Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-64/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Məhsəti qəsbəsi ev 34, mənzil 34-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.454 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 25 may 2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələri istifadə etməkdə, üzərində gəzdirməkdə və satmaqda şübhəli bilinərək Gəncə şəhəri, Heydər Əliyev prospektində 29 saylı binanın qarşısında saxlanılaraq, Gəncə şəhər X16 küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0.454 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 28 yaşından narkotik vasitələrdən istifadə edir, “kokos” kimi tanıdığı narkotik vasitəni iyləmə yolu ilə qəbul edir. xx.xx.2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində “kokos patı” səhifəsindən özünü ona Arzu kimi təqdim edən şəxsdən 29 manat qarşılığında 2-3 qram “kokos” almış, Arzuyla razılaşmaya əsasən həmin “kokos”u bükümdə Goranboy rayonu, Borsunlu yolunda 70 surət nişanının yaxınlığında qoyduğu yerdən götürmüş və həmin bükümün yerinə “Milliön” vasitəsilə həmin bükümə görə ödədiyi pulun qəbzini qoymuşdur. Hal-hazırda isə Arzu ilə aralarında olan həmin yazışmalar silinmişdir. 25 may 2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə şəhər Heydər Əliyev prospekti 29 saylı binanın qarşısında olarkən mülkü geyimdə iki nəfər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra həmin şəxslər ona üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini deyib onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. O, da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbaya bükülmüş içərisində psoxotrop maddə olan metanfetaminə bənzər kütləni təqdim etmişdir. Təqdim etdiyi həmin kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin çəkisi 0.454 qram gəlmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin psixotrop maddə-metamfetaminə bənzər kütlə zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. Onun üzərindən aşkar edilən psixotrop maddə-metamfetamin ona məxsus olmuş, o, həmin psixotrop maddə-metamfetamini heç kəsə satmamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, Arzu adlı “İnstagram” istifadəçisi ilə əvvəlcə “İnstagram” sosial şəbəkəsində yazışmış, daha sonra isə onunla “Kokos patı” instaqram səhifəsi vasitəsi ilə danışmışdır. Psixotrop maddə-metamfetamini götürdükdən sonra onun Viber vasitəsi ilə danışdığı mobil nömrəni Arzu adlı şəxsin istəyinə uyğun olaraq silmişdir. Arzu adlı şəxsin mobil nömrəsi 12 rəqəmli idi, yəni Azərbaycan Respublikasında istifadə edilən mobil operatorlardan fərqli nömrə olmuşdur. Arzu adlı şəxsin kart hesabını ona İnstagram vasitəsi danışarkən demiş o, da həmin rəqəmləri ödəniş terminalında yazmaqla Arzu adlı şəxsin hesabına pul köçürtmüşdür. O, qəbzi ödəniş terminalından götürdükdən sonra zibil qabına atmışdır. Ödəniş terminalının yerini xatırlamır. Bundan başqa onun telefonunda olan sms yazışmalarda onun kiməsə narkotik vasitə satması təsdiq olunmamışdır. O, ***-***-**-** mobil nömrəsini 2022-ci ilin may ayından istifadə etmişdir, həmin nömrə əvvəlcə onun qeyri-rəsmi yaşadığı qızda olmuşdur. Həmin nömrəyə gələn mesajların onunla əlaqəsi yoxdur, bəzən onun telefonu yanında olan tanışlarında olmuşdur. O, sadəcə ağrıları olduğu üçün narkotik istifadə edən şəxslərdən narkotik vasitə və ya psixotrop maddə istəmişdir. Sonda o, psixotrop maddəni yalnız özü istifadə etdiyini, heç kimə satmadığını və satmaq fikrinin olmadığını, psixotrop maddə istifadə etdiyi üçün əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik maddə daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və həmin bölmənin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Heydər Əliyev prospekti 29 saylı binanın qarşısında saxlanılaraq Gəncə ŞBPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik maddə daşıması və psixotrop maddə qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonuncuya dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Gəncə ŞBPİ-nin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, sonuncu əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbaya bükülmüş içərisində psixotrop maddə olan metanfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra həmin aşkar edilmiş ağ şəffaf polietilen kəsiyi bükümdə olan, həmin kütlə iştirakçıların iştirakı ilə açılmış və ilk görünüşdən kristal şəklində olan psixotrop maddə-metamfetaminə oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı həmin ağ şəffaf polietilen kəsiyi bükümdə olan kütləni tanımadığı şəxsdən onlayn aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə “metamfetamin”ə bənzər kütlənin ümumi çəkisi 0.50 qram olmuşdur. Sonra həmin kütlə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Onlarda olan məlumata görə Təqsirləndirilən şəxs psixotrop maddə - metamfetaminin satışı ilə məşğuldur, lakin həmin şəxslərin dairəsini müəyyən etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid2 Şahid1 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə X10 azad edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 25 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və DVD diskdə olan görüntülərdən məlum olur ki, Gəncə Səhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis leytenantı X5, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1, həmin bölmənin kiçik inspektoru, polis serjantı X8 və Gəncə şəhəri BPİnin KTB-nin inspektor kriminalisti, polis kapitanı X6, Müdafiəçi1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan torbaya bükülmüş içərisində psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmiş, həmin sellofan torbanın içərisində olan kütlənin adını bilmədiyini, İnstagram sosial şəbəkəsində “kokos patı” səhifəsində adını Arzu kimi təqdim edən şəxsdən 29 manat qarşılığında 02-03 qram almış, Arzu ilə aralarında olan razılaşmaya əsasən Arzu həmin kütləni Goranboy rayonu, Borsunlu yolunda 70 surət nişanının yaxınlığında yerə qoymuş, o, isə həmin kütləni götürüb yerinə 29 manat ödədiyi qəbzi qoymuşdur. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd sellofana bükülmüş kütlə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 0,50 qram olmuş, həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 may 2022-ci il tarixli 16/613 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 ədəd şəffaf polietilen kəsiyi bükümdə, təmiz çəkisi 0,454 qram maddə – metamfetamindir (Metamfetaminin təmiz çəkiləri 0,454 qr., tədqiqata sərf edilmiş 0,05 qr., qalıq 0,40 qr.). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskdən görünür ki, 4 ədəd fayl mövcuddur, birinci, ikinci və üçüncü faylların içərisində ***-***-**-** mobil nömrənin Şamin Qiyasbəylinin, ***-***-**-** mobil nömrənin Samir Əsədovun, ***-***-**-** mobil nömrənin Habil Novruzovun, ***-***-**-** mobil nömrənin Şəlalə Sadıqovanın, ***-***-**-** mobil nömrənin Ruhlan Atakişiyevin və ***-***-**-** mobil nömrənin isə Təqsirləndirilən şəxs adına olması qeyd olunmuşdur. Dördüncü faylın içərisində ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsin olan ***-***-**-** mobil nömrəyə göndərilən “Xeü sani başa duşamiram qaqa patımda var əman aqrıdaəm umid gladi”, “Brat san niə mana djavab vermirsan ? Pulsuz mana deil vrodi qardaş deirik”, “Qaqa emine marketin qabaqındayam seni qozduyurem, yoxsa size qelim? ”, məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilən,“GELMİRSE BUNU OTMENİT ELİYİM QAQA?BİR CVB DE”, “QAQA MEN CAMAATA SOZ VERMİWEM,ALİNMİYACAGSA QO İNDİDEN DEYİM ALİNMİR YOXSA ON DEYQE ON DEYQE 1 SAATİ KECDİ UJE”, “DEYİR 12 YE KİMİ GELE BİLSEN GEL”, “NOLDU DUZELMEDİ? ”, “QAQA NOLDU GELMEDİ QADANALM,AGRİDAN OLUREM VALLAH YOXSA BEZDİRMEREM SENİ”, “BU NE HEREKETDİ,DEYİREM AGRİYRAM OLUREM NEYSE”, “PUL MENDEDİ,NAGARAX QAQA”, “QAQA NOLDU YENE GOTUMUSEN”, “ZARYATKAM YOXDU TELEF,KECECEK,SOYUXDAN DONDUM”, “E YEKE KİWİSEN BU EZİZ GUNDE GECENİN BU VAXDİ MA NE EZYET VERİSEN,MEN KEFİMNENMİ CİXMİWAM EVDEN ALLAHN BİLLAHN OLSUN”, “E YEKE KİWİSEN BU EZİZ GUNDE GECENİN BU VAXDİ MA NE EZYET VERİSEN,MEN KEFİMNENMİ CİXMİWAM EVDEN ALLAHN BİLLAHN OLSUN”, “TELEFONU GOTUR,MENİM MALİMİ VER MODU BUDA BUGUNKU DOY MENİ DOLADİGİN”, “E MEN YALVARİF DEDEMİN PENSİYASİNNAN PUL ALMİWAM AGLİYA AGLİYA,BU NE OYUNDU MENİM BAWİMA ACİSAN,ADAM VİJDAN YAXWİ WEYDİ, MEN SA NAGARMİWAM”, “QALMİWAM SAVXOZDA BEYAXDAN AGLİYİV OLUREM MENİ NİYE BELE ELİYİSEN NAGARMİWAM SA MENİMDE BALAM VAR MENDE İSTİYREM EVİMDE OLUM”, “SEN BALALARNİN CANİ MENİM MALİMİ VER,ELE ELEKİ DOSDLUGUMUZ YOLDAWDİGMİZ QALSİN,BALARNİN CANİ DEYİREM,SEN DEDENİN CANİ MENİM MALİMİ VER QAQA MEN SA İNANMİWDİM”, “NOLDU MEN PULU GONDERENNEN SONRA PROBLEM OLDU?MENİ BAWQA WEYE MECBUR ELEME MENİM MALİMİ VER”, “MENİM MALİMİ TULLA SAVXOZA GOTURUM,İKİ BALAMİN CANİ DEYİREM PİS OLACAX QAQA,AND OLSUN BU EZİZ GUNE DEYİREM”, “E MEN EVDE UWAGİ XESTE QOYUF CİXMİWAM SENİN VİJDANİN YOXDUMU BU İKİ SAATDİ SOYUXDA NAGARİR”, “ GEDİREM AYTEN GİLE ZENG VUR DE MENİM MALİMİ VERSİN”, “NE BOYDA SEBİRLİ OLUM?MENİM DOLUYUFSAN SEN,YARM SAAT GOZDUYREM,YARM SAATA MENİM MALİMİ TULLAMASAN SENDE POXA DUWECEN MENDE BAX SA DEYİREM ARADA XETİR VAR”, “BEYAX DEYERDİNKİ ATMİYİF MALİ, PULU ATANNAN SONRA DEYİSEN, SEN HELE PROBLEM GORMUYUFSEN NETER OLUR, MENİM MALİMİ VERMESEN SEN ONDA PROBLEMİ GORECEKSEN, VARYO”, “XNU SİKİM 20 MİNDE PUL XAWDİYEREM SENİDE OZUMUDE PROBLEME SALARAM, SEN MENİ YAXWİ TANİMİSAN DEYESEN, MEN SA SOZUMU DEDİM,SEN PROBLEME DUWMEYİ ONDA GORECEN”, “TELEFONU GOTUR İWİM VAR PEYSER MEHEMMEDDEN BİR SOHBET VAR SİKİM ONUN NESLİNİ”, “GEDİF TEMANİ GOTURUF GELİFSENDE, MENİMDE MALİMİ VER” məzmununda, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Modi 4 dənə oglanin içində dedin ki var yoxun sikim 5.10 dəygiyə pu”, “lu atiram bu nə gəhbəlikdi elədin hə? Sa pis oldum da sənnən ötrü”, “o boydaya 2 lis verdim ey ə”, “O 2 listi 40 manata satib cibimə goyardim da düz elədin sagol o pul”, “ u da sa keçdim onu sənnən istəsəm mən gəhbəyəm bu axirinci dəfəydi”, “sa nəsə elədim ta özün özünə bir ad goy”, “Sənöl sa baha başa gələcək bu”, “Gaga ma bir şey elə ya triynan dəyişək ölürəm agridan sənöl evdəyəm”, “maşin da xoddanmir danişa da bilmirəm” məzmununda, ***-***- **-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qaqa senol qardas cani kola duzelmedi bir qram das gotudum oda sikinin basi 2 dene balaca das verdiler and ola Allaha fsio oda hec taksi tutuf gelmeye deymez d”, “ne danisisan agali sen basa tusmedim seher pircom oxuyan kimi yig gorm meni”, məzmununda, ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Kofe var 1 denesi 40”, “Lazlmdlsa cvb ver”, “Qorum awaql eri necedi sene nece serf eder” mesaj mətnlərinin olduğu müəyyən edilmişdir. Bundan başqa birinci faylın içərisində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə çox saylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** nömrə Gəncə şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Bundan başqa ikinci faylın içərisində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** nömrə Gəncə şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Bundan başqa üçüncü faylın içərisində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Gəncə şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Bundan başqa dördüncü faylın içərisində 17--xx.xx.2022-ci il tarixdə saat 00:00-dan xx.xx.2022-ci il, saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” nömrə ilə mobil telefonlar vasitəsi ilə telefon zənglərinin və danışıqlarının aparıldığı digər mobil nömrələrin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının əks olunduğu məlum olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 69.4-cü maddəsinə əsasən təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə scərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasını cəkib qurtarmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 3856 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə “Opioidlərdən aslılıq” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ciil tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, barəsində Gəncə şəhər BPİ-nin İTİ-nin qərarı ilə axtarış elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri ırazisində tutularaq Gəncə şəhəri 1-ci PŞ-nə gətirilmiş və 1-ci PŞ-də saxlanılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X7 cinayət əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X7 22 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 27 may 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4.01.2018-ci il tarixli 1(043)-02/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 22 avqust 2022-ci il tarixli 515 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri, nevrotik reaksiyalarla XBT-10 (Psixi və davranış pozuntularılnın beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirmisinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən, o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X3 əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. O, hazırda öz hərəkətlərinin mənası dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 avqust 2022-ci il tarixli 1263 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindan əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-64/2023 nömrəli qərardad görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində tutularaq, Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmiş və aidiyyatı üzrə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının 16 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarna əsasən həb sedilərək xx.xx.2023-cü il tarixə məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş psixotrop maddəni heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirsələrdə, satdığı şəxslərin dairəsi müəyyənləşdirilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs mobil nömrəsinə göndərilən mesajlarla bağlı ətraflı araşdırma aparılmamış, mesaj yazan şəxslərin kimliyi müəyyənləşsə də, həmin şəxslər istintaq orqanı tərəfindən dindirilməmiş, mesajlar yazıldığı vaxtı həmin nömrənin Təqsirləndirilən şəxs yoxsa qeyri-rəsmi yaşadığı qızın istifadəsində olduğu aydınlaşdırılmamışdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Sonradan onun əməli “Cinayət əməlinin tövsif edilməsi haqqında” 22 avqust 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.2-ci maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Əksinə, qərarın məzmunda müstəntiq ibtidai istintaq zamanı müəyyən edilmiş hal kimi göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla üzərində daşımışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, müxtəlif növdə olması, psixorop maddənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə - metemfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etdiyi, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış cəmi 0.404 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk və "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan cəmi 0.404 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk və "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-64/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-64/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver