Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-59/2025 04.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərşəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – X5 və müdafiəçisi X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi X7 iştirakları ilə, xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Azərbaycan KTA ərazisi məh, B-7, S- 7-də qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X5 xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Abbas Səhhət adına xəstəxananın Hemodializ şöbəsində xadimə vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs X11 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Gəncə şəhər sakini Zərərçəkmiş şəxs və onun oğlu Şahid2 ilə danışaraq sonuncunu ilk öncə 6000 manat pul müqabilində Gəncə şəhər Səhiyyə İdarəsinə mühasib kimi işə düzəldəcəklərini yalandan vəd edib inandırmaqla 2022-ci ilin dekabr ayında günü və saatı istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 2 ünvanında 6000 manat pulu aldatma yolu ilə ələ keçirərdərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdirlər. Bundan başqa, X11 təkrarən, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə Gəncə şəhər sakini Şahid2 ilə danışaraq ilk öncəki 6000 min manat pulun üzərinə əlavə 3500 manat pul əlavə etməklə sonuncunu Azərgolda mühasib kimi işə düzəldəcəklərini yalandan vəd edib inandırmaqla 2023-cü ilin iyul ayının 30-da saat 16:50-də ünvan 3 ünvanında yerləşən Unibankın ödəmə terminalı vasitəsilə onun adına olan Unibanka məxsus 5243 75** ****5934 nömrəli plastik kartına Şahid2 tərəfindən anası Zərərçəkmiş şəxs məxsus 3500 manat məbləğdə pulu göndərtməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 9500 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı X11 ilə qabaqcadan əlbir olaraq tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Gəncə şəhər sakini Zərərçəkmiş şəxs və onun oğlu Şahid2 ilə danışaraq sonuncunu ilk öncə 6000 manat pul müqabilində Gəncə şəhər Səhiyyə İdarəsinə mühasib kimi işə düzəldəcəklərini yalandan vəd edib inandırmaqla 2022-ci ilin dekabr ayında günü və saatı istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 2 ünvanında 6000 manat pulu aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamış, onu sonradan Məsməyə görə tanımış, Məsmə ilə Səhiyyə İdarəsində işləyərkən tanış olmuş, Arifə isə Məsmənin iş yoldaşı olmuşdur. Arifə oğlunu işə düzəltmək istəmiş və Məsmə ona iş yerinin olduğunu soruşduqda ona boş yerin olmadığını, olarsa xəbər edəcəyini bildirmişdir. Arifənin oğlu Emil Məsməyə 6000 manat pul vermiş və həmin günü Məsmə kartına 2500 manat pul göndərmiş, daha sonra isə Emilin özündən 3500 manat pul almışdır. Həmin pulları geri qaytarmış, lakin Arifə ona sonradan bildirmişdir ki, o verdiyi pulları banka olan faiz borclarını ödəmişdir. X1 çıxışında zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini və dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, iş yoldaşı Arifə oğlunu mühasib kimi işə düzəltmək istəmişdir, o da tanışı Hülyaya bu haqda danışmışdır. Hülya kömək edə biləcəyini vəd etmiş və iş yerlərinin qrafikini ona göndərib mühasib yerinin boş olduğunu bildirmişdir. Daha sonra işin düzəlməsi üçün Arifə ilə 6000 manata razılığa gəlmişlər, əvvəlcə 2000 manat verməsini, sonradan işlə bağlı əmr verildikdə 4000 manatı verməsini Arifəyə bildirmişdir. Arifə də onunla razılaşmışdır. Bir müddət sonra Emil sənədləri ilə birlikdə pulun hamısını yəni 6000 manatı onun evinə gətirmişdir. Daha sonra Hülya qardaşı ilə gəlib 6000 manat pulu ondan almışdır. Lakin sonradan Hülya ilə Arifənin oğlunun münasibətləri olmuş və Emil 3500 manat yenidən Hülyaya vermişdir. Təqsirləndirilən şəxs2 sonuncu çıxışında zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini və dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində Hülyanı tanımadığını, Məsmə ilə iş yoldaşı olduğunu, onunla xəstəxanada birlikdə çalışdığını bildirmişdir. Əlavə olaraq qeyd edir ki, oğlu İqtisadiyyat Universitetini qurtarıb,neçə vaxtdır ki, iş tapa bilməmiş, sonradan onu Məsməyə yönəltmişlər ki, iş tapmaqda ona kömək etsin. Məsmə isə Hülya adlı qızın köməklik edə biləcəyini ona demişdir. Bundan sonra “Express”bankdan 7000 manat pul kredit götürüb Məsmənin evinə getmiş və orada Təqsirləndirilən şəxs2 6000 manat pul vermişdir. Məsmə isə həmin pulu Hülyaya vermişdir. Bir müddət sonra işi düzəlməmiş, yenidən Hülya oğlunu “AzərGold”-adüzəldəcəyini vəd edib ondan 3500 manat da əlavə pul istəmişdir. O, da inanaraq bankdan 4000 manat kredit götürmüş və 3500 manatı oğlu Emil Hülyaya vermişdir. İkinci dəfə verilən puldan Təqsirləndirilən şəxs2 xəbəri olmamışdır. Təxminən 6-7 ay keçmiş və bu işdə alınmamışdır. Dəfələrlə həm Məsmədən, həmdə Hülyadan pulun qaytarılmasını istəmiş, lakin onlar bir bəhanə edib pulu qaytarmamışlar. Hülya isə banka olan kredit borcunu əvvəllər ödəmiş, sonradan isə ödəməmişdir. Bu hadisələrdən 1 il keçdikdən sonra məcbur olub polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs daha sonrakı ifadələrində təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək onların cinayət məsuliyyətindən azad olunmalarını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Məsmə xanım ilə iş yoldaşıdır və onun sayəsində Hülyanı tanımış, zərərçəkmiş şəxs Arifə isə onun bibisidir. X24 işə düzəltmək istəmiş və bununla bağlı Məsmə tanışı Hülya vasitəsilə Emili işə düzəltməkdə köməklik göstərə biləcəyini demişdir. 2022-ci ilin noyabr ayında Emil və o, Məsmənin evində Hülya ilə görüşmüşdür.Həmin vaxt Hülya demişdir ki, Emili 8000 manata mühasib kimi Gəncə səhiyyə idarəsində işə düzəldə bilər. Daha sonra Arifə bankdan pul götürürək Hülyaya verməsi üçün Emilə vermişdir, Emil və o, Məsmənin evində 6000 manat pulu Məsməyə vermişlər. Sonradan Məsmə onlara bildirmişdir ki, Hülya qardaşı ilə gəlib pulu ondan götürmüşdür. Birinci dəfə verilən puldan sonra Hülya Emilini işə düzəltməmiş, daha sonra isə Emilə “AzərGold”-a işə düzəlməsini vəd edib ondan yenidən 3500 manat pul almışdır. O, verilən suallara cavab olaraq bilmişdir ki, bibisi Arifə ikinci dəfə bankdan kredit götürərək Emilə vermişdir, o isə kredit götürülən zaman bankda bibisi Arifəyə zamin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Məsmə xanım anasının iş yoldaşıdır. O, işə düzəlmək istəmiş, buna görə də Məsmə onu Hülya adlı qızla tanış etmişdir.Daha sonra Məsmə ona iş yerləri barədə siyahı atmışdır. Hülya əvvəlcə səhiyyədə mühasib düzəlməsi üçün 8000 manat pul istəmişdir. Daha sonra isə Hülya ilə 7000 manata razılaşmışlar. Məsmə xanım ona pulun 50 faizini ödəməsini, qalan pulu isə iş düzəldikdən sonra verməsini bildirmişdir. Hülya isə ona 1000 manat da keçmiş və 6000 manat pulu tam şəkildə verərsə tez bir zamanda işin düzəlməsini vəd etmişdir. O, da anası Arifəyə bu barədə danışmış, Arifə də bankdan pul götürüb ona vermişdir. Hülya pulu Məsməyə verməsini bildirdiyi üçün o, bibisi qızı Könül ilə Məsmə xanımın evinə gedərək pulu Məsməyə vermişdir. Məsmə isə sonradan pulu Hülyaya çatdırmışdır. Bir neçə aydan işi düzəlməmiş, bununla bağlı Hülya ilə telefonda və şəxsi görüşlərdə danışmış, Hülya isə həmin işi alınmadığını bildirərək onu “AzerGold”-a işə düzəldəyəcəyini vəd verərək yenidən 4000manat pul istəmişdir. Daha sonra anası Arifə bankdan yenidən pul götürərək 3.500 manat Hülyanın kartına göndərmişdir. Lakin sonradan yenə gözləmiş iş düzəlməmişdir. O, bildirmişdir ki, Hülya yalnız fevral ayında anası Arifənin bank borclarından 7 ay ödəniş etmiş, daha sonra isə ödənişləri dayandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Hülyanın bacısı olduğunu, onun aldığı pulları geri qaytardığını və bacısına onun yanında heç kimin pul vermədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır. (i.v.1) - ödəniş qəbzlərinin ksero surətindən görünür ki, 5243 75** ****5934 hesab nömrəsinə xx.xx.2023-cü il tarixdə 3500 manat məbləğində pul köçürülmüşdür (i.v. 10) - DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X5 barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v.23) - "xxxx" MMC-nin ödəniş qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə 2000 manat və 500 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat və xx.xx.2023-cü il tarixdə 400 manat məbləğində pul köçürülmüşdür. (i.v. 60-63); - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığındandayandırılmışdır.(i.v.64) - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.(i.v.67) - iş materiallarında əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Təqsirləndirilən şəxs2 təqdim etdiyi diskdə 4 ədəd audio səs yazıya baxış keçirilərkən müəyyən edilmişdir ki, birinci səs yazısının müddəti 04:05 təşkil edir və həmin səs yazısında X15 Hüseynovayla danışır, və həmin səs yazısında Hülya bildirirki, “Noyabr ayında bir nəfər ona 2 min manat pul veribdir kı xəstəxanaya işə düzəlsin və o, 9 ay alınmayan işi alındırıb, bir nəfər qız Referans xəstəxanaya işə düzəldib, həmçinin əlində 4 nəfərin işi olduğunu bildirir, onların adlarının Mehri, Emil, Sevinc, Təranə olduğunu bildirir, birini həll elədiyini bildirir, sonra Emili, sentyabrda Təranənin qızının işini həll edəcəyini bildirir, Emilin işinidə bir nəfərin analıq məzuniyyətinə çıxdığını, bu ay işin həll olacağını bildirir, gələn aya qalmayacağını bildirir, Zərərçəkmiş şəxs işə ona bildirir ki, ya gətir pulları ver bankı faiziylə birlikdə ödəyim, ya da Emilin işini ayın 15-nə kimi düzəlt, həmçinin onu artıq neçə aydır ki, fırlatdığını bildirir, həmçinin götürdüyü pulların üzərinə faiz gəldiyini bildirir, Hülya isə ona bildirir ki, həmin pulları mənə “podarka” verməyibsən ki, Arifə isə cavabında bildirir ki, elə “podarka” vermişəm də, hanı iş düzəlməyib, həmçinin Hülya Zərərçəkmiş şəxs onun xətrinə dəydiyini bildirir, o isə cavabında onu nə qədər yola verəcəyini bildirir. Həmçinin birinci 5000 aparıb ödədiyini bildirir”. İkinci səs yazısının müddəti 14:57 təşkil edir və həmin səs yazısında X15 Hüseynovayla danışır, həmin səs yazısında Arifə bildirirki, “8-9 aydır onu aldadır, 4 min lazım olduğu halda 8 min bankdan götürdüyünü, kasıb adam olduğunu bildirir, həmçinin aralarında mübahisə yaranır, Arifə Hülyaya pul verib ona pislik etdiyinimi sual verir, həmçinin təkidlə verdiyi pulun əvəzində oğlu Emilin işə düzəlməsini tələb edir, həmçinin Hülya Emilin işinin bu ay həll olunacağını bıldırır Daha sonra Hülya 6 mindən sonra 3500 manatı aldığını etiraf edir, həmçinin 500 də banka çıxdığını bildirir, Arifə Hülyaya sual verərək 4 mini götürüb nə etdiyini soruşan zaman Hülya həmin pulu işi düzəldənə verdiyini bildirir. Həmçının 6 minivermədiyini etiraf edir və Arifə 4 min manatla Bakı kimi yerdə iş həll olunduğunu sual verib Hülyadan soruşan zaman Hülya narahat olmamasını, ış həll olduqdan sonra həmin pulu özünün verəcəyini bildirir. Həmçinin Məsmə ilə qurtardığını bildirir. Həmçinin Məsmə ilə oturub, haqq-hesab etdiklərini bildirir və Məsmənin ipoteka götürərək borclarını bağladığını bildirir. X20 nə qədər gözləyəcəyini bildirir, Hülya isə gözləməsini ona bildirir. Həmçinin həftənin sonu Hülya gəlib 250 manat bankın ayını ödəyəcəyini bildirir”, Üçüncü səs yazısının müddəti 03:11 təşkil edir və həmin səs yazısında X16 Pirverdiyeva ilə danışır və həmin səs yazısından görünür ki, Hülya Məsməyə bildirir ki, “Emilə deyərdin ki, heç utandın gedib arvadları polisə pirəndə”, Məsmə də bildirir ki, dedimdə, bu arvadları polisə tökdün, Emildə bildirib ) olmalıydı, pul verilməlidi, Məsmə bildirir ki, Emillə danışıb ona bildirib ki, hətta anasıda bildirir ki, versin faizi nədiödüyür, Emil isə bildirib ki yox mənim pulum 10 min manatdır. Hülya bildirir ki, Həmçinin Məsmə bildirir 9 alıb pulu sənə vermişəm, səndə etiraf edibsən. Dördüncü səs yazısının müddət 05:25 təşkil edir və həmin səs yazısında X16 Pirverdiyeva ilədanışır və həmin səs yazısından görünür ki, Məsmə Hülyaya bildirir ki, o Emil ilə danışıb və ona bildirib ki, Hülya onların pulunun 6 minini ödəməyi öhdəsinə götürür, lakin onlar bununla razılaşmayıb. Həmçinin Hülya bildirir ki,bu məhkəməyə gedəcək, uzanacaq, apellyasiyaya gedəcək, aliye gedəcək, Məsmə isə bildirir ki, prokuroluqda çağırsa, banditizimdə çağırsa bildirəcəm ki, almışam, vermişəm ödəyibdir, sonra bildirir ki, Hülyadeyibki Məsmə alıb mənə ödəyibdir. Daha sonra Hülya bildirir ki, get ay Arifə bu iş bir ildən tez qurtarsa, iş veriləcək prokurorluğa, onlar verəcək məhkəməyə, məhkəmədə yazacam ki, işə düzgün baxılmayıb, onlar verəcək aliyə, ali verəcək apellyasiyaya, hərəsinin 3 ay müddəti var, həmçinin Məsmə ona bildirir ki, bunların hamısında mən çağırılacam, Hülya isə deyir ki, bu ölmüş deyir ki, pulu Məsməyə vermişəm, mən isə deyirəm ki, bəli verib Məsmə verib mənə. Hülya isə bildirir ki, bəs mənim verdiyim nə idi konfet kağızı idi, Məsmə isə bildirir ki, 10 minin mənə heç bir aidiyyatı yoxdur, Hülya isə bildirir ki, sənə veriləni mən ödəmişəm. X21 bildirir ki, Arifənin pulunu verməyinin sübutu yoxdu, bidənə sənsən. Hülya Məsməyə bildirir ki, bəlkə deyəsən heç sənə pul verməyib Arifə, Məsmə isə onunla razılaşmır. Həmçinin Hülya bildirir ki, hər ay 500 manatdan pul verir, hətta 1000 manatda pul atdığını bildirir. (i.v.87) -12 iyul 2024-cü il tarixli 18-1-37/2-737/2024 saylı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X25 “Gəncə şəhər X10 Hüquqi Şəxs tərəfindən verilən məktubdan görünür ki, X11 xx.xx.2018-ci il tarixdən Gəncə şəhər Səhiyyə İdarəsinin mərkəzləşdirilmiş mühasibatlığına müvəqqəti sosial məzuniyyət yerinə kompüter üzrə mütəxəssis vəzifəsinə işə girib, xx.xx.2018-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilib.xx.xx.2018-ci il tarixdəGəncə şəhər Səhiyyə İdarəsinin mərkəzləşdirilmiş mühasibatlığına mühasib vəzifəsinə işə qəbul edilib, xx.xx.2021-ci il tarixdə yeni ştat cədvəlinə uyğun olaraq Gəncə şəhər X10 hüquqi şəxsin maliyyə şöbəsinin büdcə planlaması bölməsinin iqtisadçısı vəzifəsinə keçirilib, xx.xx.2022-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir..(i.v.89) - 15 iyul 2024-cü il tarixli 18-1-37/3-1-75/2024 saylı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X25 “Gəncə şəhər X10 Hüquqi Şəxs tərəfindən verilən məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Gəncə şəhər X10 X23 Səhət adına xəstəxanasının Hemodializ şöbəsində xadimə vəzifəsində işləyir.(i.v.97) - xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli üzləşdirməprotokollarından görünür ki, şahidTəqsirləndirilən şəxs2 ilə şahid X11, şahid Zərərçəkmiş şəxs qizi ilə şahid X11, Şahid3 ilə Şahid4, Şahid3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmişdir.(i.v.90-93,98-101,210-213) - “ExpressPay” ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs kredit ödənişlərini xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 250 manat və xx.xx.2023-cü il tarixdə 205 manat etmişdir. (i.v. 102- 108); - DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v.113) - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsəittiham elan edilməsi haqqında” qərardan görünür ki, X11 Azərbaycan Respublikası CM-nin178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur.(i.v.117) - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, X11 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir.(i.v.133-136) - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, X11 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v.141) - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur.(i.v.157) - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir.(i.v.175- 178) - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v.183) - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 4367 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur.(i.v.194) - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 4368 saylı arayışından görünür ki, X2 şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur.(i.v.195) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserdən xx.xx.2024-cü il tarixli 3131 saylı arayışdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhərrayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(i.v.196) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserdən xx.xx.2024-cü il tarixli 3132 saylı arayışdan məlum olmuşdur ki, X2 şəhər rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(i.v.197) - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 xx.xx.2024-cü il tarixli, 18-1-37/2-737/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 18-1-37/3-1-752/2024 nömrəli məktublar, Gəncə şəhər Psixonevroloji və Narkoloji Dispanserdən arayışlar, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-57-2/2-17640/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubu, 4 (dörd) ədəd qəbzlər, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 (bir) ədəd CD disk, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 (bir) ədəd CD disk, zərərçəkmiş şəxs və şahidlərin, təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri və cinayət işi üzrə toplanmış digər sənədləri ilə qiymətləndirilmişdir ( i.v.219-235); - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə barışmış,ona qarşı heç bir şikayət vətələbi yoxdur. Odur ki, onun cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli bank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın 25 faizi, yəni 751 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X11 ilə barışmış, ona dəymiş ziyanı tam olaraq ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli bank qəbzindən görünür ki, X11 zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın 25 faizi, yəni 1625 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətmələri ilə bağlı ittiham vermişdir. Qeyd edilməlidir ki, ictimai təhlükəli xarakter daşıyan cinayətlərdən biri də cinayət qanununda mülkiyyət əleyhinə törədilən cinayətlər fəslində öz əksini tapan dələduzluqdur (CM 178). Dələduzluq dedikdə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür. Bu cinayətin predmetini özgəninəmlakı və ya əmlaka olan hüquqları təşkil edir. Dələduzluq subyektiv cəhətdən yalnız təqsirin birbaşa qəsd forması ilə törədilir və təqsirkar özgə əmlakını qanunsuz olaraq ələ keçirmək niyyəti ilə hərəkət edir. Obyektiv cəhətdən isə bu cinayət törədilmə üsulunun özünəməxsusluğu ilə seçilir. Bu cinayəti törədən şəxs özgə əmlakını və ya əmlaka olan hüququnu aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeydedilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarınıəldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldəedərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuzolaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə,özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan,həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxudda əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn,əqdinpredmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldəedilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşmagörüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədigüdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam verməkhüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür.Etibardan suiistifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyatakeçirilməsi, zərər çəkmişşəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə dəəlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və yaüçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinəgötürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığıhalda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyiniüzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işigörmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallardada baş verir. Həmin Qərarın 5-ci bəndində izah edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərəkonların verilməsininşərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda vənəticədə zərər çəkmişşəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimiqiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqayiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədəkyaranmış olsun. Həmin Qərarın 36-cı bəndində isə qeyd edilir ki, şəxs heç bir səlahiyyətə malik olmayandigər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakinvasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yənialdatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 37-ci bəndində qeyd olunur ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Hazırkı halda isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə ittiham öz təsdiqini tapmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, məhkəmə iclasında bu faktı Zərərçəkmiş şəxs, onun oğlu Şahid2 və digər Şahid1 dindirilərkən qeyd etmişdir. Həmçinin dətəqsirləndirilən şəxs X11 6000 manat pulun Təqsirləndirilən şəxs2 tərəfindən ona verilməsini, sonradan 3500 manat pulun verilməsindən Təqsirləndirilən şəxs2 xəbəri olmadığını, həmin pulu ona zərərçəkmiş şəxsin oğlu Şahid2 tərəfindən verildiyini etiraf etmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş 3500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə dair epizod xaric edilməli və Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməli, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadələri, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, X5 əməlləri CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün olaraq tövsifedilmişdir Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar vardır. Belə ki, CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə “Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir”. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və X11 əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və X11 zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tam şəkildə ödədiklərindən, habelə vurulmuş ziyanın 25 faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə ödədiklərindənTəqsirləndirilən şəxs2 barəsində CM-nin 178.2.1 və 178.2.4-cü maddələri və X5 barəsində isə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət işinə CM-nin 73-1.2-ci və CPM-nin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli, habelə onların barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri cinayət işinə xitam verildiyinəgörə ləğv edilməli, iş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalı, maddi sübut 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X12oğlunaAzərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 220 (iki yüz iyirmi) manat, Gəncə Regional Vəkil Bürosunun vəkili X9 isə 12 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 132 (yüz otuz iki)manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X8 məhkəmədə 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 550 (beş yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və CM-nin 73-1.2-ci, CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 220 (iki yüz iyirmi) manat, Gəncə Regional Vəkil Bürosunun vəkili X9 isə 132 (yüz otuz iki)manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Təqsirləndirilən şəxs X8 göstərilmiş hüquqi yardıma görə müdafiəçi X4 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 550 (beş yüz əlli) məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-59/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-59/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver