Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-55/2024 11.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Gəncə şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmamış,Simurq Compani-də sürücü işləmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kifayət qədər istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə, saat 12:46 radələrində ayıq vəziyyətdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yola düşməzdən qabaq nəqliyyat vasitəsinin istismara buraxılmasına dair yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsinə uyğun olaraq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda həmin Qanunun tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da idarə etdiyi “Hyundai County” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtobusu tormoz sistemində nasazlıq olduğu halda və həmin nazaslığı vaxtında aşkar etməyə imkan olduğu halda istismara yararsız vəziyyətdə saatda 50 km/saat sürətlə idarə edərək avtobusu dayandıra bilməyib Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “Gold Əminə” hipermarketin bərabərliyində hərəkətdə olan zaman piyada keçidində yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada X7 idarə etdiyi avtobusun ön sol tərəfi ilə ehtiyatsızlıqdan vurmuş, X5 döş qəfəsinin hər iki tərəfində ll-X qabırğalar orta körpücük və orta qoltuqaltı xətlər boyunca sınıqları, nazik və yoğun bağırsaqların cırılması, bağırsaq müsariqələrinə və seroz qişalarına qansızma, peritonarxası nahiyənin hematoması, sol bud, sol qalça-qasıq sümüklərinin sınıqları, hər iki bud nahiyələrinin, sağ ayağın iç-topuq nahiyəsinin, sol ayağın qançırları, sağ diz, sol qasıq nahiyələrinin sıyrıqları, sol baldır, sol bud, sağ diz nahiyələrinin əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə döş qəfəsinin, qarının və aşağı ətraflarının küt travması nəticəsində çoxsaylı qabırğaların, çanaq sümüklərinin, sol bud sümüyünün sınmasından və bağırsaqların cırılmasından ağır dərəcəli travmatik şok nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, “Simurq Kompani”-yə məxsus avtobusun sürücüsü işləyir. Hər gün səhər saatlarında gedib avtobusu götürüb yol vərəqəsi üzrə marşurut xətti istiqamətində dövrə etmişdir. Onların kompanyasında hər həftənin ikinci günü departament, hər gün isə qarajda dispetçer, baş mexanik avtobusları yoxlamış, hər hansı nazaslıq olduqda təmir etdikdən sonra istifadəyə vermişlər. Hadisə olan günü həmişə olduğu kimi səhər saatlarında avtobusu götürüb,Gəncə şəhəri, Daş Körpü adlanan yerdən hərəkətə başlamış, təxminən dörd dəfə dövrəvurmuş,hər dövrədə dayanacaqda dayanmışdır. Onların bir dövrəsi təxminən 1 saat 38 dəqiqə çəkmişdir.O, hər dəfə dayananda avtobusda heç bir nasazlıq olmamışdır. Gülər marketin qarşısında sərnişinlərdən birini düşürtmüş, daha sonra gedəndə piyadakeçidində bir qadının yolu keçmək istədiyini görmüş, əyləci sıxsa da əyləc işləməmiş, avtobus gedib həmin qadına dəymişdir. O, dərhal avtobusdan düşüb xəsarət alan qadına doğru gedib, onu ətrafdakıların köməyi ilə Gəncə Beynəlxalq xəstəxanasına aparmışdır.Xəstəxanada xəsarət alan qadının müayinə və müalicəsi üçün 3000 manat pul istəmişlər. Onlar həmin pulu yerində ödəmiş və daha sonra isə onu polis əməkaşları aparmışlar. Xəstəyə göstərilən tibbi yardım nəticə verməmiş, o, vəfat etmişdir. O, və onun ağsaqqalları yas yerinə getmiş, orada üzrxaqlıq edib, yas yerinin xərclərini ödəmişlər. Daha sonra ona vəfat edən şəxsin 8000 manat kredit borcu olduğunu demişlər, onlar öz aralarında olan razılaşmaya əsasən 7000 manat da mərhumun kredit borcunu ödəmişlər. Onlar ümumilikdə zərərçəkmiş şəxsin hüquqi varisinə 12000 manat pul ödəmişdir. Sonda təqsirləndirilən şəxs törətmiş olduğu hadisə ilə əlaqədar səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ilk dəfə cinayət əməli törətdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, mərhum X10 onun arvadıdır. Hadisə olan günü o, işdə olarkən ona zəng gəlib, məlumat veriblər ki, arvadı Dünyanı avtomobil vurub, sonuncu xəstəxanadadır. O, dərhal Gəncə Beynəlxalq xəstəxanasına getmiş, orada ona demişlər ki, Dünya reanimasiyadadır, vəziyyəti ağırdır. Daha sonra onun bədənində müxtəlif sınıqlar olduğu üçün onu əməliyyat etmək üçün 3000 manat pul istəmişlər. Təqsirləndirilən şəxsin ailəsi həmin pulu xəstəxanaya ödəyib və mərhum Dünyanı əməliyyat ediblər. Lakin o, əməliyyatdan sağ çıxmamış, vəfat etmişdir. Mərhum Dünya vəfat etdikdən sonra təqsirləndirilən şəxsin ailəsindən ağsaqqallar yas yerinə gəlmiş, onlara başsağlığı vermiş və onlara dəfn xərci üçün 7000 manat və 2000 manat ümumilikdə 9000 manat pul vermişlər. O, ibtidai istintaq zamanı istintaqa notarial ərizə verərək təqsirləndirilən şəxslə barışmışdır. Lakin sonradan fikrini dəyişərək ərizəni ləğv etmişdir. Sonda o, məhkəməyə notariat qaydasında təsdiq olunmuş təkrar ərizəsini verərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, barışdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ayaqqabı təmiri ilə məşğul olur. Ayaqqabı təmiri üçün lazım olan məmulatları “Təzə bazar” adlanan yerdən almaq üçün, Daş Körpü adlanan yerdə avtobusa əyləşib, bir neçə dayanacaq gəldikdən sonra birdən avtobusun əyləci işləməmiş və avtobus piyada keçidində keçən qadını vurmuşdur. Vurandan sonra 10 metr məsafə gedib avtobus dayanmışdır.Sonra sürücü kənardakı şəxslərin köməyi ilə xəsarət alan qadını götürüb, qırmızı bir avtomobilə qoyub xəstəxanaya aparmışlar. Daha sonra onlar hadisə olan yolda yerdə avtobusa məxsus yağ töküldüyünü görüb, başa düşmüşlər ki. Avtobusun əyləci işləməyib. İttiham tərəfinin vəsatəti əsasında Şahid5 ibtidai istintaqdakı ifadəsi elan edilmiş, ifadəsində göstərilmişdir ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhəri, “Daş Körpü” adlanan yerdə ayaqqabı təmiri ilə məşğul olur. 11,04.2023-cü il tarixdə saat 12 radələrində Gəncə şəhəri, “Daş Körpü" adlanan yerdən ayaqqabı təmiri üçün lazım olan materialları almaq üçün “Hyundai County” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı 9 saylı avtobusa minmiş, həmin materialları həmişə Gəncə şəhəri,Ş.İ.Xətai prospektində yerləşən “Təzə Bazar” adlanan yerdən alırmış, “Hyundai County” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı 9 saylı avtobusun marşurutu da həmin istiqamətdə imiş. Həmin vaxt avtobusda sərnişin oturacaqlarında sərnişinlər əyləşdiyi üçün o ayaqüstə olmuşdur. Avtobus həmin günü, yənixx.xx.2023-cü il tarixdə saat 12:46 radələrində Gəncə şəhəri, Ş.LXətai prospekti ilə üzü Gəncə şəhəri, N.Gəncəvi prospekti istiqamətində hərəkətdə olan zaman Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” mağazasının bərabərliyində avtobusun sola- sağa doğru anidən hərəkət etdiyini hiss etmişdir. Həmin vaxt avtobusda olan tanımadığı sərnişinlər sürücüyə həyəcanlı şəkildə “vurdun-vurdun” deyə qışqırmışlar. Bu zaman ona məlum olmuşdur ki, avtobus sürücüsü avtomobil ilə piyadanı vurmuşdur. Daha sonra avtobus bir neçə metr qabağa getmiş və yolun sağında dayanmışdır. Bundan sonra avtobusda olan sərnişinlər birlikdə avtobusdan düşmüş və piyadaya kömək üçün ona yaxınlaşmışlar Daha sonra qadın piyadanı nömrəsini və markasını xatırlamadığı avtomobil ilə xəstəxanaya aparmışlar. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmışlər. Həmin hadisə xx.xx.2023-cü il tarixdə saat 12:46 radələrində Gəncə şəhəri, Ş.i.Xəta prospektində “Gold Əminə” mağazasının bərabərliyində piyada keçidində baş vermişdir o, Təqsirləndirilən şəxs tanımır və Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti olmamışdır. Hadisənin baş verməsinə səbəb sürücünün piyadaya yol verməyərək avtomobil ilə üzərindən keçməsi olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, “Simurq Kompani”-də dispetçer vəzifəsində işləyir. Onun vəzifəsi sürücünün yol vərəqəsini vermək və sürücünün planınıqəbul etməkdən ibarətdir. Hadisə olan günü Təqsirləndirilən şəxs gəlib yol vərəqəsini götürmüş, avtobus mexanik tərəfindən yoxlanılıb, daha sonra marşuruta buraxılmışdır. Həmin günün günorta saatlarında təxmini saat 1 radələrində zəng gəlib, həmin avtobusun hadisə törətdiyini demişlər. Daha sonra avtobus cərimə meydançasına aparılmış, ekspertiza keçirilmiş,ekspertin rəyinə görə əyləcin manjeti buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, “Simurq Kompani”-də növbətçi mexanik vəzifəsində işləyir. Onun vəzifəsi “Simurq Kompani-də olan avtobusların sazlığına nəzarət etməkdir. Hadisə olan zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtobus saz vəziyyətində olmuşdur.Avtobus üçün ehtiyat hissələrini sürücü özü alır, qarajın ustaları isə dəyişir. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan edilmiş, Şahid6 ifadəsindən görünür ki, o, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhərində avtobus sürücüsü ışləyir. Ayın təxminən 20 günü Bakı şəhərində işi ilə əlaqədar olur, 10 gün isə Gəncə şəhərində ailəsinin yanında olur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində Bakı şəhərinə getmək üçün “Hyundai County” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı 9 saylı avtobusa minmiş, həmin “Hyundai County"markalı **-TA-*** dövlət qeydiyyat nişanlı 9 saylı avtobusun marşurutu da həmin istiqamətdə olmuşdur. Həmin vaxt avtobusda sərnişin oturacaqlarında sərnişinlər əyləşdiyi üçün o ayaqüstə olmuş,avtobus həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 12:46 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə üzü Gəncə şəhəri, N.Gəncəvi prospekti istiqamətində hərəkətdə olan zaman Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” mağazasının bərabərliyində avtobusun sola-sağa doğru anidən hərəkət etdiyini hiss etmişdir. Həmin vaxt avtobusda olan tanımadığı sərnişinlər sürücüyə həyəcanlı şəkildə “vurdun-vurdun” deyə qışqırmışlar. Bu zaman ona məlum olmuşdur ki, avtobus sürücüsü avtomobil ilə piyadanı vurmuşdur. Daha sonra avtobus bir neçə metr qabağa getmiş və yolun sağda dayanmışdır. Bundan sonra avtobusda olan sərnişinlərlər birlikdə avtobusdan düşmüş və piyadaya kömək üçün piyada yaxınlaşmışlar. Daha sonra qadın piyadanı nömrəsini və markasını xatırlamadığı avtomobil ilə xəstəxanaya aparmışlar. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin hadisə xx.xx.2023-cü il tarixdə saat 12:46 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “Gold Əminə” mağazasının bərabərliyində piyada keçidində baş vermişdir. O, Təqsirləndirilən şəxs tanımır və Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti olmamışdır. Hadisənin baş verməsinə səbəb sürücünün piyadaya yol verməyərək avtomobil ilə üzərindən keçməsi olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. “Hyundai County” markalı 20-TA- 049 dövlət qeydiyyat nişanlı 9 saylı avtobusda sərnişinlərdən heçkəs xəsarət almamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı ifadə vermiş Şahid1 ifadəsindən görünür ki, o, Goranboy rayonu, Dəlimmədli qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ildən DİO-da, 2022-cu ildən isə hal-hazırda qədər Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPB-nin YPX inspektoru vəzifəsində işləyir. ƏYPB-nin YPX inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. 11 aprel 2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketin qarşısında avtomobilin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra ekipaj yoldaşı ƏYPB-nin YPX inspektoru Şahid2 ilə birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketin qarşısına getmişlər. Hadisə yerinə getdikdə “Hyundai County” markalı **- TA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs hadisə yerində olduğunu və avtobusun yolun sağ kənarında dayandığını müəyyən etmişlər. Həmin vaxt avtobusda olan sərnişinlər çıxıb getmişlər. Avtobusun sürücüsü Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, idarə etdiyi “Hyundai County” markalı 20-TA- 049 dövlət qeydiyyat nişanlı avtobusla yolu soldan sağa keçən adı sonradan onlara məlum olan mərhum piyada X7 vurmuş və ətrafda olan şəxslər piyadanı Gəncə Beynəlxalq xəstəxanasına aparmışlar. Bu zaman dərhal hadisə yerinin mühafizəsini təmin edərək sürücülərin hadisə yerinə gəlməsini təmin etmişlər. Bundan sonra hadisə yeri müayinə edilmiş və müayinə zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai County” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtobusla Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə üzü Gəncə şəhəri, Nizami Gəncəvi prospektində hərəkətdə olan zaman yolu soldan sağa keçən piyada X7 avtomobilin ön sağ tərəfi ilə vuraraq üzərindən keçmişdir. Daha sonra onların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmişdir. Sonra protokol ucadan oxunmuş və o hər hansısa bir etirazının olmadığını bildirərək protokolu imzalanmışdır.Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdan sonra ekipaj yoldaşı ƏYPB-nin YPX inspektoru Şahid2 avtomobillərin DYPŞ-nin cərimə meydançasına aparılmasını təmin etmiş, o isə sürücülərin sərxoşluq müayinəsindən keçirmək üçün Gəncə şəhər Narkoloji dispanserinə aparmış və tibbi müayinədən keçdikdən sonra Gəncə şəhər BPİ-yə göndərilmişdir. O, və ailə üzvləri Təqsirləndirilən şəxs və ailə üzvləri ilə heç bir düşmənçiliyi yaxud ədavətləri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı ifadə vermiş Şahid2 ifadəsindən görünür ki, 2012-ci ildən DİO-da, 2012-ci ildən isə hal-hazırda qədər Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPB-nin YPX inspektor vəzifəsində işləyir. ƏYPB-nin YPX inspektoru kimi vəzifə borcu baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. 11 aprel 2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhəhəri Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketin qarşısında avtomobilin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra ekipaj yoldaşı ƏYPB-nin YPX inspektoru Şahid1 ilə birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketinqarşısına getmişdilər. Hadisə yerinə getdikdə “Hyundai County” markalı **- TA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü adı sonradan onların məlum olan Təqsirləndirilən şəxs hadisə yerində olduğunu və avtobusun yolun sağ kənarında dayandığını müəyyən etmişlər.Həmin vaxt avtobusda olan sərnişinlər getmişdilər. Avtobusun sürücüsü Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, idarə etdiyi “Hyundai County” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtobusla yolu soldan sağa keçən adı sonradan onlara məlum olan mərhum piyada X7 vurmuş və ətrafda olan şəxslər piyadanı Gəncə Beynəlxalq xəstəxanasına aparmışlar.Bu zaman dərhal hadisə yerinin mühafizəsini təmin etmişlər. Bundan sonra hadisə yeri müayinə edilmiş və müayinə zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai County” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtobusla Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə üzü Gəncə şəhəri, Nizən-Gəncəvi prospektində hərəkətdə olan zaman yolu soldan sağa keçən piyada X9 avtomobilin ön sağ tərəfi ilə vuraraq üzərindən keçmişdir.Daha sonraonların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” mağazasının bərabərliyində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 1058/2023 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AE 110986nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş videogörüntüyə baxış keçirməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki,xx.xx.2023-cü il tarixdə saat 12:46 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “Gold Əminə” mağazasının bərbaərliyində “Hyundai County” sərnişin markalı **-TA-*** dövlət qeydiyyat nişanlı 9 saylı sərnişin avtobusu üzü Gəncə şəhəri, Nizami prospekti istiqamətində hərəkətdə olan zaman piyada X10 yolun sol kənarından sağ tərəfinə piyada keçidi ilə keçmək istəyir, Dünya Həsənova ilk olaraq piyada keçidi yol nişanının altında gözləyir, bu zaman qara rəngli markası istintaqa məlum olmayan avtomobil ona yol verir, daha sonra piyada Dünya Həsənova sürətini artıraq yolun birinci hərəkət hissəsini,yəni qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətti keçərək ikinci hərəkət hissəsinə yeriyərək daxil olur, bu zaman piyada Dünya Həsənova “Hyundai County” sərnişin markalı **-TA-*** dövlət qeydiyyat nişanlı 9 saylı sərnişin avtobusunun saxlamadığını görərək sola doğru istiqamətlənir, həmin vaxt “Hyundai County” sərnişin markalı **-TA-*** dövlət qeydiyyat nişanlı 9 saylı sərnişin avtobusu piyada Dünya Həsənovanı avtobusun ön sol hissəsi ilə vuraraq üzərindən keçir. Bununla da, görüntü bitir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 2752 saylı Gəncə şəhər Psixoloji Dispanserin arayışından görünür ki, Vəliyev X3 Dispanser qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 33012 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir. Onlar hazırda təqsirləndirilən şəxslə barışmışlar. Onların təqsirləndirilən şəxsə qarşı həç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 8/1258 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, sürücü Vəliyev X6 County markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtobusun tormoz sistemin istismara yarasız vəziyyətdə idarə etmişdir. Sürücünün həmin nasazlığı vaxtında aşkar etmək imkanı olmuşdur.Hyundai County markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 35 nömrəli “meyitin ekspertizası” rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi - döş qəfəsinin hər iki tərəfində İİ-X qabırğalar orta körpücük və orta qoltuqaltı xəttlər boyunca sınıqları; nazik və yoğun bağırsaqların cırılması; bağırsaq müsariqələrinseroz qişalarına qansızma; peritonarxası nahiyənin hematoması. Sol bud,sol qalça-qasıqsümüklərinin sınıqları, hər iki bud nahiyələrinin, sağ ayağın iç-topuq nahiyəsinin,solayağınqançırları, sağ diz, sol qasıq nahiyələrinin sıyrıqları, sol baldır, sol bud, sağdiznahiyələrinin əzilmiş yaraları. Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın /əşyaların/təsirinəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəlisağlamlığa AĞİR zərər vurmaya aiddir. X1 ölümünə səbəbdöşqəfəsinin,qarınınaşağı ətrafların küt travması nəticəsində çoxsaylı qabırğaların, çanaqsümüklərinin,solsümüyünün sınmasından və bağırsaqların cırılmasından əmələ gələn ağırdərəcəlitravmatik şok olmuşdur. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə,baş vermiş yol nəqliyyathadisəsizamanı gələ bilər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2- 5696/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AE110 986 saylı BCD kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2014-cüil tarixdən, xx.xx.2024-cü il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitəsini istismara buraxılması nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğundan cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 265.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, xx.xx.2023cü il tarixdə baş vermiş yol-nəqliyayt hadisəsinin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübutkimi tanınmış və işə əlavə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda, həmin tələbə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə təkrarən barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan əlavə, baş vermiş cinayət hadisəsi ilə təkcə Təqsirləndirilən şəxs etinasızlığı arasında səbəbli əlaqə olmamış, həmçinin mexanik Şahid4 yol verdiyi etinasızlıq cinayət hadisəsinin baş verməsinə səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi və yuxarıda qeyd edilmiş yüngülləşdirici halları nəzərə alaraq bu cəzanın mümkün qədər aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış tanınmış 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 230 (iki yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 230 (iki yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-55/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-55/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver