Məhkəmə qərarları › İş №1(125)-62/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-62/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-62/2025 16.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 14 avqust 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəməklə talamışdır. Belə ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs MMC-nin (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən, “OBA-Gəncə 28” filialında cəmiyyətin xx.xx.2021-ci il tarixli 134 saylı əmrilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində administrator vəzifəsində işləyərkən xx.xx.2021-ci il tarixli əmək və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza administratorunun vəzifə təlimatına əsasən anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına, kassa əməliyyatlarına, kassaların təhvil-təslim prosesində iştirak və əməliyyatların doğru aparılmasına nəzarət edilməsi, mal qəbulu əməliyyatlarının həyata keçirilməsi, mal qəbulu zamanı baş verən problemlərin həlli üçün müvafiq strukturlara müraciət edilməsi, satış zamanı alınan məhsulların qaytarılma, dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət edilməsi, mağazanın sayılması üçün lazımı tədbirlərin görülməsinin təşkil edilməsi, qəbul edilən məhsulların sayını, satışa yararlığının yoxlanılması, mağaza büdcəsi, sifariş, xərclər, qalıq hesabatlarının, habelə işəgötürənə ziyan vurma hallarına yol verilməməsi və digər işlərin görülməsini və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib özgə əmlakı qanunsuz və əvəzsiz olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr ərzində mağazanın inventarında olan satış üçün tam maddi məsuliyyətinə götürdüyü 52.438,03 (əlli iki min dörd yüz otuz səkkiz manat üç qəpik) manat dəyərində məişət və qida məhsullarının 18.826,32 (on səkkiz min səkkiz yüz iyirmi altı manat otuz iki qəpik) manat dəyərində olan hissəsini istintaqa məlum olmayan vaxtda mağazadan çıxararaq həmin məhsulların satışından əldə olunan pulu kassaya mədaxil etmədən istintaqa məlum olmayan şəxslərə satmaqla əldə etdiyi həmin pul vəsaitini, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində qeyd olunan mağazanın kassasından şirkətə məxsus məhsulların satışından əldə olunmuş və inkassatora təhvil verilməli olan pulun 7.179,64 (yeddi min yüz yetmiş doqquz manat altmış dörd qəpik) manatını, ümumilikdə 26.005,96 ( iyirmi altı min beş manat doxsan altı qəpik) manat məbləğində ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək və israf etməklə talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 22 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də satıcı-kassir kimi işə qəbul olunmuş və 03 mart 2021-ci il tarixdən 29 mart 2022ci il tarixə kimi Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Gəncə OBA-28” mağazasında adminstrator vəzifəsində çalışmışdır. Adminstrator vəzifəsinə qəbul olunduğu zaman onunla cəmiyyət arasında tam maddi məsuliyyət haqqında müqavilə və əmək müqaviləsi bağlanmış, anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına, kassa əməliyyatlarına, kassaların təhvil-təslim prosesində iştirak və əməliyyatların doğru aparılmasına nəzarət edilməsi, mal qəbulu əməliyyatlarının həyata keçirilməsi, mal qəbulu zamanı baş verən problemlərin həlli üçün müvafiq strukturlara müraciət edilməsi, satış zamanı alınan məhsulların qaytarılma, dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət edilməsi, mağazanın sayılması üçün lazımı tədbirlərin görülməsinin təşkil edilməsi, qəbul edilən məhsulların sayını, satışa yararlığının yoxlanılması, mağaza büdcəsi, sifariş, xərclər, qalıq hesabatlarının, habelə işəgötürənə ziyan vurma hallarına yol verilməməsi və digər işlərin görülməsi kimi səlahiyyətlər ona həvalə olunmuşdur. Ondan başqa həmin vaxt marketdə Aynur, Əsəd, Mətanət adlı şəxslər işləmiş və onlar satıcı-kassir vəzifəsində çalışmışlar. 23 noyabr 2021-ci il tarixdə cəmiyyətin inventarizasiya komissiyası marketə gələrək sayım keçirmiş, məişət və ərzaq mallarının siyahısı üzrə akt tərtib olunmuş və aktın düzgünlüyü tərəfindən imzalanaraq təsdiq olunmuşdur. 11 mart 2022-ci il tarixdə inventarizasiya komissiyası tərəfindən növbəti sayım keçirilmişdir. Bundan sonra əksik mallar olduğundan audit yoxlaması keçirilərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr intervalında 18.826,32 AZN məbləğində mal əksiyi, bundan başqa 7.179,64 AZN məbləğində seyf kəsiri olmaqla ümumilikdə 26.005,96 AZN məbləğində maddi ziyan aşkar olunmuşdur. Marketə firmalardan və depolardan gələn mallar onun tərəfindən qəbul edilməklə onun tərəfindən və malı gətirən səlahiyyətli şəxs tərəfindən imzalanmaqla bir nüsxəsi onda, bir nüsxəsi firmada qalmış və həmin mallar təhvil-təslim aktı əsasında depo tərəfindən sistemə işlənmişdir. Videogörüntülərdə olduğu kimi kassadan müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul götürməyini və pos-kassadan keçirilmədən satış etdiyini etiraf edir. Həmçinin mağazada sonuncu yoxlama dövründə malların sayımı zamanı mal çatışmazlığı olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən təqsirini etiraf etməsini və işlədiyi marketə vurduğu ziyanın təxminən yarısını ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də xx.xx.2020-ci il tarixdə satıcı kassir vəzifəsində işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdən adminstrator vəzifəsində işləməyə başlamış və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Gəncə Oba 28” mağazasında adminstrator vəzifəsində çalışdığı zaman tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Elcan adminstrator vəzifəsində çalışdığı dövrlərdə kassa-seyf kəsirləri aşkar olunmuş, həmçinin operativ nəzarət şöbəsi tərəfindən aparılan təftiş zamanı Təqsirləndirilən şəxs adminstrator vəzifəsində çalışdığı dövrlərdə kassadan müxtəlif məbləğlərdə pul vəsaitlərini kassadan götürməsini, malları pos-kassadan keçirmədən satış etməsini əks etdirən videogörüntülər əldə olunmuşdur. Bundan sonra “Gəncə Oba-28” mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən invertarizasiya yoxlaması keçirilmiş 18.826,32 AZN məbləğində mal kəsiri aşkar edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının auditi Şahid7 tərəfindən audit yoxlaması keçirilmiş invertarizasiya sənədləri, mühasibatlıq sənədləri əsasında xx.xx.2021-cil tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 7.179,64 AZN kassa kəsiri, 18.826,32 AZN məbləğində ərzaq və qeyri ərzaq malları kəsiri, ümumilikdə 26.005,96 AZN maddi ziyan müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən MMC-yə vurulmuş maddi ziyan qismən ödənilmişdir. Ona görə də mülki iddialarının təmin edilməsini və təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2021-ci il tarixdən 2022-ci ilə qədər ünvan 4 ünvanında yerləşən “Gəncə OBA-28” mağazasında baş satıcı vəzifəsində işləmişdir. O həmin marketdə işləyən zaman adminstrator Təqsirləndirilən şəxs tam maddi məsul şəxs olmuşdur. Ondan başqa marketdə satıcı kassir olaraq Mətanət və Şahid2 adlı şəxslər işləmişdir. İş fəaliyyəti malların yığılması, satışı və marketin təmizliyini təmin etmək olmuşdur. Təqsirləndirilən şəxs mağaza müdiri kimi gələn malların təhvil-təslimi, qəbulu, kassa hesabatı, gün sonu raportunun çıxarılmasını həyata keçirmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə kassadan müxtəlif məbləğdə pullar götürərək xırdalayacağını bildirərək cibinə qoymuş və ya onlara xırdalanması üçün pul ayrılmasını 1 nəfərin gəlib həmin pulu götürəcəyini bildirmişdir. Kassa təhvil-təslimi və hesabata özü nəzarət etdiyi üçün həmin pulun xırdalanaraq kassaya qayıdıb-qayıtmamasından xəbəri olmamışdır. Bundan başqa topdan satış edilən zaman mallar pos-kassadan keçirilmədən maşınlara yüklənmişdir. Pos-kassadan keçirilməməsinin səbəbi OBA Market-də belə bir qayda olmuşdur ki, topdan satış etmək qadağan olmuşdur. Elcan da həmin malları satdıqdan sonra hissə-hissə pos-kassadan keçirəcəyini bildirmişdir. Həmin malların satışı müqabilində əldə olunan məbləğin aqibəti və malların daha sonra pos-kassadan keçirilib-keçirilməməsindən xəbəri olmamışdır. Daxili Nəzarət şöbəsi gələn ərəfədə videogörüntülərin silinməsi ilə bağlı qeyd etmişdir ki, marketin 2 açarı olmuşdur. Onlardan biri mağaza müdirində, digəri isə səhər marketi açacaq olan şəxsdə olmuşdur. Kameralar işləməyən gündən öncəki gün mağaza bağlanan zaman kameralar işlək vəziyyətdə olmuş, lakin səhər mağaza açılan zaman kameraların işləmədiyini görmüşlər. Məhkəmə iclasında elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 1998-ci ildən müstəqil audit kimi işləyir. Şirkətlərin dəvəti əsasında müqavilə bağlayaraq audit fəaliyyətini həyata keçirir. xx.xx.2023-cü il tarixdə “Gəncə OBA-28” mağazasının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrünü əhatə edən audit yoxlaması keçirilərək invertarizasiya sənədləri, sayım aktı, qaimə və fakturalar, Təqsirləndirilən şəxs ilə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə və digər mühasibatlıq sənədləri nəzərdən keçirilərək həmin dövr üzrə 7.179,64 (yeddi min yüz yetmiş doqquz manat altmış dörd qəpik) AZN kassa kəsiri, 18.826,32 (on səkkiz min səkkiz yüz iyirmi altı manat otuz iki qəpik) AZN məbləğində ərzaq və qeyri ərzaq malları kəsiri, ümumilikdə 26.005,96 (iyirmi altı min beş manat doxsan altı qəpik) AZN məbləğində maddi ziyan müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2021-2022-ci illərdə ünvan 4 ünvanında yerləşən “Gəncə OBA-28” mağazasında satıcıkassir vəzifəsində işləmişdir. O həmin marketdə işləyən zaman adminstrator Təqsirləndirilən şəxs tam maddi məsul şəxs olmuşdur. Ondan başqa marketdə satıcı kassir olaraq Mətanət və Aynur adlı şəxslər işləmişdir. İş fəaliyyəti malların yığılması, satışı və marketin təmizliyini təmin etmək olmuşdur. Təqsirləndirilən şəxs mağaza müdiri kimi gələn malların təhvil-təslimi, qəbulu, kassa hesabatı, gün sonu raportunun çıxarılmasını həyata keçirmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə kassadan müxtəlif məbləğdə pullar götürərək xırdalayacağını bildirərək cibinə qoymuş və ya onlara xırdalanması üçün pul ayrılmasını 1 nəfərin gəlib həmin pulu götürəcəyini bildirmişdir. Elcan kassa təhvil-təslimi və hesabata özü nəzarət etdiyi üçün həmin pulun xırdalanaraq kassaya qayıdıbqayıtmamasından xəbəri olmamışdır. Bundan başqa topdan satış edilən zaman mallar pos-kassadan keçirilmədən maşınlara yüklənmişdir. Pos-kassadan keçirilməməsinin səbəbi Zərərçəkmiş şəxs MMC-də belə bir qayda olmuşdur ki, topdan satış etmək qadağan olmuşdur. Elcan da həmin malları satdıqdan sonra hissə-hissə pos-kassadan keçirəcəyini bildirmişdir. Həmin malların satışı müqabilində əldə olunan məbləğin aqibəti və malların daha sonra pos-kassadan keçirilib-keçirilməməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid6 “Whatsapp” proqramı vasitəsi ilə ifadə verərək bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadəsi - 2019-cu ildən Zərərçəkmiş şəxs MMC-də Daxili nəzarət departamentin invertarizasiya şöbəsinin sayıcı-hesablayıcısı vəzifəsində işləyir. Fəaliyyəti mağazada olan faktiki malların, avadanlıqların sayılaraq terminal vasitəsi ilə sistemə daxil edilməsindən və stokda olan mallarla qarşılaşdırılmasından ibarətdir. Sayım növbəli şəkildə gündə 1 mağaza olmaqla aparılır. 11 mart 2022-ci il tarixdə invertarizasiya komissiyası təşkil edilərək ünvan 7 ünvanında yerləşən “Gəncə OBA-28” mağazasında sayım aparmaq üçün həmin ünvana getmişlər. Həmin zaman mağaza müdiri Təqsirləndirilən şəxs olmuşdur. Mağazada faktiki olan mallar o və digər komissiya üzvləri Şahid5, X4, X5 və komissiya rəhbəri X12 tərəfindən həyata keçirilərək malların faktiki miqdarını, qiymətini əks etdirən akt tərtib olunmaqla tərəflərindən imzalanmışdır. Daha sonra tərtib olunmuş akt araşdırılması üçün Bakıda Mərkəzi Ofisə göndərilmişdir. Məhkəmə iclası zamanı elan edilmiş şahid – Şahid5 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2017-ci ildən 2023-cü ilin may ayına kimi OBA market MMC-də Gəncə bölgə müdiri vəzifəsində işləmişdir. OBA market MMC-nin Gəncə şəhəri üzrə 17 marketi onun nəzarətində olmuşdur. ünvan 4 ünvanında yerləşən obyekt icarə müqaviləsi əsasında “Gəncə OBA-28” market kimi fəaliyyət göstərmişdir. Həmin marketdə adminstrator (mağaza müdiri), baş satıcı, satıcı-kassir vəzifələri olmuşdur. 2021-ci ilin sonlarında həmin OBA-28 marketi onun nəzarətinə verilmişdir. Həmin mağazada həmin zaman mağaza müdiri, yəni adminstrator vəzifəsində Təqsirləndirilən şəxs işləmiş və tam maddi məsul şəxs olmuşdur. Baş satıcı Aynur adlı xanım, 2 nəfər də satıcı-kassir olmuşdur. Onun iş fəaliyyəti mağazaların təmizliyi, müştəri məmnuniyyətinin təmin olunması, sistemin yoxlanılması, satışa yararsız malların mağazadan kənarlaşdırılması, mağazada malların satışına nəzarət etməkdən ibarət olmuşdur. Marketə mallar MMC-nin Bakıda yerləşən deposundan paylanır və həmin malların marketə qəbul olunması mağaza müdiri tərəfindən qaimələr əsasında qəbul olunmuşdur. Bundan başqa tez xarab olan mallar depodan deyil, məhz firmaların özündən birbaşa marketə gətirilmişdir. Həmin firmanın nümayəndəsi tərəfindən təqdim olunan mallar mağaza müdiri tərəfindən qaimə əsasında qəbul edilmiş, həmin qaimələri tərəflər imzalanmaqla bir nüsxəsini götürmüşlər. Bundan başqa firmalar marketə malları təqdim etdikdən sonra mağaza müdiri həmin malları sistemə vurduqdan sonra mağazanın “alt qaiməsi”-ni firma nümayəndəsinə təqdim edir. Satılan malların hər biri barkodu oxudulmaqla sistemdə qeyd olunmuş, günün sonunda mağaza müdiri tərəfindən “Z” adlanan yekun qəbz çıxardılaraq kassa bağlanmış, sistemə vurulmuşdur. Əldə olunan qazancın 100 AZN-i depozitdə saxlanılaraq, gündəlik olaraq qalanı inkassoya təqdim olunmuşdur. İnkasso ona ayrılan məbləği aktla birlikdə götürərək aparmışdır. xx.xx.2022-ci il tarixdə MMC-dən qeyd olunan marketdə satılan mallar ilə əldə olunan pul vəsaitinin bir-birini tamamlamadığı bildirilmişdir. Belə ki, mallar satılsa da kassaya daxil edilməmişdir. Bundan sonra rəsmi audit yoxlaması keçirilərək müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən OBA-28 marketin müdiri Təqsirləndirilən şəxs rəhbərlik etdiyi marketdə müxtəlif məhsulları satsa da pulları kassaya daxil etməmişdir. Audit yoxlaması nəticəsində Elcanın 7179.64 manat seyf kəsiri yaradaraq həmin məbləği mənimsəməsi aşkar olunmuş, bundan sonra xidməti yoxlama keçirilərək xx.xx.2022-ci il tarixdə inventarizasiya sayımı keçirilərək satış üçün nəzərdə tutulan 18,826.64 manat məbləğində məhsulların əskik olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında Şahid4 “Whatsapp” proqramı vasitəsi ilə ifadə verərək bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadəsi - 2021-ci il 1 aprel tarixindən etibarən Oba Market MMC-nin Operativ Nəzarət şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. İş fəailləyəti mağazaları operativ təftiş edərək işçi heyyətinin fəailləyyətini, mağazadakı malların, kassanın vəziyyətini yoxlamaqdan ibarətdir. 2022-ci ilin fevral ayının sonlarında Orxan Fətəliyev ona zəng vuraraq Oba Gəncə 28 mağazasında kassa kəsirlərinin olmasını bildirərək, təftiş aparmağı üçün onu həmin mağazaya yönləndirmişdir. Həmin mağazanın müdiri Elcan Əliyev olmuş, həmin vəzifəyə təyin olunan zaman onunla MMC arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. O, mağaza müdiri üçün ayrılmış otaqda kompüterdə kassa kəsirlərini araşdırmaq üçün mağazanın təhlükəsizlik kameraları ilə qeydə alınmış videogörüntülərə baxarkən internet bağlantısı bir anda kəsilmişdir. O dərhal şöbə müdirini məlumatlandıraraq mağazanı tərk etmişdir. 1-2 gün sonra yenidən mağazaya gedib videogörüntülərə baxmaq istəyən zaman həmin görüntülərin mövcud olmadığını, kameraların qida blokunun yandırıldığını aşkar etmişdir. Həmin videogörüntülərin bərba olunması üçün yaddaş kartı Bakıya Mərkəzi Ofisə göndərilmişdir. Ofisdə həmin videogörüntlər bərpa olunmuş və məlum olmuşdur ki, 1-ci dəfə təftişə gedən zaman Elcan kassanın altından modemi söndürərək internet bağlantısını kəsmiş, 2-ci dəfə isə təftişə getməmişdən öncə Elcan kameranın mərkəzi sisteminə yaxınlaşaraq qida blokunu yandırmış və kameralar sönmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi” barədə xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerini Şahid3 təqdim etmiş, hadisə yeri Üzeyir Hacıbəyov küçəsi 4 saylı bina ilə F.Əliyev küçəsi 10 saylı binanın arasında yerləşir. Həmin obyekt 176.6 kvadrat metrdir. Marketin qarşısı şüşə ilə örtülmüşdür. Obyektin qarşısında “OBA” sözləri yazılmışdır. Marketin içərisinə daxil olanda sağda əşyaları saxlanılır, solda isə kassa yerləşir. Marketin içərisində ərzaq və qeyri-ərzaq məhsullları vardır. xx.xx.2024-cü il tarixli 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xx.xx.2022 10 12” adlı fayla daxil olduqda videgörüntüdə bir nəfər şəxsin satış etdiyi görünür. Görüntünün 2-ci dəqiqəsində satış yekunlaşdıqdan sonra müştəridən 5 AZN götürüb kassaya əlavə etməsi, müştəriyə 2 AZN və qəbz təqdim etməsi, daha sonra kassadan həmin 5 AZN götürüb kassaya qaytarmadığı görünür. Həmin faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi. Həmin fayla baxış başa çatdıqdan sonra “12 30 da” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 12-13 radələrini əks etdirir. Videgörüntüdə qadın cinsli şəxsin satış etdiyi görünür. Videogörüntünün 2-ci dəqiqəsində kişi cinsli şəxsin satış etmədən kassadan 100 AZN götürməsi və oradan uzaqlaşması görünür. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “19 45 600 azn” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 19-20 radələrini əks etdirir. Görüntüdə bir qadın cinsli şəxsin satış etdiyi görünür. Videgörüntünün 3-cü dəqiqəsində kassada heç kəs olmadığı zaman qara gödəkçəli cins şalvarlı 1 nəfər kişi cinsli şəxsin kassaya yaxınlaşaraq sağa baxdıqdan sonra 3 ədəd 100 AZN, 5 ədəd 50 AZN götürüb, daha sonra 1 ədəd 100 AZN-i kassaya qoyaraq 2 ədəd 50 AZN götürməsi, daha 5 ədəd 20 AZN, ümumilikdə 650 AZN götürərək kassadan uzaqlaşması görünür. Videgörüntünün 8-ci dəqiqəsində həmin qara gödəkcəli, cins şalvarlı kişi cinsli şəxsin geri qayıtması daha sonra yenidən getməsi görünür. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “20 50 də” adlı fayl açıldı. Videgörüntü xx.xx.2022-ci il saat 20:49-u əks etdirir. Videogörüntünün 1:56-cı dəqiqəsində kassadan kişi cinsli şəxs bir neçə ədəd 5 AZN götürərək kassadan uzaqlaşır. Fayla iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “30 azn 19 35 də” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il 19:33-ü əks etdirir. Videogörüntünün 02:14-cü dəqiqəsində qara gödəkcəli cins şalvarlı kişi cinsli şəxs kassadan 1 ədəd 20 AZN və 1 ədəd 10 AZN olmaqla ümumilikdə 30 AZN götürərək cibinə qoyur və daha sonra satışa davam edir. Satış etdikdən sonra kassadan uzaqlaşır. Videogörüntünün 14-cü dəqiqəsində kassadan 30 AZN götürən qara gödəkcəli, cins şalvarlı həmin şəxs yenidən kassaya qayıdır və kassadan yenidən 50 AZN götürərək oradan uzaqlaşır. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “50 azn 14 10 da” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 14:08-i əks etdirir. Videogörüntünün 02:20-ci dəqiqəsində bir nəfər kişi cinsli şəxs kassaya yaxınlaşaraq 02 ədəd 20 AZN və 02 ədəd 5 AZN götürərək kassadan uzaqlaşır. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “100 azn 16 50 də” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 16:49-u əks etdirir. Videogörüntünün 01:30-cu dəqiqəsində qara uzunqol köynəkli kişi cinsli şəxs kassaya yaxınlaşaraq 01 ədəd 100 AZN götürərək kassadan uzaqlaşır. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “100 azn 19 50 də” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 19:49-u əks etdirir. Videogörüntünün 01:15-ci dəqiqəsində kişi cinsli üzərində Oba yazılmış boz qolsuz gödəkcəli kişi cinsli şəxs 2 ədəd 50 AZN götürərək kassadan uzaqlaşır. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “100 azn” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 18:34-u əks etdirir. Videogörüntünün 01:30-cu dəqiqəsində qara uzunqol gödəkcəli kişi cinsli şəxs kassaya yaxınlaşaraq kiməsə 10 AZN verdikdən sonra kassadan 2 ədəd 50 AZN götürərək kassadan uzaqlaşır. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “ch10_**********400.mp4” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 12:34-ü əks etdirir. Videogörüntünün 01:42-ci dəqiqəsində qara gödəkcəli kişi cinsli şəxs kassadan 02 ədəd 100 AZN 04 ədəd 20 AZN 02 ədəd 10 AZN 20 ədəd 5 AZN götürərək kassadan uzaqlaşır. Videogörüntünün 09:30-cu dəqiqəsində həmin şəxs yenidən kassaya yaxınlaşaraq 04 ədəd 5 AZN götürərək kassadan uzaqlaşır. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “ch10_**********700.mp4” adlı fayl açıldı. Videogörüntünün 02:45-ci dəqiqəsində kişi cinsli şəxs kassadan 01 ədəd 50 AZN, 01 ədəd 20 AZN götürərək kassadan uzaqlaşır. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “ch10_**********0900.mp4” adlı fayl açıldı. Vİdeogörüntünün 04-cü dəqiqəsində həmin şəxs 04 ədəd 50 AZN, 15 ədəd 20 AZN götürür. Faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi və fayla baxış sona çatdı. “ch10_**********1352.mp4” adlı fayl açıldı. Həmin faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi. “ch18_**********2018.mp4” və “ch18_**********1800.mp4” adlı fayllar açıldı, iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilmədi. “ch18_**********900” adlı fayl açıldı. Videogörüntüdə avtomobilə 8 kaset bizon 450 ML yükləndiyi, daha sonra Oba marketin işçisinin həmin malların müqabilində pul götürdüyü görünür. Həmin faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi. “Ch18_**********23600.mp4” adlı fayl açıldı. Videogörüntüdə Oba marketin işçisi tərəfindən ağ yük maşınına 10 kisə mal yükləndiyi, müqabilində heç bir məbləğ götürmədiyi görünür. Videogörüntü xx.xx.2022-ci il 12:40-ı əks etdirir. Həmin faylda iş üçün əhəmiyyətli başqa hal müəyyən edilmədi. Ch_**********125600.mp4 adı fayl açıldı. Faylda əhəmiyyət kəsb edən hal müəyyən edilmədi. Ch_**********090113 adlı fayl açıldı. Videogörüntü xx.xx.2022ci il 09:00- əks etdirir. Depodan gələn mallar qəbul edilir. Deponun maşını getdikdən sonra **-DZ-*** d.q.nişanlı ağ yük maşını gələrək depodan gələn 26 kisə şəkər tozunu götürür. Fayla baxış sona çatdı. Ch18_**********2500 adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il 09:31-i əks etdirir. Videogörüntüdə ağ yük maşınına 7 kisə əlavə şəkər tozu yüklənir. Fayla baxış sona çatdı. Ch_**********03200 adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il 10:30-u əks etdirir. İş üçün əhəmiyyətli hal kəsb edilmədi. Ch18_**********1300 adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il 11:15-i əks etdirir. ** DZ *** d.q.nişanlı ağ yük maşını gələrək 5 ədəd şəkər tozu kisəsini yükləyir. Oba marketin işçisinə pul verdikdən sonra avtomobil gedir. Fayla baxış sona çatdı. Ch18_**********0800 adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il 19 radələrini əks etdirir. Videogörüntüdə boz rəngli yük maşınına 27 kaset bizon 250 ML yükləndiyi görünür. Fayla baxış sona çatdı. Ch19_**********2000 adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 17:20 radələrini əks etdirir. Fayla baxış sona çatdı. ch_**********142300 adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il 14:20-bi əks etdirir. Videogörüntünün 01:50-ci dəqiqəsində kişi cinsli şəxs klaviaturanın altına təxminən 144 manat civarında pul qoyur. Faylda iş üçün əhəmiyyətli başqa şey aşkar edilmədi və fayla baxış sona çatdı. ch_**********143400 adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il 14:30-u əks etdirir. 1:37-ci dəqiqəsində 100 AZN-i üzü görünməyən şəxsə təqdim edir, həmin şəxsin əlində gül olduğu görünür. Fayla baxış sona çatdı və iş üçün əhəmiyyətli hal aşkar edilmədi. 02:07-ci dəqiqədə həmin şəxs klaviaturanın altında bilinməyən məbləğdə pul götürür. Fayla baxış sona çatdı. ch19_**********5000 adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 18:50-ni əks etdirir. İş üçün əhəmiyyətli heç nə aşkar edilmədi. “gecə vaxtı kamera müdaxile” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 23:30-u əks etdirir. 23:32-ci dəqiqədə bir nəfər kişi cinsli şəxs gələrək mağazaya daxil olur. 06:00-cu dəqiqədə video yekunlaşır. Fayla baxış sona çatdı. “klaviaturanın altı 21 08” adlı fayl açıldı Videogörüntü xx.xx.2022-ci il saat 20:40-ı əks etdirir. 21:08-ci dəqiqədə qara gödəkcəli kişi cinsli şəxs məlum olmayan məbləğdə pul götürür. Faylda iş üçün əhəmiyyətli başqa hal aşkar edilmədi və baxış sona çatdı. “satıcı kassir adminə 300 AZN verir 19 10” adlı fayl açıldı. Videogörüntü xx.xx.2022-ci il saat 19 radələrini əks etdirir. Videogörüntünün 02:10cu dəqiqəsində satıcı kassir qadın cinsli şəxs adminstratora kassadan götürdüyü 3 ədəd 100 AZN-i verir. Məhkəmə iclasında görüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. Əmək müqaviləsi və 134 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-də adminstrator vəzifəsinə işə götürülmüşdür. xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs öz təqsirli hərəkətləri nəticəsində işəgötürənə vurulmuş ziyanın ödənilməsini öhdəsinə götürmüşdür. Adminsratorun vəzifə təlimatından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs administratorun vəzifə məsuliyyəti ilə tanış edilmişdir. xx.xx.2022-ci il tarixli, inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Oba-28 Gəncə” mağazasında administrator Təqsirləndirilən şəxs hesabında 18.826,32 manat mal əksikliyi aşkar edilmişdir. “İltizamnamə”dən görünür ki, Təqsirləndirilən şəxs administrator vəzifəsində işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Oba-28 Gəncə” mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş sayımda tam iştirak etdiyini, sayımın qaydalara uyğun keçirildiyini, sonda sayılan miqdarların yoxlanıldığını, fərq verən məhsullarla tanış olduğunu və sayıma heç bir etirazının olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli təftiş yoxlamasına dair arayışdan görünür ki, aparılmış təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq Təqsirləndirilən şəxs hesabında xx.xx.2022-ci il tarixdə 18.826,56 AZN mal kəsiri və 7.179,64 manat çatışmazlıq müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Auditorlar Palatasının 25 avqust 2022-ci il tarixli, SA 281 saylı icazəsi ilə fəaliyyət göstərən sərbəst auditor Şahid7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli audit hesabatından görünür ki, audit yoxlaması nəticəsində Zərərçəkmiş şəxs MMC-nin Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Oba-28 Gəncə” mağazasında administrator vəzifəsində çalışmış Təqsirləndirilən şəxs öhdəliyində olan ərzaq və qeyri-ərzaq mallarından 18.826,32 manat və kassa kəsiri olan pul vəsaitindən 7179,64 manat dəyərində ziyan vurmuşdur. Ümumilikdə 26.005,96 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1320 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktlar”, “X21” sənədləri, qaimə fakturalar, malların qaytarılması fakturaları, malların təhvil – qəbul aktları və sərbəst auditor Şahid7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Auditor Hesabtı”nı tədqiq edərək qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən əsaslı hesab olunduğu təqdirdə “Oba-Gəncə 28” saylı mağazada yaranmış çatışmazlıq 26.005,96 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. 15 avqust 2024-cü il tarixli, 1439 saylı arayışdan görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Ailə tərkibi 1956-cı il təvəllüdlü atası X9, anası – 1960-cı il təvəllüdlü X10, 1988-ci il təvəllüdlü bacısı X6 ibarətdir. Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 3593 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 4269 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3, 70-ci maddələri ilə təqsirli bilinərək 6 ay şərti sınaq müddəti ilə 6 ay azadlıqdan məhrum etmə cəzasına, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 62-ci maddəsi ilə təqsirli bilinərək 06 ay hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, Oba market MMC-yə vurulmuş ziyandan 11400 (on bir min dörd yüz) manat Təqsirləndirilən şəxs tərəfindən MMC-nin hesabına ödənilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddianın dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, mülki iddia 14605 manat 96 qəpik məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsümu olan 169 manat 40 qəpik, ümumilikdə 14775 manat 36 qəpik təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs MMC-nin (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən, “OBA-Gəncə 28” filialında cəmiyyətin xx.xx.2021-ci il tarixli 134 saylı əmrilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində administrator vəzifəsində işləyərkən xx.xx.2021-ci il tarixli əmək və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza administratorunun vəzifə təlimatına əsasən anbarın və satış zalının təmiz, nizamlı və əskiksiz olmasına, kassa əməliyyatlarına, kassaların təhvil-təslim prosesində iştirak və əməliyyatların doğru aparılmasına nəzarət edilməsi, mal qəbulu əməliyyatlarının həyata keçirilməsi, mal qəbulu zamanı baş verən problemlərin həlli üçün müvafiq strukturlara müraciət edilməsi, satış zamanı alınan məhsulların qaytarılma, dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət edilməsi, mağazanın sayılması üçün lazımı tədbirlərin görülməsinin təşkil edilməsi, qəbul edilən məhsulların sayını, satışa yararlığının yoxlanılması, mağaza büdcəsi, sifariş, xərclər, qalıq hesabatlarının, habelə işəgötürənə ziyan vurma hallarına yol verilməməsi və digər işlərin görülməsini və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib özgə əmlakı qanunsuz və əvəzsiz olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində mağazanın inventarında olan satış üçün tam maddi məsuliyyətinə götürdüyü 52.438,03 (əlli iki min dörd yüz otuz səkkiz manat üç qəpik) manat dəyərində məişət və qida məhsullarının 18.826,32 (on səkkiz min səkkiz yüz iyirmi altı manat otuz iki qəpik) manat dəyərində olan hissəsini istintaqa məlum olmayan vaxtda mağazadan çıxararaq həmin məhsulların satışından əldə olunan pulu kassaya mədaxil etmədən istintaqa məlum olmayan şəxslərə satmaqla əldə etdiyi həmin pul vəsaitini, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində qeyd olunan mağazanın kassasından şirkətə məxsus məhsulların satışından əldə olunmuş və inkassatora təhvil verilməli olan pulun 7.179,64 (yeddi min yüz yetmiş doqquz manat altmış dörd qəpik) manatını, ümumilikdə 26.005,96 (iyirmi altı min beş manat doxsan altı qəpik) manat dəyərində ziyan vuraraq özgə əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməklə talamış və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəməklə cinayət törətməsi nəticəsində, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin 26.005,96 (iyirmi altı min beş manat doxsan altı qəpik) manat məbləğində əmlakını mənimsəyərək talamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X7 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə törədilmiş cinayətin xarakterini, təqsirkar şəxsin şəxsiyyətini, onun bu cinayəti vəzifəsindən istifadə etməklə törətmələrini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmasa da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanı təyin etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə məhkəmə istintaqında Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmağı barədə və Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxsnə vurulmuş 26.005,96 (iyirmi altı min beş manat doxsan altı qəpik) manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumu olan 169 (yüz atmış doqquz) manat 40 (qırx) qəpiyin cinayət mühakimə icraatı qaydasında ondan tutulub Zərərçəkmiş şəxsnə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə tərəfindən iş üzrə mülki iddiaçı kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən, əmlaka vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə mülki iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək, iddiaçının (zərərçəkənin) məhkəmə prosesi zamanı təqdim etdiyi ərizəsini və Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxsnə vurduğu 26.005,96 (iyirmi altı min beş manat doxsan altı qəpik) manat məbləğində zərərdən və ödənilmiş dövlət rüsumu olan 169 manat 40 qəpikdən zərərçəkmiş hüquqi şəxsə 11400 (on bir min dörd yüz) manatını ödəməsini və mülki iddiaçının iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verməsini nəzərə alaraq hesab edir ki, mülki iddia tələbi təmin edilməli və Təqsirləndirilən şəxs 14.775,36 (on dörd min yeddi yüz yetmiş beş manat otuz altı qəpik) məbləğində maddi ziyan tutulub Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsini tutmaq hüququndan məhrum edilməklə CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Eyni zamanda əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 14.775,36 (on dörd min yeddi yüz yetmiş beş manat otuz altı qəpik) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar