Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-54/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-184/2022 nömrəli hökmü ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1356/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 2500 (iki min beş yüz) manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2016-cı ilin yay aylarında tanış olmuş, birlikdə kirayədə qalmaqla faktiki nikah münasibətlərində olaraq birlikdə yaşamışlar. Birgə faktiki nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. Zərərçəkmiş şəxs ilə xasiyyətləri düz gəlməmiş və sonuncunu uşağı ilə birlikdə tərk edərək çıxıb getmişdir. Ayrılandan sonra maddi imkanı olmadığı üçün uşağın saxlanılması ilə əlaqədər Zərərçəkmiş şəxs maddi köməklik göstərə bilməmişdir. Zərərçəkmiş şəxs uşağın saxlanılması üçün alimentin alınmasından ötrü 2021-ci ildə ona qarşı məhkəmədə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat və uşağın 3 yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, lakin aylıq ödəməli alimenti ödəməmişdir. Bu səbəbdən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilmiş, lakin ödəməli olduğu aylıq alimenti ödəməmişdir. Ona məlumdur ki, barəsində cinayət təqibinin başlanması üçün təqdimat verilən xx.xx.2022-ci tarixədək ödənilməmiş aliment borcu 2500 (iki min beş yüz) manat təşkil edir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olmaqla qeyd olunan 2500 (iki min beş yüz) manat aliment borcunu ödəmişdir. Odur ki, 2500 (iki min beş yüz) manat aliment borcunu ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ilin yay aylarında tanış olaraq faktiki nikah münasibətlərində olmaqla birlikdə yaşamışlar. Bu münasibətlərdən xx.xx.2020-ci il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxsla xasiyyətləri düz gəlməmiş, sonuncu onu uşağı ilə birlikdə tərk edərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs uşağa aliment verməmək üçün öz soyadını verməkdən imtina etmişdir. Ayrılandan sonra Təqsirləndirilən şəxs övladının saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmiş, o, isə övladını təkbaşına saxlaya bilmədiyindən 2021-ci ildə Təqsirləndirilən şəxs qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, lakin aylıq ödəməli alimenti ödəməmiş, bu səbəbdən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, ödəməli olduğu aylıq alimenti ödəməmiş, nəticədə təqdimat verilən xx.xx.2022-ci tarixədək 2500 (iki min beş yüz) manat aliment borcu yığılıb qalmışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməklik etməmişdir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğuldur, yetərli qədər gəlir əldə edir, istəsəydi alimenti ödəyərdi, lakin qazandığını öz ehtiyaclarına xərcləmişdir. Hazırda Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat aliment borcunu tam ödəmiş, buna görə də təqsirləndirilən şəxsdən bu cinayət işi üzrə şikayət və tələbi yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Şahid1 İlham oğlu məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru vəzifəsində işləyir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş 2(043)-1356/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 (yüz əlli) manat aliment və uşağın 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq X3 verilməlidir. İcra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsində xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tələbin vaxtaşırı ödənilməsini yerinə yetirməmişdir. Tələbin icra olunmasını təmin etmək üçün keçirilmiş məcburi icra tədbirləri də qənaətbəxş olmamışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən, icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi və tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-962/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs görülmüş məcburi icra tədbirlərindən heç bir nəticə çıxarmamış və 2500 (iki min beş yüz) manat aliment borcu yaranmışdır. Borcluya cinayət məsuliyyətinə cəlb olunacağı barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıqlar verilmişdir, buna baxmayaraq, o, öz hərəkətsizliyini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə və inzibati tənbeh olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməməklə faktiki imkanlarından istifadə etməmişdir. Onun əməllərində qərəzlilik elementləri müşahidə olunmaqdadır. Borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədəmüvafiqdir. Şahid - Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra məmuru Şahid2 məhkəməyə Şahid1 İlham oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(043)-1356/2021 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək anası Zərərçəkmiş şəxs üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 3(043)-962/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmasına baxmayaraq o, öz hərəkətlərini davam etdirərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(043)- 1356/21 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-184/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-79/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 1(125)-184/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 25 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat aliment borcunu ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarına məhkəmə məcmu halında qeyd edilən sübutların mötəbərliyi və mümkünlüyü baxımından qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə qeyd olunan sənədlərə əsasən, onu qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci və 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə halları mövcud olduğuna və dövlət ittihamçısı ittihamın müdafiəsindən imtina etdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və digər cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)- 184/2022 nömrəli hökmü ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 40, 41, 43, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra edərək 2500 (iki min beş yüz) manat aliment borcunu ödədiyinə görə həmin Məcəllənin 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və digər cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)- 184/2022 nömrəli hökmü ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu, Təqsirləndirilən şəxs isə qərarın surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-54/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-54/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver