Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-60/2025 25.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi – Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən yataqxananın otağına apararaq sonuncunun razılığı ilə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş, 2023-cü ilin may ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə yenə həmin ünvana apararaq Zərərçəkmiş şəxs razılığı ilə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş, daha sonra öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə soxmaqla qeyri-təbii yola cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs ailə üzvərinin vasitəsi ilə təxminən 2022-ci ildən tanımışdır. Hərbi xidmətdən gələndən sonra anası ona tanışı Nuranənin də razılığı ilə qızı Zeynəblə tanış olmağını təklif etmiş və tanış olmaq üçün Zeynəbin mobil telefon nömrəsini ona vermişdir. O, Zeynəblə bir müddət telefonla danışmış, həmçinin Zeynəblə Gəncə şəhər 18 saylı orta məktəbin bufetində bir neçə dəfə görüşmüşdür. Daha sonra Zeynəbin ailə üzvləri onların münasibətlərinə razı olmadıqları üçün onlar danışıqları azaltmışlar. O da, Zeynəbi evdə incitməsinlər deyə onunla daha az əlaqə saxlamışdır. 13 iyun 2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdə yatan vaxt polis əməkdaşları onun evinə gələrək Zeynəbin evdən qaçdığını və onunla bir yerdə olub-olmamasını soruşmuşlar. O isə Zərərçəkmiş şəxs onun evində olmadığını və harada olduğundan xəbərsiz olduğunu bildirmişdir. Bundan bir gün sonra polis əməkdaşları yenidən onun yaşadığı evə gəlib 2-ci Polis Şöbəsinə aparmış və orada ona Zərərçəkmiş şəxs ilə onun razılığı ilə cinsi əlaqədə olduğunu bildirmişlər, o, təhqiqatçıya Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmadığını, sonuncunun isə harada olmasını bilmədiyini söyləmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ifadə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin iyun ayından tanımış, Vüsal ilə əvvəlcə “instagram” vasitəsi ilə tanış olmuş, sonra isə mobil telefonla danışmışlar. Bundan sonra aralarında sevgi münasibətləri yaranmış, mütəmadi olaraq telefon vasitəsi ilə danışmışlar. Onlar bir neçə dəfə Vüsal ilə şəhər ərazisində görüşərək söhbət etmişlər, həmin vaxt Vüsal ona fikrinin ciddi olduğunu və onunla ailə həyatı qurmaq istədiyini bildirmiş, o da Vüsalı sevdiyi üçün sözlərinə inanmışdır. Vüsal ilə danışan zaman Vüsal onun 9-cu sinifdə oxuduğunu və 15 yaşının olduğunu bilmişdir. 2023-cü ilin may ayında Vüsal onu dayısının Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsində yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən evinə dəvət etmiş, o, Vüsalla bir yerdə həmin evə getmiş və həmin evdə olan vaxt Vüsal onunla cinsi əlaqədə olmaq istədiyini demiş, o da Vüsalın onu sevdiyini və onunla ailə həyatı quracağına inandığı üçün razılıq vermişdir. 2023-cü ilin may ayının sonlarında Vüsalla bir yerdə Gəncə şəhəri, Adilxan Ziyadxanov küçəsində yerləşən yataqxanada həbsxanada olan dayısına məxsus evə getmişlər, həmin vaxt o, otaqda olan çarpayıda öz razılığı ilə Təqsirləndirilən şəxsla təbii və qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onunla həmin evdə olan vaxt anası Aynurə də evə gəlib onları bir yerdə görmüş, Vüsal onunla cinsi əlaqədə olan vaxt bu barədə heç kimə heçnə deməməsini bildirmiş, o, da bu barədə heç kimə deməmiş, lakin sonradan evdən qaçdığına görə onu həkimdən müayinəsindən keçirtdiklər zaman bakirəliyinin pozulması ortaya çıxdıqdan sonra anasına və xalasına bu barədə danışmışdır. İfadəsinin sonunda o, bildirmişdir ki, ailəsi onun Vüsal ilə ailə qurmasına razı olmadığı üçün o, Vüsal ilə cinsi əlaqəda olmuşdur ki, ailəsi məcbur qalıb onu Vüsala ərə versin. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə (şahid qismində çıxış edərək) ifadə verərək bildirmişdir ki, o, Gəncə şəhər MKTİB-də dalandar işləyir. 13 iyun 2023-cü il tarixdə saat təxminən 05 radələrində o, evə gələndə görmüşdür ki, qızı Zeynəb evdə yoxdur. O, Zeynəbin anasının yanına gedəcəyini fikirləşərək ona zəng vurub onlarda olub-olmamasını soruşmuş, anası isə Zeynəbin onlarda olmadığını bildirmişdir. Bundan sonra o, saat 06:23 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmiş, səhəri gün isə bacısı, Turanə ona zəng vuraraq Zeynəbin gecə ona zəng vuraraq evdə sıxıldığını və onlara getmək istədiyini demiş və gecə gedib Zeynəbi öz evlərinə apardığını bildirmişdir. O da ona Zeynəbi evdə tapmadıqda polisə müraciət edərək bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları Zeynəbi Gəncə şəhər 2-ci Polis Şöbəsinə aparmışlar. Zeynəbin izahatını aldıqdan sonra onu tibbi ekspertizadan keçirmişlər. Həmin vaxt Zeynəbin bakirəliyinin pozulduğu müəyyən edilmiş, bundan sonra Zeynəb ona Aynurənin oğlu Təqsirləndirilən şəxsla guya sevgili olduğunu və Zeynəbi alacağı barədə vədlər verərək dayısının yataqxanada olan evinə aparıb həmin evdə cinsi əlaqədə olduğunu bildirmişdir. O, Zeynəbin Vüsalla telefonda danışdığını bilmiş, buna görə də onunla daim mübahisələr etmişdir. Lakin Zeynəb ona məhəl qoymayaraq Vüsalla danışmışdır. Sonradan Zeynəb ona Vüsal və anası Aynurənin guya onun qızının xoşbəxt olmasını istəməməsi barədə deyərək Zeynəbi ona qarşı qaldırmışdır. Həmçinin, Zeynəb ona Təqsirləndirilən şəxs onu həmin evə bir neçə dəfə apardığını, Zeynəbin həmin evə getməsini Vüsalın anası Aynurənin də gördüyünü bildirmişdir. X8 Vüsalla bir yerdə cinsi əlaqədə olmağı və sonra evdən qaçmağı bildirmişdir. Qızım Zeynəbin bakirəliyinin pozulduğunu bildikdən sonra Aynurə və Hökümə onun yanına gələrək qızının başqa həkimin yoxlamasını bildirmişlər. O da qızını bu məqsədlə Abbas Səhhət adına xəstəxanda həkim ginekoloq işləyən İradə həkimin yanına aparmışdır. Lakin İradə həkim ona qızının bakirəliyini yoxlamaq hüququn olmadığını, bakirəliyi ancaq ekspert həkimin yoxlamaq hüququ olduğunu deyərək müayinədən imtina etmişdir. Qızı Zeynəb ona Təqsirləndirilən şəxs 2023-cü ilin aprel və may aylarında yaşadığı yataqxananın birinci mərtəbəsində dayısına məxsus otaqda onunla təbii və qeyri təbii yolla cinsi əlaqədə olmasını demişdir. Zeynəb ona Vüsaldan başqa heç kimlə cinsi əlaqədə olmadığını, ancaq sonuncu ilə cinsi əlaqədə olduğunu demişdir. Məhkəmə istintaqında Şahid2 ifadə verərək bildirmişdir ki, Abbas Səhhət adına xəstəxanda həkim-ginekoloq vəzifəsində işləyir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onu bir dəfə xəstəxanada görmüşdür. Belə ki, Zərərçəkmiş şəxs dəqiq tarixini xatırlamadığı vaxt anası, nənəsi və iki nəfər tanımadığı qadınla yanına müayinəyə gəlmiş, Zeynəbin yanında olan qadınlar ona qızının evdən qaçdığını, sonra polis tərəfindən ekspertiza təyin edildiyini bildirərək qızlıq pərdəsini yoxlamağı xahiş etmişlər. O, da buna səlahiyyətinin olmadığı üçün qızı müayinə etməmişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs bacısı Nuranənin qızıdır, bacısı Nuranə onlarla qonşuluqda yaşayır, 13 iyun 2023-cü il tarixdə saat təxminən 03 radələrində Zeynəb ona zəng vuraraq evdə sıxıldığını və onlara gəlmək istədiyini demiş, o da bundan sonra küçəyə çıxaraq bacısı Nuranənin evi istiqamətinə getmiş, o Zeynəbi küçədə qarşılayıb öz evlərinə gətirmişdir. Zeynəb gecə onların evlərinə gələrək onlarda olmasını anası Nuranəyə deməməsini bildirmiş, o da həmin vaxt bu barədə Nuranəyə deməmişdir. Səhəri gün bacısı Nuranənin polisə müraciət etməsini bilmiş, bundan sonra o bacısı Nuranəyə Zeynəbin onların evində olduğunu bildirmiş, sonra polis əməkdaşları gəlib Zeynəbi polis şöbəsinə aparmışlar, bundan sonra Zeynəb ona Aynurənin oğlu Təqsirləndirilən şəxsla guya sevgili olmasını və Vüsalın Zeynəbi alacağı barədə vədlər verərək dayısının yataqxanada olan evinə aparıb həmin evdə cinsi əlaqədə olmasını bildirmiş, həmçinin Zeynəb ona Təqsirləndirilən şəxs onu həmin evə bir neçə dəfə aparmasını və Zeynəbin həmin evə getməsini Vüsalın anası Aynurənin də görməsini demişdir. Məhkəmə iclasında Şahid3 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs anası Nuranə ilə sinif yoldaşı olmuşdur. Onun oğlu Vüsal əsgərlikdə olarkən Nuranə ona tez-tez zəng edərək qızını oğluna verəcəyini, o da oğlu əsgərlikdən qayıtdıqdan sonra bu məsələni düşünəcəklərini bildirmişdir. Daha sonra onun oğlu ilə Nuranənin qızı bir-birini sevmiş və Zeynəb onlara valideynlərinin onu tez-tez döydüklərini və onu Vüsala verməyəcəklərini demişdir. İfadəsinin sonunda o, Zeynəbi qardaşının yaşadığı yataqxanada görmədiyini, onu bir dəfə dərzidə və xəstəxanada müayinə zamanı gördüyünü bildirmişdir. Məhkəmə iclasında ekspert X2 ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə verdiyi rəyi təsdiq edir. Daha sonra o, qeyd etmişdir ki, qızlıq pərdəsinin elastik olması onun tam və yaxud tam olmaması kimi də başa düşülə bilər. O, bildirmişdir ki, Zərərçəkmiş şəxs müayinə edərkən onun qızlıq pərdəsində cırılmalar olmuşdur. O, məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, cinsi əlaqənin qeyri-təbii yolla olmasının müddəti o halda müəyyən edilə bilər ki, müayinə edilən nahiyyədə xəsarət olmuş olsun, Zərərçəkmiş şəxs isə xəsarət olmadığından müddət müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında ekspert X5 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, vizual şəkildə baxaraq qızlıq pərdəsinin tamlığının pozulub pozulmamasını müəyyən etmək olur. Xəstəni ginekoloji stolda işıqlandırma vasitəsilə müayinə edirlər. Qızlıq pərdəsi sonradan bərpa oluna bilməz. Belə ki, qızlıq pərdəsində təbii oymalar və ya cırılmalar olur. Zərərçəkmiş şəxs isə müayinə zamanı cırılmalar olmuşdur. X3 videokonfrans vasitəsilə ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs müayinə edərkən qızlıq pərdəsi pozulmamış, lakin elastik olmuş yəni qızlıq pərdəsinin quruluşu cinsi əlaqəyə girməyə imkan vermişdir. Pərdənin dəliyinin diametri böyük olduğundan cinsi əlaqə imkan verir. Belə ki, dəlik 1,9-2 sm olmalı halda zərərçəkmiş şəxsdə diametri 2,5 sm olmuşdur. Anatomik quruluş anadangəlmə olur, cinsi əlaqə zamanı böyüyür. Digər ekspertin verdiyi rəyə münasibət bildirərək qeyd etmişdir ki, ola bilsin ki, yeni cinsi əlaqə zamanı sürtünmə nəticəsində çapıq toxumaya oxşar təbəqə əmələ gəlmiş və bu səbəbdən digər ekspert qızlıq pərdəsinin tamlığının pozulması barədə rəy vermişdir. Zərərçəkmiş şəxsdə pərdənin dəliyinin diametrinin böyüklüyü anadangəlmə olmuş, anal dəliyində xəsarət olmadığından qeyri-təbii yolla cinsi əlaqədə olmasının müddətini müəyyən etmək mümkün olmamışdır. X7 videokonfrans vasitəsilə ifadə verərək bildirmişdir ki, qızlıq pərdəsinin tamlığının pozulmadan cinsi əlaqədə olmaq mümkündür. Təqsirləndirilən şəxs qeyri-təbii yolla cinsi əlaqədə olması da rəydə əksini tapmışdır. Belə ki, şəxsin yaşı, orqanizmi və s.hallardan asılı olaraq bu anus dəliyində boşalmalar fərqli müddətlərdə ola bilər. Kənar büküşlərin hamarlaşması, həmin büküşlərə təzyiq olunması ilə baş verir. Sfinktorların boşalması iki cür olur: Daxili və xarici. Xarici boşalma insanın öz iradəsindən asılı olan, daxili isə insandan asılı olmayan boşalmadır. Əzələ öz funksiyasını itirdiyindən boşalma baş verir. Qeyri-təbii yolla cinsi əlaqədə olmanın müddəti isə müəyyən etmək mümkün deyil, çünki insandan insana dəyişir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə CM-nin 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata götürülmüşdür.(i.v.1); - 08 iyul 2023-cü il tarixli, 908 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji” Anatomiya Birliyinin məhkəmə-tibbi ekspertizasının rəyindən məlum olur ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulmanın müddəti iki həftədən artıqdır (köhnədir). Zərərçəkmiş şəxs anal dəlik nahiyəsində müəyyən edilmiş anus dəliyi sfinktorunun boşalması, şüavari büküşlərin qismən hamarlaşması əlamətləri anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdir (i.v. 15-19); - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən yataqxananın birinci mərtəbəsinə baxış keçirilmiş və həmin yerin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.- 22-25); - xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığı üçün anası X4 cinayət işi üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. (i.v.40); - 28 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-da şühəli şəxs qismində tutulmuşdur. (i.v.73, 82); - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.94); - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilməmişdir(i.v.102-104); -xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 124-125); - 19 oktyabr 2023-cü il tarixli 673 nömrəli Kompleks Ambulator Məhkəmə Psixatrik VƏ Psixoloji Ekspertizasın rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməl zamanı hər hansı bir ruhi (psixi) xəstəlik, yaxud müvəqqəti ruhi (psixi) pozuntu, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, həmin vaxt öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs əsas fərdi psixoloji xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Onun davranışında aqressivlik əlamətləri müşahidə olunmur.Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur.Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, ona qarşı Təqsirləndirilən şəxs tərəfindən edilən seksul xarakterli hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilər. Zərərçəkmiş şəxs əqli və psixi inkişafın xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir.Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqa zidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur. Zərərçəkmiş şəxs yalan danışmağa meyilli deyildir. (i.v. 131-133); - 30 noyabr 2023-cü il tarixli 760 nömrəli Kompleks Ambulator Məhkəmə Psixatrik və Psixoloji Ekspertizasın rəyi ilə müəyyən olunmuşdur ki, məhkəmə psixatrik ekspertizası üzrə:Təqsirləndirilən şəxs hər hansı xroniki ruhi (psixi) xəstəlik, psixi fəaliyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törətdiyi zaman hər hansı ruhi (psixi) xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməməsi səbəbindən o öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli A.R. CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hazırda hər hansı bir ruhi (psixi) xəstəlikdən və ya müvəqqəti ruhi (psixi) pozğunluqdan əziyyət çəkmir. O, öz hərkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Onun hal- hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərkən adi psixi-emosional halda olmuşdur. O, ona şamil edilən cinayət hadisəsini törədərkən güclü ruhi həyacan vəziyyətində (affekt) olmamışdır (keçirməmişdir) (i.v.151-153); -Gəncə şəhər Psixonevroloji Dispanserinin 06 dekabr 2023-cü il tarixli 4196 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (144); - Gəncə şəhər Narkoloji Dispanserinin 06 dekabr 2023-cü il tarixli 7653 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (145); - xx.xx.2023-cü il tarixli, 3463 nömrəli Gəncə şəhər Abbas Səhhət adına xəstəxana tərəfindən verilmiş arayışdan görüür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qıcolma diaqnou ilə ambulator müalicə almışdır (i.v 146); - Gəncə şəhər Narkoloji və Psixonevroloji Dispanserinin 06 dekabr 2023-cü il tarixli 7654 və 4195 nömrəli arayışlarından görünür ki, Zərərçəkmiş şəxs həmin dispanserlərdə qeydiyyatda durmur (147-148); Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023cü il tarixli arayışından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.151); - 16 fevral 2024-cü il tarixli “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin canlı şəxsin ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. 2.Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyritəbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddət haqqında fikir söyləmək mümkün deyildir (i.v.156-158); - 06 avqust 204-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadələri, kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının rəyləri və digər istintaq hərəkətlərinin protokoları sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir ( 167-175); Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaması zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə-üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. Göründüyü kimi, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin aralarındakı yaş fərqi 2 ildən çox olmuşdur. Bununla da məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını onların ər-arvad münasibətlərində olması kimi deyil, təqsirləndirilən şəxs tərəfindən aşkar surətdə on altı yaşına çatmayan zərər çəkmiş şəxslə cinsi əlaqədə olması kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı toplanmış sübutları birgə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa,“Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 1997-ci il tarixli 3 nömrəli Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 25 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 tutulduğu 02 (iki) gün müddət (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 192 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Tanrıverdi oğluna işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-60/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-60/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver