Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-56/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Xanlar rayonu Toğana kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, Göygöl rayonu, Toğanalı kəndində kəndində qeydiyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 qanunsuz olaraq odlu silahı və onun komplekt hissəsini əldə edib daşıyaraq saxlamış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 743596 JVe-li silah 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat olan, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahı, 01 ədəd döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadəyə yararlı, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli atəş üçün yararlı Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı, əldə etməklə daşıyıb Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız boş torpaq sahəsində torpağın alt hissəsinə gizlətməklə saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə tanışı X1 ifadəsində verdiyi məlumat əsasında 03 avqust 2023-cü il tarixdə saat 16 radələrində şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılması zamanı onun Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız boş torpaq sahəsində torpağın altından 01 ədəd 743596 nömrəli silah 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat olan, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah, 01 ədəd döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadəyə yararlı, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli atəş üçün yararlı Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq, aşkar edilərək götürülmüşdür. Bununla da, X5 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci il tarixdə mərhum Daşo ləqəbli şəxsi tanımış, həmin şəxsdə həmişə şilah sursat olduğunu bilmişdir. Onun silaha marağı olduğu üçün mərhum Daşoya silahı olacağı təqdirdə ona hədiyyə etməsini xahiş etmiş və mərhum Daşo da bir gün ona zəng edərək əlində Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat olduğunu və ona verə biləcəyini demişdir. O, mərhum Daşodan həmin silahı və onun darağını götürmüş, evdə atasının əlinə keçməməsi üçün uşaqlıqdan yaşadığı Avtozavod qəsəbəsində yaşayış olmayan məişət tullantıları atılan yerdə torpağa basdırmışdır. X4 adlı şəxs onunla eynikəndli olmuş, onunla Fərahimin dostluq münasibəti olmuş o, Fərahimin yanında onda belə bir avtomatın olduğunu demiş və Fərahim də onu polis əməkdaşlarına satmışdır. Onun barəsində olan azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına əvəz edilmiş və o, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında cəzasına çəkərkən polis əməkdaşları onlarda olan məlumata görə onda belə bir silah olduğunu soruşmuş və o, səmimi etiraf edərək avtomatı gizlətdiyi yeri polis əməkdaşlarına göstərmiş və onu gizlətdiyi yerdən qazıb çıxararaq 01 ədəd 743596 nömrəli silah 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat olan, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah və 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün darağı təhvil vermişdir. Sonda o, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin XTB-nin polis nəfəri, X6 ifadəsində bildirmişdir ki, Gəncə şəhər BPİ-nin MSY-nin əməkdaşlarına kömək məqsədi ilə o xx.xx.2023-cü il tarixdə bir günlük Gəncə şəhər BPİ-nin MSY-də xidmətə ezam olunmuşdur. Həmin gün saat 16 radələrində MSY-də saxlanılan Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini yerində yoxlanması ilə əlaqədar Təqsirləndirilən şəxs istiqamətləndirməsi ilə Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən ünvansız boş torpaq sahəsinə gedilmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında tanış olduğu Daşo ləqəbəli şəxs tərəfindən pay kimi verilmiş bir ədəd üzərində darağı olan “Kalaşnikov” markalı avtomatı həmin ərazidə üzəri daş parçaları ilə örtülmüş olan torpağın altında gizlətdiyini bildirmişdir. Həmin yerdə baxış zamanı üzəri daş parçaları ilə örtülmüş olan torpağın altındadan sintetik torbaya bükülmüş vəziyyətdə 1 ədəd “AKM” tipli 743596 nömrəli avtomat və onun konstruktiv hissəsi olan 1 ədəd daraq aşkar edildi və həmin 1 ədəd '‘AKM” tipli 743596 nömrəli avtomat və onun konstruktiv hissəsi olan 1 ədəd daraq sintetik torbadan çıxarılaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, X5 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/642R nömrəli rəyindən görünür ki, tədiqata təqdim edilmiş 01 ədəd 743596 N°-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSR dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahda, tenxiki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu il istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komlekt hissəsidir darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş X2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri Cavadxan qəsəbəsində ünvansız boş torpaq sahəsində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-14-11/2-9922/2023 nömrəli məktubundan görünür ki, 01 ədəd 5,45 mm kalibrli, 743596 N°-li Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qayadada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2023-cü il tarixli 5466 nömrəli arayışından görünür ki, X5 həmin dispnaserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserin xx.xx.2023-cü il tarixli 5224 nömrəli arayışından görünür ki, X5 həmin dispnaserdə qeydiyyatda durmur. Azərbaycan Respublikasının DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, X2 ödənilməmiş məhkumluğu vardır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(104)-340/2021 nömrəli Qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunmuş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 1(066)-39/2021 nömrəli hökmü dəyişdirilmişdir. 8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci hissəsinə əsasən X2 barəsində amnistiya tətbiq edilərək ona Göygöl Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(066)-39/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 il azaldılmış və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(066)-9/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(104)- 340/2021 saylı qərarına əsasən X3 təyin olunmuş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 4 ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ibtidai istintaqdakı ifadəsi, şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. X2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X5 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, X2 törətdiyi cinayət əməlini etiraf edib, cinayətin üstünün açılmasında istintaq orqanlarına köməklik etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə X2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Məcəllənin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin əməlində CM-nin 59.1.10-cu maddəsinə nəzərdə tutulmuş yüngülləşdirici halın və bu hal üçün qanunvericiliyin müəyyən etdiyi cəzanın yuxarı həddinin mövcudluğunu nəzərə almalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq silah əldə edib saxlaması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, onun əvvəllər cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və ona verilən cəzalardan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş 01 ədəd 743596 nömrəli silah 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat olan, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah və 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün daraq müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan hadisə yerinin baxışı zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi təqsirləndirilən şəxs X3 məhkəmədə 25 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 150 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X2 barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş 01 ədəd 743596 nömrəli silah 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat olan, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah və 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün daraq müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. X2 ifadəsinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X3 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-56/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-56/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver