müdirinin “Yaşat” fondunun verdiyi sistemdə özünə məxsus login və parolu olur. Aptek müdiri ”Yaşat” fondunun verdiyi sistemə giriş edir və sistemdə yüklənən reseptə baxır. “Yaşat” fondu reseptdə olan dərmanların Gəncə şəhərində hansı apteklərdə olduğunu müəyyən edir və şəhid ailə üzvlərinə və qazilərə zəng edərək dərmanların hansı apteklərdə olduğunu və həmin apteklərə yaxınlaşmasını bildirirlər. Sonradan ”Yaşat” fondu təsdiq edir ki, hansı aptek dərmanı sata bilər. Şəhid ailə üzvləri və qazilər həmin aptekə yaxınlaşır. Həmin aptekə yaxınlaşan zaman reseptin əsli və şəxsiyyət vəsiqəsinin əsli olmalıdır. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, şəhid ailələrinə və qazilərə verilən dərmanları qohumları və ya yaxınları da gəlib götürə bilirdilər. Dərmanları kimin gəlib götürməsi sistemdə göstərilmir. Şəhid ailə üzvlərinə və qazilərə verilən dərmanları başqa şəxs şəhid ailə üzvlərinə və qazilərə məxsus olan şəxsiyyət vəsiqəsi və reseptin əslini təqdim etdikdə ala bilər. Aptek müdirləri şəhid ailə üzvləri və qazilərin adlarına olan dərmanların yaxınları tərəfindən götürməsini “Yaşat ” fonduna və ya qazi, şəhid ailə üzvlərinə məlumat verilməsini daha dəqiq bilərlər. ”Yaşat” fondu tərəfindən şəhid ailəsi və ya qazi özü gəlmədiyi halda, yaxını gəldikdə öz adını yazıb, daha sonra qol çəkməsini onlara göstəriş verməmişlər. Şəhid ailələrinə və qazilərə ayrılan pul limiti ”Yaşat” fondunun sistemində göstərilir. ”Yaşat” fondu xəstəliyinə uyğun olaraq limiti təyin edir və aptek müdirləri onu görür. Məhkəmədə Şahid7 ifadəsində bildirdi ki, o, “Gəncə Mall”da “Buta 307” aptekinin müdiri vəzifəsində işləyir. ”Yaşat” fondunun onlara izah etdiyi qaydada yəni, elektron versiyada təsdiqlənmiş resept, şəhid ailəsinin və ya qazinin ad, soyad və aptekin təsdiqi gəldikdən sonra akt tərtib edərək yola salmışlar. Şəhid ailələrinə limit 1000 manat məbləğində qoyulmuşdur. Resept 500 manatdan yuxarı olduqda ”Yaşat” fondundan təsdiq gəldikdən sonra həyata keçirilmişdir. Dərmanları kim götürürdüsə, onun adını akta qeyd etmirdilər. Dərmanları götürməli olan şəhid ailə üzvünün və ya qazinin adı akta qeyd olunmuşdur. Şəhid ailə üzvləri və qazilər üçün ayrılmış dərmanlar fərqli aktla verilir. Aktda dərman kimin üçün alınırsa, onun adı yazılır. Sistemdə kimin adı qeydiyyatdan keçmişdirsə, aktda onun adı yazılır. Kənar şəxslərə, yəni qohumlara bütün sənədləri gətirdikləri üçün dərmanlar verilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 tanımır. Bəlkə də Şahid2 ondan dərmanları götürmüşdür, ancaq halhazırda xatırlamır. Şahid22 verdiyi dərmanları, dərmanlar üçün şəxsən özünün gəldiyini dəqiq xatırlamır, amma ad, soyad yadında qalmışdır, üzünü görsə bəlkə tanıya bilər. Reseptin məbləği böyük olduqda belə onda şübhə yaranmamışdır. Çünki hepatit diaqnozu olduğu üçün müalicəsinin baha olduğunu bilirdilər. Böyük məbləğlər tez-tez olmur. Dekabr ayı ən çox böyük məbləğlər olur. Reseptlər ”Yaşat” fondu sistemi ilə təsdiləndiyi üçün şübhələnməmişlər. Məhkəmədə Şahid8 ifadəsində bildirdi ki, o, 2018-2023 illərdə “Buta” aptekinin müdiri vəzifəsində işləmişdir. X18 laborotoriyada işləyir. O, ”Yaşat” fondunun təsdiq etdiyi formada, yəni təsdiqlənmiş resept, şəhid ailəsinin və ya qazinin ad, soyadı və aptekin təsdiqi gəldikdən sonra dərmanları akt tərtib edərək həmin şəxsləri yola salmışdır. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 tanıyır. Şahid2 Yaşarın qızıdır. Şahid2 dərmanları kimlər üçün götürdüyünü tam dəqiq bilmir. Ondan ifadə alınan zaman da bəzi şəxslərin dərmanlarını kimin götürdüyünü soruşmuşdular. O, isə dərmanların kimin götürdüyünü xatırlamadığımı demişdir. Həmin şəxslər dərmanları özləri götürmədiklərini bildirmişlər. Onun 1-2 il bundan əvvəl başında problem olduğu üçün hadisələrin çoxu yadında qalmamışdır. Hepatit xəstələrinin dərmanlarının bu qədər baha olması qeyri-adi hal deyildir. Onkoloji xəstələrin sistemləri baha olur, ona görə də pul çox tutur. Məbləğlərin böyük olması onda heç bir şübhə yaratmamışdır, çünki reseptləri fond təsdiq edib onlara göndəmişdir. Məhkəmədə Şahid10 ifadəsində bildirdi ki, o, “Buta 339” aptekinin müdiri vəzifəsində işləyir. ”Yaşat” fondu resepti aptekə yönləndirir, onlar təsdiqlənmiş resepti, şəhid ailəsinin və ya qazinin ad, soyadı düzgün olduqdan sonra akt tərtib edərək yola salmışlar. Həmin aktda o və dərmanları götürən şəxs imza etməlidir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 bir neçə dəfə ayrı-ayrı şəxslər üçün dərman götürməyə gəlmişdir. O, Şahid2 dərman gəlib götürdüyü üçün tanımışdır. Bir dəfə də dərman götürməli olan şəxs ilə danışmış və ona bildirmişdir ki, gələ bilmədiyindən dərmanları Şahid2 versin. Şahid2 dərman götürməli olan şəxsə aid olan resepti və ona məxsus sənədləri gətirmişdir. Məhkəmədə şahid X5 ifadəsində bildirdi ki, o, “Dokta 858” nömrəli aptekdə satıcı vəzifəsində işləyir. Hazırda analıq məzuniyyətindədir. Şahid2 əvvəllər tanımamışdır. Dərman alan zaman tanımışdır. Şahid2 əvvəl atası ilə gəlmiş, sonradan digər şəxsləri öz qohumu kimi tanıtmışdır. Günay xanım onların aptekindən dərmanlar götürmüşdür. O, dərmanları verdiyi üçün, Günay xanım isə dərmanları götürdüyünə görə aktı imzalamışdır. Günay xanım şəhid ailələrinə məxsus sənədləri gətirdiyi üçün dərmanları ona vermişdir. Onlara dərmanların götürülməsi üçün göstəriş verilir ki, reseptin əsli və şəxsiyyət vəsiqəsinin əsli olmalıdır. Onlara göstəriş verilməmişdir ki, mütləq dərman kimə məxsusdursa, həmin o şəxs gəlməlidir. Onlara müdir dərmanları götürməli olan şəxslərdən başqa digər şəxslərə dərmanları verilməsini deməmişdir. Amma sənədləri gətirən şəxsə dərmanların verilməsi deyilmişdir. Həkim tərəfindən reseptin yazıldığı və “Yaşat” fondu tərəfindən həmin resept təsdiqləndiyi üçün böyük məbləğ olduqda belə şübhələnməmişdir. Məhkəmədə Şahid15 ifadəsində bildirdi ki, o, “Dokta 858” nömrəli aptekin müdiri vəzifəsində işləyir. Həmin aptek 20 nömrəli məktəbin yanında yerləşir. 2021-2022-ci illərdən “Yaşat” fondunun şəhid ailələri və qazilərə pulsuz dərman vermə prosesində onların aptekləri iştirak edir. Həmin illərdə böyük bir əraziyə onun müdiri olduğu aptek baxmışdır. “Yaşat” fondu tərəfindən onlara heç bir sənəd verilməmişdi ki, dərmanları kimə vermək olar, kimə vermək olmaz. Onların işi reseptləri yola salmaqdan ibarət olmuşdur. Şəhid ailələri və qazilərdə həssas qrup olduğundan onlara qarşı daha ehtiyatlı davranmışlar. Onlara aktda dərmanları kim götürürsə onun adı yazılmalı olduğu deyilməmişdir. Gələn şəxsdə şəxsiyyət vəsiqəsi və reseptin əsli olduğu üçün onlar dərmanları həmin şəxsə vermişlər. “Yaşat” fondu tərəfindən onlara göndərilən proqramda dərmanların kim tərəfindən və ya necə götürməsinə dair hər hansı bir xana və ya göstəriş olmamışdır. Resepti olan şəxs “Yaşat” fondu ilə əlaqə saxlayır və sənədlər sistemə yüklənir, fond şəhid ailəsinə hansı aptekin yaxın olduğunu müəyyən edir və şəxs ora yaxınlaşdıqdan sonra sistemdə baxılır, resept təsdiqləndikdən sonra sənədlərin əsli ilə dərmanlar verilir. Günay xanımın atası hepatit xəstəsi olduğu üçün ona dərmanlar verilmişdir. Reseptdə olan dərmanların məbləği fond tərəfindən ayrılmış məbləğdən çox olduqda fondun əməkdaşı Əlvan müəllimə yığıb bildirilmiş və fond təsdiqlədikdən sonra dərmanlar verilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 özü atası üçün gələrək dərman götürmüşdür. Onlar Şahid2 müştəri kimi tanımışlar. Şahid2 neçə dəfə dərman götürməyini xatırlamır. İstintaqda ona şəkillər göstərilmiş, o, da onların bəzilərini tanıdığını, bəzilərini isə tanımadığını demişdir. Çünki bəzən vətəndaşlar saat 6dan sonra gəlmiş buna görə onları görməmişdir. Elə hal olmuşdur ki, şəhid ailəsi özü əlaqə saxlamış və onun dərmanlarının Şahid2 verilməsini bildirmişdir. Bundan başqa, Şahid2 gələndə həmin şəxslərin şəxsiyyət vəsiqəsi və reseptinin əsli ilə gəlmişdir. Məhkəmədə Şahid13 ifadəsində bildirdi ki, o, 2018-ci ildən “Dokta 611”-də aptek müdiri vəzifəsində işləyir. 2021-ci ildən “Yaşat” fondu ilə əməkdaşlıq edirlər. Onlara “Yaşat” fondu və şirkət tərəfdən göstəriş verilmişdir ki, aptekə yaxınlaşan şəxs şəxsiyyət vəsiqəsi və reseptin əsli ilə yaxınlaşarsa “Yaşat” fondunun sisteminə daxil olunur, həmin şəxsin adı sistemdə axtarılır və reseptə uyğun dərmanlar həmin şəxsə təqdim edilməlidir. Sonra akt tərtib edilir və dərmanları götürməli olan şəxsin, yəni şəxsin şəhid ailəsi və qazidirsə ad, soyadı yazılır və qarşısına imza edilir. Şəxsin özünün gəlib-gəlməməsi yoxlanılır amma gəlmədiyi halda sənədlərin əsli gətirildiyi üçün dərmanları həmin şəxsə verilirdi. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 tanımır. Şahid20 verilən dərmanın kim tərəfindən götürüldüyünü uzun müddət keçdiyi üçün tam xatırlamır. Qazi və şəhid ailələri üçün Şahid2 dərman gəlib götürməsini xatırlamır. Məhkəmədə Şahid9 ifadəsində bildirdi ki, o, “Dokta 422” nömrəli aptekdə əczaçı vəzifəsində işləyib, indi isə müdir işləyir. İbtidai istintaqda müstəntiq ona şəkillər göstərərək hansı şəxslərə satış etməsini soruşmuşdur. O, da gün ərzində nə qədər vətəndaş gəlib müraciət etdiyini və hamısının yadında saxlaya bilməyəcəyini bildirmişdir. Amma Şahid2 şəkildən ona tanış gəlmişdir. Günay ilk dəfə qazi Səbuhi adında şəxslə gəlmiş və Səbuhini ona öz qardaşı kimi tanıtmışdır. Şahid2 atası ilə də gəlib dərmanlar götürmüşdür. Bir dəfə də şəhid anası gələ bilmədiyindən onun yerinə Şahid2 gəlmiş və dərmanların sahibi, yəni şəhid anası telefon vasitəsi ilə dərmanları Günaya vermələrini ona demişdir. Məhkəmədə Şahid14 ifadəsində bildirdi ki, o, “Dokta 421” nömrəli aptekdə müdir vəzifəsində işləmişdir. Onda Gülzar xanımın resepti olmuşdur, ancaq həmin resepti kimin gəlib götürdüyüni xatırlamır. Şahid2 tanımır. Məhkəmədə Şahid11 ifadəsində bildirdi ki, o, “Dokta 608” nömrəli aptekdə müdir işləyir. Onlara 600 manata yaxın resept daxil olmuşdur. Onlara da “Yaşat” fondundan məlumat verilmişdir ki, dərmanlar 500 manatı keçdiyi halda fonda bildirilsin və fond təsdiqlədiyi halda dərmanlar verilsin. Günay xanım ona zəng etmiş və anasının onkoloji xəstə olduğunu demiş və reseptdə olan dərmanları istəmişdir. O, da Günay xanıma fonddan təsdiq gəldikdən sonra resepti verə biləcəyini bildirmişdir. Saat 6 radələrində “Yaşat” fondundan təsdiq gəldikdən sonra Günay xanıma zəng etmiş və reseptin təsdiq edildiyi, dərmanların hazır olduğunu demişdir. Günay xanım növbəti gün saat 11-12 radələrində reseptin əsli, şəhid ailəsi üzvünün şəxsiyyət vəsiqəsi, epikriz ilə gəlmiş və dərmanları götürdükdən sonra aktı özü şəxsən imzalamışdır. Səhv etmirsə, resept Şahid20 məxsus idi. Günay xanım həmin şəxsin onun anası olduğunu bildirmişdir. Şəxsin özü gəlmədikdə dərmanları başqasına vermək barədə fond tərəfindən onlara yazılı və şifahi göstəriş verilməmişdir. Məhkəmədə Şahid20 ifadəsində bildirdi ki, o, onkoloji, yəni süd vəzi xərçəngi xəstəsidir. Hepatit və qaraciyər serrozu onda yoxdur. Onun, yoldaşının və gəlninin xəstəlikləri vardır. Buna görə həkimə müraciət etmiş, resept yazdırmış və reseptləri də özü götürmüşdür. O, yoldaşının və gəlininin də dərmanlarını almışdır. “Yaşat” fondu dərmanlardan istifadə etmək üçün ona ildə 5000 manat ayırmışdır. Bakıda və Gəncədə bir çox həkimin yanında olmuşdur. Dərmanları da alıb istifadə etmişdir. 2021-ci ildə onlar “Yaşat” fondundan heç nə götürməmişlər. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, yoldaşına Gəncədə həkim diaqnoz qoymuşdur. Lakin Gəncədə olan həkimin adını xatırlamır. Həkimə yoldaşı ilə birlikdə getmişdir. Yoldaşında ürək xəstəliyi və şübhəli hepatit xəstəliyinin əlamətləri vardır. 2023-cü ildə şübhə olmuşdur ki, hepatit xəstəliyi ola bilər. Həmin vaxt Günay onlarla getməmişdir. Günayı qonşu kimi tanıyır. 1 dəfə də Günaya dərmanları alıb gətirməsi üçün 20 manat pul vermişdir. Günay “Yaşat” fondundan ayrılan dərman almamışdır. Günay ona pul verməmişdir. Dərmanları özü götürmüşdür, yəni Günayla əlaqəsi yoxdur. Şəxsiyyət vəsiqəsini Günaya verməmişdir. Rahilə həkimin yanına gəlini ilə də getmişdir. Gəlininin ginekoloji xəstəliyi və can ağrısı vardır. Onun adından alınan dərmanlar barədə məlumatı yoxdur. 4000 manatlıq dərman almamışdır. Yoldaşı 822 manatlıq dərmandan istifadə etmişdir. Yoldaşına verilən dərmanların çoxunun adlarını bilmir. Kimsə onun əvəzindən qol çəkə bilməz. Ona təqdim edilən aktlardakı imzalar ona məxsus deyildir. Həmin aktlarda onun əvəzinə kim tərəfindən imza edildiyini bilmir. Şahid20 məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaqda verilən ifadəsi arasında ziddiyət olduğu üçün məhkəmədə sədrlik edən Şahid20 ibtidai istintaqda verdiyi ifadəsini elan etmişdir. Şahid20 ibtidai istintaqda verdiyi ifadəsini qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsindən əvvəl, mədə ağırları olduğu üçün şəhid övladı ilə birlikdə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında işləyən Təqsirləndirilən şəxs qəbulunda olmuş və sonuncunun yazdığı dərman preparatlarını öz vəsaiti hesabına almış, 2022- 2023-cü illər ərzində o, heç vaxt Təqsirləndirilən şəxs qəbulunda olmamış və sonuncunun yanında müalicə almamışdır. Habelə, Şahid20 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktda olan imza ona məxsusdur və onun tərəfindən icra edilmiş, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktlarda olan imza ona məxsus deyil və onun tərəfindən icra edilməmişdir. Məhkəmədə Şahid20 ibtidai istintaqda verdiyi ifadəsi ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, savadsızdır, müstəntiq nə yazıb bilməyib, imza çəkib. Dərmanları o özü götürüb, Günayla əlaqəsi yoxdur. Məhkəmədə Şahid5 ifadəsində bildirdi ki, o, hər iki həkim, yəni İradə və Rahilə həkimin yanına getmişdir. Rahilə həkimin yanına Günay ilə birlikdə getmiş, mədə və qaraciyərdən ötrü müayinədən keçmişdir. Onda “Hepatit C” xəstəliyi olmamışdır. Onda piylənmə və ağrılar olmuşdur. Gəlini Şahid4 ilə birlikdə getmişdir. Gəlini də xəstədir, nevroz və qaraciyərində ağrıları vardır. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, yoldaşı ağciyərindən ötrü Rahilə həkimin yanına tək getmişdir. Həkim reseptlərini özü götürmüşdür. Reseptləri götürdükdən sonra dərmanları aptekdən ancaq özü götürmüşdür. Dərmanların adı və nə qədər yazıldığı yadında qalmamışdır. Dərmanları özləri üçün aldıqdan sonra müalicə almışlar. O, 2027 manat məbləğində dərmanı aldığını xatırlamır, amma reseptdə nə yazılıbsa onu almışdır. "Yaşat” fondu onlara 3000 manat məbləğində dərman vermir. Günay onların qudasının nəvəsidir. Günay onları xəstəxanaya aparmışdır. Günay 1 dəfə ona dərman almışdır. Dərmanları həmişə özü almış, amma bir dəfə Günay almışdır. Günay dərmanlara görə ona pul verməmişdir. Günay ona pulu gətirib verəndə demişdir ki, yasda müəllimlər şəhid oğlu üçün yığıb vermişdir. Ona təqdim edilən aktlardakı imzalar ona məxsus deyil. Həmin aktlarda onun əvəzinə kim tərəfindən imza edildiyini bilmir. Şahid5 məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaqda verilən ifadəsi arasında ziddiyət olduğu üçün məhkəmədə sədrlik edən Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini elan etmişdir. Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini qeyd etmişdir ki, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası və ya poliklinikasında işləyən həkim Təqsirləndirilən şəxs ilə tanışlığı olmamış, sonuncunun qəbulunda heç vaxt olmamış və yanında müalicə almamışdır. Onda heç vaxt “Hepatit və qaraçiyər serrozu” xəstəlikləri olmamışdır. Bundan başqa, 2023-cü ilin aprel ayında şəkəri və təzyiqi olması ilə bağlı Abbas Səhhət adına xəstəxanada adını xatırlamadığı həkimin qəbulunda olmuş və sonuncu tərəfindən ona müalicə yazılmış və həmin resept əsasında Şahid2 aptekdən dərman preparatlarını götürüb, hamısını ona təqdim etmişdir. Bununla yanaşı, o, yalnız bir dəfə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında “Hepatit” analizini vermişdir. Həmçinin, Şahid5 ifadəsində göstərmişdir ki, heç vaxt onda “Hepatit və qaraçiyər seyrozu” xəstəlikləri olmamış, onun əvəzinə gəlini Şahid4 özünə məxsus 050 ***-**-** mobil telefon nömrəsi vasitəsi ilə “YAŞAT” Fondunun “Çağrı” mərkəzinə zəng etmiş və şəhidin ailə üzvü olmasını təsdiq etmək üçün şəxsiyyət vəsiqəsini, şəhid ailə üzvü vəsiqəsini, oğlunun ölüm kağızını, yazılmış reseptləri və müayinə sənədlərini “YAŞAT” Fondunun “Çağrı” mərkəzinə göndərmiş, bütün dərman preparatlarını Şahid2 özü apteklərdən almış, onun tərəfindən hər hansı bir şəxsə pul təqdim edilməmiş, “YAŞAT” Fonduna edilən müraciət əsasında adına ayrılmış dərman preparatlarının dəyəri barədə məlumatı olmamışdır. Şahid5 ifadəsində onu da qeyd etmişdir ki, ona təqdim olunmuş dərman preparatlarının ayrılması barədə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il tarixli aktlarda olan imzalar onun tərəfindən icra edilməmişdir. Məhkəmədə Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda ifadəsinə oxumadan qol çəkib. “Yaşat” fondu onlara 3000 manat məbləğində dərman vermir. Bilmir həmin məbləğdə dərmanı kim alıb. Yəqin ki, dərmanları özləri alıb. Reseptlərdə hansı dərmanlar olması barədə məlumatı yoxdur. Günay onların qudalarının nəvəsidi. Məhkəmədə Şahid19 ifadəsində bildirdi ki, o, Abbas Səhhət adına xəstəxanaya müalicə üçün özü getmişdir. Amma həmin xəstəxanada olan həkimin adını xatırlamır. Ağciyər və ürək xəstəlikləri vardır. Əvvəllər ağciyərində xəstəlik olmuş və müalicə almışdır, indi isə xəstəliyi yoxdur. Qaraciyər serrozu olmamışdır. Hepatit xəstəliyi olması barədə məlumatı yoxdur. 2020-ci ildə ürəklə bağlı Beynəlxalq xəstəxanada əməliyyat olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Günayı qonşu kimi tanıyır. Tam xatırlamır, amma ürəyi və ağciyərlə bağlı dərmanları Günay bir dəfə gedib almışdır. Günay ona və yoldaşına pul vermişdir, amma dəqiq bilmir nəyə görə vermişdir. 2021-2022-ci illərdə dərmanları aldığı olmuşdur. Dərmanları aldıqda ona imza çəkdirilməsini xatırlamır. Dərmanları 2-3 dəfə özü almışdır, amma kimsə adından istifadə edib dərman alması ilə bağlı xəbəri yoxdur. 774.35 qəpik məbləğində olan dərmanların onun adına kimin almasından xəbəri yoxdur. Həmin dərmanların verilməsi ilə əlaqədar olan aktlardakı imza onun deyil və kimin imzası olduğunu bilmir. Kiməsə deməmişdir ki, dərmanları gedib onun adından götürsün. O, özü aptekə getmiş və özü almışdır. Şahid19 məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaqda verilən ifadəsi arasında ziddiyət olduğu üçün məhkəmədə sədrlik edən Şahid19 ibtidai istintaqda verdiyi ifadəsini elan etmişdir. Şahid19 ibtidai istintaqda verdiyi ifadəsini qeyd etmişdir ki, X4 ürək xəstəliy ilə əlaqədar olaraq müalicə alıb və 2022-ci ilin fevral və iyun aylarında dərman preparatlarını özü 3 nömrəli xəstəxananın yanından yerləşən aptekdən götürmüş və şəxsən istifadə etməmişdir. Lakin, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası və ya poliklinikasında işləyən həkim Təqsirləndirilən şəxs ilə tanışlığı olmamış, sonuncunun qəbulunda heç vaxt olmamış və yanında müalicə almamışdır. Onda heç vaxt “Hepatit və qaraçiyər serrozu” xəstəlikləri olmamışdır. “YAŞAT” Fondu tərəfindən adına 774 manat dəyərində dərman preparatının ayrılması barədə məlumatı olmamışdır. Məhkəmədə Şahid19 ibtidai istintaqda verdiyi ifadəsi ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, onda qaraciyər serrozu olmayıb, hepatit xəstəliyi olması barədə məlumatı yoxdur. Əvvəllər ağciyərində xəstəlik var idi, müalicə elətdirib, indi yoxdu. Günayı qonşu kimi tanıyır. Günay ona və yoldaşına pul verib, amma dəqiq bilmir nəyə görə verib. Dərmanları 2-3 dəfə özü alıb, amma sonradan kimin aldığından, qol çəkdiyindən xəbəri yoxdur. 774,35 qəpik məbləğində olan dərmanları adına kimin almasından xəbəri yoxdur. Məhkəmədə Şahid6 ifadəsində bildirdi ki, o, asma xəstəsidir. Ağciyərində vərəm xəstəliyi vardır. Qaraciyər serrozu xəstəliyi olmuşdur. Lakin qaraciyər serrozu ilə bağlı nə qədər müalicə aldığını xatırlamır. Onda hepatit xəstəliyi olmuşdur. Hər iki həkimin, Rahilə və İradə həkimlərin qəbulunda olmuşdur. Lakin Rahilə həkimin yanına nə zaman getdiyini xatırlamır. Rahilə xanıma müraciət edərək, resept yazdırmışdır. “Yaşat” fonduna özü müraciət etmiş və dərmanları aptekdən özü götürmüşdür. Nə qədər məbləğdə dərman götürdüyünü xatırlamır. Dərmanları onun əvəzindən heç kim qol çəkib götürməmişdir. Dərmanları özü qol çəkib götürmüşdür. Ola bilər ki, dərmanları götürən zaman qızı götürsün və imzalasın. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid2 tanıyır. Şahid2 oğlunun yas yerinə gəldiyindən onu tanımışdır. O, Şahid2 ilə birlikdə bir dəfə apteki tanımaq üçün getmiş, amma dərmanları özü götürmüşdür. Yaşat” fondu ilə öz nömrəsi ilə də, qızının nömrəsi ilə də danışmışdır. Günay “Yaşat” fonduna zəng edib danışmamışdır. Rahilə həkimin yanında yoldaşı bir dəfə olmuş, amma özü çox olmuşdur. Dərmanları o və yoldaşı istifadə etmişdir. Yoldaşının dərmanları ayrı olmuşdur. Dərmanları heç kimə verməmişdir. 2022 və ya 2023-cü illərdə yoldaşı Rusiyaya getmişdir. O, Rahilə həkimin yanına növbəti dəfə yoldaşının adından getmişdir. O, dərmanları yoldaşının adından götürmüş və Rusiyaya yanına gedənlərdən biri ilə göndərmişdir. Ona təqdim edilən aktlardakı imzalar ona məxsus deyil. Həmin aktlarda onun əvəzinə kim tərəfindən imza edildiyini bilmir. Məhkəmədə Şahid2 ifadəsində bildirdi ki, onun atası Yaşar Məmmədov 1-ci Qarabağ müharibəsinin iştrakçısıdır. Atası hepatit və onkoloji xəstəliklərdən əziyyət çəkir. Rahilə həkim və İradə həkim atasını müalicə edib davamlı reseptlər yazırmışlar. 2021-ci ildən atası Gəncə şəhər Abbas səhhət adına 1 saylı xəstaxanada İradə həkimin yanında müayinə və müalicə olunur. Atasının xəstəliyi ilə bağlı dərmanlar çox bahadır. Bir müddət həmin dərmanları öz vəsaiti hesabına almışdır. Öz vəsaiti tükəndikdən sonra dərmanları almaqda çətinlik çəkdiyindən icra hakimiyyətinə atasının dərmanlarının alınmasına ona köməklik göstərilməsi üçün müraciət etmiş və ona Asan Xidmətdə “Yaşat” fondunun nümayəndəsi olduğu bildirmişlər. O, həmin Asan Xidmətdə olan nümayəndə ilə əlaqə saxlamış və atası üçün dərmanların alınmasında köməlik göstərilməsini xahiş etmişdir. “Yaşat” fondunun nümayəndəsi ona qaynar xəttə məlumat verməli olduğu bildirmişdir. O, bundan sonra “Yaşat” fondunun qaynar xəttinə zəng edib atasının dərmanlara ehtiyacının olduğunu bildirmişdir. Sonradan “Yaşat” fondu atasına dərmanlar ayırmışdır. Ayda bir neçə dəfə həmin dərmanları götürmüşdür. Atasının xəstəlikləri ağırlaşdıqca dərman limiti artırılmışdır. Şahid23 onların kirvəsidir. Şahid23 Şəmkir xəstaxanasında yatdığı vaxt onun atası Abbas Səhhət adına xəstəxanada müalicədə olmuşdur. Səbuhi onlarla əlaqə saxlamış və yaxşı can həkimi lazım olduğunu soruşmuşdur. O, da Səbuhiyə İradə həkimi məslət görüb tanış etmişdir. Həmçinin o, Gəncə şəhərində olanda Şahid23 ondan dərmanların götürməsini xahiş etmişdir. O, da Səbuhinin şəxsiyyət vəsiqəsi ilə onun əvəzinə bir və ya iki dəfə ona aid dərmanları aptekdən götürmüşdür. Şahid5 isə bibisinin baldızıdır. O, Şahid5 adından “Yaşat” fondu ilə danışmamışdır. O, sadəcə Şahid4 yol göstərmişdir ki, hara ilə əlaqə saxlamaq lazımdır. Digər şəhid ailələri ilə birlikdə qaldıqları üçün hər biri ilə yaxın münasibətləri vardır. Aytac Ərabovanı tanıyır və onunla telefon əlaqəsi olmuşdur. Aytac Ərabovanın xəstəliyi barədə məlumatı yoxdur. O, Şahid20 xahişinə əsasən onun əvəzinə bir dəfə dərman götürmüşdür. Dərmanı götürmək üçün Gülzar ona 20 manat vermişdir. Gülzar Ərabovanın başqa xəstəliyinin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid11 tanımır. Atasından başqa Rahilə xanımın yanına heç kimi müayinə üçün aparmamışdır. O, heç bir yerdən dərman götürməmişdir yalnız atasının dərmanlarını götürmüşdür. O, atasının xəstəliyinə görə Rahilə həkimə zəng etmişdir. Kimlərin şəhid ailələrinin adlarından isitifadə edib dərman aldığından xəbəri olmamışdır. Atasının ağrıdığı vaxt albunim dərmanları lazım olmuş, o, da “Şəfa” aptekə getmiş, orada dərmanları qiymətləndirdikdən sonra digər albunim dərmanları almış, yəni barter etmişdir. Heç kimin əvəzindən dərman götürməmişdir. İstintaqdakı şahidlərin onun adını çəkməsi müstəntiqin təzyiqi nəticəsində olmuşdur. Əri ilə yaşadığı evdə qaynanasının tapdığı reseptlərdən xəbəri olmamışdır. Məhkəmədə Şahid18 ifadəsində bildirdi ki, o, “Yaşat” fondunda məsləhətçi işləyir. Onun işi daxili qaydalara əsasən sənədlərin uyğunluğunu yoxlamaqdır. Onların daxili qaydalara əsasən şəhid ailə üzvləri və qazilər dərman müraciəti ilə bağlı həkim müayinə sənədi və resepti ilə 8110 nömrəsinə müraciət edir və 8110-dan isə həmin dairə üzrə “Asan Xidmət” mərkəzinə yönləndirilirlər. Hər bir Asan Xidmət mərkəzində “Yaşat” Fondunun əməkdaşı olur. Həmin “Asan Xidmət” mərkəzində olan əməkdaş vətəndaşla əlaqə saxlayır və vətəndaşdan “votsap” vasitəsi ilə sənədləri əldə etdikdən sonra həmin sənədlərə baxış keçirir, əgər sənədlər qaydasında olarsa, əməkdaş sənədləri qeydiyyata götürərək fondun kuratoruna yönləndirir. Həmin sənədləri kurator apteklərin və “Yaşat” fondunun excell formatında gördüyü platformaya daxil edir. Apteklər həmin platformadan sənədlərə baxır və uyğunsuzluq vardırsa excell platformasında uyğunsuzluğu qeyd edirlər, əgər sənədlərdə uyğunsuzluq yoxdursa bu zaman aptek öz adını qeyd edir və fondun operatorları da həmin aptek üzrə vətəndaşı yönləndirir ki, dərmanları qeyd edilən aptkedən götürə bilsin. Onlarda ümumi daxili qaydlar vardır ki, hər il dekabrın sonu bütün apteklərlə müqavilələr yeniləndiyi üçün dərmanların necə götürülməsi apteklərə izah edilmişdir. Fondun operatorları ilə vətəndaş danışır və vətəndaşın müəyyən səbəblər göstərdikdən sonra hansı aptekdən dərmanları görürəcəyi müəyyən edilir. Dərmanların təhvil-təslim aktı əsasında götürülməsi müəyyən edilmişdir ki, şəxs özü gəldikdə aktı şəxsən imzalayır və ya digər ailə üzvləri götürdükdə bu halda ailə üzvü şəxsiyyət vəsiqəsin göstərməklə aktı imzalaya bilər. Tərtib edilən aktlar sonda “Yaşat” fonduna göndərilir. Dərmanların götürülməsi üçün hər il üzrə fərqli limitlər müəyyən edilmişdir. 2023-cü illərdə onkoloji və hepatit xəstələri üçün may ayının əvvəllərinə qədər 3000 manat dəyərində limit müəyyən edilərək dərmanlar verilmişdir. Hal-hazırda yanvarın 5-dən hansı qayda da işləyirlərsə dərhal bu barədə apteklərə (şirkətin nəznində olan apteklərə) bildiriş göndərilir ki, limitlər müəyyən edilmişdir və müəyyən dərmanların və vasitələrin satışı dayandırılmışdır. Onlara dərmanların necə verilməsi və limitlə bağlı digər məsələlər barədə yuxarı rəhbərlikdən göstərişlər verilir. Onun dərmanların verilməsi və cinayət işinin açılması, cinayət işində adları çəkilən xəstələrin təbibdən gəlib-gəlməməsi, həmçinin cinayət işində olan ibtidai istindaqda ifadə verən şəxslərin neçə dəfə dərman preparatırlarının götürülməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmədə iclasa görüntülü telefon bağlantısı vasitəsilə qoşulmuş Şahid4 ifadəsində bildirdi ki, o, Rahilə həkimi tanıyır. Rahilə həkimin xəstəsi olmuşdur. O, “Hepatit C” xəstəsi olmuşdur. 2021-ci ildə bir dəfə hepatitdən müalicə almışdır. Başqa qadın həkimlərin yanında müalicə almış, amma o vaxt psixi problemləri olduğundan adlarını xatırlamır. 2021 və 2022-ci illərdə müalicə almışdır. İradə həkim və Rahilə həkimin yanında müalicədə olmuşdur. Müstəntiq ona zəng edəndə pis vəziyyətdə olmuş və ondan izahat alan zaman nəyə cavab verdiyini xatırlamır. O, resepti almış və “Yaşat” fonduna özü yığmışdır. Şahid2 ilə həkimə getmiş amma aptekdən dərmanları özü götürmüşdür. Günay dərmanları almamış, özü dərmanları almışdır. “Hepatit B”-dən müalicə üçün dərmanlardan istifadə etmişdir. Onda qaraciyər serrozu yoxdur. Məhkəmədə iclasa görüntülü telefon bağlantısı vasitəsilə qoşulmuş Şahid23 Yaşar oğlu ifadəsində bildirdi ki, o, qazidir. Müayinələrdən keçəndən sonra hepatit xəstəsi olduğu müəyyən edilmiş və ağır dərmanlardan istifadə etmişdir. Həmin vaxt bilmir necə olmuşdur ki, onu hepatit xəstəsi çıxarmışlar. Bu həkimlərin səhlənkarlığıdır. O, müayinə olunmaq və dərmanlar üçün Rahilə həkimin yanına getmişdir. Lakin müayinə ilə bağlı Rahilə xanımın dediklərini xatırlamır. Onun dərmanların bir qismindən xəbəri olmamışdır. 1700 manat məbləğində dərman alınmış, amma onun xəbəri olmamışdır. 1700 manat məbləğində olan dərmanlar hepatit xəstəliyi üçündür, amma həmin dərmanları özü götürməmişdir. Bunu biləndən sonra “Yaşat” fondunun qaynar xəttinə yığıb şikayət etmiş və dərmanları özü almadığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Günayı tanıyır. Hazırda qaraciyər piylənməsi var və müalicə alır. 1700 manat məbləğində dərmanların reseptinin kim tərəfindən verildiyi yadında deyil. Polis və “Yaşat” fondunun nümayəndəsi 1700 manat məbləğində dərmanlara görə gəlib ona qol çəkdirən vaxt həmin dərmanları o, almadığına görə ilk öncə aptekə yaxınlaşmış, sonra “Yaşat” fondunun qaynar xəttinə yığaraq dərmanların onun tərəfindən almadığı barədə şikayət etmişdir. Məhkəmə iclasında Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, oğlu X20 44 günlük “Vətən Müharibəsi”də şəhid olmuşdur. Şahid2 onunla qonşuluqda Samux rayonunun ərazisində Seyidlər kəndində yaşamış və sonuncu ilə düşmənçiliyi, ədavəti olmamışdır. “YAŞAT” Fondu tərəfindən şəhid ailə üzvləri və qazilərin dərman ehtiyaclarını qarşılamaq üçün ödənişsiz olaraq dövlət hesabına dərman vasitələri ayrılmışdır. 2022-ci ilin əvvəllərində “Anju” əməliyyatını keçirdiyi üçün ilkin olaraq təxminən 177 manat dəyərində dərman preparatları özü aptekdən götürmüşdür. Həmin zaman gəlini Şahid22 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən “Yaşat” Fondunun “Çağrı” mərkəzinə zəng edib, müraciət etmişdir. 2022-ci ilin avqust ayında Şahid2 ona, arvadı Şahid20 və gəlini Şahid22 ödənişsiz, dövlət hesabına dərman preparatlarının əldə olunmasına köməklik edə biləcəyini bildirmişdir. Bununla bağlı Şahid2 ilə birlikdə o, əri Şahid21 və gəlini Şahid22 Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin, hazırkı “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik hüquqi şəxsin Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində işləyən Şahid1 yanında müayinədən keçmişlər, sonuncu onlara “Qaraciyər serrozu” və “Hepatit” xəstəliklərindən əziyyət çəkmələri barədə arayış və resept tərtib etmiş, lakin, arvadı və gəlini həmin xəstəliklərdən əziyyət çəkməmişlər, ona isə şübhəli “Hepatit B” diaqnozu qoyulmuşdur. Sonradan o, daha Şahid1 yanında müayinə olunmamış və reseptləri Şahid2 özü Şahid1 alıb, aptekdən dərman preparatlarını götürmüşdür. Şahid2 dediyi üçün gəlini Şahid22 “YAŞAT” Fonduna zəng edib, müraciət etmiş və müraciətə uyğun olaraq dərman preparatları ayrılmışdır. Dərman preparatlarını götürə bilməsi üçün şəxsiyyət vəsiqəsi Şahid2 verilmişdir. Dərman preparatlarında Şahid2 ona yalnız 3 dəfə “Hepatit B” xəstəliyi ilə bağlı “Sistem” inyeksiyasını vermiş, adını xatırlamadığı, təxminən dəyəri 150 manat olan 5 qutu dərman preparatları gətirmişdir. Bununla yanaşı hər dəfə dərman preparatlarını götürdükdən sonra Şahid2 onun, arvadının və gəlinin adına ayrılmış dərman preparatlarının əvəzinə müxtəlif vaxtlarda olmaqla, cəmi arvadı və gəlininə təxminən 1700 manat məbləğində pul vermişdir. Bundan başqa, o qeyd etmişdir ki, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası və ya poliklinikasında işləyən həkim Təqsirləndirilən şəxs ilə tanışlığı olmamış, sonuncunun qəbulunda heç vaxt olmamış və yanında müalicə almamışdır. Onda heç vaxt hepatit və qaraçiyər serrozu xəstəlikləri olmamışdır. 2022-2023-cü illər ərzində yalnız bir dəfə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında “Hepatit” analizini vermişdir. Şahid21 ifadəsində göstərmişdir ki, o, yalnız bir dəfə Şahid1 yanında müaliyinə olunmuş, gəlini onun əvəzinə özünə məxsus +**********39 mobil telefon nömrəsi vasitəsi ilə “YAŞAT” Fondunun “Çağrı” mərkəzinə zəng edərək, müraciət etmiş və şəhidin ailə üzvü olmasını təsdiq etmək üçün şəxsiyyət vəsiqəsini, şəhid ailə üzvü vəsiqəsini, oğlunun ölüm kağızını, yazılmış reseptləri və müayinə sənədlərini “YAŞAT” Fondunun “Çağrı” mərkəzinə göndərmiş, yalnız 1 dəfə təxminən 177 manat dəyərindən dərman preparatını özü götürmüş, qalan dərman preparatlarının hamısını Şahid2 apteklərdən almış, “YAŞAT” Fonduna edilən müraciət əsasında adına ayrılmış 822,48 manat, 1344,78 manat, 1509,04 manat, 1130,44 manat, 902,95 manat, 1848,14 manat, 246,44 manat dəyərində dərman vasitələrini apteklərdən götürməmişdir. Şahid21 bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli aktlarda adının qarşısında olan imzalar onun tərəfindən icra edilməmiş və ona məxsus deyildir. Məhkəmə iclasında Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, əri X20 44 günlük “Vətən Müharibəsi”də şəhid olmuşdur. Şahid2 onunla qonşuluqda Samux rayonunun ərazisində Seyidlər kəndində yaşamış və sonuncu ilə düşmənçiliyi, ədavəti olmamışdır. “YAŞAT” Fondu tərəfindən şəhid ailə üzvləri və qazilərin dərman ehtiyaclarını qarşılamaq üçün ödənişsiz olaraq dövlət hesabına dərman vasitələri ayrılmışdır. 2022-ci ilin avqust ayında Şahid2 ona, qayınatası Şahid21 və qayınanası Şahid20 ödənişsiz, dövlət hesabına dərman preparatlarının əldə olunmasına köməklik edə biləcəyini bildirmişdir. Bununla bağlı Şahid2 ilə birlikdə o, qayınatası Şahid21 və qayınanası Şahid20 Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin, hazırkı “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik hüquqi şəxsin Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində işləyən Şahid1 yanında müayinədən keçmişlər, sonuncu onlara “Qaraciyər serrozu” və “Hepatit” xəstəliklərindən əziyyət çəkmələri barədə arayış və resept tərtib etmiş, lakin, o, və qayınanası həmin xəstəliklərdən əziyyət çəkməmiş, qayınatasına isə şübhəli “Hepatit B” diaqnozu qoyulmuşdur. Həmin resept əsasında “YAŞAT” Fonduna zəng edib, müraciət etmiş və qeydiyyata düşmüşdür. Sonradan o, daha İradə Məmmədovanın yanında müayinə olunmamış və reseptləri Şahid2 özü Şahid1 alıb, apteklərdən dərman preparatlarını götürmüşdür. Şahid2 dediyi üçün o, “YAŞAT” Fonduna zəng edib, müraciət etmiş və müraciətinə uyğun olaraq dərman preparatları ayrılmışdır. Dərman preparatlarını götürə bilməsi üçün şəxsiyyət vəsiqəsini Şahid2 vermişdir. Dərman preparatlarında Şahid2 qayınatasına yalnız 3 dəfə “Hepatit B” xəstəliyi ilə bağlı “Sistem” inyeksiyasını vermiş, adını xatırlamadığım, təxmini dəyəri 150 manat olan 5 qutu dərman preparatları gətirmişdir. Bununla yanaşı hər dəfə dərman preparatlarını götürdükdən sonra Şahid2 onun, qayınanası və qayınatasının adına ayrılmış dərman preparatlarının əvəzinə müxtəlif vaxtlarda olmaqla, cəmi ona və qayınanasına təxminən 1700 manat məbləğində pul vermişdir. Bundan başqa, o qeyd etmişdir ki, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası və ya poliklinikasında işləyən həkim Təqsirləndirilən şəxs ilə tanışlığı olmamış, sonuncunun qəbulunda heç vaxt olmamış və yanında müalicə almamışdır. Onda heç vaxt “Hepatit və qaraçiyər seyrozu” xəstəlikləri olmamışdır. O, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında “Hepatit” analizini verməmişdir. Eləcə də, Şahid22 ifadəsində göstərmişdir ki, o, yalnız bir dəfə Şahid1 yanında müaliyinə olunmuş və sonuncu həqiqətə uyğun olmayan “Qaraciyər serrozu” və ya “Hepatit” diaqnozu qoymuş, öz adına və ailə üzvlərinin adına dərman preparatlarının ayrılması üçün özünə məxsus (055) ***-**-** mobil telefon nömrəsi vasitəsi ilə “YAŞAT” Fondunun “Çağrı” mərkəzinə zəng etmiş və hər dəfə özü şəxsən operatorla danışmış və şəhidin ailə üzvü olmasını təsdiq etmək üçün şəxsiyyət vəsiqəsini, şəhid ailə üzvü vəsiqəsini, oğlunun ölüm kağızını, yazılmış reseptləri və müayinə sənədlərini “YAŞAT” Fondunun “Çağrı” mərkəzinə göndərmiş, apteklərdən dərman preparatını özü götürmüş, hamısını Şahid2 apteklərdən almışdır. Şahid22 bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli aktlarda olan imza ona məxsus deyildir. Məhkəmə iclasında Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 2022-ci ildən etibarən Gəncə şəhəri, Ş.İ.Xətai və Dədə Qorqud küçələrinin kəsişməsində yerləşən “"Dokta-673" aptekində müdir vəzifəsində işləmişdir. 2021-ci ildən etibarən “YAŞAT" Fondu tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına pulsuz olaraq dərman vasitələri verilməyə başlanmışdır. “Yaşat” Fondunun qaydalara uyğun olaraq pulsuz dərman vasitələri qazilərə və şəhid ailəsinin üzvü olan şəxslərə il ərzində 1000 manat məbləğində dərman vasitələri dövlət hesabına ödənişsiz ayırmışdır. Müraciət edən şəxs bir dəfəyə və ya hiss-hissə həmin məbləğdə dərman preparatlarını əldə etmək imkanında olmuşdur. Belə ki, şəxs ilkin olaraq “YAŞAT” Fonduna dərman təminatı ilə bağlı müraciət etmiş, sənədləri yoxlanıldıqdan sonra Fond müvafiq aptekə müraciəti yönləndirmiş və apteklərdə quraşdırılmış onlayn sistemə həmin şəxsin ad, soyadı və verilməli olan dərmanların siyahısı daxil edilmişdir. Qazi və ya şəhid ailəsinin üzvü aptekə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini, ona yazılmış resepti, müvafiq epikrizi təqdim etmiş, sistemdə həmin şəxsin adını yoxladıqdan sonra, müsbət halda müvafiq təhvil-təslim aktı ilə dərman vasitələri verilmişdir. Aktı dərman vasitələrini alan şəxsin özü və dərmanı satan şəxs imzalamalı olmuşdur. Lakin, “YAŞAT” Fondundan onlara şifahi olaraq qazi və ya şəhid ailəsinin üzvü özü gələ bilmədikdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin təqdim edildiyi təqdirdə digər şəxsə də dərman preparatları verilə biləcəyi bildirilmişdir. Bununla yanaşı, “YAŞAT” Fondu və “Dokta” şirkətinin rəhbərliyi tərəfindən ona başqa şəxs tərəfindən dərman preparatları götürüldükdə, həmin şəxsin adının qeyd olunası ilə bağlı göstəriş verilməmiş, əksinə dərman preparatının ayrıldığı şəxsin adının və soyadının aktda iki yerdə göstərilməsi istənilmişdir. Dərman preparatlarının dəyəri 500 manat məbləğ təşkil etdikdə, “Yaşat” Fonduna email üzərində bu barədə məlumat verilmiş və sonuncuların razılığı əsasında dərman preparatları ayrılmışdır. Həmçinin, Şahid12 ifadəsində qeyd etmişdir ki, Şahid22 adına tərtib olunmuş aktlarda Şahid12 adının qarşısında olan imzalar ona aiddir və onun tərəfindən icra edilmiş, o cümlədən də adının yazısı da onun tərəfindən icra edilmiş və həmin yazı xətti ona məxsusdur. Həmin dərman preparatlarının müraciət edən və ya başqa şəxs tərəfindən götürülməsini xatırlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 fevral 2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokola əsasən “CD” daşıyıcısına köçürülmüş dərman satışının siyahısı “Excel” proqram təminatında cədvəl formatında olmaqla dərman müraciət edən şəxs barədə məlumatlar, dərman preparatların hansı aptek tərəfindən verilməsi, həmin preparatlar üzrə ödənilən vəsaitin məbləği, tarixi, eləcə də və adlarına dərman preparatı ayrılmış hər bir şəxsin müraciəti əsasında tarixlər üzrə “https://postimg.cc/” elektron ünvanında “Resept və müayinə sənədi link” adlı keçid tərtib olunmuşdur. Tarixlər üzrə qeyd olunan keçid linklərinə daxil olduqda, “https://postimg.cc/” elektron ünvanına yüklənmiş dərman preparatlarının ayrılmasına əsas olan tibbi sənədlər müşahidə edilmişdir. Dərman satışının siyahı, o cümlədən də müraciətlər üzrə yüklənmiş dərman preparatlarının ayrılmasına əsas olan tibbi sənədlər və Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi” və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan şəxsə edilən yardımın təsdiq edilməsi” barədə aktlar əsasında aşağıda göstərilən hallar müəyyən edilmişdir :

1. Şahid5 adına Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 999,04 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* və xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankları və xx.xx.2022-ci il tarixli “Seroz” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 2027,33 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022 -ci il tarixdə 1501,83 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022 -ci il tarixdə 470,28 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və “Qastrit” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında əsasında Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 390,76 manat dəyərində dərman vasitələri ayrılmışdır.

2. Şahid19 adına Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və “ağciyər” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 774,35 manat dəyərində dərman vasitələri ayrılmışdır.

3. Şahid4 adına Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, xx.xx.2022-ci il tarixli “Qaraciyər serozu” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1544,08 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli və Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankları əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1443,27 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1098,38 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyə vərəqəsi və xx.xx.2023-cü il tarixli “Hepatit B, qaraciyər serozu” xəstəliklərinən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, M.Xələfov və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Buta 337” aptekindən xx.xx.2023-ci il tarixdə 996,64 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept nüsxəsi əsasında Gəncə şəhəri, M.Xələfov və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Buta 337” aptekindən xx.xx.2023-ci il tarixdə 998,19 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyə vərəqəsi və xx.xx.2023-cü il tarixli “Hepatit B” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Ü.Hacıbəyov və Z.Hacıyev küçələrinin kəsişməsində yerləşən “Buta 339” aptekindən xx.xx.2023 -ci il tarixdə 907,56 manat dəyərində dərman vasitələri ayrılmışdır.

4. X2 adına Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı, həmin tarixli xəstəlik arayışı və Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1991,11 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli və Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankları əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1812,62 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept nüsxəsi və xx.xx.2022-ci il tarixli “Qaraciyər serozu” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1194,15 manat, X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli xəstəlik arayış əsasında Gəncə şəhəri, M.Xələfov və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 503,99 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli xəstəlik arayış əsasında Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Dokta 422” aptekindən 16.05. 2023-cü il tarixdə 481,99 manat dəyərində dərman vasitələri ayrılmışdır.

5. Şahid6 adına Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankları əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 997,76 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Hepatit B, Qaraciyər serozu” xəstəliyindən əziyyət çəkməsi barədə arayış və xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1298,72 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Hepatit B, Qaraciyər serozu” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, M.Xələfov və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 939,63 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, M.Xələfov və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 2999,59 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, M.Xələfov və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 2058,15 manat dəyərində dərman vasitələri ayrılmışdır.

6. Şahid21 adına Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli və Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankları əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən 31.08. (akt 30.08) 2022-ci il tarixdə 822,48 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1344,78 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1509,04 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1130,44 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2023-cü il tarixdə 902,95 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli resept nüsxəsi əsasında Gəncə şəhəri, M.Xələfov və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 1848,14 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Hepatit B, Qaraciyər serozu” xəstəliyindən əziyyət çəkməsi barədə arayış və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyə vərəqəsi əsasında Gəncə şəhəri, M.Xələfov və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 246,44 manat dəyərində dərman vasitələri ayrılmışdır.

7. Şahid22 adına Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli və Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankları əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 406,35 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 593,53 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və xx.xx.2022-ci il tarixli 09/743 nömrəli “Qaraciyər serozu” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1066,59 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1703,95 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1222,35 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Qastrit, xora” xəstəliklərindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanında, “Gəncə Mall” ticarət və istirahət mərkəzində yerləşən “Buta 307” aptekindən xx.xx.2023-cü il tarixdə 263,36 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Xora” xəstəliklərindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Dədə Qorqud və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Dokta 673” aptekindən xx.xx.2023-cü il tarixdə 328,90 manat dəyərində dərman vasitələri ayrılmışdır.

8. Şahid20 adına Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Qastroduodenit” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında ünvan 5 ünvanında yerləşən “Dokta 421” aptekindən xx.xx.2023-cü il tarixdə 498,94 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Qastroduodenit” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Ü.Hacıbəyov və Z.Hacıyev küçələrinin kəsişməsində yerləşən “Buta 339” xx.xx.2023-cü il tarixdə 317,64 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Onkolojı” xəstəlikdən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Nizami və Nərimanov küçələrinin kəsişməsində yerləşən “Dokta 608” xx.xx.2023-cü il tarixdə 588,18 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Onkolojı” xəstəlikdən əziyyət çəkməsi barədə arayış əsasında ünvan 6 ünvanında yerləşən “Dokta 611” xx.xx.2023-cü il tarixdə 471,53 manat dəyərində dərman vasitələri ayrılmışdır.

9. Şahid23 Yasın oğlunun adına Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Qaraciyər serozu” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1473,19 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və xx.xx.2022-ci il tarixli “Qaraciyər serozu” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 1479,72 manat, Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və xx.xx.2022-ci il tarixli “Qaraciyər serozu” xəstəliyindən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Dokta 858” aptekindən xx.xx.2022-ci il tarixdə 875,90 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Qastrit” xəstəlikdən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, M.Xələfov və Ş.İ.Xətai küçələrinin kəsişməsində yerləşən “Buta 337” aptekindən xx.xx.2023-cü il tarixdə 474,25 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı əsasında Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 460,06 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Hepatit C” xəstəlikdən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 647,33 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Hepatit C” xəstəlikdən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 709,16 manat, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blankı və həmin tarixli “Hepatit C” xəstəlikdən əziyyət çəkməsi barədə arayış əsasında Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Dokta 422” aptekindən xx.xx.2023-cü il tarixdə 201,16 manat dəyərində dərman vasitələri ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 13 mart 2024-cü tarixli 4/234 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, əksləri ekspertizaya təqdim edilmiş, “YAŞAT” Fondu tərəfindən təqdim edilən 17 avqust 2022-ci il tarixli, 24 avqust 2022-ci il tarixli, 20 sentyabr 2022-ci il tarixli, 11 oktyabr 2022-ci il tarixli, 12 yanvar 2022-ci il tarixli, 01 aprel 2023-cü il tarixli “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi barədə” aktların kserosurətlərinin aşağı hissələrində “1." qrafalarında “Şahid6 Oqtay”, “Şahid6” yazılarının qarşılarında olan imzalar - Şahid6 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Əksləri ekspertizaya təqdim edilmiş, “YAŞAT” Fondu tərəfindən təqdim edilən 28 aprel 2023-cü il tarixli, 16 may 2023cü il tarixli “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi barədə” aktların kserosurətlərinin aşağı hissələrində “1.” qrafalarında “X16" yazılarının qarşılarında olan imzalar - Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Əksləri ekspertizaya təqdim edilmiş, “YAŞAT” Fondu tərəfindən təqdim edilən 05 avqust 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli, 20 oktyabr 2022-ci il tarixli, 28 aprel 2023-cü il tarixli, 20 may 2023-cü il tarixli, 15 noyabr 2022-ci il tarixli “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi barədə” aktların kserosurətlərinin aşağı hissələrində “1.” qrafalarında “Şahid5 q”, “Şahid5 Abbas q”, “Şahid5 Abbas qızı”, “Şahid5 Abbas” yazılarının qarşılarında olan imzalar - Şahid5 tərəfindən yox, Şahid4 tərəfindən yox, Şahid19 tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Əksləri ekspertizaya təqdim edilmiş, “YAŞAT” Fondu tərəfindən təqdim edilən 16 fevral 2022-ci il tarixli, 17 iyun 2022-ci il tarixli, 17 oktyabr 2022-ci il tarixli şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi barədə “Aktların kserosurətlərinin aşağı hissələrində “1.” qrafalarında “X17", “Şahid19”, “Şahid19 İsmayıl oğlu” yazılarının qarşılarında olan imzalar - Şahid19 tərəfindən yox, Şahid4 tərəfindən yox, Şahid5 tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Əksləri ekspertizaya təqdim edilmiş, “YAŞAT” Fondu tərəfindən təqdim edilən 18 aprel 2023-cü il tarixli, 29 iyul 2022-ci il tarixli, 24 noyabr 2022-ci il tarixli, 04 dekabr 2022-ci il tarixli “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi barədə” aktların kserosurətlərinin aşağı hissələrində “1.” qrafalarında “Şahid4", “Şahid4 q”, “Şahid4 Azər q” yazılarının qarşılarında olan imzalar - Şahid4 tərəfindən yox, Şahid19 tərəfindən yox, Şahid5 tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Əksləri ekspertizaya təqdim edilmiş, “YAŞAT” Fondu tərəfindən təqdim edilən 12 aprel 2022-ci il tarixli, 30 avqust 2022-ci il tarixli, 24 sentyabr 2022-ci il tarixli, 14 oktyabr 2022-ci il tarixli, 14 mart 2023-cü il tarixli, 04 aprel 2023-cü il tarixli, 14 oktyabr 2022-ci il tarixli “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi barədə” aktların kserosurətlərinin aşağı hissələrində “1." qrafalarında “Şahid21”, “Şahid21 Hüseyn oğlu", yazılarının qarşılarında olan imzalar - Şahid21 tərəfindən yox, Şahid20 tərəfindən yox, Ərəbova (Nəcəfova) Aytac Xanlar qızı tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Əksləri ekspertizaya təqdim edilmiş, “YAŞAT” Fondu tərəfindən təqdim edilən 30 avqust 2022-ci il tarixli, 22 sentyabr 2022-ci il tarixli, 26 oktyabr 2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, 25 may 2023-cü il tarixli, 18 noyabr 2022-ci il tarixli, 08 dekabr 2022-ci il tarixli “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi barədə” aktların kserosurətlərinin aşağı hissələrində “1." qrafalarında “X11”, “X22 q”, “X12", “Şahid22 Xanlar qızı", yazılarının qarşılarında olan imzalar - Ərəbova (Nəcəfova) Aytac Xanlar qızı tərəfindən yox, Şahid21 tərəfindən yox, Şahid20 tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Əksləri ekspertizaya təqdim edilmiş, “YAŞAT” Fondu tərəfindən təqdim edilən 30 avqust 2022-ci il tarixli, 22 sentyabr 2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi barədə” aktların kserosurətlərinin aşağı hissələrində “1.” qrafalarında “Şahid20”, “Şahid20 Nəbi q”, “Şahid20 Nəbi”, “Şahid20”, yazılarının qarşılarında olan imzalar - Şahid20 tərəfindən yox, Ərəbova (Nəcəfova) Aytac Xanlar qızı tərəfindən yox, Şahid21 tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Əksləri ekspertizaya təqdim edilmiş, “YAŞAT” Fondu tərəfindən təqdim edilən 25 oktybar 2022-ci il tarixli , 12 yanvar 2023-cü il tarixli, 27 aprel 2023-cü il tarixli, 12 may 2023-cü il tarixli, 27 may 2023-cü il tarixli, 14 iyun 2023-cü il tarixli, 28 iyul 2023- cü il tarixli, 06 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan şəxsə edilən yardımın təsdiq edilməsi barədə” aktların kserosurətlətində “1.” qrafalarında “Şahid23 Yasin oğlu", “Şahid23” yazılarının qarşılarında olan imzalar - Şahid23 tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. 27 mart 2024-cü il tarixli rabitə qurğuları ilə ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, əsasən Şahid2 istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan (050) *** ** ** mobil telefon nömrəsi arasında xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, (055) *** ** ** mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan (050) *** ** ** mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək mütəmadi olaraq danışıq aparılmışdır. Həmçinin, Şahid2 istifadəsində olan (055) *** ** ** mobil telefon nömrəsi ilə Şahid19 istifadəsində olan (055) *** ** ** mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdə danışıq aparılmışdır. O cümlədən də, Şahid2 istifadəsində olan (055) *** ** ** mobil telefon nömrəsi ilə Şahid22 istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdə, Şahid20 istifadəsində olan (055) *** ** ** mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək danışıq aparılmışdır. Bununla yanaşı, Şahid2 istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsi ilə Şahid23 istifadəsində olan (050) *** ** ** mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, (055) *** ** ** mobil telefon nömrəsi ilə sonuncunun istifadəsində olan (050) *** ** ** mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək mütəmadi olaraq danışıq aparılmışdır. Bundan başqa, Şahid2 istifadəsində olan (055) *** ** ** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan (50) *** ** ** mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək mütəmadi olaraq danışıq aparılmışdır. 23 aprel 2024-cü il tarixli “Gəncə şəhər Birləşmiş xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən həmin Publik hüquqi şəxsin Yoluxucu xəstəliklər şöbəsinə müraciət etmiş şəxslər barədə təqdim olunmuş məlumatdan görünür ki, Novruz Allahverdiyev, Şahid19, Şahid22, Şahid20 həmin müalicə müəssisəsində qeydiyyatda olmamış, Şahid6 diaqnoz kodu K 74.6, Şahid5 diaqnoz kodu B 18.2, Şahid21 diaqnoz kodu J06.9, Şahid23 diaqnoz kodu K59.8, K74.6, B18.2, Şahid4 diaqnoz kodu B18.0, K74.6, K80 ilə müalicə almışlar. 24 aprel 2024-cü il tarixli 18-1-37-2/3-3/2024 nömrəli məktuba əlavə edilmiş “Gəncə şəhər Birləşmiş xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş sənədlərdən görünür ki, Şahid5 “Virus mənşəli hepatit C”, Ülviyə Cəfərova “Virus mənşəli hepatit B”, Novruz Allahverdiyev “Qaraciyər serozu”, Şahid6 “Qaraciyər serozu”, Şahid23 “Qaraciyər serozu”, Şahid21 “Yuxarı tənəffüs yollarının kəskin infeksiyası”, Şahid22 “Dəqiqləşdirilməmiş qaraciyər xəstəliyi”, Şahid20 “Qaraciyər serozu”, Şahid19 “Dəqiqləşdirilməmiş qaraciyər xəstəliyi” diaqnozları ilə “Gəncə şəhər birləşmiş xəstəxanası” Publik hüquqi şəxsin Yoluxucu xəstəliklər şöbəsində ambulator qeydiyyata alındıqları qeyd olunsa belə, həmin sənədlərdə əlavə olaraq həmin şəxslərə tibbi arayış verilməsi barədə qeydiyyat kitabında qeydlərin olmadığı göstərilmişdir. X3 Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən X19 hava limanına giriş etmiş, xx.xx.2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına giriş etmiş, xx.xx.2023-cü il tarixdə isə Gəncə Beynəlxalq hava limanından Sankt-Peterburq şəhəri istiqamətində çıxış etmişdir. Novruz Allahverdiyev Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman Təqsirləndirilən şəxs tərəfindən adına müvafiq tibbi resept və arayış tərtib olunmuşdur. Bu isə öz növbəsində qeyd olunan şəxsin Novruz Allahverdiyevin müayinədə iştirak etməsi fiziki cəhətdən mümkün olmadığı halda, sənədləri saxtalaşdırmaqla hazırladığına dəlalət edir. İş üzrə Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. 24 aprel 2024-cü il tarixli 18-1-37-2/3-3/2024 nömrəli məktuba əlavə edilmiş “Gəncə şəhər Birləşmiş xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik hüquqi şəxsin direktorunun xx.xx.2021-ci il tarixli 1 nömrəli əmri ilə həmin Publik hüquqi şəxsin tabeliyində olan Abbas Səhhət adına xəstəxananın 1-ci terapiya şöbəsinin həkim terapevti vəzifəsinə təyin olunmuşdur. “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı etməsi ilə bağlı xüsusatlar üzrə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılaraq qəbul edilmişdir. Ayrılmış cinayət işinə ********* nömrəsi verilmiş və ********* nömrəli cinayət işindən əlavə edilmiş siyahıda qeyd edilən sənədlərin əsilləri (surətləri) ********* nömrəsi cinayət işinə əlavə edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1952-ci il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Şahid2 ilə əlbir olaraq dələduzluq cinayət əməllərini törətməsi barədə xüsusatlar üzrə aparılan cinayət təqibinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və buna dair materiallar ayrılaraq qeydiyyata alınmaqla KQMBİ İstintaq İdarəsinin arxivində saxlanılmış, “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi” və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan şəxsə edilən yardımın təsdiq edilməsi” barədə aktların və tibbi arayışların, “YAŞAT” Fondu tərəfindən təqdim edilmiş, şəhid ailələri və müharibə iştirakçılarının xərclərinin ödənilməsi istiqaməti üzrə dərman preparatlarının ayrılması üçün Fondun “Çağrı” mərkəzinə edilən müraciətlər üzrə qeydə alınan səs yazılarının və dərman satışı siyahısının, müraciət edən şəxslərin şəxsiyyət vəsiqələrinin köçürüldüyü 1 ədəd “CD” disk, "xxxx" MMC-dən daxil olan sms və zəng məlumatları qeyd edilən 1 “CD” disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən həkim-terapevt tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardımın göstərilməsi, müvafiq qaydalara və standartlara uyğun olaraq müalicənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozun müəyyən edilməsi, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicənin təyin edilməsi və nəzarət edilməsi, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması, ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edilməsi, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edilməsi, tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlərin görülməsi, klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnozun müəyyənləşdirməsi, zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimlərin cəlb edilməsi, öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət edilməsi, sərəncamlar verilməsi və onların həvəsləndirmək və tənbeh etmək üzrə rəhbərliyə təkliflərin verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxsdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin sistemində məhkumluq məlumatlarının yoxlanılmasına dair məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 24 iyun 2024-cü il tarixli “Gəncə şəhər Birləşmiş xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək A.Səhhət adına xəstəxanaya həkim-interna vəzifəsinə qəbul edilib. xx.xx.1997-ci il tarixdə A.Səhhət adına xəstəxananın terapiya şöbəsinə həkim-terapevt vəzifəsinə qəbul edilib. Təqsirləndirilən şəxs işlədiyi müdddətdə kollektivin dərin hörmətini qazanmışdır. O, öz ixtisası üzrə yeni biliklərə yiyələnməyə çalışır. Xəstələrə qarşı səmimi və qayğıkeşdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Səhiyyə İdarəsi üzrə xx.xx.2012-ci il tarixli 75 saylı əmr ilə "Tibb İşçilərinin peşə bayramı" günü münasibətilə və əhalinin sağlamlığının qorunması sahəsində uzun müddət nümunəvi xidmətlərinə görə “Fəxri fərman” ilə, Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2012-ci il tarixli, 2281 nömrəli Sərəncamı ile "Tərəqqi" medali ilə, 2021-ci il tarixdə X25 üzrə Dövlət Agentliyi " Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi" tərəfindən "Vətən müharibəsi dövründə" göstərdiyi xidmətlərə görə “Təşəkkürnamə” ilə, 2023-cü il tarixde "Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi" Publik Hüquqi şəxs tərəfindən "Səhiyyə sahəsində uzunmüddətli ve səmərəli xidmətlərinə görə" göstərdiyi xidmətlərə görə “Təşəkkürnamə” ilə, xx.xx.2023-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetme Birliyi” “Gəncə şəhər Birləşmiş xəstəxanası tərəfindən” səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Fəxri fərman” ilə təltif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır. Şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, ilk növbədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində adları çəkilən şəxslərə, yəni şəhid ailələrinə və Vətən müharibəsində yaralanmış, əlil olmuş şəxslərə analizlərdən sonra onların adlarına müavafiq reseptlər yazdığını və bunu kömək məqsədi ilə etdiyini bildirsə də iş üzrə toplanmış sübutlarla həmin ifadə təkzib olunur. Belə ki, Novruz Allahverdiyevə ölkə hüdudlarından kənarda olduğu zaman onun adına reseptin yazılması və digər şəxslərin Təqsirləndirilən şəxs yanında olmadan və müayinə edilmədən həmin şəxslər barəsində müvafiq reseptlərin yazılması ibtidai istindaqda və məhkəmə istintaqında verilən ifadələrin müqayisəli təhqiqi ilə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməllərini törətdiyini təsdiq edir. Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin bu məzmunda ifadə verməsini özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə proses iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında verdikləri ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Bəzi şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrdəki ziddiyyətli məqamlara isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə bəzi şahidlərin (Şahid20, Şahid5, Şahid19) məhkəmə istintaqı zamanı verdikləri ifadələrə tənqidi yanaşaraq hesab edir ki, onlar hazırkı işlə əlaqəli olan başqa cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid2 ilə bir ərazidə yaşamaqla, bir-birini yaxşı tanıdıqları, qohumluqqonşuluq münasibətlərində olduqları üçün Şahid2 cinayət məsuliyyətindən qurtulması üçün ona kömək göstərmək, hazırkı məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmək məqsədilə ibtidai istintaqda və məhkəmədə fərqli ifadələr vermişlər. Məhkəmə, təqsirləndirilən şəxsin təqsiri olmadığı üçün onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə onu da qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddərlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Əksinə, toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir, əməldə cinayət tərkibi vardır, cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. (CPM 144-146) Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 308.1 və 313-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, 313-cü maddəsinə əsasən isə vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə törətdiyi cinayət əməli az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, 73 yaşlı qadın olduğunu, iş yeri üzrə müsbət xarakterizə edildiyini, uzun illər səhiyyə sahəsində qüsursuz çalışdığını, həkimlik fəaliyyəti dövründə dəfələrlə təltiflərə layiq görüldüyünü, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırma zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X9 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyildir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən cıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata kecirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində şəxsi azadlıq insan hüquqlarının müdafiəsinin mühüm elementi kimi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə 25 iyun 1996-cı il tarixli qərar, 42-ci bənd) Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı yüngülləşdirən halları, həm də bu halların məcmusunu, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin, İnsan Hüquqlarının və X9 haqqında Konvensiyanın tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla cəzanın məqsədləri təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş məbləğlərdə cərimə cəzası təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs uzun müddət həkim kimi səmərəli çalışdığına, fəaliyyət göstərdiyi dövrdə dəfələrlə təltiflərə layiq görüldüyünə görə onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə istər əsas və istərsə də əlavə cəzanın tətbiqinə zərurət yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir. Həmçinin, yuxarıda iş üzrə istinad olunmuş qərara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza əsas cəza kimi təyin olunduğuna görə əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilə bilməz. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə məhkəmənin hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İstinad edilən hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Belə ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müvafiq olaraq Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçin tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 31 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (xx.xx.2025-ci il tarixədək sərf edilmiş 8 saat hüquqi yardıma görə hər saat 6 manat məbləğində, qeyd edilən tarixdən sonrakı dövr üçün sərf edilmiş 23 saat hüquqi yardıma görə hər saat 11 manat məbləğində müəyyən edilmişdir ) 300 manat pul köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi” və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan şəxsə edilən yardımın təsdiq edilməsi” barədə aktların və tibbi arayışların, “YAŞAT” Fondu tərəfindən təqdim edilmiş, şəhid ailələri və müharibə iştirakçılarının xərclərinin ödənilməsi istiqaməti üzrə dərman preparatlarının ayrılması üçün Fondun “Çağrı” mərkəzinə edilən müraciətlər üzrə qeydə alınan səs yazılarının və dərman satışı siyahısının, müraciət edən şəxslərin şəxsiyyət vəsiqələrinin köçürüldüyü 1 ədəd “CD” disk, "xxxx" MMC-dən daxil olan sms və zəng məlumatları qeyd edilən 1 “CD” disk, cəmi 2 “CD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Şəhid ailəsinə edilən yardımın təsdiq edilməsi” və “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan şəxsə edilən yardımın təsdiq edilməsi” barədə aktların və tibbi arayışların, “YAŞAT” Fondu tərəfindən təqdim edilmiş, şəhid ailələri və müharibə iştirakçılarının xərclərinin ödənilməsi istiqaməti üzrə dərman preparatlarının ayrılması üçün Fondun “Çağrı” mərkəzinə edilən müraciətlər üzrə qeydə alınan səs yazılarının və dərman satışı siyahısının, müraciət edən şəxslərin şəxsiyyət vəsiqələrinin köçürüldüyü 1 ədəd “CD” disk, "xxxx" MMC-dən daxil olan sms və zəng məlumatları qeyd edilən 1 “CD” disk, cəmi 2 “CD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 300 (üç yüz) manat məbləğində pul köçürülsün. (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar