Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-66/2025 19.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə regional vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1976-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çilingər işləyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatında olan, Gəncə şəhəri Ş.Zamanov küçəsində yerləşən 3 saylı yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əbüləzim oğlu, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsində idarə etdiyi özünə məxsus “Ford Fusion” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək yəni, təhlükə yarandığı andan tormozlama aparmadığından Gəncə şəhəri Dədə Qorqud küçəsi ilə İsak Cəfərov küçəsinin kəsişməsində sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedec Benz 240” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya sol Xİİ qabırğanın natamam yerdəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığa AZ AĞİR zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, X6 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir İşin halları və dəlilləri: Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində o tək özü idarə etdiyi avtomobil ilə Gəncə şəhəri Dədə Qorqud küçəsi ilə "Metallurq" stadionu istiqamətində hərəkət edərəkən D.Qorqud küçəsi ilə İsax Cəfərov küçəsinin kəsişməsində İ.Cəfərov küçəsi ilə düzünə hərəkətdə olan "Mersedes E240" markalı **-NJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə stop nişanının tələblərinə əməl etməyərək yol ayrıcına daxil olmuşdur. Həmin avtomobil onun hərəkət istiqamətimdə ilkin olaraq dayanmışdır. O toqquşmanın qarşısını almaq üçün avtomobilini sola doğru hərəkət etdirmiş ki, toqquşma baş verməsin. O avtomobilini sola doğru hərəkət etdirən zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yenidən hərəkət etdirmiş və toqquşma baş vermişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı o xəsarət alaraq Gəncə şəhər TTY xəstəxanasına müraciət etmişdir. Həkimlər onu müayinə etmiş və onun sol qolunda çat olduğunu demişdirlər. Sonra polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirmiş və onun ayıq olmağı müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb, Gəncə şəhər İsax Cəfərov küçəsi ilə hərəkətdə olan "Mersedes E240" markalı **-NJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə stop nişanının tələbinə əməl etməyərək Dədə Qorqud küçəsinə yol ayrıcına daxil olması olmuşdur. O idarə etdiyi avtomobil ilə Gəncə şəhəri D.Qorqud küçəsi ilə hərəkətdə olarkən İ.Cəfərov küçəsinin kəsişməsinə yolayrıcına daxil olarkən "Mersedes E240" markalı **-NJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təxminən 5-6 metr məsafədə görmüşdür. Hadisənin qarşısını almaq üçün avtomobili sola çəksə də hadisənin qarşısını ala bilməmişdir. Həmin vaxt onun idarə etdiyi avtomobilin surəti təxminən 70 km/saat olarmış və o təhlükəsiz kəmərindən istifadə etmişdir. O, idarə etdiyi avtomobil ilə Gəncə şəhəri D.Qorqud küçəsi ilə hərəkətdə olarkən İ.Cəfərov küçəsinin kəsişməsində “Mersedes E240" markalı **-NJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil stop nişanını gözləmədən qəflətən onun hərəkət istiqamətinə çıxmışdır. Bu səbəbdən özünü təqsirli bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində Şahid1 və X4 ilə birlikdə onun idarə etdiyi avtomobil ilə Gəncə şəhəri İ.Cəfərov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində D.Qorqud küçəsi ilə düzünə hərəkətdə olan “Ford Fusion” markalı avtomobil ilə toqquşma baş vermişdir. X7 markalı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Toqquşma nəticəsində o və avtomobilində olan digər sərnişinlər xəsarət almışdır. Müayinə olunmaq üçün Gəncə şəhər Abbassəhəıt adına xəstəxanaya müraciət etmişdir. Hadisənin baş verməsinə səbəb onun avtomobili ehtiyyatsız idarə edərək stop nişanının tələblərinə əməl etməməyi digər avtomobilin, yəni Ford Fusion markalı avtomobilin sürcüsünün isə avtomobili sürətlə idarə etnməyi olmuşdur. O həmin avtomobili təxminən 10 metr məsafədə görmüşdür. O avtomobilini təxminən 10 km/saat sürətlə idarə etmiş və təhlükəzilik kəmərindən istifadə etmişdir. O “Ford fusion” markalı avtomobili təxminən 10 metr məsafə qalmış gördüyü üçün hadisənin qarşısını ala bilmək üçün heç bir tədbir görə bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində o qızı Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs idarə etdiyi "Mersedes E240" **-NJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri İsax Cəfərov küçəsi ilə D.Qorqud küçəsi istiqamətində hərəkətdə olarkən İ.Cəfərov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində "Ford Fusion" markalı **-NF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobiln sürücüsü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, qızı Aysun və sürücü Zərərçəkmiş şəxs xəsarət almışlar. Müayinə olunmaq üçün o, qızı Aysun Gəncə şəhər TTY xəstəxansına müraciət etmişdirlər. Xəstəxanada həkimlər onları müayinə etmiş, sürücü Zərərçəkmiş şəxs müayinə olunmaq üçün Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya müraciət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri D. Qorqud küçəsi ilə i.Cəfərov küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı, həmin gün DYPŞ-nın inspektoru Şahid4 ilə xidmət aparan zaman axşam saatlarında növbətçi hissədən məlumat verilmişdir ki, Gəncə şəhəri D. Qorqud küçəsi ilə İ.Cəfərov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. Ekipaj yoldaşı Şahid4 ilə birlikdə dərhal hadisə yerinə getmiş, onlar həmin yerə çatanda hadisə yerinə tanımadıqları çoxlu adamların toplaşdığını görmüşdür. Həmin vaxt Mercedes markalı avtomobil ilə “Ford Fusion” markalı avtomobil yolun kənarında toqquşmuş vəziyyətdə dayandığını görmüşdür. Bundan sonra hadisə yerinə Gəncə şəhər BPİ-nin İTİ- nin TŞ-nin təhqiqatçısı gəlmiş, baxış zamanı “Mercedes” markalı avtomobilİN İ.Cəfərov küçəsi ilə hərəkətdə olduğu, “Ford Fusion” markalı avtomobil isə D. Qorqud küçəsi ilə hərəkətdə olduğu məlum olmuşdur. Hadisə yerində tormoz izi aşkar edilməmiş, yolun hərəkət hissəsi düz olmaqla yolun örtüyü asfhalt betondur və örtük quru vəziyyətdə olmuşdur. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin şəkilləri çəkilmiş, yol nəqliyyat hadisəsi baş vermiş yerdə D.Qorqud küçəsi baş yoldur. İ.Cəfərov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində İ. Cəfərov küçəsi ilə hərəkətdə olan avtomobillər üçün stop nişanı olmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yetkinlik Şahid2 məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Cinayət prosesi tərəflərinin razılığı ilə şahidin ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində o anası Gülnar ilə birlikdə Zərərçəkmiş şəxs idarə etdiyi "Mersedes E240" **-NJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri İsax Cəfərov küçəsi ilə D.Qorqud küçəsi istiqamətində hərəkətdə olarkən İ.Cəfərov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində "Ford Fusion" markalı **-NF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobiln sürücüsü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı o, anası Gülnar və sürücü Zərərçəkmiş şəxs xəsarət almışlar. Müayinə olunmaq üçün o, anası Gülnar Gəncə şəhər TTY xəstəxansına müraciət etmiş, xəstəxanada həkimlər onları müayinə etmişlər. Sürücü Zərərçəkmiş şəxs müayinə olunmaq üçün Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya müraciət etmişdir. O və anası hadisə zamanı avtomobilin salonunda arxa tərəfdə əyləşdikərindən və gecə vaxtı olduğundan hadisənin hansı səbəbdəndə baş verməsi barədə heçnə deyə biləməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Cinayət prosesi tərəflərinin razılığı ilə şahidin ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid4 verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri D. Qorqud küçəsi ilə i.Cəfərov küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı, həmin gün DYPŞ-nın inspektoru Şahid3 ilə xidmət aparan zaman axşam saatlarında növbətçi hissədən məlumat verilmişdir ki, Gəncə şəhəri D. Qorqud küçəsi ilə İ.Cəfərov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. Ekipaj yoldaşı Şahid4 ilə birlikdə dərhal hadisə yerinə getmiş, onlar həmin yerə çatanda hadisə yerinə tanımadıqları çoxlu adamların toplaşdığını görmüşdür. Həmin vaxt Mercedes markalı avtomobil ilə “Ford Fusion” markalı avtomobil yolun kənarında toqquşmuş vəziyyətdə dayandığını görmüşdür. Bundan sonra hadisə yerinə Gəncə şəhər BPİ-nin İTİ- nin TŞ-nin təhqiqatçısı gəlmiş, baxış zamanı “Mercedes” markalı avtomobilİN İ.Cəfərov küçəsi ilə hərəkətdə olduğu, “Ford Fusion” markalı avtomobil isə D. Qorqud küçəsi ilə hərəkətdə olduğu məlum olmuşdur. Hadisə yerində tormoz izi aşkar edilməmiş, yolun hərəkət hissəsi düz olmaqla yolun örtüyü asphalt betondur və örtük quru vəziyyətdə olmuşdur. Yolun örtüyünün eni, D. Qorqud küçəsində 18 metr, İ.Cəfərov küçəsində isə 8 metrdir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin şəkilləri çəkilmiş, yol nəqliyyat hadisəsi baş vermiş yerdə D.Qorqud küçəsi baş yoldur. İ.Cəfərov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində İ. Cəfərov küçəsi ilə hərəkətdə olan avtomobillər üçün stop nişanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.1); -“yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 12 iyul 2023-cü il tarixdə Gəncə şəhəri D.Qorqud küçəsi ilə İ.Cəfərov küçəsinin kəsişməsində baş vermiş hadisəni özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə əks olunan qarşı-qarşıya nəqliyyat axınını ayrırmaq üçün uzununa nişanlanma xətti olan avtomobillərin hərəkəti üçün nəzərdə tutulan avtomobil yoludur. Hava qaranlıqdır. Hava qarnlıq olduğundan görüntü tam aydın deyil. Videogörüntüdən görünür ki, sol tərəfdən yol ayrıcına daxil olan avtomobil hərəkətdə olan avtomobil ilə toqquşur. Hava qaranlıq olduğundan və avtomobillərin işığı düşdüyü üçün toqquşma anı və toqquşan nəqliyyat vasitələrinin markası, dövlət qeydiyyat nişanı görünmür. (i.v.20-23); -12 iyul 2023-cü il tarixli, 2228/2023 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. (i.v.33); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Gəncə RQİ və TBŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-4695/2023 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs AC 620 608 saylı -BC- kateqoriyalı sürcülük vəsiqəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək verilmişdir (i.v.58); - Məhkəmə-tibbi ekspertizasıının xx.xx.2023-cü il tarixli, 1212 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzrərində müəyyən edilmiş xəsarətlər sol Xİİ qabırğanın natamam yerdəyişmiş sınığı küt əşyanınn təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. (i.v.79-82); -Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 avqust 2023-cü il tarixli, 8/2198 nömrəli rəyindən məlum olur ki,
1. Mercedec Benz E 240 markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “dayanmadan keçmək qaddağandır” üstünlük yol nişanının) tələblərinə uygunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. Ford Fusion markalı 99-Nf-493 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almğa texniki imkanı olmuşdur. (i.v.85-89); - 13 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, təqirləndirilən şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.(i.v.137- 140); - Canlı şəxsin ekspertizasına dair T806/2023 saylı 28 noyabr 2023-cü il tarixli ekspert rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs sol İX qabırbağa yerdəyişməmiş, Xİİ qabırğanın natamam yerdəyişmiş sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2023-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (i.v.145-148); -17.01.2024-cü il tarixli, 241 nömrəli Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur (i.v.149); -25.01.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16 oktyabr 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə AR MM-nin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 1.3-cü bəndinə əsasən azad edilmişdir (i.v. 151- 152); - 30 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, bir sıra istintaq hərəkətləri keçirilməsi zərurəti yarandığından cinayət işi üzrə icraat təzələnmişdir. (i.v 153); -05 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və eyni tarixdə ittiham elan etmək üçün barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır (i.v.163-167); -09 fevral 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, də Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkldaşları tərəfindən Təqsirləndirilən şəxs tutularaq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir (i.v.169); - 09 fevral 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v 170); - 09 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.210); - 11 fevral 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxsun xəstəliyi ilə bağlı müalicə olunması ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.232-233); - 27 avqust 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v 236-237); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli 8-16-16/2-8/619-4/483/2025 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair rəydən məlum olur ki,
1. ekspertiza tədqiqata təqdim olunmuş videoyazıdakı görüntülərə görə “Ford Fusion” markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmadı. 2.Mövcud metodikanın tələblərinə əsasən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkər surəti hadisə yerində qoyulmuş tormoz izinə əsasən müəyyən edilir. Lakin hadisə yerində “Mercedes Benz” markalı avtomobildən tormoz izi qalmadığından mövcud hadisədə ekspertiza yolu ilə Ford Fusion markalı avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir. HK-1/626 №-li material üzrə 25 avqust 2023-cü il tarixdə verilmiş 8/2198 №-li rəydə Ford Fusion markalı avtomobilin hərəkət sürəti istintaq tərəfindən tədqim olunmuş iş materiallarından götürülmüşdür. 3.Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, yəni videoyazıların məhkəmə ekspertizası yolu ilə Ford Fusion markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmadığından Ford Fusion markalı, ** NF *** Dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır.
Tətbiq edilən hüquq:
Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunu:
50-ci maddəsinin 1-ci hissəsinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.2--ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. 75.3-ci maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.1-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. 144-cü maddəsinə əsasən Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1- ci maddəsinə əsasən Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2- ci maddəsinə əsasən Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1- ci maddəsinə əsasən Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
Sübutların qiymətləndirilməsi və məhkəmənin mövqeyi:
Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı və məhkəmə iclasındakı ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində özünü təqsirli bilməsədə, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən video görüntü, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində təqsiri təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ekspert rəyləri, şahid ifadələri və digər sənədlərlə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətməsi tamamilə sübuta yetirilir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ford Fusion markalı 99-Nf-493 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdən sonra nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün kifayət qədər texniki imkanı olduğu halda, təhlükə yarandığı andan hadisənin qarşısını almaq üçün ümumiyyətlə heç bir tormozlama aparmamışdır. Bunula da onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünu CM-in 263.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasıa adi olmasını və qeyd edilən cinayət əməlinin törətdiyi gündən iki il keçdiyi üçün Təqsirləndirilən şəxs cəza təyin edilməməlidir. Belə ki, iş materiallarından aydın olur ki, qeyd edilən yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, xx.xx.2023-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, 13 dekabr 2023-cü il tarixdə cinayət işi üzrə təqirləndirilən şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və 09 fevral 2024-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat icraat təzələnmişdir. Bundan sonra 11 fevral 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı müalicə olunması ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən icraat dayandırılmış və 27 avqust 2024-cü il tarixdə “cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə cinayət işi üzrə icraatın dayandırılması hallarına münasibətdə qeyd edir ki, həmin hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayanmasına səbəb olan hallar deyil. Eyni zamanda iş üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi məhkəmə tərəfindən müdafiə tərəfinin diqqətinə çatdırılmış, lakin təqsirləndirilən şəxs hadisə üzrə özünü təqsirli bilmədiyi üçün müddətin təbiqinə razı olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması Gəncə şəhər DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş “Ford Fusion” markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və “Mercedes Benz E 240” minik markal, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs sahibliyinə qaytarılmalı, Gəncə şəhəri BPİnin Təhlükəsiz şəhər xidmətindən götürülmüş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. 29 aprel 2025-ci il tarixədək vəkil Müdafiəçi2 oğlunun məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz), həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat, ümumilikdə 240 (iki yüz qırx) manat Gəncə regional Vəkil Bürosunun hesabına köçürülməlidir Həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vəsatəti təmin edilərək, cinayət işi üzrə Müdafiəçi2 cinayət işində iştirakına xitam verilmiş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkilləri sırasından yeni müdafiəçi təyin edilmişdir. Bu səbəbdəndə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu üçün 5 saata görə 55 (əlli beş) manat Gəncə regional Vəkil Bürosunun hesabına köçürülməlidir Bundan başqa cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə qeyd olunan maddə ilə ona cəza təyin olunmasın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhəri BPİ-nin Təhlükəsiz şəhər xidmətindən götürülmüş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması Gəncə şəhər DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş “Ford Fusion” markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və “Mercedes Benz E 240” minik markal, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs sahibliyinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilərin işlədiyi Gəncə regional Vəkil Bürosunun hesabına Müdafiəçi2 üçün 240 manat, Müdafiəçi3 üçün isə 55 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Orxan Dəmirli