Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-58/2024 11.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində talama məqsədi olmadan qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus “Muravey” markalı, 3 təkərli, arabalı qırmızı rəngli trisikli xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri Atatürk prospekti 197 bina 1-in arxa hissəsində özbaşına,sahibindən heç bir icazə almadan trisiklın işə salma qolunu fırladaraq işə salıb idarə edərək həmin ərazidən Gəncə şəhəri Sevinc qəsəbəsinə anası və qardaşının yaşadığı ünvana getməklə Zərərçəkmiş şəxs mülkiyyət hüququnu pozmuş, həmin Trisiklı yəni nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq qaçıraraq ələ keçirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə olan günü spirtli içki qəbul edib, sərxoş vəziyyətdə olduqdan sonra qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus “Muravey” adlanan motosikleti görüb, xoşlayıb sürmək üçün götürmüşdür. Onun məqsədi oğurluq olmamışdır. Əgər oğurluq məqsədilə götürmüş olsaydı həmin motosikleti satardı. O, “Muravey” adlanan motosikleti iki dövrə sürdükdən sonra anasnın evinə getmiş, motosikleti qapının ağzında qoymuş özü isə sərxoş olduğu üçün yatmışdır. Oyananda isə qapıda polis əməkdaşlarını görmüşdür. Sonda təqsirləndirilən şəxs törətmiş olduğu hadisə ilə əlaqədar səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, zərərçəkmiş şəxslə barışdığınıməhkəmədən onun barəsində olan sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Rasim onun qonşusudur. Onun əri Şahid “Muravey” adlı motosiklet almış və həmin motosiklet istifadə etmədikdə həmişə onların qapısında olmuşdur. Hadisə olan günü axşam vaxtı onun əri Pərviz gəlmiş motosikletin qapıda olmadığını demiş, onlar motosikleti axtarmağa başlamışlar.Qonşulardan onlara bildirmişlər ki, motosikleti Rasim sürmək üçün aparmışdır. O, Rasimin bacısına zəng etmiş, motosikletin, əgər onlardadırsa geri qaytarmasını tələb etmiş, lakin Rasiminbacısı motosikletin onlarda olmadığını demişdir. Daha sonra onun əri Pərviz polisə müraciət etmiş və onlar motosikleti polis əməkdaşları ilə birgə Rasimin anasının həyətində aşkar etmişlər. Motosikleti aşkar etdikdə görmüşlər ki, onun bəzi hissələrinə zərər dəymiş, motosikletə dəymiş zərərin ümumi dəyəri 90 manat olmuşdur. Sonda o, məhkəməyə ərizə verərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, barışdıqlarını və təqsirləndirilən şəxsin barəsində olan sadələşmiş icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə Baxış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisəünvan 4 ünvanında baş vermişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 2319/2023 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoş olmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı Xidmət sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4, mənzil 83-də yaşayır. Ailə tərkibi yoxdur. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı Xidmət sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs ünvan 4, mənzil 83-də yaşayır. Yaşadığı müddət ərzində o, özünü nümunəvi yaşayışçı kimi aparmış, qonşuların hörmətini qazanmışdır. Vətəndaş Təqsirləndirilən şəxs həmişə böyüklərə hörmət etmiş, qocalara hərbir işlərində kömək etmişdir.9 saylı Xidmət sahəsinə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunub. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci, 69.3-cü maddələrinə əsasən 01 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzası 06 ay azaldılıb, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-441/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və Gəncə ŞBPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 19:30-da Bakı şəhəri ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs 11 mart 2024-cü il tarixli Ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixli Ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəmiş, onunla barışmışdır. Barəsində sadələşdirilmiş icraata xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, X1 əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından dərhal azad edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 48 manat məbləğində, Təqsirləndirilən şəxs oğluna məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində, pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut,ekspertiza xərci və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-58/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-58/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver