Məhkəmə qərarları › İş №1(125)-61/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-61/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-61/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göygöl rayonu, Hacıməlik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla, Gəncə şəhəri, DOS-102, ev 134-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,289 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və gəzdirmiş, bu barədə Gəncə şəhər BPİ-nin CAİ-nə daxil olmuş məlumat əsasında 11 iyul 2022-ci il tarixdə, saat 01:30 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasının yaxınlığında saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasına aparılmış və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,289 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadəsi, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasının yaxınlığında olan zaman yerdən siqaret falqasına bükülmüş büküm tapmış və açıb içərisinə baxan zaman özü narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün həmin kütlənin içərisində psixotrop maddə kimi tanıdığı “patı” olduğunu görmüş və ehtiyacı olanda özü istifadə etmək üçün əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoyaraq yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində yaşadığı evdən çıxıb həmin “patı”nı heç kimin olmadığı bir yerdə tapıb istifadə etmək üçün Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasının yaxınlığına getmişdir. Həmin mağazanın yanında olarkən mülkü geyimdə 2 nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər, onun qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhər BPİ-nə gəlməyi üçün dəvət etmişlər,o, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmişdir.Orada ona hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi verilmiş,bundan sonra müdafiəçinin iştirakı və vidoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuşdur. Sonra polis idarəsində polis əməkdaşı ona üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməyi, əsk təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, da artıq polis əməkdaşlarının üzərinə psixotrop maddə “patı” saxlamağından xəbərləri olduğunu bilib polisləri aldatmağının mənasız olduğunu başa düşmüş və əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd sellofan bükülünün içərisində kağız falqaya bükülmüş halda olan psixotrop maddəni təqdim etmişdir. Sorğu zamanı həmin kütlənin psixotrop maddə “patı” olduğunu, ona məxsus olduğunu, həmin bükülünü xx.xx.2022-ci il tarixdə günorta saatlarında “Bolmart” mağazasının yaxınlığından yerdən tapdığını, həmin psixotrop maddədən heç kimə satmadığını, həmin bükülüdən istifadə etmədiyini, başqa yerdə saxlamadığını, eyni zamanda həmin kütlədən heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,66 qram olmuş, aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə qablaşdırılaraq üzəri möhürlənib imzalarla təsdiq olunmuşdur. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o, da imza etmişdir. Sonda o, etdiyi əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəriŞahid1ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra idarənin NMB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyul 2022-ci il tarixdə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospekti “Bolmart” mağazasının yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər. Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşmışlar, xidməti vəsiqələrini təqdim edərək barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhər BPİ-nin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş,bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs əynində olan boz rəngli idaman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni təqdim etmişdir. Daha sonra təhqiqatçı Elşən Muxtarov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf rəngli sellofana baxış keçirilən zamanı orada ağ rəngli, kəskin iyli, ilk görünüşdən psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş pisxotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə gecə saatlarında Gəncə şəhəri “Dəyirman dairəsində” yerləşən “Bolmart” marketin yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş pisxotrop maddə olan metamfetaminin şəffaf rəngli sellofan ilə birlikdə tərəzidə çəkilərək çəkisi 0.66 qram müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bir ədəd sellofan zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə X3 azad edilmişdir. - xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə BPİ-nin İTİnin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Muxtarov Elşən oğlu NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və PPXT-nin polis nəfəri, polis serjantı Şahid1, KTB-nin inspektoru kriminalisti, polis kapitanı X2 və Müdafiəçi1 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni təqdim etmişdir. Daha sonra təhqiqatçı Elşən Muxtarov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf rəngli sellofana baxış keçirilən zamanı orada ağ rəngli, kəskin iyli, ilk görünüşdən pisxotrop maddə olan metamfetaminə bənzər kütlənin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş pisxotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Dəyirman” dairəsində yerləşən “Bolmart” mağazasının yaxınlığında yerdən tapdığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş pisxotrop maddə olan metamfetaminin şəffaf rəngli sellofan ilə birlikdə tərəzidə çəkilərək çəkisi 0.66 qram müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində pisxotrop maddə-metanfetamin olan bir ədəd sellofan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/815 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,289 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (Metamfetaminin təmiz çəkisi 0,289 qr., təfqiqata sərf edilmiş 0,04 qr.,qalıq 0,249 qr.). - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1537 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, pisxotrop maddə olan metanfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli,1(125)-61/2023nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və barəsində axtarış elan edilmişdir. - xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan və ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq 2 saylı İstintaq Təcridxanasına köçürülməsi üçün Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmiş və müəssisəyə daxil olmuşdur. - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli və Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nİİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 01 ay 11 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün, cəmi 01 ay 13 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Hal-hazırda Təqsirləndirilən şəxs faktiki olaraq Gəncə şəhərində yaşasa da, onun rəsmi qeydiyyatı Göygöl rayonu olduğu üçün gələcəkdə onun qeydiyyatda olduğu ərazi üzrə müəyyən sənədlər almaq üçün Göygöl rayonuna gəlmək zərurəti yarana bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, qeydiyyatda olduğu Göygöl rayonunun və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.249 qram çəkidə olan psixotropmaddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 01 ay 11 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 02 ay 26 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, qeydiyyatda olduğu Göygöl rayonun və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsunvə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.249 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar