Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-65/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxxx 1963-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində BC,DE kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, özünə məxsus “Ford Transit” yük markalı, vaqon tipli, 1999-cu il buraxılışlı, gümüşü rəngli **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə 10-15 km/saat sürətlə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə Məmmədqasım Əliyev küçəsinin kəsişməsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Respublikasının Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, işıqforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda qeyd olunan normaların tələblərini pozmaqla yolun əks tərəfində 60 km\saat sürətlə hərəkətdə olan Gəncə şəhəri, Məhrəsə Bağı, ev 11, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı, **- EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sağ diz qapağının yerdəyişən çoxsaylı qəlpəli, parçalı sınığı, alın nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi ilə nəticələnən, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 02:30-da tək şəkildə idarə etdiyi, “Ford Tranzit” markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə-Şəmkir yolunda hərəkətdə olarkən həmin yolun Gəncə şəhəridə olan hissəsində yerləşən “Azpetrolun” yanındakı işıqfordan sola dönərkən avtomobilinin sürəti təxminən saatda 5-10 km/saat olmuş, qarşı tərəfəndən gələn avtomobil uzaq məsafədə olmağına əmin olub dönmə əməliyyatını həyata keçirmişdir. Lakin, qarşı tərəfdən gələn avtomobilin sürəti çox yüksək olduğu üçün həmin “VAZ 21074” markalı avtomobilin sürücüsü əyləcdən istifadə etmədən onun avtomobilinin sağ orta hissəsinə dəymişdir. Həmin avtoqəzadan sonra o avtomobilini yolun sağ tərəfində saxlamış və toqquşduğu avtomobilə yaxınlaşdıqda həmin avtomobildəki adını sonradan bildiyi Zərərçəkmiş şəxs xəsarət aldığını görmüşdür. Hadisə yerinə TTY çağırılmış və zərərçəkmiş şəxi Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar. O, zərərçəkmiş şəxslə birgə həmin xəstaxanaya getmiş, zərərçəkmiş şəxs müayinə olunduqdan sonra, ona ilkin tibbi yardım edilmiş və daha sonra hər iki şəxsi onu və zərərçəkmiş şəxsi polis əməkdaşları sərxoşluq müayinəsindən keçirmək üçün dispanserə aparmışlar. O, hadisə zamanı sərxoş olmamış avtomobili ayıq vəziyyətdə idarə etmişdir. O, zərərçəkmiş şəxslə barışmaq istəmiş, lakin zərərçəkmiş şəxs onun avtomobilinə dəymiş maddi ziyanı ödəməsini tələb etmiş, ödəyəcəyi təqdirdə barışacağını bildimrişdir.Hadisədən sonra onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılmış və o, işləyə bilməmiş maddi vəziyyəti daha da çətinləşmiş və zərərçəkmişə dəymiş maddi ziyanı ödəyə bilməmişdir. O, zərərçəkmişə təklif etmişdir ki, zərərçəkmişin avtomobilini sığorta edən sığorta şirkətinin onun avtomobili üçün də pul ödəməsinə köməklik etsin və verilmiş pulıu o, sonuncuya zərərin əvəzi kimi versin. Lakin zərərçəkmiş şəxs onun təkilifi ilə razılaşmamışdır. Sonda o, qırx il sürücülük müddətində ilk dəfə avtomobil qəzası törətdiyini, hepatit B xəstəsi olduğunu üçün hər ay Bakı şəhərinə həkim müayinəsinə getdiyini, ailədə 6 nəfər şəxs olduqlarını, ailənin yeganə gəlir gətirən şəxsi olduğunu, nəzərə alıb məhkəmədən onun barəsində humanist qərar çıxarılmasını və mülki iddianın isə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində tək, özü idarə etdiyi "VAZ 21074" markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə- Şəmkir yolunda Nizami Gəncəvi prospekti ilə Məmmədqasım Əliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında düzünə hərəkət edərkən Gəncə şəhəri Nizami Gəncəvi prospekti ilə Gəncə şəhər istiqamətində hərəkət edən "Ford Tranzit" yük markalı **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Nizami Gəncəvi prospekti ilə Məmmədqasım Əliyev küçəsinin kəsişməsindən işıqforun yaşıl işığında yol ayrıcına daxil olaraq sola Məmmədqasım Əliyev küçəsinə dönmə əməliyyatı edərkən onun idarə etdiyi avtomobilin ön tərəfi ilə qeyd olunan avtomobilin sağ yan tərəfi toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı, hər iki ayağından o xəsarət aldığı üçün hadisə yerinə TTY çağrılmış və o müayinə olunmağı üçün xəstəxanaya getmişdir. Sonra baş vermiş yol nəqliyyat hadisəsi yerinə polis əməkdaşları gəlib. Hadisə yerini müayinə etdikdən sonra onları sərxoşluq müayinəsindən keçiriblər və onun ayıq olmağı məlum olmuşdur. Hadisənin baş verməsinə səbəb yol ayrıcına daxil olarkən "Ford Tranzit" yük markalı **- DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol ayrıcına daxil olaraq onun avtomobilinin qarşısına çıxmağı olmuşdur. Həmin vaxt onun idarə etdiyi "VAZ 21074" markalı 20-EF- 402 dövlət qeydiyyat nömrə nişanlı avtomobil sürəti dönmə əməliyyatı etdiyinə görə təxminən 50-60 km/saat olmuş və o təhlükəsizlik kəmərindən istifadə etmişdir. Həmin avtomobili o təxminən 10 metr məsafədə görüb və təhlükə texminən 3-4 metr məsafədə yaranmışdır. Hadisənin qarşısını almaq üçün o əyləcdən istifadə etsə də hadisənin qarşısını ala bilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı üçün hadisənin günahkarı olan Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Onun xəstəxanada müalicəsinə görə Təqsirləndirilən şəxs tərəfindən maddi yardım göstərilməmiş, o, 500 manat xəstəxanaya xərcləmişdir. Hadisə zamanı əmək qabiliyyətini itirdiyi üçün işləmədiyi 6 aya görə əməkhaqqısına uyğun 2400 manat tələb edir. Belə ki, o, fəhlə kimi gündəlik 20-30 manat pul qazanmış, aylıq 400 manat pul etmişdir. Göründüyü kimi hazırkı vaxta kimi onun sağlamlığı tam bərpa olunmamışdır və o, mənəvi ziyan çəkmişdir. Sonda o, dəymiş ziyan ödənilərsə şikayəti olmadığını, hazırda isə şikayətçi olduğunu, təqsirləndirilən şəxsə ağır cəza verilməsini bildirmiş və mülki iddianın təmin olunmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektor vəzifəsində işləyir, DYPŞ- nin inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi haqqında məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, hadisə yerində bütün mexanizim və incəliklərə diqqət yetirib qorumaqdır. 10 may 2023-cü il tarixdə saat 01:20 radələrində ekipaj yoldaşı X3 ilə birlikdə xidmətdə olarkən Gəncə şəhəri, Nizami prospekti ilə Məmmədqasım Əliyev küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verməsi barəsində növbətçi tərəfindən məlumat almışdırlar. YPX avtomobili ilə baş vermiş hadisə yerinə gediblər. Hadisə Gəncə şəhəri Nizami prospekti ilə Məmmədqasım Əliyev küçəsinin kəsişməsində baş vermişdir. “VAZ 21074” markalı avtomobil “Ford Tranzit” markalı avtomobil ilə toqquşmuşdur. “VAZ 21074” markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün TTY avtomobili ilə xəstəxanaya aparılmışdır. “Ford Tranzit” markalı avtomobilin sürücüsü isə onlara özünü təqdim etmişdir. Bundan sonra təhqiqatçı ilə birlikdə sürücü ilə hadisə yerinə getmiş, təşhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 10 may 2023-cü il tarixdə gecə saat 02:00 radələrində onlara məlumat gəlmişdir ki, Nizami prospektində avtoqəza hadisəsi baş vermişdir. Onlar dərhal hadisə yerinə getmiş, hadisə yerində Hadisə “Ford Transit yük” markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobil ilə "VAZ 21074" markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin toqquşduğu müşahidə etmişlər. Hadisə yerinin müayinə aparılmış, lakin xəsarət alan şəxsi görməmişdir. Həmin şəxsin xəstəxanaya aparıldığı bildirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri Nizami prospekti ilə Məmmədqasım Əliyev küçəsinin kəsişməsində baş vermişdir. Hadisə baş verən quru vəziyyətdə olmuşdur. Yolun hadisə baş verən hissəsinin ümumi eni 16 metr, hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 10 metr 8 metrdir. Hadisə baş vermiş yolun sağdan səki, soldan səki sonradan şəhər tipli tikililər. Hadisə baş verərkən şəhər elektrik işiği ilə işıqlı olmuşdur. Hadisə “Ford Transit yük” markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobil ilə "VAZ 21074" markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil toqquşmuşdur. Hadisə yerində şin izləri və əyləc izləri müşahidə olunmamışdır. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 1452/2023 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 1453/2023 nömrəli aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. BC124003 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsi vardır. "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2023-cü il tarixli rəyindən məlum olur ki, yuxarıda şərh olunan yol-nəqliyat hadisəsi zamanı Zərərçəkmiş şəxs məxsus "VAZ 21074" markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4535 manat maddi ziyan dəymişdir. Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 721 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ diz qapağının yerdəyişən çoxsaylı qəlpəli, parçalı sınığı, alın nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmya aid edilir. Məhkəmə-yol-nəqliyyat ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1516 nömrəli rəyindən görünür ki, Ford Transit markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21074 markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2023-cü il tarixli 5092 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Psixonevroloji dispanserin xx.xx.2023-cü il tarixli 5107 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri olan DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı görüntüdən müəyyən edilmişdir ki, hadisə gecə saatlarında yolun işıq dirəkləri ilə işıqlandırılmış hissəsində baş verir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil gecə işıqları qoşulmuş vəziyyətdə Nizami Gəncəvi prospekti ilə hərəkətdə olarkən yolun dönmə əməliyyatını həyata keçirməyə icazə verən hissəsindən əks yola dönmə əməliyyatını həyata keçməyə başlayır. Ford tranzit markalı avtomobilin sürücüsü ilk əvvəl avtomobilin sürətini aşağı salır və sol tərəfə dönmə əməliyyatını həyata keçirir. Avtomobil yolun dönmə əməliyyatını həyata keçirməyə icazə verən hissəsindən əks yola dayanmadan dönmə əməliyyatını həyata keçirir. Bu zaman yolun hərəkət hissəsinin əks tərəfində hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olduğu sürətlə Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Tranzit” markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin orta hissəsindən dəyərək olduğu yerdə qalır. Ford Tranzit markalı avtomobil, isə əks yolun hərəkət hissəsininn sağ tərəfində dayanır. Daha sonra ətrafda olan vətəndaşlar VAZ 21074 markalı avtomobilin sürücüsünə kömək etmək məqsədilə avtomobilə yaxınlaşırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələbinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələbinə əsasən svetoforun yaşıl işığında sola hərəkəti təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı idi. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, sağlamlıq vəziyyətini, ailənin yeganə gəlir gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Ford Tranzit” yük markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulan maddi zərərə görə 6900 manat pulun, mənəvi zərərə görə 1000 manat pulun, dövlət rüsumuna görə 90 manat, cəmi 3990 manat pulun alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı və Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək bildirdi ki, cinayət işi materiallarına əlavə edilmiş qüsur aktında onun avtomobilinə 4500 manata yaxın zərər dəyməsi öz təsdiqini tapmışdır. Həmin məbləğin ödənilməsini cavabdehdən tələb edir. İddia ərizəsində göstərdiyi məbləğin digər hissəsi isə əldə çıxmış fayda ilə bağlıdır. Belə ki, sağlam halda o, fəhləlik edərək təqribən günə 15 manat pul qazanır. Avtoqəzadan sonra təqribən 6 ay işləyə bilməmişdir. Belə olan halda, ayda təqribi olaraq 400 manat pul qazandığı halda 6 ay ərzində 2400 manat puldan məhrum olmuşdur. Tələb etdiyi məbləğin digər hissəsi müalicə xərcləri üçün çəkdiyi 500 manatdır ki, bunu da mülki cavabdehdən tələb edir. 1000 manat isə sarsıntı keçirdiyi üçün mənəvi zərər olaraq tələb edir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mülki cavabdeh və Təqsirləndirilən şəxs mülki iddianın rədd edilməsini xahiş edərək, göstərilən məbləğlərdən yalnız müalicə üçün çəkilmiş 500 manatla bağlı gələcəkdə mülki iddiaçıya kömək edə biləcəyini bildirdi. Məhkəmədən mülki iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müdafiəçisi X5 irəli sürülmüş iddia tələbi ilə bağlı tələbin əsasını təşkil edən sənədlərin, sübutların mülki iddiaya əlavə edilməməsi səbəbindən məhkəmədən mülki iddianın təmin edilməməsini xahiş etdi. Mülki iddiaya əlavə edilmiş "xxxx" ASC ilə mülki iddiaçı və Zərərçəkmiş şəxs arasında bağlanmış kredit müqaviləsinə əlavə - ödəniş qrafikindən görünür ki, Zərərçəkmiş şəxs "xxxx" ASC-dən illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs mülki iddia ilə bağlı ümumi qaydada mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs mülki iddia ərizəsində hadisə nəticəsində aldığı xəsarətlə əlaqədar müalicə aldığı xəstəxana xərcləri üçün 500 manat, əmək qabiliyyətini itidiyi üçün işləmədiyindən itirdiyi qazanca görə 2400 manat, dəymiş mənəvi zərər üçün 1000 manat və 90 manat dövlət rüsumu tələb etmişdir. Belə ki, Zərərçəkmiş şəxs mülki iddia ərizəsində hadisə nəticəsində aldığı xəsarətlə əlaqədar müalicə aldığı xəstəxana xərcləri üçün 500 manat xərclədiyini bildirsə də, bununla da bağlı sübutlar təqdim etməmiş, həmçinin həmin müalicənin mütləq zəruri olması və pulsuz almaq hüququnun olmaması barədə sənədlər təqdim etməmişdir. Bundan başqa mülki iddiaçı əmək qabiliyyətini itirdiyi üçün işləmədiyindən itirdiyi qazanca görə 2400 manat tələb etsə də, əmək qabiliyyətinin nə dərəcə itirilməsi, aylıq gəlirinin məhz həmin məbləğdə olması barədə məhkəməyə sənəd təqdim etməmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs avtomaşınına dəymiş zərərlə bağlı pul tələbinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki məsuliyyətin icbari sığortası çərçivəsində zəruri hərəkətlər həyata keçirilməmiş, sığorta ödənişinin tərəflərə verilməsi icra edilməmişdir. Mülki iddiaçı cinayət işi materiallarında olan "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2023-cü il tarixli rəyinə istinad etsə də, həmin rəydə öz əksini tapmış zərər məbləğinin mülki cavabdehdən hansı həcmdə tutulmalı olması məsələsi mülki məsuliyyətin icbari sığortası çərçivəsində sığorta ödənişi verilmədən məhkəmə tərəfindən həll edilə bilmir. Bu baxımdan, məhkəmə cinayət işi üzrə icraat çərçivəsində yuxarıda göstərilən məsələlərin həll edilməsini mümkün hesab etmədiyindən, mülki iddianın baxılmamış saxlanılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Ford Tranzit” yük markalı, **-DT-***dövlət qeydiyyat nişanlı avtomobilin özünə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddia ilə bağlı ümumi qaydada mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-65/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-65/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver