Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-65/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 228.4-cü və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham olunmuşdur ondan ötrü ki, o, təkrar qanunsuz olaraq saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirmiş və satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 iyun 2022-ci il tarixdə saat 05:40 dəqiqədə Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Atabəylər prospekti 74 ünvanında yerləşən avtomobil ehtiyat hissələri satılan sexin hasarından aşıb əlində olan dəmir parçası ilə sexin 3 ədəd saxlanc yerlərinin kilidini sındıraraq qanunsuz olaraq içəri daxil olub oradan 1 ədədinin dəyəri 50 (əlli) manat olan 5 ədəd Rusiya Fedarasiyası istehsallı transformator dövrə kəsicisini(rubilnikini), 1 ədədinin dəyəri 150 (bir yüz əlli) manat olan 4 ədəd Rusiya Fedarasiyası istehsallı avtomobil starterini, 1 ədədinin dəyəri 100 (yüz) manat olan 2 ədəd Rusiya Fedarasiyası istehsallı avtomobil dinamosunu, 1 ədədinin dəyəri 50 (əlli) manat olan 3 ədəd Rusiya Fedarasiyası istehsallı işıq dövrə kəsicisini (rubilnikini), 1 ədədinin dəyəri 30 (otuz) manat olan 10 ədəd Rusiya Fedarasiyası istehsallı avtomobil sarğısını və 1 ədədinin dəyəri 20 manat olan 4 ədəd Rusiya Fedarasiyası istehsallı avtomobil yakrlarını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 1595 (min beş doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,155 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,417 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, həmçinin 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici-ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağını əldə edib daşıyaraq üzərində gəzdirməklə saxlamış, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Gəncə şəhəri, Depo qəsəbəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş üzərində şəxsi axtarış aparıldıqda onun üzərində gəzdirdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici-ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağı, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Winston” markalı siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,155 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,417 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü, 228.4-cü və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü, 228.4-cü və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhərində fəhləlik edərək ailəsini dolandırmışdır. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 2-3 ay əvvəl xx.xx.2022-ci il tarixdə pulu olmadığına görə həmin günü saat 05 radələrində yaşadığı ünvan 5 ünvanından çıxaraq ünvan 6lərinin satışı ilə məşğul olan sexin yaxınlığına gəlmişdir. Heçkəsin onu görməməsindən əmin olduqdan sonra sexin arxasında olan hasardan aşaraq sexin həyətinə daxil olmuş, hasardan aşıb sexin içərisinə daxil olduqdan sonra içərisində avtomobil ehtiyat hissələri olan saxlanc yerlərinin birinci qapısına yaxınlaşmış, lakin qapı açarla kilidli olduğuna görə qapını aça bilməmişdir. Daha sonra bir-bir sexin içərisində olan saxlanc yerlərinin qapılarını yoxlamış və sexin bütün qapıları qıfıl ilə kilidli olduğuna görə qapıların kilidlərini sındırmaq üçün dəmir axtarmağa başlamışdır. Sexin içərisindən dəmir parçası tapmış, daha sonra həmin dəmir parçası ilə sexin içərisində olan 3 ədəd saxlanc yerlərinin qapıların qıfıllarını sındıraraq içəri daxil olmuş və oradan 5 ədəd transformator rubilnikinin, 4 ədəd avtomobil starterin, 2 ədəd avtomobil dinamosunun, 3 ədəd işıq rubilnikinin, 10 ədəd avtomobil sarğısını və 4 ədəd avtomobili yakrının oğurlayaraq oradan tapdığım sellefon torbalara yığmış, sexdən oğurlayaraq torbalara yığdığı 5 ədəd transformator rubilnikinin, 4 ədəd avtomobil starterin, 2 ədəd avtomobil dinamosunun, 3 ədəd işıq rubilnikinin, 10 ədəd avtomobil sarğısını və 4 ədəd avtomobili yakrını hasardan çölə atmışdır. Daha sonra özü də hasardan aşmış və yerdən torbaları götürüb qaçaraq uzaqlaşmışdır. Həmin günü oğurladığı əşyaların bir qismini markasını, nömrəsini və özünü xatırlamadığı şəxsə 200 manat qiymətə satmışdır.Yerdə qalan 4 ədəd avtomobil yakrı və 2 ədəd avtomobil sarğısını həmin günü, yəni xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsi, “Fikrət Əmirov” parkının yaxınlığında yerləşən “Tüfər” marketin yanına getmiş və orada əvvəlcədən tanıdığı taksi sürücüsü işləyən Şahid1 yaxınlaşmış, Şahid1 ağ rəngli torbada olan oğurladığı əşyalardan yerdə qalanını, yəni 4 ədəd avtomobil yakrını və 2 ədəd avtomobil sarğısını yalandan özünə məxsus avtomobilin ehtiyat hissələri olduğunu və yararsız olduğuna görə satmaq istədiyini, lakin xəstə olduğuna görə özünün aparıb sata bilmədiyini, həmin avtomobilin ehtiyat hissələrini aparıb satmasını və əvəzində taksi pulunu verəcəyini bildirmişdir. Şahid1 ilə qabaqcadan tanışlıqları olduğuna görə o, etiraz etməmiş və ağ rəngli sellofon torbada olan 4 ədəd avtomobil yakrını və 2 ədəd avtomobil sarğısını götürərək özünə məxsus avtomobil ilə satmaq üçün aparmışdır. O, isə Şahid1 həmin yerdə gözləmiş, təxminən 30 dəqiqədən sonra Şahid1 geri qayıtmış və onun oğurlayaraq satmaq üçün verdiyi 4 ədəd avtomobil yakrını və 2 ədəd avtomobil sarğısını Gəncə şəhəri, Müseyib bağırov küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində yerləşən əlvan metal qəbulu sexinə ümumilikdə 50 manat qiymətə satdığını bildirmiş və həmin pulu ona vermişdir. Şahid1 həmin əşyaları avtomobil ilə apardığı üçün taksi pulu olaraq 3 manat pul vermişdir. Daha sonra oradan çıxıb getmiş, həmin pulu ehtiyacları üçün xərcləmişdir. Bundan sonra həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları Gəncə şəhəri Depo qəsəbəsi adlanan yerdə ona yaxınlaşmışlar. Həmin vaxt polis əməkdaşları onu taxta parçası ilə döyərək başına və bədəninə xəsarətlər yetirmişlər, sonra onu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə olan zaman polis əməkdaşları yenidən ona fiziki və psixoloji təzyiq göstərərək şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olmasını, tutularkən bıçaqla özünə xəsarət yetirdiyini və bıçağın ona məxsus olmasını bildirməsini tələb etmişlər. Bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları üzərinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymuşlar. O, da döyülərək taqətdən düşdüyü üçün şəxsi axtarış zamanı məcbur olub polislərin tələb etdikləri kimi narkotik vasitələrin və bıçağın ona məxsus olduğunu, narkotik vasitələri Kənan adlı şəxsdən aldığını və saxlanılarkən qaşına xəsarət yetirdiyini, başında olan xəsarətin bir müddət əvvəl olduğunu, polislər tərəfindən heç bir təzyiq olmadığını demişdir. Lakin həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus deyil, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. O, ümumiyyətlə ovçuluq peşəsi ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən bıçaq onun üzərinə qoyulmuşdur. Onun avtomobilində balaca qatlanan cib bıcağı olmuş, polislər onu götürüb əvəzində iri ov bıcağı qoymuşlar. Polis əməkdaşları onu hədələdikləri üçün o, ekspertizadan keçərkən və məhkəmədə barəsində qətimkan tədbiri seçilərkən bu barədə heç nə deməmişdir. Sonda o, etdiyi oğurluqdan peşman olduğunu, himayəsində azyaşlı uşağı olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini, CM-in 228.4 və 234.1-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə vermiş olduğu ifadəsində etiraf etdiyi oğurluq cinayətindən başqa onda aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, eləcə də ov bıcağı ona məxsus olduğunu bildirmişdir. Bundan başqa, ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə vəsatət verərək üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmadığını bildirərək yenidən dindirilməsi xahiş etmişdir. Həmin vəsatət təmin edilərək xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs dindirmə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis Şöbəsinin əməkdaşları Gəncə şəhəri Depo qəsəbəsi adlanan yerdə ona yaxınlaşmışlar və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə olan zaman polis əməkdaşları onun baş, sifət və kürək nahiyəcinə əlləri və taxta parçası ilə vurmuşlar. Həmin vaxt onun üzərində bıçaq olmuşdur. Bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları üzərinə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymuşlar. Daha sonra həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini ona aid olduğunu deməsə onu qadın paltarları geyindirəcəklərini bildirmişlər. Buna görə də o, razılaşaraq əvvəlki ifadəsində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona aid olduğunu və Kənan adlı şəxsdən aldığını bildirmişdir. Lakin həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus deyildir, polis əməkdaşları üzərinə qoymuşlar. istintaqa vermiş olduğu ilkin ifadəsində polis əməkdaşları onu döydükləri üçün üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və Kənan adlı şəxdən aldığını bildirmiş, əslində Kənan adlı şəxsi tanımır, sadəcə qorxduğundan Kənan adını çəkmişdir. Onda guya aşkar edilmiş bıçaq da ona məxsus deyildir, həmin bıçaq narkotik vasitə və psixotrop maddə kimi polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Məhkəmədə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşamış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. ünvan 8 ünvanında yerləşən avtomobil ehtiyat hissələri sexləri ona məxsusdur və həmin sexə özü nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq ünvan 8 ünvanında yerləşən avtomobil ehtiyat hissələri sexə gəlmiş, sexlərin üç ədədinin qapısının kilidinin sındırılmasını müəyyən etmişdir. Daha sonra sexlərin içərisinə daxil olmuş və orada olan avtomobil ehtiyat hissələrinə baxan zaman sexlərdən ona məxsus bir ədədinin dəyəri 50 manat olan 5 ədəd transformator rubilnikinin, bir ədədinin dəyəri 150 manat olan Rusiya Fedarasiyası istehsallı, işlənmiş 4 ədəd avtomobil starterin, bir ədədinin dəyəri 100 manat olan Rusiya Fedarasiyası istehsallı, işlənmiş 2 ədəd avtomobil dinamosunun, bir ədədinin dəyəri 50 manat olan Rusiya Fedarasiyası istehsallı, işlənmiş 3 ədəd işıq rubilnikinin, bir ədədinin dəyəri 30 manat olan Rusiya Fedarasiyası istehsallı, işlənmiş 10 ədəd avtomobil sarğısının və bir ədədinin dəyəri 20 manat olan Rusiya Fedarasiyası istehsallı, işlənmiş 4 ədəd avtomobili yakrının oğurlandığı ona məlum olmuşdur.Baş vermiş hadisə nəticəsində ona 1580 manat maddi ziyan dəymiş,sexin 3 ədəd kilidlərinin sındırılması nəticəsində 15 manat maddi ziyan dəymiş,ümumilikdə 1595 manat maddi ziyan dəymişdir. Bundan sonra baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN “102 xidməti zəng mərkəzi”nə və Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Sonda o, ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində yerləşən əlvan-metal qəbulu sexində işləmiş, vəzifəsi sexə satış üçün gələn metalları qəbul etməkdən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində əvvəllər tanıdığı Şahid1 işlədiyi Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində yerləşən əlvan-metal qəbulu sexinə əlində ağ rəngli sellofon ilə gəlmiş, sellofon torbanın içərisində avtomobil ehtiyat hissələri olduğunu və satmaq istədiyini ona bildirmişdir.Şahid1 həmin avtomobilin ehtiyat hissələrinin işləmədiyini və ona görə də satmaq istədiyini ona bildirmişdir.Şahid1 satmaq istədiyi ağ rəngli sellofon torbada olan avtomobil ehtiyat hissələrinə baxmış, ağ rəngli sellofon torbanın içərisində 4 ədəd avtomobil yakrı və 2 ədəd avtomobil sarğısı olmuş, həmin 4 ədəd avtomobil yağı və 2 ədəd avtomobil sarğısını tərəziyə qoyaraq çəkmiş və Sübhandan şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və aldığı əşyaların əvəzində 50 manat pul vermişdir. Sonradan polis əməkdaşları Şahid1 satdığı əşyaların oğurluq olduğunu bildirmişdir. Şahid1 Aydın oğlundan aldığı 4 ədəd avtomobil yakrı və 2 ədəd avtomobil sarğısını könüllü olaraq təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 08 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirməkdən ötəri qərar qəbul edilmişdir.Bundan sonra şöbənin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 21:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Depo qəsəbəsində olması müəyyən edilmiş, onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu deyərək ona şöbənin inzibati binasına dəvət edən zaman məsuliyyətdən yayınmaq üçün, qurtulmaqdan ötrü Təqsirləndirilən şəxs üzərindən bıçaq çıxardaraq öz sağ qaş nahiyəsinə xəsarət yetirmiş, daha sonra qaçmaq istəyən zaman üzü üstə yerə yıxılaraq yerdə fırlanmağa başlamışdır. Bundan sonra onlar qaçaraq Təqsirləndirilən şəxs tutmuş və yenidən xəsarət yetirməməsi üçün əlindən bıçağı alaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Şöbənin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi təyin edilmiş, protokol və digər sənədlər tərtib olunmuş, Təqsirləndirilən şəxs həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Həmin sənədləşmədən sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış aparılmış, üzərindən aşkar edilmiş bıçağın ona məxsus olub-olmaması soruşulmuş, cavab olaraq Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsus olmasını və özünə xəsarət yetrimək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunu içərisində olan iki ədəd kağız büküm ilə birlikdə təqdim etmişdir.Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir.Daha sonra həmin bükümlər açılmış və bükümlərin birinin içərisindən ağ rəngli, kristal halında ilk baxışdan psixotrop maddə metamfetamin oxşar, digər bükümdən isə ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini hardan əldə etdiyi soruşulmuş, buna cavab olaraq həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Gəncə şəhərində “Tekistilni” adlanan yerdə Kənan adlı şəxsdən şəxsi istifadəsindən ötrü ümumilikdə 30 manat qiymətə aldığını, narkotik vasitədən iki aya yaxın müddətdir ki, istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin kütlələr əvvəlki vəziyyətinə gətirilib kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və həmin kütlələrdən ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlənin kağız büküm ilə birlikdə çəkisinin 0,62 qram olması,həmin kütlələrdən ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlənin kağız büküm ilə birlikdə çəkisinin 0,38 qram olması müəyyən edilmişdir. Həmin kütlələr müvafiq qaydada qablaşdırılıb möhürlənmiş və doğruluğunu imzalarla təsdiq etmişlər.Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bıçaq müvafiq qaydada qablaşdırılıb möhürlənmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayarkən və polis şöbəsində sonucuya heç bir təzyiq göstərməmişlər, döyməmişlər, xəsarət yetirməmişlər, üzərinə heç bir qanunsuz əşya və ya predmet qoymamışlar. Təqsirləndirilən şəxs özünü müdafiə etmək və məsuliyyətdən qurtulmaq üçün bıçağın özünə məxsus olmadığını, polislərin xəsarət yetirməsini və üzərinə heroin, metamfetamin qoyulduğunu demişdir. Onlar yaxınlaşdıqda Təqsirləndirilən şəxs bıçağı çıxarıb qaşına xəsarət yetirmiş, onlardan qaçıb aralanmış, onlar arxasınca qaçmışlar, Fərid yerə yıxılmış, onlar çatıb Fəridi tutaraq bıçağı götürüb polis şöbəsinə gəlmişlər. Həmin vaxt Fərid oğurluğa görə axtarışda olmayıb, Fəridin üzərində narkotik olması barədə əməliyyat məlumatı onun olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən oğurluğa görə axtarışda olmuş, həmçinin üzərində narkotik vasitə olması barədə idarəyə məlumat daxil olmuşdur. Onlar Fəridə yaxınlaşıb özlərini təqdim edib şöbəyə dəvət etdikdə, sonuncu müqavimət göstərmiş, qaçmaq istəmiş, onlar əl-qolunu buranda yerə yıxılmış, həmin vaxt bıçaq yerə düşmüşdür. Fərid onlardan qaçmaq istəmiş, lakin onlar tutub saxlayaraq imkan verməmişlər, Fərid qaça bilməmiş, olduğu yedə süpürləşmişlər. Onlar Fəridə yaxınlaşan kimi tutmuşlar, onlar tutanda Fərid bıçağı çıxarmış və başına vurmuşdur. O, bıçağın vurulma anını görməmiş, bıçağın çıxarılma anını xatırlamır. Fəridin üzərində metamfetamin çıxmış, heroin olduğunu xatırlamır. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır. Gəncə şəhərində özünə məxsus olan “VAZ 21144” minik markalı **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksilik edərək ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, belə ki, Fərid də əvvəllər Gəncə şəhərində taksilik fəaliyyəti ilə məşğul olduğu üçün aralarında tanış kimi münasibəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsi, “Fikrət Əmirov” parkının yaxınlığında yerləşən “Tüfər” marketin yanında özünə məxsus olan “VAZ 21144” minik markalı **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə sərnişin gözləyən vaxt Fərid əlində ağ rəngli sellofon torba ilə ona yaxınlaşmışdır.Fərid ona ağ rəngli sellofon torbada özünə məxsus avtomobilin ehtiyat hissələri olduğunu və yararsız olduğuna görə satmaq istədiyini, lakin xəstə olduğuna görə özünün aparıb sata bilmədiyini və həmin avtomobilin ehtiyat hissələrini onu aparıb satmağını xahiş etmişdir. O da Fərid ilə aralarında tanışlıq münasibətləri olduğuna görə ağ rəngli sellofon torbada olan avtomobil ehtiyat hissələrini götürərək Gəncə şəhəri, Müseyib Bağırov küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində yerləşən əlvan metal qəbulu sexinə aparmışdır və orada əvvəlcədən tanıdığı Elvin adlı şəxsə həmin əşyaları satmaq istədiyini bildirmişdir. Elvin ondan şəxsiyyət vəsiqəsinin surətini alaraq həmin əşyalar tərəziyə qoyub çəkmiş və həmin əşyaların qarşılığında 50 manat pul vermişdir. Elvindən 50 manat alaraq Gəncə şəhəri, Dədə Qorqud küçəsi, “Fikrət Əmirov” parkının yaxınlığında yerləşən “Tüfər” marketin yanına gəlmiş, həmin vaxt Fərid onu orada gözləmiş, 50 manat pulu Fəridə vermişdir. Fərid ona zəhmət haqqı olaraq 3 manat pul vermişdir. Daha sonra Fərid oradan çıxıb getmişdir. Məhkəmə iclasında rəy vermiş ekspert X10 şahi qismində dindirilərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ qaş və sağ təpəgicgah nahiyələrinin yaraları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Həmin xəsarətlər yerləşmə nahiyələrinə uyğun olaraq kənar şəxslər tərəfindən yetirilən xəsarətlərə bənzəyir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrini və xarakterik xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. O, ekspertiza keçirən zaman ona bıçaq təqdim edilməmiş, Təqsirləndirilən şəxs bel nahiyəsini müayinə edib-etmədiyini və sonuncunun ona dediyi ifadəsini xatırlamır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 08 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin, TB-nin təhqiqatçısı, polis kapitanı X1, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid4, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs, iştirakçılara və müdafiəçi özlərini təqdim etməsi təklif olunur, ona şübhəli şəxs qismində tutulan zaman hüquq və vəzifələrinin izah edildiyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağın ona məxsus olubolmaması soruşulmuş, buna cavab olaraq Təqsirləndirilən şəxs həmin bıçağın ona məxsus olmasını və özünə xəsarət yetirmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunu içərisində olan iki ədəd kağız büküm ilə birlikdə təqdim etmiş, sonra Gəncə BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid4 tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin bükümlər açılmış və bükümlərin birinin içərisindən ağ rəngli, kristal halında ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar, digər bükümdən isə ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kağız bükümün içərisindəkilər açılaraq nə olduğu soruşulmuş və Təqsirləndirilən şəxs buna cavab olaraq psixotrop maddə “patı” kimi tanıdığı metamfetamin və narkotik vasitə “kakos” kimi tanıdığı heroin olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metanfetamini hardan əldə etidiyi soruşulmuş, cavab olaraq sonuncu həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Gəncə şəhərində “Tekistilni” adlanan yerdə Kənan adlı şəxsdən şəxsi istifadəsindən ötrü ümumilikdə 30 manat qiymətə aldığını, narkotik vasitədən iki aya yaxın müddətdir istifadə etdiyini bildirmişdir. Sonra həmin kütlələr əvvəlki vəziyyətinə gətirilib kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və həmin kütlələrdən ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlənin kağız büküm ilə birlikdə çəkisinin 0,62 qram olması, həmin kütlələrdən ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlənin kağız büküm ilə birlikdə çəkisinin 0,38 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılmış və möhürlənərək imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sağ qaş hahiyəsinə polis əməkdaşlarından müdafiə olunmasından ötrü özünün xəsarət yetirdiyini, baş nahiyəsindəki xəsarətin isə ay yarım bundan əvvəl yaşadığı evdə elektrik cərəyanının vurduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bıçaq müvafiq qaydada qablaşdırılmış və möhürlənərək imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsindən ötrü istifadə etdiyini və heçkəsə satmadığını, narkotik vasitəni Kənan adlı şəxsin yaşadığı Gəncə şəhəri, “Tekistilni” adlanan yerdə yerləşən yataqxanadan aldığını və istifadəsində heç bir telefon nömrəsinin olmadığını bildirmişdir. Daha sonra müdafiəçi Yusif Hüseynov ona üzərindən aşkar edilmiş iki ədəd kütlənin ona məxsus olub-olmamasını və polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı bir psixi və fiziki təziq edilib-edilmədiyi soruşmuş, cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin ona məxsus olmasını, ona heçbir psixi və fiziki təsir edilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/659 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümlər” sözləri və imzalar olan kağız paketdəki; 1(bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,155 qram maddə,kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.1(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,417 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. (Heroinin təmiz çəkisi-0,155 qr, tədqiqata sərf edilmiş 0,02 qr, qalıq-,145 qr. Metamfetamin təmiz çəkisi 0,417 qr, təqdiqata cəmi sərf edilmiş 0,05 qr, qalıq 0,367 qr,). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərməkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Atabəylər prospekti 74 ünvanında yerləşən avtomobil ehtiyat hissələri sexində baş vermiş oğurluq hadisəsinin və oğurlanmış əşyaların yerini özü təqdim etmişdir. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri, Atabəylər prospekti 74 ünvanında yerləşən avtomobil ehtiyat hissələri sexində və Gəncə şəhəri ATS deyilən yerin yaxınlığında yerləşən metal qəbulu məntəqəsində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-138/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Bundan başqa Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müdətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 03 il müdətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-83/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 07 ay müdətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X13 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 936 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ qaş və sağ təpə-gicgah nahiyələrinin yaraları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrini və xarakterik xüsusiyyətlərini nəzərə alaraq hesab edilmişdir ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-557/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixdə cəzanın icrası ilə bağlı qeydiyyata alınmış və cəza müddəti həmin tarixdən hesablanmağa başlamışdır. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-65/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixdə həbs edilərək 2 saylı İstintaq Təcridxanasına təhvil verilmiş və həmin tarixdən cəza müddətinin axımı dayanmışdır. Təqsirləndirilən şəxs barəsində olan 02 il 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 08 gün hissəsini çəkmiş, 01 il 11 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs oğurlayaraq Şahid1 vasitəsilə ona satdığı Zərərçəkmiş şəxs məxsus 4 ədəd avtomobil yakrını və 2 ədəd avtomobil sarğısını istintaqa təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 16/658 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri Narkoloji Dispanserin 31 avqust 2022-ci il tarixli 1284 nömrəli rəyindən görünür ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olubdur.Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müıalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6445 nömrəli rəyindən görünür ki, Müvafiq aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji malların, marka, modelinə müvafiq olaraq, ekspertiza tədqiqatına təqdim edilmiş ehtiyat hissələrinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1040,00 manat müəyyən edilir.O cümlədən: - Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 5 ədəd transformatorun rubilnikinin 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi qiyməti -150 manat - Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 4 ədəd starterin 1 ədədinin qiyməti 80 manat olmaqla ümumi qiyməti -320 manat - Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 3 ədəd işıq rubilnikinin 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi qiyməti -90 manat - Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 2 ədəd dinamonun 1 ədədinin qiyməti 50 manat olmaqla ümumi qiyməti -100 manat - Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 30 ədəd avtomobil sarğısının 1 ədədinin qiyməti 10 manat olmaqla ümumi qiyməti -300 manat - Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 4 ədəd avtomobil yakrının 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi qiyməti -80 manat Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş ehtiyat hissələrinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1040,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər prokurorluğunun müstəntiqi X4 xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, X3 müraciəti əsasında əri Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı aparılmış araşdırma nəticəsində, Təqsirləndirilən şəxs bədənində özü tərəfindən yetirilməyə xarakterik olmayan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlərin aşkar edilməsi səbəbindən, həmin xəsarətlərin yıxılma nəticəsində yaranması və ya kənar şəxslər tərəfindən yetirilibyetirilməməsinin aydınlaşdırılması, kənar şəxslər tərəfindən yetirildiyi halda həmin şəxslərin əməllərində Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin tərkib əlamətləri olub-olmaması xüsusatına hüquqi qiymət verilməsi üçün materialın aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilməsi və polis əməkdaşlarının əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən hissəvi rədd edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 3728 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2022-ci il tarixli 2947nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər MKTİB-nin 7 nömrəli X.S.üzrə şöbə rəisi Z.Ələkbərovun verdiyi xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barədə həmin ünvanda yaşadığı müddətdə şöbəyə heç bir yazılı və yaxud şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X9 adlı 1 azyaşlı uşağı vardır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla—üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittiham Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin vermiş olduğu ifadəsinə və şahid ifadələrinə əsaslanmışdır. Halbuki ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadələr və şahid ifadələri ziddiyyətli olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Çünki məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə axtarış keçirilərkən üzərində 1 ədəd ov bıçağı, 0,155 qram narkotik vasitə heroin və 0,417 qram psixotrop maddə metamfetamin olması kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ziddiyyətli ifadələri və DVD diskdə olan görüntülər ilə həmin xüsusatın həqiqətən baş verməsi şübhə doğurur. Həmin şübhə ittiham tərəfinin təqdim etdiyi sübutlarla təkzib edilə bilinmir, əksinə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi daha inandırıcı görünür. Belə ki, ibtidai istintaq zamanı ilkin izahatında və şəxsi axtarış zamanı suala cavabında Təqsirləndirilən şəxs qaşında olan xəsarəti bıçaqla özünün yetirdiyini, başında olan xəsarəti ay yarım qabaq aldığını bildirsə də, məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən işgəncəyə və təzyiqə məruz qaldığını, qorxduğu üçün ilkin olaraq bu barədə məlumat vermədiyini bildirmişdir. Həmçinin ekspert rəyindən də məlum olur ki, Təqsirləndirilən şəxs aldığı xəsarətlərin özü-özünə yetirməsi inandırıcı deyil, yerləşmə nahiyələri kənar şəxslər tərəfindən törədilməyə daha çox bənzəyir. Bundan başqa şəxsi axtarış zamanı aparılan video çəkilişdə də Təqsirləndirilən şəxs halsız vəziyyətdə olduğu, ayaq üstə dayanmaqda çətinlik çəkdiyi, qaşında və başında olan xəsarətlərin həmin vaxt yeni yarandığı və qanadığı görünür. Bundan başqa ibtidai istintaq zamanı belə Təqsirləndirilən şəxs əlavə dindirilərkən narkotik vasitənin, psixotrop maddənin və bıçağın ona məxsus olmasını inkar etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlayan polis əməkdaşları Şahid3 və Şahid4 məhkəmədə sualları cavablandırarkən ziddiyyətli ifadə vermişlər. Çünki Şahid4 Təqsirləndirilən şəxs saxlanılarkən bıçaqla özünə xəsarət yetirib onlardan qaçdığını və yerə yıxıldıqdan sonra tutduqlarını, Təqsirləndirilən şəxs barəsində axtarış olmadığını bildirmiş, lakin Şahid3 Təqsirləndirilən şəxs saxlanılarkən qaçmaq istədiyini, ancaq saxladıqları üçün yerindən tərpənmədiyini, əl-qolunu burarkən yerə yıxıldığını, bıçağın yerə düşdüyünü, Fəridin barəsində axtarış olduğunu bildirmişdir. Bundan başqa Gəncə şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində, Təqsirləndirilən şəxs bədənində özü tərəfindən yetirilməyə xarakterik olmayan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlərin aşkar edilməsi səbəbindən, həmin xəsarətlərin yıxılma nəticəsində yaranması və ya kənar şəxslər tərəfindən yetirilibyetirilməməsinin aydınlaşdırılması, kənar şəxslər tərəfindən yetirildiyi halda həmin şəxslərin əməllərində Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin tərkib əlamətləri olub-olmaması xüsusatına hüquqi qiymət verilməsi üçün material aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmiş, hər hansı bir sübut növü müəyyən edilmədiyindən həmin xüsusatla bağlı CM-in 128-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi qeyd edilənlərdən belə nəticə çıxır ki, Təqsirləndirilən şəxs saxlanılarkən bıçaqla özünə xəsarət yetirməsi, üzərində 1 ədəd ov bıçağı, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması şübhə doğurur, həmçinin onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmur. Qanunvericiliyə əsasən şübhələr hər bir hada təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır, şübhə əsasında təqsirləndirilən şəxsi cinayət məsuliyyətinə cəlb etmək və cəzalandırmaq olmaz, şübhə əsasında ittiham hökmü çıxarıla bilməz. Təqsirləndirilən şəxsin bədəni üzərində olan xəsarətlərin vizual olaraq açıq aşkar görünməsinə baxmayaraq, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zor tətbiq edilməsi ilə bağlı Gəncə ŞBPİ tərəfindən aparılmış araşdırma nəticəsində xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Lakin həmin qərardan göründüyü kimi müstəntiq yalnız eksperti dindirməklə kifayətlənmiş, ətraflı araşdırma aparılmamış, polis əməkdaşları ilə Təqsirləndirilən şəxs üzləşdirilməmişdir. Belə olan halda isə sözügedən araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı əsas götürməklə məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və daşıması ilə razılaşmır və hesab edir ki, həmin hissədə təqsiləndirilən şəxsin əməlində cinayət tərkibinin olması sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən kifayət qədər sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş və şahidlərin ifadələri, diskdə olan video görüntü, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir.Ona görə də, onun əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, hazırkı oğurluq cinayətini barəsində Şəmkir Rayon Məhkəməsinin icraatında daha əvvəl törətdiyi oğurluq cinayəti işinə baxıldığı müddətdə törətmişdir. Onun eyni xarakterli cinayət əməllərini törətməsi, həmçinin barəsində cinayət işinə baxıldığı müddətdə törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını, əksinə bu cinayət əməllərini özü üçün həyat tərzinə çevirdiyi deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu oğurluq cinayət əməllərini barəsində çıxarılmış Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-557/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin qərarla təyin edilmiş 02 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki iş üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə əhatə olunmaqla, ona cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hökmü çıxanadək həbsdə saxlanılmış, həmçinin xx.xx.2023-cü il tarixdən bu günədək yenidən həbs olunmuşdur. Bundan başqa o, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının bu günədək 07 ay 08 gün hissəsini çəkmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki günhesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 01 ay 20 gün müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün, cəza çəkdiyi 07 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan cəmi 05 ay 09 gün çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar: 2 ədəd avtomobil sarğılarının,4 ədəd avtomobil yakrının sahibinə qaytarılması nəzərə alınmalı, 1 ədəd ov bıçağı, həmçinin ekspertizadan sonra qalıq qalmış 0,145 qram heroin və 0,367 qram metamfetamin CM-in 228.4 və 234.1-ci maddələri ilə cinayət törətmiş şəxs (və ya şəxslər) müəyyən edilənədək Gəncə ŞBPİ-də saxlanılmalı,02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, hökm qanuni qüvvəsini aldıqdan sonra 1 ədəd dəmir parçası məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349-351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə bəraət verilsin və o, həmin maddələr üzrə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)-557/2022 nömrəli qərarı ilə təyin olunmuş 02 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə edilməklə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 01 ay 20 gün müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün, cəza çəkdiyi 07 ay 08 gün azadlığın məhdudlaşdırılmasıcəzası bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan cəmi 05 ay 09 gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: 2 ədəd avtomobil sarğılarının, 4 ədəd avtomobil yakrının sahibinə qaytarılması nəzərə alınsın, 1 ədəd ov bıçağı, həmçinin ekspertizadan sonra qalıq qalmış 0,145 qram heroin və 0,367 qram metamfetamin CM-in 228.4 və 234.1-ci maddələri ilə cinayət törətmiş şəxs (və ya şəxslər) müəyyən edilənədək Gəncə ŞBPİ-də saxlanılsın, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, hökm qanuni qüvvəsini aldıqdan sonra 1 ədəd dəmir parçası məhv edilisin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-65/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-65/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver