Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-67/2022 03.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi – X3, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçilər – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X10 və X2 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Samux rayonu, Burunqovaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Samux rayonu, Burunqovaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 23 aprel 2021-ci il tarixdə, saat 21 radələrində ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus VAZ 21154 minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə üzü “Sovxozun dairəsi” kimi adlanan ərazi istiqamətində hərəkətdə olarkən “X12” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq yolayrıcından kənarda sola və geriyə dönərkən relsiz nəqliyyat vasitələrinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda buna əməl etməyib hadisənin baş verməsinə etinasız yanaşaraq geriyə dönmə əməliyyatı aparan zamanı əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq, əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi Mercedes-Benz minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət yolunda toqquşmuş, toqquşmadan sonra onun idarə etdiyi VAZ 21154 minik markalı, **-BE-*** nömrə nişanlı avtomobil sürüşərək sol yan hissəsi avtomobil yolunun sağ hissəsində üzü “Dəyirmanın dairəsi” istiqamətində hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs2 məxsus Hyundaı Tucson markalı, **-KE-*** nömrə nişanlı avtomobilə çırpılmış, nəticədə VAZ 21154 minik markalı, **-BE-*** nömrə nişanlı avtomobilin arxa sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sağ körpücük və sağ qamış sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır dərəcəli bədən xəsarətləri, həmin avtomobilin ön sağ oturacağında əyləşmiş sərnişin İsayeva Hicran Nürəddin qızının sağ İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta qoltuqaltı xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ ağciyərin cırılması, sağ körpücük sümüyünün sınığı, qaraciyərin cırılması, sağ said sümüklərinin qapalı sınığı, alın-gicgah nahiyələrinin yaraları, başın yumşaq toxumalarının alın-gicgah nahiyələrinə uyğun hissələrdə qansızma, döş qəfəsinin və qarın nahiyələrinin qançırları ilə müşayiət olunan birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə döş qəfəsinin və qarının qapalı küt travması nəticəsində sağ ağciyərin və qaraciyərin cırılması, qabırğaların çoxsaylı sınmasından əmələ gələn travmatik və hemorragik şok olması ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, VAZ 21154 markalı, **-BE-*** nömrə nişanlı avtomobil ona məxsus olmuşdur. Mərhum İsayeva Hicran Nürəddin qızı onun arvadı olmuş, Zərərçəkmiş şəxs1 isə bacısıdır. 23 aprel 2021-ci il tarixdə təxminən saat 21 radələrində o, mərhum arvadı Hicran və bacısı Zəminə ilə birlikdə Gəncə şəhər, Ü.Hacıbəyov küçəsində yerləşən “Sultan” marketdən bazarlıq edib onu məxsus VAZ 21154 markalı avtomobilə əyləşmişlər. Hicran İsayeva ön sağ oturacaqda, bacısı Zərərçəkmiş şəxs1 arxa sağ tərəfdə əyləşmişdir. O, marketin qarşısından öz avtomobilini Ü.Hacıbəyov küçəsi ilə üzü “Sovxoz dairəsi” kimi adlanan ərazi istiqamətində idarə edib təxminən 100-150 metr hərəkət edib geriyə dönmək üçün hərəkət zolağının sol tərəfində dayanıb qarşıdan hərəkətdə olan avtomobillərin ötüb keçməsini gözləmişdir. Həmin vaxt o, sola dönmə işığını yandırıb dayanmış, onun sağından avtomobillər hərəkətdə olmuşlar. O, qarşı tərəfdən yaxın məsafədə hərəkətdə olan avtomobillərin ötüb keçməsini gözləmiş, qarşı tərəfdən 50-60 metr aralı məsafədə Mercedes markalı avtomobilin hərəkətdə olduğunu və onun idarə etdiyi avtomobilə çatana qədər geriyə dönmə əməliyyatını başa çatdıracağını güman edib durduğu yerdən hərəkətə başlayıb sola dönən kimi həmin qarşı tərəfdən hərəkətdə olan Mercedes markalı avtomobil yüksək sürətlə gəlib onun avtomobilinin sağ ön hissəsindən toqquşmuşdur. Hadisədən sonra o, huşunu itirmişdir. Sonradan o, ayılanda xəstəxanada olduğunu görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, arvadı Hicran İsayeva hadisə nəticəsində almış olduğu xəsarətlərdən vəfat etmiş və bacısı Zəminə isə ayağının sınığı, boyun sümüyünü sınığı xəsarətləri almışdır. Hadisənin baş verməsinə səbəb qarşı tərəfdən hərəkətdə olan Mercedes Benz markalı, **- DZ-*** nömrə nişanlı avtomobilin sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsi və hadisənin qarşısını almaq üçün vaxtında əyləcdən istifadə etməməsi olmuşdur. Belə ki, o, dönmə əməliyyatına başlamamışdan əvvəl qarşı tərəfdən hərəkətdə olan Mercedes Benz markalı, **-DZ-*** nömrə nişanlı avtomobilin ona çatmasına 50-60 metr məsafədə olduğunu görüb dayandığı yerdən hərəkətə başlamışdır ki, geriyə dönmə əməliyyatı etsin. O, qarşı tərəfdən hərəkətdə olan avtomobillərin yoluna dönən kimi həmin Mercedes markalı avtomobilin qarşı tərəfi onun avtomobilinin sağ ön qapısından güclü zərbə ilə toqquşmuşdur. O, təhlükənin əvvəlcədən yaranmasını hiss etməmiş, dönəndən sonra həmin avtomobilin toqquşmasını görmüş və buna qədər o, heç bir təhlükə görməmişdir. Buna görə də hadisənin baş verməsinin əsas səbəbkarı Mercedes Benz markalı avtomobilin sürücüsü olmuşdur. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə peşman olduğunu, hadisədə zərər çəkmiş şəxslərin onun ailə üzvlərinin olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, bununla belə hadisənin baş verməsində əsas təqsirkarın avtomobili yüksək sürətlə idarə edən Mercedes-Benz markalı avtomobilin sürücüsünün olduğunu nəzərə alaraq, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İsayeva Hicran Nürəddin qızının hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, İsayeva Hicran Nürəddin qızı onun anasıdır. 23 aprel 2021-ci il tarixdə anası və bibisi atası ilə birlikdə səhər saatlarında yaşadıqları evdən çıxıb Bərdə rayonunda mebellərə baxmaq üçün getmişlər. Həmin gün axşam saat 21 radələrində o, anasına və atasına zəng etsə də heç birinə zəng çatmamışdır. Bir qədər keçdikdən sonra bibisi oğlu ona zəng edib baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvləri xəsarət aldıqları üçün Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanada olduqlarını, təcili olaraq xəstəxanaya getmək lazım olduğunu ona demişdir. O, dərhal yaşadığı evdən çıxıb Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya getmişdir. Xəstəxanaya çatanda artıq anası Hicran İsayevanın öldüyünü bilmişdir. Yol-nəqliyyat hadisəsinin Gəncə şəhəri “Soxvoz Nizami” dairəsinin yaxınlığında baş verdiyini ona bildirmişlər. O, hadisənin şahidi olmadığı üçün hadisənin necə baş verməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 23 aprel 2021-ci il tarixdə qardaşı Ceyhuna məxsus VAZ 21015 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə o, qardaşı Ceyhun və qardaşının arvadı mərhum Hicran İsayeva ilə birlikdə Bərdə şəhərinə getmişlər. Həmin gün, təxminən saat 21 radələrində onlar Gəncə şəhərinə gəlib çatmışlar. Avtomobili qardaşı Təqsirləndirilən şəxs idarə etmiş, arvadı Hicran İsayeva qabaq oturacaqda, o, isə arxa oturacaqda Hicranın arxa tərəfində əyləşmişdir. Onlar Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Sultan” marketdən bazarlıq etmək üçün qardaşı avtomobilini marketin qarşısında saxlamışdır. Bazarlıq etdikdən sonra hər üçü eyni qaydada avtomobilə əyləşmişlər. Bundan sonra onlar avtomobillə bir qədər qabağa tərəf gedib yolda qırıq xətlər olan yerdən geriyə dönmək istəmişlər. Qardaşı Ceyhun avtomobilin sola dönmə xarici işıq siqnalını yandırıb sola dönmək üçün bir neçə maşının keçməsini gözləmiş və sonra sola dönmək üçün yola çıxdıqda qəflətən qarşı tərəfdən gələn bir maşın onların avtomobili ilə toqquşmuşdur. Onlarla toqquşan avtomobil qardaşı Ceyhunun idarə etdiyi avtomobilin sağ tərəfindən vurub bir neçə metr sürükləmiş və onların avtomobili eyni zamanda başqa avtomobilə də dəymişdir. Bundan sonra ətrafda olan şəxslər onları avtomobildən çıxarıb X17 avtomobili ilə Gəncə şəhər X17 Xəstəxanasına aparmışlar. Xəstəxanada ona və qardaşına ilk tibbi yardım göstərmişlər. Hicran İsayevaya isə tibbi yardım göstərilsə də o, xəstəxanada vəfat etmişdir. Ceyhun dönmə əməliyyatına başlayan zaman Mercedes Benz markalı, **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onlardan xeyli aralıda olmuş, həmin avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etmişdir. Sonda zərər çəkmiş şəxs təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Hyundaı Tucson minik markalı, **-KE-*** nömrə nişanlı avtomobili etibarnamə əsasında almış, lakin hələ öz adına rəsmiləşdirməmişdir. 23 aprel 2021-ci il tarixdə, saat 21 radələrində o, dostunu Ü.Hacıbəyov küçəsində “Sovxoz dairəsi” kimi adlanan ərazinin yaxınlığında yerləşən fizoterapiyaya aparmış, avtomobilini üzü “Dəyirmanın dairəsi” istiqamətində yolun sağ tərəfində saxlayıb dostu ilə birlikdə fizoterapiya olan binaya daxil olmuşdur. O, həmin binada olarkən avtomobillərin güclü toqquşma səsini eşidib dərhal çölə çıxmışdır. Həmin vaxt görmüşdür ki, onun avtomobilinin arxasında Mercedes Benz C 240 markalı, **-CZ-*** nömrə nişanlı avtomobillə VAZ 21154 markalı, **-BE-*** nömrə nişanlı avtomobil toqquşmuş və VAZ 21154 markalı avtomobil sürüklənərək onun avtomobilinin arxa sol tərəfinə çırpılmışdır. Hadisə nəticəsində VAZ 21154 markalı, **-BE- *** nömrə nişanlı avtomobildə xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Hadisə nəticəsində onun avtomobilinə maddi zərər dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Mercedes Benz C 240 markalı, **-CZ-*** nömrə nişanlı avtomobil onun atası Zərərçəkmiş şəxs4 məxsusdur. 23 aprel 2021-ci il tarixdə, saat 21 radələrində o, atasına məxsus Mercedes Benz C 240 markalı, **-CZ-*** nömrə nişanlı avtomobili ustanın yanından götürüb təmir etməsini yoxlamaq üçün Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində idarə etmişdir. O, avtomobili idarə etməyi bacarsa da sürücülük vəsiqəsi yoxdur. Son vaxtlar su sistemi soyutmadığı üçün atası avtomobili ustanın yanında təmirə qoyub onu da avtomobilin yanında nəzarət etmək üçün saxlamışdır. Usta avtomobili təmir etdikdən sonra o, təmir olunub-olunmaması üçün Ü.Hacıbəyov küçəsində avtomobili idarə etmişdir. O, avtomobili “Sovxoz dairəsi” kimi adlanan ərazidən üzü “Dəyirmanın dairəsi” istiqamətində idarə etməyə başlamışdir. Həmin vaxt o, avtomobili təxminən saatda 50-60 km sürətlə idarə etmişdir. O, «Sovxoz dairəsi»ndən hərlənib hərəkətini davam etdirib «Dəyirmanın dairəsi» istiqamətində gedərkən əks istiqamətdə hərəkətdə olan VAZ 21154 markalı, **- BE-*** nömrə nişanlı avtomobil anidən sola dönərək onun hərəkət istiqamətinə daxil olmuşdur. Həmin vaxt VAZ 21154 markalı, **-BE-*** nömrə nişanlı avtomobillə onun idarə etdiyi avtomobil arasında təxminən 5-6 metr ara məsafəsi olmuşdur. Bunun üçün də avtomobili saxlaya bilməmiş, hadisədən yayınmaq üçün avtomobilin sükanını sağa çəkmiş, lakin hadisədən yayına bilməyib həmin avtomobilin sağ orta hissəsindən toqquşmuşdur. Bundan sonra olanları tam olaraq xatırlamamışdır. Sonra xəstəxanada ona məlum olmuşdur ki, hadisə nəticəsində o, yüngül xəsarət almış və digər avtomobildə olan bir nəfər sərnişin ölüb, digərləri isə xəsarət almışdır. Hadisənin baş verməsinə səbəb VAZ 21154 markalı, **-BE-*** nömrə nişanlı avtomobilin sürücüsünün qarşıdan gələn avtomobili gözləmədən geri dönmə əməliyyatı etməsi və həmin avtomobil ilə onun idarə etdiyi avtomobil arasında ara məsafəsinin az olması olmuşdur. O, VAZ 21154 markalı, **-BE-*** nömrə nişanlı avtomobilin dönmə əməliyyatına başlamamışdan əvvəl yolun hərəkət hissəsində dayanıb sola dönmə əməliyyatı aparmaq üçün sol işığının yandırmasını görməmiş, həmin avtomobilin ani bir anda onun qarşısına çıxdığını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs3 onun oğludur. Mercedes Benz C 240 markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 23 aprel 2021-ci il tarixdə ona məxsus avtomobil təmir olunması üçün ustaya qoyulmuşdu. Həmin gün saat 21 radələrində oğlu Zərərçəkmiş şəxs3 ona zəng edib bildirmişdir ki, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı üçün Gəncə şəhər X17 Xəstəxanasına aparılmışdır. O, bu xəbəri eşidən kimi dərhal Xəstəxanaya getmişdir. Oğlu Zərərçəkmiş şəxs3 yol-nəqliyyat hadisəsi zamanı baş və sağ çiyin oynağından xəsarət aldığını bildirmişdir. O, hadisənin necə və hansı şəraitdə baş verdiyini oğlundan soruşanda o, bildirmişdir ki, Mercedes Benz C 240 markalı, **-CZ-*** nömrə nişanlı avtomobili usta təmir etdikdən sonra yoxlamaq məqsədilə götürüb Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə “Dəyirmanın dairəsi” istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan VAZ 21154 markalı, **-BE-*** nömrə nişanlı avtomobil geriyə dönmə əməliyyatı etmək üçün ani bir anda onu gözləmədən sola dönərək hərəkət yoluna daxil olmuş və aralarında olan məsafə az olduğundan avtomobili saxlaya bilməmiş və avtomobilin ön hissəsi ilə həmin VAZ 21154 markalı avtomobilin sağ orta hissəsindən vurmuşdur. Hadisə nəticəsində ona məxsus Mercedes Benz C 240 markalı, **-CZ-*** nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2021-ci il tarixli 654/2021 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 30 saylı rəyində göstərilmişdir ki, İsayeva Hicran Nürəddin qızının bədənində aşkar edilmiş xəsarət – sağ İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta qoltuqaltı xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ ağciyərin cırılması, sağ körpücük sümüyünün sınığı, qaraciyərin cırılması, sağ said sümüklərinin qapalı sınığı, alın-gicgah nahiyələrinin yaraları, başın yumşaq toxumalarının alın-gicgah nahiyələrinə uyğun hissələrdə qansızma, döş qəfəsinin və qarın nahiyələrinin qançırları ilə bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İsayeva Hicran Nürəddin qızının ölümünə səbəb döş qəfəsinin və qarının qapalı küt travması nəticəsində sağ ağciyərin və qaraciyərin cırılması, qabırğaların çoxsaylı sınmasından əmələ gələn travmatik və hemorragik şok olması olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 942 saylı rəyində göstərilmişdir ki, X6 bədənində aşkar edilmiş xəsarətlər - sağ körpücük və sağ qamış sümüklərinin qapalı sınıqları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının 18 iyun 2021-ci il tarixli 941 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ Vİİİ, İX qabırğaların sınıqları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının 08 iyun 2021-ci il tarixli, 872 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın və sağ bazu oynağı nahiyələrinin əzniyi bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1062 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21154 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X12» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uygunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Komisyon Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/431 nömrəli rəyində göstərilmişdir ki, VAZ 21154 markalı, 51BE708 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “İfadənin yerinə yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri göstərmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsi yerinə yoxlanılan zaman o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri göstərmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Təhlükəsiz şəhər kamerasından götürülmüş DVD diskdə olan videogörütün məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, “Sovxoz Nizami” adlanan dairənin yanından Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi ilə gümüşü rəngli Mercedes Benz C markalı avtomobil “Dəyirmanın dairəsi” istiqamətində orta sürətlə hərəkət etməyə başlayır. Ü.Hacıbəyov küçəsindəki yol iki tərəflidir. Görüntünün 20:48:20 vaxtında, hava qaranlıq olduğundan avtomobilin işıqlarından görünmüşdür ki, Ü.Hacıbəyov küçəsi ilə “Sovxoz Nizami” adlanan dairə istiqamətində hərəkət edən avtomobil yolun ortasında manevr edərək əks istiqamətdə hərəkətdə olan avtomobilin hərəkət yoluna çıxmış və əks istiqamətdə olan həmin gümüşü rəngli Mercedes Benz C markalı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 103186 saylı, BC dərəcəli sürücülük vəsiqəsi xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək verilmişdir. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. AC N 268836 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətndən görünür ki, “VAZ 21154” minik markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə İsayeva Hicran Nurəddin qızının nikahı xx.xx.2000-ci il tarixdə 01 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X8 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən ayrı-ayrılıqda məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəyən zərər onlara tam şəkildə ödənilmişdir. Onların təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində baş vermiş hadisədə onun təqsirinin olmadığını, hadisənin baş verməsinə əsas səbəbin Mercedes Benz markalı avtomobilin sürücüsünün yüksək sürətlə avtomobili idarə edərək onun idarə etdiyi avtomobillə toqquşması olduğunu bildirmişdir. Lakin, məhkəmə iş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının xx.xx.2021-ci il tarixli 8/1062 nömrəli və xx.xx.2022-ci il tarixli 8/431 nömrəli rəylərini mötəbər sübut kimi qiymətləndirərək qeyd edir ki, həmin ekspertiza rəylərinə əsasən hadisə baş verən vaxt təqsirləndirilən şəxs “X12” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “X12” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Həmin maddənin tələbinə əsasən Təqsirləndirilən şəxs hadisə vaxtı geriyə dönmə əməliyyatını icra etməzdən əvvəl qarşıdan gələn Mercedes Benz markalı avtomobilə yol verməli idi, həmin avtomobil keçdikdən sonra dönmə əməliyyatını həyata keçirməli idi. Lakin, ekspertizanın rəylərinə əsasən hadisənin baş verməsinin səbəblərindən biri onun qanunun bu tələbinə riayət etməməsi olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda xx.xx.2021-ci il tarixdə saat 21 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes-Benz markalı, **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 sağlımlığına yüngül zərər vurulması, həmin avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 və hadisə vaxtı orada dayanmış vəziyyətdə olan Hyundai Tucson markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 maddi zərər vurulması qeyd olunmuş və həmin şəxslər ibtidai istintaq zamanı zərər çəkmiş şəxslər qismində tanınmışdır. Lakin, qeyd edilməlidir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 17-ci bəndinin əvvəlki redaksiyasında göstərilmişdir ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CMnin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli, 2 nömrəli qərarı ilə 17-ci bəndin birinci abzası dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun tövsiyyəsinə əsasən əvvəllər yol nəqliyyat hadisəsi nəticəsində baş vermiş bütün nəticələr, o cümlədən şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi hökmün təsviri əsaslandırıcı hissəsində göstərilməli olduğu halda, sonradan Plenumun qərarında edilmiş dəyişikliyə əsasən hökmün təsviri əsaslandırıcı hissəsində yalnız CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələr (şəxsin ölməsi, sağlamlığına az ağır və ya ağır zərər vurulması) göstərilməlidir. Zərər çəkmiş şəxs qismində isə yalnız ölmüş, sağlamlığına az ağır və ağır zərər vurulmuş şəxslər tanına bilər. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs3 sağlamlığına yüngül zərər vurulması, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 maddi zərərin vurulması ilə bağlı hissələr xaric edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Ali Məhkəmənin Plenumunun 18 fevral 2022-ci il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmaqla məhkəmənin 29 iyun 2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında Cinayət Prosessual Məcəlləsinin 87.5-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində iştiraklarına xitam verilmişdir. Həmin şəxslər məhkəmə istintaqı zamanı şahid qismində dindirilmişlər. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması (konkret olaraq “X12” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələbləri) nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X1 az ağır zərər vurulması və ehtiyatsızlıqdan zərər çəkmiş şəxs İsayeva Hicran Nürəddin qızının ölümünə səbəb olan yol nəqliyyat hadisəsinin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, hadisənin necə baş verdiyini əks etdirən videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 263.2-ci maddəsində isə bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, özünün də hadisə zamanı xəsarət almasını, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. (CM 59.1.12, 59.2) Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışmışdır. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası çərçivəsində əlavə və əsas cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, məhkumluğunun olmamasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, baş vermiş hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin onun arvadı, digər zərər çəkmiş şəxsin isə bacısı olmasını, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin ediləcək əsas cəzasını çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək həmin cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır, törətdiyi cinayət az ağır cinayət hesab olunur, mərhum zərər çəkmiş şəxs onun arvadı, digər zərər çəkmiş şəxs isə bacısıdır. Hazırki vəziyyətdə o, zərər çəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, ehtiyatsızlıqdan az ağır cinayət törədən və nəticədə öz ailə üzvləri zərər çəkən, eləcə də cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə əlavə və əsas cəza təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək əsas cəzası sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 228 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-67/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-67/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver