Məhkəmə qərarları › İş №1(125)-56/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-56/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-56/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü ildə Samux rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq sərxoş vəziyyətdə X7 məxsus idarə etdiyi “VAZ 2106” markalı **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən eyni istiqamətdə hərəkət edən X1 idarə etdiyi **-CK-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C180” markalı avtomobilin sola dönmə işığını qoşub sola dönmək üçün qırıq-qırıq xəttin üzərində dayanmasını nəzərə almalı, Mercedes-Benz C180 markalı avtomobilin sağ tərəfdən ötməklə hərəkətini davam etdirməli və 1.3 üfüqi nişanlama xəttini kəsərək avtomobili əks hərəkət zolağına çıxartmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək 1.3 üfüqi nişanlama xəttini kəsibəks hərəkət zolağına çıxaraq qarşıdan gələn sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mitsubishi İO” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sol daban sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İİİ qrup Qarabağ əlilidir. O, Qarabağ əlili olduğu üçün əlillərə veriləcək avtomobil növbəsinə yazılmış, ona görə də öz şəxsi hesabına “VAZ 211063” markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən, həmin avtomobili etibarnamə ilə qohumu Şahid2 almışdır. O, idarə etdiyi VAZ 211063 minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 04 iyun 2022-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri Natavan qəsəbəsində yerləşən təmir sexinə avtomobili təmir etdirmək üçün aparmışdır.Saat 22 radələrində o, avtomobili təmir etdirdikdən sonra “Abbas Səhhət” xəstəxanasında işləyən arvadını xəstəxanadan götürmək üçün “Sovxoz Nizami” dairəsini keçib təxminən saatda 30-40 km sürətlə Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olarkən əsəbi olduğu və təzyiqi qalxdığı üçün bir anlıq huşunu itirdiyinə görə idarə etməni itirmişdir.O, özünə gələn zaman artıq xəstəxanada olduğunu görmüş və baş verənlər barədə xəstəxanada məlumatı olmuşdur.Sonda o, hadisəni bilərkən törətmədyini, səhhətində problem yarandığı üçün baş verdiyini, İ Qarabağ müharibəsi iştirakçısı və İİİ qrup müharibə əlili olduğunu, əməlindən peşman olduğunu himayəsində 1 azyaşlı uşağının olmasını, maddi vəziyyətini və hazırki səhhətini nəzərə alıb barəsində şərti cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Maxi” taksi şirkətində taksi fəaliyyəti ilə məşğuldur. “Mitsubishi Pajero İO” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən etibarən onun istifadəsindədir. 04 iyun 2022-ci il tarixdə, saat 22 radələrində o, Gülüstan qəsəbəsində yerləşən “Kübar” restoranının qarşısından Gəncə şəhəri, G.Zeynalov küçəsinə sifariş qəbul etmişdir.O, müştərinin sifarişinə əsasən sifariş yerinə gedib müştərini götürərək G.Zeynalov küçəsinə doğru hərəkət etməyə başlamışdır. O, “Dəyirman dairəsi” deyilən dairədən Ü.Hacıbəyov küçəsi ilə “Sovxoz Nizami” adlanan dairə istiqamətində təxminən saatda 40-50 km sürətlə hərəkət edərkən “Sovxoz Nizami” dairəsinə təxminən 150-200 metr məsafədə qalmış qarşı hərəkət istiqamətindən gələn “Mersedes” markalı avtomobilin dönmək üçün sol zolaqda saxladığını görmüşdür.O, “Mersedes” markalı avtomobilin hərəkətini dayandırdığını gördüyü üçün təxminən saatda 40-50 km sürətlə hərəkətini davam etdirmişdir. O, hərəkətsiz dayanmış “Mersedes” markalı avtomobilə çatan zaman ani məqamda “VAZ 2106” markalı avtomobil “Mersedes” markalı avtomobilin arxasından əks hərəkət istiqamətinə çıxmış və həmin avtomobillə onun idarə etdiyi avtomobil arasında toqquşma baş vermişdir. Həmin məqamda avtomobilin hava yastığı açılmış, bir qədər sonra hadisə yerinə toplaşan şəxslərin köməyi ilə o, avtomobildən çıxmış və onu təcili tibbi yardımla “Abbas Səhhət” adına xəstəxanaya aparmışlar və ilkin tibbi yardım göstərmişlər. Hadisə vaxtı “VAZ 2106” markalı avtomobil ani məqamda dayanmış vəziyyətdə olan “Mersedes” markalı avtomobilin arxasından əks hərəkət istiqamətinə çıxdığı üçün o, həmin avtomobili görməmiş və hadisənin qarşısını almaq üçün hər hansı hərəkət edə bilməmişdir. Hadisə nəticəsində o, sol ayağının daban nahiyyəsinin sınığı xəsarəti almış və ona məxsus avtomobilə isə 8020 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə zamanı spirtli içkilərin heç birindən qəbul etməmiş və idarə etdiyi avtomobili spirtli içkinin təsiri altında idarə etməmişdir. Sonda o, ona dəymiş ziyanı tələb etdiyini bildirmiş, təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin inspektoru vəzifəsində işləyir. 04 iyun 2022-ci il tarixdə xidmətdə olan zamanı həmin gün saat 22 radələrində Növbətçi hissədən məlumat vermişlər ki, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində “Sovxoz dairəsi” adlanan yerin yaxınlığında yol nəqliyyat hadisəsi baş vermişdir.O, dərhal hadisə yerinə getmiş, həmin yerə çatanda hadisə yerinə çoxlu adamların toplaşdıqlarını görmüşdür. O, yolnəqliyyat hadisəsi baş verdiyi yerə çatanda artıq xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. Hadisə yerində ona məlum olmuşdur ki, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə “Sovxoz dairəsi” adlanan yer tərəfdən “Dəyirman dairəsi” istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətdə hərəkətdə olan “Mİtsubishi Pajero İO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuşdur.Zərbənin təsiri nəticəsində həmin “VAZ-2106” markalı avtomobilin arxa hissəsi həmin yerdə hərəkətsiz vəziyyədə dayanıb sola dönmək istəyən “Mercedes C 180” markalı,**-CK-*** dövlət nömrə nişanlı avtomobilin ön sol qanadına dəymişdir. Hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən məlum olmuşdur ki, “VAZ-2106” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü tək olmuş və aldığı xəsarətlərlə əlaqədar olaraq xəstəxanaya aparılmışdır. Həmçinin “Mitsubishi Pajero İO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa bir nəfər qadın da olmuş və həmin şəxslər də xəstəxanaya aparılmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi “Mercedes C 180” markalı,**-CK-*** dövlət nömrə nişanlı avtomobilin ön sol qanadına çırpılsa da, sonunucu avtomobildə tək olmuş sürücü hər hansı bir xəsarət almamışdır. Bundan sonra hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin şəkilləri çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, yəni təxminən 15-20 ildir ki tanıyır, tanışlıqları var, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. **-ZV-*** dövlət qeydiyyat nişanlı,“VAZ 21063” minik markalı avtomobil 25 aprel 2022-ci il tarixdən etibarnamə əsasında onun sərəncamındadır. Təxminən 2-3 ay bundan qabaq Yafəs ona bildirmişdir ki avtomobil alacaq, İİİ qrup müharibə əlili olduğu üçün dövlət tərəfindən avtomobil verilməlidir. Yafəs avtomobil almaq üçün adını siyahıya qeyd etdirdiyini və həmin siyahıda növbəsi yaxınlaşdığını ona bildirmiş, buna görə də avtomobili öz adına almaq istəmədiyini, **-ZV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobilə onun adına etibarnamə almağı xahiş etmiş, o, Yafəsə heç bir etiraz etməmiş və sonuncu ilə razılaşmışdır. Daha sonra 25 aprel 2022-ci il tarixdə onun adına “VAZ 21063” markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibamamə almışlar. Lakin həmin avtomobili o, idarə etməmiş, həmin avtomobil Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. 05 iyun 202-ci il tarixdə Yafəsin oğlu ona telefonla zəng edərək atasının avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini və xəsarət aldığını, hal-hazırda xəstəxanada olduqlarını bildirmişdir. Bundan sonra o, dərhal xəstəxanaya getmiş və orada baş vermiş hadisə barədə məlumatlanmışdır. O, Təqsirləndirilən şəxs tel:90-2**-ZV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı avtomobili idarə etmək üçün etibamamə verməmiş və həmçinin Təqsirləndirilən şəxs həmin avtomobili onun iradəsinə zidd olaraq idarə etməmiş, onun özü avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs icazə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, “Mercedes C 180” markalı,**-CK-*** dövlət nömrə nişanlı avtomobili o, idarə edir və həmin avtomobil 2013-cü ildən rəsmi olaraq onun adına qeydiyyatdadır. O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. 04 iyun 2022-ci il tarixdə o, Depo qəsəbəsinə müştəri düşürdüb yaşadığı ünvan 2 ünvanında yerləşən evinə qayıtmaq üçün "Sovxoz Nizami" adlanan dairənin yanından Ü.Hacıbəyov küçəsi ilə hərəkət etməyə başlamışdır. O, yaşadığı Ü.Hacıbəyov küçəsi, ev 119, mənzil 3 ünvanına getmək üçün yolun sol zolağına keçmiş və dönmə nişanını yandırmış, yolun əks istiqaməti ilə gələn “Mitsubishi” markalı avtomobilin keçməsi üçün idarə etdiyi avtomobili saxlamışdır.Həmin vaxt onun sol tərəfindən əks hərəkət istiqaməti ilə hərəkət edən “VAZ 2106” markalı avtomobil onun yanından keçib əks istiqamətdən gələn “Mitsubishi” markalı avtomobillə toqquşmuş, zərbənin təsirindən “VAZ 2106” markalı avtomobilin arxa hissəsi onun idarə etdiyi “Mersedes” markalı avtomobilin sol qabaq qanadına dəymişdir. O, avtomobildən düşüb toqquşmuş avtomobillərdə olan şəxsləri çıxartmağa köməklik etmiş, daha sonra həmin şəxsləri xəstəxanaya aparmışlar və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə zamanı o, heç bir xəsarət almamış, lakin hadisə nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü, Mitsubishi markalı avtomobilin sürücüsü və sərnişini xəsarət almışlar. Baş vermiş hadisədən əvvəl “Mitsubishi” markalı avtomobil yüksək sürətlə hərəkət etməsə də “VAZ 2106” markalı avtomobil yüksək sürətlə hərəkət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, о, “Kübar” restoranında qab yuyan vəzifəsində işləyir. O, hər gün səhər saat 8-də işə gedir və axşam saat 10-da işdən çıxaraq yaşadığı ünvana qayıdır. O, hər gün işdən çıxan zaman taksi sifariş edərək taksi ilə yaşadığı evə qayıdır. 04 iyun 2022-ci il tarixdə, saat təxminən 22 radələrində o, işdən çıxan zaman evə getmək üçün “*2244” taksi xidmətinə zəng edib Gülüstan qəsəbəsindən G.Zeynalov küçəsinə sifariş etmiş, təxminən 10-15 dəqiqə sonra ona bir nəfər zəng edib taksi olduğunu və onu haradan götürəcəyini soruşanda o, dəqiq ünvanını bildirmiş və daha sonra “Mitsubishi markalı ağ rəngli taksi avtomobili gəlib onu götürmüşdür. O, yorğun olduğu üçün maşında bir qədər yuxulamış, hadisə baş verən zaman o, yuxuladığı üçün hadisənin necə baş verdiyini bilməmiş, o, baş vermiş hadisə barədə yaşadığı evə getdikdən sonra məlumatı olmuşdur. Həmin hadisədən sonra onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar və ilkin tibbi yardım göstərildikdən sonra yaşadığı evə getmişdir. Hadisə zamanı avtomobildə o və sürücüdən başqa heç kəs olmamışdır. Hadisənin hansı səbəbdən baş verməsi barədə onun məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində baş vermişdir. Hadisə baş verən yol asfalt beton döşəmə daş örtüklü, düz olmaqla hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. Yolun hadisə baş verən hissəsinin ümumi eni 22.6 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 10.6 metrdir. Hadisə baş vermiş yolun soldan səki sağdan səki, hərəkətin nizamlama üsulu nizamlanandır. Hadisə baş verərkən şəhər elektrik işiği ilə işıqlı olmuşdur. Hadisə “VAZ 2106” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmiş,“Mitsubishi İO” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı yoluna çıxmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli, 1271/2022 nömrəli aktdan görünür ki, sürücü X5 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli, 1272/2022 nömrəli aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2022-ci il tarixli rəyindən məlum olur ki, yuxarıda şərh olunan yol-nəqliyat hadisəsi zamanı X2 məxsus “Mercedes C 180” markalı,**-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 605 manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri olan DVD diskə baxış keçirilmiş, baxış zamanı görüntüdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil “Sovxoz Nizami” dairəsindən Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan zaman sol hərəkət hissəsində sola dönmə nişanını yandıraraq dayanmış **-CK-*** dövlət nömrə nişanlı avtomobili ötərək əks hərəkət istiqamətinə çıxır və qarşıdan gələn “Mitsubishi İO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə toqquşur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AE 128216 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş X6, Veteranları və şəhid ailələri ictimai birliyinin vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup müharibə əlilidir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş maddi sübutların ekspertizasının № 2020/K rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş maddi sübutların ekspertizasının № 2020A/K rəyindən görünür ki, X3 götürülmüş qan nümunəsində etil spirti aşkar edilmiş, etil spirtinin qatılığı 0,4 %-dir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2022-ci il tarixli rəyindən məlum olur ki, yuxarıda şərh olunan yol-nəqliyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus “Mitsubishi Pajero İO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 8020 (səkkiz min iyirmi) manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli 1083 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət – sol daban sümüyünün qapalı sınığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" Gəncə Müəssisəsinin rəyindən məlum olur ki, yuxarıda şərh olunan yol-nəqliyat hadisəsi zamanı Təqsirləndirilən şəxs məxsus VAZ 2106 markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2270 (iki min iki yüz yetmiş) manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1992 nömrəli rəyindən görünür ki,istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2106” markalı, **-ZV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uygunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mitsubishi İO” markalı, **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes C180” markalı,**-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli 1642 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol tərəfli pnevmotoraksla və İİİ dərəcəli travmatik şokla müşahidə olunan sol İİ-Vİİ qabırğaların sınıqları, sol sirkə kasasının, sol qalça qanadının və sağ ayağının pazanabənzər sümüyünün sınıqları, qarın nahiyyəsinin, sağ ayağın və hər iki diz nahiyələrinin yaraları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərlər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli 1683 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Şahid3 bədəni üzərində olan xəsarət – təpə nahiyəsinin yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 4990 nömrəli arayışındangörünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Psixonevroloji dispanserin xx.xx.2022-ci il tarixli 5488 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 üfuqi nişanlama xətlərini kəsib keçmək qadağandır. Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötməli və 1.3üfuqi nişanlama xəttini kəsib keçməməli olduğu halda, həmin tələblərə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, müharibə veteranı və İİİ qrup əlil olmasını, hadisə nəticəsində özünün də xəsarət almasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Samux rayonu İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ-2106” markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero-İO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C180” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmaları nəzərə alınmalı və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2106” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero-İO” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C180” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmaları nəzərə alınsın və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Samux rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 84 (səksən dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar