Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-61/2025 06.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 234.1-ci (13 dekabr 2023cü il tarixədək olan redaksiya) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Təndir” çörək sexinin sol tərəfində yerləşən binaların yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan Mosu, Eşqin və Vaqif adlı şəxslərlə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını pozub ətrafda olan şəxslərə qarşı laqeydlik göstərib kobud hərəkətlər etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək elementar davranış, əxlaq və mənəviyyat normalarını pozub Zərərçəkmiş şəxs onun yaşadığı evin ünvanını başqa şəxsə verməsini cüzi səbəb kimi gətirib çoxsaylı insanların gözü qarşısında onu nalayiq ifadələrlə təhqir etmiş, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib yanında olan Mosu, Eşqin və Vaqif adlı şəxslərlə birlikdə yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq onda üst çənədə iki ədəd kəsici dişin travmatik sınığı, hər iki dodağın selikli qişasının qançırı və səthi yaraları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, burun və sol qulaq seyvanının qançırları, sol gözün alt qapağının sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,233 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Gəncə şəhəri, Humanitar Kollecin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,233 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 (13 dekabr 2023-cü il tarixədək olan redaksiyaya uyğun olaraq) və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilməmiş, belə ki, o, özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hamı onu “Vaska” kimi tanıyır, lakin əsil adı Bilaldır. O, zərərçəkmiş şəxs Musanı döyməsi ilə bağlı sonuncunu təxminən bir il olar ki tanıdığını və Musanın bacısı Fatimə ilə münasibəti olduğunu bildirmişdir. Gülər adlı qızı isə Fatimənin vasitəsilə tanımışdır. Gülər onun evinə qonaq gəlmiş və bir müddət onun evində qalmışdır. Musa bu barədə Gülərin bacısına yazmış, Gülərin bacısı da bu haqda Bakı şəhər polis idarəsinə məlumat vermişdir. Daha sonra Musanın Gülərin bacısına sonuncunun “niyə onun yanında qalmasını deməsinə” görə onların arasında narazılıq olmuşdur. Bundan sonra xx.xx.2023cü il tarixdə saat 17:00 radələrində Gəncə şəhəri, Atatürk prospektində o, Musanı görmüş, avtomobildən düşüb ona yaxınlaşmış və kənara çəkilərək söhbət etməyi təklif etmişdir. Musa etiraz etməmiş və birlikdə “Şəfa” aptekin qarşısında çörək sexinin arxasına keçmişlər. Bundan sonra aralarında mübahisə olmuş və o, Musa ilə dalaşaraq onu döymüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Musaya yaxınlaşan zaman yanında 4-5 nəfər olmuş, lakin o, həmin şəxsləri tanımamışdır. Daha sonra o bildirmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 4a-nın qarşısında yerləşən çayçıda dostları ilə çay içərək çölə çıxmış və 5-6 nəfər ona yaxınlaşaraq 3-cü polis bölməsinə aparmışlar. Onu 4-5 nəfər döymüş, yığım vaxtı olduğunu və narkotik maddənin ona məxsus olması ilə bağlı ittihamı qəbul etməyi boynuna almalı olduğunu bildirmişlər. Polis əməkdaşları onu döyərək narkotiki üzərinə götürməsə üstünə külli miqdar narkotik qoyacaqlarını bildirmişlər. O, narkotik vasitədən əvvəl isifadə etmiş, lakin həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu döyən zaman gözü göyərmiş, bədənində qızartılar yaranmışdır. Onu MSY-nə təhvil verilən zaman təcili tibbi yardım çağırmış, həkim onu müayinə etmiş və onda xəsarətlər olduğunu görmüşlər. O, polislər tərəfindən döyülməsi barədə heç bir yerə şikayət etməmiş, məhkəmə iclasının keçirilməsini və məhkəmədə hər şeyi danışacağını düşünmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımışdır. Bilal ilə münasibətlərinin pozulmasına səbəb onun danışdığı qız üstündə olmuşdur. Onlar Bilalgilə getmiş, danışdığı qız bacısının onlarda olmasını soruşmuş, o da cavabında bacısının Bilalgildə olduğunu demişdir. Bilal da ona əsəbləşərək niyə onların ünvanını söylədiyinə irad bildirmişdir. Bilal günortaya yaxın “Şəfa” aptekin yanında maşından düşüb ona yaxınlaşmışdır. Həmin vaxt Bilalın yanında 4-5 nəfər dostları olmuşdur. Bilal ona evinin yerini deməsinin səbəbini soruşaraq onunla dalaşmağa başlamış, təpik-yumruq ilə burun və kürək hissəsinə vurmuşdur. Onda kəllə-beyin travması olduğundan Bilal onu vuran zaman yerə yıxılmışdır. Kənardan keçənlər onları aralamış və o, “Təndir çörək” tərəfindən gedib maşına minib evə gəlmişdir. Ertəsi günü polis əməkdaşları ilə xəstəxanaya getmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmamasını bildirmiş və sonuncuya cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, o, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə şöbəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz olaraq əldə edib üzərində saxlamasında və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 13:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Humanitar Kollecin yaxınlığında olmasını müəyyən etmiş, tərəflərindən saxlanılmış, qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 3-cü PB-in inzibati binasına dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iclasında Şahid2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 27 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, toplanmış HK-1/893 nömrəli material əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********** nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır.(i.v.1); - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. (i.v.9, 19); - 27 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis Şahid1, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin polis sahə rəisi polis leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2, barəsində axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli üst gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqası aşkar olundu. Qeyd olunan siqaret falqa bükümünün çərisində tünd qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar olundu. Vət. Təqsirləndirilən şəxs üzərində saxladığı həmin gümüşü rəngli siqaret falqası bükümündə olan kütlənin narkotik vasitə olan “kakos” tam adlandırdığı heroin olduğunu, 2 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixində Gəncə şəhəri, 27/05 dairəsinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi kiçik ölçülü içərisində narkotik vasitə heroinə bənzər olan gümüşü rəngli siqaret falqasının bükümü “Yingjie” markalı elektron tərəzidə çəkildi və çəkisi 0.33 (sıfır tam yüzdə otuz üç) qram gəldi. Həmin gümüşü rəngli siqaret falqası 1 saylı zərfə qablaşdırıldı və zərfin üzəri qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 182 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü (i.v.32-33); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin 27 sentyabr 2023-cü il tarixli 16/957 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,233 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30.40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir (i.v.41-43); - 28 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır.(i.v. 57); - 28 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v. 65-67); - 28 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MYS-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v. 78-79); - 02 oktyabr 2023-cü il tarixli, 573 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs SHXÇÜDX- Gəncə şəhər Nizami rayon xx.xx.2020-ci il tarixdə 86 saylı göndərişlə müraciət etmiş, diaqnozun dəqiqləşdirilməsi üçün Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış stasionar xəstəxanada müayinə olunması məsləhət görülmüşdür (i.v.88); - Gəncə şəhəri Narkoloji dispanserinin 02 oktyabr 2023-cü il tarixli, № 6235 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.89); - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə olunmuş, xx.xx.2019-cu il tarixdə cəriməni tam şəkildə ödəmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən (Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən) 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarı ilə 01 ay 24 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə məsuliyyətə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPMnin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (i.v. 91-92); - 20 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.93-93); - 09 noyabr 2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görüür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs Rami oğlu həmin tarixdə saat 10:30 dəqiqədə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir (i.v.93); - 09 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.98); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X6 Məcburi Narkoloji-Tibbi Yoxlamanın 02 oktyabr 2023-cü il tarixli 1640 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.107); - 10 noyabr 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********** nömrəli cinayət işləri ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir (i.v 113-114); - 25 iyul 2023-cü il tarixli “cinayət işinin başlanılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılmışdır ( iş.v. 116); - 18 aprel 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, təhqiqatçı X1 Musa İlqar oğlunun müraciəti əsasında hadisənin baş verdiyi yerə gəlmiş, hadisə yeri Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa”apteklə üzbəüz yolun qarşısında “Docta” aptekin arxasındadır. Zərərçəkmiş şəxs deməsinə görə Vasif adlı tanışı və yanındakı dostları tərəfindən həmin yerdə döyülmüşdür (i.v.124-125); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 18 aprel 2023-cü il tarixli 547 nömrəli canlı şəxsin ekpertizası üzrə rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs üzərində müəyyən edilmiş xəsarətlər- üst çənədə iki ədəd kəsici dişin travmatik sınığı, hər iki dodağın selikli qişasının qançır və səthi yaraları, burun və sol qulaq seyvanının qançırları, sol gözün alt qapağının sıyrığıbərk KÜT əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcəsinə görə üst çənədə iki ədəd kəsici dişin travmatik sınığı, hər iki dodağın selikli qişasının qançır və səthi yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir, burun və sol qulaq seyvanının qançırları, sol gözün alt qapağının sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (i.v.127-129); - 18 aprel 2023-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi haqqında” protokoldan görünür ki, toplanmış HK1-/1280 nömrəli material ərazi aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirilmişdir (i.v. 130); - 02 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.164-165); - 02 avqust 2023-cü il tarixli “ittiham elan edilməsi üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbayca Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş və tutulduqda Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir (i.v.166); - 02 avqust 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır (i.v.168); - 09 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.173); - 09 noyabr 2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30 dəqiqədə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına könüllü gələrək özünü təqdim etmişdir (i.v.175); - 09 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 196-197); - 10 noyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-i maddəsi ilə olan ********** nömrəli cinayət işi icraata qəbul edilməklə istintaq aparılmışdır (i.v. 201); - 10 noyabr 2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********** nömrəli cinayət işi Azəraycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.1 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir (i.v. 203- 204); - 15 noyabr 2023-cü il tarixli “ təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 221.2.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.219-220); - 28 noyabr 2023-cü il tarixli 755 saylı Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman o, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. O, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. O, halhazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona şamil edilən əməli törədərkən onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur (i.v.231-233); - 06 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.239-240); - 06 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” qərardan görünür ki, o, özünü qismən, Azərbayca Respublikası CM-nin 234.1 və həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bilmişdir (i.v. 251-254); - 08 yanvar 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin, 3-cü PB-in təhqiqatçısı, polis mayoru X4, Gəncə şəhər BPİ-nin, 3-cü PB-in əməliyyat müvəkkili, polis mayoru Şahid1, Gəncə şəhər BPİ-nin, 3-cü PB-in sahə rəisi, polis leytenantı Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirir. Daha sonra gümüşü rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni xx.xx.2023-cü il tarixində axşam saatlarında 27/05 dairəsinin yaxınlığında yerdən siqaret qutusunun içərisindən tapdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədilə üzərində saxlamadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağız bükümdə olan ilk baxışdan heroinə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 0,33 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Müdafiəçi ona hər hansı bir fiziki və ya psixi təsirin olub- olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir (i.v.259); - 01 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 221.2.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.268-269); - 24 iyul 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.272-273); - 24 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, iş üzrə məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının, məhkəmə tibbi ekspertizasının rəyləri, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir (i.v.282-294); - 24 iyul 2024-cü il tarixli “cinayət işinin materiallarından ayrıca materialın ayrılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-ni 234.1-ci maddəsi ilə olsn ********** nömrəli cinayət işinin istintaq materiallarından iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxladığı təmiz çəkisi 0,233 qram çəkidə olan narkotik vasitə heroinin əldə etdiyi mənbə müəyyən edilə bilmədiyindən həmin mənbəyə görə cinayət işinin istintaq materiallarından ayrıca material ayrılmışdır (i.v. 296-297); - 24 iyul 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa Mosu, Vaqif və Eşqin kimi məlum olan şəxslər ilə bir qrup şəxs halında Musa Rəcəbva qəsdən əl və ayaq zərbələri vurmaqla burun və sol qulaq seyvanının qançırları, sol gözün alt qapağının sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlər, həmçinin üst çənədə iki ədəd kəsici dişin travmatik sınığı, hər iki dodağın selikli qişasının qançır və səthi yaraları xəsarətləri yetirmələri ilə bağlı Mosu, Vaqif və Eşqin adlı şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə hazırki cinayət işindən başqa cinayət işi ayrılmış, ayrılmış cinayət işi ********* nömrəsi ilə istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir (i.v.300-302); - 27 sentyabr 2023-cü il tarixli, 650 nömrəli tutulmuş şəxsin tibbi kitabçasının surətindən görünür ki, X11 tutulmazdan əvvəl sol gözünün hematoması baş vermişdir. - xx.xx.2023-cü il tarixli MSY-nin “tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs ilkin müayinə zamanı xəsarəti olmuş, TTTYS-nin həkimi tərəfindən müayinə olunmuşdur. -18 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən üzrərinə narkotik vasitə qoyulması, əməli etiraf etməsi məqsədi ilə fiziki zorakılığa, işgəncələrə və qeyri-insani rəftara məruz qalması öz təsdiqini tapmamışdır. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Təqsirəndirilən şəxsə cəza verilməməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən həmin Məcəlləsinin 234.1 və 221.2.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstərməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmiş və sübutlar təqdim etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri, şahidlərin verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis Şahid1, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin polis sahə rəisi polis leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2, barəsində axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli üst gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqası aşkar olunmuşdur. Qeyd olunan siqaret falqa bükümünün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı həmin gümüşü rəngli siqaret falqası bükümündə olan kütlənin narkotik vasitə olan “kakos” tam adlandırdığı heroin olduğununu bildirmişdir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə belə ifadə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə və həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən, eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə inayət məsuliyyəti nəzərdə tutur. Belə ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını pozub ətrafda olan şəxslərə qarşı laqeydlik göstərib kobud hərəkətlər etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək elementar davranış, əxlaq və mənəviyyat normalarını pozub Zərərçəkmiş şəxs onun yaşadığı evin ünvanını başqa şəxsə verməsini cüzi səbəb kimi gətirib çoxsaylı insanların gözü qarşısında onu nalayiq ifadələrlə təhqir etmiş, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib yanında olan Mosu, Eşqin və Vaqif adlı şəxslərlə birlikdə yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, burun və sol qulaq seyvanının qançırları, sol gözün alt qapağının sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən hal məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi ilə bir daha təsdiq olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əvvəldən qısa müddətlik tanışlıq münasibətləri olmuş, daha sonra cüzi səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı təqsirləndirilən şəxs tək olmamış, aralarında yaranmış münaqişə zamanı zərərçəkmiş şəxsə xəsarətlər yetirilmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin niyyəti hadisə vaxtı ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olmuşdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi ilə düzgün ittiham verilmişdir. Bedlə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında yaranmış cüzi səbəbdən sonuncu öz şəxsiyyətini üstün göstərərək və cüzi bəhanə ilə münaqişə yaradaraq xuliqanlıq hərəkətləri törətmişdir. Beləliklə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilmişsə əməl xuliqanlıq kimi qiymətləndirilməlidir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Həmin Qərarının 11-ci maddəsinə əsasən xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyəti nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, şəxsin əvvəllər də digər növ cinayətləri törətməsini (Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə) nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 1 saylı Vəkil Bürosunun vəkili X5 32 (otuz iki) saat üçün nəzərdə tutulan 192 (yüz doxsan iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 234.1-ci ilə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-nin 221.2.1 maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə isə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 0,183 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 192 (yüz doxsan iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-61/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-61/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver