Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-67/2025 01.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və X3 iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Rusiya Federasiyasının Volqoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx xxxxxx 2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Gəncə-Samux yolunda yerləşən “Şahzadə” adlanan şadlıq sarayının binasında keçirilən toy məclisində spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə tanışları: X21, X22, X23, X24 və qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib eqoizm nümayiş etdirərək özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub xuliqanlıq niyyəti ilə onunla Zərərçəkmiş şəxs6 arasında yaranmış mübahisənin dava-dalaşa çevrilməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ardıcıl əl və ayaq zərbələri ilə qəsdən vurub Zərərçəkmiş şəxs1 fiziki ağrılar yetirməklə qərəzli xuliqanlıq etmiş, X2 Kənan Təbriz oğlunun fiziki zorakılığa məruz qalmasının, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 ənsə və bədəninin müxtəlif nahiyələrinə həmin cib bıçağı, eləcə də əl və ayaq zərbələri ilə vurub fiziki zor tətbiq etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 döyülməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs6 ənsə nahiyəsinə həmin bıçaqla bir neçə dəfə zərbə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 döyülmələrinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 sağ gicgah və kürək nahiyələrinə həmin bıçaqla bir neçə dəfə zərbə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 döyülmələrinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan X13 ənsə nahiyəsinə həmin bıçaqla bir dəfə zərbə vurmuş, az sonra X22 yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə zərbə vurduğuna görə Zərərçəkmiş şəxs6 döyülməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs4 təpə nahiyəsinə yumruq zərbələri ilə bir neçə dəfə vurmuş, sonra isə həmin şadlıq sarayının birinci mərtəbəsində olan üstü şüşəli 1 ədəd jurnal masasını sındırıb məhv etmiş, nəticədə Zərərçəkmiş şəxs6 dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən ənsə nahiyəsinin səthi yarası, Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən sağ gicgah və sağ kürək nahiyələrinin sıyrıqları, X16 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən ənsə nahiyəsinin əzilmiş yarası xəsarətləri, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 isə fiziki ağrılar yetirməklə, o cümlədən şadlıq sarayının müdiri Zərərçəkmiş şəxs5 120 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Gəncə-Samux yolunda yerləşən “Şahzadə” adlanan şadlıq sarayının binasında keçirilən toy məclisində spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə tanışları: X21, X22, X23, X24 və qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib eqoizmini nümayiş etdirərək özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub xuliqanlıq niyyəti ilə onunla Zərərçəkmiş şəxs6 arasında yaranmış mübahisənin dava-dalaşa çevrilməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ardıcıl əl və ayaq zərbələri ilə qəsdən vurub Zərərçəkmiş şəxs1 fiziki ağrılar yetirməklə qərəzli xuliqanlıq etmiş, X2 Kənan Təbriz oğlunun fiziki zorakılığa məruz qalmasının, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 ənsə və bədəninin müxtəlif nahiyələrinə həmin cib bıçağı, eləcə də əl və ayaq zərbələri ilə vurub fiziki zor tətbiq etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 döyülməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs6 ənsə nahiyəsinə həmin bıçaqla bir neçə dəfə zərbə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 döyülmələrinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 sağ gicgah və kürək nahiyələrinə həmin bıçaqla bir neçə dəfə zərbə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 döyülmələrinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan X13 ənsə nahiyəsinə həmin bıçaqla bir dəfə zərbə vurmuş, az sonra X22 yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə zərbə vurduğuna görə Zərərçəkmiş şəxs6 döyülməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs4 təpə nahiyəsinə yumruq zərbələri ilə bir neçə dəfə vurmuş, sonra isə həmin şadlıq sarayının birinci mərtəbəsində olan üstü şüşəli 1 ədəd jurnal masasını sındırıb məhv etmiş, nəticədə Zərərçəkmiş şəxs6 dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən ənsə nahiyəsinin səthi yarası, Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən sağ gicgah və sağ kürək nahiyələrinin sıyrıqları, X16 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən ənsə nahiyəsinin əzilmiş yarası xəsarətləri, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 isə fiziki ağrılar yetirməklə, o cümlədən şadlıq sarayının müdiri Zərərçəkmiş şəxs5 120 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadəsi - xx.xx.2022-ci il tarixdə dostu Bayram adlı şəxsin bacısının toyunda iştirak etmək üçün Gəncə şəhərində yerləşən Şahzadə şadlıq sarayına getmişdir. Orada yeyib-içib əyləndikdən sonra görmüşdür ki, hamı çölə axışır və səs-küy vardır. O, ayağa qalxaraq çölə çıxmış və görmüşdür ki, bir neçə şəxs bir-birlərinə yumruq təpik ataraq dava edirlər. Bu zaman Bayram adlı dostunun nənəsinin yıxıldığını görüb Bayramın nənəsinə kömək etmiş və onu ayağa qaldırmışdır. Həmin vaxt xeyli miqdarda sipirtl içki qəbul etdiyindən xatırlayır ki, həmin vaxt onu kimsə itələmiş və oda həmin şəxsi itələmişdir. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə taksiyə minərək ordan uzaqlaşıb evə getmiş və yatıb səhər yuxudan oyanıb dostu Bayramgilə gedən zaman orada öyrənmişdir ki, bir gün əvvəl iştirak etdiyi toyda dava olmuşdur. Həmin davada bir çox adam iştirak etmişdir. Hadisədən sonra onu kimsə axtarmamış və o, Rusiya Federasiyasına ordan isə Qazaxıstan Respublikasına gedib xx.xx.2023-cü il tarixdə ölkəyə qayıtmışdır. Barəsində cinayət işi olduğunu və özünün axtarışa verildiyini isə yalnız xx.xx.2023-cü il tarixdə ölkədən çıxıb Rusiya Federasiyasına getmək istəyərkən Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanında saxlanılan zaman bilmişdir. Hadisə vaxtı spitli içki qəbul etdiyindən baş vermiş davada kimin onu vurmasını və ya onun kimi vurmasını xatırlamır. Davada iştirak edən şəxslərdən Abdulla və Əli adlı şəxsləri ilk dəfə toyda görmüş, Azad adlı şəxsi isə yaşadığı ərazinin sakini kimi tanıyır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmiş və onlarla barışmışdır. Zərərçəkmiş şəxslərin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadəsi - xx.xx.2022-ci il tarixdə dostu Bayram adlı şəxsin bacısının toyunda iştirak etmək məqsədilə Gəncə şəhərində yerləşən Şahzadə şadlıq sarayına getmişdir. Bayram özü isə həmin vaxt hərbi xidmətdə olduğundan toya gələ bilməmişdir. Toyda yeyib-içib əyləndikdən sonra ürəyi bulandığından şadlıq sarayının birinci mərtəbəsinə düşmək istəmişdir. Bundan sonra şadlıq sarayının piləkənlərində olarkən bir neçə şəxsin bir-birlərinə yumruq-təpik ataraq dava etdiklərini görmüşdür. Həmin vaxt dava edən şəxslərin bir neçəsi onun üzərinə hücum etmişdir. Həmin vaxt xeyli miqdarda sipirtli içki qəbul etdiyindən yadında hadisə tam dəqiq qalmamış, lakin orada ona bir neçə şəxs zərbə endirmişdir. O, içkili olduğundan, həmçinin qarışıqlıq olduğundan həmin şəxsləri xatırlaya bilməmiş və özünü müdafiə etmək üçün həmin şəxslərə qarşılıq vermişdir. O, davadan bir təhər yayınıb kənara çəkilmiş və bir neçə dəqiqə sonra polis əməkdaşları oraya gələrək bir neçə nəfəri özləri ilə polis şöbəsinə aparmışlar. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə taksiyə minib ordan çıxıb yaşadıqları evə getmiş və səhər yuxudan oyandıqda toyda dava olduğunu xatırlamışdır. Həmin vaxtdan sonra onu kimsə axtarmamış və hadisədən iki ay sonra o, Moskva şəhərinə getmiş, orada bir il yaşadıqdan sonra 2023-cü ilin iyun ayında Azərbaycana qayıtmışdır. Ondan bir müddət sonra qardaşı da ölkəyə qayıtmışdır. Barəsində cinayət işi olacağını bilməmişdir. xx.xx.2023-cü il tarixdə qardaşı Emillə birlikdə ölkədən çıxıb Rusiya Federasiyasına getmək istəyərkən Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanının əməkdaşları tərəfindən saxlanılmış və barəsində axtarış elan olunduğu ona bildirilmişdir. O, hadisə vaxtı spitli içkinin təsrində olduğundan kimin onu vurması və ya onun kimisə vurmağı yadında deyildir. Lakin davada iştirak edən şəxsləri tanıyır. Belə ki, Abdulla və Əli adlı şəxsləri ilk dəfə toyda görmüş, Azad adl şəxsi isə yaşadığı ərazi sakini kimi tanımışdır. Dava barədə hazırda heç nə yadında deyil, çünki dava zamanı o, içkili olmuşdur. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Zərərçəkmiş şəxslərin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 “Whatsapp” proqramı vasitəsi ilə ifadə verərək bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadəsi - xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında dayısının nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində şadlıq sarayının birinci mərtəbəsində olarkən ikinci mərtəbədə qardaşıoğlu Sədiri üç-dörd nəfərin dövrəyə alıb mübahisə etdiyini görmüş, Sədirin döyülməsinin qarşısını almaq üçün tez həmin dövrəyə girərək qeyd edilən şəxsləri əli ilə itələmişdir. Həmin vaxt orada olan tanımadığı, adlarının Abdulla, Ruzigar olduğunu sonradan bildiyi sərxoş vəziyyətdə olan şəxslər, o cümlədən həmin şəxslərin yanında olan digər tanımadığı şəxslər əl və ayaq zərbələri ilə onu döyməyə başlamışlar. O, zəbərlərdən yerə yıxılmış və özündən getmişdir. Onu döyən şəxslərdən birinin əlində hansısa alət olmuşdur. Hadisə nəticəsində o, sağ gözətrafı, kürək və sol qol nahiyələrindən xəsarətlər almışdır. Hadisə vaxtı qardaşı Pərvizin oğlu Sədir və əmisioğlu Kənan da təpə nahiyələrindən xəsarət almışdır. Qardaşı Pərviz də onu və oğlunu müdafiə etmək üçün davaya müdaxilə edərək müdafiə məqsədi ilə əl və qol zərbələri atmışdır. Lakin, orada olan şəxslər Pərvizi də döymüşlər. Hadisə vaxtı onun təpə nahiyəsinə zərbələr dəyəndə hiss etmişdir ki, hansısa alətlə onun təpə nahiyəsinə vururlar, lakin həmin alətin nə olmasını görməmişdir. Həmin alətlə onu vuran şəxs göy cins şalvarda və qara rəngli qısaqol köynəkdə olan şəxs olmuşdur. Adının Azad olduğunu sonradan bildiyi qara geyimli və saqqallı şəxs də onun təpə və göz nahiyəsinə yumruq vurmuşdur. Bundan başqa, ağ köynəkli şəxs, eləcə də tanımadığı digər şəxslər də onu döymüşlər. Hadisənin hansı səbəbdən baş verdiyini bilmir. O, qardaşıoğluna kömək olmaq üçün yuxarı qalxdıqda onu döymüşlər və dava da bununla qızışmış və geniş vüsət almışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə vaxtı özü heç kimə zorakılıq etməmiş, buna macalı belə olmamışdır. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur və onlarla barışmışdır. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 “Whatsapp” proqramı vasitəsi ilə ifadə verərək bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadəsi - xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında dayısının nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində o, şadlıq sarayının dəhlizində səs-küy eşidib dəhlizə çıxdıqda ikinci mərtəbədə oğlu Sədirin başının arxasından qan gəldiyini, kütləvi dava-dalaş getdiyini, qardaşı Eldənizi bir qrup şəxsin döydüyünü görmüş, həmin vaxt aralamaq məqsədi ilə davaya müdaxilə etdikdə saqqallı və qara geyimli şəxs yumruq zərbələri ilə onu vurmağa başlamışdır. O, sağ kürək nahiyəsinə hansısa alətlə zərbələr dəydiyini hiss edib geri çevrildikdə onu vuranın əlində bıçaq olan, göy rəngli cins şalvarda, qara köynəkdəki şəxs olmasını görmüşdür. Həmin şəxsə mane olmaq, həmin şəxsin digər şəxslərə xəsarət yetirməsinin qarşısını almaq məqsədi ilə tutub zərərsizləşdirməyə çalışarkən qeyd edilən şəxs bıçaqla onun sağ gicgah və kürək nahiyələrinə zərbələr vurub ona xəsarət yetirmişdir. Həmin vaxt qadınlar, o cümlədən toyun qonaqları araya girib dava-dalaşı sakitləşdirməyə çalışmış, lakin, davada iştirak edən şəxslər onları döyməyə, hücum etməyə, aralayanlara məhəl qoymadan öz hərəkətlərinə davam etdirmişlər. Bir qədər sonra dava-dalaş nisbətən səngimiş, lakin bir qədər sonra göy rəngli cins şalvarda və əlində bıçaq olan şəxs yenidən pilləkənlə ikinci mərtəbəyə qalxıb hücum etmək istədikdə o özü və orada olan şəxslər təpiklə itələməklə həmin şəxsi aşağı salmışlar. Buna baxmayaraq, hücum edənlər sakitləşməmişlər. Bir qədər sakitlikdən sonra ağ köynəkli, alçaqboylu, qara şalvarda olan və davada iştirak edən şəxs pilləkənlə aşağıdan yuxarı doğru qaçaraq əmisioğlu Kənanı yumruqla vurmuşdur. Həmin vaxt orada olan bir nəfər dolu bədənli, qəhvəyi rəngli köynəkdə olan şəxs Kənanı müdafiə etmək üçün həmin ağ köynəkli şəxsi və sonuncu ilə birlikdə hücum edən digər şəxsləri tutub pilləkəndən aşağı düşürmüşdür. O özü də kömək olmaq üçün pilləkəndən aşağı düşərkən ağ könyəkli, alçaqboylu, qara şalvarda olan şəxs yumruq zərbəsi ilə onun sifətinə vurmuşdur. O həmin şəxslə tutaşarkən onları ayırmışlar. Bundan sonra dava-dalaş başa çatmışdır. Həmçinin, hadisənin hansı səbəbdən baş verdiyini bilmir, qardaşına və oğluna kömək olmaq üçün hadisəyə müdaxilə etdikdə onu da döymüşlər. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Onu bıçaqla başından vuran göy rəngli cins şalvarda, ağ rəngli uzunqol köynəkdə olmuş, qara şalvarda olan şəxs isə onu sifətindən yumruqla vurmuşdur. Hadisə vaxtı o özünü və qohumlarını müdafiə etmək, zərərvuranları zərərsizləşdirmək məqsədi ilə müqavimət göstərmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 “Whatsapp” proqramı vasitəsi ilə ifadə verərək bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadəsi - qohum-əqrəba arasında o, Nəsir adı ilə tanınır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında yoldaşının dayısı nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində şadlıq sarayından çöldə siqaret çəkərkən şadlıq sarayının ikinci mərtəbəsində dava-dalaş getdiyini görmüş və həmin vaxt özü də sərxoş vəziyyətdə olmuşdur. Dava-dalaşı sakitləşdirmək, dalaşanları aralamaq məqsədi ilə ikinci mərtəbəyə qalxmış, həmin vaxt nisbətən sakitçilik yaranmış, lakın qısa vaxt sonra birinci mərtəbədən bir neçə şəxs qaçaraq ikinci mərtəbəyə qalxıb yumruq zərbəsi ilə orada olan bir nəfər gənci döyməyə başlamışdır. O, dalaşanları aralayıb aşağı endirmiş, lakin həmin vaxt dava-dalaşa müdaxilə etmək istədiyinə görə tanımadığı həmin şəxslər onu yerə yıxıb əl və ayaq zərbələri ilə döyməyə başlamışlar. O həmin şəxslərin əlindən gücbəla ilə ayrılmışdır. Hadisə vaxtı ona fiziki zorakılıq olunsa da, gözlə görünə bilən xəsarət almamış, ona görə də məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Hadisənin hansı səbəbdən baş verdiyini bilmir, sadəcə özü dalaşanları ayırmaq üçün araya girəndə onu da döymüşlər. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. O özünü və qohumlarını müdafiə etmək, zərərvuranları zərərsizləşdirmək məqsədi ilə onlara müqavimət göstərmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, barışmışlar. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 “Whatsapp” proqramı vasitəsi ilə ifadə verərək bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadəsi - xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında dayısının nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. O həmin toyda iştirak etməmiş, onun əvəzinə toyda atası Təbriz iştirak etmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində atası Təbriz ona zəng edərək gəlib onu avtomobillə evə aparmasını istədiyinə görə o həmin şadlıq sarayına getmişdir. Oraya çatdıqda ikinci mərtəbədə-dəhlizdə davadalaş getdiyini, əmisoğlu Eldənizi bir qrup şəxsin döydüyünü görmüşdür. Dava edən şəxslərdən göy rəngli cins şalvar və qara rəngli köynəkdə olan birinin əlində bıçaq olduğunu görmüşdür. O, Eldənizi müdafiə etmək üçün araya girdikdə əlində bıçaq olan həmin şəxs bıçağın arxası ilə onun başının arxasına möhkəm zərbə vurmuşdur. Həmin vaxt o, aşağı əyilmiş və əmisioğlu Eldənizi onların əlindən almağa çalışmışdır. Həmin vaxt atası Təbriz onu həmin şəxslərin əlindən alıb şadlıq sarayının içərisinə aparmışdır. Bir qədər sonra o, dəhlizə çıxdıqda dava-dalaş başa çatmışdır. Lakin, aşağıda olan şəxslərdən ağ köynəkli və qara şalvarlı olanı onu pilləkənin baş tərəfində görüb aşağıdan yuxarı doğru qaçaraq ona hücum etmiş və yumruqla onun sifətinə möhkəm zərbə vurmuşdur. Həmin vaxt qohumu Nəsir onların qarşısına keçib orada olan qadınlarla birlikdə həmin şəxsi və yanında hücum edən digər şəxsləri pilləkəndən itələyib aşağı düşürmüşlər. Həmin vaxt o, şadlıq sarayının birinci mərtəbəsində Nəsirin və Pərvizin döyüldüklərini görmüş, bundan sonra dava-dalaş başa çatmışdır. O, davanın hansı səbəbdən baş verdiyini bilmir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Onu bıçaqla vuran şəxsi görməmiş, lakin orada yalnız bir nəfərin əlində bıçaq olmuşdur. Həmin şəxs göy rəngli cins şalvarda və qara rəngli könyəkdə olmuşdur. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur və onlarla barışmışdır. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında atası Pərvizin dayısı nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində o, şadlıq sarayının dəhlizində dayanarkən orada tanımadığı şəxslər onu əhatəyə alıb döymək istəmiş, həmin vaxt alçaqboylu, ağ rəngli köynəkdə və qara şalvarda olan şəxs onu çəkib kənara aparmaq istədikdə əmisi Eldəniz pilləkənlə qalxıb araya girmiş və onu müdafiə etmişdir. Həmin vaxt orada olan şəxslər əl və ayaq zərbələri ilə Eldənizi döyməyə başlamışlar. Belə ki, əynində göy rəngli cins şalvar, qara rəngli köynək və əlində bıçaq olan şəxs Eldənizin başına vururmuş. O, qaçıb kömək etmək istədikdə qeyd edilən şəxs anidən onun təpə nahiyəsinin arxa tərəfindən bıçaqla zərbə vurmuşdur. O həmin zərbədən özündən getmişdir. O, özünə gələndə dava başa çatmışdır. Onu vuran şəxsin hansı səbəbdən onu vurmasını bilmir. Gözünü açanda anası və atasının onun başı üzərində ona yardım etdiklərini görmüşdür. Hadisə xeyli müddət davam etmiş və özü heç kimi vurmamışdır. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur və onlar barışmışlar. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Gəncə-Samux yolunun üzərində yerləşən “Şahzadə” adlanan şadlıq sarayının müdiridir. xx.xx.2022-ci il tarixdə müdiri olduğu şadlıq sarayında toy mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, yəni saat 21 radələrində şadlıq sarayının ikinci mərtəbəsindəki zalın çıxışında kütləvi dava-dalaş baş vermişdir. Həmin vaxt sərxoş vəziyyətdə olan tanımadığı şəxslər bir-biriləri ilə əlbəyaxa dalaşmışlar. Toyda olan qonaqlar, qadınlar, uşaqlar, hətta yaşlılar da bundan narahatlıq keçirərək toyu vaxtından əvvəl tərk etməli olmuşlar. Dava-dalaş zamanı həmin şəxslər şadlıq sarayının birinci mərtəbəsindəki şüşəli stolu sındırmışlar. Bununla bağlı ona təxminən 120 manat maddi ziyan dəymişdir. Həmin masanı kimin sındırdığını xatırlamır. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan ödənilmiş və onlar barışmışlar. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında qardaşının qızı Aygülənin toy mərasimi keçirilmişdir. Həmin vaxt qız toyu olduğundan Lənkəran rayon sakini olan oğlan evindən bir-iki nəfər toyda iştirak etmişdir. Toyun sonlarına yaxın, yəni saat 21 radələrində şadlıq sarayının dəhlizində özü və bacısı Aynurə gəlini xına mərasimi üçün bəzəyərkən anidən dava başlamışdır. Belə ki, bibisioğlu Eldənizi orada olan təxminən 4-5 nəfər şəxs əl və ayaq zərbələri ilə təkləyib başına zərbələr vurmaqla döymüşlər. Həmin vaxt o, qışqırıb onları ayırmağa çalışsa da orada olan kənar şəxslər, o cümlədən bibisioğlu Pərviz də dava-dalaşa qoşulmuş, demək olar ki, hər kəs birbiri ilə əl-ayaq davasına çıxmışdır. Orada olan şəxslərdən adının Abdulla olduğunu sonradan bildiyi şəxsin əlində dəstəyi qəhvəyi rəngli bıçaq olmuşdur. Abdulla həmin bıçağın dəstəyi ilə Pərvizin təpə nahiyəsinə zərbələr vurmuşdur. Həmin davada bibisioğlu Kənan da baş nahiyəsindən xəsarət almışdır. Kənanı kimin vurduğunu dəqiq görə bilməmiş, çünki dava-dalaş zamanı qarışıqlıq olmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı şadlıq sarayının şüşə stolu da sındırılmışdır. Bundan başqa, hadisə vaxtı qohumları Nəsir də döyülmüşdür. Hadisə 4-5 nəfər şəxsin içkili vəziyyətdə xuliqanlıq etdiklərinə görə baş vermişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş və hadisə yerində bibisioğlanlarından Eldəniz və Pərviz qardaşları, Pərvizin oğlu Sədir, digər bibisioğlu Kənan, bacısıoğlu Pərvin, Kənanın atası, qohumları Nəsir, o cümlədən İİİ mikrorayonda yaşayan Abdulla və Ruzigar qardaşları, habelə bir neçə nəfər tanımadığı şəxslər də olmuşdur. Bacısıoğlu Pərvin dava-dalaşda iştirak etməmiş, Pərviz qardaşı Eldənizi müdafiə etmək üçün davaya qoşulmuş, Eldənizi isə təkləyib döymüşlər. Məhkəmə iclasında elan edilmiş şahid X4 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında kütləvi dava-dalaş olması barədə Gəncə şəhər BPİ-nin 2-ci X20 Hissəsindən məlumat alıb xidməti avtomobil ilə və ekipaj yoldaşı polis nəfəri X14 ilə birgə dərhal oraya yollanmışlar. Hadisə yerinə çatdıqda orada səs-küy, qarışıqlıq olmasını görmüşlər. Həmin vaxt şadlıq sarayının müdiri onlara iki nəfər şəxsi göstərib həmin şəxslərin dava-dalaşda iştirak etdiklərini bildirdiyinə görə adları sonradan onlara məlum olan X23 və X17 xidməti avtomobilə əyləşdirib Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına təhvil vermiş, eləcə də həmin şəxslərin gətirilməsi ilə bağlı raport yazmışlar. Ancaq, özləri hadisə yerinə çatanda artıq hadisə başa çatmışdır. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2021-ci ildən Şahzadə şadlıq sarayında bu günə kimi ofisiant işləyir. Təxminən 2022-ci ilin iyul ayında işdə olərkən, o, “Şahzadə” şadlıq sarayının birinci mərtəbəsində olan zalda ofisinat kimi xidmət edərkən təxminən 21:00 radələrində yuxarı zalda səs-küy eşitmişdir. Bundan sonra o, zaldan çıxmış ki, səsküyün nə olduğunu öyrənsin. Zaldan çıxdıqdan sonra yuxarı zalın qarşısında qonaqlar arasında dava-dalaş olduğunu görmüşdür. Müdürləri Zərərçəkmiş şəxs5 onu geri birinci mərtəbədə olan zalda işinə geri qayıtmağını göstəriş vermiş ki, heç bir xəsarət almasın. Dava-dalaş vaxtı o, heç bir xəsarət almamışdır. O, dava-dalaşı görmüş, lakin müdür onu iş yerinə qaytarmış və işçilərin olub-olmamağına fikir verməmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, təxminən 2008-ci il tarixdən Şahzadə şadlıq sarayında musiqiçi kimi fəaliyyət göstərir, nağara ifaçısıdır. Toy olan zaman 40 manat əmək haqqı alır. xx.xx.2022-ci il tarixdə Şahzadə şadlıq sarayında musiqiçi kimi xidmət edən zaman toyun salonunda dava-dalaş, səs-küylər baş vermişdir. Dava-dalaş zamanı şadlıq sarayına məxsus 1 ədəd şüşə stol qırılmışdır. Şadlıq sarayının işçiləri davaya heç bir müdaxilə etməmişdir. O da dava-dalaşa heç bir müdaxilə etməmişdir. Dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir. Şadlıq sarayının işçilərindən heç biri xəsarət almamışdır. O da heç bir xəsarət almamışdır. Davadalaş hadisəsi baş vermiş toyun musiqiçiləri İlham, müğənni Eldar hadisə zamanı toyda xidmət edirdilər. Məhkəmə baxışı zamanı elan edilmiş şahidlər - Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8 ibtidai istintaqa verdiyi ifadələrindən görünür ki, onların ifadələri Şahid3 ifadəsi ilə eyni məzmunludur. Məhkəmə iclasında elan edilmiş Şahid9 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Gəncə-Samux yolunda yerləşən Şahzadə adlanan şadlıq sarayının müdiridir. Fiziki şəxs olaraq sahibkarlıqla məşğul olur. 2022-ci il oktyabr ayında "Şahzadə" şadlıq sarayını əmisi Şakir Mirzəyevdən icarəyə götürmüşdür. xx.xx.2023-cü il tarixdə şadlıq sarayında olan dava-dalaşı görməmiş, həmin vaxtı şadlıq sarayında müdir olmamışdır. Onun müdürü olduğu Gəncə "Şahzadə" şadlıq sarayında müxtəlif vəzifəsində işləyən Şahid8, Şahid2, yetkinlik yaşına çatmamış Şahid4, Şahid3, Şahid5, Şahid6 və Şahid7 əmək müqavilələri var və həmin əmək müqavilələrini təqdim etmişdir. Şahid4 xx.xx.2023-cü il tarixdən ofisiant kimi onların şadlıq sarayında işləyir və həmin müqaviləni gec keçirməyinin səbəbi Şahid4 işi bacarıb-bacarmamağını görmüşdür. Şahid4 valideyinlərinin razılıq ərizisi var və həmin ərizəni təqdim edə bilər, yetkinlik yaşına çatmamış şəxsin spirtli içkilər satılan və saxlanılan yerə işə götürülrməsini qanunla qadağan olması barədə xəbəri olmamışdır. Məhkəmə iclasında elan edilmiş Şahid10 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun nəvələridir. 2022-ci ilin iyun ayında Emil və Elmir Şahzadə şadlıq sarayında keçirilən dostlarının toyunda iştirak etmişdirlər. Daha sonra Emil və Elmir həmin toyda dava-dalaş olduğunu və içkili olduğundan Emil və Elmirdə həmin toyda davaya qarışdıqlarını ona demişdirlər. Nəvələri Emil və Elmir hal-hazırda Azərbaycanda yoxdurlar. Emil və Elmir Rusiya Federasiyasındadırlar və təxminən 10-15 günə qayıdacaqdırlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə iclasında hadisəni özündə əks etdirən DVD diskə baxış keçirilən zaman qeyd edilən cinayət hadisəsinin baş verdiyi təsdiqini tapmışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə-Samux şossesində yerləşən “Şahzadə” şadlıq sarayının dəhlizidir. Baxış zamanı dəhlizdə qanabənzər izlər, sındırılmış şüşə stol, şüşə qırıntıları, plastik butulka, ayaqqabı palçığı, kağız dəsmal tullantıları aşkar edilmiş və beləliklə, həqiqətən də dava-dalaş olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X27 xx.xx.2022-ci il tarixli, 1295 nömrəli ekspert rəyindən görünür ki, X10 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ əlin V barmağının kəsilmiş yarası – kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X27 xx.xx.2022-ci il tarixli, 1296 nömrəli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ bilək nahiyəsinin kəsilmiş yarası – kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X27 xx.xx.2022-ci il tarixli, 1297 nömrəli ekspert rəyindən görünür ki, X11 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin iki ədəd kəsilmiş yarası, alın, sağ gözaltı, sağ said nahiyələrinin sıyrıqları, döş qəfəsinin sağ yan səthinin qançırı – kəsici və küt əşyaların təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X27 xx.xx.2022-ci il tarixli, 1298 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarət– ənsə nahiyəsinin əzilmiş yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X27 xx.xx.2022-ci il tarixli, 1299 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol bazu, bel nahiyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcələrinə görə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması – sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, sol bazu, bel nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X27 xx.xx.2022-ci il tarixli, 1300 nömrəli ekspert rəyindən görünür ki, X15 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin ön səthinin qançırları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X27 xx.xx.2022-ci il tarixli, 1301 nömrəli ekspert rəyindən görünür ki, X12 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin və sağ said nahiyələrinin kəsilmiş səthi yaraları kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X27 xx.xx.2022-ci il tarixli, 1302 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sağ gicgah, sağ kürək nahiyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X27 xx.xx.2022-ci il tarixli, 1311 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində müəyyən edilmiş xəsarət – ənsə nahiyəsinin səthi yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan DVD diskə baxış keçirilməsi protokolundan görünür ki, diskin içərisində üç ədəd fayl var. Birinci fayl 2 dəqiqə 50 saniyədən ibarət videogörüntüdür. Birinci görüntüdə şadlıq sarayının ikinci mərtəbəsində orta və yaşlı şəxslərin, uşaqların, o cümlədən qadınların olması məlum olur. Dörd-beş nəfər gənc oğlanın əynində ağ rəngli şalvar, qara rəngli qısaqol köynək olan gənc oğlanı (bundan sonra şərti olaraq A) əhatəyə alır, həmin vaxt ağ rəngli uzunqol köynəkdə və qara rəngli şalvarda olan nisbətən dolu bədən quruluşlu şəxs (bundan sonra şərti olaraq B) A-nı əlini çiyninə qoymaqla çəkib kənara aparır, onu əhatəyə alan şəxslərdən arıq bədən quruluşlu, gur saçlı, qara rəngli uzunqol köynək və qara rəngli şalvar geyinmiş şəxs (bundan sonra şərti olaraq C) isə onunla mübahisə edir. Həmin vaxt dolu bədən quruluşlu, əynində ağ rəngli qısaqol köynək və açıq boz rəngli şalvar olan şəxs (bundan sonra şərti olaraq D) şadlıq sarayının birinci mərtəbəsindən iti addımlarla pilləkənlə yuxarı çıxıb C-nin sinəsindən tutub dartışdırmağa çalışır, elə bu vaxt altı nəfər, yəni əynində göy rəngli jiletka olan şəxs (bundan sonra şərti olaraq E), ağ rəngli uzunqol köynəkdə və qara rəngli şalvarda olan arıq bədən quruluşlu şəxs (bundan sonra şərti olaraq F), idman cüssəli, qara rəngli uzunqol köynək və qara rəngli şalvarda olan üzü tüklü şəxs (bundan sonra şərti olaraq G), qara rəngli qısaqol köynək və göy rəngli şalvarda olan arıq bədən quruluşlu şəxs (bundan sonra şərti olaraq R), B, o cümlədən C, D-ni əl-qol zərbələri ilə, R isə həmçinin əlində olan predmetlə vurub döyürlər. Görüntünün 1 dəqiqə 5-ci saniyəsində G sağ əlinin yumruğu ilə D-nin sifət nahiyəsinə möhkəm zərbə vurur. Həmin vaxt A davaya qoşulmaq istədikdə qara rəngli uzunqol köynəkdə və qara rəngli şalvarda olan üzü tüklü digər şəxs (bundan sonra şərti olaraq Y) onu tutub kənara çəkir və davadan uzaq dayanırlar. Həmin vaxt qadınlar da D-nin döyülməsinin qarşısını almaq üçün müdaxilə etməyə çalışır, lakin nail ola bilmirlər. Görüntünün 1 dəqiqə 9-cu saniyəsində ağ rəngli qısaqol köynəkdə və tünd rəngli şalvarda olan arıq bədən quruluşlu digər şəxs (bundan sonra V) yuxarıda dava-dalaş olmasını görüb pilləkənlə qaçaraq ikinci mərtəbəyə çıxır və araya girib D-nin döyülməsinə mane olmaq istədikdə qarışıqlıq əsnasında F ilə birlikdə yerə yıxılırlar. Həmin vaxt R əlində olan predmetlə V-nin başının arxa tərəfinə zərbələr vurur, V uzaqlaşır. Ardınca B yumruq zərbəsi ilə V-nin kürəyinin sağ yan hissəsinə bir dəfə zərbə vurur. Bu vaxt E və C təpik zərbələri ilə D-nin ayaq nahiyələrinə zərbələr vurur, G isə idman fəndi işlətməklə D-ni yerə yıxır və onun kürəyinə çıxaraq bir neçə saniyə saxlayaraq ayağa qalxmasına mane olur, sonradan buraxır. Görüntünün 1 dəqiqə 40-cı saniyəsində şadlıq sarayının toy məclisi keçirilən zalından saçı bir qədər ağarmış, nisbətən dolu bədənli, üzərində ağ rəngli zolaqları olan qara qısaqol köynək geyinmiş şəxs (bundan sonra şərti olaraq J) dava-dalaş baş verən yerə çıxaraq müdaxilə etmək istədikdə G yumruq zərbəsi ilə J-ni vurur. Onlar tutaşmağa başlayanda R əlindəki predmetlə J-nin başının arxa tərəfinə bir neç dəfə zərbə vurur və özü də yerə yıxılır. Bu vaxt J ona hücum edərək əlindəki predmeti almağa çalışır, lakin R əlindəki predmetlə yenə onun təpə nahiyəsinə bir neçə dəfə zərbə vurur. Bu vaxt G yumruq zərbələri ilə J-nin sifət nahiyəsinə vurmağa başlayır. Həmin vaxt əynində açıq qəhvəyi rəngli qısaqol köynək və qara rəngli şalvar olan dolu bədən quruluşlu, hündürboylu şəxs (bundan sonra şərti olaraq M) G-yə mane olaraq D-ni döyməsinin qarşısını alır. Görüntünün 2 dəqiqə 9-cu saniyəsində A onun tutub saxlamağa çalışan Y-nin əlindən çıxıb davaya qoşulmaq üçün qaçaraq qarmaqarışıqlıqda yerə yıxılır. Həmin vaxt R əlindəki predmetlə A-nın başının arxa tərəfinə bir dəfə zərbə vurur. Bu vaxt orada olan orta yaşlı şəxs R-i uzaqlaşdırır. Həmin vaxt ikinci mərtəbədə B, J-nin boynundan tutub sıxaraq yerə yıxır və həmin formada sıxıb saxlayır, yaşlı bir şəxs isə onları ayırmağa çalışır. Bu vaxt bir nəfər ağ köynəkli şəxs R-i şadlıq sarayının birinci mərtəbəsindəki tualetə salır ki, dava-dalaş başa çatsın. İkinci fayldakı 2 dəqiqə 20 saniyədən ibarət videogörüntüdən şadlıq sarayının ikinci mərtəbəsində orta yaşlı kişi və qadınların proseslərə aktiv müdaxiləsi nəticəsində nisbətən sakitlik olması, bir nəfər gəncin halı pisləşdiyindən divanda əyləşməsi, şadlıq sarayının birinci mərtəbəsində isə göy rəngli donda olan qadının ayağı ilişib yerə yıxıldığına görə kişilərin onun başına toplaşması müşahidə olunur. Həmin vaxt bir nəfər ağ rəngli donda olan qadın və J əlləri ilə R, G və B-ni pilləkəndən aşağı itələyib uzaqlaşdırmağa çalışırlar. Həmin videogörüntüdə qərəzli zorakılıq müşahidə olunmur. Üçüncü fayldakı 1 dəqiqə 43 saniyədən ibarət videogörüntündən məlum olur ki, ilk saniyələrdən şadlıq sarayının ikinci mərtəbəsində qadınlar və M, əynində üst geyim köynəyi olmayan, ağ rəngli trikotaj yay köynəyində olan şəxsin (V-nin) başına toplaşıb onu qorumağa çalışır, M isə həmçinin onun başının arxa tərəfinə diqqətlə baxır. Həmin vaxt B, ardınca F və E şadlıq sarayının birinci mərtəbəsindən qaçaraq ikinci mərtəbəyə çıxır və B qəflətən yumruq zərbəsi ilə V-nin sifətinə bir dəfə vurur. Həmin vaxt qadınların, M-in və V-nin təzyiqi ilə qeyd edilən şəxslər pilləkəndən birinci mərtəbəyə endirilir, G təpik zərbələri ilə V-ni vurur, eyni zamanda M əli ilə F-in boynundan tutub aşağı çəkərək yerə yıxır. Həmin vaxt B yumruq zərbəsi ilə J-nin sifətinə vurur. Həmin vaxt R, F və G təpik-yumruq zərbələri ilə M-i yerdə döyürlər. D isə onları aralamağa çalışır. Bu vaxt orta yaşlı bir şəxs G-ni özünə tərəf dartır, M də macal tapıb ayağa qalxaraq G-nin ayağından tutub qeyd edilən şəxslə birlikdə onu şüşə masanın üzərinə yıxırlar. Həmin vaxt ikinci və birinci mərtəbələrdə qarışıqlıq müşahidə olunsa da yavaş-yavaş sakitlik yaranır, videogörüntü başa çatır. Baxış zamanı X32, X22, X23 və X24 videogörüntülərdə özlərini və digər iştirakçıları tanımaqla R kimi təsvir edilən şəxsin Abdulla Şirinov, əlindəki predmetin bıçaq, B kimi təsvir edilən şəxsin Ruzigar Şirinov, C kimi təsvir edilən şəxsin Emin, E kimi təsvir edilən şəxsin Elmir, F kimi təsvir edilən şəxsin Əli Hüseynov, G kimi təsvir edilən şəxsin Azad Məmmədov, Y kimi təsvir edilən şəxsin isə Pərvin olmasını, videogörüntülərdə olanların hamısının obyektiv həqiqəti əks etdirdiyini, sərxoş olduqları üçün belə hərəkətlərə yol verdiklərini bildirmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 4564 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 4524 nömrəli nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 4462 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 4433 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 “Whatsapp” proqramı vasitəsi ilə ifadə verərək bildirmişlər ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlardan heç bir şikayət və tələbləri yoxdur. Onlara dəymiş zərər ödənilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 26 sentyabr 2023-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 28 sentyabr 2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 26 sentyabr 2023-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 28 sentyabr 2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qərəzli xuliqanlıq hərəkətləri etmiş, bununla ictimai təhlükəli əməli törətmiş və onların əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olması, özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinin tələbinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş hallar məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin hər birinə aid olan hissədə ayrı-ayrılıqda qeyd edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası ilə yanaşı təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hökmün icrasına nəzarət isə yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Habelə, məhkəmə Abşeron rayonu üzrə hökmlərin (qərarların) Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməli olduğunu nəzərə alaraq təqsirləndirilən şəxslərə Sumqayıt şəhərinin ərazi hüdüdlarını da tərk etməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə qaldığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 4 (dörd) gün müddət onlara təyin ediləcək cəzadan çıxılmalı və üzərilərində qəti cəza saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxslərə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Eyni zamanda, məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X6 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-67/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-67/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver