Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-64/2024 25.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçilər - Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Gəncə şəhəri, Vüqar Veysəlov adına 30 saylı tam orta məktəbdə idman müəllimi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Zərərçəkmiş şəxs1 Gəncə şəhər Təhsil İdarəsinə tabe olan orta məktəblərdən birində direktor vəzifəsinə, sonuncunun arvadı Şahid6 isə həmin məktəbdə müvafiq bir işə düzəltməkdə köməklik göstərməsini Zərərçəkmiş şəxs1 ondan xahiş etməsindən istifadə edib, Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə Zərərçəkmiş şəxs1 həmin işləri 40000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2021-ci ilin iyun ayında günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Əli Məmmədov küçəsində yerləşən “Qızıl-Gül” şadlıq sarayının yanındakı çay evində 20000 manat pulunu, təxminən 10 gündən sonra həmin yerdə əlavə olaraq 20000 manat pulunu aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 40000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar onun yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Zərərçəkmiş şəxs2 Əmralı oğlunun qızı X6 orta məktəbə müəllim keçməsi üçün test imtahanından yüksək nəticə, keçid balı toplamasında köməklik göstərməsini Zərərçəkmiş şəxs2 ondan xahiş etməsindən istifadə edib, sonuncuya məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə Zərərçəkmiş şəxs2 həmin işi 15000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, ilkin olaraq 6000 manat, məsələ həllini tapdıqdan sonra 9000 manat verəcəyini Zərərçəkmiş şəxs2 bildirib, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyətləri olmadan 2021-ci ilin iyul ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs2 ilkin olaraq 6000 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 6000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrar, onun yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Zərərçəkmiş şəxs3 Gəncə şəhərində orta məktəblərdən birinə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə düzəlməsi ilə bağlı köməklik göstərməsini vəd edib, Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə Zərərçəkmiş şəxs3 həmin işi 3000 manat pul müqabilində görəcəyi barədə yalan vədlər verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 13 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Qold Əminə” marketin qarşısında Zərərçəkmiş şəxs3 3000 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 3000 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Gəncə şəhərində ailəsi ilə birlikdə yaşamış və Gəncə şəhəri 30 saylı orta məktəbdə fiziki hazırlıq müəllimi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 təxminən 2021-ci ilin əvvəllərində tanımışdır. Belə ki, həmin vaxt onları ortaq dostları Elşən adlı şəxs Gəncə şəhərində “Qızıl Gül” şadlıq evinin yanında çay evində görüşəndə tanış etmişdir. Sonralar isə Rəşadla Elşən olmadan da tez-tez görüşüb çay evində oturub söhbətləşib, qəlyan çəkmişlər. Görüşlərinin birində Rəşad ona demişdir ki, “mən işlər görürəm, düzüb-qoşaram sənə ev düzəldək”. O isə ona onun imkanı olmadığını demişdir. Sonra Rəşadla görüşəndə Rəşad ona demişdir ki, “Öyrənmişəm sənin Gəncə şəhərində hörmətin var, çox adam səni tanıyır, mənim ailəmdə sıxıntılarım var, maddi cəhətdən böyük problemlərim var və sənin mənə köməkliyin lazımdır”. Rəşad ona demişdir ki, “mən ayrı-ayrı adamlardan pul alacam ki, guya sənin yuxarı vəzifələrdə yaxın qohumların var, Səhiyyə və Təhsil Nazirliklərində işləyən, həmin adamlarla səni tanış edəcəm səndə mən dediklərimi təkrar edərsən, mən pulu alacam sonra sənə ya kart vasitəsi ilə ya da əlbəəl pul verəcəm, eyni zamanda bizə elə bir adam lazımdır ki, Bakı şəhərində olsun mən buradan həmin aldığım pulları o adama göndərim guya pul aldığım adamlar tam əmin olsunlar ki, artıq pullarını Bakı şəhərinə onların işini həll etmək üçün göndərdik”. O isə ona bildirmişdir ki, “bəs işə düzəltməni kim edəcək, Rəşad isə ona narahat olma qayınanamın tanışı var, o düzəldir, sən sadəcə telefonçu olacaqsan. O, Rəşaddan soruşanda belə işlər görmüsən? O isə belə işlər gördüyünü, 1-2-si isə yarımçıq qaldığını demişdir”. 2021-ci ilin isti ayları olardı Rəşad onu İcra Hakimiyyətinə çağırmış orada pəncərədən “ceyrana bax” demiş, yəni Chevrolit Malibu aldığını bildirmişdir. Bundan sonra o, Rəşadla razılaşmışdır. O məktəbdə olanda Rəşad ona zəng edib demişdir ki, 25 nömrəli orta məktəbin direktoru rəhmətə gedib və mən guya onun yerinə işə düzəlirəm və bu işə belə başlayaq və demişdir ki, “Bakı şəhərində Rövşən və İntiqam adlı şəxslər var mənim yaxın adamlarımdır, onların adlarını çəkəcəyik ki, guya həmin şəxslər Səhiyyə və Təhsil Nazirliyinin rəhbərliyinin yaxın qohumlarıdır”. Beləliklə də o Rəşadla planlarını həyata keçirməyə başlamışlar. Təxminən 2021-ci ilin avqust ayının sonlarında Rəşad onunla Gəncə şəhərinin mərkəzində görüşmüş və ona 2000 manat pul vermiş, demişdir ki, “mən öz payımı götürmüşəm, bir nəfərdən almışam ki, onu guya sən qohumların vasitəsi ilə xadiməçi düzəltdirəcəksən”. O da həmin pulu alıb öz şəxsi işlərinə xərcləmişdir. Bundan sonra yadında qalmayan vaxtlarda Rəşad onunla görüşüb hər dəfə ona 1000 manat olmaqla 5 dəfəyə cəmi 5000 manat, sonrada bir dəfə 3000 manat pul vermiş və hər dəfə də ona demişdir ki, “bu sənin haqqındır, mən öz haqqımı götürmüşəm”. Həmçinin hər dəfə də ona demişdir ki, “pulların aldığım adamları guya ki, sənin vasitən ilə səhiyyə və təhsil sisteminə işə düzəldirik”. Rəşadın ona verdiyi 3000 manat pulu o da tanıdığı Gəncə şəhər sakini Atatürk prospektində çay evi işlədən Rəhim adlı şəxsdən alıb ona vermişdir. O, sonra Rəhimlə telefonla danışanda Rəhim ona demişdir ki, “mən Rəşada bacım qızlarını sənin vasitənlə işə düzəltmək üçün 16000 manat bir dəfə, 8500 manat da bir dəfə pul vermişəm”. Lakin o Rəşadı pis vəziyyətə qoymaq istəməmiş və Rəhimə yalandan demişdir ki, işiniz tezliklə düzələcəkdir. Bundan sonra Rəşad onu Gəncə şəhəri “Dəyirman dairəsi” deyilən yerin yanında çay evi işlədən Zirəddin adlı şəxslə tanış etmiş, onlar birlikdə oturub söhbət edəndə ona məlum olmuşdur ki, ona ilk dəfə 2000 manat verdiyi pulu Zirəddindən aldığı pul olmuşdur. O, Zirəddindən Rəşada nə qədər pul verdiyini soruşanda Zirəddin demişdir ki, mən ona 10.000 manat pul vermişəm. O, yenə Rəşadı pis vəziyyətdə qoymamaq üçün Zirəddini tam əmin etmişdir ki, narahat olma işiniz tezliklə düzələcəkdir. Oradan çıxandan sonra Rəşada demişdir ki, “məni niyə aldadırsan 10.000 manat almışdın heç olmasa mənə yarısını, yəni 5000 manat verərdin?”. Rəşad isə ona demişdir ki, “Mən həmin pulları kartıma yükləyirəm, yığılsın sonra yenə sənə pul verəcəm”. Bundan sonra onun Kapital Banka aid olan kart nömrəsini Rəşad ondan almışdır ki, “Sənin kartına aldığım pullardan sənin payını göndərəcəm”. O da Rəşada ona məxsus **********278267 nömrəli kart hesabını vermiş, Rəşad ona 1000 manat bir dəfə, 500 manat bir dəfə, ümumilikdə 7000 və ya 8000 manat pul köçürmüşdür. O da həmin pulları yenə özü və ailəsi üçün xərcləmişdir. Qardaşı Sərxana avtobusla Rəşadın göndərdiyi pulları və qardaşı Sərxanın dostu və Sərxanın ona göndərdiyi Şahid1 adına olan "xxxx" ASC-yə aid **********708343 nömrəli kart nömrəsinə də Rəşad pul göndərmişdir. Rövşənin kart nömrəsinə Rəşadın göndərdiyi bütün pulları qardaşı Sərxan ona geri göndərmiş, bəzi vaxtlar isə özü Bakı şəhərinə gedib həmin pulları göndərdiyi kimi Sərxandan almış və sonra gətirib yarısını özünə götürüb, yarısını da Rəşada vermişdir. Rəşad Sərxana 1000, 2000 və 2500 manat pul göndərmiş, Rövşənin kartına da həmin məbləğlərdə pul göndərilmişdir. Sərxan da həmin pulu kartdan çıxarıb yenə ona qaytarmışdır. Rəşadın əsas məqsədi o olmuşdur ki, pullar aldığı adamları tam əmin etsin ki, pulları onların işini həll etmək üçün Bakı şəhərinə göndərir. Həqiqətdə isə onların heç kimin işini həll etmək məqsədləri olmamış və elə bir tanışları da mövcud olmamışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Rəşad onunla görüşən zaman ona demişdir ki, “Pullarını aldığımız adamlar artıq məni incidirlər pullarını geri istəyirlər, pulları qaytarmaq lazımdır”. O da Rəşada demişdir ki, mən sən verdiyin pulların hamısını xərcləmişəm, qoy görüm hardan pul tapa bilərəm. İbtidai istintaq zamanı Rəşad özünü bu işdən kənarlaşdırmaq üçün ona qarşı yalan ifadələr vermişdir. Əslində hər ikisinin məqsədi vətəndaşları aldadıb pul əldə etmək olmuş, təklif Rəşaddan gəlmiş və o, da pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. O, Rəşadın özündən 40.000 manat pul almamışdır ki, onu və arvadını işə düzəltsin. Bu tam yalandır. Rəşad özü bu planı qurub onun yaxın qohumu İntiqam və Rövşən adlı şəxslərin guya X23 və Təhsil Nazirinin, Səhiyyə Nazirinin yaxın qohumları olduğu barədə vətəndaşlara məlumat verib, onları inandırmış və onu da həmin şəxslərlə görüşdürəndə və danışanda o da Rəşadın fikrini təsdiqləmişdir. O, istəməmişdir ki, Rəşad bu işdə onun qardaşı Sərxanın iştirakını bilsin. Rəşad ona eləcə demişdir ki, “Bakı şəhərindən etibarlı adam tap ki, mən pul aldığım adamları inandırım ki, pul Bakı şəhərinə işin düzəlməsi üçün göndərilir”. Rövşən adlı şəxsi o tanımır və Rövşənin kart nömrəsini ona qardaşı Sərxan göndərmişdir ki, pulu onun kart hesabına köçürsünlər o isə çıxardıb həmin pulu onlara geri qaytarsın. Qardaşı Sərxana göndərilən pullar bağlı paketdə olmuş və necə göndərilmişdirsə eləcə də ona Sərxan geri göndərmiş, bəzən isə o özü gedib Bakı şəhərindən həmin pulları Sərxandan götürmüşdür. Rövşən adlı şəxsin həmin işlərdə heç bir marağı olmamış, yalnız pullar onun adına olan karta köçürülmüş sonra isə qardaşı Sərxan həmin pulları çıxarıb onlara göndərmişdir. Sərxan da pul götürməmişdir. O, əvvəlcədən qardaşı Sərxana Rəşadla bağlı planı barədə bildirmiş, lakin Sərxana oradan pul çatmamış və o, pul götürməmişdir. Rəşadın pul aldığı şəxslərdən Rəhim, Natiq, Vüqar və Zirəddin adlı şəxslərlə şəxsən görüşmüş və söhbət əsnasında Rəşad onu təqdim edib onun yaxın qohumu Rövşən və İntiqam adlı şəxslərin X23 yaxın qohumu olduğunu söyləmişdir. Həmin şəxslərdən təxminən 10 nəfərə yaxın şəxslərlə də Rəşad onu telefonla danışdırmış, onlara da yalan vədlər vermişdir. O, təxminən bu işdə 40000 manata yaxın pul ələ keçirmiş və həmin pulları da xərcləmişdir. Zərərçəkmiş şəxs1 istintaqa onunla arasında olan whatsapp danışıqları təqdim etmiş və o, həmin danışıqlarla tanış olmuşdur. Həmin planda Rəşadın planı olmuşdur. O, həmin danışıqları bir başa Rəşada göndərmişdir. Çünki Rəşad ona demişdir ki, “Sən mənə whatsappla səs at ki, guya Rövşənlə danışırsan ondan işin aqibətini soruşursan, pulu tələb edirsən, məndə həmin səsləri pulları aldığım adamlara eşitdirəcəm ki, guya ki, pulları Rövşənə göndərmişik, o da bizi pis vəziyyətdə qoymuşdur”. İş üzrə digər Zərərçəkmiş şəxs2 ilə bağlı deyə bilər ki, həqiqətən də tanışı Taleh müəllim adlı şəxs bir neçə il əvvəl ona demişdir ki, “Eşitmişəm ki, Rəşad adlı şəxslə iş görürsünüz, işə adam düzəldirsiniz, hər yerə əliniz girir, mənim tanışım var onun qızına test imtahanında köməklik etmək lazımdır”. O da Rəşadla danışmış, o da ona məsləhət görmüşdür ki, problem deyil, bu adamı da o biri adamlar kimi edərik. O da 2021-ci ilin iyul ayında Taleh müəllimin vasitəsi ilə Mütəllim adlı şəxslə görüşmüş, 15.000 manat pul müqabilində bu işin həll olunacağını deyib, ilkin olaraq ondan 6.000 manat pulu Gəncə şəhəri Poçt qəsəbəsində almış, qalan 9000 manatı isə iş həll olandan sonra verərsən demişdir. 15000 manatdan 12000 manatı işə düzəldənə çatmalıydı, 3000 manatı isə onlar Rəşadla 1500-1500 manat bölmüşlər və ona çatan pulu o xərcləmişdir. Sonra da Zərərçəkmiş şəxs2 pulunu geri istəyəndə yalandan demişdir ki, “Pulu vermişəm yuxarılarda oturanlara məni onlar aldatdılar”. O, aldığı pullardan yalnız Mütəlimdən özü pul almış, qalan pulları Rəşad alıb, özünə götürüb bir qisminidə ona vermişdir. Onun istifadəsində həmişə bir telefon nömrəsi, ***-***-**-** nömrəsi olmuşdur. Digər Zərərçəkmiş şəxs3 sonuncunun oğlu Gəncə şəhər 30 saylı orta məktəbin 8-ci sinif şagirdi Pərvinə görə tanımışdır. Belə ki, o, Pərvinin idman müəllimi olmuşdur. 05 yanvar 2023-cü il tarixdə Ayaza telefonla zəng edib qardaşı vəfat etdiyi üçün ona başsağlığı vermiş, bir az söhbət etmiş, həmin vaxt pula ehtiyacı olduğundan Ayaza demişdir ki, “Sən mənim həm yerlimsən, həm də oğlunun müəllimiyəm, sizin xətrinizi istəyirəm, sizə bir təklifim vardır”. O da nə təklif olduğunu soruşanda ona demişdir ki, keçmiş Təhsil X18 yaxın adamı onun tanışıdır, Təhsil Nazirliyində işləyir, onun vasitəsi ilə Gəncə şəhərində məktəblərdən birində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi var, istəsə onu oraya işə düzəldə bilər. Ayazda ondan nə qədər xərci çıxacağını soruşanda demişdir ki, 5000- 6000 manata düzələn işdi amma səni yerlim olduğun üçün 3000 manata düzəldə bilərəm. Ayaz da razılaşmışdır. 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Qold Əminə” adlı marketin qarşısında o Ayazla görüşüb 3000 manat pulu ondan almış və ona söz vermişdir ki, guya bir aya kimi onunun əmrini verdirəcək. Lakin Ayazdan pulu borclarını bağlamaq üçün almışdır. Bundan başqa onun adına olan Kapital Banka aid kart hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mədaxil olan və məxaric olunan pulların çıxarışları ilə bağlı bildirir ki, onun kart hesabına 166.317.20 manat pul köçürülmüş və 166.400.67 manat pul çıxarılmışdır. Onun aylıq əmək haqqı 1144 manat olmuşdur. Bildirir ki, o sosial şəbəkədə müxtəlif mərc oyunları oynamış, udduğu və uduzduğu pulları həmin kart vasitəsi ilə oynamışdır. Zərərçəkmiş şəxs1 həqiqətən də onun kartına 3500, 2300 və 1450 manat pul köçürmüşdür. Həmin pulları Rəşad ona “gördükləri işlərin” nəticəsi olaraq xərcləmək üçün göndərmişdir. O, Zərərçəkmiş şəxs1 əvvəllər təxminən 26000 manata qədər pul qaytarmışdır. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu, ailə vəziyyətini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin may ayından tanımışdır. Belə ki, həmin vaxt dostu Elşən adlı şəxslə Gəncə şəhərində “Qızıl Gül” şadlıq evinin yanında çay evində görüşəndə Şahnəzərdə Elşənlə oraya gəlmiş və Elşən onları tanış edib demişdir ki, Şahnəzər Gəncə şəhər 30 saylı orta məktəbdə idman müəllimi işləyir və onun geniş əlaqələri var, Təhsilə, Səhiyyəyə və digər istənilən yerlərə işə düzəldə bilir, istəsə müraciət edə bilər. Onlar oturub söhbət etmiş və yaxından tanış olmuşlar. Sonra Elşən olmadan da onlar tez-tez görüşüb çay evində oturub, qəlyan çəkmişlər. Təxminən 2021-ci ilin iyun ayında Şahnəzər ona demişdir ki, onun Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində işləyən Rövşən adında yaxın qohumu var, X26 X18 yaxın qohumudur. Şahnəzər təklif etmişdir ki, özünə, yaxınlarına və dost tanışlara Təhsil Nazirliyi sistemində kim işə qəbul olmaq istəsə Rövşənin vasitəsi ilə köməklik edə bilər, o, 4-5 ildir ki, Rövşənlə işlər görür hardasa 6-7 nəfərin işini həll etmişdir. O da artıq Şahnəzəri yaxından tanıdığından ona etibarı yaranmış və ona inanmışdır. Fikirləşmişdir ki, həm özü, həmdə həyat yoldaşı Təhsil sistemində bir işə qəbul olunsun. Ona görə də evdə həyat yoldaşı ilə məsləhətləşmiş, o da razılaşmışdır. O, Şahnəzərlə görüşmüş və ona demişdir ki, onu və həyat yoldaşını nə işinə düzəldə bilər. Şahnəzərdə həmin vaxt ona demişdir ki, “Səni Gəncə şəhərində orta məktəblərin birində direktor vəzifəsinə, həyat yoldaşını da məktəblərdən birində müvafiq işlə təmin edə bilərəm”. O da razı olmuşdur. Şahnəzər demişdir ki, Rövşən müəllimlə danışıb həmin işin xərcini öyrənəcəkdir. Aradan bir həftə keçmiş Şahnəzər onunla görüşmüş və demişdir ki, “Sənin və arvadının işinin düzəlməsi üçün başqalarından 70000-80000 manat pul alırlar, mən xahiş etmişəm, sən 40.000 manat pul verərsən həll edəcəm”. O da 40000 min manat vermiş, lakin o hansı məktəbə düzəldəcəyini deməmişdir. Sonra 25 nömrəli məktəbin direktoru ölmüş və Şahnəzər ona səni ora düzəldək demişdir. O da yaxın qohumlarından əvvəl 20000 manat pul tapıb düzəltmiş, Şahnəzərlə təxminən 2021-ci ilin iyun ayının axırlarında Gəncə şəhərində “Qızıl Gül” şadlıq evinin yanındakı çay evində görüşmüş, həmin vaxt 20000 manat pulu və özünün, arvadının şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin, diplomunun surətlərini ona vermişdir. Şahnəzər də demişdir ki, “Qalan 20.000 manatı da tez düzəlt ver, 4-5 ay müddətinə işiniz düzələcəkdir”. O da təxminən 10 gündən sonra qalan 20.000 manat pulu da həmin yerdə Şahnəzərə vermişdir. Bundan sonra Şahnəzər onu telefonda Səhiyyə Nazirliyində yüksək vəzifədə işləyən İntiqam adlı hər bir yerə işə adam düzəltməkdə geniş imkanları olan şəxslə telefonda tanış etmişdir. Adını İntiqam kimi təqdim edən şəxs ona demişdir ki, “Mən yüksək vəzifəli məmurun ailə həkiminin bacısı oğluyam, mənim nömrələrimi götür və özünə, yaxın adamlarına haraya işə düzəltmək lazım olsa mənə müraciət edərsən”. Həmin İntiqam adlı şəxs ona öz **********, **********, ********** saylı mobil telefon nömrələrini vermişdir. O, tanışlarınının ona işə düzəltmək barədə müraciət edəndə o həm İntiqamla həmdə Şahnəzərlə əvvəlcədən danışmış, onlar ona işə düzələcək şəxslərin anket məlumatlarını, sənədlərinin surətini göndərməyi bildirmiş və o da göndərmiş, bundan sonra onlar ona işə düzəldəcəklərinin xərcini demiş və o da bundan sonra tanışlarına neçə manata işə düzəldəcəklərini demiş, onlarda razılaşıb ona pulları vermişlər. Bu minvalla o küllü miqdarda pulları Şahnəzərə və İntiqam adlı şəxsin həm ona göndərdiy kart nömrəsinə və eyni zamanda avtobusla Bakı şəhərinə göndərmiş, eyni zamanda Şahnəzərində kart hesabına, həmçinin əlbəəl pullar vermişdir. Sonradan yəni axırınıcı dəfə o onlara pulu 2022-ci ilin iyul ayında göndərəndən sonra onlardan tələb etmişdir ki, həm özünün, arvadının işi barədə həmçinin digər şəxslərdən alıb onlara verdiyi və göndərdiyi pullara görə iş barədə soruşanda onlar hər dəfə müxətlif bəhanələrlə onu “bu ayın 15 tarixi, gələn ayın 15 tarixi” deyə-deyə onu aldatmış və o da pul aldığı adamları arxayın etmişdir ki, yaxın vaxtlarda işləri düzələcək, lakin sonradan pulu da tələb edəndə onlar ona demişlər ki, ya iş düzələcək ya da ki, pullar qaytarılacaqdır. Sonradan artıq İntiqam adlı şəxsin yuxarıda göstərdiyi telefon nömrələri ona cavab verməmiş və telefonlar söndürülmüşdür. Şahnəzərdən soruşanda ki, İntiqam haradadır?, Şahnəzərdə ona demişdir ki, “Mən də onu Rövşən vasitəsi ilə tanımışdım o da deyir ki, İntiqamı tapa bilmir”. Ona görə də o məcbur olub Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində yalan göstərir. Onun heç bir marağı olmamış, o tanışlarından aldığı pullardan özünə götürməmiş, hamısını Şahnəzərə və onun indi ona məlum olan qardaşı Sərxana hansı ki, ona İntiqam adlı şəxs kimi tanıtmış, ona göndərmişdir. Onun Sərxan və Rövşən adlı şəxslərlə heç bir vaxt görüşü olmamış, onları görməmiş, ancaq Sərxanla yəni “İntiqam müəllim” adlı şəxslə mobil telefon ilə danışmış və Sərxan öz telefon nömrələrini ona vermiş, amma Rövşənin mobil telefon nömrələri onda olmamış, Şahnəzər onun nömrəsini verməmiş, Şahnəzərin telefonları ilə Rövşənlə whatsappla bir dəfə danışmışdır. Onun Şahnəzərə böyük etimadı, etibarı olduğundan həm özünün, həm də yaxın tanışlarının işlərinin düzəlməyəcəyi barədə heç vaxt düşünməmiş və heç şübhəsi olmamışdır. Ona görə də arxayın onların vasitəçisi olmuşdur. Hətta onların demək olar hamısı ilə Şahnəzəri görüşdürmüş, telefon əlaqəsi yaratmış, özləri danışmış və ünsiyyətdə olmuşlar. Həm də onlardan aldığı pulların siyahısını istintaqa təqdim etmişdir. Həmçinin 11 ədəd göndəriş qəbzlərini və kart hesabından kart hesabına ödənişlərin bankdan çıxarışı o, istintaqa təqdim etmişdir. Eyni zamanda Şahnəzərin ona verdiyi müraciət nümunəsinə hansı ki, Təhsil Naziriliyinə ünvanladığı müraciətin və həmin müraciətin poçt vasitəsi ilə göndərmə qəbzini də təqdim etmişdir. Bundan başqa onda Şahnəzərlə arasında olan telefon danışıqları yazılmış səs yazıları olmuş və onu da istintaqa təqdim etmişdir.. Zərərçəkmiş şəxslərdən bir neçəsi onu narahat edib pullarını tələb edəndə arvadı Nazilə yaxın qohumları Şahid7 73000 manat borc pul götürmüş və girova Nazilə öz adına olan evini və adına olan Cevrolet Malibu markalı avtomaşını qoymuşdur ki, 2024-cü ilin yanvar ayına kimi onlar Təranəyə borclarını ödəməsə maşını və evi onun adına rəsmiləşdirəcəklər. Sərxanla Şahnəzər bir il ərzində ona Gəncə şəhərində bir neçə məktəblərə direktor vəzifəsini təklif etmiş, lakin sonra demişlər ki, məktəblərdə alınmır, sən Təhsil Nazirinin adına elektron ərizəni göndər, bundan sonra sənin işini həll edəcəyik. Onlar onu yubatmışlar, o da onlardan tələb edəndən sonra ona belə bir ünvan göndərmişlər ki, oraya ərizə yazsın. O da həm elektron, həm də poçtla ərizəni göndərmişdir. O, Şahnəzərlə 2021-ci ilin iyun ayında tanış olanda o ilk əvvəl Rövşən müəllim adlı şəxsin İqtisadi İnkişaf Nazirliyində işlədiyini, Ceyhun Bayramovun da xalası oğlu olduğunu bildirmişdir. Bundan təxminən 1-2 ay sonra isə İntiqam müəllim adlı şəxsin adını çəkmiş və sonradan İntiqam adlı şəxsin nömrəsini ona vermiş və o onunla ***-***-**-** mobil nömrəsi ilə danışmışdır. O da demişdir ki, bu işlə Rövşən deyil, özü şəxsən məşğul olacaq. O, 2022-ci ilin iyul ayına kimi Sərxanla whatsappla əlaqə saxlamış, başqa-başqa nömrələri olmuş, daha sonra telefonlarına zəng çatmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmişdir. Hazırda dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayından tanımışdır. Onun qızı X11 2014-cü ildə Bakı Slavyan Universitetinin rus-ingilis dili fakültəsini bitirmiş və 2019-cu ildən Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı orta məktəbdə laborant vəzifəsində işləyir. Ayselin arzusu müəllim işləmək olmuş, ona görə də o test imtahanı verməli olmuş, lakin özünə güvənməmiş və demişdir ki, yüksək bal toplaya bilməyəcək. Aysel öz məktəblərində idman müəllimi işləyən Taleh müəllimə bu barədə bildirəndə Taleh müəllim ona demişdir ki, o, Gəncə şəhəri 30 saylı orta məktəbdə idman müəllimi işləyən Şahnəzər müəllimi tanıyır, o test imtahanlarından yüksək bal toplamaqda sənə köməklik edə bilər. Aysel evə gələndə ona bu barədə bildirəndə o da Ayselə demişdir ki, Taleh müəllimin nömrəsini mənə ver, mən onunla danışım bizi Şahnəzər müəllimlə tanış etsin. O, 2021-ci ilin iyul ayının əvvəllərində özünə məxsus ********** nömrəli mobil telefonu ilə Taleh müəllimin ********** nömrəli mobil telefonuna zəng etmiş, ona demişdir ki, “Mən Ayselin atasıyam, siz Aysellə Şahnəzər müəllim barəsində söhbət etmisiniz ki, qızıma test imtahanlarından yüksək nəticə əldə etməsində Şahnəzər köməklik edə bilər”. O, Talehlə görüşməyi qərara almış və görüşmüşdür. Taleh müəllimlə görüşəndə o tanışı 30 saylı orta məktəbdə müəllim işləyən Şahnəzərin Ayselə yüksək bal yığmasında köməklik edə biləcəyini ona bildirmişdir. Taleh müəllim ona Şahnəzərin ********** nömrəli mobil telefon nömrəsini vermiş və demişdir ki, özünüz əlaqə saxlayın mən onu məlumatlandırmışam. O, 2021-ci ilin iyul ayında Şahnəzərin mobil telefonuna zəng etmiş və ona Taleh müəllimin tanışı olduğunu və qızı Ayselin test imtahanları barədə ona bildirmişdir. Şahnəzər ona demişdir ki, “Taleh müəllim mənə bu barədə bildirib və Ayselin test imtahanında yüksək bal toplamasında köməklik edə biləcəyini ona bildirmişdir. O, bu işin müqabilində nə qədər pul ona verməli olduğunu bildirmiş, Şahnəzər də ona demişdir ki, “15000 manat müqabilində mən bu işi həll edəcəm”. O da razı olmuşdur. Bundan sonra 2021-ci ilin iyul ayının axırlarında dəqiq tarix yadında deyil o onunla görüşməyi ona bildirmişdir. O, ona demişdir ki, nə qədər ilkin olaraq pul gətirməliyəm. Şahnəzər də demişdir ki, nə qədər istəsən gətir. O, evdən 6000 manat pul götürmüş və Taleh müəllimə zəng etmişdir ki, xahiş edirəm gəl birlikdə gedək Şahnəzərlə görüşək, siz onu bizimlə tanış etmisiniz. Taleh müəllim razılaşmış və Şahnəzərə zəng etmişdir ki, harada görüşək, o da demişdir ki, Poçt qəsəbəsində görüşək. O, Taleh müəllimlə ona məxsus Santefe markalı, ** DF *** nömrə nişanlı olan avtomaşını ilə Gəncə şəhəri Poçt qəsəbəsinə gəlmiş və marşrut avtobuslarının axırıncı dayanacağında bir az keçmiş Şahnəzər də gəlmiş və o onun avtomaşınına oturmuşdur. Söhbət zamanı Şahnəzər ona demişdir ki, Aysel test imtahanı versin, nə qədər az da olsa toplasa onun Qoşqar adında tanışı var pulu ona verəcək, o da Ayselə yüksək bal yazıdıracaqdır. O, da ona inanıb Taleh müəllimin yanında Şahnəzərə 6000 manat pul vermiş, Şahnəzərə demişdir ki, əgər Aysel imtahandan yüksək bal toplasa o, bundan sonra ona əlavə 9000 manat pul verəcək. Şahnəzər də razı oldu və 6000 manat pulu ondan götürmüşdür. Aysel 2021-ci ilin avqust ayında test imtahanı vermiş, lakin test imtahanından az bal topladı, keçid balı olmadı. O, Şahnəzərlə telefon əlaqəsi saxlamış və ona bu barədə bildirmiş, ondan 6000 manat pulunu tələb etmişdir. Şahnəzərdə onunla görüşməkdən yayınmış və telefonda ona demişdir ki ,guya ondan aldığı pulu kiməsə də Ayselin işini həll etməsi üçün vermiş, alıb onun pulunu qaytaracaqdır. Lakin dəfələrlə Şahnəzərlə əlaqə saxlasa da onu aldadarıq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Ona görə də o məcbur olub 18 yanvar 2023-cü il tarixdə ərizə yazıb Gəncə şəhər Baş Polis İdarəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmişdir. Hazırda dəymiş ziyanın ödənilməsini, əks halda onun ciddi cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, oğlu X4 şəhər 30 saylı orta məktəbin 8-ci sinif şagirdidir. Onun idman müəllimi Gəncə şəhər sakini Təqsirləndirilən şəxs oğlu Pərvinə görə tanımış və aralarında yaxın münasibət yaranmışdır. Təxminən 05 yanvar 2023-cü il tarixdə Şahnəzər ona məxsus olan ********** nömrəli mobil telefonuna özünə məxsus olan telefonla zəng edib onunla salamlaşmış, qardaşı vəfat etdiyi üçün ona başsağlığı vermişdir. Sonra ona demişdir ki, “Sən mənim həm yerlimsən, həm də oğlunun müəllimiyəm, sizin xətrinizi istəyirəm, sizə bir təklifim vardır”. O da ondan nə təklif olduğunu soruşanda Şahnəzər ona demişdir ki, keçmiş Təhsil X18 yaxın adamı onun tanışıdır, Təhsil Nazirliyində işləyir, onun vasitəsi ilə Gəncə şəhərində məktəblərdən birində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi var, istəsən səni oraya işə düzəldərəm. O da işsiz olduğundan sevinmiş, Şahnəzərə demişdir ki, bu işin xərci nə olacaqdır. Şahnəzər də ona demişdir ki, “Başqasına 5000-6000 manata düzəldirəm, səni yerlim olduğun üçün 3000 manata düzəldə bilərəm”. O da demişdir ki, mənə bir həftə möhlət ver mən o pulu tapım sənə verim, o da razılaşmışdır. O da yaxın adamlardan borc tapıb 3000 manat pulu düzəltmiş, 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən “Qold Əminə” marketin qarşısında Şahnəzərlə görüşüb 3000 manat pulu ona vermişdir. Şahnəzər söz vermişdir ki, bir aya kimi sənin əmrini verdirəcəm. O da bir ay gözləmiş, lakin sonradan eşitmişdir ki, Şahnəzər həbs olunmuş və o, ondan başqa digər şəxsləri dələduzluq yolu ilə aldatmışdır. Ona görə də 10 mart 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nə şikayət etmişdir. Şahnəzər ona demişdir ki, onun yaxın qohumu Təhsil Nazirliyində yüksək vəzifədədir, onun vasitəsi ilə onun işini həll edəcəkdir. Konkret ad çəkməmişdir. O, Rəşad adlı şəxsi tanımır, onun haqqında ona Şahnəzər heç nə deməmişdir. Şahnəzər o, pulu hazırlayanda tez-tez ona zəng emişdir ki, “Tez pulu çatdır, taksi Bakı şəhərinə gedir pulu göndərməliyəm”. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmişdir. Hazırda dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımaqla, hər iki şəxsi o, bir-biri ilə tanış etmiş və tanışlıq zamanı Rəşada Şahnəzərin müəllim işləməsini demişdir. Lakin onun Şahnəzərlə Rəşadın sonradan vətəndaşları işə düzəltmək adı ilə aldadıb onların pulunu almalarından xəbəri olmamış və bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımır. Gəncə şəhər sakini X8 isə o 2021-ci ilin ortalarından tanımışdır. Belə ki, o, Sərxanla Bakı şəhərində Hosteldə tanış olmuş, Sərxan özünü savadlı, bacarıqlı, ali təhsilli, tikinti işləri ilə məşğul olan şəxs kimi ona təqdim etmişdir. Sonra aralarında dostluq münasibəti yaranmış və tanışlıqdan 3-4 ay sonra ev tutub birlikdə kirayədə qalmışlar. Həmin ərəfələrdə Sərxan ona təklif etmişdir ki, Asan imza vasitəsi ilə adlarına şirkət açsınlar, sonra tikinti işləri ilə məşğul olsunlar və pul qazansınlar. O da razı olmuş və onun adına şirkət açılmış, lakin iş qura bilməmiş və şirkət bağlanmışdır. Onun adına Kapital Banka aid olan **********278267 nömrəli kart olmuşdur. O təxminən həmin kartı 2022-ci ilin may ayında almış, bir dəfə də olsun həmin kartdan istifadə etməmişdir. Sərxan da bilmişdir ki, onun kartı var. Bir dəfə Sərxan ona demişdir ki, “Mənim kartım sıfırdadır, balansa pul yükləyəndə pul gələn kimi borcu olduğundan çıxılır, ona görə sən kartını mənə ver istifadə edim”. O da kartını istifadə etmədiyi üçün Sərxana vermişdir. Onun kartı onlayn telefona qoşulmamış, Sərxanın ona görə də onun kartında hansı əməliyyatları etməsindən məlumatsız olmuşdur. Kartı hazırda da Sərxanda qalmışdır. Onun həmin kartda balansında onun öz pulu olmadığından kartı geri almamışdır. 2022-ci ilin iyun ayının axırlarında artıq o Sərxanla bir evdə qalmamış və ayrılmışlar. Bundan sonra da heç onunla görüşməmiş, arada telefonla danışmışdır. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq Gəncə şəhər 1 saylı orta məktəbdə idman müəllimi vəzifəsində işləyir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. O, Şahnəzərlə 2003-cü ildə Gəncə Dövlət Universitetində bədən tərbiyəsi və idman fakültəsində bir kursda oxumuşdur. Sonra o, Gəncə şəhər 30 saylı orta məktəbdə, o da 1 saylı orta məktəbdə müəllim işləmişdir. X7 da tanıyır, həmin şəxs onların məktəbində laborant işləyir. 2021-ci ilin iyul ayının əvvəllərində Ayselin atası X9 onun mobil telefonuna zəng edib demişdir ki, “sən Şahnəzəri tanıyırsanmı?”. O da demişdir ki, bəli tanıyıram. Mütəllim ona demişdir ki, eşitmişəm ki, o iş düzəldir, onun mənə telefon nömrəsini verə bilərsənmi?. O da demişdir ki, mən də eşitmişəm, verə bilərəm və o Şahnəzərin ********** nömrəli mobil telefon nömrəsini Mütəllimə vermişdir. Aradan bir xeyli vaxt keçmiş təxminən 2021-ci ilin iyul ayının axırlarında Mütəllim yenə ona zəng etmişdir ki, “X27 qəsəbəsində görüşəcəm ona qızım Ayselin işini düzəltmək üçün pul verəcəm, səndə bizim yanımızda ol şahidlik et ki, mən Şahnəzərə pul verirəm”. O da ona demişdir ki, məni bu məsələyə qatmayın. Lakin o xahiş etmiş, təkid etmiş və o bundan sonra razılaşmış, onlarla birlikdə görüşmüş, onun yanında Mütəllim Şahnəzərə 6000 manat pul vermişdir. Mütəllim pulu verəndən sonra onun maşınından düşüb evinə getmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 tanıyır. Rəşad onun qohumudur. 2021-ci ilin iyun ayında Rəşad ona demişdir ki, o işə düzəlmək istəyir, onun özünün 20000 manat pulu var, lakin çatmır, ona işə düzəlmək üçün 40000 manat pul lazımdır.O da həmin ərəfədə özünə maşın almaq üçün pul yığmış və 12000 manat pulu olmuşdur. Rəşad ona söz vermişdir ki,yaxın vaxtlarda pulunu qaytaracaqdır.O da qohumu olduğu üçün razılaşmış və Rəşada 12000 manat pul vermişdir. Sonra ona Rəşad demişdir ki, o 40000 manat pulu tanışı Şahnəzər adlı şəxsə verib ki, onu və arvadını işə düzəltsin, lakin Şahnəzər onu aldatmış, işini düzəltməmiş,pulunu da geri qaytarmamışdır. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 tanıyır. Rəşadla dostdur, aralarında yaxın münasibəti vardır. 2021-ci ilin iyun ayında Rəşad ona demişdir ki, o işə düzəlmək istəyir, onun özünün 32000 manat pulu var, lakin çatmır, ona işə düzəlmək üçün 40000 manat pul lazımdır. O da həmin ərəfədə özünə məxsus olan torpaq sahəsini satmış, 8000 manat pulu olmuş, Rəşad ona söz vermişdir ki, yaxın vaxtlarda pulunu qaytaracaqdır. O da dostu olduğu üçün razılaşmış və Rəşada 8000 manat pul vermişdir. Sonra ona Rəşad demişdir ki, o 40000 manat pulu tanışı Şahnəzər adlı şəxsə verib ki, onu və arvadını işə düzəltsin, lakin Şahnəzər onu aldatmış, işini düzəltməmiş, pulunu da qaytarmamışdır. Məhkəmə istintaqında Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 arvadı Şahid6 onun qohumudur, onun vasitəsi ilə də Rəşadı tanımış, aralarında yaxın münasibətləri vardır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Nazilə onun yaşadığı evə gəlmiş, o onun qızı Pərvanə ilə də rəfiqədir. Nazilə ağlaya-ağlaya ona və Pərvanəyə demişdir ki, “Bir ağır işə düşmüşük, ərim Rəşad bir neçə şəxsdən pullar alıb, inandığı adama verib ki, guya onu, Rəşadı və digər Rəşadın tanışlarını işə düzəldəcəklər. Həmin adam da nə işi görür, nə də ki, pulları qaytarmır ki, Rəşad da onlara qaytarsın, çox pis durumdayıq, adamlar pulları Rəşaddan tələb edirlər. Ona görə də Rəşada görə çox narahatdır” Onun həmin vaxtlar evdə pulu olmuş, çünki o mərhum əri ilə uzun müddət Rusiya Federasiyasında işləmiş və yaxşı pul qazanmışlar. O, Nazilədən soruşmuşdur ki, nə qədər pul lazımdır, o da hələlik narahat adamlar var onlara təxminən 100000 manata yaxın pul ödəməliyik demişdir. Onun həmin vaxt evdə 73000 manat pulu olmuşdur. O, Naziləyə demişdir ki, o pulu mən sizə verərəm, amma sonra qaytarasınız. Nazilə ona təşəkkür etmiş, amma demişdir ki, mənim öz adıma Cevrolet Malibu markalı təzə maşınım var, onu və mənim adıma Gəncə şəhəri, V.Tereşkova küçəsində 3 otaqlı evim var, onların sənədlərini sizə verəcəm dediyiniz vaxta qədər pulunuzu ödəyə bilməsək mən həmin evi və maşını sizin adınıza rəsmiləşdirəcəm. O da demişdir ki, lazım deyil mənə nəsə girov qoymaq, lakin Nazilə razılaşmamış, o da ona görə razılıq vermiş və sənədləri götürmüş, razılaşmışlar ki, 2024-cü ilin yanvar ayına kimi onun pulunu qaytara bilməsələr, o onların maşınını və evini özünə götürəcəkdir. Hazırkı vaxta kimi ona ödəniş etməmişlər, pulu qaytarılmamışdır. Məhkəmə baxışı zamanı şahid - Şahid6 məhkəməyə Şahid7 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 onu və arvadını işə düzəltmək adı ilə aldadıb 40.000 manat pul almadığını, həmin faktla bağlı Rəşadın ona şər atdığını göstərsə də, məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusu o, cümlədən zərərçəkmiş şəxs, şahid ifadələri, “üzləşdirmədə dindirmə” protokolları, telefon məlumatlarına dair səs yazıları, Whatsapp yazışmalarına dair çıxarışlarla və digər mötəbər və təkzibedilməz sübutlarla həmin fakt öz təsdiqini tapmışdır.Ona görədə məhkəmə həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, telefon məlumatlarına dair səs yazıları, Whatsapp yazışmalarına dair çıxarışlar, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid5 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 və Şahid5 ifadələrində göstərdiklərini bir- birinin üzünə qarşı demişdir. Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmış və Zərərçəkmiş şəxs2 2021-ci ilin iyul ayının axırlarında dəqiq günü yadında qalmayan vaxtda Gəncə şəhəri Poçt qəsəbəsində avtobus dayanacağında Təqsirləndirilən şəxs 6000 manat pulu verdiyi yeri göstərmiş, 01 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması protokolu tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Gəncə şəhər 30 saylı tam orta məktəbdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 105 nömrəli məktubdan görünür ki, məktəbin fiziki-tərbiyə müəllimi işləmiş, hazırda istintaqa cəlb olunmuş Təqsirləndirilən şəxs göstərilən tarixlərdə, 09 fevral 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək bayram və istirahət günləri istisna olmaqla 1-ci gündən 5-ci günədək gündə ən azı 5-6 saat olmaqla dərslərdə iştirak etmiş, jurnalını yazmış və üzürsüz səbəbdən dərsburaxma halları qeydə alınmamışdır. İş üzrə telefon məlumatları əks olunmuş 01 (bir) ədəd DVD diskə baxış keçirilmiş, səs yazıları və yazışmalar olan 01 (bir) ədəd fləş kartda olan yazışmalara baxış keçirilmiş və səs yazıları dinlənilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən WhatsApp yazışmalara, səs yazıları olan fləş karta və digər sənədlərə baxış keçirilməsi və cinayət işinə əlavə edilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində tanıraraq dindirilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi, özünün İntiqam müəllim kimi təqdim edən X14 ilə arasında aparılan WhatsApp yazışmaları əks olunan vərəqələr, səs yazıları olan fləş karta və digər sənəd surətlərinə baxış keçirməklə, Zərərçəkmiş şəxs1 təqdim etdiyi, özünün X14 ilə arasında aparılan səs yazıları və Təqsirləndirilən şəxs səs yazıları olan fləş kart iş üzrə maddi sübut kimi tanınmalı və digər yazışmalar iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir. Fləş kartda olan səs yazışması dinlənilərkən müəyyən edilmişdir ki, X1 adlı şəxs adından Zərərçəkmiş şəxs1la danışır. Rəşad onunla salamlaşır. Sonra hal əhval tuturlar, bir-birinə. Sərxan danışanda deyir ki, səsə mən qulaq asdım. Rəşad bildirir ki, “Onlara 10000 deyiblər və pullarını alıb fırlayıblar, indi də bir vasitə ilə gəlib mənim yanıma çıxıblar, indi də tərəddüd edirlər”. Bildirir ki, “Allahın nəzəri qisməti varsa biz nə hava çalsaq oynayacaqlar”. Sərxana deyir ki, “sizi whatsappla narahat edəcəm”, o da deyir ki, “hə istənilən vaxt yığa bilərsən, yaza da bilərsiniz”. Rəşad deyir “İntiqam müəllim, ona müraciət edir, mən haram yeyə bilmərəm, siz də aydındır deyirsiniz”. Rəşad deyir mənə müştəri gəlirsə mənim vasitəmlə sizə çıxıramsa, burda Rövşən müəllim də var, Şahnəzər müəllimdə var, siz də varsınız, mən də varam, mən nə təhər edim o birinci ruka olsun. Sərxan deyir ki, “Mən gördüyüm iş, gördüyüm məbləğ 8000-ə 10000-ə olur, yenə də alırlar və gəlir bizlərin əlindən keçir” deyir. Bundan başqa fləş kartda digər səs yazısında Təqsirləndirilən şəxs Rövşən adlı şəxsə göndərdiyi whatsapp danışıqları qeydə alınmışdır. Həmin danışıqlarda Təqsirləndirilən şəxs bildirmişdir ki, Rövşən müəllim salam, sizi 3 dəfə yığdım siz cavab vermədiz, bu işlərlə bağlı deyəcəkdim, Rəşadla mən pis vəziyyətdə qalmışam, deyiləsi deyil camatın üzünə çıxa bilmirik, ayın 9-u demişdiz olmadı, 12-si demişdiz olmadı. Ona yalvarır ki,əgər əmrlər olacaqsa olsun, olmayacaqsa vozvrat edin pulları, ayın 15-nə kimi dərslər açılır, alınırsa alınsın alınmasa pulları qaytarın bizdə verək camaata rahat olaq. Artıq dərəcədə xahiş edirəm deyir. Bundan başqa fləş kartda digər səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə danışanda Rəşad deyir ki, əgər bir işə gücün çatmayırdısa, niyə razılıq verirdin, bilirsən haralara şikayət edəcəklər bunun altından çıxa biləssən. Şahnəzər deyir ki, qoy şikayət etsinlər, gör mən də onun başına nə oyun açacam. Rəşad deyir ki, sən Allah o Rövşən həqiqətən İqtisadi İnkişaf Nazirliyində işləyir. Şahnəzər deyir ki, hə orada işləyir deyəsən şöbə rəisidir, bərk adamdır, soyadını bilmirəm. Rəşad deyir, onun nömrəsini ver getkontakda yoxlayım, Şahnəzər deyir qoy görək söz verib alınmırsa ondan sonra danışarıq, 2 günə nömrəni verəcəm deyir, verməsə hökümət var mən o adamdan pulu alacam. WhatsApp yazışmalara baxış zamanı müəyyən edilir ki, İntiqam müəllim adlı şəxsdən gələn mesajlarda Zərərçəkmiş şəxs1 işə qəbul olunması üçün Təhsil Nazirinin adına ərizə forması, offise.@edu.gov.az saytını da göndərmişdir ki, ərizəni bu imelə göndərsin, Zərərçəkmiş şəxs1 ərizəni yazmış fotoşəkilini göndərmiş, İntiqam müəllim əlavə çapa uyğun yazılmasını ona bildirmiş, diplomunun surətini, fotoşəkilini sənəd üçün göndərmiş, həmçinin Rəşad X2 bağlı paketlərdə pulu avtobusla göndərərkən paketin fotoşəklini çəkmiş, üzərində İntiqam müəllim deyilən şəxsin, yəni Sərxan Hüseynovun istifadəsində olan ********** nömrəli mobil telefonun nömrəsi və üzərinə Oktay adı yazılmışdır. Paketlər Tatoğlu avtobus şirkəti ilə göndərilmiş, həmin şirkətin əlaqə nömrələri olan fotoşəkil də təqdim edilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Təhsil Nazirliyinə ünvanladığı ərizəni Azərpoçt vasitəsilə göndərdiyi qəbzi təqdim etmişdir. Təqdim edilən bir ədəd fləş kart, WhatsApp yazışmaları, paketlərin fotoşəkilləri və digər zəruri sənədlər işə əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə Ərazi İdarəsində elektron məlumat bazaya toplanmış materiallara, arxiv məlumatlarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış əmlak (mənzil, yaşayış evi) aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ Gəncə RQİTBŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda avtomaşın yoxdur. Zərərçəkmiş şəxs1 ilkin araşdırma zamanı üzərində İntiqam müəllimin ***-***-**-**, ***-***-**-**, ***-***-**-** telefon nömrələri, Rövşən müəllimin **********708343 Kapital Banka aid olan kart nömrəsi, Şahnəzər müəllimin ***-***-**-** telefon nömrəsi və onun **********278267 Kapital Banka aid olan kart nömrəsi yazılmış 01 vərəqə, xx.xx.2022-ci il tarixli Azərpoçtun qəbzini 01 vərəqədə, Təhsil Nazirliyinə öz adından yazmış olduğu yazılı müraciəti 01 vərəqədə, 02 vərəqədə Millön terminalı vasitəsi ilə onun tərəfindən Şahid1 adına olan **********708343 Kapital Banka aid olan kart nömrəsinə xx.xx.2022-ci il tarixdə 2600 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat köçürülmüş ödəniş qəbzlərini və Təqsirləndirilən şəxs adına olan **********278267 Kapital Banka aid olan kart nömrəsinə xx.xx.2022-ci il tarixdə 3500 manat, xx.xx.2022-ci il tarixdə 2300 manat, xx.xx.2022-ci il tarixdə 1450 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat köçürülmüş pulların qəbzlərini, Şahnəzər müəllimin ***-***-**-** telefon nömrəsi və onun 01 vərəqədə 18 nəfər şəxsdən aldığı pulların siyahısını,11 vərəqədə öz adına ATB-dan xx.xx.2021-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə hesabdan çıxarışı təqdim etmiş, həmin sənədlər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 4382 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 4413 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Ümüd adlı bir uşağı vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X12 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normalarının məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə “mülkiyyət əleyhinə olan” qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs səmimi peşmanlıq hissi keçirməsini və himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş zərərin ödənilməməsini, buna görə də zərərçəkmiş şəxslərin şikayətçi olmasını və dəymiş zərərin ödənilməsini tələb etməsini, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin az ciddi cəza növünün cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq ona həmin maddədə nəzərdə tutulmuş cərimə cəzasını və azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədə müvafiq hesab etmir və cəzanın məqsədləri baxımından Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulması zamanı faktiki həbsə alındığı andan hesablanmalı olduğunun zəruriliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 13 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış telefon məlumatları əks olunmuş 01 (bir) ədəd DVD disk, səs yazıları və yazışmalar olan 01 (bir) ədəd fləş kart cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Lakin məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət mühakimə icraatı zamanı ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki məhkəmə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə bildirir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış telefon məlumatları əks olunmuş 01 (bir) ədəd DVD disk, səs yazıları və yazışmalar olan 01 (bir) ədəd fləş kart cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-64/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-64/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver